Məhkəmə qərarları › İş №2(102)-4088/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4088/2025

11.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4088/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı birləşdirilən iddiasına dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair və birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "mənzilə istifadə hüququnun tanınma sı və həmin mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1038/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 iyun 2024-cü il tarixli məktubuna əsasən, ünvan 6 ünvanında yerləşən 1 saylı mənzil Sumqayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsi, Mənzillərin dəyişdirilməsi bürosu tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 188 2 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1996-ci il tarixli 1218 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 Ns-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X1 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1999-cü il tarixli 3M1/80 reyestr nömrəli məzilin dəyişmə müqaviləsi əsasında sözügedən mənzil İddiaçı adına qeydiyyata alınaraq, xx.xx.1999-cü il tarixli, 19721 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir və mənzil hal-hazırda İddiaçı mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil Sum qayıt Xalq Deputatları Soveti İcraiyyə Komitəsi, Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli 05/57 nömrəli order, Sumqayıt Şəhər icra Hakimiyyəti MTİİB 6 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 238 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. 2. 1972-ci il tarixli, 14 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 1 otaqlı, yaşayış sahəsi 16,12 kv.m, köməkçi sahəsi 12,90 kv.mdən ibarət olan 1 nömrəli mənzil, 7/27a nöm rəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı verilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3024/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhər VVAQ şöbəsində bağlanmış 85 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ünvan 3 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsudur. Həmin mənzili özüməməxsus şəxsi mənzili dəyişmək yolu ilə əldə etmiş və cavabdehin bu mənzildə hər hansı bir payı yoxdur. Cavabdehlə 1998-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdirlər. Rəsmi nikahdan uşaqları olmamışdır. Cavabdeh hazırda onu bu qoca yaşında tək qoyaraq evdən çıxıb getmiş və uzun müddətdir ki, mənzildə tək, köməksiz vəziyyətdə qalmışdır. Cavabdehin qayıtmaq fikri yoxdur. Daha onunla barışmaq fikri yoxdur. Bu qoca yaşında son günlərini rahat yaşamaq istəyir. Cavabdehlə aralarında olan münasibətlər tam pozulub, ailəsi dağılıb və bərpası mümkün deyil. Bu məqsədlə boşanma iddiası ilə məhkəməyə müraciət etmişdir. Həmin iddiasına qarşılıqlı olaraq cavabdeh mənzilin bölünməsi barədə qarşılıqlı iddia vermiş və boşanma ilə razı olduğunu bildirmişdir. Sonradan mənzilin nikahdan qabaq və əvəzsiz olaraq əldə edilməsi barədə məhkəməyə sübut təqdim etdikdən sonra mənzili bölmə şanşı itd iyini görən cavabdeh boşanmaq istəmədiyini bildirərək, mənzilə köçmək üçün özünə şans qazandırmaq istədi və məhkəmə barışmaq üçün 3 ay vaxt verdi. Onun isə onunla barışmaq fikri yoxdur və cavabdehin də onunla barışmaq fikri yoxdur. Çünki onunla yaşamaq istəsəydi, onu bu qoca vaxtında iki ildən artıq müddətə tək və köməksiz vəziyyətdə qoyub başqa ünvana köçməzdi. İndi onun mənzilə köçmək istəyi də onunla bir yerdə yaşamaq yox, sadəcə mənzildən nə isə pay əldə etmək niyyətidir. O isə onunla bir mənzildə yaşamaq istəmir. Cavabdeh könüllü olaraq mənzili tərk edərək özünə başqa yaşayış yeri seçmiş, uzun müddət mənzildə yaşamamış, boşanma barədə iddia qaldırmayana qədər mənzilə qayıtmaq fikrində olmamışdır. Bu halda isə onun mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh onu mənzilində tək və köməksiz halda tərk edərək mənzildən getmiş, uzun müddətdir ki, özünə seçdiyi başqa ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və bu günə qədər də mənzilə qaytımaq istəməmiş və ümumiyyətlə mənzildən getməsinə haqq qazandırmışdır. Beləliklə, təsdiq edilir ki, cavabdeh artıq özünə başqa yaşayış yeri seçmişdir və onun bu mənzildə yaşamaq zərurəti yoxdur.

6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7067/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiaçı xx.xx.1957-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 4 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə iddia tələbi üzrə 2(0600-7067/2024 saylı mülki iş məhkəmənin digər hakiminin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi t ələbinə dair 2(060)-7046/2024 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.

7. Birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh, cavabdeh xx.xx.1958-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 5-ə istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh, 23 iyul 1998-ci il tarixdə cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1999-cu ildən X2 adınadır. 1999-cu ildə sözü gedən mənzili birlikdə alıblar və birgə mülkiyyətləridir. Nikahları pozulmuşdur, aralarında narazılıqlar olmuşdur. Hansı ki, bu narazılıqların başlıca səbəbi cavabd eh X2 iddiaçı Cavabdeh evdən məcbur şəkildə çıxarması və şəxsi əşyalarını verməməsidir. Halbuki, həmin mənzildə iddiaçının payı vardır.

9. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-481/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 7\27a ünvanında yerləşən 1 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsi nə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab etmişdir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.

11. İşin hallarından göründüyü kimi tərəflər mübahisə predmeti olan mənzilə 1999cu il tarixdə köçüb yaşamışlar. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. 12. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

13. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.

14. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.

15. İlkin iddia üzrə iddiaçı cavabdehin aralarındakı münasibətlərin pozulması səbəbindən evi tərk etdiyini, 6 (altı) ayda n çox müddət keçməsinə baxmayaraq geri qayıtmadığını, bu səbəbdən nikahın pozulması ilə bağlı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir.

16. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzildə yaşamadığı üçün istifadə hüququnun itirilməsini mübahisələndirir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, onun həmin mənzildə yaşamaması özünün qarşılıqlı iddiası, habelə digər məhkəmə icraatı zamanı qəbul edilmiş yuxarıda adı qeyd edilən məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapır. Lakin o, mənzildən İddiaçı tərəfindən məcburi olaraq çıxarıldığını bildirmişdir.

17. Qarşılıqlı iddiaçı mübahisəli mənzildən məcburi çıxarılmasını qeyd etsə də, məhkəmə iclaslarında iştirak etməmiş, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etm əyi zəruri hesab etmişdir ki, ilkin iddia tələbi üzrə cavabdehin mənzilə köçürülmə tələbi bilavasitə ona qarşı iddiaçının hazırki iddianı qaldırması ilə bağlı olmuşdur. Başqa sözlə, hazırkı iddia qaldırılmadığı təqdirdə mövcud vəziyyət davam edəcək idi, yəni cavabdeh mənzilə köçürülmə tələbini irəli sürmədən başqa ünvanda yaşamaqda davam edəcəkdi.

18. Belə olan halda məhkəmə qeyd etmişdir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranmasına baxmayaraq həmin hüquqdan istifadə etməməsi ilə əlaqədar bu hüququ itirmişdir.

19. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab etmişdir ki, bu tələbə ilkin iddianın təmin edilib-edilməməsindən as ılı olaraq qiymət verilməlidir. Həm qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilə münasibətdə istifadə hüququnun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi əsaslı sayıla bilməz.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələri, xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-481/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı mənzildən istifadə hüququnun itirilməsinə dair iddiasının təmin olunmaması, Cavabdeh mənzilə is tifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 23 iyul 1998-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1999-cu ildən xx.xx.1938-ci il təvəllüdlü X2 adınadır. 1999-cu ildə sözü gedən mənzili dəyişdirmə müqaviləsinə əsasən alıblar və birgə mülkiyyətləridir. Nikahları pozulmuşdur, aralarında narazılıqlar olmuşdur. Hansı ki, bu narazılıqların başlıca səbəbi cavabdeh X2 iddiaçı Cavabdeh evdən məcbur şəkildə çıxarması və şəxsi əşyalarını verməməsidir. Halbuki, həmin mənzildə iddiaçının payı vardır. İddia ərizəsinin “xahiş etdim” hissəsində iddiaçı, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh, cavabdeh xx.xx.1958-ci il təvəllüdlü X3 ilə birlikdə Sumqayıt şəhəri,18-ci məhəllə, ev 7/27 A, mənzil 1-ə istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməyinə dair qətnamə çıxarılmasının qət edilməsini qeyd etmişdir. Qarşı tərəf birinci instansiya məhkəməsinə mənzildən istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İcraatlar birləşdirilərək işə bir icraatda baxılmışdır. İcraatlar birləşdirildikdən sonra işə baxan hakim onları elektron məhkəmə sisteminə gec əlavə etdiyindən işin tarixini bilməmiş və prosesdə iştirak edərək sübutlarını təqdim edə və çıxış edə bilməmişlər. Elektron məhkəmə sistemində onları prosesə əlavə etmədiklərinə görə xəbərdar deyildirlər. Onların iştirakları olmadan qərar çıxarılmışdır. Məhkəmə onları dinləmədən əsassız qət namə çıxarmışdır, çünki iddiaçı Cavabdeh həmin mənzildən istifadə hüququ var. İddianın təmin olunmasını xahiş edir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış evi mülkiyyətçisinin özünə məxus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasın ın tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Almaz Süleymanova- sədrlik edən və məruzəçi, Səyyad Qafari və Fuad Məmmədov) xx.xx.2025ci il tarixli, 2(105)-1038/2025 nömrəli qətnaməsi ilə birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-481/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnam qəbul edilərək İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiasının təmin olunmaması, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "mənzilə istifadə hüququnun tanınm ası və həmin mənzilə köçürülmə" barədə iddia tələbinin təmin olunması, Cavabdeh ünvan 5 ünvanına istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.

24. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər 23 iyul 1998-ci il tarixdə nikaha daxil olmuşlar. Hazırda mübahisə predmeti olan ünvan 6 ünvanında yerləşən 1 saylı mənzil İddiaçı məxsusdur. İddiaçı 24 mart 1999-cu il tarixli dəyişmə müqaviləsinə əsasən özünə məxsus ünvan 7 ünvanında yerləşən 46 saylı mənzili X1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 1 saylı mənzillə dəyişərək sonuncu mənzili əldə etmişdir. İddiaçı və cavabdeh həmin mənzildə yaşamışlar. 2023-cü ilin yay aylarında tərəflər arasında münasibət pozulmuş, cavabdeh həmin mənzili tərk etmişdir. 08 aprel 2024-cü ildə İddiaçı nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(060)-3024/2024 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhər VVAQ şöbəsində bağlanmış 85 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmamış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir.

26. İşin müəyyən edilmiş faktiki və mübahisəsiz hallarına əsasən tərəflər 1998-ci ildə nikah bağlamışlar, mübahisə predmeti olan mənzil 1999-cu ildə mənzili dəyişdirmə müqaviləsinə əsasən əldə edilmiş və mənzil üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. Tərəflər həmin vaxtdan 2023-cü il tarixədək bu mənzildə birgə yaşamış, birgə təsərrüfat armışlar. Tərəflər arasında nikah məhkəmə qətnaməsinə əsasən 02 dekabr 2024-cü il tarixdə pozulmuşdur.

27. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan mənzillə bağlı münasibətlər 1999-cü ildən yaranmışdır.

28. Kollegiya hesab etmişdir ki, iddia predmeti olan yaşayış sahəsi ilə bağlı münasibətlər 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olun malıdır.

29. Kollegiya qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.

30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməs i zamanı başqa qeyd şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır.

31. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh 1999-cu ildən 2023-cü il tarixədək mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır.

32. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiy a verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.

33. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 34. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir.

35. Qanunvericiliyin tələbindən göründüyü kimi mülkiyyətçi kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər.

36. Hazırki halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmiş, bu tələbinin əsası olaraq cavabdehin könüllü olaraq mənzili tərk edərək özünə başqa yaşayış yeri seçməsinə, uzun müddət mənzildə yaşamamasına isinad etmişdir.

37. Cavabdeh iddiaçının bu əsasına etiraz edərək mənzildən məcbur şəkildə çıxarılmasını göstərmişdir.

38. Konstit usiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdu d əşya hüququdur.

39. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar.

40. Məhkəmənin həmin Qər arında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edi lməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

41. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

42. İddiaçı Cavabdeh könüllü olaraq bu evdən getdiyini, bu evdə yaşamaq istəmədiyini göstərmişdir.

43. Kollegiya iddiaçı nın bu göstərdiklərini inandırıcı və işin faktiki hallarına uyğun hesab etməmişdir. Belə ki, göründüyü kimi tərəflərin birgə nikah münasibətlərindən övladı olmamış, Cavabdeh 68 yaşında tək qadın olmaqla, o, 24 il bu evi öz evi hesab etmiş, 1999-cu ildən 2023-cü il tarixədək fasiləsiz və davamlı olaraq bu evdə yaşamışdır. O, başqa yaşayış sahəsinə malik deyildir. Onun yaşayış sahəsinə olan ehtiyacının bu və ya digər formada aradan qalxdığına dair heç bir sübut təqdim edilməmişdir.

44. Kollegiyanın qənatincə mənzildən getdikdən sonra müxtəlif qohumları evində müvəqqəti yaşaması Cavabdeh daimi yaşayış sahəsinə malik olması, yaşayış sahəsinə olan ehtiyacının aradan qalxması kimi qiymətləndirilə bilməz.

45. İşin faktiki hallarına əsasən Cavabdeh mənzildən istifadə hüququnun həyata keçirilməməsi nin səbəbləri tərəflər arasında münasibətlərin pisləşməsi ilə bağlı olmuşdur. Bu göstərilənlər Cavabdeh mənzildən könüllü istifadə etməməsinə dair nəticəyə gəlməyə əsas vermir və iddiaçının bu barədə göstərdiklərinə əsaslı şübhə yaradır.

46. Kollegiya hesab etmişdir ki, hazırkı halda istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi, hüququn əldə edilməsini zəruri edən əsasların aradan qalxması (başqa yaşayış sahəsinin olması, könüllü olaraq mənzildən istifadə etməməsi və s.) məhkəmə araşdırması zamanı əsaslı şübhədən kənar mötəbər, təkzib olunmaz sübutlarla sübuta yetirilmədiyindən qanunvericiliyin tələblərinə uyğun deyildir.

47. Kollegiya onu da vurğulayır ki, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə b axmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.

48. Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında formalaşmış mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.

49. Bu baxımdan qeyd olunmaldır ki, qanunvericilik yaşayış sahəsinə istifadə hüququ olan şəxsin bu hüququna kompensasiya ödənilməklə xitam verilməsini nəzərdə tutmaqla həm istifadə hüququ olan şəxsin, həm də mülkiyyət hüququnun tarazlığını təmin edir. Kompensasiya verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarının pozulmasını aradan qaldırmış olur.

50. Məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə müvafiq kompensasiya verilməsi yolu ilə i stifadə hüququna xitam verilməsi təklif olunsa da bu təklifə etiraz edilərək razılaşılmamışdır.

51. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiya ödənilmədən mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia əsassız olduğundan təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olduğu işin mübahisəsiz halıdır. Odur ki, birləşdirilən iddia üzrə Cavabdeh mənzilə istifadə hüququnun tanınması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.

53. Eləcə də kollegiya birləşdirilən iddia üzrə mənzilə köçürülmə barədə tələbi də qanuni və əsaslı hesab etmişdir. Belə ki, mənzilə köçürülmə yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğu ilə bağlı olmaqla, Cavabdeh mənzilə istifadə hüququ tanın dığından mənzilə köçülmə tələbi də təmin edilməlidir.

54. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 123, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 228.2-ci maddələrinə də istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

55. İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(1050- 1038\2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, cavabdeh mənzili könüllü olaraq tərk edərək özünə başqa yaşayış yeri seçib, 2 ildir ki, orda yaşayır, bir dəfə də olsun mənzilə qayıtmaq fikrində olmayıb və onun mənzilə buraxılmaması barədə heç bir orqana müraciət etməyib, əksinə həmin mənzildə yaşamaq istəmədiyini bildirərək, mənzilin bölgüsünü tələb edib, pul qazanmaq istəyib. Bu hallar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə əsasən şəxsin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas olduğunu nəzərə alan 1-ci instansiya məhkəməsi onun iddiasını təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Lakin apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası heç bir əsas olmadan 1-ci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv edib, iddianı rədd, qarşılıqlı iddianı isə təm in edən yeni qətnamə qəbul etmişdir ki, hazırkı qətnaməni qanuni və əsaslı hesab etmək olmaz. Məhkəmə öz qətnaməsində hazırkı mübahisə üzrə AR MM-nin 53, 54,123-cü maddələrinə istinadən belə hesab etmişdir ki, mənzilin icarədarı və mülkiyyətçisi ilə birlikdə yaşayan şəxsin mənzildən istifadə hüququ var və ona görə də cavabdeh mənzilə köçürülməlidir.Cavabdehin mənzildə istifadə hüququnun 1998-ci ildən yaranmasını heç kim mübahisələndirmir.Məhz elə ona görə də mən həmin hüququnun itirilmiş hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir və bu iddiası AR MM-nin 60,87-ci maddələri və bu barədə olan Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandırmışdır. Məhkəmə isə həmin maddi normaları tətbiq etməmiş, onları nəyə görə tətbiq etmədiyini öz qətnaməsində əsaslandırmamış, əksinə, tətbi q edilməli olmayan 2000-ci ildə qüvvəyə minmiş AR Mülki Məcəlləsinin 228-ci maddəsini tətbiq etmişdir ki, bu halda məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir.

57. Məhkəmə kollegiyası iddianı rədd edərkən münasibətlər yaranarkən qüvvədə olan Mənzil Məcəlləsinin deyil, həmin zaman mövcud olmayan Mülki və Mənzil Məcəlləsinin normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinad etmişdir( 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cü maddəsi və 2000-ci il sentyabrın 1-də qüvvəyə minmiş Mülki Məcəlləsinin 228-ci maddəsi). Bu isə kobud prosesual pozuntu olmaqla qətnamənin ləğvi üçün əsasdır. Bu hal mövcud olduğu halda hazırkı qətnaməni qanuni və əsaslı hesab etmək olmaz və bu əsasla da qətnamə ləğv edilməlidi r.

58. Məhkəmə kollegiyası öz qətnaməsində münasibətlərin 1999 ildə yaranmasını qeyd edib, həmin vaxt qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməli olmasını göstərsə də, 1-ci instansiya məhkəməsinin qətnaməsini münahsibətlər yaranarkən hələ mövcud olmamış AR Mülki Məcəlləsinin maddi normalarını( 228-ci maddə) tətbiq etməklə ləğv etmiş və iddiasını rədd etmişdir. Bu isə tam qanunsuzluqdur. Məhkəmə kollegiyası öz səhv nəticəsini əsaslandırmaq üçün hətta onun iddiasının məzmun və tələbini də təhrif etmişdir.Belə ki, o, Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə əsaslanaraq cavabdehin mənzilə olan istifadə hüqunun itirilmiş hesab edilməsini tələb etdiyi halda, məhkəmə kollegiyası iddiasının adını dəyişərək, onu istifadə hüququna xitam verilməsi kimi qeyd etmiş, iddiaya bu yöndən yanaşmı ş və bu barədə olan, münasibətlər yaranarkən mövcud olmamış Mənzil Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından qiymətləndirmə apararaq belə bir qənaətə gəlmişdir ki, mənzildə hüququ olan şəxsin hüquqlarına kompensasiya verilmədən xitam verilməsi yolverilməzdir. Kollegiyanın bu yanaşması, 228ci maddəyə istinad etməsi və buna əsasən gəldiyi nəticə tam qanunsuz olmuşdur. Çünki münasibətlər yaranarkən qüvvədə olmuş Mənzil Məcəlləsində ümumiyyətlə istifadə hüququna xitam verilməsi məfhumu mövcud olmamışdır və o da həmin Məcəllənin tələblərinə uyğun olaraq məhz istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya onun iddiasını rədd etmək üçün iddianın məzmununu təhrif etməkdən və həmin zaman mövcud olmayan maddi hüquq normalarına istinad etməkdən də çəkinməmişdir.

59. Kassasiya şikayəti 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə Azərbaycan Respublikasının MPM-in 217.2, 218.1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

61. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

62. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanun vericilik normaları tətbiq edilir (qanunun analogiyası).

63. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

64. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarə darın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

65. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

66. Maddə

123. Y aşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 1999-cu ildən 2023-cü il tarixədək mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır. İddiaçı Cavabdeh könüllü olaraq bu evdən getdiyini, bu evdə yaşamaq istəmədiyini göstərmişdir. Kollegiya iddiaçının bu göstərdiklərini inandırıcı və işin fakti ki hallarına uyğun hesab etməmişdir. Belə ki, tərəflərin birgə nikah münasibətlərindən övladı olmamış, Cavabdeh 68 yaşında tək qadın olmaqla, o, 24 il bu evi öz evi hesab etmiş, 1999-cu ildən 2023-cü il tarixədək fasiləsiz və davamlı olaraq bu evdə yaşamışdır. O, başqa yaşayış sahəsinə malik deyildir. Onun yaşayış sahəsinə olan ehtiyacının bu və ya digər formada aradan qalxdığına dair heç bir sübut təqdim edilməmişdir. Kollegiyanın qənaətincə mənzildən getdikdən sonra müxtəlif qohumları evində müvəqqəti yaşaması Cavabdeh daimi yaşayış sahəsinə malik olması, yaşayış sahəsinə olan ehtiyacının aradan qalxması kimi qiymətləndirilə bilməz. İşin faktiki hallarına əsasən Cavabdeh mənzildən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri tərəflər arasında münasibətlərin pisləşməsi ilə bağlı o lmuşdur. Bu göstərilənlər Cavabdeh mənzildən könüllü istifadə etməməsinə dair nəticəyə gəlməyə əsas vermir və iddiaçının bu barədə göstərdiklərinə əsaslı şübhə yaradır. Kollegiya hesab etmişdir ki, hazırkı halda istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi, hüququn əldə edilməsini zəruri edən əsasların aradan qalxması (başqa yaşayış sahəsinin olması, könüllü olaraq mənzildən istifadə etməməsi və s.) məhkəmə araşdırması zamanı əsaslı şübhədən kənar mötəbər, təkzib olunmaz sübutlarla sübuta yetirilmədiyindən qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə müvafiq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi təklif olunsa da bu təklifə etiraz edilərək razılaşılmamışdır. Qeyd olunanları ümumiləşdirərək məhk əmə kollegiyası hesab etmişdir ki, kompensasiya ödənilmədən mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun olduğu işin mübahisəsiz halıdır. Odur ki, birləşdirilən iddia üzrə Cavabdeh mənzilə istifadə hüququnun tanınması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Eləcə də kollegiya birləşdirilən iddia üzrə mənzilə köçürülmə barədə tələbi də qanuni və əsaslı hesab etmişdir. Belə ki, mənzilə köçürülmə yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğu ilə bağlı olmaqla, Cavabdeh mənzilə istifadə hüququ tanındığından mənzilə köçülmə tələbi də təmin edilməlidir.

79. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası mə hkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

81. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-1038/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar