Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3479/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X9 Zeinalabedin oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı X9 Zeinalabedin oğlunun Cavabdehnə qarşı əmək haqqının, istifadə edilməyən məzuniyyət günlərinə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının faizi məbləğində ödəncin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3238/2025 nömrəli, 30 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh PHŞ (sifarişçi) ilə X9 (podratçı) arasında bağlanmış müstəqil xidmətlər müqaviləsinə əsasən podratçı sifarişçiyə sifarişçinin Azərbaycan Respublikasındakı əməliyyatları və fəaliyyəti ilə bağlı tələb edilən və aşağıda göstərilənlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan müəllim-eksper t xidmətləri təqdim etməlidir. Müqavilə xx.xx.2018-ci il tarixdə qüvvəyə minir və xx.xx.2019-cu il tarixədək qüvvəyə malikdir. Müqavilə həmin müddət ərzində etibarlıdır, lakin müddət tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər, bu müqavilənin etibarlı olduğu müddət ərzində podratçı Azərbaycan Respublikası ərazisində pedaqoji fəaliyyətini həyata keçirəcək və podratçı tərəfindən göstərilməli olan xidmətlərin tarixləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir.
2. Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının təhsil nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba əsasən nazirin rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gələcək əcnəbi X8 Heydər Əliyev adına X3 birdəfəlik giriş vizasının verilməsinə etiraz edilməmişdir.
3. Cavabdeh PHŞ (işəgötürən) ilə X9 (işçi) arasında bağlanmış 100 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər müqavilənin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müddətli bağlanması, işçiyə hər ay 3500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin "xxxx" ASC-də olan hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər;
4. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə X9 arasında bağlanmış 484 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər işçiyə hər ay 3500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin "xxxx" ASC-də olan hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər. Əmək müqaviləsinin 8-ci bəndində əmrə əsasən xx.xx.2023-cü ildən əmək haqqının 3900 manat olması, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixədək uzadılması qeyd edilmişdir.
5. Cavabdeh PHŞ tərəfindən X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən tərəflər arasında 2018-ci ildən başlayan əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini, qısa müddət ərzində “Qida təhlükəsizliyi” sahəsində gözə çarpan nailiyyətlər əldə edildiyini, onunla birgə çalışmaqdan məmnunluq duyduqlarını və növbəti 3 ildə daha sıx əməkdaşlıq edəcəklərinə ümid etdiklərini, birgə səyləri ilə bundan sonra da gələcək əlaqələrinin möhkəmlənməsinə, “Qida mühəndisl iyi” sahəsində əməkdaşlığın genişlənməsinə əmin olduqlarını bildirmişlər.
6. X9 ilə Rafiq Camalov adı qeyd edilən “+994-55-778-15-00” nömrəsi arasında olan yazışmalardan: “X8 7 iyul tarixli mesaj göndərilmiş, dünən axşam rektorla danışdığını, rektorun da tələbələrin tətili və müəllimlərin məzuniyyət dövrü ilə məşğul olduğunu, onun isə payızda gəlməsini tövsiyə etdiyini bildirmiş, məzuniyyətindən həzz almasını və payızda görüşmələrini arzulamışdır; X9 tərəfindən 20 iyul tarixli mesaj göndərilmiş, növbəti gəliş tarixinin 5 sentyabr olmasının təsdiqlənməsini istəmişdir. X9 tərəfindən 7 avqust tarixli mesaj göndərilmiş, universitetlə qüvvədə olan müqaviləsinin olduğunu, əgər hansı bir problem varsa, bilmək istədiyini, universitetin müqavilədə yazılanlara əməl etməli olduğunu bildirmişdir. X8 9 avqust tarixli mesaj göndərilmiş, professor Mustafa Babanlının rektor vəzifəsindən azad edilməsi, rektor vəzifəsini digər bir universitetin rektoru Vazeh Əsgərovun icra etməsi, Azərbaycanda rektor vəzifəsinə təyinatın prezidentin sərəncamı ilə olmasını və onların da həmin təyinatı gözləməsini, buna görə də X4 Bakıya gəlməkdən çəkinməsini, özlərinin hər şey aydınlaşan kimi ona xəbər verəcəklərini bildirmişdir. X9 tərəfindən 14 avqust tarixli mesaj göndərilmiş, o, şəxslə deyil, universitetlə müqavilə bağladığını bildirmiş, universitetdə işləyən hər kəsin maaş aldığı halda, ona keçən ay üçün maaş ödənilməməsinin səbəbini soruşmuşdur; X8 1 sentyabr tarixli mesaj göndərilmiş, müxtəlif komissiyaların universitetdə maliyyə pozuntuları ilə bağlı araşdırma apardığını, hələ ki, universitetə yeni rektor təyin edilmədiyini, dərslər 15 sentyabrda başlayacağından, bundan sonra onun gəlməsinin mümkünlüyü barədə yazacağını bildirmişdir. X8 5 sentyabr tarixli mesaj göndərilmiş, rektor vəzifədən azad edildikdən sonra müvafiq komissiya universitetin maliyyə fəaliyyətini yoxlayarkən müəyyən etmişdir ki, bəzi professorlar xaricdə olarkən maaş almışlar. Halbuki, komissiya bildirmişdir ki, sərbəst iş qrafiki o deməkdir ki, professor yalnız Azərbaycanda olduğu müddətdə özünə uyğun vaxtda işləməlidir. Buna görə də onun əmək haqqının müvəqqəti olaraq dayandırıldığı, Miqrasiya Xidməti tərəfindən ona 1 illik iş icazəsi və müvəqqəti yaşayış icazəsinin verildiyi bildirilmişdir”.
7. Cavabdeh PHŞ-nin əmək müqaviləsinə xitam verilmə haqqında xx.xx.2024-cü il tarixli əmri ilə “Kimya texnologiya” fakültəs inin tədqiqatçı professoru X4 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabın edilməsi baş mühasibə tapşırılmışdır.
8. X8 məxsus “X5” kartı üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən karta sonuncu dəfə xx.xx.2023-cü ildə 2985,5 manat məbləğində əmək haqqı, xx.xx.2024-cü ildə isə 3670,23 manat məbləğində son haqqhesab köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı ya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin, 22000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Kampinas Universiteti qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış bir təhsil müəssisəsidir və iddiaçı həmin Universitetin Qida Elmləri və Qidalanma Bölümündə böyük elmi işçi qismində çalışan professor olmuşdur. Həmin təhsil müəssisəsində çalışan İran vətəndaşı olan iddiaçı 2018-ci ildən cavabdeh ADNSU ilə əməkdaşlıq etmiş, “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının başlanılması, müasir tədris və elmi laboratoriyaların qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılmasında cavabdehə köməklik etmişdir. Hətta iddiaçıya universitetin sabiq rektoru xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində Qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, Qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Daha sonra universitetin rəhbərliyində dəyişikliklər baş vermiş və iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyə olunmuşdur. İddiaçı da öz növbəs ində universitetin təbliği istiqamətində fəaliyyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə Universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq, əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən 9 avqust tarixli “WhatsApp” ani yazışma programı vasitəsilə bildirilmişdir ki, təhsil müəssisəsinə yeni rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona xx.xx.2023-cü il tarixdə həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayından etibarən aylıq əmək haqqı ödənilməmiş və hal-hazırda da ödənilməməkdədir. Bununla bağlı iddiaçı dəfələrlə universitetin məsul şəxslərinə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmiş və Bakı şəhərinə səfərdən çəkinməli olduğu qeyd olunmuşdur. Ona görə də iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olduğuna görə ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, bu, hər hansı bir nəticə olmamışdır.
11. Məhkəmə iclasında Cavabdeh PHŞ-nin vəkili-nümayəndəsi iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, əmək müqaviləsində sərbəst sözünü yazmağı iddiaçı tələb etmişd ir. Çünki dünyaca məşhur professordur və başqa universitetlərdə də dərs deyir. İddiaçıya işəgötürən nə əvvəlki rektor, nə də yeni rektor zəng edib deməyib ki, işə gəlməyin. İddiaçıya pul universitetə gəlməsinə görə deyil, xaricdən məqalələr və s. göndərməsinə görə ödənilmişdir. Məqalələrin yerləşdirilməsindən xəbərləri olmamışdır. Tələb olunan müddət ərzində iddiaçı heç bir iş görmədiyinə görə mühasibatlıq ona ödəniş etməmişdir. Müqavilə üzrə iddiaçıya 3500 manat və 400 manat əlavə nağdsız ödənilmişdir. X6 işlər üzrə prorektordur, onun işə gəlməsi, əmək münasibətləri üzrə səlahiyyəti yoxdur, işəgötürən rektordur. İddiaçının Azərbaycan Respublikasına gəlməsi heç vaxt tələb olunmamışdır. Müqavilə 2023-cü ilin mart ayında bağlanmışdır. 2022-ci ilin oktyabr ayında sırf əmək münasibətləri başla mışdır. May, iyun ayı üçün sonuncu ödəniş edilmiş, bundan sonra heç bir ödəniş edilməmişdir. İddiaçıya bura gələcəyi təqdirdə təhlükə olmasının deyilməsi barədə heç bir məlumatı yoxdur. Son haqq-hesab oktyabr ayından ödənilməyə başlanılmışdır. İddiaçıya son ödəniş 19 mart tarixində edilmişdir. Son haqq-hesab olaraq iddiaçıya 3672 manat pul ödənilmişdir. Məzuniyyətdən istifadə olunmamışdır. Əmək haqqı ödənilən dövrə münasibətdə son haqq-hesab hesablanıb ödənilmişdir. Yəqin ki, həmin dövrə münasibətdə məzuniyyət pulu da ödənilmişdir.
12. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublara əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023- cü il tarixdə giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş və xx.xx.2023-cü il tarixində dövlət sərhədindən çıxmışdır.
13. Məhkəmə baxışı zamanı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı həqiqətən həmin universitetdə “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində çalışmışdır və ona verilən son haqq-hesab müvafiq olaraq ödəniş edilmiş 9 aylıq (2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla) əmək haqqına müvafiq olaraq hesablanmışdır.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1603/2024 nömrəli iş üzrə 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024 -cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi, həmin dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Günay Abidova).
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn işəgötürən-işçi hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehin tapşırığı əsasında sərbəst iş qrafiki üzrə məqalələr yazması və ayda bir dəfə kart hesabına köçürmə yolu ilə əmək haqqı və digər ödəncləri alması, lakin 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməməsi və a ralarındakı əmək müqaviləsi qüvvədə olduğu halda, həmin vaxtdan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü ilədək cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməməsi hazırkı işin mübahisəsiz hallarını təşkil etmişdir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda, universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək işə gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır.
16. Məhkəmə işin bütün faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisənin əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 169-cu maddəsi təşkil edir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçı 2023-cü ilin iyul ayından cavabdehə boşdayanmanın başlaması barədə xəbərdarlıq etsə də və vəziyyətin dəqiqləşdirilməsi üçün müraciət etsə də, əmək qanunvericiliyinə əsasən heç bir təqsiri olmadan boşdayanma halına görə ona vəzifə maaşının 2/3 hissəsindən az olmayaraq əmək haqqı ödənilməli olduğu halda, əmək müqaviləsinə xitam verilən günədək heç bir ödəniş edilməmiş, bununla da, cavabdeh tərəfindən iddiaçının əmək hüquqları pozulmuşdur. Əmək müqaviləsində iddiaçının sərbəst iş qrafiki əsasında işləməli olmasının göstərilməsi, həmçinin, tərəflərin bildirdiyinə görə, iddiaçının vəzifəsinin məhz cavabdehin tapşırığı əsasında məqalələr yazmaq, elmi araşdırmalar aparmaq və s. olması, iddiaçının cavabdehə müraciət etməsi nə baxmayaraq, cavabdehin vəzifəli şəxsinin (beynəlxalq işlər üzrə prorektor Rafiq Camalov) iddiaçıya gözləməli olduğunu bildirməsi onu deməyə əsas vermişdir ki, boşdayanma iddiaçının deyil, məhz cavabdehin özünün təqsiri ucbatından baş vermişdir. Belə ki, tərəflər iddiaçının işə gəlməyə zərurət olmadan cavabdeh tərəfindən verilən tapşırıqlar əsasında iş görməsini mübahisələndirmir, lakin cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini mübahisələndirsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə iddiaçı ona tapşırılan bütün işlərin görülməsinə dair sübutları (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) məhkəməyə təqdim etmişdir. Əgər iddiaçı, həqiqətən də, cavabdehin qeyd etdiyi kimi ona verilən tapşırığ ı yerinə yetirməmiş olsaydı, bu zaman cavabdeh onun barəsində əmək qanunvericiliyinə müvafiq olaraq tədbirlər görməli idi. Lakin göründüyü kimi, cavabdehin iddiaçının vəzifəsini icra etməməsinə dair mülahizəsi mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə, cavabdehin etirazını doğuran bu halın onun tərəfindən təsdiq edilməməsi və əksinin iddiaçı tərəfindən təsdiq edilməsi göstərilən vaxtdan cavabdeh tərəfindən əmək müqaviləsi üzrə vəzifəsinin icra edilməyərək, onun iddiaçıya heç bir iş tapşırmaması faktını doğrulayır və cavabdehin təqsirinə görə iddiaçının boşdayanmasının yaranması qənaətinə gəlməyə əsas verir.
17. Cavabdeh “prorektorun iddiaçıya “gözlə və s.” kimi göstərişlər verməyə səlahiyyətli olmadığını, iddiaçının həmin göstərişə əməl etməməli olduğunu” mübahisələndirsə də, məhkəmə bu dəlili ona görə əsassız hesab etmişdir ki, iddiaçının rəsmi müraciətinə cavabdeh tərəfindən heç bir rəsmi cavab verilməmiş, həmin müddətlərdə rektor dəyişikliyinin olması, universitetin müvafiq komissiyalar tərəfindən yoxlanılması, buna görə onun vəziyyətinin aydınlaşdırılması üçün iddiaçının yeni dərs ili başlayanadək gözləməli olması cavabdehin vəzifəli şəxsi – özü də beynəlxalq işlər üzrə prorektoru tərəfindən bilavasitə iddiaçıya bildirilmişdir. İddiaçı da haqlı olaraq prorektorun onunla səlahiyyətli şəxs kimi yazışdığını hesab etmiş (prorektor mesajda rektorun və ya müvafiq komissiyanın ona belə dediyini, belə tövsiyə olunduğunu yazmışdır) və buna görə də prorektorun ona dediklərinə əsasən hərəkət edərək gözləməyə məcbur olmuşdur. İddiaçı yalnız prorektor tərəfindən ona göndərilmiş “ əmək haqqı ödənilməsinin düzgün olmaması barədə” mesajdan sonra cavabdeh tərəfin əsl niyyətindən xəbərdar olaraq və hüququnun pozulduğunu hesab edərək müvafiq tədbirlərə əl atmışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi” hissəsində qismən təmin edilməli, 2023cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək iddiaçıya heç bir ödəniş (əmək haqqı və digər) edilməməsi, 2024-cü ilin mart ayının 12-də tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi nəzərə alınmaqla və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin tələblərinə əsaslanaraq, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi tutularaq i ddiaçının xeyrinə ödənilməli, tələbin bu hissəsi qalan hissədə təmin edilməməlidir.
19. İddia tələbinin “2023-cü ilin iyul ayından istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilmişdir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqq-hesab ödənilən xx.xx.2024-cü il tarixdə də bu məsələnin öz həllini tapmaması müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, tərəflər arasında etibarlı əmək müqaviləsinin olması, əmək qanunvericiliyinə əsasən iddiaçının qanunla müəyyən edilmiş əmək məzuniyyəti hüququnun olması, lakin 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ona əmək məzuniyyətinin verilməməsi və həmin müddət üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya verilməməsi iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Buna görə də məhkəmənin qənaətinə görə, əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 20. “Hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc ödənilməsi” tələbi ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş mövqeyi, iş çiyə ayda bir dəfədən az olmayaraq əmək haqqın verilməsi tələbini, əmək müqaviləsində və ya kollektiv müqavilədə əmək haqqının verilməsinin başqa müddətlərinin müəyyən edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, bu tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünmüşdür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc ödənilməsi qanuni və əsaslıdır.
21. İddia tələbinin “22000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək hüququnun pozulması səbəbindən onun mənəvi ziyan çəkməsi ağlabatan olsa da, bu ziyanın tələb edilən məbləğdə qiymətləndirilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir. Nəzərə alınmalıdır ki, mənəvi ziyanın məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaqdır. Qeyd olunanları, həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 484 nömrəli əmək müqaviləsinin 5.1-ci maddəsinin tələblərini nəzərə alaraq və qiymətləndirmə sərbəstliyinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə hesab etmişdir ki, 500 manat məbləğində mənəvi zərəri n əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 4, 10, 12, 113, 135, 169 və 172-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdeh apellyasiya şi kayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mübahisəni boşdayanma kimi qiymətləndirərək düzgün qənaətə gəlməmişdir. İşəgötürənin təşəbbüsü ilə boşdayanma dedikdə, müxtəlif səbəblərdən iş yerində iş prosesinin müvəqqəti dayandırılması, işçilərin iş yerlərinə gəlməsinin məhdudlaşdırılması, əmək funksiyalarının yerinə yetirilməsinin qarşısının bu və ya digər yolla alınmasıdır. Bu zaman işəgötürən tərəfindən boşdayanma haqqında müvafiq əmr qəbul edilməli, işçilər bu əmr ilə tanış edilməli, əmrdə boşdayanmanın başlama və bitmə vaxtı müəyyənləşdirilməli, boşdayanmanın kimlərə (konkret işçilər, bütün təşkilat və s.) aid edilməsi dəqiq qeyd olunmalıdır. İddiaçı ADNSU-da elmi fəaliyyət ilə məşğul olmuş, hazırladığı elmi məqalələri ADNSU adından nəşr edilməsi üçün, onları yüksək reytinqli beynəlxalq jurnallara təqdim edirdi. İddiaçı ilə ADNSU arasında bağlanmış əmək müqaviləsində, iddiaçının arzusu təmin edilərək, iş vaxtı və iş yeri sərbəst olaraq müəyyən edilmiş, işçinin elm adamı olması nəzərə alınaraq ona elmi fəaliyyətlə məşğul olmaq üçün istədiyi şərait yaradılmışdır. İddiaçı fəaliyyətinin böyük hissəsini ADNSU-nun və ölkənin hüdudlarından kənarda göstərmişdir. Başqa sözlə, ADNSU iddiaçı üzərində hər hansı təsir mexanizmlərinə malik olmamış, onun istədiyi vaxt Bakıya, ADNSU-ya gəlməsini və getməsini təmin etmişdir. İddiaçı tərəfindən ADNSU üçün 40-a yaxın elmi məqalələr yazılmış, bütün bu məqalələr iddiaçının ölkənin hüdudlarından kən arında olduğu zaman hazırlanmışdır. İddiaçı bilavasitə ADNSU-da çox az müddət keçirmişdir. O, xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinə kimi Bakıda olmuş, cəmi 8 gün ADNSU-da olmuşdur. Daha sonra, xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 7 gün ADNSU-da olmuşdur. Növbəti dəfə iddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi Bakıda olmuş, cəmi 5 gün ADNSU-da olmuşdur. Sonuncu dəfə iddiaçı Azərbaycan Respublikasına xx.xx.2023-cü il tarixində gəlmiş və xx.xx.2023-cü il tarixində ölkəni tərk etmişdir. Bu müddət ərzində iddiaçı ADNSU-da cəmi 4 gün keçirmişdir. Göründüyü kimi, iddiaçı iş yeri ADNSU-da olmamış, həm də onun iş qrafiki, öz istəyi ilə, sərbəst müəyyən olunmuşdur. Yəni, ADNSU işəgötürən olaraq, iddiaçıdan işi dayandırmağ ı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı olmamışdır. Bununla da, iddiaçı öz təşəbbüsü ilə üzərinə düşən işi yerinə yetirməyi dayandırmışdır. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı elmi fəaliyyətlə məşğul olmuşdur, elmi məqalələrin nəşr edilməsinin dayandırılması heç bir halda ADNSUnun imkanları daxilində olmamışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5215/2024 nömrəli mülki iş üzrə 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).
26. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı halda iddiaçının iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanma halı təşkil edir. İşin hallarından görünmüşdür ki, boşdayanma halı iddiaçının təqsiri üzündən baş verməmiş, iddiaçı tərəfindən bununla bağlı Cavabdeh PHŞ-yə dəfələrlə xəbərdarlıq edilmişdir.
27. Cavabdeh iddia tələbinə etirazının əsası kimi, cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini qeyd etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı məhkəməyə mötəbər sübutlar (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) təqdi m edilmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən əmək funksiyalarının icra edilməməsinə istinad etsə də, bununla bağlı Cavabdeh PHŞ tərəfindən hər hansı tədbirlər görülməsi ilə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
28. Məhkəmə iddiaçının istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin tutulması tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqqhesab ödənilən xx.xx.2024-cü il tarixd ə də bu məsələnin öz həllini tapmaması işin faktiki halları ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Məhkəmə iddiaçının hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünmüşdür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavab deh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının faizi məbləğində ödənc ödənilməlidir.
30. İddiaçının mənəvi ziyanla bağlı tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.
31. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 4, 68, 135, 169 və 172-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamənin 37-ci abzasında qeyd etmişdir ki, 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməmişdir. Cavabdeh iddiaçını işə qəbul edərkən onun elmi fəaliyyətini nəzərə almış və ona yalnız bir dəfə tapşırıq verilmişdir: hazırladığı elmi məqalələri A DNSU adından nəşr edilməsi üçün, onları yüksək reytinqli beynəlxalq jurnallara təqdim etmək. Bu tapşırıq ona bir dəfə verilmiş, bu tapşırıq onun tərəfindən əsasən ölkə hüdudlarından kənarda yerinə yetirilmişdir. Elmi məqalələrin ADNSU-nun adından beynəlxalq jurnallara təqdim etməyi dayandırdığına görə və bununla, üzərinə düşən əmək funksiyasını yerinə yetirməyən iddiaçıya əmək haqqının ödənilməsi dayandırılmışdır. Publik hüquqi şəxs olan ADNSU-nun büdcədə olan maliyyə vəsaitlərini, üzərinə düşən əmək funksiyasını yerinə yetirməyən şəxsə - iddiaçıya xərcləməyə ixtiyarı yox idi. Məhkəmə prosesində iddiaçının vəkili iddiaçı tərəfindən 2023-cü ilin iyul ayında elmi məqalələrin hazırladığını bildirsə də və nüsxələri təqdim etsə də, bu məqalələrin məhz 2023-cü ilin iyul ayı və sonrakı aylarda yü ksək reytinqli beynəlxalq jurnallara təqdim olunmasını sübut edən fakt gətirməmişdir. ADNSU iddiaçıya kifayət qədər yüksək əmək haqqını elmi məqalələrin məhz nüfuzlu və yüksək reytinqli beynəlxalq jurnallarda çap olunması üçün təyin etmişdir. İddiaçının iş yeri ADNSU-da olmamış, həm də onun iş qrafiki, öz istəyi ilə, sərbəst müəyyən olunmuşdur. Yəni, ADNSU işəgötürən olaraq, iddiaçıdan işi dayandırmağı tələb etməyə və ya onun əmək müqaviləsi üzrə yerinə yetirməli olduğu işi, əmək funksiyaları onun iradəsinə zidd olaraq dayandırmağa heç bir imkanı olmamışdır. Bununla da, iddiaçı öz təşəbbüsü ilə üzərinə düşən işi yerinə yetirməyi dayandırmışdır. Bu isə işçinin təqsiri üzündən boşdayanma hesab olunmalıdır.
34. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-458/2025 nömrəli mülki iş üzrə 13 mar t 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev).
35. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsi üçün ilk növbədə həmin müqavilənin məzmununun Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məcburi tələblərə cavab verib-verməməsi, iddiaçı ilə cavabdeh arasında münasibətlərin əmək münasibətləri, yoxsa mülki hüquq münasibətləri olması istiqamətində hüquqi dəyərləndirmə aparılmasına zərurət vardır.
36. Məhk əmə tərəflər arasında mövcud olmuş münasibətlərin əvvəllər müstəqil xidmət müqaviləsi ilə tənzimləndiyini, sonradan isə əmək müqaviləsi kimi rəsmiləşdirildiyini, həmin müqavilədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtlərin göstərilmədiyini, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək funksiyaları, onları müvafiq iş yerində şəxsən yerinə yetirməsi, iş vaxtı, istirahət və məzuniyyətlə bağlı hər hansı müddəaların olmamasını nəzərə alaraq hesab etmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək onlar arasında əmək münasibətləri, yoxsa mülki hüquq münasibətlərinin (podrat) olması müəyyən edilməli və bundan sonra həmin münasibətlərə müvafiq qanunvericilik tətbiq edilməklə mübahisə həll edilməlidir.
37. Ali Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinin etibarlılığı ilə bağlı məsələ araşdırılarkən bu əqdin yalan əqd olub-olmaması, hər hansı 3-cü şəxsdə (məsələn, dövlət orqanlarında) yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlanıb-bağlanmaması istiqamətində də hüquqi dəyərləndirmə aparmalı, bu əqdin başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əhəmiyyətsiz əqd olub-olmamasına da hüqu qi qiymət verməlidirlər.
38. Bundan başqa, Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməmiş və bununla da prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 2023-cü ilin iyul ayından sonra iddiaçı tərəfindən cavabdeh üçün şərtləşdirilmiş hər hansı işin görülməməsi müəyyən edilsə də, bunun cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməməsi səbəbindən baş verdiyi qənaətinə gəlinmiş, lakin əvvəllər görülmüş işlərin hər birinin cavabdeh tərəfindən verilmiş konkret tapşırıqlar əsasında həyata keçirilməsi barədə də işdə hər hansı sübutların olmadığı nəzərə alınmamışdır.
39. Məhkəmə qeyd etmişdir ki, iddiaya əmək müqaviləsindən irəli gələn mübahisə kimi qiymət verən apellyasiya məhkəməsi iddianı qismən təmin edərkən Əmək Məc əlləsinin 169-cu maddəsi ilə yanaşı, 154-cü və 290-cı maddələrinin də tələblərini pozmuşdur.
40. Apellyasiya məhkəməsi iddiaçının əmək haqqını hansı əsaslarla və hansı gördüyü işə görə tələb etdiyini, eləcə də həmin müddət ərzində işçi tərəfindən hansı konkret işlərin yerinə yetirildiyini tam şəkildə araşdırmadan iddiaçının əmək haqqı tələbini, məzuniyyətə görə kompensasiya tələbini və hər gecikdirilən gün üçün 1 faiz ödənc tələbini təmin etməkdə haqlı olmamışdır.
41. Ali Məhkəmə iş yerində boşdayanma vəziyyətinin yaranması ilə bağlı işəgötürənin təqsirinin olması ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının iş yeri universitet olmamış, cavabdeh iddiaçıya işi dayandırmaq barədə xəbərdarlıq etməmiş, iddiaçının elmi fəaliyyətinə cavabdehin hər hansı maneəsi mümkünsüz olmuşdur. Belə olan halda, apellyasiya məhkəməsinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə istinad etməsi düzgün olmamışdır.
42. Həmçinin apellyasiya məhkəməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində də maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə bu hissədə iddianı qismən təmin edərkən tətbiq edilməli olan Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsini və onun “Qeyd” hissəsini tətbiq etməmiş, fərdi əmək mübahisəsi zamanı işçiyə vurulmuş mənəvi ziyanın hansı hallarda tutulması barədə qanunla müəyyən edilmiş şərtləri nəzərə almamışdır.
43. Ali Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4, 43, 57, 154, 169, 172 və 290-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respu blikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3238/2025 nömrəli mülki iş üzrə 30 iyul 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh PHŞ-dən 3900 manat tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Vahid Sadıqo v).
45. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mövcud olmuş münasibətlər əvvəllər müstəqil xidmət müqaviləsi ilə tənzimlənmiş, sonradan isə əmək müqaviləsi kimi rəsmiləşdirilmişdir. Belə ki, araşdırma zamanı tərəflərin izahatlarından aydın olmuşdur ki, əmək müqaviləsinin bağlanması formal xarakterli olmuşdur, yəni, iddiaçı ilə xidməti münasibətlərdə əməkdaşlığın davam etdirməsi Əmək Müfəttişliyi tərəfindən qanunvericiliyin pozulması kimi qiymətləndirilərək cərimə olunmaları təhlükəsi var idi. İddiaçı belə bir müqavilənin bağlanması təklifinə etiraz etməmiş və mövcud məzmunlu olan müqavilə bağlanmışdır. Belə olan halda iddiaçı ilə cavabdeh arasında münasibətlərin mülki hüquqi münasibətlərdən əmək münasibətlərinə keçmişdir ki, həmin müqavilənin məzmununu n Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş məcburi tələblərə cavab verib-verməməsi müəyyənləşdirilməlidir.
46. Məhkəmə hesab etmişdir ki, sözügedən müqavilədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtləri göstərilməmişdir, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək funksiyaları, onları müvafiq iş yerində şəxsən yerinə yetirməsi, iş vaxtı, istirahət və məzuniyyətlə bağlı hər hansı müddəaları olmamışdır. Həmçinin əmək müqaviləsi yalnız əmək münasibətləri üçün nəzərdə tutulub - yəni işçi işəgötürənin tabeliyində, onun göstərişləri ilə və müəyyən iş rejimində çalışmalıdır. Hazırda belə bir hal müəyyən edilməmişdir.
47. Apellyasiya məhkəməsinin əvvəlki məhkəmə qərarını Ali Məhkəmə ləğv edərkən qeyd etmişdir ki, əvvəllər görülmüş işlərin hər birinin cavabdeh tərəfindən verilmiş konkret tapşırıqlar əsasında həyata keçirilməsi barədə də işdə hər hansı sübutların olmadığı nəzərə alınmamışdır. Məhkəmə iclasında tərəflərin verdikləri izahatlara əsasən iddiaçının məhz cavabdeh tərəfin tapşırığına əsasən işlər görməli olması müəyyən edilmişdir ki, bu da mahiyyət etibarı ilə əmək deyil, podrat münasibətlərinə daha çox xarakterikdir. Belə ki, əgər tərəflər faktiki olaraq mülki-hüquqi xarakterli işlər (məsələn, tikinti, xidmət göstərilməsi və s.) görürlərsə, bu münasibətlər podrat müqaviləsi ilə tənzimlənməlidir.
48. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələri nin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelərə uyğun olaraq tərəflər arasında mövcud olan münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək hesab etmişdir ki, tərəflər arasında mövcud olan münasibətlər xarakterinə və həqiqi mahiyyətinə görə onlar arasında əmək münasibətləri kimi qiymətləndirilə bilməz.
49. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən göstərmişdir ki, əslində tərəflər arasında podrat münasibətləri olmuşdur. Əgər tərəflər arasında faktiki olaraq podrat münasibətləri mövcuddursa, lakin bu münasibət əmək müqaviləsi formasında rəsmiləşdirilibsə və bu, əmək münasibətlərinin mahiyyətin ə uyğun deyilsə, belə müqavilə hüquqi baxımdan əqdin pərdələnməsi kimi qiymətləndirilməlidir.
50. Bu cür hallarda əqdin mahiyyətinə baxılmalı, yəni tərəflərin faktiki münasibətlərinə və işin necə təşkil olunduğuna istinad edilməlidir. Əgər işçi müstəqil şəkildə xidmət göstərirsə, öz iş vaxtını və üsulunu özü müəyyən edirsə, bu əmək münasibəti deyil, mülki-hüquqi münasibət sayılır. İşin sadalanan halları ilə də müəyyən edildiyi kimi tərəflər arasında əmək münasibətlərinə dair hər hansı bir addım atılmamış, yəni iş vaxtı, üsulu müəyyən edilməmiş, eyni zamanda Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində müəyyən edilən mütləq şərtləri göstərilməmişdir. Belə olan halda əmək müqaviləsi yalnız formal xarakter daşıyır və əsl hüquqi münasibəti pərdələmək üçün bağlanmışdr və bu, əqdin pərdələ nməsi sayılır ki, həmin əqd əhəmiyyətsiz əqd kimi qiymətləndirilməlidir.
51. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmək müqaviləsi faktiki podrat münasibətlərini gizlətmək üçün bağlanılmışdır, tərəflərin real münasibətləri əmək qanunvericiliyinə uyğun gəlmir və bu müqavilə hüquqi qüvvəyə malik deyil, bununla da tərəflər arasında olan müqavilə əqd əhəmiyyətsiz olmaqla əslində podrat münasibətlərini pərdələmək məqsədini güdmüşdür.
52. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək haqqını hansı əsaslarla və hansı gördüyü işə görə tələb etdiyini, eləcə də həmin müddət ərzində işçi tərəfindən hansı konkret işlərin yerinə yetirildiyini tam şəkildə araşdırmadan iddiaçının əmək haqqı tələbini, məzuniyyətə görə kompensasiya tələbi ni və hər gecikdirilən gün üçün 1 faiz ödənc tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, 2023-cü ilin iyul ayında iddiaçı tərəfindən cavabdeh üçün şərtləşdirilmiş işlər üzrə yalnız 1 məqalə göndərilmiş (cild 1, i.v.241), xx.xx.2024-cü il tarixədək digər hər hansı iş görülməmişdir və bu cavabdeh tərəfindən iddiaçıya bu işdən başqa digər heç bir tapşırıq verilməməsi səbəbindən baş vermişdir. İddiaçının digər şəxsin - Aynur Əliyeva adından da məqalə göndərərək məqalədə öz adının olmamasına baxmayaraq faktiki müəllifinin özü olmasını göstərsə də, məhkəmə digər şəxsin adından göndərilən məqalənin iddiaçıya aid olmasını təsdiq edən sübut təqdim edilmədiyi üçün bu dəlili də əsassız saymışdır.
53. Apellyasiya məhkəməsi iş yerində boşdayanma vəziyyətinin yaranması ilə bağlı işəgötürənin təqsi rinin olması ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının iş yeri cavabdeh universitet olmamış, cavabdeh iddiaçıya işi dayandırmaq barədə xəbərdarlıq etməmiş, iddiaçının elmi fəaliyyətinə cavabdehin hər hansı maneəsi mümkünsüz olmuşdur. Birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə istinad etməsi düzgün olmamışdır.
54. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, iddiaçı 2023-cü ilin iyul ayından 2024-cü ilin mart ayına kimi cavabdehin etiraf etdiyi kimi 1 məqalə göndərdiyindən ona göstərdiyi xidmətə görə 3900 manat ödənilməlidir.
55. Ancaq tərəflər arasında əmək münasibətləri olmadığından işçiyə bu münasibətlər zəminində hər hansı mənəvi ziyan dəyməsi də mümkün deyildir.
56. Belə olan halda iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması z amanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə tam əsaslı sayıla bilməz.
57. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340, 404 və 752-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4, 43, 57, 154, 169, 172 və 290-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
58. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
59. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 484 nömrəli əmək müqaviləsində işçinin adı, soyadı, vəzifəsi, əmək funksiyası, əmək haqqı, işçinin mühafizəsi, iş və istirahət vaxtı, əmək müqaviləsinin bəndi hər biri müvafiq xanalarda göstərilmişdir. Belə ki, iddiaçı həmin müqavilənin 1.2-ci və 4.17-ci bəndinə əsasən sərbəst iş qrafiki əsasında tədqiqatçı-professor vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 4.1ci bəndinə əsasən işçiyə hər ay 3900 manat əmək haqqı ödənməli, 4.9-cu bəndinə əsasən onun əməyi mühafizə edilməlidir. Əmək müqaviləsinin müddəti isə göstərilən müqavilənin 8-ci bəndinə əsasən xx.xx.2024-ci il tarixinə qədər uzadılmışdır. Müqavilə Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin tələblərinə tam şəkildə cavab verir. İddiaçının əmək müqaviləsinin 4.17-ci b əndinə əsasən öz fəaliyyətini sərbəst qrafik şəklində həyata keçirməsi isə qanunvericiliyin heç bir tələbini pozmur. Qanunvericiliyin iş qrafikinin saatları haqqında dəqiq bir imperativ tələbi olmadığı üçün sərbəst iş qrafiki qanunvericiliyin tələblərini pozmur. Əgər əmək müqaviləsi 43-cü maddəsinin imperativ tələblərini pozsa idi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzkəşdirilmiş Elektron X2 yerinə dair xx.xx.2024-cü il tarixli arayışında da iddiaçının rəsmi iş yeri olaraq cavabdeh təşkilat göstərilməz, onun qeydiyyata alınması mümkün olmazdı. Digər halda, yəni əmək müqaviləsi Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin tələblərinə cavab verməsə belə bu işəgötürənin təqsiri üzərindən baş vermiş bir haldır, çünki əmək müqaviləsini hazırlayan, hə min bəndləri dolduran, müvafiq qeydləri aparan tərəf işəgötürən, yəni cavabdehdir. İddiaçı isə yalnız həmin əmək müqaviləsini, yəni cavabdehin hazırladığı müqaviləni imzalanmasına məsuldur. Hazırkı işdə cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 43-cü maddəsinin tələblərinin tam riayət olunmaması iddiaçının ziyanına şərh olunmamalı və onun hüquqlarına pozulmasına səbəb olan amil kimi qiymətləndirilməməlidir. Əgər tərəflər əmək münasibətinin tərəfləri olmasa idi cavabdeh tərəfindən 2023-cü ilin iyul ayına qədər iddiaçının əmək müqaviləsinə əsasən hər ayda bir dəfə olmaqla kapital bank hesabı ilə onun bank hesabına əmək haqqını (əmək müqaviləsinin 4.1-ci maddəsinə əsasən 3900 manat ) köçürməzdir. Bu isə onu bir daha sübut etmişdir ki, cavabdeh öz açıq iradə ifadəsi əsasında iddiaçı ilə əmək münasibətinə daxil olmuş, onunla podrat münasibətlərə uyğun deyil əmək münasibətlərinə uyğun müqavilə bağlanmışdır. Bundan əlavə tərəflər arasında xx.xx.2018-ci il tarixindən “Müstəqil Xidmətlər Müqaviləsi” bağlanmış xx.xx.2019-cu il tarixinədək bu müqavilə qüvvədə olmuşdur. İddiaçı və cavabdeh 2022-ci ilə qədər aralarında olmuş podrat münasibətlərini əmək münasibətləri ilə dəyişmək niyyətində olublar və bunun nəticəsində iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müstəqil xidmətlər haqqında müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı 1 saat göstərdiyi xidmət üçün xidmət haqqı 110 manat vergilər çıxdıqdan sonra isə xalis gəliri 99 manat olmuşdur. Hazırkı mübahisəli və əhəmiyyətsiz müqavilə kimi qiymətləndir ilən əmək müqaviləsində isə işə muzd deyil, stabil əmək haqqı göstərilmiş və müvafiq tutulmalar (əmək haqqına münasibətdə aparılan tutulmalar) aparılaraq bildiriş X1 Sisteminə yerləşdirilmişdir. İddiaçı və cavabdeh arasında imzalanmış müqavilə 43-cü maddənin tələblərinə tam şəkildə cavab vermiş və tərəflər arasında olan münasibətlər əmək münasibətləri olmuşdur.
60. Məhkəmə münasibətlərin podrat münasibəti kimi qiymətləndirmişdir. Halbuki Mülki Məcəllənin 752.1-ci maddəsində podrat münasibətlərinin əsası göstərilmişdir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürməsi göstərilir. Lakin hazırkı əmək müqaviləsində qeyd olunan hallar müəyyən olunmur. Bundan əlavə qeyd olunmuşdur ki, ə slində isə əmək müqaviləsi ilə podrat münasibətlər pərdələnməmiş, əksinə xx.xx.2018-ci il tarixli müstəqil xidmətlər haqqında müqaviləsi əsasında əmək müqaviləsi pərdələnmişdir. Cavabdeh iddiaçı ilə xx.xx.2018-ci il tarixində “Müstəqil Xidmətlər Haqqında” müqavilə bağlamaqla qanunvericiliyin tələblərini pozmuşdur. Əslində qanunvericilik tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu bir başa müəyyən etmiş, əmək müqaviləsinin bağlanılmasının məcburiliyi zəruri etmişdir. Eyni zamanda istər podrat müqaviləsi bağlanılan zaman istərsə də əmək müqaviləsi bağlanılan müddətdə iddiaçı cavabdehin işçisi kimi fəaliyyət göstərmiş, işəgötürənin müəy yən etdiyi sərbəst iş rejimi ilə işləmiş, təlimatlarına uyğun davranmış, işəgötürənin göstərişi ilə vaxtaşırı ölkəyə gəlmiş, tələbələrə dərs tədris etmiş, işəgötürənin tapşırıqlarını icra etmiş, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır.
61. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi, daha sonra yenidən xx.xx.2023-cü il tarixli əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Sonuncu bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı “Kimya-texnologiya” fakültəsinə “tədqiqat professor” vəzifəsinə təyin edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 3900 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuş, 4.6-cı bəndində əmək haqqının ayda bir dəfə "xxxx" ASC- də olan hesaba ödənilməsi göstərilmişdir. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayından etibarən aylıq əmək haqqı ödənilməmiş və hal-hazırda da ödənilməməkdədir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehin məsul şəxslərinə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də ona gözləməli olduğu bildirilmiş və Bakı şəhərinə səfərdən çəkinməli olduğu qeyd olunmuşdur. Tərəflər arasında xx.xx.2018-ci il tarixindən “Müstəqil Xidmətlər Müqaviləsi” bağlanmış xx.xx.2019-cu il tarixinədək bu müqavilə qüvvədə olmuşdur. Mövcud vəziyyətdə isə tərəflər podrat münasibətini davam etdirmək arzusunda olsa idilər, əmək müqaviləsinin bağlanmasına ehtiyac yox idi. İddiaçı və cavabdeh aralarında olmuş podrat münasibətlərini əmək müna sibətləri ilə dəyişmək niyyətində olublar və bunun nəticəsində iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Bundan sonra isə 2023-cü iyuluna qədər cavabdeh iddiaçının əmək müqaviləsinə əsasən hər ayda bir dəfə olmaqla "xxxx" ASC-də olan hesabı ilə onun bank hesabına əmək haqqını (əmək müqaviləsinin 4.1-ci maddəsinə əsasən 3900 manat) köçürmüşdür. Bu fakt işəgötürənin öz iradə ifadəsi hesab olunmalıdır. Göstərilənlərdən və cavabdehin öz iradə ifadəsi ilə həyata keçirdiyi hərəkətlərdən aydın olmuşdur ki, iddiaçı ilə əmək münasibətlərində olmuşlar, bağladıqları əmək müqaviləsi formal xarakter daşımamışdır. Məhkəmənin gəldiyi nəticə yəni podrat münasibətlərini pərdələmək üçün bağlanmış əmək müqaviləsi tamamilə əsassızdır. Belə ki, şəxslərin niyyəti əmək müqaviləsi bağlamaq, əmək münasibətlərində fəaliyyət göstərmək olmuşdur. Əmək müqaviləsində göstərilən əmək haqqının ödənilməsi cavabdeh tərəfindən həyata keçirilməmiş və Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müstəqil xidmətlər haqqında müqavilənin 2.1-ci bəndinə əsasən iddiaçı 1 saat göstərdiyi xidmət üçün xidməthaqqısı 110 manat, vergilər çıxdıqdan sonra isə xalis gəliri 99 manat olmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibət podrat münasibətidir və iddiaçıya bu münasibətin nəticəsində 3900 manat pul ödənməlidir. Təqribi şəkildə hesablanarsa, iddiaçı hər gün iki saat (2*99=198 manat) təşkilat üçün xidmət göstərsə bu bir ay üçün (30*198) = 5940 manat təşkil edir. Məhkəmə tərəflər arasında olan münasi bətləri podrat münasibəti kimi qiymətləndirdik də iddiaçının hüquqlarını pozmuşdur. Həmçinin məhkəmə öz qətnaməsinin 14-cü səhifəsinin 5-ci abzasında göstərmişdir ki, əmək müqaviləsi yalnız əmək münasibətləri üçün nəzərdə tutulub - yəni işçi işəgötürənin tabeliyində, onun göstərişləri ilə və müəyyən iş rejimində çalışmalıdır. Hazırda belə bir hal müəyyən edilməmişdir. Halbuki iş materiallarına bununla bağlı bir neçə sübut əlavə olunmuşdur. İddiaçı işlədiyi müddətdə onun işi yalnız müqavilələrin hazırlanması olmamış, eyni zamanda təlim və tədris işləri görmüş, təhsil alan tələbələrə dərs demişdir. Əmək müqaviləsinə uyğun olaraq iddiaçı əmək funksiyasını şəxsən icra etmiş və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirmişdir. Həmçinin iddiaçı cavabdeh Azərbayc an Dövlət Neft və Sənaye Universitetinin Elmi Şurasının rəyinə əsasən işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Həmin münasibətlərin isə podrat münasibətlər kimi qiymətləndirilməsi yolverilməzdir. Lakin məhkəmə qeyd olunan halları nəzərə almamışdır.
62. İddiaçı şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 7, 43, 172-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 78, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifad əsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
65. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
66. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
67. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
68. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
69. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
70. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkila ti-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir.
71. Maddə 43 (hissə İİ). Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləriiş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət s osial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri. g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 21-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); k) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
72. Maddə 57 (hissə İ). İşəgötürən işçinin əmə k funksiyasının-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
73. Maddə
154. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
74. Maddə 169.1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
75. Maddə 169.2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.
76. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
77. Maddə 290 (hissə İİ). İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
78. Maddə 290 (hissə İİİ). İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
82. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılma sı zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
86. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətn amə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
88. İddiaçı X9 Zeinalabedin oğlunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələb lərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
89. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
90. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol ve rilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X9 Zeinalabedin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3238/2025 nömrəli iş üzrə 30 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.