Məhkəmə qərarları › İş №2-2(102)-775/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-775/2025

03.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-775/2025 03.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "xxxx" İstehsalat Müəssisəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Müəssisəsinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə məhkəmə icraa tı a) Sumqayıt Şəhər Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" İstehsalat Müəssisəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona əmək haqqı kimi ödənilməli olan 2400 manat məbləğin və son haqq-hesabın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2025-ci il 25 sentyabr tarixli qərardadı ilə həmin işin aidiyyət üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – P.İmamverdiyeva).

3. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı yol vərəqələri əsasında bir sıra müəssisələrdə ("xxxx" MMC, cavabdeh və s.) avtobus sürücüsü kimi xidmət göstərmişdir. İddia ərizəsində qeyd olunduğu və iddiaçının məhkəmə iclasında bildirdiyi kimi yol vərəqələrinə əsasən sürücülərə hər ay 800 manat haqq ödənilməli olmuşdur. Yəni iddiaçı tərəfindən görülmüş işlərin hər biri cavabdeh tərəfindən verilmiş konkret tapşırıqlar (yol vərəqələri) əsasında həyata keçirilmişdir.

4. Tərəflər arasındakı münasibət işçi-işəgötürən subordinasiyası (tabeçiliyi) üzərində deyil, sifarişçi-icraçı (podratçı) prinsipi üzərində qurulmuşdur. İddiaçı müəssisənin daxili nizam-intizam qaydalarına tabe olan ştatlı işçisi deyil, müstəqil xidmət göstərən şəxs kimi çıxış etmişdir.

5. İddiaçı özü də yol vərəqələri əsasında 4 ay xidmət göstərmiş, tərəflər arasındakı münasibət müstəqil xidmət müqaviləsi ilə tənzimləndiyindən sonuncu özü də əmək müqaviləsinin bağlanmasını tələb etməkdə maraqlı o lmamışdır.

6. Məhkəmə tərəflər arasındakı mövcud olmuş münasibətlərin əvvəllər müstəqil xidmət müqaviləsi ilə tənzimləndiyini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək onlar arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətlərinin (podrat) olması qənaətinə gəlmişdir.

7. Məhkəmənin mövqeyinə görə hazırkı iş üzrə işdə iştirak edən şəxslərin subyekti v tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir.

8. Belə ki, tərəflərdən iddiaçı (VÖEN **********) isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh VÖEN (**********) kommersiya hüquqi şəxsidir. İddiaçıya məxsus VÖEN-nin təyinatı taksi fəaliyyəti olmaqla aktivdir. Bu fakt iddiaçının sərnişindaşıma xidmətini bir işçi kimi deyil, müstəqil iqtisadi fəaliyyət subyekti – fərdi sahibkar kimi həyata keçirdiyini təkzibedilməz şəkildə sübut edir. Mübahisənin predmeti iddiaçının əmlak xarakterli mənafeyidir. Hüquq münasibəti xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. O baxımdan ki, iddiaçı (podratçı) nəzərdə tutulan i şi icra etsə də, cavabdeh (sifarişçi) ona (podratçıya) razılaşdırılmış muzd ödəməmişdir.

9. Göründüyü kimi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri baxımından hazırkı mübahisə kommersiya xarakterli mübahisədir. Tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. İddiaçının ödənişləri gecikdirildikdən sonra əmək müqaviləsinin bağlanmaması əsası ilə inzibati orqana müraciət etməsi və hazırda ödənişdən əlavə son haqq-hesabı tələb etməsi tərəflər arasında mövcud olmuş mülki-hüquqi münasibətlərin xarakterini geriyə şamil olunan qüvvə ilə dəyişdirmir və işin kommersiya məhkəməsində baxılmasını istisna etmir. Hüquqi təsnifat terminologiyaya görə deyil, münasibətin əsl mahiyyətinə görə verilməlidir. İddiaçı isə əslində sahibkarlıq fəa liyyəti çərçivəsində göstərdiyi xidmətə görə ona çatmalı olan muzdun ödənilməsini tələb edir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 25.1, 26.1, 31.1, 32.3, 32.4, 32.5, 32.6 və 32.7-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat

11. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il 14 oktyabr tarixli 2-2(119)2077/2025 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – H.Alıyeva).

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh hüquqi şəxs, iddiaçı isə 2019cu il 8 fevral tarixdə qeydiyyatdan keçərək VÖEN əldə etməklə fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – “Nazirlik”) yanında X4 Xidmətinin X2 tərəfindən iddiaçıya ünvanlanmış 2025-ci il 17 fevral tarixli 3-17-5/1-M-66322/2024 nömrəli 2024-cü il 16 dekabr tarixli məktubdan görünür ki, iddiaçı cavabdeh müəssisədə əmək hüquqlarının pozulması barədə Nazirliyə müraciət etmişdir. Nazirlik yanında X4 Xidməti X2 tərəfindən Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə keçirilmiş baxışa və iddiaçı tərəfindən təqdim edilmiş yol vərəqələrinə əsasən müəyyən edilmişdir ki, cavabdehin işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – “Əmək Məcəlləsi”) 7 və 49-cu maddələrinin tələbl əri pozularaq iddiaçı 2024-cü il 1 oktyabr - 2024-cü il 14 dekabr tarixlərdə cavabdehdə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə vəzifəli şəxs cavabdehin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 192.1-ci maddəsinə əsasən 2025-ci il 28 yanvar tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda hüquqi şəxs kimi cavabdeh barəsində İXM-in 192.1-ci maddəsi ilə 2025-ci il 28 yanvar tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cavabdehin direktoru X5 Nazirlik yanında X4 Xidmətinin A bşeron X7nin 2025-ci il 7 fevral tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 2025-ci il 10 mart tarixli 3(060)-390/2025 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Nazirliyin X4 Xidmətinin Abşeron X7 tərəfindən qəbul edilmiş 2025-ci il 7 fevral tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il 25 aprel tarixli 3(105)-202/2025 nömrəli qərarı ilə X3 apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2025-ci il 10 mart tarixli 3(060)-390/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 2025-ci il 15 may tarixli 3(060)949/2025 nömrəli qərarı ilə cavabdeh İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 20000 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci il 3 iyul tarixli 3(105)-378/2025 nömrəli qərarı ilə cavabdehin direktoru X3 şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2025-ci il 15 may tarixli 3(060)-949/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Göstərilən məhkəmə qərarlarında qeyd olunmuşdur ki, məhkəmə araşdırmaları ilə cavabdeh tərəfindən iddiaçının 2024-cü il 1 oktyabr tarixdən 2024-cü il 14 dekabr tarixədək Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törə dildiyi müəyyən edilmişdir.

17. Kommersiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisənin faktiki əsasını tərəflər arasında mövcud olmuş əmək münasibətləri təşkil edir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına hər hansı podrat və ya xidmət müqaviləsi əlavə edilməmiş, iddiaçı iddia ərizəsində onunla cavabdeh arasında əmək münasibətləri olduğunu iddia edərək cavabdehin üzərinə ona əmək haqqı kimi ödənilməli olan 2400 manat məbləğin və son haqq hesabın hesablanaraq ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

18. Bundan başqa iddiaçı cavabdehdə əmək hüquqlarının pozulması barədə Nazirliyə müraciət etmiş, vəzifəli şəxs cavabdehin direktoru X5 barəsində İXM-in 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, eyni zamanda cavabdeh barədə eyni maddə ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində cavabdeh barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola, həmçinin cavabdehin direktoru X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə baxılarkən tərəflər aralarında yazılı və ya şifahi podrat (xidmət) müqaviləsindən irəli gələn münasibətlərin olduğunu bildirməmişlər.

19. Məhkəmə qeyd etmişdir ki, tərəflər sahibkar statusuna malik olsalar belə, hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından iş kommersiya mübahisəsi deyildir.

20. Məhkəmə gəldiyi nəticəni MPM-in 1, 24.2, 26.1, 32.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Vergi Məcəlləsinin 6.1.2-ci istinadla əsaslandırmışdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmə lərinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər; 403-1.9.2. məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər.” Ali Məhkəmənin mövqeyi

22. Qarışıq məhkəmə tərkibi hesab edir ki, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

23. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

24. Subyekt tərkibi baxımından hazırkı işin kommersiya mübahisəsinə aid edilməsi üçün hər han sı maneə mövcud deyildir. Belə ki, iddiaçı fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs, cavabdeh isə kommersiya hüquqi şəxsidir.

25. Bununla yanaşı, tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmasını istisna edir.

26. Belə ki, iddiaçının tələb etdiyi 2400 manat ödənilməmiş məbləğin xarakteri əmək haqqı kimi formalaşdırılıb və iddianın əsasını iddiaçının əmək haqqı alması ilə bağlı hüquqlarının pozulması təşkil edir. İddia tələbində də həmin məbləğ “əmək haqqı” kimi qeyd edilmişdir.

27. Həmçinin, tərəflər arasında olan mübahisəli hüquq münasibətlərinin xarakteri üzrə müəyyənedici əhəmiyyət kəsb edən sübutlar - səlahiyyətli dövlət orqanı tərəfindən aparılmış yoxlama nəticəsində Əmək Məcəlləsinin tələblərinin poz ulması faktı üzrə qəbul edilmiş inzibati xəta haqqında qərarlardan ibarətdir. Həmin qərarlarla cavabdeh İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

28. İXM-in 192.1-ci maddəsi isə yalnız əmək müqaviləsi bağlamadan fiziki şəxsi faktiki olaraq əmək münasibətləri çərçivəsində işə cəlb edən işəgötürənlərə tətbiq olunur. Bu norma podrat (xidmət, tapşırıq, müstəqil icra) münasibətlərinə şamil edilmir və yalnız əmək münasibətlərinin mövcudluğu qəbul edildikdə tətbiq edilir.

29. Eyni zamanda, iki instansiya məhkəməsi həmin inzibati xətaya hüquqi qiymət vermiş, münasibəti əmək hüquq münasibəti kimi təsnif etmiş və bu nəticəni qanuni qüvvəyə məhkəmə aktlarında ifadə etmişdir. Bu halda həm inzibati orqan, həm də birinci və apellyasiya instansiyası məhkəmələri eyni hüquqi qənaətə gəlmişdir. Bu səbəbdən, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti kimi qiymətləndirməsi əsassızdır.

30. Göründüyü kimi hazırkı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Bu isə mübahisənin müvafiq Kommersiya Məhkəməsində baxılmasını istisna edən haldır.

31. Göstərilənlərə əsasən qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.

32. Şərh olunanlara əsasən məhkəmə tərkibi Qərara aldı: İddiaçı cavabdeh "xxxx" İstehsalat Müəssisəsinə qarşı “pulun tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar