Məhkəmə qərarları › İş №2(108)-183/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-183/2025

17.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-183/2025 17.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış və istifadə hüququna mülkiyyətçi tərəfindən yaradılan maneələrin hüquqi nəticəsi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Mənsimova İnnamə Zəfər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(078)-916/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İddiaçının atası Nümayəndə ilə Cavabdeh1 14 oktyabr 1992-ci il tarixdə nikaha daxil olmuşlar, 18 yanvar 1999-cu il tarixdə onların arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ananın himayəsində qalmışlar, mübahisəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış (əvvəlki mülkiyyətçi nənə olmuş, bağışlama ilə keçmişdir), Naxçıvan Şəhər Məhkəməsinin 2-57-1999-cu il tarixli qə tnaməsi ilə Cavabdeh1 mübahisəli yaşayış sahəsinə köçürülmüş və ona yaşayış istifadə hüququ verilmiş, sonradan yaranan maneələrə görə qərarın icrası ilə bağlı bir neçə dəfə yenidən icra hərəkətləri, yəni köçürmə həyata keçirilmiş və aktlar tərtib olunmuşdur. Sonuncu akt 2014-cü ilin mart ayında tərtib olunmuşdur. Bundan 1 ay sonra yenidən Cavabdeh1 icra qurumuna şikayətləri başlamış, köçürülmə mümkün olmamışdır. Daha sonra həmin ev mülkiyyətçi tərəfindən sökülmüş yerində 2 mərtəbəli ev inşa olunmuş, lakin təmir edilməmiş, başqa sözlə yaşayış istifadə hüqunun həyata keçirilməsi mümkün olmamışdır. Cavabdeh1 bildirdiyinə görə uşaqları ilə birlikdə əvvəl kirayədə yaşamış, sonra müvəqqəti olaraq qardaşına məxsus evə yerləşmişdir. Cavabdehlərdən Cavabdeh2 2015-ci ildə ailə quraraq ayrılmışdır. İ İ. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Naxçıvan şəhəri, İslam Səfərli küçəsi, ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, İslam Səfərli küçəsi, ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi mülkiyət hüququ ilə iddiaçıya məxsus olmuş, həmin evi mərhum nənəsi X2 31 avqust 2011-ci il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamış, həmin fərdi yaşayış evində iddiaçının atasının ilk evliliyindən olan həyat yoldaşı Cavabdeh1, ögey bacısı Cavabdeh2 və ögey qardaşı Cavabdeh3 yaşamış, iddiaçının atası Nümayəndə ilə Cavabdeh1 14 oktyabr 1992-ci il tarixdə nikaha daxil olmuşlar, 18 yanvar 1999-cu il tarixdə onların arasında olan nikah pozulmuş, nikahın pozulduğu vaxtdan Cavabdeh1 himayəsində olan övladları Cavabdeh2 və Cavabdeh3 həmin ünvanı tərk etmiş, bugünədək ünvan 1anda yaşamayıblar, cavabdehlərin iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinə ehtiyacları aradan qalxmış, onların iddiaçıya məxsus fərdi yaşayış evində pasport qeydiyyatında olmaları iddiaçının kommunal xərclərini ödədiyi fərdi yaşayış evinə mülkiyyət hüquqlarını həyata keçirməyi və evlə bağlı sərəncam vermək hüquqla rını məhdudlaşdırır.

4. Naxçıvan Şəhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(078)-916/2025 nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilmiş, iddiaçı İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılmışdır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1, 255.6, 255.8, 262.2-ci, “Azərbaycan Respublikası Mülki Məcə lləsinin 228.5-ci maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı, Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli qərarı və Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmasını, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-916/2025 saylı qətnaməsinin ona münasibətdə ləğv olunmasını və iddianın ona münasibətdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçının məhkəməyə təqdim etdiyi bütün faktlar əsassız və həqiqətə uyğun deyildir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.19 99-cu il tarixli, 2-57-1999 saylı qətnaməsi ilə ona ünvan 3 ünvanındakı yaşayış evinin bir otağından, mətbəxindən və sanitar qovşağından yaşayış və istifadə hüququ verilmişdir. Qətnamənin icrasını təsdiq edən icra vərəqəsi və xx.xx.1999-cu il tarixli köçürmə aktı mövcuddur. Cavabdeh uzun müddət həmin ünvanda yaşasa da, keçmiş həyat yoldaşı Nümayəndə və anası X2 tərəfindən dəfələrlə zorla evdən çıxarılmışdır. İcra orqanları 2011 və 2014-cü illərdə onu yenidən evə yerləşdirsə də, yenə eyni şəxslər tərəfindən evdən uzaqlaşdırılmışdır. Bu səbəbdən cavabdeh icranın təmin olunması üçün dəfələrlə İcra və Probasiya şöbəsinə, həmçinin Ədliyyə Nazirliyinə müraciətlər etmişdir. 2011-ci ildə mülkiyyətçi Sona Zalova evini nəvəsi İddiaçı bağışlamış, lakin cavabdehin istifadə hüququ mövcud olduğuna və ev də qeydiyyatda olduğuna baxmayaraq onun notarial razılığı alınmamışdır. Bağışlama müqaviləsinin ləğvi tələbi ilə əvvəl İnzibati Məhkəməyə, sonra isə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilmiş, hərçənd iddia rədd olunmuş, lakin Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(078)421/2014 nömrəli qətnaməsinin 8-ci səhifəsində cavabdehin istifadə hüququnun davam etdiyi xüsusi vurğulanmışdır. Bu da cavabdehin hüququnun qüvvədə olduğunu bir daha təsdiqləyir. Cavabdeh bildirir ki, dövlət reyestrində də onun istifadə hüququ xx.xx.2014-cü il tarixli çıxarışda qeyd olunmuşdur. Lakin faktiki olaraq ona bu hüquqdan istifadə etməyə mülkiyyətçilər tərəfindən davamlı maneçilik törədilmiş, icra məmurlarının tərtib etdiyi aktlar və cavabdehin çoxsaylı ərizələri məhkəməyə təqdim olunmuşdur. Cava bdeh vurğulayır ki, məhkəmənin tələb etdiyi kimi orada uzun müddət yaşaması deyil, yaşamağa imkan verilməməsi barədə mötəbər sübutlar təqdim edilib. Bununla belə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, cavabdehin həmin evə ehtiyacı olub-olmaması məsələsini qiymətləndirməmiş, təqdim olunmuş sübutlara hüquqi qiymət verməmişdir. Halbuki AR Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum qərarında xüsusi qeyd olunur ki, istifadə hüququ barədə mübahisələrdə istifadənin həyata keçirilməməsinin səbəbləri, maneələrin kim tərəfindən və necə törədildiyi məhkəmə tərəfindən hərtərəfli araşdırılmalıdır. Cavabdeh bildirir ki, onun illər boyu aktiv şəkildə icranı tələb etməsinə, maddi cəhətdən ağır vəziyyətdə kirayədə yaşamasına baxmayaraq, məhkəmə onu n ehtiyacını və hüququnun faktiki pozulmasını nəzərə almadan istifadə hüququna xitam vermişdir. Həmçinin həmin ünvandakı əvvəlki ev sökülsə də, yerində yenidən fərdi yaşayış evi tikildiyi halda cavabdehə məlumat verilməmiş və bu hal istifadə hüququnun xitamına əsas kimi qiymətləndirilməməlidir. Bu səbəblərdən cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, iş üzrə bütün faktiki hallar araşdırılmamış, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında keçmiş qaynanasının evi birbaşa iddiaçıya verdiyini, həmin evin söküldüyünü, yenidən 2 mərtəbəli ev tikildiyini, iddiaçının hal-hazırda onları evdən çıxardığını, uşaqlarının sözügedən evdə hər bir halda vərəsə sayıldığını, başqa nəvələrə gəldikdə isə hər birinin ayrı-ayrılıqda özlərinə məxsus evlərinin olduğunu, onlara nəsə çatmaması üçün evin qəsdən iddiaçının adına sənədləşdirildiyini, bununla bağlı dəfələrlə Naxçıvan MR Ədliyyə Nazirliyinə müraciət etdiyini, iki uşağının sözügedən evdə vərəsə sayıldığını, Ədliyyə Nazirliyinin əməkdaşlarının dəfələrlə onları evə yerləşdirmək üçün apardıqlarını, lakin dava, hayqışqırıq ilə geri qayıtdıqlarını bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Suallara cavabında yaşayış istifadə hüququnu daşınmaz əmlakda qeydiyyata aldırdığını, 1999-cu ildən sonra sözügedən evdə 2 ilə yaxın yaşadığını, qaynanasının onu evdən çıxartdı ğını, bundan sonra və hal-hazırda da Naxçıvan şəhəri, Qaraçuq kəndində atasıgilin evində yaşadıqlarını, 2014-cü ildən sonra 2017-ci ilə qədər kirayədə yaşadığını, 2017-ci ildən sonra atasının evində yaşadığını, 1999-cu ildə evə köçürüldükdən sonra 2011-ci ilə qədər sözügedən evə dəfələrlə bəlkə də 100 dəfə, bəlkə də 100 dəfədən də artıq gedib-gəldiklərini, hər həftənin 4-cü günü icraçıların onları sözügedən evə aparıbgətirdiklərini, oğlu Tuncayın onun yanında yaşadığını, qızı Adilənin isə ailə quraraq ayrılıb getdiyini, qaynanasının evi iddiaçıya bağışladıqdan təqribən 2-3 il sonra rəhmətə getdiyini, 2013-cü ildən 2022-ci ilə qədər olan 9 illik müddət ərzində müvafiq icra işi ilə bağlı hərəkətsiz qalmadığını, aidiyyəti orqanlara dəfələrlə müraciət etdiyini, amma sənədləri özündə saxlamadığ ını, Ədliyyə Nazirliyinə müvafiq icra işi ilə bağlı yazılı şəkildə poçt vasitəsi ilə müraciət etdiyini, sözügedən sənədlərin yarısını məhkəməyə, yarısını isə Elman müəllimə verdiyini, müvafiq mübahisə üzrə icra məmurunun dəvət edilməsi və ya icra işinin tələb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət vermədiyini bildirdi.

10. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında birinci instansiya məhkəməsində etdiyi çıxışını təsdiq etdiyini, mübahisə edilən evin hal-hazırda qanuni mülkiyyətçisi olduğunu, cavabdehlərin onun ailə üzvü sayılmadıqlarını, yəni cavabdehlərin onun atasının keçmiş həyat yoldaşının qızı və yaxud oğlu olduğunu, atasının keçmiş həyat yoldaşı və ya onun övladlarının onun qohumçuluq əhatəsində olmadığını, özünü artıq dərk edəndə cavabdehlərin sözügedən e vdə olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında qarşı tərəfın həyətə yaşamaq üçün gedib-gəldiklərini, yəni evdə yaşamağı tələb etdiklərini, sözügedən vaxt icraçıların da gəldiyini, müvafiq mübahisə üzrə icra məmurunun dəvət edilməsi və ya icra işinin tələb edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət vermədiyini bildirdi.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında 1999-cu ildə cavabdehə yaşayış hüququnun verildiyini, ona otaq ayrıldığını və içərisində cavabdehin əşyalarının olduğunu, həmin əşyaların da qeydiyyatının alındığını, sonra cavabdehin çıxıb getdiyini, bir müddətdən sonra gəlib əşyalarını götürüb gedəcəyini onlara dediyini, sonra cavabdehin əşyaların ı üstü açıq maşına yığdığını, icraçıların da cavabdehdən yazılı kağız aldıqlarını, cavabdeh öz əli ilə həmin kağıza bundan sonra başqa iddiasının olmamasını yazdığını, iddiadan imtina etdiyini dediyini, həmin zaman anasının sağ olduğunu, Hüseyn müəllimin anasına “Adilə xala halallıq olsun deyə bəlkə tələbkara pul verək” dediyini, o vaxtın pul vahidi ilə şirvanla tələbkara 200 şirvan pul verdiklərini, ondan sonra tələbkarın çıxıb getdiyini, cavabdehin yaşayış hüququndan istifadə etməyib çıxıb getdiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Suallara cavabında 1999-cu ildə tələbkarın bir müddət qalıb getdiyini, evin söküldüyünü, kompensasiya ilə bağlı cavabdehlə aralarında danışıq olmadığını, sadəcə o vaxt 200 şirvan pul verdiklərini, h əmin pulun verilməsi ilə bağlı əlində yazılı sənədin olmadığını bildirdi.

12. Şahid ifadəsində sözügedən qətnamənin 1999-cu ilə aid olduğunu, icra hərəkətinin onun tərəfindən 2011-ci ildə həyata keçirildiyini, bir dəfə də 1999-cu ildə Naxçıvan Şəhər Məhkəməsində icra şöbəsində icraçılar tərəfindən həyata keçirildiyini, V.Vəsilənin məhkəmənin sədri Hüseyn müəllimə 2011-ci il tarixdə müraciət etdiyini, arxivdən işi tapdıqlarını və işin icra olunduğunu gördüklərini, Cavabdeh1 iş icra olunsa da orada yaşaya bilmədiyini, işin təkrar icra olunmasını onlara bildirdiyini, tərəflərə hüquqlarını izah edərək onların iştirakı ilə işi icra etdiklərini, həmin vaxtlar borclu şəxsin akta imza çəkməkdən imtina etdiyini, hətta onlara V.Vəsilənin orada həmin evdə yaşamağına imkan verməyəcəyini bildirdiyini, Cavabdeh1 2014-cü ildə yenidən müraciət etdiyini, işin icra olunmasına baxmayaraq onu həmin evə buraxmadıqlarını bildirdiyini, Nazirlikdən də göstəriş olunmuşdu deyə icra şöbəsinin rəisi Yunis müəllim, o və hal şahidlərinin iştirakı ilə həmin evə gedib yerində işi yenidən icra etdiklərini, yenə borclu şəxsin akta imza çəkməkdən imtina etdiyini, lakin imza etməsə belə işin icra olunduğunu, Nümayəndə ona tələbkara ayrı bir yaşayış sahəsini tutmasını, çünki anası ilə hər dəfə burada qalsa üz-üzə gələcəklərini bildirdiyini, hətta bununla bağlı icraya da ərizə ilə müraciət elədiyini, həmin ərizənin də iş materiallarına əlavə olunduğunu, sonra V.Vəsilənin ona tərəfin cəmi iki dəfə ödəniş apardığını, iki aydan sonra ödəniş etmədiyini bildirdi. Suallara cavabında Naxçıvan Şəhər Məhkəməsində 2004 -cü ildən 2020-ci ilə qədər icra məmuru işlədiyini, 2018-ci ilə qədər ora getdiklərini, evin nə vaxt sökülməsini xatırlamadığını, bütün işlərin o dövrdə yığılıb arxivə verildiyini, lakin, bu işin mübahisəli iş olduğuna görə dövlət arxivinə verilmədiyini, işin icra şöbəsində niyə tapılmadığını başa düşmədiyini, ev söküldüyünə görə 2015-ci ildən sonra Vəsiləyə nə vaxt ev tikilər onda qərar icra oluna bilər deyə izah verdiklərini, qərar üzrə borclunun Vəsilənin qaynanası yaşlı qadın olduğundan barəsində protokol tərtib etmədiklərini, ev sökülən vaxt gedəndə borclu şəxsin yaşadığını xatırlamadığını, bu işlə bağlı sonuncu icra işini 2014-cü ildə həyata keçirdiyini, V.Vəsilənin evdən könüllü şəkildə çıxdığını demədiyini, sadəcə o evdə yaşamağına icazə vermədiklərini dediyini bildirdi.

13. Cavabd ehlər Cavabdeh3 və Cavabdeh2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə tərəfindən icra işinin əslinə bərabər surətlərinin təqdim oluması barədə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə məktub ünvanlanmış, lakin icra işi məhkəməyə təqdim oluna bilməmişdir. Dövlət arxivinə verilmiş sorğuya cavab olaraq isə icra işi olmadığından mülki işin əsli göndərilmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

16. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 17. 228.2. (2-ci cümlə) Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 18. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. b) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi

19. Məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarın da əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı”)

20. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. (“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarı”)

21. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (“ Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı”) c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384.0.2. Apel lyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. V. Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində cavabdeh Vəliyeva X1 Ş əhər Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(078)-916/2025 nömrəli qətnaməsinin ona münasibətdə ləğv edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində Cavabdeh1 münasibətdə yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

29. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin və şahidin izahatlarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri və tətbiq etdiyi hüquq normalarını yoxlayaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir.

30. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 158.3 və 228.4-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin dəyişməsi yaşayış sahəsindən istifadə hüququnun xitam olumasına səbəb olmur. Birinci instansiya məhkəməsi görünür Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarında qeyd edilən “mülkiyyət formasının dəyişməsini” yalnış təfsir edərək səhv tətbiq etmişdir.

31. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-57-1999 nömrəli qətnaməsi ilə Cavabdeh1 mübahisəli yaşayış evinə köçürülmüş və ona həmin evdən istifadə hüququ verilmiş, qətnamə icra edilərək xx.xx.1999-cu il tarixli akt tərtib olunmuşdur. (i.m. səh 56-58)

32. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestr çıxarışında Cavabdeh1 mübahisəli yaşayış evinə istifadə hüququ qeyd olunmuşdur. (i.m. səh 81)

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qər arında açıq şəkildə göstərilmişdir ki, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Həmçinin qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalıdır.

34. Hazırkı işdə isə sübutlarla müəyyən olunur ki, Cavabdeh1 1999, 2011 və 2014cü illərdə icra qaydasında mübahisəli evə yerləşdirilmiş, lakin sonradan yenidən evdən istifadəyə manelərə yaradılmışdır. Sonra isə həmin ev sökülərək yerində hələ təmir olunmamış yeni fərdi yaşayış evi tikilmişdir ki, bu da istifadə hüququnun cavabdehin iradəsindən asılı olmayaraq həyata keçirilməsini mümkünsüz etmişdir. Cavabdehin mütəmadi şəkildə icra qurumuna davamlı şikayətləri nəticəsiz qalmışdır. Belə olan halda istifadə hüququnun faktiki həyata keçirilməməsi cavabdehin könüllü iradəsinin nəticəsi kimi deyil, mülkiyyətçilər tərəfindən yaradılmış maneələrin nəticəsi kimi qiymətləndirilməlidir.

35. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər uzun müddətdir ki, həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 mülkiyyətində yaşayış sahəsi yoxdur, atasının həyətində torpaq sahəsinin gələcəkdə verilməsi ehtimalı hüquqi əsas sayıla bilməz. Müvəqqəti başqa ünvanda yaşamaq istifadə hüququna olan ehtiyacın aradan qalxması demək deyildir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən kompensasiyasız xitam yalnız yaşayış sahəsinə ehtiyac aradan q alxdıqda mümkündür. Hazırkı işdə ehtiyacın aradan qalxdığını sübut edən mötəbər və kifayət qədər sübut mövcud deyildir. Əks yanaşma, yəni yaşayış sahəsindən istifadə hüququ verilmiş şəxsə mülkiyyətçi tərəfindən müəyyən müddət maneəçilik törətməklə “yaşamama faktı” yaratmaq və bununla da istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə nail olmaq qanunvericinin yaşayış sahəsindən istifadə hüqunun verilməsi ilə bağlı güddüyü məqsədlərə tamamilə ziddir.

36. Məhkəmə kollegiyası işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə Cavabdeh1 2014-cü ildən hazırkı tarixədək mübahisəli yaşayış sahəsinə buraxılmaması və ya oxşar məzmunlu müraciətlərin edilibedilmədiyi barədə sorğu göndərmiş, sorğuya cavab məktubunda həmin illər ərzində Cava bdeh1 bir dəfə 23 iyun 2025-ci il tarixdə Nazirliyə şifahi müraciət etdiyi bildirilsə də cavabdeh tərəfindən təqdim olunaraq işə əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 2014-2023-cü illərə dair cavabdehin şikayətlərinə cavab məktubları vardır (i.v. 65, 75-77). Həmçinin icra qurumundan icra işinin əslinə bərabər surətləri tələb etmiş, lakin icra işinin yeri müəyyən oluna bilmədiyindən (dövlət arxivinə də verilmədiyindən) məhkəməyə təqdim olunmamışdır. Buna görə də həmin icra işi icratında olmuş icra məmuru şahid qismində dindirilmişdir. Şahid ifadəsi ilə də təsdiq olunmuşdur ki, onun tərəfindən 2011 və 2014-cü illərdə də icra hərəkətləri aparılmış, lakin faktiki olaraq cavabdehin və uşaqlarının yaşayış sahəsində hüququnun həyata keçirilmə sinə maneçilik davam etmiş, daha sonra yaşayış evi söküldüyündən, sonradan da yerində inşa olunan ev isə təmir olunmadığından icra sənədinin icrası obyektiv olaraq mümkün olmamışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi istifadə hüququnun uzun müddət faktiki həyata keçirilməməsi Cavabdeh1 könüllü iradəsi ilə deyil, onun iradəsindən asılı olmayan səbəblər ilə əlaqədar olmuşdur.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə ləğv olunmalı və ona aid hissədə iddia rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəm əsinin 08 sentyabr 2025-ci il tarixli, 2(078)-916/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 münasibətdə “ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış sahəsinə Cavabdeh1 yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia Cavabdeh1 yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi hissəsində rədd edilsin. İddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat dövət rüsumu Cavabdeh3 tutulub Cavabdeh1 ödənilsin. Qətnamədən işd ə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman Allahverdiyev, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar