Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3509/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARI Açar sözlər: mənzildən çıxarılma, mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi, alqı-satqı müqaviləsi, əqdin etibarsızlığı, uydurma əqd, sübutetmə yükü, qarşılıqlı öhdəliklərin icrası xüsusiyyətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əl i oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 18 iyul tarixli 2(103)-3147/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. 2. 2022-ci il 14 dekabr t arixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, qeyd olunan mənzili İddiaçı 93.500 manata satmışdır və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2022-ci il 19 dekabr tarixdə qeydiyyata alınmışdır.
3. Alqı-satqı zamanı Cavabdeh2 övladı Cavabdeh3 Akif oğlu və nəvəsi Cavabdeh4 Cavabdeh1na xx.xx.2022-ci il tarixli ərizələr ünvanlayaraq, mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. 4. "xxxx" ASC Dostluq Filialının 2022-ci il 14 dekabr tarixli ödəniş qəbzinə əsasən iddiaçı alqı-satqı müqaviləsi üzrə 93.500 manat ödəniş etmişdir.
5. Ödəniş qəbzlərinə əsasən iddiaçının kart hesabına 1.915 manat və 700 manat pul vəsaiti köçürülmüşdür.
6. Hazırda Cavabdeh2, Cavabdeh3 Akif oğlu və X1 rayon u, Çernyayevski küçəsi, ev 17, mənzil 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğluna və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi, ödənilmiş 100 manat rüsum haqqının geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili 14 dekabr 2022-ci il tarixdə Cavabdeh2 notarial qaydada alqı-satqı yolu ilə almışdır. Cavabdeh2 14 mart 2023cü il tarixə kimi qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bütün kommunal ödənişləri ödəməyi ö z üzərinə götürmüşdür. Mənzildə qeydiyyatda Cavabdeh3 Akif oğlu, Cavabdeh4 da vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də evi təhvil verməyiblər. Hətta ərazinin sahə müvəkkili də Cavabdeh2 xəbərdarlıq edib.
9. Eyni zamanda Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə ç ıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, 14 dekabr 2022-ci il tarixdə oğlu Cavabdeh3 ona notariusa getməyini, bir sıra sənədlərə imza etməyini xahiş etmişdir. Orada bilmişdir ki, oğlu Samir iş üzrə cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul almaq barədə razılığa gəlmiş və cavabdehin atası pulun əvəzində ondan təminat istəmişdir. O da təminat olaraq Cavabdeh2 evini təklif etmişdir. Böyükkişi Əliyev də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım olduğunu ona bildirmişdir. Onlar xx.xx.2022-ci il tarixdə 54 saylı notariat idarəsinə getmiş və orada sənədlər hazırlanmışdır. İddiaçıya həmin sənədlərə imza etməsini bildirmişlər. Sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzili n alqı- satqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Samir bildirmişdir ki, narahat olmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O da məcbur qalıb həmin sənədlərə imza etmişdir. Böyükkişi oğluna ümumilikdə 55.000 ABŞ dolları məbləğində pulu faiz kimi vermiş, o həmin vaxtdan 3 ay, hər ay 2.000 manat olmaqla Böyükkişi Əliyevə faizləri ödəmiş, lakin sonradan maliyyə imkanları ilə bağlı işləri yaxşı getmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir. Faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alqı-satqı münasibətləri, onun mənzili satmaq fikri və belə bir iradəsi olmamışdır. Mənzili yalnız oğlu Samir pul qarşılığında girov qoymuşdur. Eyni zamanda alqı-satqı predmeti olmuş mənzil Bakı şəhəri Nərimanov rayonunun ən bahalı yerində, "Stalin" layihəli 4 mərtəbəli daş binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin çıxarışında sahəsi 43.20 kv.m göstərilsə də, mənzilin hazırki ümumi sahəsi 132.3 kv.m təşkil edir, təmirli mənzildir. İddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən görünür ki, hələ 2021-ci ildə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, həmin vaxt mənzili real bazar dəyəri ilə təqribi dəyəri 230.202.00 manat təşkil edir. Həmin müddətdən iki il keçməsi və mənzil bazarında qiymət artımı nəzərə alınsa, hazırda mənzilin dəyəri göstərilən qiymətdən yuxarıdır. Necə ola bilər ki, həmin mənzilin real qiyməti 250.000 manata yaxın olduğu halda, 93.500 manata satılsın? Mənzilin real bazar qiymətindən qat-qat aşağı satılması dediklərinin doğru olmasını bir daha isbat etmiş olur. Bundan başqa, mənzilin satılması heç bir zərurətdən və ehtiyacdan irəli gəlməmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il 30 may tarixli 2(005)211/2024 nömrəli qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
12. Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh2 öz iddiasının əsası kimi bildirir ki, girov müqaviləsinin əvəzinə alqı-satqı müqaviləsi bağlamış, bunu həmin an bilmiş və hətta bağlanmasına etiraz da etmişdir. Bu isə o deməkdir ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Hesab edir ki, vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlayıb və müqaviləni imzalayarkən bunu bilib. Yəni, iddiaçı 2022-ci il 14 dekabr tarixdə müqaviləni imzalayarkən bu haqda artıq məlumatlı idi. Lakin iddiaçı əqdin etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsini rəhbər tutmaqla hesab edir ki, iddiaçı 1 ay ərzində müqaviləni mübahisələndirməli idi. Lakn iş materiallarından və iddia ərizəsindən bəlli olur ki, iddiaçı müqavilə bağlandıqdan 7 ay sonra əqdi mübahisələndirməyə başlayıb. Beləliklə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürüb.
13. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 birinci iş üzrə iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh sözügedən alqı-satqı mü qaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına istinad etsə də, işin müəyyən edilmiş hallarına əsasən istinad edilən maddi normaların dispozisiya şərtləri yaranmamışdır. Belə ki, tərəflər müqavilə bağlanan zaman mənzilin alqı-satqısı məqsədi daşımamış, müqavilə görünüş üçün, amma tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Müqavilənin tərəflər arasında pulun təminatı olaraq bağlanması barədə razılığa gəlmiş olsalar belə, bu razılıq tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması ilə əldə edilmiş razılıqdır. İddiaçılə məhz alqı-satqı müqaviləsi bağladığını, lakin formal bağladığını dərk etmişdir. Yəni, nəticədə faizə verilmiş pulun alınması üçün iddiaçı cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanmasına razı olaraq onunla həmin məzmunda müqavilə bağla nmasına razılığını vermiş, onu istəmiş və bağladığı əqdin məzmunu ona izah edilərək, tərəfindən həmin məzmunda bağlanmasını qəbul etmişdir. Bu səbəbdən müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması halı baş verməmişdir. O halda müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab oluna bilərdi ki, cavabdehin istinad etdiyi girov müqaviləsi bağlanmasını istəsin, lakin bağlandıqdan sonra alqı-satqı müqaviləsinin olduğu aşkar edilsin. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsindən başqa, digər müqavilə - girov müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamışdır. Mübahisələndirilən müqavilə cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta və formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda b ağlanmışdır. Mübahisəli mənzillə bağlı cavabdehlə iddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqddir.
14. Cavabdeh2 tərəfindən təqdim edilmiş X2 2021-ci il 7 yanvar tarixli rəyinə əsasən mübahisəli mənzilin hazırkı bazar qiyməti ilə təqribi dəyəri 230.202 manat müəyyən edilmişdir.
15. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240.000 manat, likvid dəyəri 225.000 manat təşkil etmişdir.
16. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 2024-cü il 19 mart tarixli 3-16-16/2-10/8378 №-li ekspert rəyində göstərilmişdir ki, mənzilin sənəd üzrə ü mumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırkı orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146.500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alınaraq bazar qiyməti təqribən 228.000 manat məbləğində müəyyən edilir.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2024-cü il 13 iyun tarixli 2(005)164/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğluna, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğlunun və Cavabdeh4 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mübahisəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Solmaz Ədilova).
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 mənzilin alqısatqısının girov niyyəti ilə həyata keçirilməsini təsdiq edən, oğlu və İddiaçı atası arasında telefon danışıqlarını əks etdirən səs yazılarını, yazışmaların və şahidlərin olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Belə ki, qeyd olunan tərəflərin əsl niyyətinin aydınlaşdırılması, müqavilədəki iradə ifadələrinin həqiqi məzmunu, tərəflərin müqavilədən öncəki və sonrakı davranışları barədə məlumat verə biləcək hər hansı şahidin ifadə verməsi təmin edilməmişdir. Bundan başqa oğlu və İddiaçı atası arasında olan yazışmaları, o cümlədən sonuncuların telefon danışıqları ilə bağlı səs yazılarını təqdim etməmişdir. Təqdim edilmiş yazışmalarda yalnız 1.915 manat, 700 manat və 1.000 manat məbləğində pulun Böyükkişi Əliyevin bank kartına köçürülməsi barədə ödəniş qəbzlərinin ekran görüntüləri müəyyən edilir. Lakin bu qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələr əks olunmamış, həmçinin də bu qəbzlər özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır.
19. Bundan əlavə Cavabdeh2 qeyd etdiyi “oğlu və cavabdehin atası” arasında telefon danışıqlarını əks etdirən səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinlənilmiş, hə min yazıların İddiaçı atasına aid olmaması, yalnız oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu müəyyən edilmişdir. İddiaçı Cavabdeh2 cavabdehin atası ilə oğlu Cavabdeh3 arasında borc münasibətləri olduğuna istinad etsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Beləliklə də məhkəməyə sübut qismində təqdim olunmuş ödəniş qəbzlərinin isə onlar arasında olan borcla bağlı olması müəyyən edilməmişdir.
20. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbini əsaslandırarkən əmlakın qiymətinin aşağı olmasına istinad etməsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən aydın olur ki, tərəflər arasında mübahisəli mənzilin 93.500 manat qiymətə satılması ilə bağlı razılıq əldə olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilin dəyərinin aşağı qiymət müəyyən edilməsinin həmin müqavilənin əhəmiyyətsizliyini sübut edən hal olması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməz. Göründüyü kimi, iddiaçı Cavabdeh2 öz iradə ifadəsini əks etdirərək alqı-satqı müqaviləsini bağlamış, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırda mübahisəli mənzil İddiaçı mülkiyyətindədir O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.
21. Bundan başqa məhkəmə ilk iddianın cavabdehlərin isti fadə hüquqlarına xitam verilməsi hissəsində də iddianı əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2022-ci il 14 dekabr tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndindən göründüyü kimi, satıcı Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. Odur ki, İddiaçı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” barədə tələbi əsaslıdır və təmin olunmalıdır.
22. Məhkəmə birinci iş üzrə İddiaçı vəkilinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab etmişdir. Belə ki, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı gətirdiyi dəlilləri sübuta yetmədiyindən, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilmə si zərurəti də yaranmamışdır.
23. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 339.6, 354.1, 354.2, 390.1, 390.3, 390.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 14.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh2 apellyasiya şikayəti ver ərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, öz iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında oğlu ilə İddiaçı atasını tanış edən şəxslər arasındakı telefon danışıqlarını əks etdirən diski məhkəməyə təqdim etmişlər, həmin danışıqlardan həqiqətən müəyyən edilir ki, tərəflər arasında faiz pul münasibətləri olmuş, qeyd edilən mənzilin alqı-satqısının həyata keçirilməsi formal olmuş və əsas məqsəd götürülən faiz pula münasibətdə mənzilin girov qoyulması olmuşdur. Eyni zamanda Böyükkişi Əliyevin bank kartlarına ödənişlərinin faiz ödəmələri kimi qəbul etməyən məhkəmə, həmin ödənişlərin hansı məqsədlə edildiyini də müəyyən etməmişdir. Halbuki, bunların müəyyən edilməsi iş üçün ç ox əhəmiyyətli idi. Cavabdehin atası ilkin məhkəmə iclaslarında ödənişlərin edilməsinin məqsədi barədə bir birinə zidd cavablar vermişdir. Digər tərəfdən iddiaçının oğlu ilə digər şəxslər arasında telefon danışıqlarını əks etdirən səs yazıları barədə məhkəmənin qənaəti ilə razılaşmır. Belə ki, məhkəmə həmin yazıların cavabdehin atasına aid olmaması, yalnız iddiaçının oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu qənaətindədir. Lakin məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin şəxslər faiz pulun götürülməsində vasitəçilik edən şəxslərdir. Dinləmələrdən dəqiq müəyyən edilmişdir ki, həmin şəxslər iddiaçının oğlu və cavabdehin atası ilə aralarında olan faiz puldan danışırlar və həqiqətən evin alqı-satqısının edilməsində məqsəd götürülmüş faiz pula görə girov məqsə didir. Göründüyü kimi danışıqlardan həmin müqavilənin əslində girov müqaviləsi niyyəti ilə bağlandığı, mənzili satmaq fikri olmadığı, onun həqiqi iradə ifadəsinin əks olunmadığı aydın görünür. Bundan başqa məhkəmə satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olmasının həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməməsini göstərmişdir. İş materiallarında olan 3 ekspert rəyindən görünür ki, mənzilin müqavilədə göstərilən alış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə fərq var. Belə demək olarsa mənzilin 3 dəfə aşağı qiymətə satılması müşahidə olunur ki, həqiqətən bu qiymətə həmin mənzilin alınması real görünmür. Bundan başqa, iddia ərizəsində göstərdiyi kimi, onun oğl u ilə cavabdehin atası arasında olan faiz borc 55.000 dollar civarında olmuşdur ki, onu da manata çevirəndə mənzilin müqavilədə göstərilən satış qiyməti olan 93.500 manatla üst-üstə düşür. Bu o deməkdir ki, iddiaçının arqumentləri əsaslıdır. Göstərilən halların elə özü onu deməyə əsas verir ki, həqiqətən evin alqı-satqısı formal olmuş və girovun təminatı olaraq bağlanmışdır. Göstərilənlərə əsasən, iddiaçının oğlu ilə cavabdehin atasının arasında faiz pul münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübutun təqdim edilməməsi ilə bağlı məhkəmənin mövqeyi absurddur. Bu qədər legitim sübut olmasına baxmayaraq məhkəmə heç birini qəbul etməmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərin həqiqi xarakterini nəzərə almamışdır. Eyni zamanda Cavabdeh4 məhkəmədə iştirakı təmin edilmədən onun i stifadə hüquqlarına xitam verilməsi qanunsuz olmuşdur.
26. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, qarşı tərəf evin yerini heç tanımır. Ev 4 otaqlıdır, genişdir, dəyəri 200.000 manatdan çoxdur. Bununla bağlı ekspert rəyləri də var. Mənzil Nərimanov rayonu ərazisində yerləşir. Həmin ərazidə ən bahalı yerlərdən biri sayılır. Evin dəyəri təqribi 260.000 manat təşkil edir. Tərəflər arasında yazışmalar və qəbzlər var. Cavabdehin ödədiyi pul kirayə ödənişi olmayıb, əgər elədirsə bunu sübut etməlidirlər. Faiz borcunun təminatı olaraq ev girov qoyulub. Praktikada belə hallara rast gəlinir. Tərəflər arasında faiz münasibətləri olub. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümay əndəsi və vəkili Vəkil2 bildirmişdir ki, tərəflər arasında girov münasibətləri olmayıb. Əgər elə olsa idi o zaman girov müqaviləsi bağlanmalı idi. Samir İİ kurs tələbəsi olsa da, qanunvericiliyə əsasən fəaliyyət qabiliyyətli şəxs hesab olunur. Heç bir hədə-qorxu olmayıb. Cavabdeh də müqaviləni təkid olmadan imzalayıb. Ekspert rəyində hazırkı dövr üçün mənzilin dəyəri hesablanıb. Səs yazmalarda 2 nəfər söhbət edir orada iddiaçının adı çəkilmir, kiminkiminlə danışdığı bilinmir. Əgər cavabdeh aldadılıb müqaviləni imzalamışdırsa o zaman mənzilin boşaldılması barədə iddia qaldırmamışdan əvvəl bu halı bildirməli idi. Cavabdeh xahiş edib ki, müddət verilsin, evdən çıxacaqlar. İddiaçı müddət verdi, amma onlar mənzildən çıxmadılar. Orada cavabdehlər kirayə pulu vermədən yaşayıblar. Məqsədləri də bu dur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 16 sentyabr tarixli 2(103)-5159/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).
29. Birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticəsi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyindən göründüyü kimi mübahisəli mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırkı orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146.500 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alınaraq bazar qiyməti təqribən 228.000 manat məbləğində müəyyən edilir. Lakin tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi notarial qaydada müqavilə bağlanarkən məhz mülkiyyətdə olan sahə, yəni ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı 93.500 manata satılmışdır. Belə olan halda əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olması tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir.
30. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 müqavilənin alqı-satqı niyyəti ilə deyil, aralarında olan borc münasibətlərinin təminatı olaraq bağlanmasını sübut edə bilməmişdir.
31. Məhkəmə Cavabdeh2 nümayəndə və vəkilinin sübut kimi təqdim etdikləri səs yazısına münasibətdə qeyd etmişdir ki, səs yazısı tədqiq edilərkən müəyyən edilmişdir ki, telefon danışıqları mübahisə predmeti olan müqavilənin t ərəfləri arasında olan danışıqlar deyildir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 178.5, 337.1, 340.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, tələblərinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti cavabdeh Ofelya Məmmədovanın iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə Mülki Məcəllənin 340.2-ci maddəsini düzgün tətbiq etməmiş, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarındakı hüquqi mövqeləri nəzərə almamışdır. Ümumiyyətlə məhkəmə tərəflər arasında bağlanmış müqavilələri təfsir edərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini bu zaman bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır. Bununla da yanlış nəticəyə gələrək müqaviləni yalan əqd kimi qiymətləndirməmiş və əsassız qətnamə çıxarmışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 7 mart tarixli 2(102)-185/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2024-cü il 16 sentyabr tarixli 2(103)5159/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir (hakimlər – Sənan Hacıyev (məruzəçi), Vüqar Həsənov və Elşad Şamayev).
36. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanarkən formal baxımdan bütün tələblərə əməl olunması işin mübahisəsiz halıdır.
37. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
38. Apellyasiya məhkəməsi müxtəlif məbləğlərdə pulun cavabdehin atası Böyükkişi Əliyevin bank kartına köçürülməsini təsdiq edən qəbzlərə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələrin əks olunmadığını, həmçinin bu qəbzlərin özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır.
39. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi qismində iştirak edən atası və apellyasiya məhkəməsində cavabdehin vəkili həmin məbləğlərin kirayə haqqı olduğunu bildirmişlər.
40. Sözügedən məbləğin iddiaçının atasının hesabına köçürülməsi işin mübahisəsiz halı olmuş, lakin həmin pulun hansı niyyətlə köçürülməsi işin mübahisəli halı olmaqla iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Cavabdeh2 pulun ödənilməsi barədə qəbzi məhkəməyə təqdim edərkən həmin pulun oğlunun qarşı tərəfin atasına olan faiz borcu olduğuna, İddiaçı isə həmin pulun kirayə pulu qismində ödədiyinə istinad etmişdir. Lakin məhkəmələr tərəfindən tərəflər arasında olan münasibətlərin həqiqi alqısatqı münasibəti olub-olmamasını müəyyən edilməsi baxımından əhəmiyyətli olan işin bu mübahisəli halı araşdırmamış, yalnız Cavabdeh2 borc qismində həmin vəsaiti ödəməsinə dair sübutları təqdim etmədiyinə istinad edilərək onun iddiası təmin edilməmişdir. Halbuki, iddiaçının bu dəlilinə etiraz edən, pulun kirayə haqqı qismində ödənilməsinə istinad edən İddiaçı tərəfindən də öz etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilməmişdir.
41. Həmin məbləğlərin kirayə haqqı olmasını sübut etm ək vəzifəsi İddiaçı üzərinə düşdüyü halda bunu sübuta yetirə bilməmiş, məhkəmələr sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu düzgün müəyyən etməmişdir.
42. Bundan başqa, X6 Məmmədovun cavabdehin atası Böyükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul aldığını və mübahisəli mənzilin həmin borcun təminatı olaraq girov qoyulduğunu bildirdiyi, o cümlədən hər iki tərəfin təqdim etdiyi bank hesabı köçürməsindən Böyükkişi Əliyevin hesabına pul köçürüldüyü halda, işə baxan məhkəmələr Böyükkişi Əliyevi oğlunun nümayəndəsi qismində tanımaqla kifayətlənmiş, proses iştirakçısı qismində işə cəlb etməmişlər və həqiqi borc münasibətlərinin olubolmaması, mübahisələndirilən müqavilənin alqı-satqı yoxsa girov niyyəti ilə bağlanmas ını müəyyən etməmişlər.
43. Bundan başqa, işin faktiki hallarından görünür ki, mənzilin müqavilədə göstərilən alış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə də fərq vardır.
44. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi evin dəyərinin müqavilədəki qiymətdən tənasübsüz yüksək olmasını, həmin halın borc münasibətlərinin mövcudluğuna dəlalət edib-etməməsini ətraflı araşdırmamış, əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olmasının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etməməsi barədə nəticəyə gəlmişlər.
45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 178, 337, 340.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etm əklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
46. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş X4 da apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, o, Cavabdeh2 ilk dəfə notariat ofisində görmüş, həmin vaxta qədər onu tanımamışdır. O, sonuncunun oğlu Cavabdeh3 mübahisəli mənzilin alqı-satqısı ilə bağlı tanımış, bütün danışıqları onunla aparmışdır. Mübahisəli mənzilin satışa çıxarılmasını isə İlqar adlı şəxsdən öyrənmiş, İlqar onu Cavabdeh3la tanış etmişdir. Cavabdeh3 ilk əvvəl mənzilin onun özünə məxsus olduğunu bildirmiş, lakin notariat ofisində rəsmiləşdirmə zamanı o, mənzilin Sam irə yox, anasına məxsus olduğunu öyrənmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra onun bank hesabına Cavabdeh3 tərəfindən müəyyən məbləğlər (1.000, 700 və s.) köçürülmüşdür. Həmin məbləğlər ona mübahisəli mənzilin kirayə haqqı kimi ödənilmişdir. Belə ki, o, cavabdehlərə mübahisəli mənzildə müəyyən müddət ərzində aylıq 950 manat kirayə haqqı ödəməklə yaşamağa icazə vermişdir.
47. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 18 iyul tarixli 2(103)-3147/2025 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılmış, Cavabdeh2 iddiasının təmin olunması, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki 17 saylı evin 3-cü mənzilinə d air İddiaçı ilə Cavabdeh2 arasında 14 dekabr 2022-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində 4Ə-622 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli qeydiyyat yazısının və çıxarışın ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 93.500 manat pul vəsaitinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5- ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2 alınıb İddiaçı ödənilməsi, İddiaçı iddia tələbinin təmin olunmaması, məhkəmə xərclərinin İddiaçı aid edilməsi və bu məqsədlə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq cəmi 201 manat pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh2 ödənilməsi, ekspertiza xərci olaraq 100 manat pul vəsaitinin də İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Fərrux Qasımov).
48. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş mübahisəsiz hallarından göründüyü kimi, mübahisələndirilən müqavilə bağlandıqdan bir müddət sonra İddiaçı atası Böyükkişi Əliyevin kart hesabına 1.915 manat və 1.700 (1000 + 700) manat pul vəsaitləri köçürülmüşdür. Cavabdeh2 pulun ödənilməsi barədə qəbzi məhkəməyə təqdim edərkən həmin pulun oğlunun qarşı tərəfin atasına olan faiz borcu olduğuna, İddiaçı isə həmin pulun kirayə pulu qismində ödənildiyinə istinad etmişdir.
49. Mə hkəmə baxışı zamanı cavabdehin atası Böyükkişi Əliyev müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Böyükkişi Əliyev məhkəmə iclasında izahat verərkən qeyd olunan pul vəsaitlərinin həqiqətən də onun kart hesabına köçürüldüyünü etiraf etmiş, lakin bu pulun faiz borcu kimi yox, kirayə haqqı olaraq ona ödənildiyini bildirmişdir.
50. Məhkəmə kollegiyası hesab edib ki, belə olan vəziyyətdə həmin pulun kirayə haqqı kimi ödənilməsini sübut etmək vəzifəsi iddiaçı (İddiaçı) tərəfin üzərinə düşür.
51. Məhkəmə kollegiyası yeni apellyasiya baxışı zamanı Cavabdeh2 tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Cavabdeh3 və digər şəxslər arasındakı telefon danışıqlarını əks etdirən səs yazılarını tərəflərin iştirakı ilə dinlədi. Səs yazılarının din lənilməsində üçüncü şəxs kimi cəlb edilmiş Böyükkişi Əliyev də iştirak etdi. Məhkəmə kollegiyası müəyyən etdi ki, həmin yazılardan yalnız 3-ü Böyükkişi Əliyevlə aparılmış telefon danışığını əks etdirir. Belə ki, o, 3 dəfə Cavabdeh3 Whatsap üzərindən səsli mesaj göndərmişdir. Böyükkişi Əliyev həmin səs yazılarının (SMS-lərin) ona məxsus olduğunu məhkəmə iclasında etiraf etdi.
52. Məhkəmə kollegiyası Böyükkişi Əliyevin həmin səsli mesajlarını dinləyib təhlil etmiş, eyni zamanda digər səs yazılarına münasibətdə bildirmişdir ki, onların əksəriyyəti – 5-i Cavabdeh3la İlqar adlı şəxs arasında olan telefon danışıqlarıdır. Apellyasiya baxışı zamanı üçüncü şəxs Böyükkişi Əliyevin də qeyd etdiyi kimi, onu Cavabdeh3la məhz həmin İlqar adlı şəxs tanış etmişdir. Həmin telefon danışıqlarının məzmunundan aydın olur ki, Cavabdeh3 İlqardan üçüncü şəxsi başa salmasını xahiş edir, evin satılmadığını, girov qoyulduğunu, üçüncü şəxsin evi ələ keçirmək istədiyini, üçüncü şəxsin 55.000 verdiyini, evin dəyərinin isə 200.000 olduğunu, üçüncü şəxsin nahaq yerə ondan polisə şikayət etdiyini və s. bildirir.
53. Məhkəmə kollegiyası hesab edib ki, bütün bu səs yazıları bilavasitə hazırkı mübahisəyə aid səs yazılarıdır və bir daha İddiaçı atası Böyükkişi Əliyevlə Cavabdeh2 oğlu Cavabdeh3 arasında borc münasibətlərinin olduğunu, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin də həmin borc münasibətlərini pərdələmək məqsəsilə bağlandığını təsdiq edir. Məhkəmə kollegiyası bunları nəzərə alaraq həmin səs yazılarının mötəbəliyini qəbul etmişdir.
54. Məhkəmə kollegiyası qeyd edib ki, hazırkı iş üzrə İddi açı göstərilən məbləğlərdə pulun atasına məxsus kart hesabına köçürüldüyünü qəbul etmiş, həmin vəsaitin kirayə haqqı kimi ödənildiyini bildirmiş, lakin alqı-satqı müqaviləsi bağlandıqdan sonra bu ödənişlərin hansı kirayə münasibətlərindən irəli gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə baxışı zamanı da tərəflər arasında kirayə hüquq münasibətlərindən irəli gələn öhdəliklər müəyyən edilməmiş, İddiaçı tərəfindən Cavabdeh2 bu dəlilinə öz etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilməmişdir.
55. Digər tərəfdən, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində (bənd 13) Cavabdeh2 hansı tarixədək mənzildən qeydiyyatdan çıxmalı olduğu göstərilsə də, onun həmin tarixədək, yaxud ondan sonra mənzildə kirayəşin kimi qalması və kirayə haqqı ödəməsinə dair hər hansı şərt nəzərdə tutu lmamışdır.
56. Həmçinin, işin faktiki hallarından görünür ki, mənzilin müqavilədə göstərilən satış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə fərq vardır.
57. Məhkəmə kollegiyasının qənaətinə görə 3 ekspert (mütəxəssis) rəyi ilə dəyəri 225000-230202 manat aralığında olan əmlakın 93.500 manata satılması ağlabatan deyildir.
58. Göründüyü kimi, Cavabdeh2 alqı-satqı müqaviləsini imzalasa da, bununla bağlı Cavabdeh2 iradə ifadəsi girov müqaviləsini bağlamağa yönəlmiş və bu səbəbdən Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarlarına əsasən bu iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş iddiaçının oğlu ilə cavabdehin atasının münasibətləri araşdırma predmeti təşkil etməli idi.
59. Məhkəmə kollegiyası məsələyə məhz bu prizmadan yanaşaraq qeyd edib ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi X10 Məmmədova borc verməsini təmin etmək, buna şərait yaratmaq, borc münasibətini pərdələmək məqsədilə bağlanmış, müqavilənin bağlanmasına Cavabdeh2 könüllü iradə ifadəsi olmamış, o, Böyükkişi Əliyev tərəfindən borcun verilməsini təmin etmək məqsədilə müqavilə bağlamağa məcbur olmuşdur. Belə ki, alqı-satqı müqaviləsi bağlanmayacağı təqdirdə oğlu Samirə borc verilməsi də imkansız olmuşdur.
60. Məhkəmə kollegiyası daha sonra qeyd edib ki, apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qeyd olunan statusda izahat verərkən bunu etiraf etməsə də, işin müəyyən edilən digər halları bu halı təsdiq edir və ona görə də məhkəmə kollegiyası Böyükkişi Əliyevin izahatına tənqidi yanaşaraq onun izahatının həmin hissəsi ni inandırıcı saymır və mötəbər sübut kimi qəbul etmir.
61. Məhkəmə kollegiyası hesab edib ki, mübahisələndirilən müqavilə bağlanarkən Cavabdeh2 oğlu ilə İddiaçı atası arasında borc münasibətləri mövcud olub və alqı-satqı müqaviləsi borcun verilməsinin təminatı kimi, onu pərdələmək məqsədilə bağlanmışdır.
62. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri ümumiləşdirərək bu qənaətə gəlib ki, mübahisələndirilən müqavilənin bağlanmasında məqsəd, niyyət alqı-satqı deyil, X10 Məmmədova verdiyi 55.000 ABŞ dolları məbləğində borcu girovla təmin etməkdən ibarət olmuşdur. Tərəflərin niyyəti heç bir halda mənzil satmaq, yaxud almaq olmamışdır. Onların həmin müqavilələri bağlamaqda niyyəti hər hansı hüquqi nəticə əldə etmək yox, 55.000 ABŞ dollarının təminatını (qarantiyasını, sığortasını) təsbit etmək olmuşdur. Yəni, onlar müqaviləni rəsmiləşdirməklə, ona formal hüquqi görünüş verməklə əslində tam başqa məqsəd güdmüşlər ki, bu da həmin müqavilənin yalan əqd olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq mübahisələndirilən müqavilənin başqa əqdi pərdələmək, yəni X10 Məmmədova verdiyi 55.000 ABŞ dolları məbləğində borcun ödənilməsinin təminatı məqsədi daşımasına dair Cavabdeh2 dəlillərini əsaslı sayıb.
63. Müqavilə bağlandıqdan sonra alınmış borca görə faiz olaraq Böyükkişi Əliyevin kart hesabına pul vəsaitlərinin köçürülməsinin davam etməsi, eləcə də müqavilədə göstərilən satış qiymətinin müqavilə predmeti olan mənzilin real bazar dəyərindən təxminən 3 dəfəyə yaxın az göstərilməsi də tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmadığını bir daha təsdiq ed ir.
64. Cavabdeh3 Böyükkişi Əliyevdən aldığı 55.000 ABŞ dolları borc məbləği həmin dövrə olan məzənnə üzrə elə 93.500 manat təşkil edir və müqavilədə də məhz bu rəqəm göstərilmişdir.
65. Məhkəmə kollegiyası hesab edib ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi Cavabdeh3la Böyükkişi Əliyev arasındakı borc münasibətini pərdələmək məqsədilə bağlanmaqla yalan əqddir və əhəmiyyətsizdir.
66. Məhkəmə kollegiyası bildirib ki, uydurma və yalan əqdlər mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmurlar. Yalan əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan əqd (hüquqi hərəkət) durur. Yalan əqd bu əqdi (hüquqi hərəkəti) pərdələyir, maskalayır. Bir sözlə, yalan əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Burada iki əqddən söhbət gedir: p ərdələnən əqddən və pərdələyən əqddən. Pərdələnən əqd tərəflərin hüquqi nəticə əldə etmək məqsədilə həqiqətən bağladıqları əqddir (hüquqi əqd). Pərdələyən əqd isə həqiqi əqdin mahiyyətini və əsl xarakterini üçüncü şəxslərdən gizlətmək üçün, onu pərdələmək (maskalamaq) məqsədilə bağlanan əqddir. 67.Məhkəmə kollegiyası qeyd edib ki, hazırkı işdə Cavabdeh2 iddiasının qanuni əsası məhz mübahisələndirilən müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd olmasından ibarətdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuş faktiki halları da həmin maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığından məhkəmə kollegiyası Cavabdeh2 iddiasının əsaslı olduğu və bu baxımdan təmin edilməli olduğu qənaətinə gəlmişdir. 68.Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məh kəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası bildirib ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
69. Məhkəmə kollegiyası hesab edib ki, Cavabdeh2 iddiasının təmin edilməsi İddiaçı iddiasının faktiki və hüquqi əsaslarını da aradan qaldırmış olur və bu səbəbdən onun təmin edilməsi üçün hər hansı hüquqi əsas qalmır. Ona görə də İddiaçı iddiası rədd olunmalıdır.
70. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin olunması üçün də əsas görməmiş və hesab etmişdir ki, əvvəla, mübahisələndirilən müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış müqavilə deyil. Digər tərəfdən, Cavabdeh2 müqavilə bağlandıqdan cəmi 7 ay keçdikdən sonra onun etibarsızlığı barədə hazırkı iddianı qaldırmışdır. Onun mübahisələndirdiyi alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında da qeyd olunduğu kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasınd an asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.
71. Məhkəmə kollegiyası yekunda qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması qənaətinə gəlindiyindən Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd üzrə alınanların geri qaytarılması məsələsi də həll olunmalıdır.
72. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 178, 324, 337, 340-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
73. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-3147/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunaraq İddiaçı iddiasının təmin, Cavabdeh2 iddiasının rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
74. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Böyükkişi Əliyevin kartına ödənişlərin olması və bu ödənişlərin borc deyil, kirayə üzrə olduğunun sübuta yetirilməməsi barədə məhkəmənin mövqeyi əsassızdır. Çünki qətnamənin özündə qeyd olunur ki, artıq 19 dekabr 2022-ci il tarixdən İlham mənzilin mülkiyyətçisi olmuşdur. Qətnamənin 8-ci bəndinə əsasən Ofeliya və ailəsi 14 mart 2023-cü il tarixədək “qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bütün kommunal ödənişləri ödəməyi öz üzərinə götürmüşdür”. Üç ay ərzində Ofeliya və ailəsibin mənzildən ödənişsiz istifadə etməsi əs assız varlanmadır. Başqasının mənzilindən istifadə faktı varsa, buna görə haqq (icarə haqqı) da ödənilməlidir. İddiaçı Cavabdeh2 mənzildən istifadəyə görə haqq tələb etmək hüququ var və bu cür iddia məhkəmə tərəfindən təmin edilə bilər. Bu halda Samir öz xoşu ilə mənzildən istifadəyə görə kirayə haqqı ödəyibsə, İlham və ya Böyükkişi nəyi sübut etməlidir? Digər tərəfdən, Cavabdeh2 3 ayda hər ay 2000 manat olmaqla Böyükkişi Əliyevə faizləri ödəmədiyini bildirməsinə baxmayaraq, təqdim edilən qəbzlərə görə cəmi 3615 manat ödənilib. Deməli, bu ödənişlər faiz deyil, icarə (kirayə) haqqı ödənişidir.
75. Səs yazılarının karta edilən ödənişlərin borcla bağlı olduğunu təsdiqlədiyi barədə məhkəmənin mövqeyi də qeyri-obyektivdir. Çünki əvvəla Böyükkişi ilə olan səs yazılarında ödənilməli olan vəsaitin borc müqaviləsindən irəli gəlməsinə dair bir işarə belə yoxdur. İlqar və Samir adlı şəxslərlə danışdığının isə tərəflərə aidiyyəti yoxdur.
76. Mənzilin qiymətinin bazar dəyərindən ucuz olması barədə məhkəmənin mövqeyi də aşkar səhvdir. Çünki alqı-satqı predmetinin bazar dəyərinin alış qiymətindən fərqlənməsi əqdin etibarsızlığı üçün əsas deyil. Baxılan işdə fərq əslində elə də yüksək deyil. Əvvəla, ölkədəki qiymətləndirici şirkətlərin təcrübədə rəylərindəki kəskin fərqlər hamıya məlumdur. Digər tərəfdən, işdəki ən mötəbər rəy Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyidir. Bu rəy həm sonuncudur, həmdə məhz məhkəmənin sorğusu əsasında əldə olunmuşdur. Həmin rəyə görə də mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırkı orta bazar qiymətlər inə uyğun dəyəri təqribən 146500 manatdır. Sənəddə olmayan sahənin qiymətləndirilməsi qanunsuzdur və heç bir əhəmiyyəti yoxdur. Nəzərə alsaq ki, bu rəy 19 mart 2024-cü il tarixdəki qiyməti əks etdirir və qiymətlər daim artır, deməli, 2022-ci ildə qiymət aşağı olub. Yəni fərq elə də çox deyil, özü də bu, bazar qiymətidir, likvid dəyər deyil.
77. Əgər alqı-satqı müqaviləsi ipoteka müqaviləsini pərdələmək üçün bağlanıbsa, borc və ipoteka müqaviləsinin mühüm şərtləri məlum olmalıdır. Lakin borcun hansı faiz dərəcəsi ilə və hansı müddətə verilməsi barədə nəinki sübut, heç məlumat da təqdim olunmayıb.
78. Alqı-satqı müqaviləsi əslində ipoteka müqaviləsini pərdələmək üçün bağlandığı qəbul edilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəfləri n həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli Qərarında da qeyd olunub ki, “yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsi, pərdələnən əqdin mülki qanunvericilikdə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verməsi halında mümkün hesab edilməlidir.” Baxılan işdə alqı-satqı müqaviləsi notarial formada bağlanıb. İpoteka müqaviləsi də notarial formada bağlanmalıdır. Deməli, məhkəmə ən azı mənzilin ipoteka ilə yüklü olmasını təsbit etməli idi, lakin bunu da etməyib və Ofeliyaya və oğlu Samirə imkan yaradıb ki, hüquqdan sui-istifadə etsinlər. İlham və Böyükkişi isə mənzilə tutma yönəldə bilməyə cək, çünki başa düşdükləri qədər mənzil Cavabdeh2 yeganə yaşayış sahəsidir. Həm də onların digər kreditorları da varsa (əslində də var), mənzilə ən yaxşı halda bütün kreditorların maraqlarını təmin etmək üçün tutma yönəldiləcək. Məhkəmənin qətnaməsi Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində nəzərdə tutulmuş haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
79. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
80. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
81. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanun vericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
82. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
83. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
84. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz m ülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
85. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
86. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
87. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə i fadəsidir.
88. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
89. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
90. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
91. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
92. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
93. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
94. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüqu qdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
95. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
96. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;...
97. Maddə 659.1. Satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ arxayın ə ldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
98. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
99. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
100. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
101. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
102. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
104. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
105. Məhkəmə kollegiyası kassatorun işə yazılı icraat qaydasında baxılması barədə vəsatətini təmin etməmişdir. Belə ki, MPM-in 414.1-ci maddəsinə görə məhkəmə hüququn inkişafının və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir.
106. Lakin baxılan işə məhkəmə iclasında baxılmasını şərtləndirən, MPM-in 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
107. Məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
108. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
109. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər cavabdeh tərəfindən iddia tələbinə və apelyasiya şikayətinə qarşı dəlilərin əsasını təşkil edirdi və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələl əri təkrarlamağa lüzum qalmır.
110. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 111.İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1-6-cı paraqraflarında qeyd olunub.
112. Baxılan iş üzrə iddia tələbləri: 1. ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh3 Akif oğlu və Cavabdeh4 istifadə hüquqlarına xitam verilməklə çıxarılaraq mənzilin ona təhvil verilməsi; 2. ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı barədə Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququna dair qeydiyyatın ləğv olunmasından ibarətdir.
113. Birinci tələbin əsaslığının yoxlanılması ilk növbədə mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab olunması haqqında tələbin təhlilini tələb edir. Müqavilənin etibarsız sayılması tələbi onunla əsaslandırılmışdır ki, satıcının oğlu Cavabdeh3, alıcının atası Böyükkişi Əliyevdən 55000 ABŞ dolları məbləğdə borc almış və həmin borcun qaytarılmasını təmin etmək üsulu kimi mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır.
114. İşə baxmış apelyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin qanuniliyini yoxlamış və təqdim edilmiş sübutlar əsasında Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin, Cavabdeh3la Böyükkişi Əliyev arasındakı borc münasibətini pərdələmək məqsədilə bağlanmaqla yalan əqd olması barədə nəticəyə gəlmişdir.
115. Kassatorun “məhkəmə tərəfindən ən azı mənzilin ipoteka ilə yüklü olduğunu təsbit etməli olması, lakin bunu etməmə klə Mülki Məcəllənin 340.2-ci maddəsi və Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə zidd nəticəyə gəlməsi” barədə dəlili, qətnamənin ləğvinə əsas vermir.
116. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, oxşar faktik halların mövcud olduğu iş üzrə «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 20 iyun 2025-ci il tarixli qərarında, görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərmişdir ki, «Mü lki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. … Burada diqqətə alınmalı olan əsas məsələ isə odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş form a şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alqı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır».
117. Kassatorun «baxılan işdə alqı-satqı m üqaviləsi notarial formada bağlanıb, ipoteka müqaviləsi də notarial formada bağlanmalıdır, deməli, məhkəmə ən azı mənzilin ipoteka ilə yüklü olmasını təsbit etməli idi» dəlili ilk baxışda əsaslı görünə bilər. Lakin Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün açar əhəmiyyətli məsələ, həmin normada bəhs olunan «forma şərti»nin təfsiri təşkil edir. Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan “forma şərti” dedikdə, müqavilənin yalnız şəkil şərti (məsələn, notarial forma) deyil, həm də tərəflərin üzərində razılaşdıqları mühüm şərtlərin (öhdəliklərin) həmin notarial müqavilənin yazılı mətnində əks olunması başa düşülür. Əks təqdirdə müqavilə bağlanmış sayılmaz.
118. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı yuxarıda adı çəkilən qərarında da qeyd edib ki, «Həmin Məcəllənin 32 9.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin müqavilənin müraciətdə göstərildiyi kimi alqı-satqı predmeti olan əşya nın yenidən alınmasına yönələn alqı-satqı müqaviləsi olaraq qiymətləndirilməsi isə Mülki Məcəllənin qeyd edilən 405.1 və 659.2, 661-ci maddələrinin tələblərinə uyğun gəlmir. Sonuncu maddələr ilə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə münasibətdə satılmış əşyanın yenidən alınması (satın alınması) hüququnun etibarlı sayılması, belə müqavilənin notarial qaydada təsdiq edilməsi tələbinə riayət edilməsi ilə şərtləndirilmişdir».
119. Buna görə də kassatorun baxılan iş üzrə «məhkəmə ən azı mənzilin ipoteka ilə yüklü olmasını təsbit etməli idi» dəlili əsassızdır.
120. Yuxarıda qeyd edildiyi kimi kassator bildirmişdir ki, “mənzilin qiymətinin bazar dəyərindən ucuz olması barədə məhkəmənin mövqeyi də aşkar səhvdir, çünki alqı-satqı predmetinin bazar dəyərinin alış qiymətindən fərqlənməsi əqdi n etibarsızlığı üçün əsas deyil”. Məhkəmə kollegiyası bu dəlilin də qətnamənin ləğvi üçün əsas olmadığı qənaətindədir. Çünki apelyasiya instansiyası məhkəməsi mənzilin həqiqi dəyəri ilə alış qiyməti arasında olan fərqə birbaşa əqdin etibarsız sayılması üçün əsas kimi deyil, alqısatqı münasibətlərinin olmamasına, alqı-satqı müqaviləsinin borcun qaytarılması üçün təminat kimi bağlanmasına dəlalət edən fakt olaraq istinad etmişdir (qətnamənin 66, 72-ci paraqrafları).
121. Bundan başqa qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda adı çəkilən 20 iyun 2025-ci il tarixli qərarında da qeyd etmişdir ki, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq et ibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir.
122. Lakin alqı-satqı müqaviləsi bağlanıldığı anda mülkiyyətə verilmiş əmlakın dəyəri borcun məbləğindən tənasübsüz dərəcədə artıqdırsa, borcun qaytarılması mümkün olsa da, olmasa da borclunun hərəkəti hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Belə ki, borclu razılaşdırılmış müddətdə borcunu və səbəb olduğu zərərləri kreditora ödədiyi halda, yaxud borclu ödəmək imkanı olmaması səbəbindən öhdəliyin həcmindən açıqaşkar artıq dəyərdə olan əmlakından məhrum olması, öhdəlik hüquq münasibətlərində rəhbər tutulan vicdanlı davranış qaydası ilə uzlaşmır. Bu kimi hallarda mübahisənin predmeti olan alqı-sa tqı müqaviləsinin yuxarıda göstərilən əsasla etibarsız hesab edilməsi mümkündür.
123. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, «Məhkəmə Ofeliyaya və oğlu Samirə imkan yaradıb ki, hüquqdan sui-istifadə etsinlər. İlham və Böyükkişi isə mənzilə tutma yönəldə bilməyəcək, çünki başa düşdükləri qədər mənzil Cavabdeh2 yeganə yaşayış sahəsidir. Həm də onların digər kreditorları da varsa (əslində də var), mənzilə ən yaxşı halda bütün kreditorların maraqlarını təmin etmək üçün tutma yönəldiləcək. Məhkəmənin qətnaməsi Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində nəzərdə tutulmuş haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) ziddir».
124. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri sayır.
125. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə, öhdə liklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
126. Göründüyü kimi öhdəliklərin icrasına təminat üsulları təkcə girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya və behlə məhdudlaşmayıb. İddiaçı və borc almış oğlu, borc öhdəliyinin icrasına bir təminat verərək, iddiaçının mülkiyyətində olan mənzili kreditorun mülkiyyətinə keçirməyi təklif etməklə alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaqla, kreditor qarşısında borclular olurlar. Buna görə də iddiaçı əslində oğlu Cavabdeh3 üçüncü şəxs Böyükkişi Əliyevdən aldığı borcun ödənilməsinə təminat verməklə, borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Başqa sözlə Cavabdeh3 aldığı borcun ö dənilməsi üçün həm də iddiaçı öhdəlik daşıyır.
127. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 128. “Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məq sədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
129. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə, cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını almağa əsaslanan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
130. Mülki Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan hallara, digər davranışlarla yanaşı həm də şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (560.3.2) və digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi (560.3.4) aid edilmişdir.
131. Qeyd olunmalıdır ki, alqı-satqı müqaviləsi bağlandığı anda mülkiyyətə verilmiş əmlakın dəyərinin borcun məbləğindən tənasübsüz dərəcədə artıq olması əsası ilə müqavilənin etibarsız hesab edildiyi hallarda (§ 123) və borcun ödənilmədiyi təqdirdə, bu qərar kreditorun qanuni təminat imkanlarını aradan qaldıran şəkildə qəbul edilməməlidir. Belə ki, verdiyi borcu geri ala bilmədiyi halda, kifayət qədər qüvvətli bir təminat olaraq aldığı əmlakın da kreditorun əlindən alınması, onun mənafeləri baxımından aşkar ədalətsiz vəziyyətin yaranmasına səbəb olardı.
132. Buna görə də alqı -satqı müqaviləsinin etibarsız sayılmasının nəticələri, mülki dövriyyənin təməl prinsipləri olan hüquqi təhlükəsizlik, əmlak balansının bərpası və əsassız varlanmanın qarşısının alınması prinsiplərinə uyğun olmalıdır. Etibarsız əqdin hüquqi nəticələri aradan qaldırılması zamanı, tərəflərin müqavilə bağlanmamışdan əvvəlki vəziyyətinə qaytarılması, əmlak balansının bərpası və əsassız varlanmanın qarşısının alınması təmin edilməlidir.
133. Müqavilə etibarsız sayıldıqdan sonra onun hüquqi əsası aradan qalxır və tərəflər arasında ilkin müqavilə münasibətləri qalmır. Bunun əvəzində qanundan və məhkəmə aktından irəli gələn xüsusi hüquqi münasibət - geri qaytarma öhdəliyi yaranır. Bu öhdəlik, delikt və ya müqavilə məsuliyyətindən fərqli olaraq, hüquqi əsasını itirmiş münasibətlərin nəticələrinin a radan qaldırılmasına yönəlmiş xüsusi müdafiə vasitəsidir və mahiyyət etibarilə əsassız varlanma institutunun təsir dairəsinə daxil olur.
134. Müqavilə əsasında əldə edilənlərin geri qaytarılması, öz hüquqi təbiətinə görə qarşılıqlı (sinallagmatik) xarakter daşıyır. Alqı-satqı müqaviləsinin etibarsızlığı əsası ilə tərəflərin əvvəlki vəziyyətə qaytarılması alqı-satqı üzrə icra edilmiş öhdəliklərin geri dönüşü olduğundan, alqı-satqıya xas olan “qarşılıqlı icra” xüsusiyyəti eyni ilə burada da əsas qaydaya çevrilir: satıcı alınmış pul məbləğini qaytarmalı, alıcı isə əldə etdiyi əmlakı geri verməlidir. Başqa sözlə, müqavilənin etibarsızlığı bu qarşılıqlı əlaqəni formal olaraq aradan qaldırmasına baxmayaraq, onun əmlak nəticələrinin geri qaytarılması mərhələsində həmin qarşılıqlı struktur transfo rmasiya olunmuş şəkildə özünü saxlayır. Bu öhdəliklər eyni hüquqi faktın - əqdin etibarsızlığının nəticəsidir və vahid məqsədə, yəni əvvəlki vəziyyətin bərpasına xidmət edir.
135. Mülki Məcəllənin 441.2-ci maddəsində təsbit olunmuş “qarşı tərəf icra etmədikcə icradan imtina” prinsipi mülki hüququn ümumi balans mexanizmlərindən biridir. Həmin prinsipin mahiyyəti ondan ibarətdir ki, qarşılıqlı öhdəlik münasibətlərində tərəflərdən heç biri digərinin icrası təmin edilmədən birtərəfli qaydada tam icraya məcbur edilə bilməz. Əks yanaşma öhdəlik münasibətlərində bir tərəfin öhdəliyi icra edib digər tərəfin icra etməməsi riskini yaradar və hüquqi balansı pozar.
136. Öhdəliklərin qarşılıqlı icrasının zəruriliyi iki prinsipə əsaslanır. Birincisi, ədalət və ekvivalentlik prinsipidir. Əgər tərəflərdən biri öz üzərinə düşən öhdəliyi tam icra etdiyi halda, digər tərəf öhdəliyini icra etməzsə, hüquqi balans pozulmuş olar.
137. İkincisi, əsassız varlanmanın qarşısının alınması prinsipidir. Etibarsız əqd əsasında əmlak əldə edilməsi hüquqi əsasını itirdiyindən, onun birtərəfli qaydada saxlanılması, hüquqi cəhətdən əsaslandırıla bilməz. Buna görə də pul və əmlakın geri qaytarılması eyni vaxtda həyata keçirilməli, yaxud başqa qarşılıqlı təminat mexanizmi əsasında icra edilməlidir. Əks halda, tərəflərdən birinin hüquqa əsaslanmayan üstünlük əldə etməsi riski yaranır.
138. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflər üçün müəyyən edilən öhdəliklərin eyni vaxtda (paralel) icrası müəyyən edilmədiyinə görə, baxılan iş üzrə də bu cür risk ehtimalı istisna deyil. Çünki iş üzrə müəyyən edilmişdir ki, mənzil alıcıya faktiki təhvil verilməmişdir və satıcı həmin mənzildə yaşamaqda davam edir. Bu şəraitdə satıcı tərəfindən pul vəsaiti qaytarılmadan alıcının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi, yaxud əksinə, qeydiyyat ləğv edildikdən sonra pulun qaytarılmasının təmin olunmaması, tərəflər arasında hüquqi balansı poza bilər.
139. Müqaviləni etibarsız saymış məhkəmə aktı əsasında müəyyən edilən öhdəliklərin eyni vaxtda və ya qarşılıqlı təminat əsasında icrası barədə göstərişin əks etdirilməsi yalnız icra texnikasına dair məsələ deyil, qarşılıqlı öhdəliklərin icrasının maddihüquqi mahiyyətindən irəli gələn zəruri hüquqi nəticə kimi çıxış edir. Bu yanaşma, yuxarıda qeyd olunan maddi hüquq normalarının sistemli təhlili ilə yanaşı, həm də prosessual qənaətlilik və hüquqi müəyyənlik prinsiplərinə uyğundur.
140. Odur ki, baxılan iş üzrə kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması ilə yanaşı, “Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki 17 saylı evin 3-cü mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli qeydiyyat yazısının və çıxarışın ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 93500 manat pul vəsaitinin Cavabdeh2 alınıb İddiaçı ödənilməsi ilə eyni vaxtda icra edilməsi” barədə bənd əlavə olunmalıdır.
141. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçın ın dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
142. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
143. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillə rinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
144. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, q ə r a r a aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 18 iyul tarixli 2(103)3147/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsindəki 17 saylı evin 3-cü mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli qeydiyyat yazısının və çıxarışın ləğv edilməsi, müqavilə üzrə ödənilmiş 93500 manat pul vəsaitinin Cavabdeh2 alınıb İddiaçı ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.