Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3713/2024 18.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkib də, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası ilə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)709/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə4) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışa əsasən,ünvan 1ində yerləşən 0,8431 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə X2, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərindədir. 2. 12 noyabr 2018-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4, Cavabdeh1, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,8431 ha olan xx.xx.2018-ci il tarixdə verilmiş, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissələrini Cavabdeh3 2.000 manata satmışlar. 3. 10.12.2018-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,8431 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət üzrə Cavabdeh3 mülkiyyətindədir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-68/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0623 KOD 30100018 saylı, JN:0622 KOD 30100018 saylı, JN:0627 KOD30100018 saylı Dövlət Aktlarının, JN-0622 saylı dövlət aktı əsasında Cavabdeh1 Kəlbəli qızının, X6, X2 adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, JN-0623 saylı dövlət aktı əsasında Nümayəndə2, X7 və X13 adlarına verilmiş 05 yanvar 2021-ci il tarixli **********658 və **********9 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respu blikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-608/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-68/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)554/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçıların, cavabdehin və üçüncü şəxs Nümayəndə2 kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-608/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 Kəlbəli qızına, X9, Cavabdeh3, Qusar rayon Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdehlər, yaxud, ad, soyadı, Notariat Ofisi və Əraxi İdarəsi) qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun və iş üzrə Cavabdeh3 arasında 0,8431 ha torpaq sahəsinin alğı-satqısı barədə Qusar rayon Notariat Kontorun da 12 noyabr 2018-ci il tarixdə bağlanmış və 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin alğı-satqı müqaviləsinə əsasən cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin 0,8431 ha torpaq sahəsinə Cavabdeh3 adına aparılmış 10 dekabr 2018-ci il tarixli, **********66 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən onun ailə üzvlərinə, qardaşı Nümayəndə1 Meyvəddin oğlunun ailə üzvlərinə, habelə onun mərhum valideynləri Ömərov Meyvəddin Dəmir oğluna və X8 Qus ar rayonunun Aşağı Ləgər kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş ona və ailə üzvlərinə məxsus JN:383 KOD 30100018 saylı, qardaşı Nümayəndə1 Meyvəddin oğluna və ailə üzvlərinə məxsus JN:384 KOD 30100018 saylı Dövlət Aktı və valideynləri Ömərov Meyvəddin Dəmir oğluna və X8 məxsus JN:382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə təsdiq edilir. Atası Ömərov Meyvəddin Dəmir oğlu 22 iyun 2008-ci il tarixdə, anası X10 isə 07 noyabr 2015-ci il tarixdə vəfat etmişlər. Onların vəfatından sonra onlara məxsus torpaq sahələrini də o, faktiki miras qəbul edib istifadə edir. Artıq 30 ilə yaxındır ki, həm in torpaq sahələrindən onun və qardaşı Nümayəndə1 Meyvəddin oğlunun ailə üzvləri heç kimin etirazı olmadan istifadə edir. 2020-ci ildə o və qardaşı Nümayəndə1 Meyvəddin oğlu valideynlərindən miras qalmış həmin torpaq sahələrinə vərəsəlik hüquqlarını həyata keçirmək, habelə Dövlət Aktlarına əsasən onlara məxsus torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almaq üçün cavabdeh DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onlara bildirmişdir ki, ona məxsus JN:383 KOD 30100018 saylı, qardaşı Nümayəndə1 Meyvəddin oğluna məxsus JN:384 KOD 30100018 saylı və onların mərhum valideynlərinə məxsus JN:382 KOD 30100018 saylı Dövlət Aktlarındakı torpaq sahələri cavabdehlər Cavabdeh1 Kəlbəli qızına, X9 və onların vəfat etmiş ailə başçısı X 3 məxsus JN:622 KOD 30100018 saylı Dövlət Aktındakı torpaq sahələri ilə, habelə Qusar rayonu Aşağı Ləgər kənd sakinləri olan digər şəxslərə məxsus JN:623 KOD 30100018 saylı, JN:627 KOD 30100018 saylı, JN:628 KOD 30100018 saylı Dövlət Aktlarındakı torpaq sahələri ilə kəsişir. Bu səbəbdən cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi onların Dövlət Aktlarındakı torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verməkdən imtina etmişdir. O, bu məsələni araşdıranda məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 Kəlbəli qızı, X11 və onların hal-hazırda vəfat etmiş ailə başçısı X4 özlərinə məxsus JN:622 KOD 30100018 saylı Dövlət Aktı əsasında 0,8431 ha torpaq sahəsinə 01 noyabr 2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən öz adlarına **********66 reyestr nömrəli da şınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. 12 noyabr 2018-ci il tarixdə onlar həmin çıxarışa əsasən həmin 0,8431 ha torpaq sahəsini Cavabdeh3 satmışlar və bu barədə olan alğı-satqı müqaviləsi cavabdeh Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiqlənərək 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 10 dekabr 2018-ci il tarixdə Cavabdeh3 adına **********66 saylı çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh1 Kəlbəli qızına, X9 və onların vəfat etmiş ailə başçısı X3 JN:622 KOD 30100018 saylı Dövlət Aktına əsasən məxsus torpaq sahələri, ona, qardaşı Nümayəndə1 Meyvəddin oğluna və onların mərhum valideynlərinə JN:382 KOD 30100018 saylı Dövlət Aktlarına əsasən məxsus torpaq sahələ rindən çox uzaqda, başqa torpaq massivlərində yerləşir. Torpaq islahatlarından ötən 30 ilə yaxın müddətdə cavabdehlər Cavabdeh1 Kəlbəli qızı, X11 və onların vəfat etmiş ailə başçısı X4 JN:622 KOD 30100018 saylı Dövlət Aktına əsasən özlərinə məxsus və onların torpaqlarından çox uzaqda yerləşən torpaq sahələrindən istifadə etmiş, əkib becərmişlər. Ötən 30 ilə yaxın müddət ərzində torpaq sahələri ilə bağlı aralarında heç bir mübahisə olmamışdır. Cavabdehlər Cavabdeh1 Kəlbəli qızının, X6 və onların vəfat etmiş ailə başçısı X2 12 noyabr 2018-ci il tarixdə Cavabdeh3 satdıqları 0,8431 ha torpaq sahəsi də onların faktiki istifadələrində olan və onun torpaq sahələrindən çox uzaqda, başqa torpaq massivində yerləşən torpaq sahəsidir. Cavabdeh3 da həmin 0,8431 ha torpaq sahəsini cavabdehlər Cavabdeh 1 Kəlbəli qızından, X5 və onların sonradan vəfat etmiş ailə başçısı X1 aldıqdan sonra həmin torpaq sahəsindən heç kimin etirazı olmadan istifadə etmiş, əkib becərmişdir. Cavabdeh3 hal-hazırda da həmin 0,8431 ha torpaq sahəsindən istifadə edir. Qanuni mülkiyyətlərində olan torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ala bilməməyi ilə əlaqədar apardığı araşdırmadan sonra ona məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 Kəlbəli qızı, X11 və onların sonradan vəfat etmiş ailə başçısı X4 onların adlarına olan JN: 130 KOD 30100018 saylı ilkin Dövlət Aktındakı cəmi 3,10 ha torpaq sahəsindən 2,26 ha torpaq sahəsini Qusar rayon Notariat Kontorunda təsdiq olunmuş 14 yanvar 2006-cı il tarixli, 4ə-İ-16 saylı başqa şəxsə satmışlar. Həmin müqavilədən sonra cavabdehlərin mülkiyyətində 0, 84 ha torpaq sahəsi qalmışdır. Lakin Qusar rayon Notariat Kontorunda təsdiq olunmuş 14 yanvar 2006-cı il tarixli, 4ə-İ-16 saylı alğı-satqı müqaviləsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən düzgün icra olunmamış və həmin 0,84 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun adlarına onlara və valideynlərinə məxsus Dövlət Aktlarındakı torpaq sahələri ilə kəsişən JN:622 KOD 30100018 saylı qanunsuz Dövlət Aktı verilmişdir. O və qardaşı Nümayəndə1 Meyvəddin oğlu Sumqayıt İnzibati Məhkəməsində cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun adlarına 0,8431 ha torpaq sahəsinə verilmiş JN:622 KOD 30100018 saylı Dövlət Aktının və həm in Dövlət Aktı əsasında həmin 0,8431 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli, **********66 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-68/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun adlarına verilmiş JN:622 KOD 30100018 saylı Dövlət Aktının və həmin Dövlət Aktı əsasında cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun adlarına verilmiş 01 noyabr 2018-ci i l tarixli, **********66 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin işə apellyasiya qaydasında baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-608/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 21(118)68/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin işə kassasiya qaydasında da baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-554/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-608/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli, **********66 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəmə qaydasında ləğv edildiyi və bu barədə olan məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün həmin çıxarış əsasında cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun və iş üzrə Cavabdeh3 arasında 0,8431 ha torpaq sahəsinin alğı-satqısı barədə Qusar rayon Notariat Kontorunda 12 noyabr 2018-ci il tarixdə bağlanmış və 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqav iləsinə əsasən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin 0,8431 ha torpaq sahəsinə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 10 dekabr 2018-ci il tarixli, **********66 reyestr nömrəli qeydiyyat ləğv edilməlidir.
9. Cavabdeh3 etiraz ərizəsini onunla əsalandırmışdır ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, onunla cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun arasında bağlanmış alğı-satqı müqaviləsi müqavilə üzrə satıcı şəxslərin adlarına olan Çıxarışın ləğvinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-68/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarından təxminən 4 il əvvəl, yəni 12 noyabr 2018-ci il tarixdə bağlanmışdır və müqavilə bağlanarkən həmin çıxarış qüvvədə idi. Bundan başqa, o, torpaq sahəsini satın alarkən çıxarışda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmamışdır, hər hansı yüklülüyü yox idi. Həmin Çıxarış üzrə qeydə dair daşınmaz əmlakın dövlət reyestrinə hər hansı etiraz da yox idi. Belə olan halda, onun iddiaçının nə vaxtsa torpaq sahəsini ona satmış şəxslərə qarşı hansısa iddiasının olacağını bilməyi qeyri-mümkün idi. Bundan başqa, iddiaçı özünün iddia ərizəsində də qeyd etmişdir ki, o, satın aldığı həmin 0,8431 ha torpaq sahəsini Cavabdeh1 Kəlbəli qızından, X5 və onların sonradan vəfat etmiş ailə başçısı X1 aldıqdan sonra həmin torpaq sahəsindən heç kimin etirazı olmadan istifadə etmiş, əkib becərmişdir. O, hal- hazırda da həmin 0,8431 ha torpaq sahəsindən istifadə edir. Yuxarıda qe yd etdiyi kimi, o, mübahisələndirilən torpaq sahəsini xx.xx.2018-ci il tarixdə əldə etmişdir və həmin vaxt satıcı şəxslərin adına olmuş daşınmaz əmlakın reyestrindəki qeyd həqiqi və tam olmuş, alğı-satqı müqaviləsini təsdiq etmiş notariat orqanı da satıcı şəxslərin satılan torpaq sahəsinə dair səlahiyyətləri yoxlanılmış və bundan sonra müqavilə təsdiq olunmuşdur. Bununla da, hesab edir ki, o, torpaq sahəsini vicdanlı şəkildə əldə etmiş və bu səbəbdən də iddiaçının onunla əldə etdiyi torpaq sahəsini geri tələb etmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, 12 noyabr 2018-ci il tarixdə onunla Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun arasında bağlanmış alğı-satqı müqaviləsi həm də ona görə etibarsız hesab oluna bilməz ki, müqavilə bağla nan zaman müqavilənin heç bir tərəfinin iradə ifadəsi zədələnməmiş, hüququ və mənafeyi hər hansı şəkildə pozulmamış, o cümlədən müqavilənin etibarlı olmasını şərtləndirən hər hansı qayda pozulmamışdır. Müqavilə bağlanan anda İddiaçı torpaq sahəsinə dair hər hansı hüququ yox idi və müqavilənin bağlanması üçün onun razılığı tələb olunmurdu. İddiaçı həm də əqdi mübahisələndirmək üçün Mülki Məcəllədə təsbit olunmuş kəsici müddəti də ötürmüşdür. Kəsici müddətin ötürülməsi isə əqdi mübahisələndirmək hüququnun xitamına səbəb olur. Beləliklə, hesab edir ki, İddiaçı onunla digər cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsini mübahisələndirmək hüququ mövcud olmadığından (kəsici müddətlər ötürüldüyünə görə), eləcə də, o, daşınmaz əmlak barəsində vicdanlı alıcı olduğundan həmin şəxsin irəli sü rdüyü iddia tələbinin hər hansı hüquqi əsası yoxdur, ona görə də həmin iddia rədd olunmalıdır.
10. Məhkəmə iclasında Cavabdeh1 Kəlbəli qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun mərhum atası Mirzəbəyovlara torpaq sahəsini satıb. Atası pul lazım olduğuna görə torpaq sahəsini Zibedayə satıb. Torpaq sahəsinin sənədləri qaydasında olub, çıxarışı da olub, çıxarışa əsasən torpağı satılıb. Həmin torpaq sahəsi onlara dövlət tərəfindən verilmiş pay torpaq sahəsi idi. İnzibati məhkəmənin qərarından xəbəri var, o, həmin qərar ilə razı deyil. Onlara məxsus torpaq sahələrdən əkin sahəsi Gilan şirkətinə satmışlar, 84 sot torpaq sahəsi qalmışdı, satılmamışdır, sonradan torpağı Zibedayə satmışdır. Zibedayə satılmış torpaq sahələrə dair sənədin ləğv olub-olmamasını bilmir. JN 622 saylı dövlət aktına əsasən çıxarış çıxarılıb və həmin torpaq sahəsi Zibedayə satılıb. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Qusar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(029)-682/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Fərqanə Qafarovanın və onların sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun və iş üzrə Cavabdeh3 arasında 0,8431 ha torpaq sahəsinin alğı-satqısı barədə Qusar rayon Notariat Kontorunda 12 noyabr 2018-ci il tarixdə bağlanmış və 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsinə əsasən cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin 0,8431 ha torpaq sahəsinə Cavabdeh3 adına aparılmış 10 dekabr 2018-ci il tarixli, **********66 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-68/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən JN-0622 saylı dövlət aktı əsasında Cavabdeh1 Kəlbəli qızının, X6, X2 adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulduğu üçün və həmin çıxarış ləğv edildiyi üçün, 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çı xarış əsasında bağlanmış alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında çıxarılmış çıxarış ləğv olunmalıdır.
13. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Yəni baxılan işdə Cavabdeh3 vicdanlı sahib kimi qəbul oluna bilməz.
14. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən yuxarıda göstərilən alğı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün nəzərdə tutulan kəsici müddəti də ötürülməmişdir. Belə ki, əqdin mübahisələndirilməsi hüququ maraqları pozulmuş şəxsin həmin faktı bildiyi vaxtdan andan əmə lə gəlir. İddiaçı isə həmin fakt barədə məlumat əldə etdikdən sonra qanunla müəyyən edilən müddət daxilində müvafiq iddialarla aidiyyəti məhkəmələrə müraciət etmişdir. Odur ki, həmin alğı-satqı müqaviləsi Mülki Məcəllənin tələbləri pozulmaqla bağlandığına görə etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş Çıxarış da etibarsız hesab edilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 141.1, 141.3, 148.2, 149.2, 152.4, 152.5, 157.1, 157.2, 182.1, 324.1, 324.2, 324.4, 329.1, 334.1, 331, 334.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.4, 359.1, 359.3, 362.1, 387.3, 389, 394, 405.1, 421.1, 421.2, 422.1, 567, 646.1, 648.1-ci və Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. İşə baxmış məhkəmə yuxarıda göstərilən inzibati məhkəmələrin qərarlarının mövcud olmasını əsas götürərək qətnaməsində qeyd edir ki, cavabdehlər Cavabdeh1 Kərbəli qızının və qeyrilərinin adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli, **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi 5 saylı X açmaz Ərazi İdarəsinin üzərinə qoyulduğu üçün və həmin çıxarış ləğv edildiyi üçün, 01 noyabr 2018-ci il tarixli, **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında bağlanmış alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarış ləğv olunmalıdır. Göründüyü kimi 0,8431 ha torpaq sahəsinə dair onunla digər cavabdehlər Cavabdeh1 və qeyriləri arasında alğı-satqı müqaviləsi notariatda 12 noyabr 2018-ci il tarixdə bağlanmış, ondan da əvvəl xx.xx.2018ci il tarixdə həmin torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1 və qeyrilərinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin istinad olunan qərarı isə xx.xx.2022-ci il tarixdə, 0,8431 ha torpaq sahəsinə dair aralarında alğı-satqı müqaviləsi bağlandığı vaxtd an təxminən 04 il sonra qəbul edilmişdir. 0,8431 ha torpaq sahəsinə dair onunla cavabdehlər Cavabdeh1 və qeyrilərinin həmin əmlak üzərində dövlət reyestrində aparılmış qeydiyyat həqiqi və legitim olmaqla heç kəs tərəfindən mübahisələndirilməmişdir. Ona görə də o, Konstitusiya Məhkəməsinin qərarında göstərilənlərə uyğun olaraq vicdanlı alıcı hesab edilməli və qanuni əsaslarla əldə etdiyi əmlak üzərində hüquqları qanunla qorunmalıdır. Cavabdehlər Cavabdeh1 və qeyriləri ilə onun arasında bağlanmış 12 noyabr 2018-ci il tarixli, 4ə-1936 saylı alğı-satqı müqaviləsinə əsasən satıcılar Cavabdeh1 və qeyriləri mülkiyyətlərində olmuş 0,8431 ha torpaq sahəsinin mülkiyyətinə verməklə razılaşdığı məbləğdə özgəninkiləşdirən əmlakın dəyərini almış, o isə alıcı olaraq satıcılara razılaşdığı məbləğdə pulu ödəyərək satın aldığı əmlakı qəbul etmişdir. Yəni aralarında alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə tam uyğun olaraq təsdiq edilmişdir. Əqdlərin etibarsızlığı barədə müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəsildə öz əksini tapmışdır. 12 noyabr 2018-ci il tarixli, 4ə-1936 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin XİV fəslində nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-709/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsi ilə (X18 (sədrikl edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin predmetini alğı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvi təşkil edir, lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə tətbiq edilməli olmayan maddi hüquq normalarına istinad etmişdir. Belə ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən iddiaçının ailə üzvlərinə, qardaşı Nümayəndə1 Meyvəddin oğlunun ailə üzvlərinə, habelə onun mərhum valideynləri Ömərov Meyvəddin Dəmir oğluna və X8 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinin verilməsi, cavabdehlər Cavabdeh1, Fərqanə Qafarova v ə Məhəmməd Qafarovun adlarına verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi və onlarla iş üzrə qüvvədə olan məhkəmə aktı ilə Cavabdeh3 arasında 0,8431 ha torpaq sahəsinin alğısatqısı barədə Qusar rayon Notariat Kontorunda 12 noyabr 2018-ci il tarixdə müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələri təşkil edir.
20. İddianı təmin edən birinci instansiya məhkəməsi Cavabdeh3 vicdanlı alıcı kimi qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsi bağlanan anda vicdanlılıq faktı mövcud olmamışdır.
21. Məhkəmə kolle giyası nəzərə almışdır ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehlər Lumu, Fəqanə və sonradan vəfat etmiş ailə başçısı Məhəmməd Qafarovun hüquqlarının qanunsuz qeydə alınması yalnız əvvəlki iş üzrə qəbul olunmuş və qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş, lakin tərəflər arasında alğı-satqı müqaviləsi 12 noyabr 2018-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır. Bu zaman isə Lumu, Fəqanə və mərhum Məhəmməd Qafarovun xeyrinə reyestrdə olan qeydə hər hansı etiraz verilməmiş, sonuncuların hüquqları mübahisələndirilməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi əqdin bağlandığı andan Cavabdeh3 istifadəsində olmuş və 2020-2024-cü illər üzrə ona müəyyən məbləğdə subsidiya ödənilmişdir.
22. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh3 mübahisəli torpaq sahəsini alarkən həmin torpaq sahəsinə dair sərəncam verən şəxslərin, yəni cavabdehlər Lumu, Fərqanə və mərhum Məhəmməd Qafarovun həmin vaxt bu hüquqa malik olduğundan (xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilmədiyindən), əmlakı əldə edən Cavabdeh3 mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığından, sonuncu vicdanlı alıcı kimi qəbul edilməlidir.
23. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab etmişdir ki, aparılmış qeydiyyat mübahisəli alğı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alğı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin müqavilə qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz.
24. Məh kəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mövcud iddia tələbinin təmin edilməməsi iddiaçının mübahisəli torpaq sahəsinin hazırkı bazar dəyəri həddində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ istisna etmir.
25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 148.2, 149.2, 324.1, 324.2, 342.4, 324.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına; S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392 və 405-c i maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən iddiaçı (vəkil X14) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən MPM-nin 372.1-ci maddəsinin tələblərini pozmuş, mübahisəli torpaqla əlaqədar Sumqayıt İnzibati Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının olmasını nəzərə almamış, həmin qərarlarla əlaqədar işləri araşdırmamış və nəticədə qanunsuz və əsassız bir qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
28. Cavabdeh Zibeda Mirzəməyova iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqi qi hesab edilir.
30. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
31. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldil miş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. "xxxx" ASC-nin şikayəti üzrə” 2018-ci il 18 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəll əyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. “S.N.Məmmədovanın şikayəti üzrə” 2004-cü il 27 oktyabr tarixli Konstitusiya Məhkəməsinin Plenumumunun Qərarı.
37. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yar anmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “H.Cəfərovun şikayəti üzrə” 2014-cü il 15 sentyabr tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı.
38. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakın geri qaytarılması formasında doğurd uğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qa rşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgü n hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında fo rmalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya inst ansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-709/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.