Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3711/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X5, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə, Qusar rayon Notariat Kontoruna və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (açar sözlər: daşınmaz əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq, müqavilənin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdə n ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə, Qusar rayon Notariat Kontoruna və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-426/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli 5 nömrəli qər arı ilə İddiaçı1, İddiaçı2 və X9 Quba şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0,60 ha torpaq sahəsi verilmişdir.
2. X12 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir.
3. Mülkiyyətçilərin adından bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4-Ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Quba şəhərində yerləşən 0.60 ha torpaq sahəsi Cavabdeh2 satmış, xx.xx.2019-cu il tarixdə torpaq sahəsi sonuncunun adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
4. Dövlət Notariat Arxivindən verilmiş 27 fevral 2023-cü il tarixli məktubla, 15 sentyabr 2002-ci il tarixdə 4-Ə-356 reyestr nömrəli təsdiq edilmiş müqavilənin arxivə təhvil verilməməsi göstərilmişdir.
5. Hazırkı məhkəmə çəkişməsi dövründə - xx.xx.2022-ci il tarixdə, 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında C avabdeh2 tərəfindən Cavabdeh4 6 hektar torpaq sahəsi (mübahisələndirilən 0,6 ha torpaq sahəsi də daxil olmaqla) satılmış və torpaq sahəsi üzrə sonuncunun mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar onlara və digər mülkiyyətçi X9 məxsus olan 0,60 ha torpaq torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş, Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 15 sentyabr 2002-ci il tarixli, 4- ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh4 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi v ə onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə və onların mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 adına özgəninkiləşdirilməsində iştirak edən şəxslərin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətçilərdən X4 Mahmudovanın oğlu, digər İddiaçı2 isə qardaşıdır. X12 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Onlar ƏMDX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət etmişlər. Lakin həmin qurumdan onlara torpaq sahələrinə dair qeyd etdikləri dövlət aktına əsasən çıxarış verə bilməyəcəklərini və torpağın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirildiyi bildirilmişdir. Onlara həmin qurum təqdim edilmiş alqı-satqı müqaviləsində guya onların və digər mülkiyyətçi X8 mülkiyyətlərində olan 0,60 hektar torpaq sahəsini Cavabdeh2 yetmiş milyon manata satdıqları qeyd edilmişdir. Eyni zamanda müqavilə Quba rayon Notariat Kontorunun dövlət notariusu Cavabdeh3 tərəfindən təsdiq olunmuş, tərəflərin şəxsiyyəti müəyyən edilib, onların fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Həmin vaxt notarius işləmiş Cavabdeh3 15 sentyabr 2002-ci il tarixdə müqaviləni təsdiq edərkən 25 noyabr 2001-ci il tarixdə vəfat etmiş X8 iştirakını hansı qaydada təşkil edib və onun müqavilənin imzalanmasında iştirak etdiyini də öz imzası ilə təsdiq etmişdir. Alqı-satqı müqaviləsindəki imzalar onla ra məxsus deyildir. Cavabdehlər Reyhan Ağakişiyeva və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Cavabdeh3 onların xəbərləri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin Reyhan Ağakişiyevaya satılmasını hansısa yollarla rəsmiləşdirmiş, ölən adamın bir ildən sonra dirilərək müqavilə bağladığını təsdiqləməkdən də utanmamışlar. Torpağa Mülkiyyət Hüququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktının əsli onlardadır. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşlar.
8. Quba Rayon Məhkəməsinin 2(027)-80/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia təmin edilmişdir.
9. Birinci insta nsiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 15 sentyabr 2002-ci il tarixli, 4-ə-356 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanan zaman X2 qismində müqavilə tərəfi kimi qeyd olunmuş və həmin müqavilədə onun adının qarşısında imza edilsə də, işdə olan ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 25 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, 15 sentyabr 2002-ci il tarixli, 4-Ə356 reyestr nömrəli alqı-satqı müqaviləsində imzalar öz əksini tapsa da, müqavilədə həmin imzaların kim tərəfindən imzalanması göstərilməmişdir. Belə ki, mübahisəli alqısatqı müqaviləsində satıcıların imzalarının qarşısında ad, soyad və ata adı qeyd edilməmişdir. Müqavilənin əslinin alınması ilə bağlı sorğu verilsə də, müqavilənin əsli aşkar edilməmişdir.
10. Birinci instansiya məhkəməsində araşdırma zamanı o da müəyyən olunmuşdur ki, mübahisəli alqı-satqı müqaviləsi Quba rayon Notariat Kontorunun dövlət notariusu X7 tərəfindən təsdiq edilmişdir ki, həmin şəxs müqavilə üzrə alıcı, iş üzrə cavabdeh olan X1 bacısıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, 29-cu maddəsinin 1 və 4-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 140, 144.1, 146.8, 149.2, 152.1, 157.1, 157.2, 213.1, 213.2, 213.6, 215.5, 337.1, 337.2, 337.3, 337.5, 405.1, 567-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 28, 43-cü maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1, 23.1, 23.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü madd ələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri, vaxtı barədə cavabdehə məlumat verilmədiyindən və mülki iş üzrə iddia ərizəsi və digər sənədlər qanunla müəyyən olunmuş qaydada cavabdehə çatdırılmadığından iddianın mahiyyəti barədə məlumatsız olduğundan Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edə bilməmişlər. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən MPM-nin 9, 14, 77, 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Birinci i nstansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu məhkəmə tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan cavabdehlərin prossesual hüquqları pozulduğundan, cavabdehin vicdanlı alıcı olmasının məhkəmə tərəfindən nəzərə alınmaması, torpaq sahəsindən 10 ildən artıq müddətdə etirazsız istifadə, sahiblik etməsi nəzərə alınmaqla mübahisələndirilən qətnamə ləğv edilməklə iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Quba Rayon Məhkəməsi tərəfindən torpaq sahəsinin icarə hüququ ilə M.Quliyevanın istifadəsində olması ilə əlaqədar olaraq 1998-ci ildən başlayaraq torpaq sahəsinə sahiblik etməsi, torpaq sahəsinin iddiaçılara X16 Komissiyası tərəfindən verilərkən Torpaq icarəsi haqqında qanunun tələblərinin pozulması araşdırılmamışdır. To rpaq icarəsi haqqında qanunun tələblərinin pozulması ilə icarəçinin hüquqlarının pozulması ilə nəticələnmiş hər bir əqd Torpaq İcarəsi haqqında Qanunun 29cu maddəsinə əsasən etibarsızdır. Torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 5 may 2000-ci il tarixli qərarı ilə iddiaçılara və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verildikdən sonrakı müddətdə iddiaçıların torpaq sahəsini yerində qəbul edib-etmədikləri, ötən müddət ərzində torpaq sahəsindən istifadə edib-etmədikləri araşdırılmamışdır. Birinci instansiya məhkəməsi yalnız torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 5 may 2000-ci il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 və X3 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə verilməsinə və ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Torpağa Mülkiyyət H üququna dair JN-305 KOD 30301004 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına istinad etmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinin icarə hüququ ilə X6 məxsus olması və cavabdehlər Cavabdeh2, Cavabdeh4 vicdanlı alıcı olmalarına, torpaq sahəsinin hazırkı dövrədək heç zaman iddiaçıların istifadələrində, sahibliklərində olmamasına hüquqi qiymət verilməmişdir.
14. Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-426/2024 nömrəli mülki iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) Cavabdeh4 apellyasiya şikay əti təmin edilmiş, qətnamə 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh2 ilə Cavabdeh4 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində iddia tələbinin rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, əqdin etibarsızlığına dair iddia tələbinin nəticəsi çıxarışın ləğvi tələbinin nəticəsini özündən asılı etdiyindən, ilk növbədə əqdin etibarsızlığına da ir tələbə hüquqi qiymət verilməlidir.
17. İddia tələbinin Cavabdeh2 ilə Cavabdeh4 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardadın icra edilməsi üçün aidiyyatı üzrə Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Quba rayon İcra və Probasiya şöbəsi 3 iyun 2022-ci il tarixdə qeyd olunan icra sənədinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilməklə, elə həmin tarixdə bu məlumatı 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilsə də, məhkəmə sorğuları əsasında həmin məktubun Ərazi İdarəsinə daxil ol ması barədə dəqiq məlumat cavab məktubuda öz əksini tapmamışdır. Lakin sonuncu cavabda isə Ərazi idarəsi icra şöbəsinin xx.xx.2022-ci il tarixli 131080/22-06 saylı məktubunun 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olması göstərilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı cavabehlər Cavabdeh2 ilə Cavabdeh4 arasında Qusar rayon Notariat Kontorunda 04 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən, həmin torpaq sahəsi üzərində qadağanın reyestrdə məhz həmin tarixdə qeydə alınması görünməmişdir. Eyni zamanda mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçılarla digər cavabdeh R.Əmurullayeva arasında məhkəmə mübahisəsinin olması barədə Cavabdeh4 heç bir məlumat olmamışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi üzər ində Cavabdeh2 hüquqlarının qanunsuz qeydə alınması yalnız bu iş üzrə qəbul olunmuş məhkəmə aktı əsasında müəyyən olunmuş, lakin tərəflər arasında alqı-satqı müqaviləsi 4 iyun 2022-ci il tarixdə, yəni qeydin qanunsuz olması müəyyən olunanadək bağlanmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi əqdin bağlandığı andan Cavabdeh4 istifadəsində olmaqla, 2022-2023-cü illər üzrə buğda əkilməsi barədə EKTİS-də bəyan verilmiş və bu bəyan əsasında ona 1320 manat məbləğində subsidiya ödənilmişdir. Cari dövrə görə isə EKTİS-ə bəyan daxil omamışdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh4 mübahisəli torpaq sahəsini alarkən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmədiyindən, Cavabdeh4 vicdanlı alıcı kimi qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, vicdanlı alıcının qeyd olunan əmlak üzərində hüquqları müdafiə edilməli, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlandığından, etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, aparılmış qeydiyyat mübahisəli alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin müqavilə qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mövcud i ddia tələbinin bu hissədə təmin edilməməsi iddiaçıya mübahisəli torpaq sahəsinin mövcud bazar dəyər həddində Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ istisna deyil.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 144.1, 148.2, 149.2, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331.1, 337.1, 354.2-ci maddələrinə, “Notariat haqqında” Qanunun 28-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçılar (vəkil Nümayəndə) birgə kassasiya şikayəti verərək, qətnamənin qismən-iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, vicdanlı əl də edən həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. Hazırki iş üzrə Cavabdeh4 isə öz apellyasiya şikayətində qeyd edilən əmlakın iş üzrə Cavabdeh3 icarəsində olduğu halını da bildiyini bildirmişdir. Bu isə onu göstərmişdir ki, iş üzrə cavabdeh hər şeydən məlumatlı olmuşdur. Cavabdeh2 əmlak üzərində həbs olduğunu, bununla bağlı mübahisə olduğunu bilə-bilə məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirmək üçün həmin torpaq sahəsini öz adından çıxarmaq niyyəti ilə Cavabdeh4 adına keçirmişdir. Cavabdeh4 də apellyasiya şikayətində qeyd etdiyi kimi hər şeydən xəbərdar olmuşdur. 4 iyun 2022-ci il tarixdə bağlanan əqd sadəcə görünüş üçün bağlanmışdır. Cavabdeh4 məhkəmə qərarı ilə 27 may 2022-ci il tarixdən üzərinə həbs qoyulmuş torpaq sahəsini qanunsuz yollarla 4 iyun 2022-ci il tarixdə satın almışdır. İddiaçılarla Cavabdeh2 arasında məhkəmə mübahisəsinin olmasından məlumatlı olmuş, hətta Quba Rayon Məhkəməsinin MTT(027)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti də vermişdir. Apellyasiya instansiyası məhkəməsinin Cavabdeh4 hazırki iş üzrə məhkəmə mübahisələrindən xəbərsiz olması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin MTT (105)-62/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadında da qeyd edildiyi kimi mübahisəli torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edildiyi vaxtdan çox qısa zaman ərzində həmin torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsi cavabdehlərin heç birinin bu işdə vicdanlı davranmadığının sübutu olmuşdur. Cavabdeh4 vicdanlı alıcı olsaydı, məhkəmə mübahisəsinin mövcudluğundan məlumatlı olduğu halda birinci instansiya məhkəməsində iştirak edər və öz hüquqlarını iş üzrə digər cavabdeh, torpaq sahəsi üzərində həbs olduğunu tamamilə bildiyi halda onu Cavabdeh4 satmış Cavabdeh2 nümayəndəsi və vəkili vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsində təmsil olunmazdı. Çünki iş üzrə Cavabdeh4 vicdanlı alıcı olsaydı, onun mənafeyi əlbəttə ki, onu aldadan və mübahisəli torpaq sahəsini ona satan satıcı Cavabdeh2 mənafeyi ilə üst-üstə düşməzdi. Cavabdeh hətta ölən şəxsi “dirildərək” alqı-satqı müqaviləsinə imza atdıran, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin tələblərini kobud şəkildə pozan notarius olmuş və hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 hüquqlarının müdafiəçisi kimi çıxış etməzdi. Əgər iş üzrə alıcı Cavabdeh4 vicdanlı alıcı olsaydı, qeyd edilən torpaq sahəsini bazar dəyərindən dəfələrlə aşağı məbləğə satın almazdı. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bazar dəyəri ilə bağlı məlumatlardan göründüyü kimi Quba şəhərində 6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri ən az 100000180000 manatdır. Lakin iş üzrə Cavabdeh4 6 ha torpaq sahəsini cəmi 5000 manata “satın” almışdır. Apellyasiya instansiyası məhkəməsinin diqqətinə qeyd edilən halların hər birinin çatdırılmasına baxmayaraq məhkəmə hansı əsasla Cavabdeh4 vicdanlı alıcı kimi qəbul etmişdir qaranlıq qalmışdır. Apellyasiya instansiyası məhkəməsi dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasından ç ıxış edərək hesab etmişdir ki, iş üzrə Cavabdeh4 vicdanlı alıcıdır. Lakin qeyd edilən normanın özündə də əks olunmuşdur ki, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçılar torpaq sahəsinin özgəninkiləşdirilməsinə təhlükənin olduğunu bildikləri üçün müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin MTT(027)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. Qeyd edilən qərardad qüvvədə ola-ola 4 iyun 2022-ci il tarixdə alqı-satqı baş tutmuşdur. Göründüyü kimi bu qeydə dair etiraz artıq mövcud olmuşdur. Eyni zamand a iş üzrə Cavabdeh4 apellyasiya şikayətində qeyd etdiyi hallardan göründüyü kimi o, Cavabdeh2 adına olan çıxarışın qeyri-dəqiq olmasını və həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğunu bilmişdir. Əks təqdirdə apellyasiya şikayətində hadisələrin 20-30 il əvvəlini bildiyini, iş üzrə digər cavabdehlərin müdafiəsinə yönələn ifadələrini şikayətinə qeyd etməz, digər cavabdehlərlə eyni nümayəndə və vəkillə təmsil olunmazdı. Sumqayıt Apellyasiya Məhkəməsi qeyd edilən normanın tələblərini pozmuş və reyestrin həqiqiliyi prezumpsiyasının bu işə aid olmadığını qeyd etməmişdir. Apellyasiya instansiyası tərəfindən iş üzrə Cavabdeh4 əsassız şəkildə vicdanlı alıcı kimi qiymətləndirilməsi nəticəsində mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Hazırki vəziyyətdə əmlak üzərində məhkəmə qərarı ilə həbs qoy ulduqdan bir neçə gün sonra alqı-satqının həyata keçirilməsi, iş üzrə Cavabdeh4 apellyasiya şikayətində cavabdehlərin müdafiəsinə yönələn və mübahisənin tarixinə aid bildirdiyi fikirlər onun bu mübahisədən məlumatlı olduğunu təsdiq etmişdir və o vicdanlı alıcı hesab edilə bilməzdi.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 157.2, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.2, 392.2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh4 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, o, mübahisəli torpaq sahəsini alarkən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmədiyindən, iddiaçılar ilə Cavabdeh2 arasında torpaq sahəsinə dair mübahisənin olmasını bilmədiyindən vicdanlı alıcı kimi qəbul edilməlidir. Vicdanlı alıcı olduğu üçün torpaq sahəsi üzərində onun hüquqları müdafiə edilməli, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlandığından, etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməli, iddiaçıların apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsinə dair kassasiya şikayəti rədd olunmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
28. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
29. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
41. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə qismən-iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə qismən “Cavabdeh2 ilə Cavabdeh4 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli, 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair hissədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
46. Məh kəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən hissədə mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa ş əxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mü lki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
47. Konstitusiya Məhkəməsinin sözügedən mövqeyindən belə bir nəticə irəli gəlir ki, əmlakı başqa şəxslərdən əldə edən istənilən şəxs vicdanlı alıcı kimi tanına bilməz, şəxsin vicdanlı alıcı qismində qəbul olunması üçün onda əqdin legitimsizliyi barədə şübhə yaranmaması və üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olmaması şərtdir. Göründüyü kimi, nəinki əmlakı əldə edən şəxsin əqdin legitimsizliyini bilməsi halı, hətta bu barədə şübhənin olması belə, vicdanlılığın istisna edilməsi üçün kifayətdir. Nəzərə alınmalıdır ki, burada “legitimsizlik barədə şübhə” ifadəsinə şəxsin əqdin legitimsizliyini “bilməli idi” və ya “bilə bilirdi” kimi yanaşılmalıdır və bu hal müqavilə bağlananadək mövcud olmuş olmalıdır. Başqa sözlə, şəxsin vicdanlılığı bir neçə halda istisna oluna bilər: üçüncü şəxslərin mümkün iddialarından xəbəri olduqda, əqdin legitimsizliyini bildikdə, bilməli olduqda və ya bilməsi mümkün olduqda.
48. Beləliklə, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli müqaviləyə münasibətdə ilk öncə müqavilə bağlanarkən hər iki tərəfin dürüstlük qaydasına riayət etməsi, satıcının hüquqdan sui-istifadə edərək, mövcud iddialardan yayınmaq məqsədi ilə əmlakı satması və alıcının bunu bilməsi, bilməli olması və ya bilməsinin mümkün olması araşdırılmalıdır.
49. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh4 vicdanlılığını istisn a edən halların mövcud olub-olmaması yoxlanılmamış, onun hazırkı iddiadan xəbərinin olub-olmaması, onunla bağlanmış alqı-satqı müqaviləsinin legitimsizliyini bilmiş olması və ya bilməsinin mümkün olması ilə bağlı irəli sürülmüş dəlil və sübutlar üzrə araşdırma aparılmamışdır.
50. Halbuki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsinə dair iddia və müvəqqəti təminat tədbirləri barədə ərizələr təqdim edildikdən dərhal sonra torpaq sahəsini özgəninkiləşdirmişdir.
51. Hətta, Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MTT (027)37/2022 saylı qərardadla torpaq sahəsinin üzərinə həbs qoyularaq dərhal icraya yönəldilmiş, Quba Rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə i craata başlamaq haqqında qərar qəbul edilmiş, lakin xx.xx.2022-ci il tarixdə mübahisələndirilən torpaq sahəsi də daxil olmaqla 6 ha torpaq sahəsi Cavabdeh4 satılmış və xx.xx.2022-ci il tarixdə sonuncunun mülkiyyət hüquqları qeydə alınmışdır.
52. Bundan başqa, Cavabdeh2 tərəf olduğu digər məhkəmə çəkişmələrindən də anoloji qaydada torpaqları əvvəlcə öz mülkiyyətinə keçirməsi, həmin müqavilələrin də etibarsız hesab edilməsi müəyyən edilmiş, AZEMİS elektron məhkəmə sistemindən digər məhkəmə çəkişməsinin predmeti olan torpaq sahəsinin də Cavabdeh4 başqa alqı-satqı müqaviləsi əsasında satılması məlum olmuşdur.
53. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
54. Göründüyü kimi, Cavabdeh2 dürüstlük qaydasına riayət edib-etməməsi araşdırılmamışdır.
55. Cavabdeh4 göstərilənləri, yəni, torpaq sahəsinə iddiaların olması və müqavilənin legitimsizliyini bilməsi ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə ona Quba şəhərində kənd təsərrüfatı təyinatlı 6 ha torpaq sahəsi 5000 manata satılmış, mübahisələndirilən torpaq sahəsi isə onun tərkibində 0,6 ha olmaqla mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi 2022-ci il üzrə Quba şəhərində 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiymətini, o cümlədən 6 ha torpaq sahəsinin ümumi dəyərinin həmin dövr üzrə nə qədər təşkil etdiyini, real dəyərlə uzlaşıbuzlaşmadığını müəyyənləşdirməmiş, 5000 manat məbləğin torpağın real dəyəri olduğunu, yoxsa simvolik məbləğ olduğunu araşdırmamış, bu halın mübahisənin həlli üçün zəruri olduğuna əhəmiyyət verməmişdir.
56. Bundan başqa, Cavabdeh2 və Cavabdeh4 məhkəmədə eyni nümayəndə- vəkillə təmsil olunmuş, izahat verən vəkil hər iki cavabd eh baxımından eyni mövqedən çıxış etmişdir. Kollegiya qeyd edir ki, mülki çərçivədə cavabdehlərin eyni şəxs tərəfindən təmsil edilməsi ilə bağlı qadağanedici norma olmasa da, vicdanlılıq çərçivəsində araşdırılan mübahisə üzrə cavabdehlər əmlakı əldə edən şəxslə həmin əmlakı ona satmış şəxslər olarsa, mənafe toqquşması olmasa belə, onların eyni nümayəndə (vəkil) vasitəsilə təmsil edilməsi vicdanlılığın yoxlanması baxımından əlverişli hesab edilmir və daha çox birtəfli xarakter daşıyan mövqe kimi qeyri-mütənasib vəziyyət yaradır ki, bu da ədalətli məhkəmə araşdırmasına mane olan haldır. Belə vəziyyətin yaranmaması üçün vicdanlı əldə edən cavabdeh və zərurət olarsa, əmlakı ona satan cavabdeh şəxsən dəvət edilməli, şəxsin həqiqətən də vicdanlı olması, yoxsa vicdanlılığın istisna olması ilə bağ lı araşdırma aparılmalı, müqavilə tərəflərinin bir-biri ilə hansı münasibətdə olmaları (işgüzar, qohumluq, tanışlıq və s), bu münasibətlərin nə qədər yaxın, səmimi olması, satıcının əmlakı satmasını hansı vasitə ilə elan etməsi, alıcının əmlakın axtarışında olması və onu əldə etmək üçün iddiaçını hansı vasitə ilə tapması, onlar arasında başqa müqavilələrin də bağlanıb-bağlanmaması və sair iş üçün zəruri əhəmiyyətə malik hallar aydınlaşdırılmalı, tərəflərin verdiyi izahatın səmimiliyinə qiymət verilməlidir.
57. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 şəxsən dəvət edərək bu istiqamətdə izahatlarını almamış, işin hallarından Cavabdeh2 müqavilənin tərəfi kimi formal çıxış etdiyi və proseslərin əslində bacısı Cavabdeh3 tərəfindən idarə edildiyi aşkar olunsa da, bu hala əhəmiyyət ve rməmişdir. Belə ki, cavabdehlərin təmsilçisi (vəkili) sonuncu məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh4 əkin-biçinlə məşğuldur, torpağı alanda məhkəmə mübahisəsinin olmasından xəbəri olmamışdır. Apellyasiya instansiyası məhkəməsi nümayəndənin məhkəməyə verdiyi izahatına səmimi yanaşarkən nəzərə almamışdır ki, məhkəmə iclasının davamında iddiaçı tərəf torpaq sahəsinə görə onlara 15000 manat veriləcəyi təqdirdə barışığa gəlinməsini təklif etmiş, təkliflə bağlı məhz Cavabdeh3 ilə məhkəmə iclas zalından mobil telefon vasitəsilə əlaqə saxlanmış və sonuncu iddiaçılar tərəfindən ona 15000 manat veriləcəyi təqdirdə torpağın onlara qaytaracağını, iddiaçılara 15000 manat verməkdən imtina etdiyini bildirmişdir. (3-cü cild, səh. 41, xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolu). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh3 torpağı qaytaracağı ilə bağlı şərtlərlə çıxış etməsinə, mübahisəli torpağa hələ də iddialı olmasına əhəmiyyət verilməmiş, bu halın Cavabdeh4 torpağın satılmasının formal olduğununun göstərici ola bilmə ehtimalını və sonuncunun vicdanlı alıcı olduğunu aşkar şəkildə təkzib etməsini nəzərdən qaçıraraq bu istiqamətdə araşdırma aparmamışdır. Belə olan halda, məhkəmənin cavabdehlərin nümayəndəsinin izahatına hansı əsasla səmimi yanaşaraq Cavabdeh4 vicdanlı əldə edən olması qənaətinə gəlməsi qeyri-müəyyən qalmışdır.
58. Bundan başqa, Cavabdeh2 tərəf olduğu digər məhkəmə çəkişmələrindən anoloji qaydada torpaqları əvvəlcə öz mülkiyyətinə keçirməsi və mülkiyyətə alınmasına əsas olan müqavilələrin uzun illər (təxminən 15-17 il) əvvəlki tarixlər ə satıcı tərəfin iradə ifadəsi olmadan onların əvəzinə imza edilməklə tərtib edilməsi, onların əslində mövcud olmaması (arxivə təhvil verilməməsi), həmçinin alıcının bacısı olan notarius Cavabdeh3 tərəfindən təsdiqlənməsi, həmin müqavilələr əsasında mülkiyyətinə böyük həcmli torpaq sahələri alması barədə çoxsaylı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin mövcudluğu göstərilən halların kütləvi olmasına dəlalət edir.
59. Həmçinin, cavabdehlərin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “həmin dövrdə torpaq sahələri həmin ərazidə yaşayan vətəndaşlara verilirdi. Təkcə mübahisəli 60 sot torpaq sahəsi deyil, ümumilikdə 20 hektar torpaq sahəsi Mehriban xanımın icarəsində olub. Həmin ölçüdə torpaq sahəsini Aqrar İslahat Komissiyası Mehriban xanıma ve rə bilməzdi. Ona görə Mehriban xanım bu yola əl atıb” (2-ci cild, səh 202).
60. Göründüyü kimi, müqavilənin formal tərəfləri Cavabdeh2 və Cavabdeh4 olsa da, əsas proseslərin həmin vaxt notarius işləmiş Cavabdeh3 tərəfindən idarə edilməsi və torpaq sahələrinin əldə edilməsi məqsədi daşımasını təsdiq edən kifayət qədər sübutlar mövcud olmmuşdur. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)
62. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM- in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-426/2024 nömrəli iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi qismən-“Cavabdeh2 ilə Cavabdeh4 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış 4 iyun 2022-ci il tarixli 4Ə-1161 reyestr nömrəli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair hissədə iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.