Məhkəmə qərarları › İş №2(102)-2025/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2025/2024

03.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2025/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X7, X8, X16, X17, X19, X18, X5, X12, Qusar rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi, sübutetmə yükü) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərki bdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər X7, X8, X16, X17, X19, X18, X5, X12, Qusar rayon Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-213/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın döv lət reyestrindən çıxarışa əsasən, Qusar rayonu Aşağı Ləyər kəndində yerəşən 1,7364 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 2/10 hissədə İddiaçı Dukuş qızına, 1/10 hissədə Şamil Qazıxanova, 1/10 hissədə Zakir Qazıxanova, 1/10 hissədə Məhəmməd Qazıxanova, 1/10 hissədə Gülnarə Qazıxanovaya, 1/10 hissədə Ədalət Qazıxanova, 1/10 hissədə Bəsirə Qazıxanovaya, 1/10 hissədə Zamir Qazıxanova, 1/10 hissədə Bahar Muradovanın adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il qeydiyyat tarixdə qeydə alınmışdır.

2. Daşınmaz əmlakın alğı-satqısına dair 12 mart 2021-ci il tarixli AN-İ ******* nömrəli müqaviləyə əsasən, Bahar Muradova, Şamil Qazıxanov, Məhəmməd Qazıxanov, Ədalət Qazıxanov, Bəsirə Qazıxanova, Zakir Qazıxanov, Zamir Qazıxanov, İddiaçı və X21 rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən paylı mülkiyyət hüququ üzrə 1,7364 ha olan torpaq sahəsi Cavabdeh2 5.000 manata satmışlar. Şamil Qazıxanov istisna olmaqla digər mülkiyyətçilər adından müqaviləni etibarnamə əsasında səlahiyyət verilmiş Cavabdeh1 imzalamışdır.

3. Daşınmaz əmlakın alğı-satqına dair 12 mart 2021-ci il tarixli AN-İ ******* nömrəli müqaviləyə əsasən, Bahar Muradova, Şamil Qazıxanov, Məhəmməd Qazıxanov, Ədalət Qazıxanov, Bəsirə Qazıxanova, Zakir Qazıxanov, Zamir Qazıxanov, İddiaçı və X24 rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən paylı mülkiyyət hüququ üzrə 3,38 ha olan torpaq sahəsi Cavabdeh2 5.000 manata satmışlar. Şamil Qazıxanov istisna olmaqla digər mülkiyyətçilər adından müqaviləni etibarnamə əsasında səlahiyyət verilmiş Cavabdeh1 imzalamışdır. İş üzrə qəbul edilmiş məhk əmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı), üçüncü şəxslər X3, X4, X9, X10, X13, X11, X1, X6, Qusar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə Bahar Muradovanın, Şamil Qazıxanovun, Məhəmməd Qazıxanovun, Ədalət Qazıxanovun, Bəsirə Qazıxanovanın, Zakir Qazıxanovun, Zamir Qazıxanovun, İddiaçı və Gülnarə Bayramovanın mülkiyyətində olan 3,38 və 1,7 7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair etibarnamə əsasında mülkiyyətçi şəxslərin adından Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2021-ci il tarixli 4Ə-584 və 12 mart 2021-ci il tarixli 4Ə-586 reyestr nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən, xüsusi mülkiyyət hüququ üzrə Bahar Muradovanın, Şamil Qazıxanovun, Məhəmməd Qazıxanovun, Ədalət Qazıxanovun, Bəsirə Qazıxanovanın, Zakir Qazıxanovun, Zamir Qazıxanovun, İddiaçı və Gülnarə Bayramovanın mülkiyyətində olan 3,38 və 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə Bahar Murado va, Şamil Qazıxanov, Məhəmməd Qazıxanov, Ədalət Qazıxanov, Bəsirə Qazıxanova, Zakir Qazıxanov, Zamir Qazıxanov, İddiaçı və Gülnarə Bayramovaya məxsus olmuşdur. Torpaq sahələri həmin şəxslərə Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən pay torpaq sahəsi kimi verilmişdir. Ailə başçısı olmuş mərhum Əmir Qazıxanov həmin torpaq sahələrini 2006-cı ildə Qusar rayonu Aşağı Ləyər kənd sakini X14 7.500 ABŞ dollarına satmış, lakin aralarında rəsmi alğı-satqı müqaviləsi bağlanmamışdır. Həmin vaxtdan torpaq sahələri Əhməd Həsənovun sahibliyində və istifadəsindədir. Əmir Qazıxanovun və digər mülkiyyətçilərin Əhməd Həsənova qarşı torpaqla bağlı hər hansı iddia və tələbləri olmamışdır. Bu yaxınlarda Əhməd Həsənov onlara, yəni Bəsirə Qazıxanovaya, Zakir Qazıxanova, Zamir Qazıxanova, İddiaçı və Gülna rə Bayramovaya müraciət edərək torpaq sahələrinin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, həmin torpaq sahələri onların adından Qusar rayonu Aşağı Ləyər kənd sakini Cavabdeh2 satılmış, bu barədə 12 mart 2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanmışdır. Həmçinin məlum olmuşdur ki, torpaq sahələrinin mülkiyyətçilərindən olan Şamil Qazıxanov istisna olmaqla, digər mülkiyyətçilərin adından alğı-satqı müqaviləsini nümayəndə qismində Cavabdeh1 imzalamışdır. Onların, yəni Bəsirə Qazıxanovanın, Zakir Qazıxanovun, Zamir Qazıxanovun, İddiaçı və Gülnarə Bayramovanın həmin torpaq sahələrini Cavabdeh2 satmaq niyyətləri olmamışdır. Çünki bütün mülkiyyətçilər yaxşı bilirlər ki, torpaq sahələri 2006-cı ildən Əhməd Həsənovun istifadəsindədir. Onlar Cavabdeh1 adına et ibarnamə versələr də, həmin etibarnaməni torpaq sahələrinin satılması üçün verməmişlər. Belə ki, Cavabdeh1 onlara müraciət edərək bildirmişdir ki, həmin şəxsin həyat yoldaşı, onların isə bacıları olan Bahar Muradovanın adında torpaq sahələri olduğuna görə sosial müavinət verilmir, bu səbəbdən torpaq sahələrinin Baharın adından çıxarılması zərurəti yaranmışdır. Bunun üçün isə onların da hansısa sənəd imza etməkləri lazımdır. Ona görə də, onlar Şıxbalanın adına etibarnamələr vermişlər. Lakin, Cavabdeh1 pis niyyətlə Cavabdeh2lə məlum alğı-satqı müqavilələri bağlamaqla özü üçün gəlir əldə etmiş, onları isə mülkiyyətlərində olan torpaq sahəsindən məhrum etmişdir. Cavabdeh2 özü də yaxşı bilir ki, onların ailəsi uzun müddət əvvəl torpaq sahəsini Əhməd Həsənova satmışlar. Bu faktı bütün qonşular v ə hətta kənd sakinləri hamısı yaxşı bilirlər. Buna baxmayaraq, Cavabdeh2 məlum alğı-satqı müqavilələrini bağlamışdır. Cavabdeh1 aldatma yolu ilə həm onların nümayəndəsi olmuş, həm də onların xəbəri olmadan, gizli yolla və pis niyyətlə adlarından alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətlərində olan 3,38 və 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onları məhrum etmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddia ərizəsinə qarşı etiraz verilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərmişdir ki, guya mübahisəli 3,38 və 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ailə başçısı olmuş Əmir Qazıxanov tərəfindən 2006-cı ildə rayonun Aşağı Ləyər kənd sakini Əhməd Həsənova 7.500 ABŞ dollarına satılmışdır. Belə o lduğu halda hansı səbəbdən tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır? İddia ərizəsində qeyd edilmişdir ki, guya həmin torpaq sahələrini Cavabdeh2 satmaq niyyətləri olmamışdır. Cavabdeh1 etibarnamə versələr də torpaq sahələrinin satılması üçün verməmişlər. Şixbala Muradov onlara bildirmişdir ki, torpaq payçısı olan həyat yoldaşı, iddiaçının qızı və 3-cü şəxslərin bacısı Bahar Muradovanın adında torpaq sahələri olduğuna görə sosial müavinət verilmir və həmin səbəbdən də onların hansısa sənədə imza etmələri zərurəti yaranmışdır. İddianın bu dəlili ilə də qətiyyən razı deyillər və yalan olmaqla heç bir hüquqi əsası yoxdur. Qeyd olunan torpaq sahələrinin paylı mülkiyyətçiləri olan İddiaçı və digər torpaq mülkiyyətçiləri olan Bahar Muradovaya, Şamil Qazıxanova, Məhəmməd Qazıxanova, Ədalət Qazıxanova, Bəsirə Qazıxanovaya, Zamir Qazıxanova, Zakir Qazıxanova və Gülnarə Bayramovaya onların hər birinə düşən torpaq pay hissəsinə görə dəyəri Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda hər birinə ödənilmiş, yalnız bundan sonra onlar - yəni İddiaçı və 3-cü şəxslər Bahar Muradova, Məhəmməd Qazıxanov, Ədalət Qazıxanovğlu, Bəşirə Qazıxanova, Zamir Qazıxanov, Zakir Qazıxanov və Gülnarə Bayramova iş üzrə cavabdeh qismində cəlb edilmiş, torpaq payçısı olan Bahar Muradovanın əri Cavabdeh1 həmin torpaq sahələrinin Cavabdeh2 satılmasının həyata keçirilməsi üçün bu barədə etibarnamə vermişlər.

7. Birinci instansiya məhkəməsində üçüncü şəxs Gülnarə Bayramova izahatında bildirmişdir ki, onun o torpaq sahəsinin qabaqcadan Əhmədə satılması barədə xəbəri var idi. X15 etibarnamə veriləndə torpağı satmaq kimi fikri olmayıb. Onu notariusa yardım adı ilə çağırmışdılar. Bundan əvvəl bilirdi ki, həmin torpağı Əhməd istifadə edir. Torpağın Əhməd tərəfindən istifadə olunmasına dair onun iddiası yoxdur. O, Robertdən pul almamışdır, ona heç kim pul verməyib. Bacısının və yeznəsinin əvvəcədən 14 min pul almasına dair onun məlumatı yox idi. Alğı-satqıya kimi Şıxbala və bacısı ilə münasibəti yaxşı idi. Atası rəhmətə gedənə kimi gəliş-gediş olub, sonra olmayıb. Sosial yardımla bağlı Şıxbalaya etibarnamə vermişdir. Torpaq şöbəsinə sosial yardımla bağlı şifahi müraciət etmişdir. O, Şıxbalaya etibarnaməni yardımla bağlı Torpaq şöbəsinə getməsi məqsədi ilə vermişdir. O, Subsidiya və sosial yardım almamış, bununla bundan əvvəl heç bir orqana müraciət etməmişdir. Şıxbala sosial yardımı özləri üçün çı xardı, onlar üçün yox. Bacıqardaşlar demişdilər ki, “bizə kömək elə etbarnamə ver yardım çıxaraq”. Notariusa gedib qol çəkəndə hamı ana, bacı, qardaş gəlmişdi. Robert və Şıxbala da orada idi. O, orada Şıxbalaya yardımla bağlı etibarnamə vermişdir. 2-3 il sonra Əhməd Notariusa gedib torpağı öz adına rəsmiləşdirmək üçün çıxarış almaq istəyəndə, aldadıldığını bilmişdir.

8. Birinci instansiya məhkəməsində üçüncü şəxs Zakir Qazıxanov izahatında bildirmişdir ki, torpağı mərhum atası qeyri-rəsmi qaydada Əhmədə vermişdir. Sənəddə bu torpaq onların adında qalmışdır. O, Əhməddən sosial yardım çıxarmaq üçün xahiş etmişdir. Alğı-satqı aktının surətini istəmişdir. Sosial fonduna getmiş və ona demişlər ki, “sənin adında torpaq sahəsi var”. Sonra Şıxbala demişdir ki, “mənim sosialım kəsilib mənə etibarna mə ver sosial yardım alım”. Notariusda Şıxbalaya etibarnamə verəndə onun torpaq satmaq kimi fikri olmayıb. Ona orada pul verən olmayıb. Notariusda digər ailə üzvləri də iştirak edib və torpaq satmaq kimi fikri olmayıb. Təxminən 3-4 ay bundan qabaq Şıxbalanın onu aldatdığını anlamışdır. O, etibarnaməni Şıxbalaya vermişdir. Etibarnaməni özü imzalamış, heç kim təsir etməmişdir. Sosial müdafiə fonduna müraciət etmiş, ona bildirmişlər ki, “sənin adında torpaq var”. Sonra Şıxbala bildirmişdir ki, “etibarnamə ver mən düzəldəcəm.” Əvvəllər kiməsə yardım almaqda kömək etməmişdir. Ailə üzvlərinin Robertə torpağın alğı-satqısı ilə bağlı xəbəri olmayıb. Etibarnamə vermək üçün gedəndə Notariusda Roberti görmüşdür. Etibarnamənin məzmununu oxumamışdır. Sosial yardımın təxminən 1 aya düzələcəyini bilirdi. Bir neçə ay keçmiş, amma sosial yardımı ala bilməmiş, etibarnanmə verdikdən 2-3 ay sonra ona məlum olmuşdur ki, Şıxbala Robertdən pul alıb. Əvvəllər heç kimə etibarnamə verməmişdir.

9. Birinci instansiya məhkəməsində üçüncü şəxs Bahar Muradova izahatında bildirmişdir ki, birinci bunlar torpağı Rahilə satmışlar. Torpağı atası, Zakir, Gülnarə, Gülxanım, Bəsirə, Zamir, hamısı satmışdılar. Onun torpağını da bunlar satıb pulunu yeyiblər. Sonra ondan xəbərsiz Şirinov Sabirə satmışlar. 3-cü Əhmədə, indi də Robertə satmışlar. Həmin torpaqdan kim istifadə edirdi bilmir. 5,17 ha torpaqdan hamıya barəbər pay düşüb. Ona düşən 1,4 ha torpağa görə 14 min manat aldığını etiraf edir. 2006-cı ildə 1,4 ha torpağı o, satmamışdır. Robert pulu hamıya vermişdir. Həmin günü Notariusa gəlmişdir. Zakir, Zamir, Gü lxanım, Bəsirə hamısı gəlmişlər. Hamısı bilirdi ki, torpağa görə gəliblər. Torpaq onun yoldaşı tərəfindən Robertə satılıb. Robert alğı-satqı müqaviləsində ona da, digər payçılara da pul vermişdir. Hamısı Notariusa gəlib, imza atıb, pulu alıb gediblər. Etibarnamə verilərkən hər hansı psixi və ya fiziki təsir olmayıb. Sərbəst şəkildə etibarnamə veriblər. Şamil 3.000 manat, Zamir 3.000 manat, Gülnarə də pul almış, amma nə qədər aldığını bilmir.

10. Birinci instansiya məhkəməsində üçüncü şəxs Şamil Qazıxanov izahatında bildirmişdir ki, o, vəkilin çıxışları ilə razıdır. O, Notariusa getmişdir. Onu Robert, Şıxbala və Səadət çağırmışlar. Onu oraya torpağı satmaq üçün çağırmışlar. Notariusda sənədləri imzalamışdır. Torpağı Robertə satmışdır. Robert orada ona pul verməmişdir. Müqaviləni imzalayarkə n kimsə ona hədə-qorxu gəlməmiş, məcbur imzalatdırmamışdır. Müqavilədə torpağın alğı-satqısı olduğunu, torpağın Robertə satıldığını deməmişlər. O, sadəcə imzalamış və onu kimsə imza etməyə məcbur etməmişdir. O, orada nəyə qol çəkdiyini, buraya niyə gəldiyini soruşmamışdır. Onun qardaş və bacıları torpağı digər şəxsə, yəni Əhmədə də satmışlar. Neçəyə satdığını bilmir “şirvan” dövründə satılmışdır. Həmin torpaqda onun payı da var idi. Əhmədə satanda atası ona da pul vermişdir. Notariusda torpağın Robertə satıldığını bilmirdi. Robert özü gəlib onu notariusa aparmışdır. Notariusa zorla aparılmamış, Robert torpağı almaq adı ilə aparmış, Robert onların torpağını almaq istəyirdi, özləri dedilər ki, “gəl Notariusa qol çək”. Birinci dəfə gedəndə düz olmamış, 2-ci dəfə gedəndə şəxsiyyət vəsiqəsini n vaxtı bitmiş, yenilədikdən 1-2 gün sonra getmişdir Notariusa. İmzaladığı sənəddə nədən bəhs olunduğunu bilmir. O, torpağın verilməsinə imza atdığını bilmirdi. Robert onu 2-3 dəfə torpaq üçün Notariusa çağırmışdır. Notariusa əvvəllər gedib indiyə kimi alğı-satqı etməmişdir. Ondan başqa da payçılar var, Robertin onlara pul verməsi barədə bilmir. Ona da pul verməmişdir. Sosial ödənişlər almır, bacıqardaşları da almır. Subsidiyalar almamışdır, ailə üzvlərindən də kimsə almayıb. Harasa müraciət etmələri barədə bilmir. Subsidiya və sosial ödənişlərlə bağlı kiməsə etibarnamə verməyiblər, elə bir hal olmayıb. Bacı-qardaşlarının da subsidiyalarla bağlı kiməsə etibarnamə vermələri barədə bilmir. Notariusa getdiyi vaxtlar, torpaqdan Əhməd istifadə edirdi. Notariusa gedəndə torpaq sahəsini satmağa g etmiş, başqa məqsədi yox idi. Subsidiya və sosial ödənişlərlə bağlı ona təkliflər olunmayıb, digərlərinə bilmir. Ailə üzvləri ilə Cavabdeh1 münasibəti yaxşı idi. Şıxbalaya əvvəllər kiminsə etibarnamə verməsi barədə xəbəri yoxdur. Digər ailə üzvlərin Robert tərəfindən çağırılıb torpaq almaq istəməsi barədə bilmir. Robertə tək onun imzasının kifayət etmədiyini, digər payçıların da iştirakının olması barədə heç nə deməmişdir. Digər bacı-qardaşların Robertə torpaq satmalarını bilirdi. Robertin onlara pul verdiyini bilmir. Müqaviləni imzaladıqdan sonra Robert ona pul verməmişdir.

11. Qusar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(029)-425/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslə r Gülnarə Bayramovaya, Bəsirə Qazıxanovaya, Zamir Qazıxanova, Zakir Qazıxanova, Bahar Muradovaya, Şamil Qazıxanova, Məhəmməd Qazıxanova, Ədalət Qazıxanova, Qusar rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf torpaq sahələrinin Əhməd Həsənov adlı şəxsə satmaları barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi Cavabdeh1 tərəfindən həmin torpaq payçılarının aldadılması barədə dəlilinə gəldikdə isə bu barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, iddiaçının Cavabdeh1 adına verilmiş etibarnamənin məhz subsidiyaların və sosial ödənişlərin alınması ilə bağlı vermələri məhkəmə iclasında öz təsdiqini tapmamış, etibarnamənin məzmununda hansı hərəkətlərin həyata keçirilməsi konkret göstərilmişdir. Bundan başqa, məlum alğı-satqı müqavilələri həm də torpaq sahələrinin mülkiyyətçilərindən biri və eyni zamanda iddiaçının ailə üzvü olan Şamil Qazıxanovun özü tərəfindən notariat ofisində şəxsən imzalanmış və həmin şəxs özünün iradə ifadəsinin zədələndiyini iddia etməmişdir. Eləcə də, Cavabdeh1 adına etibarnamələr vermiş şəxslərin torpaq sahələrinin satılması ilə bağlı aralarında hər hansı mübahisə olmamış, etibarnaməni Cavabdeh1 adına birgə vermişlər. Belə olan halda, iddiaçının Cavabdeh1 tərəfindən aldadıldığı özü məhkəmədə şübhə doğurur. Bundan başqa, iddiaçı bir tərəfdən torpaq sahəsini Əhməd Həsənova satdığını bildirsə də, digər tərəfdən torpaq sahəsinə dair subsidiya almaq niyyəti ilə etibarnamə verdiyini bildirmişdir. Bu, isə həmin dəlillərin bir-biri ilə ziddiyyət təşkil etməsinə və hər iki dəlilin inandırıcı olmamasına dəlalət edir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı müqavilələri üzrə iradə ifadəsinin zədələndiyi sübuta yetirilməmişdir.

13. Göründüyü kimi, iddiaçı alğı-satqı müqavilələrinin bağlanmasından iki ildən artıq müddət keçdikdən sonra həmin müqavilələri mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, m araqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

14. İddiaçı özü Cavabdeh1 adına verilən etibarnaməni subsidiya və sosial ödənişlərin alınması məqsədi ilə verdiyini bildirmişdir. Halbuki, Cavabdeh1 adına verilən etibarnamə 3 ay müddətinə 2.6.2021-ci il tarixədək verilmişdir. Həmin müddət daxilində iddiaçı etibarnamə üzrə Cavabdeh1 tərəfindən hansı hərəkətlərin edilməsini, onun maraqlarının onu təmsil edən şəxs olan Cavabdeh1 tərəfindən təmin olunubolunmamasını öyrənməli, məlum alğı-satqı müqav ilələrinin bağlanmasını bilməli idi. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı əqdləri onun ailə üzvü olan Şamil Qazıxanov tərəfindən də imzalanmışdır ki, bu da həmin müqavilələrin bağlanması barədə iddiaçının məlumatlı olmasına dəlalət edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət ötürülmüş və onun yuxarıda göstərilən müqavilələrin mübahisələndirilməsi hüququna xitam verilmişdi.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 141, 144, 146.1, 146.2, 146.8, 148.2, 149.2, 157.2, 324, 337, 339.1, 339.4, 347.1, 347.5, 354.1, 354.2, 359.1, 362.1, 362.2, 389.1, 390.1, 394, 399.1, 405.1, 567, 568.1, 646.1, 646.2-ci, “Nota riat haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 35 və 45-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahələri həmin şəxslərə Qusar rayon Aqrar İslahat Komissiyası tərəfindən pay torpaq sahəsi kim verilmişdir. Ailə başçısı olmuş mərhum Əmir Qazıxanov həmin torpaq sahələrini 2006-cı ildə Qusar rayonu Aşağı Ləyər kənd sakini Əhməd Həsənova 7.500 ABŞ dollarına satmış, lakin aralarında rəsmi alğı-satqı müqaviləsi bağlanmamışdır. Həmin vaxtdan həmin torpaq sahələri Əhməd Həsənovun sahibliyində və istifadəsindədir, Əmir Qazıxanovun və digər mülkiyyətçilərin Əhməd Həsənova qarşı torpaqla bağlı hər hansı iddia və tələbləri olmamışdır. Bu yaxınlarda Əhməd Həsənov onlara, yəni Bəsirə Qazıxanovaya, Zakir Qazıxanova, Zamir Qazıxanova, İddiaçı və Gülnarə Bayramovaya müraciət edərək həmin torpaq sahələrini onun adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, həmin torpaq sahələri onların adından Qusar rayonu Aşağı Ləyər kənd sakini Cavabdeh2 satılmış, bu barədə 12 mart 2021ci il tarixli alğı-satqı müqavilələri bağlanmışdır. Həmçinin, məlum olmuşdur ki, torpaq sahələrinin mülkiyyətçilərində n olan Şamil Qazıxanov istisna olmaqla, digər mülkiyyətçilərin adından alğı-satqı müqaviləsini nümayəndə qismində Cavabdeh1 imzalamışdır. Onların, yəni Bəsirə Qazıxanova, Zakir Qazıxanov, Zamir Qazıxanov, İddiaçı və Gülnarə Bayramovanın həmi torpaq sahələrini Cavabdeh2 satmaq niyyətləri olmamış, çünki bütün mülkiyyətçilər yaxşı bilirlər ki, torpaq sahələri 2006-cı ildən Əhməd Həsənova pul müqabilində qeyri rəsmi qaydada satımış və həmin müddətdən də onun istifadəsindədir. Onlar Cavabdeh1 adına etibarnamə versələr də, həmin etibarnaməni torpaq sahələrinin satılması üçün verməmişlər. Belə ki, Cavabdeh1 onlara müraciət edərək bildirmişdir ki, həmin şəxsin həyat yoldaşı, onların isə bacıları olan Bahar Muradovanın adında torpaq sahələri olduğuna görə sosial müavinət verilmir, bu səbəbdən torpa q sahələrinin Baharın adından çıxarılması zərurəti yaranmışdır. Bunun üçün isə onların da hansısa sənədə imza etməkləri lazımdır. Ona görə də, onlar Şıxbalanın adına etibarnamələr vermişlər. Lakin, Cavabdeh1 pis niyyətlə Cavabdeh2lə məlum alğı-satqı müqavilələri bağlamaqla özü üçün gəlir əldə etmiş, onları isə mülkiyyətlərində olan torpaq sahəsindən məhrum etmişdir. Cavabdeh2 özü də yaxşı bilir ki, onların ailəsi uzun müddət əvvəl torpaq sahəsini Əhməd Həsənova satmışlar. Bu faktı bütün qonşular və hətta kənd sakinləri hamısı yaxşı bilirlər. Buna baxmayaraq, Cavabdeh2 məlum alğı-satqı müqavilələrini bağlamışdır. Cavabdeh1 aldatma yolu ilə həm onların nümayəndəsi olmuş, həm də onların xəbəri olmadan, gizli yolla və pis niyyətlə adlarından alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətlərində olan 3,38 və 1,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onları məhrum etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmək barədə qənaətini onunla əsaslandırmışdır ki, Şixbala Muradov tərəfindən iddiaçıların aldadılması sübuta yetirilməmişdir. Bununla bağlı bildirir ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 2006-cı ildə torpağı alan Əhməd Həsənovla eyni kənddə yaşayır və uzun müddət ərzində Əhməd Həsənovla dostluq münasibətləri olmuş və qeyd edilən mübahisəli torpaq sahəsinin Əhməd Həsənov tərəfindən Qazıxanovlardan alınması barədə məlumatlı olmuşdur. Lakin sonradan Əhməd Həsənovla şəxsi mübahisələri ilə əlaqədar münasibətləri pozulmuşdur. Bundan əlavə Cavabdeh2 izahatında bildirmişdir ki, X2 alıdığı torpaq sahələrini rəsmiləşdirmək üçün 2018-2 019-cu illərdə məhkəməyə müraciət etmiş və bu zaman o iş üzrə digər Cavabdeh1 ilə Əhməd Həsənova qarşı birləşərək bütün məhkəmə və vəkil xərclərini şəxsən özü çəkməklə qeyd edilən torpaq sahələrinin Əhməd Həsənovun adına rəsmiləşdirilməsinə qarşı olmuşdur. Cavabdeh2 izahatında bidirmişdir ki, digər Cavabdeh1 ilə razılaşmalarına əsasən gələcəkdə qeyd edilən Qazıxanovalara məxsus torpaq sahələri Cavabdeh1 tərəfindən ona satılmalı və özü tərəfindən məhkəmələrə və digər vəkil xidmətlərinə cəkilmiş xərclər çıxıldıqdan sonra qalan pulu Cavabdeh1 verilməsi razılaşdırılmışdır. Cavabdeh2 qeyd edilən torpaq sahəsinin alınmasına təxminən 30.000 min manatdan cox pul xərclədiyini və qeyd edlən pulun 14.000 manatını şəxsən digər Cavabdeh1 verdiyini bildirmişdir. Cavabdeh2 izahatında qeyd etdiyi faktları digər Cavabdeh1 da, təsdiq etmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əvvəldən şərtləşmiş qaydada Qazıxanovlara məxsus torpaq sahəsinin ələ keçrilməsini planlamış və bu məqsədlə 20182019-cu illərdə Əhməd Həsənov tərəfindən Qazıxanovlardan alıdığı torpaq sahələrini rəsmiləşdirmək üçün məhkəmədə qaldırmış iddialar üzrə Əhməd Həsənova qarşı birgə iş quraraq Qazıxanovlara məxsus torpaq sahələrini əvvəlcədən planlaşdırılmış qaydada altatma yolu ilə alğı-satqı müqavilələrinin bağlanmasına nail olmuşlar. Məhkəmə iclasında məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, alğı-satqı müqavilələrinin predmetini təşkil edən torpaq sahələri uzun müddətdir ki, Əhməd Həsənovun istifadəsindədir və bu faktı torpaq sahəsini satın almış Cavabdeh2 də təsdiq etmişdir. Həmçinin, məhkəmə araş dırması nəticəsində sübut olunmuşdur ki, Əhməd Həsənov həmin torpaq sahələrini 2006-cı ildə mərhum Əmir Qazıxanovdan satın almış, lakin alğısatqı müqaviləsi rəsmişləşdirilməmişdir. Buna baxmayaraq, torpaq sahələri Əhməd Həsənovun istifadəsində olmuş və torpaq sahələrinin mülkiyyətçiləri buna hər hansı şəkildə etiraz etməmişlər. Məhz bu səbəbdən də, İddiaçı və torpaq sahələrinin digər mülkiyyətçiləri torpaq sahələrini Əhməd Həsəsnovun adına rəsmiləşdirmək istəmişlər. Şixbala Muradovun adına torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən verilmiş etibarnamələrə gəldikdə isə qeyd edir ki, həmin etibarnamələr torpaq sahələrinin satılması məqsədi ilə Şixbala Muradovun arvadı olan Bahar Muradovanın adının çıxarılması və torpaq sahələrinə görə subsidiyaların alınması məqsədi ilə verilmişdir. Lakin, Şixbala Muradov iddiaçıların ona olan inamından sui-istifadə edərək torpaq sahəsini özgəninkiləşdirmiş və hətta alqısatqıdan əldə olunmuş pulu da mülkiyyətçilərə verməmişdir. Bütün bunlar isə təsdiq edir ki, alğı-satqı müqavilələrinin bağlanmasından İddiaçı hər hansı şəkildə məlumatları olmamış və bununla da alğı-satqı müqavilələri iddiaçının iradə ifadəsini əks etdirməmişdir. Bu, həm də onunla təsdiq olunur ki, iddiaçının və ailə üzvlərinin həmin torpaq sahələrini Əhməd Həsənova satmasını, 2006-cı ildən indiyədək torpaq sahələrinin torpaq vergilərini Əhməd Həsənovun ödəməsini bütün kənd sakinləri yaxşı bilmişlər, hətta cavabdehlər də bunun təsdiq etmişlər. Odur ki, iddiaçı və ailə üzvləri torpaq sahələrini 2006-cı ildə Əhməd Həsənova satdıqları halda, sonradan həmin torpaq sahələrini Ca vabdeh2 satmaları məntiqə uyğun olmamaqla həqiqətən də həmin alğı-satqı müqavilələrinin qanuna zidd olduğunu o cümlədən iddiaçının qanuni mənafeyini pozduğunu təsdiq edir. Odur ki, hesab edir ki, birinci instansiya məhkəməsinin həmin əsasa görə iddianı rədd etməsi düzgün və əsaslı deyil, bu barədə məhkəmənin qənaəti işin faktiki hallarına uyğun deyil, həmçinin məhkəmə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, müəyyən olunmuş işin faktiki halların uyğun maddi hüquq normasını tətbiq etməmişdir. Bundan başqa, məhkəmə iddianı rədd etmək barədə qənaətini həm də onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən alğı-satqı müqavilələrinin mübahisələndirilməsi üçün Mülki Məcəllədə müəyyən olunmuş 1 illik kəsici müddət ötürülmüşdür və ona görə də, iddiaçının həmin müqavilələri mübahisələndi rmək üçün subyektiv hüququna xitam verilmişdir. Bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtı düzgün təyin etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İddiaçı alğı-satqı müqavilələrinin bağlanmasını onların bağlandıqları vaxtdan bilməmiş, bunu bilə bilməzdi. Çünki, İddiaçı özünün torpaq sahələrini Əhməd Həsənova satdığını zənn edərək sonradan hər hansı şəxslə yenidən alğı-satqı müqaviləsinin bağlanmasını güman edə bilməzdi. O, həmin müqavilələrin bağlanması barədə məlumatı 2022-ci ilin sonunda bilmiş, torpaq sahələrini Əhməd Həsənovun adına rəsmiləşdirmək istəyərkən bu barədə ona məlum olmuşdur. Bu səbəbdən də, o, əqdləri mübahisələndirmək üçün Mülk Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddəti ötürmə mişdir. Odur ki, birinci instansiya məhkəməsinin həmin qənaəti də Mülki Məcəllənin tələblərinə ziddir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun mövcud olub-olmaması ətraflı araşdırılmamış, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməsinə baxmayaraq işin hallarına uyğun olmayan qətnamə qəbul edərək iddianı rədd etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-213/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf torpaq sahələrinin Əhməd Həsənov adlı şəxsə satmaları barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi Cavabdeh1 tərəfindən həmin torpaq payçılarının aldadılması barədə dəlilinə gəldikdə isə bu barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, iddiaçının Cavabdeh1 adına verilmiş etibarnamənin məhz subsidiyaların və sosial ödənişlərin alınması ilə bağlı vermələri məhkəmə iclasında öz təsdiqini tapmamış, etibarnamənin məzmununda hansı hərəkətlərin həyata keçirilməsi konkret göstərilmişdir. Bundan başqa, məlum alğı-satqı müqavilələri həm də torpaq sahələrinin mülkiyyətçilərin dən biri və eyni zamanda İddiaçı ailə üzvü olan Şamil Qazıxanovun özü tərəfindən notariat ofisində şəxsən imzalanmış və həmin şəxs özünün iradə ifadəsinin zədələndiyini iddia etməmişdir. Eləcə də, Cavabdeh1 adına etibarnamələr vermiş şəxslərin torpaq sahələrinin satılması ilə bağlı aralarında hər hansı mübahisə olmamış, etibarnaməni Cavabdeh1 adına birgə vermişlər. Belə olan halda, iddiaçının Cavabdeh1 tərəfindən aldadıldığı özü məhkəmədə şübhə doğurur. Bundan başqa, iddiaçı bir tərəfdən torpaq sahəsini Əhməd Həsənova satdığını bildirsə də, digər tərəfdən torpaq sahəsinə dair subsidiya almaq niyyəti ilə etibarnamə verdiyini bildirmişdir. Bu, isə həmin dəlillərin bir-biri ilə ziddiyyət təşkil etməsinə və hər iki dəlilin inandırıcı olmamasına dəlalət edir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı müqavilələri üzrə iradə ifadəsinin zədələndiyi sübuta yetirilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı alğı-satqı müqavilələrinin bağlanmasından iki ildən artıq müddət keçdikdən sonra həmin müqavilələri mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı özü Cavabdeh1 adına veri lən etibarnaməni subsidiya və sosial ödənişlərin alınması məqsədi ilə verdiyini bildirmişdir. Halbuki, Cavabdeh1 adına verilən etibarnamə 3 ay müddətinə xx.xx.2021-ci il tarixədək verilmişdir. Həmin müddət daxilində iddiaçı etibarnamə üzrə Cavabdeh1 tərəfindən hansı hərəkətlərin edilməsini, onun maraqlarının onu təmsil edən şəxs olan Cavabdeh1 tərəfindən təmin olunub-olunmamasını öyrənməli, məlum alğı-satqı müqavilələrinin bağlanmasını bilməli idi. Bundan başqa, iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı əqdləri onun ailə üzvü olan Şamil Qazıxanov tərəfindən də imzalanmışdır ki, bu da həmin müqavilələrin bağlanması barədə iddiaçının məlumatlı olmasına dəlalət edir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün Mülki Məcəllə ilə müəyyən edilmiş kəsici müddət ötürülmüş və onun yuxarıda göstərilən müqavilələrin mübahisələndirilməsi hüququna xitam verilmişdir.

21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.

22. Apellyasiya instansiyası məhkəməsi onu daə qeyd etmişdir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi birgə mülkiyyətdə olmuşdur. Məlum olduğu kimi, iki v ə ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlm irsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayətin qeyd olunan dəlili əsassızdır. Belə ki, sözügedən torpaq sahəsi birgə mülkiyyətdə olamaqla, birgə mülkiyyətçilərdən olan Şamil Qazıxanov həmin müqavilələrin bağlanılmasında iştirak etmişdir. Eləcə də sonuncu iddiaçının qardaşı olmaqla, iddiaçının bu müqavilələrin bağlanması barədə məlumatsız olması inandırıcı deyildir. İddiaçı həmin to rpaq sahəsinin birgə mülkiyyətçilərindən olduğundan həmin torpaq sahəsinin satılmasından məlumatlı olmalı idi. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş mübahisələndirmə müddətini ötürmüşdür.

24. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.

25. Apellyasiya şikayətinin ikinci bir dəlili Cavabdeh1 tərəfindən aldadılaraq etibarnamə alması və torpağın onun iradəsindən asılı olmadan satılması ilə bağlıdır. İşin hallarından görünüdyü kimi mübahisələndirilən müqavilələr iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin etibarnamə qanunla nəzərdə tutulmuş qaydada verilmişdir. Hər hansı bir əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337-354-cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olması vacibdir. Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin di gər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların tə qdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddia ərizəsində iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalı olduğunu bildirsə də, etibarsızlığa əsas olacaq heç bir sübutu kollegiyaya təqdim edə bilməmişdir. İş materialları ilə mübahisələndirilən torpaq sahəsinin qanuni şəkildə satıldığı müəyyən edilmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandır mış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 213, 222, 324, 357, 337, 354, 359.1, 362.1, 362.2, 389.1, 390.1, 394-cü və Mülki Prosessual Məcəllənin 76, 384.0.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının öz mülkiyyətində olan torp aq sahəsini Cavabdeh2 satmaq niyyəti olmamış, çünki həmin torpaq sahəsi ailənin ümumirazılığı əsasında uzun müddət əvvəl Əhməd Həsənov adlı şəxsə satılmışdı və uzun müddətdir ki, torpaq sahəsi Əhməd Həsənovun tərəfindən istifadə olunur. Hal-hazırda da, torpaq sahəsini Əhməd Həsənov istifadə etməkdə davam edir. Bu səbəbdən də, iddiaçı həmin torpaq sahəsini uzun müddət bundan əvvəldən etibarən Əhməd Həsənovun torpaq sahəsihesab etdiyindən sonradan həmin torpaq sahəsinin özünün adından Cavabdeh2 satılmasını bilə bilməzdi. Bununla da, birinci və apellyasiya instansiyası məhkəməsi iddiaçının müqavilənin bağlanmasını bildiyi və bilməli olduğu vaxtı düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı Alğı-satqı müqavilələrinin bağlanmasını onların bağlandıqları vaxtdan bilməmiş, bunu bilə bilməzdi. Çünki, iddiaçı özünün torpaq sahələrini Əhməd Həsənova satdığını zənn edərək sonradan hər hansı şəxslə yenidən alğı-satqı müqaviləsinin bağlanmasını güman edə bilməzdi. İddiaçı həmin müqavilələrin bağlanması barədə məlumatı 2022-ciilin sonunda bilmiş, torpaq sahələrini Əhməd Həsənovun adına rəsmiləşdirmək istəyərkən bu barədə ona məlum olmuşdur. Bu səbəbdən də, iddiaçı əqdləri mübahisələndirmək üçün Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddəti ötürməmişdir. Odur ki, birinci və apellyasiya instansiyası məhkəməsinin bu barədə mövqeyi əsaslı deyil, Mülki Məcəllənin 354-cü maddəsinin tələblərinə ziddir. Birinci və apellyasiya instansiyası məhkəmələri işin faktiki hallarına uyğun qətnamə çıxarmamış, həmçinin məhkəmələr təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, müəyyən olunm uş işin faktiki halların uyğun maddi hüquq normasını tətbiq etməmişlər. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun mövcud olub-olmaması ətraflı araşdırılmamış, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməsinə baxmayaraq işin hallarına uyğun olmayan qətnamə qəbul edərək iddianı rədd etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

35. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

36. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyy ətdə ola bilər.

37. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

38. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

39. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əla qədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

41. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

42. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

43. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyi l, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

46. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

47. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandı ğı andan etibarsızdır.

48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

49. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

50. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

51. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

52. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şə xs barəsində bu cür əqdlər bağlaya bilməz.

53. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

54. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

55. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

56. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

57. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

58. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

59. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmama sına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümu milikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1,4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci ma ddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

80. Bu səbəbdə n, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-213/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar