Məhkəmə qərarları › İş №2(1-8)-94/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-94/2026

23.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-94/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun və aylıq ödəncin hesablanaraq tutulması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 2(106)-428/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 23 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh "xxxx" ASC-də (bundan sonra – cavabdeh və ya ASC) qaynaqçı işində işləmişdir. 1988-ci ildə həmin müəssisədə işləyərkən (işdəki istehsalatda bədbəxt hadisənin baş verməsi haqqında 1 nömrəli, 29 avqust 1988-ci il tarixli akta əsasən) xəsarət almış, iki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almışdır. Halhazırda da aldığı kəllə-beyin travmasından əziyyət çəkir və epilepsiya xəstəsidir.

2. Tibbi-Sosial Ekspert Komissiyasını n müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir.

3. ASC-nin xx.xx.2019-cu il tarixli 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən ona hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul olunmuş və ödənilməsi təmin edilmişdir.

4. X5 özəlləşdirilmiş “Cavabdeh” adı altında fəaliyyət göstərmişdir. 2021-ci ilədək iddiaçıya X2 istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə Cavabdeh tərəfindən 136 manat məbləğində müavinət verilmişdir. 5. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 20/21 nömrəli məktubda qeyd edilmişdir ki, sonuncuya Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Ona əlillik dərəcəsi verilərkən onun əmək fəaliyyəti göstərdiyi müəssisə olan X5 daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün iddiaçıya verilməli olan müavinət dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X1 İlqar Qabil oğluna ünvanladığı 7 aprel 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş materiallarının 32-34-cü vərəqlərinə iddiaçıya aid bank hesabına əlillik müavinətinin ödənilməsinə dair hesabdan çıxarışlar əlavə edilmişdir;

7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 Apellyasiya Məhkəməsinə ünvanladığı 29 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəməyə müraciət edərək, istehsalatda aldığı xəsarətlə əlaqədər 1 sentyabr 2019-cu il tarixdən 1 iyun 2021-ci il tarix ədək (20 ay) ona əksik ödənilmiş 1280 manat və 1 iyun 2021-ci il tarixdən 1 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat pulun, həmçinin 55 manat məbləğində mediasiya xərcinin, 1 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 276 manat aylıq ödəncin təshih edilməsi və cavabdeh ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan aylıq ödəncin ödən ilməsi 01 iyun 2021-ci il tarixdən dayandırılmışdır. Prezident sərəncamı ilə minimum aylıq əmək haqqı məbləği qaldırıldıqdan xeyli müddət sonra, yəni 2021-ci ilin aprel-may aylarında "xxxx" ASC-yə minimum aylıq əmək haqqının qaldırılması səbəbindən ona verilən aylıq ödəncin də artırılmalı olduğunu bildirmiş və bunu cavabdehdən tələb etmişdir. Bundan sonra ona verilən aylıq ödənc artırılmaq əvəzinə tamamilə kəsilmişdir. Cavabdeh ASC-yə yazılı müraciətinə xx.xx.2021-ci il tarixli 20/21 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi verilərkən əmək fəaliyyəti göstərd iyi müəssisə olan “X5” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. ASC özəlləşdirilən müəssisə olduğu üçün ona aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu cavabdeh tərəfindən bildirilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci bəndi qeyd olunan fikrə əsas olaraq qeyd edilmişdir. Qeyd olunan hallarla əlaqədar 23 dekabr 2021-ci il tarixdə X7 Xidmətinin Lənkəran Regional Ərazi Şöbəsinə müraciət etmişdir. DƏMX Lənkəran Regional Ərazi Şöbəsi 26 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq onun istehsalatda aldığı xəsarətə görə aylıq ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədi ilə ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli **********2 nömrəli göstəriş xarakterli məktub göndərmi şdir. Cavabdeh tərəfindən ona verilən 136 manat aylıq ödəncin qanunsuz olaraq dayandırılması barədə qərarından narazı qaldığı üçün və cavabdeh müəssisənin X7 Xidmətinin göstəriş xarakterli məktubuna əməl etməməsi səbəbindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Araşdırma zamanı ASC-nin ləğvetmə prosesində olduğu məlum olmuşdur. ASC-nin ləğvetmə komissiyasının sədrinin X7 Xidmətinə təqdim etdiyi məktubda 1 iyun 2021-ci il tarixdən ödəncin verilməsinin dayandırılması və səhmdarların ümumi yığıncağında ASC-nin ləğv edilməsinin qərara alındığı bildirilmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı tərəfindən verilən 10 fevral 2022-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cava bdeh ASC DƏMX-nin Lənkəran Regional Ərazi Şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni göstərişlərinə məhəl qoymayaraq ödənilməsi dayandırılmış aylıq ödənci verməkdən imtina etmişdir. X7 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktubu göndərilən zaman minimum aylıq əmək haqqının miqdarı 250 manat olsa da, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 1 yanvar 2022-ci ildən 300 manata, 1 yanvar 2023-cü ildən isə 15 faiz artırılaraq 345 manata qaldırılmışdır. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. TSEK-in müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. 1 sentyabr 2019-cu ildən minimum aylıq əmək haqqı məbləği 136 manat deyil, 250 manat olmuşdur. 1 sentyabr 2019-cu ildən 1 iyun 2021-ci ilədək iddiaçıya 250 manatın 80 faizi miqdarında, yəni 200 manat aylıq ödənc verilməli idi. Buna baxmayaraq, cavabdeh ASC tərəfindən iddiaçıya 200 manat ödənilmək əvəzinə, 136 manat ödənilmiş, 1 iyun 2021-ci ildən isə ümumiyyətlə ödəncin verilməsi dayandırılmışdır. Buradan aydın olur ki, 1 sentyabr 2019-cu ildən 1 iyun 2021-ci ilədək (20 ay) iddiaçıya 1280 manat əskik ödənilmiş, 1 iyun 2021-ci ildən 1 yanvar 2022-ci ilədək ödənilməli olan 1680 manat ümumiyyətlə ödənilməmiş, 1 yanvar 2023-cü ildən hesablanmalı olan 345 manat pulun 80 faizinin, yəni 276 manat aylıq ödəncin verilməsindən isə imtina edilmişdir.

10. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi verərək, iddianın rədd edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, “X5” daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Həmçinin işin digər mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı X2 işlədiyi zaman (19861989) istehsalat qəzası keçirmiş və ona Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən, ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəs i verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qaydaların 5.2-5.3-cü bə ndlərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Həmin müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

11. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia rədd edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işin hallarına görə iddiaçı xəsarət aldığı zaman dövlətə məxsus X2 işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı "xxxx" ASC olmuşdur ki, həmin qəzanın baş verməsində ASC-nin təqsiri mövcud olmamışdır.

13. Müəyyən edilmişdir ki, İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə X5 dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərə k 98,28% payla “X8” MMC-yə məxsus "xxxx" ASC adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırki iş üzrə cavabdeh "xxxx" ASC-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsa rətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 238 və 239-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarına istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işləmiş olduğu "xxxx" kombinatı özəlləşdirilərək yenidən təşkil edildiyindən hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə (cavabdeh "xxx x"ASC-yə) keçir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023- cü il tarixli 2(049)-1980/2023 saylı qətnaməsində Qaydaların 5.1-ci bəndinə istinad olunsa da, əsassız olaraq 5.6-cı bəndin tələblərinə əməl edilməmişdir. İddiaçı "xxxx" kombinatında “qaynaqçı” işində işlədiyi vaxt (1989-cu ildə) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. "xxxx" kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC rəhbərliyinin xx.xx.2019-cü il tarixli 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən ona hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lak in sonradan "Minimum əmək haqqının artırılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli 1265 nömrəli sərəncamına əsasən 1 sentyabr 2019cu il tarixdən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan ona aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixdən dayandırılmışdır. 1 sentyabr 2019-cu il tarixdən minimum aylıq əmək haqqı məbləği 136 manat deyil, 250 manat olmuşdur. 1 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək ona 250 manatın 80 faizi miqdarında, yəni 200 manat aylıq ödənc verilməli idi. Buna baxmayaraq cavabdeh "xxxx" ASC tərəfindən ona 200 manat ödənilmək əvəzinə, 136 manat ödənilmiş, 1 iyun 2021-ci il tarixdən isə ümumiyyətlə ödənişin verilməsi da yandırılmışdır. Buradan aydın olur ki, 01 sentyabr 2019cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona 1280 manat əskik ödənilmiş (20x136=2720; 20x200=4000; 4000-2720=1280), 1 iyun 2021-ci il tarixdən 1 yanvar 2022ci il tarixədək ödənilməli olan 1680 manat ümumiyyətlə ödənilməmiş (7x240=1680), 1 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 345 manat pulun 80 faizinin, yəni 276 manat aylıq ödəncin verilməsindən isə imtina edilmişdir.

17. Apellyasiya məhkəməsinin 1 noyabr 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, “X5” əvvəllər dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. İddiaçı 1986-1989-cü illərdə, yəni “X5”nda çalışan zaman istehsalat qəzası keçirmiş, ona Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən, ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçıya 2019-cu ildən ödəniş olunur.

18. Apellyasiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh müəssisə tərəfindən iddiaçıya hər hansı ödəncin ödənilməsinə dair öhdəlik götürülməmişdir. Belə ki, həmin müəssisə əvvəllər X5 adlanmaqla dövlət mülkiyyətində olmuş, 1997-ci ildə özəlləşdirildikdən sonra "xxxx" ASC adlanmağa başlamışdır. İddiaçı 1988-ci ildə, yəni özəlləşdirmədən əvvəl X2 “qaynaqçı” işində işlədiyi zaman istehsalat xəsarəti aldığını bildirsə də, müəssisənin özəlləşdiri lməsi zamanı tərtib olunmuş emissiya prospektində iddiaçıya da aylıq ödənclərin verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, müəssisə 1997-ci ildə özəlləşdirilən zaman tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) iddiaçının barəsində o dövrdəki terminologiyaya uyğun olaraq əlilliyə görə pensiyaya çıxmış şəxs kimi hər hansı məlumat aşkar olunmamışdır. Əgər iddiaçıya dair məlumatlar həmin emissiya prospektində göstərilməyərək gizlədilməyə çalışılmışdırsa, bu hal cavabdeh ASC-nin məsuliyyəti üçün əsas ola bilməz və iddiaçıya həmin ödənclər dövlət büdcəsinin vəsaiti hesabına DSMF tərəfindən ödənilməlidir. Həmçinin 01 iyun 2021-ci il ilədək ödənclərin hansı səbəbdən ödənilməsinə dair verilmiş suala cavab olaraq bildirmişdir ki, iddiaçının “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına istinad edərək ona ödənilən aylıq ödənc məbləğinin artırılması ilə bağlı müraciətindən sonra araşdırma aparılmış, müəyyən edilmişdir ki, ASC-nin vəsaitindən hər ay iddiaçıya aylıq ödənc ödənilir. Lakin bu cür ödəncin verilməsinə dair iddiaçı qarşısında hər hansı öhdəlik götürülmədiyi aşkar orlunduqdan sonra ona aylıq ödəncin ödənilməsi dayandırılmışdır. İddiaçının müəssisənin əvvəlki direktoru ilə hansısa qeyri-qanuni münasibətə girərək bu cür ödənişlərin ödənilməsinə nail olması məsələsi ASC-nin yeni rəhbərliyi tərəfindən çox qabardılmadan həll edilmiş və iddiaçıya ödənişlərin verilməsindən imtina edilmişdir.

19. Apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayə ndəsi Nümayəndə3 çıxış edərək bildirmişdir ki, 1988-ci ildə iddiaçının X2 çalışdığı zamanı aldığı istehsalat xəsarətinə görə ödənilməli olan ödənc məbləği DSMF tərəfindən deyil, məhz cavabdeh ASC tərəfindən ödənilməlidir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 6 dekabr 2023-cü il tarixli, 2(106)-1620/2023 saylı qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, ondan mütəxəssis rəyinin alınması qərara alınmışdır.

21. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ö dənişlərin Təyinatı üzrə Mərkəzi filialının 29 dekabr 2023-cü il tarixli məhkəmə sorğusunun cavablandırılması haqqında məktubunda qeyd edilmişdir ki, aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur.

22. Apellyasiya instansiyası məhkəməsinin 2(106)-113/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin 28 fevral 2024cü il tarixli iclasında cavabdeh ASC tərəfindən təqdim edilmiş özəlləşdirmə planının (emissiya prospektinin) əsli tədqiq edilmiş və müəyyən edilmişdir ki, dövlət müəssisəsi olmuş X5 1997-ci ildə həmin özəlləşdirmə planına (emissiya prospektinə) uyğun olaraq özəlləşdirilmiş və bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

24. Məhkəmə özəlləşdirmə planının (emissiya prospektinin) əslini məhkəmə iclasında tədqiq edərək bildirmişdir ki, həqiqətən də, özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı barəsində ümumiyyətlə hər hansı məlumat öz əksini tapmamış, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış (əlillik, qocalıq da daxil olmaqla müxtəlif əsaslara görə) şəxslərin sayı 15 nəfər müəyyən edilmiş, həmin şəxslərin sırasında iddiaçı göstərilməmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində məlumatların özəlləşdirmə planında (emissiya prospektində) öz əksini tapmaması onu tərtib etmiş d övlət orqanının təqsiri üzündən baş vermiş olsa belə, bu hal özəlləşdirmə zamanı üzərinə götürmədiyi öhdəliyə görə cavabdehin üzərinə öhdəlik qoyulması üçün əsas ola bilməz. Özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı qarşısında hər hansı öhdəliyin mövcud olması öz əksini tapmadığından bu barədə X4 öhdəlik daşıması halında belə, həmin öhdəlik ASC-yə keçməmişdir. Bu baxımda birinci instansiya məhkəməsi cavabdeh ASC-nin iddiaçıya istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət və ya ödənc ödəmək öhdəliyinin olmamasına görə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

26. Apellyasiya məhkəməsi cavabdehin özəlləşdirmə zamanı iddiaçıya dair hər hansı öhdəlik qəbul etmədiyini nəzərə alaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ist ehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun və aylıq ödəncin hesablanaraq cavabdehdən tutulması hissələrində iddianı rədd etməkdə haqlı olmuşdur.

27. Məhkəmə öz hüquqi mövqeyini Əmək Məcəlləsinin 238 və 239-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarına istinadən əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul olunmasıqı xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmış ki, apellyasiya instansiya məhkəməsi qanunda nəzərdə tutulmadığı halda, 1997-ci ildə X3 özəlləşdirilməsi zamanı emissiya prospektində 15 nəfərlik siyahıda iddiaçının adının qeyd edilmədiyini və buna görə cavabdeh "xxxx" ASC -nin hər hansı öhdəlik götürmədiyini bildirərək iddianı təmin etməmişdir. Hansı ki iddiaçı cavabdehin, həmçinin X4 təqsirli hərəkətləri üçün məsuliyyət daşıya bilməz.

30. Bundan əlavə, 1997-ci ildə özəlləşdirilən X5 yenidən təşkil olunarkən onun hüquqi varisi cavabdeh "xxxx" ASC-yə verilən emissiya prospektində iddiaçının adı qeyd olunmasa da, bu iddiaçının deyil, X4 təqsiridir və X4 təqsirli hərəkətləri üçün iddiaçı deyil, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən onun hüquqi varisi "xxxx" ASC cavabdehlik daşıyır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən emissiya prospektinin əsli və ya təsdiq edilmiş surəti deyil, surəti təqdim edilmişdir və bu sənəd apelyasiya icraatı zamanı təqdim olunmuşdur. Odur ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin emissiya prospektində idd iaçının adı qeyd edilmədiyi üçün haqlı olaraq iddianı təmin etmədiyini qeyd etsə də, bu sənəd birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsində təqdim edilmişdir.

31. Həmçinin qeyd edilmişdir ki, aylıq ödənclərin verilməsi qaydalarını tənzimləyən qanunvericilikdə, emissiya prospektində şəxsin adının qeyd olunmaması əsasına görə aylıq ödəncin verilməsindən imtina edilməli olması barədə norma yoxdur. Qanunda göstərilmədiyi halda apelyasiya instansiya məhkəməsi emissiya prospektində iddiaçının adının olmaması əsasına görə iddianı əsassız olaraq təmin etməmişdir. İddiaçı cavabdehin və özəlləşdirilən müəssisənin idarədaxili məsələlərinə müdaxilə edə bilməzdi. Yəni emissiya prospekti aylıq ödəncin verildiyi şəxsə deyil, hüquqi varis olan təşkilata verilir.

32. Qeyd edilənlərdən əla və, birinci instansiya məhkəməsinin iddianı təmin etməməsi əsası ilə, apellyasiya instansiya məhkəməsinin iddianı təmin etməməsi əsası fərqli olduğu halda, apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin haqlı olaraq (cavabdehin öhdəlik götürməməsinə görə) iddanı təmin etmədiyini qeyd etsə də, emissiya prospekti birinci instansiya məhkəməsində icraat zamanı deyil, apellyasiya icraatı zamanı təqdim edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi bu əsasla deyil, ümumiyyətlə iddiaçıya aylıq ödəncin verilməli olmaması əsasına iddianı təmin etməmişdir.

33. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş istehsalatda bədbəxt hadisə ilə bağlı akt və əliliklə əlaqədar sənədlər heç bir məhkəmə qərarı ilə nəinki ləğv edilməmiş, hətta mübahisələndirilməmişdir. Bu o deməkdir ki, həm in sənədlərin həqiqiliyinə şübhə yeri yoxdur. Sadalananlara əsasən hesab edirəm ki, qeyd olunan normalar düzgün tətbiq edilməmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3579/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər - Zaur Əliyev (məruzəçi), Zəki Babayev və Əhməd Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-113/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

35. Ali Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, özəlləşdirilməsi həyata keçirilən hər üç növ (özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, el əcə də idarəetməyə verilən) dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdıqda dövlət orqanı sözügedən müavinətin ödənişini dayandırır. Bundan sonra isə ödənclərin Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilməsi təmin edilir. Həmin maddənin 1-ci hissəsində isə müvafiq ödənişləri həyata keçirməli subyekt olaraq işəgötürən göstərilmişdir. Belə olan halda, hazırkı işdə iddiaçının daha əvvəl işlədiyi dövlət müəssisəsinin 1997-ci ildə özəlləşdirilməsi nəticəsində "xxxx" ASC yaradıldıqdan sonra sözügedən ödənişlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə mövqe əsaslı sayıla bilməz.

36. Məhkəmə onu da qeyd etmişdir ki, ödənc almaq hüququ əldə etmiş işçinin adının özəlləşdirmə planında (emissiya prospektində) qeyd olunmaması həmin ödənclərin qanunvericiliyə uyğun qaydada ödənilməsi vəzifəsini aradan qaldırmır. Müvafiq məlumatın emissiya prospektində əksini tapmaması ilə bağlı özəlləşdirmə prosesinin iştirakçıları arasındakı münasibətlər isə hazırkı mülki işin araşdırma predmetini təşkil etmir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-428/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Mirlətif Sadıqov və Aytən Novruzova) İddiaç ı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, 4 may 2020-ci ildən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 4 may 2023-cü ilədək ödəniləcək 768 manat, 1 iyun 2021-ci il tarixdən 1 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 1 yanvar 2023-cü il tarixdən cavabdeh "xxxx" ASC tərəfindən iddaçıya 276 manat aylıq ödəncin təyin edilməsi və "xxxx" ASC tərəfindən iddaçı İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hiss ədə təmin edilməməsi qət edilmişdir.

38. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-428/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları ilə hazırki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdır. Lakin hər ikisində məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İlkin imtinanın səbəbi iş materiallarında Əmək və Əhalinin Sosial müdaifəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza Agentliyi tərəfindən əlilliyin olması ilə bağlı sənədlər olmadığından hesablamaların aparılmasının mümkün olmamışdır. İkinci dəfə isə vəsatətdə göstərilən sənədlər ekspertiza tədqiqatına tam şəkildə təqdim edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.

39. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut vasitələrindən biri olmaqla, digər sübutlarla müqayisədə üstün hüquqi qüvvəyə malik deyildir. Ekspertizanın keçirilməməsi və ya ekspert rəyinin əldə edilməməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə hallarda məhkəmə işdə mövcud olan digər sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirməklə hüquqi nəticəyə gəlməlidir. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği ilə bağlı münasibətlər Əmək Məcəlləsinin 239-cu maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında”, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə nizama salınır.

40. Özəlləşdirilməsi həyata keçirilən hər üç növ (özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləc ə də idarəetməyə verilən) dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdıqda dövlət orqanı sözügedən müavinətin ödənişini dayandırır. Bundan sonra isə ödənclərin Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilməsi təmin edilir. Həmin maddənin 1-ci hissəsində isə müvafiq ödənişləri həyata keçirməli subyekt olaraq işəgötürən göstərilmişdir. Belə olan halda, hazırkı işdə iddiaçının daha əvvəl işlədiyi dövlət müəssisəsinin 1997-ci ildə özəlləşdirilməsi nəticəsində "xxxx" ASC yaradıldıqdan sonra sö zügedən ödənişlərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə mövqe əsaslı sayıla bilməz.

41. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, rayon məhkəməsi iddia tələbini tam rədd etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, İddiaçı cavabdeh "xxxx" ASCdə “qaynaqçı” işində çalışdığı vaxt istehsalatda aldığı xəsarətlə əlaqədər 1 sentyabr 2019cu il tarixdən 1 iyun 2021-ci il tarixədək (20 ay) ona əksik ödənilmiş 1280 manatı tələb etməsi qismən əsaslıdır. Ona görə də, iddia həmin hissədə qismən təmin edilməlidir.

42. İddiaçının zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər üzrə ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün tələb hüququ olmuşdur. İddiaçının iddia ərizəsindən görünür ki, o, 4 may 2023-cü ildə məhkəm əyə müraciət etmişdir. Ona görə də, 3 il geri hesablandığı təqdirdə iddiaçının zərərin əvəzinin tələb etmə hüququ 4 may 2020-ci ildən sonrakı dövrü əhatə edir. Bununla da belə nəticəyə gəlinir ki, 4 may 2020-ci ildən iddiaçıya ödəniləcək pulun məbləği 768 manat təşkil edir.

43. Məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hal-hazırda tələbdən görünür ki, iddiaçı 1 yanvar 2023-cü il tarixdən verilməli olan ödəncin məbləğini 276 manat qeyd etmiş və cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir.

44. Yüksək instansiya məhkəməsinin hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan məhkəmə tə rkibi hesab etmişdir ki, iddia tələbi digər hissələrdə tam təmin edilməlidir. Belə ki, iddia 1 iyun 2021-ci il tarixdən 1 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat pulun cavabdehdən tutulması və 1 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 276 manat aylıq ödəncin təyin edilməsi hissəsində təmin edilməlidir. Belə ki, dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdıqda dövlət orqanı sözügedən müavinətin ödənişini dayandırır. Bundan sonra isə ödənclərin Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq ödənilməsi təmin edilir. Həmin maddənin 1-ci hissəsində isə müvafiq ödənişləri həyata keçirməli subyekt olaraq işəgötürən göstərilmişdir. Belə olan halda, hazırkı işdə iddiaçının daha əvvəl işlədiyi dövlət müəssisəsinin 1997-ci ildə özəlləşdirilməsi nəticəsində "xxxx" ASC yaradıl dıqdan sonra sözügedən ödənişlər"xxxx" ASC tərəfindən ödənilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-428/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aylıq ödənc iddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi – yəni 80%-i miqdarında müəyyən edilib ödənilir. Lakin iddiaçı qanunsuz olaraq hesab etmişdir ki, aylıq ödənc məbləği minimum əmək haqqına bağlıdır və minimum əmək haqqı artıqca aylıq ödəncin məbləği də artmalıdır. Halbuki iddiaçı aylıq ödəncin miqdarının hesablanması ilə dövlət büdcəsi hesabına verilməli olan aylıq müavinətin miqdarının hesablanmasını səhv salmışdır. Dövlət büdcəsi hesabına verilməli olan aylıq müavinətin miqdarı minimum əmək haqqına indeksasiya olunmuşdur və həmin məbləğ artdıqca aylıq müavinətin məbləği də öz-özlüyündə artmış olur. b)

47. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

48. Maddə 239 (hissə 1). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm m üalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

49. Maddə 239 (hissə 2). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

50. Maddə 239 (hissə 3). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfi ndən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarı

51. Bənd 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetm əyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları

52. Bənd 5.2. Azərbaycan Respublikasının İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

53. Bənd 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

54. Bənd 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir.

55. Bənd 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra isteh salat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərində n və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Haz ırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, əvvəlki kassasiya şikayətində və işə aşağı i nstansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin 13 dekabr 2024-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi haqlı iddianı qismən təmin etmişdir.

67. Kassa siya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən v ə MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-428/2025 nömrəli iş üzrə 30 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar