Məhkəmə qərarları › İş №2(102)-3587/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3587/2025

04.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3587/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X6 Masoudun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin; iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı qarşılıqlı iddialarına dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı X6 Masoudun cavabdeh "xxxx" MMC-yə qarşı “son haqqhesabın ödənilməsi” tələbinə dair ilki n, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı “artıq ödənilmiş əmək haqqının geri ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-260/2025, 04 avqust 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İlkin iddia üzrə iddiaçı X6 Masoud cavabdeh "xxxx" MMC-yə qarşı ilkin iddia ərizəsiylə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, ferval və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla, cəmi 7344 manat və 2020 və 2021ci illər üzrə ödənilməmiş məzuniyyət haqqı olaraq 4448 manat olmaqla, cəmi 17636 manat məbləğin və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmaqla 6084 manatın və mediasiya xərci olaraq ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq iddiaçı X7-a ödənilməsini xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 18499,15 manat məbləğində pul vəsaitinin X6 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdi r. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-43/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) ilkin iddianın qismən təmin edilməsi, "xxxx" MMC-dən X6 Masoudun xeyrinə 540,62 (beş yüz qırx manat altmış iki qəpik) manat ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə 893,32 (səkkiz yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində kompensasiya, əmək haqqının gecikdirildiyinə görə 494,70 (dörd yüz doxsan dörd manat yetmiş qəpik) manat cərimə, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat, ümumilikdə 1978,64 (min doqquz yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaitinin tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşı lıqlı iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın məhkəməyə verilməsinə görə 39,78 (otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsində ödənilməsi qət edilmişdir.qət edilmişdir.

4. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı X6 Masoud apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-43/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və ilkin iddia üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. B ununla yanaşı ilkin iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən də apellyasiya şikayəti verilərək qətnamənin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-260/2025 nömrəli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov, S..Bəhrəmzadə) ilkin iddia üzrə iddiaçı X6 Masoud tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən verilmişa apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-43/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi və "xxxx" MMC-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün əmək haqqısı 2448 manat olmaqla, 3363,62 manat əmək haqqı tutularaq X6 Masouda ödənilməsi, "xxxx" MMC-dən 2021-ci ilin yanvar, fevral ayları üzrə isə iddiaçıya 4896 manat 2021-ci ilin mart ayının 5-nə kimi əmək haqqısı 36,19 manat, cəmi 4932,19 manat iddiaçı X6 Masouda ödənilməsi, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cəriməsi, 2863,50 manat, cəmi 11159,31 manat ( 8295,81+2863,50) X6 Masouda ödənilməsi, cavabdeh "xxxx" MM C tərəfindən apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, ilkin iddianın məhkəməyə verilməsinə görə 123,48 (yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsində ödənilməsi, həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, eləcə də audit rəyinin alınması üçün nəzərdə tutulmuş 708 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

7. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC (onun vəkili Vəkil3) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103) – 260/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməsini, ilkin iddianın rədd edilməsini, tərəflərindən verilmiş qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

9. Maddə 404-1.2. işə kas sasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 12. 8.1.3-cü maddəyə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.

13. Maddə 8.6 Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

14. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilən kassasiya şikayəti ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həm ilkin iddianın təmin edilən hissəsində, həm də qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirilir.

17. İş materialları ilə təsdiq edilir ki, ilkin iddianın qiyməti 23720 (iyirmi üç min yeddi yüz iyirmi) manat(2020-ci ilin oktyabr, noyabr v ə dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, ferval və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla, cəmi 7344 manat və 2020 və 2021-ci illər üzrə ödənilməmiş məzuniyyət haqqı olaraq 4448 manat olmaqla, cəmi 17636 manat məbləğin və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmaqla 6084 manat) təşkil edir.

18. Həmin iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 8.6-cı maddələrinə müvafiq olaraq 80,58 manat dövl ət rüsumu (23720-10000=13720; 13720x0,3%=41,16; 120+41,16=161,16; 161,16x50%=80,58) ödənilməli olduğu halda, 20 oktyabr 2025-ci il tarixli qəbzlə 20 manat və 23 oktyabr 2025-ci il tarixli qəbzlə 44,60 (45 manat ödənilib, ondan 40 qəpik xidmət haqqına çıxılıb) manat olmaqla cəmi 64,60 manat dövlət rüsumu ödənilmişdir.

19. Beləliklə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC kassasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyərək Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl edilməmişdir.

20. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərm işdir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə həmin kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən halda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Məhk əmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-260/2025, 04 avqust 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar