Məhkəmə qərarları › İş №2(102)-4624/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4624/2023

12.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4624/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X7, X8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Dövlət Notariat Kontoru) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiye v İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X7, X8, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Dövlət Notariat Kontoru) qarşı alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1072/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları

1. Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsinə əsasən, X20 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 136 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 23283.6 kv.m. torpaq sahəsinin, X12 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 132 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m pay torpaq sahəsinin, X30 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 0073 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 31277.92 kv.m pay torpaq sahəsinin, X2 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 0058 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 4010.05 kv.m pay torpaq sahəsinin, X4 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 0034 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 12030.00 kvm pay torpaq sahəsinin, X13 ilə Cavabdeh3 arasında Torpağın mülkiyət hüququna dair JN: 0048 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 20050.00 kvm pay torpaq sahəsinin, X21 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 0020 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 1273.47 kv.m. pay torpaq sahəsinin, Əmirəhmədov Səfərəli Babaşah oğlu ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 0021 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 6366.82 kv.m pay torpaq sahəsinin, X31 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyə t hüququna dair JN: 239 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 12777.00 kv.m pay torpaq sahəsinin, X14 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 116 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 8914.00 kv.m. pay torpaq sahəsinin, X3 ilə Cavabdeh3 arasında Torpağın mülkiyyət hüququna dair JN: 242 kod 30302016 saylı Dövlət Aktına əsasən Quba rayonu ərazisində yerləşən 9937.00 kv.m. pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi, həmin torpaq sahələrinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 21 aprel 2022-ci il tarixli, 2(105)726/2022 saylı qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsi X12 ilə Cavabdeh3 arasında torpağa mülkiyyət hüququna dair JN-132 saylı, kodu 30406028 olan dövlət aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m. pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqd etibarlı hesab edilmiş, həmin torpaq sahəsinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, bu hissədə iddia təmin edilməmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli məktuba əsasən, X12 və ailə üzvlərinə məxsus 6.02 ha torpaq sahəsinə verilmiş JN-132 KOD 30406028 nömrəli nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 132 (2.7164 ha) hissəsi Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-1059/2 017 saylı qətnaməsinə əsasən Cavabdeh3 adına dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış işlənmiş və həmin torpaq sahəsini Cavabdeh3 Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1302 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 (xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli), Cavabdeh1 isə həmin torpaq sahəsini Qusar rayon notariat kontorunun 24.10 2019-cu il tarixli, 4Ə-2126 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirmiş, Cavabdeh2 adına dövlət reyestrindən 15.11 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Bundan əlavə, JN-132 KOD 30406028 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 132C (3.3049 ha) hissəsinə Şa bran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-1098 saylı qətnaməsinə əsasən 0.94 ha torpaq sahəsinə dövlət reyestrindən X15 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış işlənmiş, 132C (3.3049 ha) hissəsinin yerdə qalan 2.3649 ha hissəsinə isə Şabran Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(031)-1112 saylı qətnaməsinə əsasən dövlət reyestrindən X16 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış işlənmişdir. X16 mülkiyyətində olmuş 2.3649 ha torpaq sahəsi Şabran rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 2V-269 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinə əsasən X9 və X17 adına dövlət reyestrindən 1.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

4. Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarına əsasən X6 və ailə üzvlərinin mülkiyyətlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 6.02 ha pay torpaq sahəsi verilmişdir. 5. 24 oktyabr 2019-cu il tarixdə bağlanmış dəyişmə müqaviləsinə əsasən, tərəflər onlara məxsus daşınmaz əmlakları aşağıdakı qaydada dəyişdirirlər: a) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2.7164 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni digər tərəfin mülkiyyətinə verir. -birinci tərəf Cavabdeh1 (2.7164 ha)- ikinci tərəf Cavabdeh2, b) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.07 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni digər tərə fin mülkiyyətinə verir.-ikinci tərəf Cavabdeh2 (1.07 ha)-birinci tərəf Cavabdeh1, s) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.87 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəni digər tərəfin mülkiyyətinə verir. - ikinci tərəf Cavabdeh2 (0.87 ha)-birinci tərəf Cavabdeh1. 6. ünvan 1i ərazisində yerləşən 2.7164 ha torpaq sahəsi Cavabdeh1, ünvan 1i ərazisində yerləşən 0.87 ha torpaq sahəsi və 1.07 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir.

7. X5 ərizəsinə əsasən əri Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.87 ha və 1.07 ha olan torpaq sahəsinin dəyişdirilməsinə (özgəninkiləşdirilməsinə) heç bir etirazı yoxdur, razıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək «Torpağa Mülkiyyət hüququ»na dair verilmiş JN-132 KOD 30406028 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətə verilmiş 6,02 ha torpaq sahəsinin 2,7164 ha hissəsinin Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın, onunla xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alğı-satqı müqaviləsinin, sonuncunun adına verilmiş çıxarışın və onunla xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin və sonuncunun adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsi xəbəri və razılığı olmadan qanunsuz olaraq özgəninkiləşdirilmiş və bununla da mülkiyyət hüquqları pozulmuşdur, belə ki, o da bu torpaq sahəsinin mülkiyyətçisi olmuş və ümumi mülkiyyətdə olan əmlakın satışı zamanı o da razılıq ərizəsi verməli idi, lakin bu əmlak üzərində başqa şəxslər sahiblik, sərəncam hüquqlarını həyata keçirmiş, onu bu hüquqlardan qanunsuz olaraq məhrum etmişlər.

10. Birinci instansiya məhkəməsində Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbin ona yönəlmiş hissəsində Şabran rayonu, Sincanboyad kəndinin ərazisində mülkiyyət hüququ əsasında ona məxsus 2,7164 ha torpaq sahəsinə dair adına verilmiş çıxarışı və alqı-satqı müqaviləsinin etibarsiz hesab olunmasını tələb edirlər. İddia tələbini aşağıda s adaladığı hallara görə əsassız hesab edir. Belə ki, həmin torpaq sahəsini satın aldığı şəxs iş üzrə cavabdehlərdən olan Cavabdeh1 oglu ilə tanışlığı olmamışdir. Qonşu Taxtalar kəndində yaşayan Nazir adlı bir tanış adam ona bildirdi ki, bəs sənin torpaq sahəni Bakı şəhər sakini almaq istəyir. Belə ki, ona məxsus torpaq sahəsi həmin şəxsə məxsus torpaq sahələri ilə yanaşıdır və alıb birləşdirmək istəyir. Əvvəlki torpaq sahəsi 1,96 ha olmuşdur. Bir neçə dəfə təklif etdilər, əvvəl razılaşmamışdır. Sonra təklif irəli sürdülər ki, bəs ona məxsus başqa torpaq sahəsi vardı onun evinə daha yaxın, satmağa razılaşarsa qiymətdə endirim edərlər. Bundan sonra təklif edilən torpaqla bağlı mübahisənin hər hansı problemin olub-olmaması barədə həmin kənd sakinlərindən maraqlanmış, hüquqmüəyyənedici sənədlər lə tanış olmuşdur. Problemin olmadığına əmin olduqdan sonra razılıq vermişdir. Özünə məxsus 1,96 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. Ona məxsus olan 2,7164 ha torpaq sahəsini almışdır. Torpağın əvvəlki mülkiyyətçisi iş üzrə digər Cavabdeh1 oglu da məhkəmə mübahisəsinin olması barədə ona bildirməmiş, məqsədinin onun əvvəlki torpaq sahəsinin onun digər torpaq sahələri ilə yanaşı olması və bir yerə birləşdirməsi olmuşdur. Eyni zamanda bildirir ki, mübahisəndirilən torpaq sahəsindən aldığı vaxtdan bəri təyinatı üzrə istifadə edir, buğda, arpa bitkiləri əkib becərir. Məhkəmədən bildiriş gələndən sonra torpaqla bağlı mübahisənin olduğunu bilmişdir. Göründüyü kimi o, qanunvericiliyin tələbinə uyğun olaraq qeyd olunan torpaq sahəsi əldə edərək üzərində mülkiyyət hüqüqunu müəyyən etdirmişdir. 1

1. Şabran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 fevral 2023-cü il tarixli, 2(031)-100/2023 nömrəli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia təmin edilmiş, «Torpağa Mülkiyyət hüququ»na dair verilmiş JN-132 KOD 30406028 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətə verilmiş 6,02 ha torpaq sahəsinin 2,7164 ha hissəsinin Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın, Cavabdeh3 ilə xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alğı-satqı müqaviləsinin, X19 adına verilmiş çıxarışın və X26 ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin və Cavabdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin pre dmeti olan çıxarışlar Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi əsasında verilmişdir, lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən həmin qətnamə ləğv edilmişdir. Odur ki, «Torpağa Mülkiyyət hüququ»na dair verilmiş JN-132 KOD 30406028 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətə verilmiş 6,02 ha torpaq sahəsinin 2,7164 ha hissəsini Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarış, İddiaçı ilə xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alqı-satqı müqaviləsi, sonuncunun adına verilmiş çıxarış və İddiaçı ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi və sonuncunun adına xx.xx.2019-cu ildə verilmiş çıxarış etibarsız hesab edilməklə iddia təmin edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 60 Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 19, 139.1, 146.1, 149.2, 157.1, 157.2, 337, 339, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 82.3, 88, 106.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində iddia tələbinin rədd edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özünə məxsus ümumilikdə 2 ədəd ayrı-ayrı torpaq sahələri olan ümumi sahəsi 1,96 ha torpaq sahələrini Cavabdeh1 mülkiyyətinə verməklə ona məxsus olan hazırda mübahisələndirilən 2,7164 ha torpaq sahəsi ilə dəyişdirməklə əldə etmişdir. Torpağın əvvəlki mülkiyyətçisi, iş üzrə digər Cavabdeh1 da məhkəmə mübahisəsinin olması barədə ona bildirməmiş, məqsədinin əvvəlki torpaq sahəsinin onun digər torpaq sahələri ilə yanaşı olması və bir yerə birləşdirməsi olmuşdur. Eyni zamanda bildirir ki, mübahisələndirilən torpaq sahəsindən aldığı vaxtdan təyinatı üzrə istifadə edir, buğda, arpa bitkiləri əkib becərir. Məhkəmədən bildiriş gələndən sonra torpaqla bağlı mübahisənin olduğunu bilib. Hazırda Şabran Rayon Məhkəməsinin qətnaməsini X26 il ə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsini əsassız hesab edir. Belə ki, qeyd etdiyi kimi ondan öncə tərəflər arasında həmin torpaqla bağlı mübahisə olduğunu bilməmişdir. O, mülki işdə vicdanlı alıcı olduğuna görə onun çıxarışının etibarsız hesab olunmasını əsassız hesab edir.

16. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyasını və Cavabdeh1 vicdanlı alıcı olmasını nəzərə almadan Ca vabdeh1 ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış dəyişmə müqaviləsinə alğı-satqı müqaviləsi kimi hüquqi qiymət verərək mübahisənin həlli ilə bağlı tətbiq etməli olduğu maddi hüquq normasını deyil, başqa normanı tətbiq etmişdir. Bundan başqa işə baxan birinci instansiya məhkəməsi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli, 09 nömrəli qərarla sözügedən ərazidə kimlərə torpaq sahəsi ayrıldığını, JN-132 KOD 30406028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd olunmuş şəxslərin adlarının həmin qərarda əks olunub-olunmadığını müəyyən etməli idi. Be lə ki, JN-132 KOD 30406028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında sözügedən torpaq sahəsinin mülkiyyətçisinin X12 olduğu göstərilsə də iddiaçı torpaq sahəsinin ümumi mülkiyyətdə olduğunu, bu səbəbdən də iddia qaldırmaq hüququnun olmasını əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsi isə 6.02 ha pay torpaq sahəsinin 2.7164 ha hissəsini mübahisələndirən İddiaçı və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd olunmuş digər şəxslərin torpağın öz aralarında fiziki bölgüsünə dair (hər birinə düşən payın həcminin müəyyən edilibedilməməsi barədə) razılaşmanın olub-olmamasını, torpaq sahəsinin 2.7164 ha hissəsindən İddiaçı əvvəllər istifadə edib-etməməsini araşdırmadan İddiaçı sözügedən torpağın bütövlükdə 2.7164 ha hissəsinə mülkiyyət hüququnun olması qənaə tinə gəlmişdir. JN-132 KOD 30406028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adının qeyd olunması iddiaçının həmin torpaq sahəsinin mülkiyyətçisi olması anlamına gəlmir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1072/2023 nömrəli mülki iş üzrə 25 iyul 2023cü il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, mübahisələndirilən hissədə - Cavabdeh3 ilə xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alğı-satqı müqaviləsinin, X19 adına verilmiş çıxarışın, X26 ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin və Cava bdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə təmin edilməməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi iş üzrə iddia tələbinin Cavabdeh3 ilə xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alğı-satqı müqaviləsinin, X19 adına verilmiş çıxarışın və X26 ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin və Cavabdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə razılaşmamışdır.

20. Belə ki, müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsinə əsasən digər cavabdehlərlə yanaşı X12 ilə Cavabdeh3 arasında Torpağın mülk iyyət hüququna dair JN: 132 kod 30406028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kv.m. pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bundan sonra X12 və ailə üzvlərinə məxsus 6.02 ha torpaq sahəsinə verilmiş JN-132 KOD 30406028 nömrəli nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 132 (2.7164 ha) hissəsinə Cavabdeh3 adına dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış işlənmişdir. Bundan sonra Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1302 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 həmin torpaq sahəsini Cavabdeh1 satmış, sonuncunun adına xx.xx. 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daha sonra isə Cavabdeh1 həmin torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə-2126 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən Cavabdeh2 adına olan torpaq sahəsi ilə dəyişmiş və Cavabdeh2 adına dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 21 aprel 2022-ci il tarixli, 2(105)- 726/2022 saylı qətnaməsinə əsasən Şabran Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli, 2(031)-1059/2017 saylı qətnaməsi X12 ilə Cavabdeh3 arasında torpağa mülkiyyət hüququna dair JN-132 saylı, kodu 30406028 olan dövlət aktına əsasən Şabran rayonu ərazisində yerləşən 27164.00 kvm pay torpaq sahəsinin alınmasına dair bağlanmış əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinə Cavabdeh3 mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, bu hissədə iddia təmin edilməmişdir.

21. İş materiallarından görünür ki, cavabdehlər arasında olan müqavilələr müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə, yəni qətnamə qüvvədə olduğu vaxt bağlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd edilən məhkəmə mübahisələrindən məlumatı olmamışdır.

22. Bundan başqa iş materiallarından görünür ki, tərəflər arasında muqavilələr bağlanılarkən qanunvericiliyin tələblərinə əməl olunmuş, həmçinin Cavabdeh2 ilə X26 arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi deyil, dəyişdirmə müqaviləsidir. İş materiallarından da görünür ki, tərəflər özlərinə məxsus olan torpaq sahəsini də yişdirmişlər.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vicdanlı alıcıdırlar. Belə ki, onların əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmamış, əmlakı başqa şəxslərdən əldə edən zaman əqdin legitimsizliyi barədə onlarda şübhə yaranmamışdır.

24. Məhkəmə kollegiyası ona görə də hesab etmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dair hissədə əsassız olduğu üçün təmin olunmamalıdır.

25. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edilən hallarını araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu da qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv etməklə Cavabdeh3 ilə xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alğı-satqı müqaviləsinin, X19 adına verilmiş çıxarışın, X26 ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin və Cavabdeh2 adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın etibarsız hesab edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti işin faktiki hallarına uyğun onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamə ilə onun mülkiyyət hüququna təminat verməmişdir. Məhkəmə hər iki cavabdehi vicdanlı alıcı kimi qəbul etməklə iddiaçının qeyd edilən əmlak üzərində mülkiyyət hüquqlarına təminat verməmiş və son nəticədə qanunsuz qətnamə əsasında özgəninkiləşdirilmiş əmlaka dair bağlanmış müqavilələri qanuni hesab etmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələbləri pozulmaqla, iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə, iddia tələbinin əsaslılığına dəlalət edən bütün halları qarşı tərəfin xeyrinə təhrif etməklə Azərbaycan Respublikasının MPM-nin 8.1, 9.1 və 14.1-ci maddələrinin tələblərini pozmaqla qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin edilməməs ini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

30. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

32. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

34. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

35. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir

36. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

37. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MPM

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qə tnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikay ətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, dəlillərə mülki prosessual qanun vericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında muqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuş, həmçinin Cavabdeh2 ilə X26 arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi deyil, dəyişdirmə müqaviləsidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vicdanlı alıcıdırlar. Onların əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmamış, əmlakı başqa şəxslərdən əldə edən zaman əqdin legitimsizliyi barədə onlarda şübhə yaranmamışdır.

55. Kassasiya kollegiyası qeyd olunan xüsusatı və apellyasiya m əhkəməsinin işin digər faktiki hallarına verdiyi hüquqi qiyməti nəzərə alaraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 mübahisəli daşınmaz əşyanı vicdanlı əldə edən sayılması və bağlanmış müqavilənin (müvafiq hissədə) etibarlı olması barədə gəlinən qənaət yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. G östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1072/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar