Məhkəmə qərarları › İş №2(102)-3613/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3613/2025

22.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3613/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2025-ci il tarixli, 2(103)3629/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 16.03.2011-ci il tarixdə Cavabdeh rəsmi nikah əsasında Əliyeva X1 Ramin Fərzəli oğlu ilə ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. 2. 02.06.2010-cu il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 9 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.

3. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4372/2024 saylı qənaməsi ilə X3 ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində 16 mart 2011-ci il tarixdə 300 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

4. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışa əsasən, X3, Cavabdeh, X4, X5 və X2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 9 saylı mənzilində daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzildə istifadə hüququ olmayan hesab edilməsi və onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 9 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçının oğlu X3 16 mart 2011-ci il tarixində nikaha daxil olmuşlar. Onların nikahı Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-4372/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 9 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda cavabdeh iddiaçının mənzildən istifadə hüquqlarını kobud sürətdə pozur və ona maneələr yaradır. 7. 03.02.2025-ci il tarixində cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçının razılığı ilə həmin mənzildə pasport qeydiyyatına alınmış, iddiaçı ilə birlikdə həmin mənzildə yaşamış və birgə təsərrüfatı idarə etmiş, onunla birlikdə kommunal xərclər ödəmişdir. Onun cehiz əşyaları həmin mənzildədir. O, otağın qapısını bağlamamış, iddiaçı mənzilin 1 otağını ona vermişdir. Həmin otağın da qapısının qıfılı işləmir, qapı həmişə açıq qalır. Əksinə iddiaçı 2 otağın qapısını bağlamış, onu və uşaqlarını həmin otaqlara buraxmır. İddiaçının hər hansı əmlakını mənimsəməmişdir. Əksinə iddiaçı və oğlu onun cehiz əşyalarını qaytarmır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(011)-1824/2025 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Eyvazova) iddia təmin edilərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 9 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması qət edilmişdir.

9. Məhkəmə, iş materiallarında göstərilən hallara əsasən qeyd etmişdir ki, iddiaçının cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı subyektiv hüququ mövcuddur və o, məhkəmədə bu məsələ ilə bağlı iddiaçı qismində tanınmasını tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmışdır.

10. Bu səbəbdən mübahisə həll edilərkən AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

11. Məhkəmə qeyd edib ki, cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Lakin, cavabdeh məhkəməyə ərizəsini təsdiq edən heç bir sübut təqdim etməmişdir.

12. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin keçmiş ailə üzvü kimi mənzil maraqlarının mövcud olması, o cümlədən cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması halları müəyyən edilməmişdir.

13. Beləliklə, cavabdehin formal xarakterli qeydiyy atı iddiaçının mülkiyyət hüquqlarını, mülkiyyət hüququndan sərbəst istifadə etmək hüququnu məhdudlaşdırdığı üçün məhkəmə qeyd etmişdir ki, iddia tələbi istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməli, cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 9 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.

14. Həmçinin, iddiaçının digər tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması olmuşdur. Məhkəmə bu tələblə bağlı qeyd etmişdir ki, iddia tələbi cavabdehin istifadə hüququna xitam verilməsi hissəsində təmin olunduğu üçün həmin hissədə də iddia təmin olunmalıdır.

15. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və cavabdeh həmin mənzildən çıxarılmalıdır.

16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ, İİİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1, 152.3, 152,5, 228.2 və 228.5-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88, 107, 217.2, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişd ir ki, işdən göründüyü kimi mübahisəli mənzilə onu iddiaçı, yəni mülkiyyətçi gəlin gətirmiş, əmlaklarının ora gətirilməsinə kömək etmiş, habelə onu mənzilə pasport qeydiyyatına saldırmışdır. Bununla da onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi işə onların iştirakı olmadan baxmış və onun müdafiə hüququ pozulmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3629/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.V.Abdıyev (sədrlik edən, məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1824/2025 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməsi və cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 19 saylı evin 9 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməklə, onun həmin mənzildən çıxarılması qət edilmişdir.

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, bu sahəni tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

21. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin mənzildən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edib və iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qeyd edilən mənzil üzərində mülkiyyət hüququ 2010-cu ildə yaranmış, cavabdehlə iddiaçının oğlu arasında nikah isə bundan sonra, yəni 2011-ci il tarixdə bağlanmışdır.

22. Bu səbəbdən də mübahisəyə hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir.

23. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, cavabdeh iddiaçının oğlunun arvadı olaraq onun “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil.

24. Bu səbəbdən məhkəmə kollegiyası qeyd etmişdir ki, xeyli müddətdir yaşamasına baxmayaraq, iddia çının mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdehin iddiaçının oğlunun arvadı olması da bu hüquqi vəziyyəti dəyişmiş olmur.

25. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.

26. Bu baxımdan cavab deh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır.

27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5 və 157.2, 228-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə, habelə MPM-nin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və mülki işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, AR Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh bildirmişdir ki, işdən göründüyü k imi onu mübahisəli mənzilə iddiaçı, yəni mülkiyyətçi şəxsən özü köçürtmüş, əmlaklarımı oraya gətirmiş, 1 otağı cavabdehin istifadəmə ayırmış, onu şəxsən iddiaçı mübahisəli mənzilə pasport qeydiyyatına saldırmışdır. Beləliklə cavabdehin həmin mənzilə istifadə hüququ yaranmışdır. Kassator eyni zamanda bildirmişdir ki, AR Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri də pozulmuşdur. Cavabdeh həmin evə köçürülən zaman ev özəlləşdirilməmişdir. Mülkiyyətçi, yəni iddiaçı cavabdehi gəlin kimi həmin mənzilə köçürdükdən bir müddət sonra həmin ev özəlləşdirilmişdir. Cavabdeh sənədləri məhkəməyə təqdim etmişdir, lakin məhkəmə sənədləri işə əlavə etməmişdir. Cavabdeh kassasiya şikayətində AR MPM-nin 418-ci maddəsinin tələblərinin pozulmasını da bildirib. O, hesab edir ki, məhkəmə düzgün araşdırma apar mamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

33. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifad ədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər;

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi i lə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;

37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər;

38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsi nin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahə sinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

44. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

45. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli ola n nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədlər i

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

50. Kassasiya instansiyası məhkəməsi, apellyasiya ins tansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. Cavabdeh, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, bu sahəni tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi, mübahisənin mahiyyətini nəzərə alaraq, cavabdehin mənzildən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququnun yaranıbyaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edib və iddia tələbinin ilk hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının qeyd edilən mənzil üzərində mülkiyyət hüququ 2010-cu ildə yaranmış və tərəflər arasındakı nikah isə bundan sonra, yəni 2011-ci il tarixdə bağlanmışdır. Bu səbəbdən də mübahisəyə hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir.

54. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, cavabdeh iddiaçının oğlunun arvadı olaraq onun “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil.

55. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xeyli müddətdir yaşamasına baxmayaraq, iddiaçının mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdehin iddiaçının oğlunun arvadı olması da bu hüquqi vəziyyəti dəyişmiş olmur.

56. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydi yyat haqqında” Qanunun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz.

57. Bu baxımdan cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli mənzildə yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzildən istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla pozur. Bu səbəbdən iddiaçının həmi n mənzilə olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərinin qarşısının alınması üçün cavabdehin həmin mənzildən qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır.

58. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq norma larının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2025-ci il tarixli, 2(103)-3629/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar