Məhkəmə qərarları › İş №2(102)-3416/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3416/2025

16.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3416/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilk iddiası, “X4” MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmrin ləğvi, əmək haqqının, kompensasiyanın, ödənişin gecikdirilməsinə görə faizin və zərərin ödənilməsi; pulun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi, əmək haqqının, kompensasiyanın, ödənişin gecikdirilməsinə görə faizin və zərərin ödənilməsi barədə” ilk iddiası, “X4” MMC-nin İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3490/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X4” MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı “X4” MMC-də direktor vəzifəsinə işə qəbul olunmuşdur. (cild 2, iş v. 195). Tərəflərin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış d igər əmək müqaviləsində İddiaçı vəzifəsi “Baş direktorun köməkçisi” kimi göstərilmişdir (cild 2, iş v. 19). Tərəflərin arasında xx.xx.2022-ci ildə bağlanmış digər əmək müqaviləsində İddiaçı vəzifəsi “Baş direktorun müşaviri” kimi göstərilmişdir (cild 2, iş v. 205).

2. Əmək müqaviləsinin ləğv edilməsi barədə iki əmr verilmişdir. “X4” MMC-nin Baş direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 28/2023 nömrəli birinci əmrə əsasən (cild 1, iş v. 91), işçinin əmək müqaviləsinin ləğvi barədə təşəbbüsü (ərizəsi) əsasında əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xx.xx.2023-cü ildən ləğv edilməsi əmr olunmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü ildə ərizə ilə “X4” MMC-nin Baş direktoruna müraciət edərək xahiş etmişdir ki, onu nla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildən ləğv edilsin (cild 1, iş v. 119). 3..“X4” MMC-nin Baş direktoru tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 42/2023 nömrəli ikinci əmrə əsasən (cild 1, iş v. 89), işçinin əmək müqaviləsinin ləğvi barədə təşəbbüsü (birinci əmrin verilməsinə əsas olan xx.xx.2023-cü il tarixli ərizəsi) əsasında əmək müqaviləsinin xx.xx.2023-cü ildən ləğv edilməsi əmr olunmuşdur. Belə ki, birinci əmr verildikdən 1 gün sonra - xx.xx.2023-cü ildə İddiaçı yenidən “X4” MMC-də Baş direkorun müşaviri vəzifəsinə qəbul edimiş, tərəflərin arasında xx.xx.2023-cü il tarixli yeni əmək müqaviləsi bağlanmış və həmin müqavilədə qeyd olunmuşdur ki, işçi xx.xx.2023-cü il tarixdə işə başlayır (cild 1, iş v. 104).

4. İkinci əmrin verildiyi gündə digər əmr - xx.xx.2023-cü il t arixli 44/2023 nömrəli əmr verilmişdir (cild 1, iş v. 88). Həmin əmə əsasən, xx.xx.2023-cü ildə əmək müqaviləsinin ləğv edilməsi səbəbi ilə, işçiyə 3 aylıq əmək haqqı məbləğində kompensasiya ödənilməsi əmr olunmuşdur.

5. Eyni zamanda “X4” MMC-nin Baş direktorunun xx.xx.2023-cü il tarixli 47/1/2023 nömrəli daha bir əmrinə əsasən (cild 1, iş v. 48), işçi işdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən azad edilərkən ona 3 aylıq kompensasiya ödənilməsi nəzərdə tutulmadığına görə əvvəl verilmiş əmr - xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmrin ləğv edilməsi əmr olunmuşdur. 6. “X4” MMC-nin Baş direktorunun xx.xx.2023-cü il tarixli 40/2023 nömrəli əmrinə əsasən əsasən isə (cild 2, iş v. 223), İddiaçı xx.xx.2022 - xx.xx.2023-cü iş ili üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədə k 14 təqvim günü müddətində əmək məzuniyyətinə buraxılması əmr olunmuşdur. Həmin əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur (cild 2, iş v. 238).

7. Hazırda İddiaçı başqa hüquqi şəxsdə - “X5” MMC-də baş direktor işləyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək,“X4” MMC-nin xx.xx.2023-cü il tarixli 28/2028 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən 2022-2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət günü hesabı ilə 32 məzuniyyət gününə görə 3.684,2 manat məbləğində k ompensasiyanın və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi, MMC-nin xx.xx.2023-cü il tarixli 42/2023-cü il saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1.535 manat məbləğində əmək haqqının və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi, MMC-nin xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində (3*3.500=10.500 manat) kompensasiya ödənişinin və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi, cavabdehin mənəvi-psixoloji təzyiqləri və həmin təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixində işdən azad olunmağı haqqında məcburi olaraq yazdığı ərizədən sonra keçirdiyi mənfi psixi reaksiyalara və iztirablara görə xx.xx.2023-cü il tarixində keçirdiyi ürək əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə “X9 Hospital”a nağd ödəniş olduğu 1.880 manat və 1.500 manat sığorta ödənişi olmaqla cəmi 3.380 manat maddi ziyan və 5.000 manat məbləğində mənəvi iztirablar nəticəsində vurulmuş zərərin əv əzinin cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi, MMC tərəfindən saxtalaşdırılmış xx.xx.2023-cü il tarixli 40/2023cü il saylı əmrin qanunsuz, əsassız, ədalətsiz və qərəzli olduğundan ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X2 təsisçisi və baş direktoru olduğu “X4” MMC-də əsas iş yeri olaraq əmək müqaviləsi ilə xx.xx.2020-ci il tarixindən Baş direktorun müşaviri vəzifəsinə qəbul olunmuşdur. Cavabdehin təsisçisi və Baş direktoru X1 qarşı etdiyi qanunazidd ciddi təsirlər nəticəsində o xx.xx.2023-cü il tarixində bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməs inə dair ərizəni yazıb cavabdehə təqdim etmişdir. Bu qeyd etdiyi hadisə ona çox pis təsir etdiyindən onun sağlamlığında ciddi problemlər yaranmağa başlamışdır. Artıq cavabdeh tərəfindən edilən təzyiqlərə dözə bilmədiyindən xx.xx.2023-cü il tarixində “X7”da ürəyindəki ciddi narahatlıqlarla əlaqədar müayinədən keçmək məcburiyyətində qalmışdır. Müayinədən sonra məlum olmuşdur ki, 4 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixində sinədə ağırlıq hissi, təngnəfəslik, planlı koronar angioplastika, başlanğic tarixi 4 gün öncə, “Öykü, 3 gün önbaşqa mərkəzdə kaq: lad ye pci qərarı”, diaqnozu müəyyən edildikdən sonra dərhal ürəkdən əməliyyat olunmuşdur. İddiaçı əməliyyat olunub müalicədə olarkən cavabdehin xx.xx.2023-cü il tarixli 28/2023 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən (öz xahişi ilə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən) tutduğu vəzifədən azad edilmiş və ona ödənilməmiş 10 məzuniyyət gününün və son haqq-hesabın hesablanıb ona verilməsi əmr edilmişdir. Lakin cavabdeh iddiaçının ağır vəziyyətdə xəstəxanada hələ də müalicədə olduğunu bilib xx.xx.2023-cü il tarixində onu yenidən işə qəbul etmişdir. O müəyyən qədər sağlamlığını bərpa etdikdən sonra yenidən cavabdehlə əmək fəaliyyətini davam etdirməyə başlamışdır. Lakin cavabdeh bununla barışmayaraq xx.xx.2023-cü il tarixində onu yenidən xx.xx.2023-cü il tarixində məcburi yazdırdığı və artıq hüquqi qüvvəsi olmayan ərizə əsasında ikinci dəfə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə 42/2023 saylı əmrlə və yenə həmin gün 42/2023 saylı başqa bir əmrlə, tutduğu vəzifədən azad etmişdir. Bu ndan sonra, cavabdeh biləndə ki, xx.xx.2023-cü il tarixində ona təzyiqlə yazdırdığı öz xahişiylə işdən azad olunmağı haqqında ərizə artıq hüquqi qüvvəsini itirib və iddiaçını yenidən işə bərpa etməlidir. Bu səbəbdən də iddiaçı ilə danışaraq onların birlikdə işləməklərinin mümkün olmadığı və səni qanunsuz işdən azad etmək istəmirəm, ona görə də səni ixtisar edərək 3 aylıq əmək haqqının məbləğində kompensasiya ödəyirəm, sən də bu işi mübahisələndirmirsən demişdir. İddiaçı da bu şərtlər daxilində, 3 aylıq əmək haqqı məbləğində kompensasiyaya razılığını bildirmiş və bu razılaşma cavabdehin 44/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ilə rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2023 tarixində 767 qəpik son haqq-hesab və xx.xx.2023-cü il tarixində 1646.76 manat və yenə həmin xx.xx.2023 tarixində 1 65,58 manat olmaqla, cəmi 2577.34 manat pul və əmək kitabçasını vermişdir. İddiaçının bir aylıq əmək haqqı isə 3.500 manat olduğu halda, cavabdeh ona sonuncu aya görə təqribən 500 manat az ödəmişdir. Həmçinin, ona birgə razılıqları əsasında öz əmri ilə təsdiqlədiyi 3 aylıq həcmdə 10.500 manat məbləğində kompensasiyanı, 10 gün əvvəlki iş günlərinə görə, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi olan müddətdə ödənilməmiş 10 məzuniyyət gününü və xx.xx.2023-cü il tarixindən xx.xx.20203-cü il tarixinə kimi işlədiyi müddətdə 3 məzuniyyət gününə görə ödəncin və xx.xx.2023-cü il üçün bir gününün əmək haqqını, cəmi 14 günün əmək haqqını ödəməli olduğu halda ödəməmişdir. Hər ayda kart hesabına 3.076 manat məbləğində əmək haqqı ödənilirdi. İddiaçının aylıq əmak haqqı 3.500 manat təşk il edirdi. Bununla əlaqədar dəfələrlə cavabdehə müraciət etsə də, cavabdehin ona ödəməli olduğu 3 aya görə 10.500 manat kompensasiya və 13 məzuniyyət gününə və bir iş gününə görə ödənilməmiş 2139.54 manat son haqq-hesabını, cəmi iddiaçıya çatacaq 12.639,54 manat məbləğində əmək haqqını ödəməkdən yayınır və bu günə kimi ödəmir. MMC gecikdirilmiş 10.500 kompensasiyanın və gecikdirilmiş 2.139,54 manat məbləğində məzuniyyət pulunun beş faizi məbləğində ödəncinin həmin məbləği qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq ona ödənilməlidir. Bundan başqa, cavabdehin ona qanunsuz olaraq işdən öz xahişiylə çıxması haqqında ərizə yazdırması ona ciddi mənəvi əzablar vermişdir. İddiaçı edilən təzyiq nəticəsində xx.xx.2023-cü il tarixində öz xahişiylə işdən çıxma haqqında ərizə yazmağı ona ciddi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Bu mənəvi iztirablar və keçirdiyi əsəb nəticəsində ona ciddi zərər dəymişdir. Mənəvi iztirabların nəticəsi olaraq xx.xx.2023-cü il tarixində ürəyindən əməliyyat olunmaqla ürəyi LAD-yə uğurlu PTCA+STENT implantasiyası əməliyyatı keçirilmişdir (sənədlər iddia ərizəsinə əlavə olunur). Cavabdehin qanunsuz və alçaldıcı təzyiqləri nəticəsində iddiaçıya 5.000 manat məbləğində maddi və mənəvi zərər dəymişdir. Həmin məbləğ iddiaçıya cavabdeh tərəfindən ödənilməlidir. 10. “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı), yaxud MMC) İddiaçı (bundan aonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı 1.454,94 manat pulun, bank kartından mənimsənilmiş 1 0,97 manat pulun, 520 manat hüquqi xidmət haqqının, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 39,85 manat pul vəsaitinin tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru vəzifəsində işləyərkən MMC-nin adından “X8” MMC ilə xx.xx.2021-ci il tarixli 21-09 nömrəli “Texniki Xidmət və təmir müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən, “X8” MMC Cavabdeh MMC-nin avtomobillərini texniki xidmətini və təmiri işlərini yerinə yetirməyi qəbul edir, sonuncu isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş ödənişləri ödəməyi öhdəliklərinə götürür. Buna baxmayaraq, İddiaçı direktor vəzifəsi səlahiyyətlərindən suiistifadə edərək, şirkətin maraqlarına zidd olaraq özünün şəxsi avtomobili olan "xxx x" markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilini müxtəlif vaxtlarda MMC-nin hesabına təmir edərək ona etibar edilmiş şirkətin əmlakını talamışdır. Belə ki, İddiaçı şəxsi avtomobilinin cari təmiri ilə bağlı “X8” MMC tərəfindən şirkətə aylıq hesab-fakturalar kəsilmiş və avtomobilin xx.xx.2021-ci il tarixdə 304,44 manat, xx.xx.2021-ci il tarixdə 403,56 manat, xx.xx.2021-ci il tarixdə 261,96 manat, xx.xx.2022-ci il tarixdə 237,18 manat, xx.xx.2022-ci il tarixdə 29,50 manat, xx.xx.2022-ci il tarixdə 218,30 manat, ümumilikdə 1.454,94 manat təmir xərcləri MMC-nin hesabına ödənilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2023-ci il tarixli 42/2023 nömrəli əmrlə işdən azad edildikdən sonra istifadəsində olan MMC-nin "xxxx" ASC-yə aid olan bizness kartını şirkətə qaytarmamış, xx.xx.2023-cü il tar ixdə həmin kartda olan 10,97 manat pulu birbank vasitəsi ilə məxaric etmişdir. İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, direktor kimi öz vəzifələrini yerinə yetirərkən vicdanla hərəkət etməmiş, hüquqi şəxsin və onun iştirakçılarının maraqlarına sadiq olmamış, öz şəxsi maraqlarını hüquqi şəxsin maraqlarından üstün tutaraq şirkətin əmlakını mənimsəmiş, eləcə də israf etmişdir. İşdən azad edildikdən sonra MMC-yə məxsus "xxxx" ASC-yə aid olan bizness kartından qanunsuz olaraq pul mənimsəmişdir. Nəticə etibarı ilə qarşılıalı iddia üzrə cavabdeh İddiaçı hüquqazidd əməllərə yol vermiş və MMC-nin qanuni mənafeyinə zərər vurmuşdur.

12. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5910 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı son haqq-hesabın ödənişi xx.xx.2023-cü il tarixdə 3.183,42 manat və xx.xx.2023-cü il tarixdə 767,00 manat məbləğ ödənilmişdir. 2023-cü ilin mart ayı üzrə 1.441,18 manat hesablanmış və son haqq-hesab hesablanıb ödənilərkən vahid məbləğ şəklində ödənilmiş (cədvəl 3) və 2023-cü ilin aprel ayı üzrə əmək haqqı 3.500 manat hesablanmalı və tutulmalar çıxıldıqdan sonra köçürülməli məbləğ 3.016,50 manat təşkil etdiyi təqdirdə aprel ayı üzrə heç bir hesablama və ödənişlərin olmadığı müəyyən edilmişdir. İddiaçı 2020-2023-cü illər üzrə məzuniyyətdən istifadə etmədiyi üçün 3.177,63 manat kompensasiya məbləği hesablanmalı olduğu, istifadə etmədiyi üçün 36 gün məzuniyyət günləri nəzərə alın maqla 2.486,84 manat, 46 gün məzuniyyət günləri olduğu halda 3.177,63 manat kompensasiya məbləği hesablanmalı olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il müddəti ərzində xəstəlik nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətə görə hesablanmalı olan sosial müavinətin məbləği 1.135,86 manat təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sualla eyni oldu üçün İddiaçı 2020-2023-cü illər üzrə məzuniyyətdən istifadə etmədiyi üçün 36 gün məzuniyyət günləri nəzərə alınmaqla 2.486,84 manat, 46 gün məzuniyyət günləri olduğu halda 3.177,63 manat kompensasiya məbləği hesablanmalı olduğu müəyyən edilmişdir. İddiaçı əmək haqqı və bank çıxarış sənədlərinə əsasən 2020-2023-cü illərdə artıq ödənilmiş əmək haqqı məbləği müəyyən edilməmişdir.

13. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşü naslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1143 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş ona məzuniyyət verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizədə imza qrafasındakı imza və yazılar İddiaçı tərəfindən icra olunmuşdur.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(011)-51/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilk iddianın qismən təmin edilməsi, MMC-dən istifadə edilməmiş məzuniyyət günlərinə görə 1.492,42 manat məbləğində kompensasiyanın tutularaq İddiaçı ödənilməsi, MMC-nin xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi səbəbilə 10. 500 manat məbləğində kompensasiyanın MMCdən tutularaq İddiaçı ödənilməsi, ilk iddia qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilərək 10,97 manat pul vəsaitinin İddiaçı alınaraq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi ilkin iddianın MMC-nin xx.xx.2023-cü il tarixli 28/2028 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən MMC-də direktor müşaviri vəzifəsinə qəbul edilməsi, onunla cəmiyyət arasında əmək münasibətlərinin davam etməsi nəticəsində həmin əmr öz hüquqi qüvvəsini itirmişdir.

16. Məhkəmə ilkin iddianın MMC ilə aralarında bağlanmış əmək müqaviləsin ə xitam verilərkən 2022-2023-cü əmək ilinin istifadə olunmamış 46 məzuniyyət günü hesabı ilə 32 məzuniyyət gününə görə 3.684,2 manat məbləğində kompensasiyanın və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək isə belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsində məzuniyyət günlərinin sayı 30 təqvim gün, xx.xx.2022-ci il tarixli əmək müqaviləsində isə məzuniyyət günlərinin sayı 46 təqvim günü nəzərdə tutulmuşdur. Eyni zamanda MMC-n in xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 46 təqvim günü növbəti əmək məzuniyyəti verilmişdir.

17. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, işçinin əmək məzuniyyəti müddəti tərəflərin xx.xx.2023-cü ilə qüvvədə olan əmək müqaviləsində razılaşdırıldığı kimi 46 təqvim günü qəbul edilməlidir. Belə olan halda, İddiaçı 46 təqvim günü məzuniyyət hüququnun olduğu nəzərə alınaraq, ekspert rəyinə əsasən ona istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası kimi 3.177,63 manat məbləğində pul vəsaiti ödənilməli idi. Lakin İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi olaraq 1.685,21 manat məbləğində pul vəsaiti ödənildiyi nəzərə alınaraq, ödənilməyən 1.492,42 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

18. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi nəzərdə tutulub. Həmin Məcəllədə müəyyən edilmişdir ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi, məzuniyyət haqqı və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya əmək haqqının tərkibinə daxil deyildir, məzuniyyət haqqı və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənişinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə işəgötürən tərəfindən əlavə faizlərin ödənilməsi də Əmək Məcəlləsində nəzərdə tutulmamı şdır.

19. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 3.684,2 manat məbləğində kompensasiyanın işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir.

20. Məhkəmə ilkin iddianın MMC tərəfindən saxtalaşdırılmış xx.xx.2023-cü il tarixli 40/2023-cü il saylı əmrin qanunsuz, əsassız, ədalətsiz və qərəzli olduğundan ləğv ediməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, ilkin iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı məzuniyyətə çıxarılması ilə bağlı ərizənin saxatalaşdırıldığını və həmin müddət ərzində işdə olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişd ir. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən məzuniyyət ərizəsində olan imzanın İddiaçı məxsus olduğu öz təsdiqini tapmışdır.

21. Məhkəmə ilkin iddianın xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 3 məzuniyyət günü olmaqla 20 günə görə ödənilməmiş 1.535 manat məbləğində əmək haqqının və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş günə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, ilkin iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan 2023-cü ilin aprel ayının tabel vərəqindən görünür ki, İddiaçı aprel ayında 9 gün bülletendə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi isə əmək məzuniyyətində olmuşdur. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı işdə olmadığı halda ona əmək haqqının ödənilməsini tələb etməsi əsassızdır. Odur ki, iddia bu hissədə də təmin edilməmildir.

22. Məhkəmə ilkin iddianın MMC-nin xx.xx.2023-cü il tarixli 42/2023-cü il saylı əmrinin ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin ərizəsi mövcud olmamışdır. İşəgötürən sözügedən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə işçinin xx.xx.2023-cü il tarixli ərizəsinə istinad etsə də, həmi n ərizə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olmuş və işəgötürən tərəfindən sözügedən ərizəyə əsasən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 28/2023 nömrəli əmrə əsasən xitam verilmişdir. Belə olan halda, işəgötürənin tərəflər arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəalarını pozmaqla qanunsuz olmuşdur. Lakin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğvi işçinin işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ilə nəticələnməli olduğu halda hazırkı iddia ərizəsi üzrə iddiaçının tələbləri əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqqhesabın və kompensasiyanın ödənilməsi ilə bağlıdır. Digər tərəfdən “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı, artıq, “X6” MMC-də baş direktor vəzifəsində çalışır.

23. Yuxarıda götərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 42/2023-cü il saylı əmrinin formal əsaslarla ləğv edilməsi hər hansı hüquqi nəticə yaratmadığına görə iddia bu hissədə təmin edilməməlidir.

24. Məhkəmə MMC-nin xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrinin qanunsuz olduğundan ləğv edilməsi, xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində (3*3.500=10.500 manat) kompensasiya ödənişinin və həmin məbləğin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesabla naraq iddiaçıya ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, ilkin iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, 47/1/2023 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi işdən azad edilərkən ona 3 aylıq kompensasiyanın ödənilməsi nəzərdə tutulmadığına görə işəgötürənin “Kompensasiyanın ödənilməsi barədə” xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmri ləğv edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin ərizəsi mövcud olmamışdır. İşəgötürənin istinad etdiyi xx.xx.2023-cü il tarixli ərizə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqavi ləsinə xitam verilməsi ilə bağlı olmuşdur. Hansı ki, həmin müqavilə işəgötürənin xx.xx.2023-cü il tarixli 28/2023 nömrəli əmrə əsasən xitam verilmişdir.

25. Belə olan halda, məhkəmə hesab etmişdir ki, işəgötürən MMC-nin xx.xx.2023-cü il tarixli 47/1/2023 nömrəli əmri əsassızdır və ləğv edilməlidir. MMC-nin xx.xx.2023-cü il tarixli 47/1/2023 nömrəli əmri əsassız olduğuna görə, işəgötürən xx.xx.2023-cü il tarixli 44/2023 nömrəli əmrə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 3 aylıq əmək haqqı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin daşıyıcısıdır. Odur ki, ilkin iddia üzrə iddiaçı sözügedən kompensasiya məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia araşdırılan hissədə təmin edilərək, MMC-dən İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində kompensasiya, yəni 10.500 (3.500x3) manat məbləğində kompensasiya ödənilməlidir.

27. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı kompensasiya əmək haqqının tərkibinə daxil deyildir, həmin kompensasiya ödənişinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə isə işəgötürən tərəfindən əlavə faizlərin ödənilməsi də Əmək Məcəlləsində nəzərdə tutulmamışdır.

28. Belə olan halda, məhkəmə hesab etmişdir ki, MMC-dən İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixli 44/2023 saylı əmri ilə aralarında razılaşdırılmış 3 aylıq əmək haqqı məbləğində kompensasiyanın işəgötürənin təqsiri üzündən gecikdirildiyindən hər gecikdirilmiş gü nə görə beş faizi məbləğində ödəncinin qətnamə qəbul olunub icra olunan günə qədər hesablanaraq iddiaçıya ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir.

29. Məhkəmə ilkin iddianın cavabdehin mənəvi-psixoloji təzyiqləri və həmin təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixində işdən azad olunmağı haqqında məcburi olaraq yazdığı ərizədən sonra keçirdiyi mənfi psixi reaksiyalara və iztirablara görə xx.xx.2023-cü il tarixində keçirdiyi ürək əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə “X9 Hospital”a nağd ödəniş olduğu 1.880 manat və 1.500 manat sığorta ödənişi olmaqla cəmi 3.380 manat maddi ziyan və 5.000 manat məbləğində mənəvi iztirablar nəticəsində vurulmuş zərərin əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənətə gəlmişdir ki, ilkin iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, tərəflər arasında hər hansı mübahisənin olduğu, İddiaçı xx.xx.2023-cü il tarixli işdən çıxması ilə bağlı ərizəni MMC-nin direktorunun təzyiqləri altında yazıldığını, İddiaçı xx.xx.2023-cü il tarixində səhhətində yaranmış ürək əməliyyatına səbəb olan problemlərin cavabdehin qanunzidd hərəkətləri nəticəsində baş verməsini təsdiq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddiaçıya dəymiş maddi və mənəvi ziyan cavabdehin qanunazidd əməli nəticəsində baş verdiyi sübuta yetirilmədiyinə görə ilkin iddia cavabdehin mənəvi-psixoloji təzyiqləri və həmin təzyiqlər nəticəsində xx.xx.2023-cü il tarixində işdən azad olunmağı haqqında məcburi olaraq yazdığı ərizədən sonra ke çirdiyi mənfi psixi reaksiyalara və iztirablara görə xx.xx.2023-cü il tarixində keçirdiyi ürək əməliyyatı nəticəsində iddiaçıya dəymiş maddi zərərə görə “X9 Hospital”a nağd ödəniş olduğu 1.880 manat və 1.500 manat sığorta ödənişi olmaqla cəmi 3.380 manat maddi ziyan və 5.000 manat məbləğində mənəvi iztirablar nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi tələbi əsssız olduğundan təmin edilməməlidir.

31. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı MMC-nin cavabdeh İddiaçı 1.454,94 manat pul vəsaitinin tutularaq MMC-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, MMC tərtəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı məxsus olan "xxxx" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə çəkilmiş təmir xərcləri 2021-ci və 2022-ci ilin müxtəlif aylarında aparılmışdır. Həmin dövrdə bu xərclərin əsassız olaraq xərcləndiyi mübahisələndirilməmişdir. Bu hal İddiaçı tərəfindən ilkin iddia ərizəsi məhkəməyə veriləndən sonra mübahisələndirilmişdir. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında avtomobilin təmir xərclərinin MMC-nin hesabına çəkilməsi onların qarşılıqlı razılığı ilə müəyyənləşdirilmişdir.

32. Məhkəmə qarşılıqlı iddianın bank kartından mənimsənilmiş 10,97 manat pul vəsaitinin İddiaçı alınaraq MMC-yə ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəflər arasında əmək münasibətlərinə xitam verildikdən sonra yəni, xx.xx.2023-cü il tarixdə MMC-yə məxsus kart hesabından 10,97 manat məbləğində pul vəsaitini “Bir Bank” vasitəsilə məxaric etmişdir.

33. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia bank kartından mənimsənilmiş 10,97 manat pul vəsaitinin İddiaçı alınaraq MMC-yə ödənilməsi hissəsində təmin edilərək 10,97 manat pul vəsaiti İddiaçı alınaraq MMC-yə ödənilməlidir.

34. Məhkəmə həmçinin hesab etmişdir ki, 520 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 39,85 manat pul vəsaiti qarşılıqlı iddianın təmin edilməsinə mütənasib olaraq qarşılıqlı iddiaçı MMC-nin özünə aid edilməlidir.

35. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43, 68, 69, 83, 77, 110. 114, 144, 154, 157, 172, 19 1, 195-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

36. Qətnamədən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətləri vermişlər.

37. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissəsində ləğv edilməsini, ilk iddianın tam təmin olunmasını, qarşılıqlı iddianın isə tam rədd olunmasını xahiş etmişdir.

38. Apellyasiya şikayəti ilk iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır.

39. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın isə tam təmin olunmasını xahiş etmişdir.

40. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3490/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsa slandırma ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası əlavə olaraq Əmək Məcəlləsinin 185-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, işçinin 1.519,42 manat kompensasiya almaq hüququ var. Birinci instansiya məhkəməsi düzgün olaraq bu hüququ təmin edib, lakin məbləği hesablayarkən hesab səhvinə yol verib, 1.519,42 manat əvəzinə 1.492,42 manat göstərib. Bu hal qətnamənin dəyişdirilməsinə səbəb ola bilməz. Birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə açıq hesab səhvini düzəldə bilər.

44. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı 3 ekspertiza keçirilsə də ekspertiza xərci olan 100 manat, 150 manat və 124 manat, cəmi 374 manat tərəf lərdən tutulmayıb. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır.

45. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, ekspertiza xərci olan 374 manatın 187 manatı İddiaçı, 187 manatı MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmalıdır.

46. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 77-ci maddəsinə, 172-ci maddəsinin 5-ci, 83-cü maddəsinin 4-cü hissələrinə, 185-ci maddəsinə, Mülki Məcəllənin 21, 49.4.5-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

47. Qətnamədən iddiaçı (qarşılıqlı iddi a üzrə cavabdeh) (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kobud qanun pozuntusuna yol verərək sübutları tam, obyektiv və hərtərəfli araşdırmadığından və sübutları düzgün qiymətləndirmədiyindən səhv etmiş, nəticədə hakimdə obyektiv və inandırıcı daxili inam formalaşmamışdır. İddiaçı tərəfindən kifayət qədər mötəbər sübutlar təqdim olunsa da, cavabdeh tərəfindən bütün bu 2 il müddətində zəruri sənədlər əvvəlcə gizlədilsə də, sonradan saxtalaşdırma yolu ilə hazırlanmış sənəd məhkəməyə təqdim olunsa da, təqdim olunmuş sübutları düzgün qiymətləndirmədiyind ən, qiymətləndirmək istəmədiyindən və ya öz qulluq mövqeyinə görə istədiyi kimi qiymətləndirdiyindən nəticə etibarı ilə düzgün olmayan, qanunsuz, əsassız, ədalətsiz və qərəzli şübhəli qətnamə qəbul etdiyindən həqiqətin təmin olunmasını təmin etməmişdir.

49. Bundan başqa, kompensasiya vaxtında ödənilməyib. Lakin nəzərə alınmalıdır ki, işəgötürənin kompensasiya (işdənçıxarma müavinəti) ödəmək vəzifəsinin olub-olmaması mübahisə predmeti olub. Belə ki, işəgötürən əvvəlcə kompensasiya ödənilməsi barədə əmr versə də, daha sonra həmin əmri (birinci əmri) başqa əmrlə (ikinci əmrlə) ləğv edib və ikinci əmrə əsaslanaraq kompensasiya ödəməkdən imtina edib. İşçi isə ikinci əmri məhkəmə qaydasında mübahisələndirib. Əgər kompensasiya ödəmək vəzifəsi mübahisəsiz olsayıdı, buna baxmayaraq, işəgötürən on un ödənilməsini gecikdirsəyidi, belə hala işçi onun ödənilməsinin gecikdirilməsinə görə ödənc tələb edə bilərdi.

50. Məhkəmə qətnamə qəbul edərkən, məhkəmədə iddiaçı tərəfin məhkəməyə bildirdiyi bütün sübutları sona qədər araşdırmamış, qiymətləndirməmiş, məhkəmədə şifahi şəkildə iddiaçının Xətai Rayon Məhkəməsinin hakiminin bir ay 4 gündə müşavirədə olması faktını qiymətləndirməmişdir. Belə ki, hakim məhkəmə prosesində müşavirəyə getdiyini elan elədi. Lakin həmin gün müşavirədən qayıtmadı və növbəti gün qətnaməni elan edəcəyini bildirdi. Növbəti günlər də qətnamə elan olunmadı. İddiaçının şəxsən xx.xx.2025-ci il tarixində məhkəmədə gedib israrla tələb etdikdən sonra qətnamə həmin gün yazılmış və xx.xx.2025-ci il tarixində gecə təqribən saat 11-də elektron kabinetdə yerləşdirilmişdir. Bunu yoxlamaq çox asan olsa da apellyasiya məhkəməsi yalnız arxa tarixlə yazılmış protokola istinad etməklə, audio video görüntü tələbini təmin etməməklə çox ciddi məhkəmə pozuntusunun araşdırıb qiymət verməməklə qarşı tərəfin mövqeyini aşkar şəkildə müdafiə etmişdir.

51. Bundan başqa, xx.xx.2023-cü il tarixli əmrlə 10 istifadə edilməmiş məzuniyyətə görə ödəniş edilməsi əmr edilmişdir. Daha sonra Xətai Rayon Məhkəməsi 1.492 manat, daha sonra xx.xx.2023-cü il əmri ortaya çıxır və 14 gün də bu saxta əmrlə məzuniyyət günü hesablanır. 46 gün bir ildə məzuniyyət müəyyən edilirsə, 8 aya görə 30 gün məzuniyyət günü olmalıdırsa 3 dəfə eyni ilə görə 10+16+14=40 məzuniyyət günü olduğunu məhkəmə araşdırmamış və belə bir kobud pozuntuya göz yummuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Mə cəlləsi.

52. Maddə 43 (1-ci hissə). Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

53. Maddə 68 (hissə 1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

54. Maddə 68 (2-ci hissə).

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

55. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni y azılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

56. Maddə 69 (2-ci hissə). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

57. Maddə 69 (3-cü hissə). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində gö stərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

58. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

59. Maddə 69 (5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırm aq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

60. Maddə 69 (6-cı hissə). İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

61. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv e dilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. (28 iyun 2024-cü il tarixinədək qüvvədə olan redaksiyada)

62. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə g örə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (28 iyun 2024-cü il tarixinədək qüvvədə olan redaksiyada)

63. Maddə 110 (1-ci hissə). İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

64. Maddə 110 (2-ci hissə). Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

65. Maddə 110 (3-cü hissə). İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

66. Maddə 114 (1-ci hissə). Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müdd əti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir.

67. Maddə 114 (2-ci hissə). İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

68. Maddə 114 (3-cü hissə). Maddə 114 (3-cü hissə). Məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

69. Maddə 143 (1-ci hissə). Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

70. Maddə 143 (2-ci hissə). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

71. Maddə 144 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

72. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmət lərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

73. Maddə 157 (1-ci hissə). İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

74. Maddə 157 (2-ci hissə). Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

75. Maddə 157 (3-cü hissə). Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

76. Maddə 157 (4-ci hissə). Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

77. Maddə 157 (5-ci hissə). Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

78. Maddə 157 (6-cı hissə). Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

79. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki də fə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

80. Maddə 172 (3-cü hissə). Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.

81. Maddə 172 (4-cü hissə). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

82. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada h əll edilir.

83. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

84. Maddə 191 (hissə 2).

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

85. Maddə

195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsul iyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə. Azərbaycan Respublikasının Mülki Məcəllləsi.

86. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

87. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

88. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

89. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

90. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 91. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 92. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 93. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

95. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

96. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

98. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

99. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

100. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

101. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

102. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

103. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

104. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

105. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

106. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən iddianın təmin edilmədiyi hissədə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

107. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzr ə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

108. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

109. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

110. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılma sından ibarətdir. Ona görədə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

111. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyy ətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 112. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

113. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

114. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

115. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

116. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyek tiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

117. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

118. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3490/2025 nömrəli, 25 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar