Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2540/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Əİddiaçı İspəndiyar oğlunun Cavabdeh (Tovuz regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi- üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Əİddiaçı İ̇spəndiyar oğlunun Cavabdeh (Tovuz regional “A SAN xidmət” Mərkəzinin Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi - üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)365/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı Vilayət Əliyev (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 01 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2019-cu il tarixli, 4Ə-1181 reyestr nömrəli notariat işində olan daşınmaz əmlakın Dövlət reyestrinə əsasən, ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi x x.xx.2019-cu il tarixdə Əİddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli kitabın 82 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. X18 rayonu Notariat ofisinin xüsusi notariusu P.M.Rzayevə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında torpağı satmaq istədiyini göstərmiş, bununla əlaqədar olaraq, həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya həbs qoyulubqoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmasını xahiş etmişdir.
3. Satıcı Əİddiaçı ilə alıcı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsini (0,04 ha) 5.000 manata alıcıya satmışdır. Müqavilənin 18-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlrını bildirmişdirlər. Müqavilənin sonunda qeyd olunmuşdur ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah olunmuş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. X13 və Cavabdeh tərəfindən imzalanmlş və Tovuz rayonu Notariat ofisinin xüsusi notariusu P.M.Rzayev tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-1181 nömrə ilə qeyd edilmiş, informa siya sisteminə daxil edilmişdir.
4. Tovuz Rayon Məhkəməsinin 2(062)-802/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsi ilə, iddiaçılar X3, X8 və X6 cavabdehlər Cavabdeh, Vilayət Əliyevə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, Əİddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 2 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin Cavabdeh satılmasına dair xx.xx.2019-cu il tarixli 4Ə1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddia tələbi xüsusi qərardad çıxarılmasına dair hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh müqavilədə göstərilən 5.000 manat pulu torpaq sahəsinin alınması üçün Vilayət Əliyevə ödənilmədiyini, lakin müqavilənin qanunvericiliyin tələblərinə uyğun şəkildə notariat ofisində bağlandığını və ləğv edilməsinə əsas olmadığını bildirmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə formal bağlanmış, alğı-satqının qanunvericilikdə göstərilən öhdəlikləri tam yerinə yetirilməmiş, müqavilədə göstərilən əmlakın alınması ilə bağlı 5.000 manat məbləğində pul alıcı tərəfindən satıcıya ödənilməmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-346/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-802/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən veri lmiş apellyasiya şikayəti təmin edilərək, qətnamə tam ləğv edilmiş, iddiaçılar İntizar Əliyevanın, Vüsal Əliyevin və Ruslan Əliyevin cavabdehlər Cavabdeh, Vilayət Əliyevə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, Vilayət Əliyev ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmış və həmin əqdin bağlanması digər şəxslərin, eləcə də hazırkı iş üzrə iddiaçıların hüquq və qanunla qorunan rnənafeyinin pozulmasına səbəb olmamışdır. Birinci instansiya məhkəməsində icraa t zamanı sorğu əsasında alınmış notariat işindən də müəyyən olunur ki, X18 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan torpaq sahəsini satmaq istədiyini və həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya üzərinə həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, Vilayət Əliyev özünün sərbəst iradə ifadəsini əks etdirərək digər şəxslərin hüquq və qanunla qorunan mənafeyini pozmadan tam mülkiyyətində olan 0,08 ha.torpaq sahəsinin 1/2 hissəsi üzərində sərəncam hüququnu həyata keçirmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçıların qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadığından, eləcədə 25 sentyabr 2019-cu il tarixli AN-İ seriyalı * ****** nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəf olmadıqlarından hazırkı iddianı qaldırmaqda sonuncular sübyektiv hüquqa malik deyil. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir.
6. Tovuz rayon Polis Şöbəsi TŞ-nin baş təhqiqatçısı X4 xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə, Tovuz rayonu Qovlar şəhəri X.Məmmədov küçəsi ev 22-də yaşayan Vilayət Əliyev xx.xx.2021-ci il tarixdə Tovuz rayon PŞ-nə ərizə ilə müraciət edərək bacısı qızı Cavabdeh onun yaşlı olmasından istifadə edib aldadaraq özünə məxsus 0,04 ha torpaq sahəsini öz adına keçirməsini, mərhum valideyinlərindən qalmış pay torpağını satmasını bildirmişdir. Araşdırma əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş və Əİddiaçı tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Tovuz rayon Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 33/3595 saylı məktubundan görünür ki, Vilayət Əliyev xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxmışdır və həmin tarixdən sonra onun Respublikanın ərazisinə girişi qeydə alınmamışdır.
8. Tovuz rayon Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 981 saylı arayışından görünür ki, Vilayət Əliyev həqiqətən xx.xx.1951-ci ildə Qovlar qəsəbəsində anadan olmuşdur, orta məktəbdə oxuduğu dövrdə latın qrafikası olmadığı üçün kiril əlifbası ilə dərs keçib və oxu muşdur. 9. “Tovuz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsinin həkim otolorinqoloqu G.Əsədova tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 saylı arayışa əsasən, Vilayət Əliyev xx.xx.2022-ci il tarixdə Tovuz MRX PHŞ poliklinika şöbəsində həkim-otolorinqoloqun müayinəsində olub və ona – “Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi, Neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı Əİddiaçı İ̇spəndiyar oğlunun (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) (Tovuz regional “ASAN xidmət” Mərkəzinin Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi - üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisində ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin Cavabdeh satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, oğlu X10 həyat yoldaşı ilə birlikdə sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etdikləri zaman onlara məlum olmuşdur ki, ona məxsus 0,08 ha torpaq sahəsində özü (Vüsal Əliyev) tərəfindən inşa edilmiş məhz 85,7 kv. metr olan evin yerləşdiyi torpaq sahəsini 1/2 hissəsi Cava bdeh adına keçmişdir. Araşdırma apardıqdan sonra məlum olmuşdur ki, Cavabdeh onun qocalığından, qulaqlarının eşitməməsindən (karlığından), savadsızlığından, latın qrafikası ilə yazıb-oxuya bilməməsindən və etibarından sui istifadə edərək və aldadaraq Tovuz rayon “ASAN xidmət” mərkəzi notariat ofisində onun adına olan 0,08 ha torpaq sahəsinin 1/2 hissəsini xx.xx.2019-cu il tarixdə AN-1№ 07899357 saylı saxta alğı-satqı müqaviləsi ilə guya 5.000 manat qarşılığında almışdır. Bu hal məlum olduqdan sonra iddiaçılar İntizar Əliyeva, Vüsal Əliyev və Ruslan Əliyev cavabdehlər Cavabdeh, Vilayət Əliyev və Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notarius u Pənah Rzayev və Cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Özü isə xx.xx.2021-ci il tarixdə Tovuz rayon PŞ-nə ərizə ilə müraciət edərək bacısı qızı Cavabdeh onun yaşlı olmasından istifadə edib aldadaraq özünə məxsus 0,04 ha torpaq sahəsini öz adına keçirməsini, mərhum valideynlərindən qalmış pay torpağını satmasını bildirmiş, izahat verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd alır. Barəsində şikayət etdiyi Cavabdeh doğma bacısı qızıdır. Sevincə uşaq vaxtından özü və həyat yoldaşı İntizar baxıb böyütmüşlər. ünvan 4 ünvanında 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Vüsal Əliyev 2017-ci ildə ev inşa edib ailəsi ilə birlikdə orada yaşayır. 2017-ci ilin dekabr ayının 11-də bacısı qızı Sevinc onu Tovuz rayon Notariat kontoruna aparmışdır ki, özünə məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Vüsalın adına keçirsin. O, da Sevincə inanmış və sonuncunun sözü ilə müxtəlif sənədlərə imza etmişdir. Ondan etibarnamə aldıqdan sonra Sevinc adına olan torpaq sahəsinin 0,04 ha hissəsini alğı-satqı ilə öz adına keçirmişdir. Bundan əlavə Sevinc onun mərhum valideynlərindən qalan 0,2512 ha torpaq sahəsini öz adına keçirib X1. Bütün bu olanlar barədə cari ilin fevral ayında xəbər tutmuşdur. Belə ki, gəlini Şəbnəm Əliyeva sosial yardım almaq üçün müraciət edən vaxt, ona yaşadığı evin torpaq sahəsinin Sevincin adına olmasını bildirmişlər. Bundan əlavə Sevinc onun qocalığından istifadə edib adına olan 0,04 ha torpaq sahəsini guya kiçik oğlu Ruslanın adına vəsiyyət etmək adı ilə onu Şəmkir notariat kontoruna aparmış və torpaq sahəsini Rusiyada yaşayan digər oğlu Ramin Əliyevin adına vəsiyyətnamə tərtib edilmişdir. O, bunu bildikdən sonra həmin vəsiyyətnaməni ləğv etdirmişdir. Göründüyü kimi, Cavabdeh etibarından, savadsızlığından, yaşlılığından və digər fiziki qüsurlarından sui-istifadə edərək onunla alğı-satqı müqaviləsi bağlamağa nail olmuşdur ki, Mülki Məcəllənin bir sıra normaları həmin əqdin etibarsızlığına əsas verir. Birinci instansiya məhkəməsində işə baxılarkən, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Vilayət Əliyevə alğı-satqı müqaviləsi üzrə pul verməmiş, onu sadəcə formal olaraq qeyd etdirmişdir. Bu da onu göstərir ki, cavabdeh onun yaşının çox olmasından, sağlamlıq vəziyyətinin yaxşı olmamasından, eşitmə və görmə orqanlarının zəifliyindən və ən əsası isə etibarından suiistifadə edərək onun əmlakını dələduzluq yolu ilə özgəninkiləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsində belə bir izahat vermədiyini (halbuki məhkəmə iclas protokoluna bununla bağlı qeyd verməmişdir), guya həmin torpaq sahəsini almaq üçün 5.000 manat pulu ona Rusiya Federasiyasında yaşayan digər oğlu Raminin yanında verdiyini bildirsə də, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olnumuşdur ki, X2 evin alğı-satqısı zamanı Azərbaycan Respublikasında olmamışdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq və ən əsası prosessual qaydalara zidd olaraq öz qətnaməsində göstərir ki, guya Vilayət Əliyev özünə məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini 5.000 manata Cavabdeh satmışdır. Digər tərəfdən alğı-satqı müqaviləsi bağlanılarkən həmin əqdin mənası və əhəmiyyəti tərəflərə izah edilməmiş, bu əqdin qanuna və tərəflərin həqiqi niyyətinə uyğunlunu yoxlanılmamış, həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı alınmamış, həmin əmlak üzərində üçüncü şəxslərin əmlak hüquqlarının mövcudluğu araşdırılmamışdır. Özünün karlığı və latın qrafikasını bilməməsi barədə arayışlar iş materiallarına əlavə olunur. Beləliklə, işin müəyyən edilmiş halları açıqdan-açığa göstərir ki, sözügedən əqd bağlanılarkən mövcud qanunvericiliyin (mülki və xüsusilə notariat haqqında qanunvericilik) tələbləri alt-üst edilmişdir. Göstərilənlərdən s avayı notariat işinə görə torpaq sahəsi 5.000 manat məbləğində satılmışdır. Halbuki, həmin ərazidə torpaq sahəsinin və əmlakın dəyəri qat-qat bahadır ki, sözügedən əqdin etibarsızlığından xəbər verir. Belə ki, 5.000 manat göstərilməsi bu əqdə görə pulun bank vasitəsi ilə deyil, guya nağd şəkildə də həyata keçirilməsinə imkan verir. Hazırki əqdlə bağlı ümumiyyətlə pul ödənilmədiyi üçün bu əməliyyatın qanunsuzluğunu göstərir. Əmlakın satılması barədə hər hansı bir elan vermədiyi və ya daşınmaz əmlak bürolarına əmlakın satılması ilə bağlı tapşırıq vermədiyi halda əmlakı niyə satmalıydı?! Göründüyü kimi onun xüsusi mülkiyyəti olan əmlak etibardan sui-istifadə yolu ilə razılığı və məlumatı olmadan satılmışdır ki, qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur. Hesab etmişdir ki, sözügedən alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi əmlak satmaq haqda hər hansı şəxsə tapşırıq verməmişdir, onun belə bir iradəsi olmamışdır.
12. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə qanuna uyğun deyildir. İddiada qeyd edilmişdir ki, o, birinci instansiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, alğı-satqı müqaviləsi formal olmuş, həmin müqavilədə göstərilən 5.000 manat məbləğində pul torpaq sahəsinin alınması məqsədi ilə tərəfiindən Vilayət Əliyevə ödənilməmişdir. Bundan sonra isə mötərizədə qeyd edilmişdir ki, “halbuki, məhkəmə iclas protokoluna bununla bağlı qeyd v erilməmişdir.” Birinci instansiya məhkəməsində belə bir fikir bildirmədiyinə görə məhkəmə iclas protokoluna bu yanlışlığa görə qeyd vermişdir. Görünür, vəkil işlə tanış deyildir. Məhkəmə iclasında bildirmişdir ki, iddiaçılarla birlikdə yaşadığı yaşayış sahəsi kiçik olduğundan hazırda mübahisəli olan torpaq sahəsində 3.750 manat xərcləyib yarım tikili ev tikdirmiş, torpaq sahəsini isə dayısı Vilayət Əlıyevə 5.000 manat pul ödəməklə almışdır. Müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə notariat ofisində bağlanılmış və etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi, həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmələrin icraatında iş olmuş, müqavilənin qanuniliyi yoxlanılmış, qanunv ericiliyin tələbinə uyğun bağlanıldığı və həmin əqdin bağlanmasının digər şəxslərin, eləcə də hazırkı iş üzrə iddiaçı Vüsal Əliyevin hüquq və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmadığı müəyyən edilmişdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadında qeyd edilir ki, “hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Həmin qərardada əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.” Eyni zamanda, iddiaçı xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilm əsini xahiş etmişdir, halbuki, həmin vaxtdan 4 il ötmüşdür və hazırkı iddianı iddia müddətinin buraxılması ilə qaldırmışdır. Göstərilənlərə əsasən, iddia müddəti keçdiyi üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, iddiaçı Vilayət Əliyev onun əri, Cavabdeh isə onun baldızının qızıdır. O, mübahisə predmeti olan və əri Vilayət Əliyevin valideynlərinə məxsus olmuş, daha sonra isə vərəsəlik hüququ əsasında Vilayət Əliyevin mülkiyyətinə keçmiş ünvan 5 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 85,7 kv.metr olan evə gəlin köçmüş və artıq 48 ildir ki, həmin əmlakda yaşayır, Son dövrlərdə Cavabdeh da onlarla birlikdə yaşamışdır. Onlar həmin torpaq sahəsi nin 0,04 ha hissəsini oğlu Vüsal Əliyev üçün ayırmışlar və orada sonuncu onların da köməkliyi ilə ev inşa etdirmişdir. Sosial yardım almaq məqsədi ilə müraciət etdikdə onlara məlum olmuşdur ki, Cavabdeh onun əri Vilayət Əliyevin yaşlı, savadsız və eyni zamanda qulaqlarının ağır eşitməsindən istifadə edərək, sonuncuya məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini guya 5.000 manat müqabilində satılmasına dair alğı-satqı müqaviləsi bağlamışdır. Nə ailə üzvlərinin, nə də, ərinin bu barədə məlumatı olmamışdır. Cavabdeh, ərini aldadaraq torpaq sahəsini onun oğlu Vüsal Əliyevin adına sənədləşdirəcəyini bildirmiş və bu yolla müqaviləyə imza etdirmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, iddiaçı atasıdır. Atası özünə məxsus torpaq sahəsinin 4 sotun u ev tikmək üçün ona vermiş, o, da, həmin sahədə kürsülü ev tikdirmişdir. Evdə özü, yoldaşı və uşaqları yaşayır. Lakin, anası yoldaşı ilə sosial yardım almaq üçün ASAN xidmətə müraciət edən vaxt, onlara yaşadıqları evin torpaq sahəsinin alğı-satqı yolu ilə Sevincin adına keçirildiyini bildirmişlər. Atasının bu barədə məlumatı olmamışdır. Cavabdeh yalandan deyir ki, torpağa görə Raminin yanında 5.000 manat pul verib. Həmin vaxtı Ramin ümumiyyətlə Azərbaycanda olmayıb.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahidlər İntizar Əliyeva və Vüsal Əliyevlə eyni məzmunda ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir.
16. Məhkəmə araşdırmaları zamanı sorğu əsasında alınmış notariat işindən də müəyyən olunmuşdur ki, X18 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mülk iyyətində olan torpaq sahəsini satmaq istədiyini və həmin əmlakın üzərində qadağanın olubolmaması və ya üzərinə həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, Vilayət Əliyev özünün sərbəst iradə ifadəsini əks etdirərək digər şəxslərin hüquq və qanunla qorunan mənafeyini pozmadan tam mülkiyyətində olan 0,08 ha. torpaq sahəsinin 1/2 hissəsi üzərində sərəncam hüququnu həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlandığı zaman isə, müqavilədə qeyd edildiyi kimi (bənd 18), müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirmişdirlər.
17. Şuşa Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(077)276/2023 nömrəli, 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməməsi, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi ilk növbədə cavabdehin iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisənin predmeti olan, satıcı Əİddiaçı ilə alıcı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin 2(062)-802/2021 nömrəli, 24 may 2021-ci il tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-346/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə məhz iddiaçıların qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadığından, eləcədə xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə tərəf olmadıqlarından iddia qaldırmaqda subyektiv hüquqa malik olmamaları səbəbindən ləğv etmiş və iddianın təmin olunmamasını qət etmişdir. Buna görə də, cavabdehin həmin müqavilənin qanuniliyinin yoxlanılması ilə bağlı gətirdiyi dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilə və qəbul edi lə bilməz.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisində ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin Cavabdeh satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı barədə ən azından Tovuz Rayon Məhkəməsində iddiaçılar İntizar Əliyevanın, Vüsal Əliyevin və Ruslan Əliyevin ona və digər cavabdehlər Cavabdeh, Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə baxılması zamanı, yəni 2021-ci ilin əvvəllərində məlumatı olmuş, lakin, iddiaçı isə hazırki iddia ərizəsi ilə Şuşa rayon Məhkəməsinə xx.xx.2023-cü i l tarixdə müraciət etmişdir. Halbuki, qanunvericiliklə əqdin etibarsızlığını mübahisələndirmək üçün 1 illik kəsici müddət müəyyən edilmişdir, bu müddət isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
20. Məhkəmə, iddiaçının sübut olaraq təqdim etdiyi, onun latın qrafikasında yazıboxuya bilməməsi, eşitmə qüsurunun olması, alğı-satqı müqaviləsi bağlanılarkən həmin əqdin mənasının və əhəmiyyətinin tərəflərə izah edilməməsi, bu əqdin qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunun yoxlanılmaması, həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması, həmin əmlak üzərində üçüncü şəxslərin əmlak hüquqlarının mövcudluğunun araşdırılmaması barədə mülahizələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmi n mülahizələr iş materialları ilə tamamilə təkzib olunmaqla özünümüdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə araşdırmaları zamanı sorğu əsasında alınmış notariat işindən də müəyyən olunur ki, X18 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan torpaq sahəsini satmaq istədiyini və həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya üzərinə həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, Vilayət Əliyev özünün sərbəst iradə ifadəsini əks etdirərək digər şəxslərin hüquq və qanunla qorunan mənafeyini pozmadan tam mülkiyyətində olan 0,08 ha. torpaq sahəsinin 1/2 hissəsi üzərində sərəncam hüququnu həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nöm rəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlandığı zaman isə, müqavilədə qeyd edildiyi kimi (bənd 18), müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirmişdirlər.
21. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin predmeti torpaq sahəsi olduğundan məhkəmə hesab etmişdir ki, iddiaçının “həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması” barədə mülahizələri əsassızdır.
22. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə, 3-c ü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia, xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq bağlandığından, müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin iddia verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən kəsici müddət tətbiq edilməklə rədd edilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülk i Məcəlləsinin 324.1, 324.2, 339.1, 339.2, 339.3, 339.4, 339.6, 354.2, 337.2, 375.2 və 383cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7, 9, 14.2, 217.3, 217.4, 77.1, 80, 119, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq pozuntularına yol vermiş, mövcud sübutları düzgün qiymətləndirməmiş, işə tam, obyektiv və hərtərəfli baxmamışdır. Birinci instaniyası məhkəməsi tərəfindən işə baxılarkən mad di hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün onun Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yolverməklə, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq iddianı təmin etməmişdir. Qənaətinə görə işə bu səpkidə yanaşma onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Birinci instansiya məhkəməsinin sözügedən mülki iş üzrə qətnaməsi kifayət qədər əsassızdır. Belə ki, Rayon Məhkəməsi tərəfindən mövcud sübutlar düzgün qiymətləndirilməmi ş, işə obyektiv olaraq baxılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən qətnaməsinə əsasən məhkəmə araşdırmaları zamanı sorğu əsasında alınmış notariat işindən müəyyən olunmuşdur ki, guya X18 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan torpaq sahəsini satmaq istədiyini və həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya üzərinə həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini ərizə ilə xahiş etmişdir. Düşünür ki, notariat işində göstərilən məlumatlar həqiqətə əsaslanmır. Çünki onun heç bir zaman mülkiyyətində olan torpaq sahəsini satmaq istəyi olmamışdır. O, sadəcə mülkiyyətində olan 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Vüsalın adına keçirmək istəmişdir. Lakin Cavabdeh Vilayət Əliyevin yaşlılığından, eşitmə qabiliyyətinin zəifliyindən, savadsızlığından və etibarından suiistifadə edərək ona alğı-satqı müqaviləsindən söz açmamış və nəticədə onun iradəsinə zidd olaraq sözügedən torpaq sahəsinin 0,04 ha hissəsini alğı-satqı ilə öz adına keçirmişdir. Bundan başqa o, latın qrafikalı əlifbanı bilmədiyindən və özü müstəqil qaydada ərizə yaza bilmək iqtidarında olmadığından onun müstəqil qaydada notariat orqanına ərizə ilə müraciət etməsi reallığa uyğun deyildir. O cümlədən birinci instansiya məhkəməsinə görə sözügedən mülki iş üzrə daşınmaz əmlakın alğı-satqı müqaviləsinin predmeti torpaq sahəsi olduğundan “həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması” barədə mülahizələri əsassızdır. B u fikirlə də qətiyyən razılaşmır. Hesab edir ki, cavabdeh şəxsin və sözügedən notariusun 0,04 ha torpaq sahəsində yerləşən evdə (Vüsal Əliyevin evi) yaşayan şəxsləri saxta alğı-satqı müqaviləsindən xəbərdar etməmələri tamamilə öz niyətlərinə xidmət edən düşünülmüş bir addımdır. Onu da qeyd etmək istəmişdir ki, əgər, birinci instansiya məhkəməsi işin materiallarına diqqətlə baxsa idi, cavabdeh şəxsin verdiyi ifadələrin həqiqətə uyğun olmayaraq ziddiyyət təşkil etdiyini açıq-aydın görə bilərdi. Belə ki, cavabdeh şəxs apellyasiya instansiyası məhkəməsində sözügedən torpaq sahəsini almaq üçün 5.000 manat pulu ona Rusiya Federasiyasında yaşayan digər oğlu Raminin yanında verdiyini bildirsə də, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə Ramin Əliyevin s özügedən evin alğı-satqısı zamanı Azərbaycan Respublikasında olmadığı müəyyən edilmişdir. Hesab etmişdir ki, qeyd etdiyi bu sübut artıq cavabdeh şəxsin ifadalərinin nə dərəcədə əsassız və qeyri-real olduğunun göstəricisidir. Cavabdeh şəxsin əməlinin qanunvericiliyə uyğun olmadığını onun təkcə ifadələrində deyil, əməllərində də müşahidə etmək mümkündür. Belə ki, cavabdeh ona alğı-satqı müqaviləsi üzrə pul verməmiş, onu sadəcə formal olaraq qeyd etdirmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində izahat verən cavabdeh müqavilədə göstərilən 5.000 manat pulu torpaq sahəsinin alınması üçün ona ödənilmədiyini, lakin müqavilənin qanunvericiliyin tələblərinə uyğun şəkildə notariat ofisində bağlandığını və ləğv edilməsinə əsas olmadığını bildirmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsas landırmışdır ki, müqavilə formal bağlanmış, alğı-satqının qanunvericilikdə göstərilən öhdəlikləri tam yerinə yetirilməmiş, müqavilədə göstərilən əmlakın alınması ilə bağlı 5.000 manat məbləğində pul alıcı tərəfindən satıcıya ödənilməmişdir. Bu da onu göstərir ki, cavabdeh onun yaşının çox olmasından, sağlamlıq vəziyyətinin yaxşı olmamasından, eşitmə və görmə orqanlarının zəifliyindən və ən əsası isə etibarından sui-istifadə edərək onun əmlakını dələduzluq yolu ilə özgəninkiləşdirmişdir. Son olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi istərsə işin faktiki hallarına, istərsə tətbiq edilmiş hüquq normalarına görə qanunsuz və əsassızdır. Göstərilənlərdən savayı məhkəmə hesab etmişdir ki, onun Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisində ünvan 1 ünvanında yerləşə n 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin cavabdehə satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı barədə ən azından Tovuz Rayon Məhkəməsində iddiaçılar İntizar Əliyevanın, Vüsal Əliyevin və Ruslan Əliyevin ona və digər cavabdehlər Cavabdeh, Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə baxılması zamanı, yəni 2021-ci ilin əvvəllərində məlumatı olmuş, lakin, iddiaçı isə hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Halbuki, qanunvericiliklə əqdin etibarsızlığını mübahisələndirmək üçün 1 illik kəsici müddət müəyyə n edilmişdir, bu müddət isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Hesab etmişdir ki, məhkəmənin sözügedən qənaəti əsaslı və qanuni sayıla bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, 2021-ci ildə iddiaçı və onun ailə üzvləri mübahisəsi gedən əqd haqqında məlumat əldə etdikdən sonra dərhal hüquq-mühafizə orqanlarına, habelə məhkəmədə iddia qaldırmışlar. Lakin hüquqi savadsızlıqdan dolayı iddia tələbi onun adından deyil, onu həyat yoldaşı, oğlanları tərəfindən qaldırılmışdır. Sözügedən iddia tələbinə baxılana qədər, həmin işin nəticəsini gözləyənə qədər təbii ki, onun tərəfindən iddia qaldırılmamışdır. Bu səbəbdən iddia müddətinin buraxıldığı qənaətinə gəlinməsi hesab edir ki, qanunvericiliyin tələblərinə ziddir. Ən azından ona görə ki, o, həm in məhkəmələrin nəticəsindən işin həll olunmasını, əqdin etibarsız hesab olunmasını gözləyib, bu səbəbdən hüququnun pozulması ilə bağlı müddətin keçməsində söhbət gedə bilməz. Yuxarıda qeyd olunduğu kimi iddianın rədd edilməsi üçün heç bir əsas olmadığı halda məhkəmə qətnamə qəbul edərək, iddia tələbinin təmin olunmamasını tamamilə qanunsuz və əsassız hesab edir. Qənaətinə görə məhkəmə iddianı təmin etməməklə Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələblərini pozmuşdur.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(107)-365/2024 nömrəli, 05 mart 2024-cü il tarixli, qətnaməsi ilə (hakim Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Gülnar Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, şikayətin dəlilləri iddia tələbinin əsaslarına uyğun olmaqla birinci instansiya məhkəməsi mübahisələndirilən bütün halları hərtərəfli, obyektiv və tam araşdırmış, bu baxımdan kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə qiymətləndirmə aparılmasına zərurət görmür. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhk əmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkməsinin düzgün və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 339.1, 339.2, 339.3, 339.4, 339.6, 354.1, 354.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad etməklə və Mülki Prosessual Məcəllənin 372.6, 372.7, 384.0.1 və 402.1-c i maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci və apellyasiya instaniyası məhkəmələri tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş və prosessual qaydalara riayət edilmədiyi üçün iddiaçı Vilayət Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasının 60cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Belə ki, birinci və apellyasiya instansiya məhkəməsi əsassız və qanunsuz olaraq, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməklə, sübutların qiymətləndirilməsinə qərəzli və birtərəfli yanaşaraq iddianı təmin etməmişdir. İşə bu səpkidə yanaşma iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər h ansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
34. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
38. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
39. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
40. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılı q və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
41. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində gö stərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
44. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
45. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahi sə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
46. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
47. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə et məlidir.
49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutu n məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
64. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
65. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
66. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 27-ci paraqrafında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd etmişdir ki, şikayətin dəlilləri iddia tələbinin əsaslarına uyğun olmaqla birinci instansiya məhkəməsi mübahisələndirilən bütün halları hərtərəfli, obyektiv və tam araşdırmış, bu baxımdan kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə qiymətləndirmə aparılmasına zərurət görmür. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkməsinin düzgün və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.
67. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıla şır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
68. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Hazırki işdə qeyd olunan hallardan hər hansı biri mövcud deyildir.
69. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlil lərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
70. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki ha lların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilm iş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
73. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməs in. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-365/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.