Məhkəmə qərarları › İş №2(1-8)-97/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-97/2026

11.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-97/2026 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İda rəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması, iddiaçının mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2025-ci il tarixli, 2(103)-4525/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi (əlavə ərizə) ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzilə dair bağlanmış 047 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)476/2022 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliye v küçəsi,1 ünvanında 1 No-li 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 həmin mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi qət edilmiş, iddia “ailə üzvlərinin həmin mənzildən çıxarılması” hissəsində rədd edilmişdir.

3. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4894/2022 say lı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iddia rədd edilmişdir.

5. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2023cü il tarixli, 2(102)-612/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.

8. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-58/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, V.Həsənov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini n 5 may 2022-ci il tarixli, 2(008)-476/2022 saylı qətnaməsinin qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə - İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair hissəsində təmin olunmaması qət edilmişdir.

11. İddiaçının vəkili Vəkil2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər Z.Babayev, V.Baxışova və Ə.Xıdırov) kassasiya şikayəti qeyri-mümkün sayılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər. A.İmanov, S.Bəhrəmzadə və M.Məmmədov) iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

14. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 prosessual müddətin bərpa edilməsinə dair ərizə, eyni zamanda təkrarən kassasiya şikayət vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski) ərizənin rədd edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması q ərara alınmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2095/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov, Z.Babayev və E.Vəliyeva) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4525/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. İddiaçı vəkili və nümayəndəsi Vəkil4 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir.

18. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsi üzərindən uzun müddət keçməsinə baxmayaraq ona təqdim edilməmişdir. İş m aterialları ilə tanış olduqda ona məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi qətnaməni onun qeydiyyatda olduğu ünvan 5na göndərmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun bütün yazışmaları hazırda yaşadığı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi D yaşayış massivi ünvan 4 ünvanı ilə aparmışdır. ünvan 5nda işin hallarından da göründüyü kimi, Cavabdeh2 yaşayır. Verilən iddiada da o, həmin mənzildən onun çıxarılmasını istəmişdir. Bakı Apellyasiya Məhkəməsindən dəfələrlə qətnaməni yazılı formada tələb etsə də, məhkəmə tərəfindən qətnamə, xx.xx.2025-ci il tarixdə elektron qaydada imzalanmış məktubla hazırda yaşadığı ünvana göndərmişdir. İddiaçı tərəf olaraq Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsini xx.xx.2025-ci il tarixdən aldığımı nəzərə alsaq qətnamədən kassasiya şik ayəti vermə müddətini ötürməmiş və qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti vermişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakimlər A.İmanov, S.Səlimova və A.İsgəndərov) ərizə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4525/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Vəkil4 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, buraxılmış prosessual müddətin üzürlü səbəbdən ötürülməsini sübut edən dəlillər iddiaçı tərəfindən təqdim ed ilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı həmin qətnamədən ərizədə qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən daha əvvəl başqa əsasla kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4525/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin ərizə rədd edilmiş və həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2095/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərarı ilə dəyişdir ilmədən saxlanılmışdır.

21. Kollegiya hesab etmişdir ki, iddiaçının ərizəsində göstərdiyi hallara əsasən müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsaslar olmadığından ərizə təmin edilə bilməz.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilmədiyindən onun tərəfindən verilmiş kassasiya şikayəti də geri qaytarılmalıdır.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.1, 133.1, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-4525/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxılması məqsədi ilə kassasiya şikayəti vermə müddətini ötürülməmiş hesab edilməsinə (məhkəmə əks qənaətdə olarsa - kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına) dair ərizələrinin təmin edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 129-cu, MPM-in 13.7, 134.1.5, 385.1.1 və 386-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqla rını müdafiə etmək hüququ pozulmuşdur. Onun anası vəfat etdiyindən üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmənin istinad etdiyi qanunvericilik normaları düzgün tətbiq edilməmiş, mübahisənin düzgün və ədalətli həlli üçün tərəfindən məhkəməyə təqdim edilən mötəbər dəlil və sübutlar düzgün qiymətləndirilməyərək nəzərə almamış, nəticədə qanunsuz və ədalətsiz qərardad qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyası Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyini nəzərə a lmamışdır. Belə ki, Qərarda qeyd olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (MPM-in 133.1-ci maddəsi). Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunm az səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin ötürülməmiş hesab edilməsi (məhkəmə hesab edərsə ki, ötürmüşük bərpası) barədə verdiyi ərizədə də qeyd etdikləri kimi cavabdeh tərəfindən qətnamədən şikayətin vaxtında verilməməsi qətnamənin rəsmi qaydada iddiaçıya xx.xx.2025-ci il tarixdə verilməsi ilə əlaqədar olmuşdur. Göründüyü kimi bu hal şəxsin iradəsindən asılı olmamış, qətnamə onun faktiki yaşamadığı ünvana göndərildiyindən müvafiq hərəkətin yerinə yetirilməsinə məhdudiyyət yaratmışdır. Məhkəmə qərardadın 3-cü abzasının 1-ci cümləsində qeyd etmişdir ki, kollegiya ilkin olaraq kassasiya şikayəti verilməsi üçün buraxılmış pr osessual müddətin bərpası barədə ərizənin dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd etmişdir ki, buraxılmış prosessual müddətin üzürlü səbəbdən ötürülməsini sübut edən dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı məlum mübahisə səbəbindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi D yaşayış massivi ünvan 4 ünvanında yaşamaq məcburiyyətində qalmış və bütün yazışmalarını həmin ünvandan aparmışdır. Apellyasiya instansiyası məhkəməsi isə qətnaməni qeydiyyatda olduğu ünvan 7 ünvanına göndərmişdir. Belə vəziyyətdə qətnamədən şikayət vermək imkanı məhdudlaşmış sayılır. Məhkəmənin qətnaməni xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməsi məsələsinə gəldikdə qeyd edilməlidir ki, elektron kabinet açılsa da, ondan istifadə etmək mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsi elan edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq ona təqdim edilməmişdir. Ona məlum olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qeydiyyatda olduğu ünvan 7 ünvanına göndərmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, bütün yazışmalarını hazırda yaşadığı Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi D yaşayış massivi ünvan 4 ünvanı ilə aparmışdır. İşin hallarından da göründüyü kimi ünvan 7 ünvanında Cavabdeh2 yaşayır. Verilən iddiada da iddiaçı onun həmin mənzildən çıxarılmasını istəmişdir. Bakı Apellyasiya Məhkəməsindən dəfələrlə qətnaməni yazılı formada tələb etsə də, məhkəmə tərəfindən qətnamə, xx.xx.2025-ci il tarixdə elektron qaydada imzalanmış məktubla hazırda yaşadığı ünvana göndərmişdir. Göründüyü kimi iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsini xx.xx.2025-ci il tarixdən aldığını nəzərə alaraq qətnamədən kassasiya şikayəti vermə müddətini ötürməmiş və qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti vermişdir. (məhkəməyə də ərizəni müddətin ötürülməmiş hesab edilməsi üçün təqdim etmişdir) Lakin məhkəmə qətnaməni vaxtında almamağını qəbul etməyərək, normanın və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin tələblərini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosesssual hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir.

26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habe lə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

28. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

29. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

30. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edili r.

31. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

32. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcr übəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, buraxılmış prosessual müddətin üzürlü səbəbdən ötürülməsini sübut edən dəlillər iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4525/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı həmin qətnamədən ərizədə qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən daha əvvəl başqa əsasla kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4525/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin ərizə rədd edilmiş və həmin qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2095/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

42. Kassasiy a kollegiyası apelyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyi ilə razılaşır.Çünki Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

43. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada iddiaçıya xx.xx.2025-ci il tarixdə verilməsi barədə olan dəlilləri ilə razılaşmır.Çünki apellyasiya məhkəməsi müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir.Azərbaycan Rerspublikasının MPM-in 135.5 və 135.6-cı maddələrinə müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıya 05 dekabr 2024-cü il tarixində rəsmi qaydada verilmiş hesab edilir.

45. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yux arıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin ərizəsinin dəlillərinə hüquqi qiymət verilmiş və prosessual hüquq normalarının tələbinə əməl edilmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddia çı Hacıyeva Nəsı̇ bə Mehmanovna tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4525/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar