Məhkəmə qərarları › İş №2(102)-2540/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2540/2025

27.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2540/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlavə əmək haqqının ödənilməsi” tələbi; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi. ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(103)- 1764/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 27 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 25 avqust 2023-cü il tarixli ərizənin surətinə əsasən, İddiaçı 25 sentyabr 2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 2. “İşçinin içdən azad edilməsi barədə” 07 sentyabr 2023-cü il tarixli 000000004/A nömrəli əmrin surətinə əsasən, "xxxx" MMC-də mühafizəçi işləyən iddiaçı 15 sentyabr 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən (tərəflərdən birinin təşəb büsü ilə) işdən azad edilmişdir. 3. 04 aprel 2018-ci il tarixdə cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 81 nömrəli Əmək müqaviləsinə 3 nömrəli əlavəyə əsasən, 01 dekabr 2022-ci il tarixdən iddiaçının aylıq əmək haqqısı 1100 manat müəyyən edilmişdir.

4. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinə əsasən, iddiaçı 04 aprel 2018-ci il tarixdən "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmiş, aylıq əmək haqqı 04 aprel 2018-ci il tarixdə 750 manat, 12 sentyabr 2018-ci il tarixdə 855 manat, 13 mart 2019-cu il tarixdə 900 manat, 29 iyun 2022-ci il tarixdə 980 manat, 29 dekabr 2022-ci il tarixdə 1100 manat təşkil etmişdir.

5. Cavabdeh MMC tərəfindən verilmiş 03 yanvar 2019-cu il tarixli 001/M nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 03 yanvar 2019-cu il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 7 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 10 yanvar 2019-cu il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

6. Cavabdeh MMC tərəfindən verilmiş 09 iyul 2019-cu il tarixli 025/M000001 nömrəli əmrin surətindən görünür ki, mühafizəçi iddiaçı 11 iyul 2019-cu il tarixindən 04 aprel 2018 – 03 aprel 2019cu il iş dövrü üzrə 7 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 18 iyul 2019-cu il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

7. Cavabdeh MMC tərəfindən verilmiş 02 mart 2020-ci il tarixli 009/M nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 06 mart 2020-ci il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 5 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 13 m art 2020-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

8. Cavabdeh MMC tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli 000000001/M nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 20 yanvar 2021-ci il tarixindən 04 aprel 2018 – 03 aprel 2019-cu il iş dövrü üzrə 7 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 27 yanvar 2021-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

9. Cavabdeh MMC tərəfindən verilmiş 06 avqust 2021-ci il tarixli **********/M nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 16 avqust 2021-ci il tarixindən 04 aprel 2019 – 03 aprel 2020 il iş dövrü üzrə 14 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 30 avqust 2021-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi).

10. Cavabdeh MMC tərəfindən ve rilmiş 03 mart 2022-ci il tarixli ********** nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 16 mart 2022-ci il tarixindən 16 aprel 2022-ci il tarixinədək 04 aprel 2019 – 03 aprel 2020 il (5 gün), 04 aprel 2020 – 03 aprel 2021 il (21 gün) və 04 aprel 2021 – 03 aprel 2022-ci il (1 gün) iş dövrü üzrə 27 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 17 aprel 2022-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

11. Cavabdeh MMC tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli ********** nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 18 aprel 2022-ci il tarixindən 10 may 2022-ci il tarixinədək 04 aprel 2021 – 03 aprel 2022 il iş dövrü üzrə 20 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 11 may 2022-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ə rizəsi)

12. Cavabdeh MMC tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli ********** nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 16 iyul 2022-ci il tarixindən 05 avqust 2022-ci il tarixinədək 04 aprel 2022 – 03 aprel 2023 il iş dövrü üzrə 21 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 06 avqust 2022-ci il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

13. Cavabdeh MMC tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli ********** nömrəli əmrin surətinə əsasən, mühafizəçi iddiaçı 01 avqust 2023-cü il tarixindən 14 avqust 2023cü il tarixinədək 04 aprel 2023 – 03 aprel 2024 il iş dövrü üzrə 14 təqvim günü müddətinə məzuniyyət verilmiş, işçinin 15 avqust 2023-cü il tarixdən işə başlaması əmr edilmişdir. (əsas: İddiaçı ərizəsi)

14. Cavabdeh MMC-nin direktoru tərəfindən m əhkəməyə təqdim edilmiş məktubuna əsasən, MMC-də iş vaxtının uçotu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2016-cı il tarixli, Q02 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Standartlarına və İctimai Sektor üçün X6 Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nın 6.3.1.2-ci bəndinə əsasən iş vaxtının uçotunu özündə əks etdirən tabellər əsasında həyata keçirilir. Qaydanın 6.3.2-ci bəndinə əsasən tabellər üzrə iş vaxtının uçotu struktur bölmənin rəhbəri tərəfindən imzalanır. Struktur bölmənin rəhbərləri tabel uçotunun düzgünlüyünə cavabdeh olurlar. Qaydanın 6.3.3-cü bəndinə əsasən tabellər hər ay müəyyən edilmiş müddətlərdə doldurulur, müvafiq şəxslər tərəfindən imzalanır və əmək haqqının hesablanması üçün mühasibatl ığa təhvil verilir və bundan sonra mühasibatlıq tərəfindən işçilərin əmək haqları hesablanaraq işçinin əmək haqqı kartına köçürülür. İddiaçı tərəfindən məhkəməyə surət təqdim edilmiş, “Texniki təhlükəsizlik təlimatının və TX əməkdaşlarının gündəlik vəzifələrinin qeydiyyat jurnalı” və Post 1, Post 3, Post 4 “İnzibati heyətin təhvil-təslim jurnalları”nın tərtib olunması barədə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən hər hansı göstəriş (əmr, sərəncam, qərar və s.) verilməmiş və belə bir vahid forma təsdiq olunmamışdır. MMC-də əmək funksiyasını yerinə yetirən işçilər (mühafizəçilər) onlara ayrılmış kartlardan istifadə etməklə MMC-yə giriş-çıxışı həyata keçirirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə iş saatlarında çalışdığına görə ona ödənilməli olan əmək haqqının cavabdehdən alınaraq ona verilməsini, əmək müqaviləsi ilə müəyyən olunmuş iş saatlarından əlavə saatlarda çalışdığına görə 29524 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında 04 aprel 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsinə əsasən mühafizəçi təyin olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 900 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.16-cı bəndində qeyd olunmuşdur ki, işçi gündə 12 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. L akin işəgötürən əmək müqaviləsinin tələblərini kobud şəkildə pozaraq iddiaçını müqavilə ilə müəyyən olunmuş iş saatlarından çox çalışmışdır. Belə ki, 12 saatlıq iş günü olmaqla ay ərzində ümumi 22 gün çalışmışdır. Bu isə onu deməyə əsas verir ki, ay ərzində ümumilikdə 264 saat çalışmışdır. Bununla bağlı iddiaçı cavabdehə iradını bildirən zaman cavabdeh artıq iş saatlarında çalışdığına görə əlavə əmək haqqı ilə təmin olunacağına söz vermişdir. Bir müddət cavabdehin sözünə inanaraq artıq iş saatlarında çalışsa da, sonradan cavabdehin iddiaçını aldadaraq istismar etməsinə əmin olmuşdur. Buna əsasən iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək, öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 004 saylı əmri ilə aralarında o lan əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı artıq iş saatlarında çalışdırılması ilə bağlı X8 müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

17. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.

18. Nümayəndə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də mühafizəçi işinə qəbul olunmuşdur. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq əmək haqqı 750 manat (gecə növbəsində işləməyə görə 20% əlavə də daxil olmaqla) müəyyən olunmuşdur. Müqavilənin 4.16-cı bəndinə əsasən işçi gündə 12 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Bundan sonra tərəflər arasında əmək münasibətləri əmək müqaviləsində göstərilən şərtlər daxilində davam etdirilmiş və işçiyə hər ay əmək müqaviləsində göstərilən qaydada əmək haqqı ödənilmişdir. İddiaçı iş saatlarından artıq işləməsini təsdiq edən sübut növü kimi iddia ərizəsinə əlavə etdiyi, əldə edilmə mənbəyi məlum olmayan hansısa jurnaldan köçürülmüş məlumata istinad etmiş və sübut etməyə çalışmışdır ki, guya həmin yazılarda cavabdeh tərəfindən artıq iş saatlarına cəlb olunması öz əksini tapmışdır. MMC-də mühafizəçi işində işləyən işçilər barəsində MMC-nin Təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən imzalanmaqla təsdiq olunmuş iş cədvəli əsasında işçilərin növbəliliyi təsdiq olunmuşdur. İddiaçı tə rəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən MMC-nin Təhlükəsizlik Xidmətinin iş cədvəlində İddiaçı iyun ayı üzrə 21 gün işlədiyi göstərilsə də, MMC-nin Təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən imzalanmaqla təsdiq olunmuş xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri əhatə edən Təhlükəsizlik Xidmətinin iş cədvəlindən görünür ki, İddiaçı həmin ay üzrə 12 gün (6 gün gündüz, 6 gün axşam növbəsində) işləmişdir. Nümayəndə həmçinin məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiaya iddia müddətinin tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir.

19. X4 ifadəsində bildirmişdir ki, o, cavabdeh "xxxx" MMC-nin işçisi olmuşdur. O, cavabdeh təşkilatda 2017-ci ilin sentyabrın dan 2023-cü ilin may ayına qədər mühafizəçi işləmişdir. O, binanın müşahidə kameralarına nəzarət, giriş-çıxışa nəzarət, gələn maşınların qeydiyyatına nəzarət etmişdir. Orada bir neçə jurnal var idi. Məsələn görülən işlərlə bağlı təlimat jurnalı, eyni zamanda, binaya giriş-çıxışla bağlı maşınların qeydiyyatı jurnalı, postun təhvil-təslim jurnalı var idi. Təhvil-təslim jurnalına əsasən postlar təhviltəslim edilirdi. İş vaxtları üç gün səhər, iki gün ev və iki gün gecə və bəzən üç gün gecə, iki gün səhər gün ev olurdu. Bir gün səhər az, bir gün gecə çox işləmişlər. Anar Nəcəfov da bu qrafiklə işləmişdir. O, işdən öz istəyi ilə çıxmış və öz ixtisasına görə iş tapmışdır.

20. X5 göstərmişdir ki, o, "xxxx" MMC-də işləyir. İddiaçı ilə bir yerdə işləmişdir. O, postlarda jurnal görməmişdir. İşçiləri n giriş-çıxış kartı olmuşdur. Vüqar Məstiyevin təsdiq etdiyi cədvələ əsasən iş saatları müəyyən olunurdu. Sənəd yazılı olmalıdır. İş materiallarındakı cədvəl kimi cədvəl görməmişdir.

21. X1 göstərmişdir ki, İddiaçı işçiləri olmuşdur. İşçilərin özlərinin giriş-çıxış kartı var. Həmin məlumatlar sistemə düşür. Əgər iddiaçıya qarşı haqsızlıq olunurdusa niyə 5 il 5 ay müddətə işləmişdir. Kitab nəqliyyat vasitələri və açarlarla bağlıdır. Vüqar Məstiyev belə bir kitab görmədiyini, həmin imzanın da ona məxsus olmadığını bildirmişdir. Tabel cədvəli V.Məstiyev tərəfindən tərtib və təsdiq olunur. Həmin cəvdəl mühasibatlığa göndərilir. Ona uyğun da maaşlar verilir.

22. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4736 saylı, 09 sentyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat h issəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, 81 saylı Əmək müqaviləsinə əsasən iddiaçının 04 aprel 2018-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək, eyni zamanda 07 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək işlədiyi dövr ərzində həmin Cəmiyyət tərəfindən iddiaçıya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məbləği və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla hesablanmış və ödənildiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında olan tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər və s. sənədlərə əsasən İddiaçı "xxxx" MMC-də 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır.

23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1065/2024 nömrəli 22 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim X3) iddia rədd edilmişdir.

24. Birinci instansiya məhkəməsinin mövgeyinə görə, hazırkı iddia tələbi üzrə əlavə əmək haqqının ödənilməsi tələbinə 1 illik iddia müddəti tətbiq olunmalıdır. Belə ki, iddiaçı cavabdeh təşkilatda 04 aprel 2018-ci il tarixdən faktiki işlədiyi dövrdə real olaraq hüququnu n pozulduğunu bildiyi halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.

25. Eyni zamanda məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4736 saylı, 09 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 04 aprel 2018-ci il tarixli, 81 saylı Əmək müqaviləsinə əsasən iddiaçının 04 aprel 2018-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək, eyni zamanda 07 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2023-cü il tarixədək işlədiyi dövr ərzində həmin Cəmiyyət tərəfindən iddiaçıya, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək haqqı məblə ği və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli qərarının tələbləri nəzərə alınmaqla hesablanmış və ödənildiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında olan tabel uçot vərəqələri, əmək haqqı hesablanmasına dair cədvəllər və s. sənədlərə əsasən İddiaçı "xxxx" MMC-də 01 sentyabr 2016-cı ildən 01 iyul 2020-ci ilədək olan dövr ərzində müqavilədə göstərilən iş vaxtından əlavə işləməsi ilə bağlı hər hansı ilkin mühasibat sənədləri, o cümlədən işçinin əlavə işə cəlb edilməsi ilə bağlı daxili əmrlər, tabel uçot vərəqələri, əlavə əmək haqqı hesablanmasına dair cədvəllər və s. öz əksini tapmamışdır.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçının “əlavə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunvericiliklə müəyyən edilmiş 1 illik iddi a müddəti ötürülməklə verildiyindən, həmçinin iddiçının əlavə işə cəlb edilməsi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1,2 və 3-cü hissəsi, 3-cü maddəsinin 3, 4-1-ci hissəsi, 83-cü maddəsinin 1 və 2-ci hissəsi, 154-cü maddəsinin 1-ci hissəsi, 157-ci maddəsinin 3-cü hissəsi, 155-ci maddəsinin 1-ci hissəsi, 165, 166, 175-ci maddəsinin 5-ci hissəsi, 288, 292, 294, 296-cı maddəsinin 4 və 5-ci hissəsi, Mülki Məcəllənin 372.1 və 375.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

28. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin 2(011)1065/2024 nömrəli 22 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmədə öz etirazını sübut etmək üçün şahidlər gətirmişdir. Bu şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, bu şahidlər hələ də cavabdehin işçiləridir və ondan aslı vəziyyətdədirlər. Məhkəmə bu məsələyə hüquqi münasibət bildirməkdən yayınmışdır. Cavabdeh işçilər ilə bağlanmış müqavilələrdə yanlışlığa yol verildiyini və məvacibin artıq göstərildiyini qeyd edir. Məhkəmə isə buna münasibət bildirmir. Sualllar yaranır ki, cavabdeh necə ola bilər ki, məhz iddiaçının işinə uyğun işlərdə çalışanlar ilə bağlanan müqavilərdə səhv edir. Necə ola bilər ki, bütün müqav ilələrdə eyni səhv var. Necə ola bilər ki, məhz məvacib hissəsində elə kobud səhvə yol verilib. Necə ola bilər ki, bütün dövürlərdə eyni səhv təkrarlanıb. Cavabdeh bu suallara cavab verə bilmədiyi halda məhkəmə bu hissəyə münasibət bildirməkdən yayınıb. Cavabdehin məhkəməyə düzgün olmayan informasiyalar veridyini sübut edən, iddiaçının iddiasını tam sübut edən hal təqdim edilmiş və materiallara əlavə edilən jurnallardan çıxarışlardır. Bu çıxarışlar iddiaçının hansı dövrlərdə işlədiyini, hansı saatlarda işlərdə olduğunu tam sübut edir. Cavabdehin özünün təqdim etdiyi sübutlar belə biri birini təkzib edir və idiaçının haqlı olduğunu göstərir. Cavabdeh belə bir kitabçaların mövcud olmadığını qeyd edir. Halbuki, kitabçada olan qeydlər, imzalar, adlar onların həqiqiliyini təsdiq edir. Məhkəmə bu hissələrə münasibət bildirməmişdir. Halbuki, məhkəmə proseslərində imzaların həqiqiliyinə dair müzakirələr aparılmış, imza nümunaləri ilə birlikdə ekspertiza olunması müzakirə edilmişdir. Lakin, məhkəmə heç bir əsas olmadan belə bir eskpertiza təyin etməmiş, yalnız mühasibatlıq ekspertizası təyin etmək ilə kifayətlənmişdir. İddia müddəti ötürülməmişdir. Belə ki, o bütün bu dövrlərdə cavabdehin işçisi olmuşdur. Onun cavabdə qarşı iddia qaldırmağı işdən çıxarılmağı demək idi. Belə olan təqdirdə iddianın qaldırılması qeyrimümkündür.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci il, 2(103)-1764/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir və birinci instansiya məhkəməsinin 2(011)1065/2024 nö mrəli iş üzrə 22 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçının cavabdeh MMC-yə qarşı "xxxx" iddiasının qismən təmin edilməsi, cavabdeh MMC-dən gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq - 752,54 manat tutularaq iddiaçıya ödənilməsi, 60 manat mediasiya xərci və 11 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, Z.A.Şirinov.)

31. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən mübahisə üzrə iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən və qanunla müəyyən edilmiş imperativ qaydaya uyğun olaraq tələbə iddia müddətinin tətbiq edilməsi kontekstində hüquqi qiymət ve rilməlidir.

32. İddiaçı işdən çıxdığı tarixdən əvvəlki bir ilə qədər olan dövr üzrə iddia müddətini ötürmüşdür. Ona görə də prosessual qənaət prinsipi baxımından həmin dövr üçün hər hansı araşdırma aparılmadan həmin hissələrdə iddia tələbi rədd edilməlidir.

33. Son bir il üzrə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edib ki, iddiaçı tələbini təsdiq edən halları sübuta yetirə bilməmişdir.

34. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara, yəni hansı tarixlərdə və hansı müddətdə əlavə işlərə cəlb olunmasına dair hər hansı konkret məlumat təqdim edə bilmir, tələbini ümumi sözlərlə əsaslandırır.

35. Belə ki, birinci instansiya məhkəməsində təqdim edilmiş qeydiyyat kitabları və cədvəllərinin mötəbərliyi sübuta yetirilməmişdir, həmin sənədlər yalnız kserosurət olmaqla ekspertiza tədqiq atının predmeti, nəticə etibarı ilə də iddiaçının tələbini əsaslandıran sübut kimi qiymətləndirilə bilməz.

36. Cavabdeh isə iddiaçının dəlillərini qəbul etmir və bildirir ki, iddiaçıya əmək haqqı əmək qanunvericiliyinə uyğun şəkildə ödənilmiş, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazı olmamışdır.

37. Məhkəmə araşdırması zamanı iddiaçı iş vaxtından artıq saatlarda işə cəlb edilməsini (12 saatlı iş günü olmaqla ay ərzində ümumi 22 gün, ay ərzində ümumilikdə 264 saat çalışmışdır) iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

38. Buna baxmayaraq məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya ödənilən əmək haqqı əmək müqaviləsində (sonradan əmək müqaviləsinə əmək haqqının artırılması barədə edilmiş dəyişiklikdə də) göstərilən həcmdə ve rilmiş, onun gecə vaxtı işlədiyi saatlara görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli, 05 aprel 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmiş faiz nisbətində əlavə edilməklə ödənilməmişdir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, iddiaçının əmək haqqı (pul) tələbinə Əmək Məcəlləsində nəzərədə tutulmuş iddia müddəti tətbiq edilməklə mühaisə həll edilməlidir, yəni yalnız son bir il üçün gecə vaxtına görə əlavə əmək haqqı hesablanıb tutulmalıdır.

39. Belə ki, iddiaçı ilə əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək müqaviləsində göstərilən iş saatlarından artıq işləmiş, lakin ona buna görə əlavə əmək haqqı verilməmiş, bu barədə işəgötürənə iradını bildirmişdir.

40. Gö ründüyü kimi, iddiaçı əmək hüququnun pozulduğunu əvvəlcədən bildiyi halda vaxtında məhkəməyə müraciət etməmiş, mübahisə ilə bağlı yalnız 2023-cü ilin oktyabr ayında (xx.xx.2023-cü il tarixdə tərəflərə ilkin mediasiya sessiyası ilə bağlı bildiriş göndərilmişdir) mediasiyaya müraciət etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Bu halda, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddəti nəzərə alınmaqla, iddiaçının bir il əvvəlki dövrə görə, yəni 2022-ci ilin sentyabr ayının 15-dən başalayaraq əmək müqaviləsinə xitam verildiyi günədək iddiaçıya gecə vaxtı işlədiyi iş saatlarına görə ödənilməmiş əmək haqqı qanunla müyyən edilmiş əlavələr nəzərə alınmaqla hesablanmalıdır.

41. Çoxnövbəli iş rejimində hə r növbə 8 saatdan artıq ola bilməz, iddiaçı isə hər biri 12 saat olmaqla iki növbəli iş rejimində işləmişdir. Belə olan halda iddiaçının gecə növbəsində işlədiyi müddətin gecə vaxtına (saat 22-dən 06-dək) düşən hissəsinə 20% əlavə haqq müəyyən edilib tutulmalıdır.

42. Cavabdeh tərəfindən təqdim olunmuş növbəlilik cədvəllərinə əsasən, iddiaçı ay ərzində cəmi 12 gün olmaqla, 6 gün gündüz, 6 gün gecə işləmişdir.

43. İddiaçının 2022-ci il sentyabr-noyabr aylarında əmək haqqı 980 manat olub, sentaybr ayında (ayın 15-30 tarixləri arası) 3 dəfə, oktyabr ayında 6 dəfə, noyabr ayında isə 4 dəfə gecə növbəsində olub.

44. Gecə növbəsi 12 saat olsa da, onun 8 saatı (saat 22-dən 06-dək) gecə vaxtı hesab olunur. Ona görə də hər gecə növbəsinin 8 saatına 20 % əlavə hesablanmalıdır.

45. İddiaçının aylıq i ş vaxtı 12 gün, hər iş günü 12 saat, bunlardan 6 gün gündüz, 6 gün gecə növbəsi olub. Beləliklə, iddiaçının aylıq iş saatı 144 saat təşkil edib.

46. İddiaçının həmin dövrdə aylıq əmək haqqı 980 manat, bir günlük əmək haqqı 81,66 manat, bir saatlıq əmək haqqı isə 6,80 manat təşkil edib. Odur ki, həmin dövr üçün iddiaçının gecə növbəsində işədiyi 12 saatın gecə vaxtına düşən 8 saatına (saat 22-dən 06-dək) 20 faiz (1,36 manat) həddində əlavə haqq müəyyən edilməlidir.

47. İddiaçının 2022-ci ilin sentyabr ayında 3 dəfə gecə növbəsində olması nəzərə alındıqda, həmin ay üçün gecə vaxtının müddəti 24 saat (8 saat x 3 növbə) olduğu müəyyən olunur. Ona görə də iddiaçıya həmin ay üçün gecə vaxtına görə 32,64 (1,36x24) manat əlavə haqq odənilməlidir. 48. 2022-ci ilin oktyabr ayında iddiaçı 6 dəfə gecə növbəsində olduğuna görə, həmin ay üçün gecə vaxtının müddəti 48 saat (8 saat x 6 növbə) olduğu müəyyən olunur. Ona görə də iddiaçıya həmin ay üçün gecə vaxtına görə 65,28 (1,36x48) manat əlavə haqq odənilməlidir. 49. 2022-ci ilin noyabr ayında iddiaçı 4 dəfə gecə növbəsində olduğuna görə, həmin ay üçün gecə vaxtının müddəti 32 saat (8 saat x 4 növbə) olduğu müəyyən olunur. İddiaçıya həmin ay üçün gecə vaxtına görə 43,52 (1,36x32) manat əlavə haqq odənilməlidir.

50. Beləliklə, 2022-ci ilin sentyabr-noyabr ayları üzrə idiaçıya ödənilməli olan əlavə haqqın məbləği 141,44 manat təşkil edir.

51. İddiaçı 2022-ci ilin dekabr ayında 6 dəfə, 2023-cü ilin yanvar ayında 2 dəfə, həmin ilin fevral-iyul aylarında hər ay 6 dəfə və avqust-sentyabr aylarında 3 dəfə gecə növbəsində olub.

52. İddiaçının hə min dövrdə aylıq əmək haqqı 1100 manat, bir günlük əmək haqqı 91,66 manat, bir saatlıq əmək haqqı 7,63 manat, həmin vəsaitin 20% isə 1,52 manat təşkil edib.

53. Göstərilən dövr üçün gecə vaxtına görə 20% əlavə haqq yuxarıda göstərilən qaydada aşağıdakı məbləğlərdə müəyyən olunur: o 2023-cü ilin yanvar ayında 2 dəfə gecə növbəsinə görə 24,44 manat (1,52 manat x 16 saat); o 2023-cü ilin avqust və sentyabr aylarında 3 dəfə gecə növbəsinə görə 1 ay üçün 36,66 manat (1,52 manat x 24 saat), 2 ay üçün 73,33 manat; 2022-ci ilin dekabr və 2023-cü ilin fevral-iyul aylarında 6 dəfə gecə növbəsinə görə 1 ay üçün 73,33 manat (1,52 x 48 saat), 7 ay üçün 513,33 manat.

54. Göründüyü kimi, 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar-sentyabr ayları üzrə idiaçıya ödənilməli olan əlavə haqqın məbləği 611,1 manat təşkil edir.

55. Beləliklə, son 1 il üçün iddiaçıya gecə növbəsində (saat 22-dən 06-dək) işləməsinə görə ödənilməli əlavə haqqın məbləği 752,54 manat müəyyən olunur.

56. Odur ki, hazırda cavabdehdən gecə növbəsində işə cəlb olunarkən düzgün hesablanmayan əmək haqqının əvəzi olaraq 1828,8 manat tutularaq iddiaçıya ödənilməlidir.

57. Əmək müqaviləsində və ona edilmiş dəyişikliklərdə müəyən olunan əmək haqqının həmçinin 20% əlavəni də nəzərdə tutması barədə cavabdehin dəlilləri və bununla bağlı məhkəməyə təqdim olunmuş əmək haqqının hesablanması ilə bağlı hesabtlardakı göstərilənlər əsassızdır.

58. Belə ki, əmək müqaviləsi və ona dəyişikliklikdə gecə növbəsində işləməyə görə 20% əlavənin ödənilməsi barədə hər hansı qeyd yoxdur, göstrilən məbləğlər isə (750 və sonrakı artımlar) sırf əmək haqqını ehtiva etmişdir.

59. Bundan əlavə kollegiya qeyd edib ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsinin verilməsinə görə 60 manat mediasiya xərci (50 manat İMX və 10 manat poçt xərci) və 179 manat dövlət rüsumu ödəmişdir.

60. Hazırda iddia tələbi 29524 manat təşkil etdiyi halda, iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq, 60 manat mediasiya xərci və iddia tələbinin 3%-i, yəni 11 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsinə görə isə 5,4 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

61. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2., 375.2. və 377.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1., 95.1., 97, 1, 135-ci maddəsinin 2-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 166-cı maddəsinin 1-ci və 2-ci hissələrinə, 172-ci maddəsinin 5-ci hissəsinə, 296-cı maddəsinin 2-ci, 3-cü və 4-cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 14.2, 77.1.88, 119.1., 119.2., 384.0.2. və 385.1.4.-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

62. İddiaçı (Vəkil2 Əsabbəli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, apellyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilməsi və iş üzrə yeni, birinci instansiyaya verilmiş iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti a pellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, əmək qanunvericiliyinin tələblərinə görə, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Amma cavabdeh bu qaydaları pozmuşdur. Cavabdeh tərəf yalnız ümumi ifadələrlə iddiaya etiraz vermişdir. Halbuki, iddia tam əsaslandırılmışdır. Məhkəmə cavabdehin yalnız söz ilə etiraz etdiytini, heç bir sübut təqdim etmədiyin nəzərə almamışdır. Apellyasiya apellyasiya şikayətini qismən təmin etmişdir. Halbuki, apellyasiya şikayəti tam təmin edilməli idi. Yəni ki, iddiaçının iddiası tam təmin edilməli idi. Ümumiyyətlə apellyasiya şikayətində göstərilən arqumentlərin heç birinə hüquqi münasibət bildirməmişdir. Məhkəmə yalnız iddiaçının əmək hüquqlarının qabaqcadan pozulduğunu bildiyinə əsaslanmışdır. Halbuki, iddiaçının əmək hüquqlarını pozulduğunu qabaqcadan bilməsinə dair heç bir sübuta əsaqslanmamışdır. İddiaçı əmək müqaviləsinə uyğun işlədiyini və əmək müqaviləsinə uyğun əmək haqqı aldığını düşünmüşdür. Bu səbəbdən hüquqlarının pozulduğunu anlamamışdır. Yalnız işdən çıxmamışdan bir neçə gün əvvəl hüquqlarının kobud pozulduğunu bilmiş və hüquqlarının bərpasını təmin edilməsini tələb etmişdir. Bu halları məhkəmə düzgün qiymətləndirməmişdir. Hətta fərz etsək ki, iddiaçı hüquqlarının pozulduğunu bilirdi. Bu halda belə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ididaçı cavabdehin işçisi olmuşdur və faktiki olaraq ondan aslı vəziyyətdə olmuşdur. Belə olan halda iddiaçı öz hüq uqlarını tələb etdiyi anda cavabdeh onu işdən azad etmək qorxusu var idi. Əslində bu hal faktiki baş da vermişdir. Yəni, iddiaçı məcburiyyət qarşısında işdən çıxmışdır. Bu halları məhkəmə nəzərə almadığı üçün qəbul etdiyi qərar tam ədalətli oilmamışdır.

64. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 77.1 və 166-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

66. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

67. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

68. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

69. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

70. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydl ər göstərilir.

71. Maddə 95.1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

72. Maddə 97, 1-ci hissə. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

73. Maddə 135, 2-ci hissə. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş q aydada və məbləğdə kompensasiya ödənilir.

74. Maddə 154, 1-ci hissə. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

75. Maddə 166, 1-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir.

76. Maddə 166, 2-ci hissə. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir.

77. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

78. Maddə 296, 2-ci hissə. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

79. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtl ərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

80. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

81. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edi r, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

83. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

84. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

85. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbi q edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

88. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı apellyasiya şikayətinin təmin edilmədiyi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

90. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

91. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

92. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

93. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1764/2025 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar