Məhkəmə qərarları › İş №2(1-8)-98/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-98/2026

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-98/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kirayə müqaviləsi, yaşayış sahəsinin kirayəsi, öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1342/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 150,9 kv.metr sahədən ibarət olan mənzil Cavabdeh adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

2. Cavabdeh (kirayəyə verən) (müqaviləyə etibarnamə üzrə nümayəndəsi X1 imza etmişdir) ilə "xxxx" ASC (kirayəçi) (bundan sonra - "xxxx" ASC və ya Bank) arasında xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlanmış, kirayəyə verən həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 150,9 kv. metr sahədən ibarət olan mənzili ayda 360 manat vergi ödənişi daxil olmaqla 3400 manata Banka kirayə vermiş, Bank 5 ay üçün hesablanmış 17.000 manat kirayə haqqını ilk 5 ay üçün hesablanmış vergi ödənişl əri daxil olmaqla hesablanmaqla Cavabdeh birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 11 ay müddətinə bağlanmışdır. 3. “Debet haqqında bildiriş”, “Hesabdan çıxarış” və Bankın xx.xx.2024-cü il tarixli arayışına əsasən vergi ödənişləri çıxıldıqdan sonra Cavabdeh 5 aylıq kirayə haqqı olan 14.620 manat Bank tərəfindən ödənilmişdir. 4. “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13 №-li kirayə müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 1 №-li Əlavə sazişin predmetini müqaviləyə xitam verilməsi təşkil edir. Tərəflər bu sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəliblər ki, onlar arasında imzalanmış müqaviləyə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin. Həmin sazişi imzalamaqla tərəflər razılaşıb və təsdiq ediblər ki, müqaviləyə xitam v erilən tarixə kirayə verənin kirayəçiyə ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. Həmin Sazişin qüvvəyə minməsi və kirayə verənin kirayəçiyə bu Sazişin 2.2-ci bəndində nəzərdə tutulmuş borc məbləğini ödəməsi ilə müqavilə üzrə tərəflərin bütün hüquq və öhdəliklərinə xitam verilir. Saziş hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir.

5. Bank tərəfindən Cavabdeh müqavilə üzrə borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, Cavabdeh Banka 5848 manat borcunun mövcud olması və qeyd olunan borc məbləğinin hələ də Banka ödənilməməsi, bunu nəzərə almaqla müqavilə üzrə öhdəliklərə uyğun olaraq müvafiq borc məbləğinin xx.xx.2023-cü il tarixinədək bildirişə əlavə olunmuş bank hesabına köçürməklə Banka ödənilməsi xa hiş edilmiş, əks təqdirdə həmin məbləğin tələb edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kirayə müqaviləsinə əlavə sazişə əsasən Bank tərəfindən cavabdehə kirayə haqqı olaraq qabaqcadan ödənilmiş 5848 manat və dövlət rüsumuna görə ödənilmiş 78,88 manat vəsaitin, o cümlədən 0,4 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Əlavə sazişin 2.2-ci bəndinə görə bu sazişi imzalamaq la tərəflər razılaşır və təsdiq edirlər ki, kirayə müqaviləsinə xitam verilən tarixə kirayə verən Cavabdeh kirayəçiyə (Banka) ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. Bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli “Bildiriş (müqavilə üzrə borcun ödənilməsinə dair)” göndərilmişdir. Müvafiq bildiriş nəticəsiz qalmış və Cavabdeh Bank qarşısında olan öhdəliklərini icra etməmişdir.

8. Məhkəmə iclasında Bankın nümayəndəsi izahat verərək bildirmişdir ki, “Vugar Babayev Elektron ünvan 1” ünvanından, Elnara Heydarova “Elnara.HElektron ünvan 2” ünvanına xx.xx.2023-cü il tarixində, saat 19:06-da göndərilmiş, mövzusu “Port Baku menzil 608b documents” olan elektron məktubda (email) qeyd edilmişdir ki, “Hörmətli Elnarə xanım, X8 608B mənzi li ilə bağlı sənədləri Sizə təgdim edirəm. Mügaviləni hazır edib mənə geri göndərməyinizi xahiş edirəm. Link to chixarish https://eemlak.gov.az/eemdk/az/CheckElectronExtract?id=D5C9CA213039416DB4382B2 604ADB 883”. Tərəflər arasında olan faktiki münasibətlərə əsasən ehtimal edilir ki, “Vugar Babayev Elektron ünvan 1” ünvanından müvafiq elektron məktubu göndərən şəxs “Vüqar A.Babayev” olmuş (mobil nömrəsi ***-***-**-**) və o cavabdehə vasitəçilik (makler) xidmətlərini göstərmiş, sözügedən münasibətlərdə cavabdehin təmsilçisi kimi çıxış etmişdir. Onun tərəfindən Bankın əməkdaşı Elnarə Heydərovaya göndərilmiş həmin elektron məktubdan anlaşılır ki, həmin yazışmada söhbət tərəflər arasında bağlanılacaq müvafiq kirayə müqaviləsindən getmişdir. Belə ki, həmin elektron məktubda qeyd edilmiş rəsmi k eçidə daxil olduqda həmin keçidin Cavabdeh mülkiyyətində olan mənzilin (tərəflər arasında olan kirayə müqaviləsinin obyekti olan mənzilin) reyestr çıxarışı olması məlum olmuşdur. Elnara Heydarova ünvanından Vugar Babayev ünvanına, xx.xx.2023-cü il tarixində, saat 11:42-də göndərilmiş, mövzusu “RE: Port Baku menzil 608b documents” olan elektron məktubda (e-mail), “Salam, Buyurun” qeyd edilmiş və müvafiq müqavilə layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, xx.xx.2023-cü il tarixində, saat 11:32-də göndərilmiş, mövzusu “Emailing: Təhvil-təslim Mehmet-13” olan elektron məktubla (email), müvafiq təhvil-təslim aktının layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarova ünvanından, Vu gar Babayev ünvanına, xx.xx.2023-cü il tarixində, saat 17:11-də göndərilmiş, mövzusu “Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. Xitam sazişi məktuba əlavə olunub. Zəhmət olmasa tanış olub öz rəyinizi bildirin” mətni yazılmış müvafiq xitam sazişinin layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, xx.xx.2023-cü il tarixində, saat 11:45-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. Siz qeyd eydiyiniz düzəliş nəzərə alındı.” mətni yazılmış müvafiq xitam sazişinin dəyişiklik edilmiş layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, xx.xx.2023-cü il tarixində, saat 16:27-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. Zəhmət olmasa Saziş iki nüsxədə imzalanmış şəkildə əslini sabah gün ərzində bizə çatdırılmasını təmin edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi və imzaladıqdan sonra geri göndərilməsi üçün). Elnara Heydarova ünvanından, Vugar Babayev ünvanına, xx.xx.2023cü il tarixində, saat 15:57-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), Salam Vüqar m. İmzalanmış sənədi təqdim edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun imzalanmış nüsxəsinin skan edilmiş versiyası vasitəçiyə təqdim edilmişdir. Cavabdeh Bank qarşısında olan öhdəliklərini icra etməmiş, bundan sonra iddiaçı öz hüquqlar ını qorunmaq üçün məhkəməyə müraciət etmişdir. Bank məhkəməyə müraciət edərkən müvafiq xitam sazişinin tərəflər arasında bağlanmasına etimad etmişdir. Çünki tərəflər arasında olan işgüzar münasibətlərdən göründüyü kimi, müvafiq proseslərdə müvafiq vasitəçi cavabdehin nümayəndəsi kimi iştirak etmişdir və Bank sənəd mübadiləsini həmin şəxslə apararkən etimad etmişdir ki, bundan cavabdehin xəbəri olmuşdur və xitam sazişi cavabdehin iradə ifadəsini ehtiva edir. Ekspert rəyindən sonra Banka məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquqazidd əməllər törədilmiş və Bankın hüquqları pozulmuşdur. Müvafiq imzanın kim tərəfindən atılması faktı onla ra məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək Bank tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli vəsatət təqdim edilmiş və məhkəmədən mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi-nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir. Yuxarıda adıçəkilən sübutlar (vasitəçi (nümayəndə) ilə yazışmalar, imzalanmış sazişin vasitəçi (nümayəndə) tərəfindən iddiaçıya təqdim edilməsi və s.) onu təsdiq etmişdir ki, cavabdehin tərəflər arasında olan mülki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilməsind ən xəbəri olmuşdur (xəbəri olmalı idi) və onun hazırda məhkəmə iclasında faktiki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilməsini inkar etməsi mülki-hüquq nöqteyi-nəzərindən vicdanlı davranış hesab edilmir. Tərəflər arasında olan mülki münasibətlərə həqiqətən də xx.xx.2023-cü il tarixində xitam verilməsi özünü digər sübutlarla da təsdiq edir. Belə ki, məlum olduğu kimi, tərəflər arasında olan müqaviləyə əsasən, kirayə obyekti kirayəçi tərəfindən kirayəçinin əməkdaşı X9 yaşayış məqsədləri üçün istifadə olunacaq. İddiaçının müvafiq müqaviləni bağlamaqda məqsədi onun əməkdaşı olan X11 üçün yaşayış yerini təmin etmək olmuşdur. Tərəflər arasında olan müqaviləyə xitam sazişi ilə xx.xx.2023-cü il tarixində xitam verilməsinə etimad edən və buna əsasən növbəti addımları atan Bank müvafiq əməkdaşına yeni yaşayış yeri təmin etmək üçün başqa şəxslə kirayə müqaviləsi bağlamışdır. Belə ki, əvvəlcə qeyd etmək lazımdır ki, yeni yaşayış yerinə X11 faktiki olaraq xx.xx.2023-cü il tarixində yerləşmişdir. Bunu iş materiallarında olan X11 və X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhviltəslim aktı təsdiq edir. Bank öz əməkdaşı üçün, cavabdeh ilə müqaviləyə xitam verildikdən dərhal sonra, konkret olaraq 1 gün sonra yaşayış yerinin təmin edilməsi üçün zəruri tədbirlər görmüş, müvafiq əməkdaş yeni yaşayış yerinə daxil olması ilə bağlı aktı imzalamışdır. Buna səbəb (müqavilədən qabaq faktiki münasibətlərin yaranmasına səbəb) vəziyyətin təxirəsalmaz və təcili xarakter daşıması olmuşdur. Belə ki, Cavabdeh məxsus olan mənzildən (kirayə obyektindən) çıxdıqdan sonra Bankın əməkdaşı X11 yaşayış yeri olmadan qala bilməzdi. Buna görə də o, yeni tapılmış mənzilə dərhal yerləşmişdir. Müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra tərəflər (Bank və müvafiq mənzilin mülkiyyətçisi X3) müvafiq faktiki münasibətləri müqavilə ilə rəsmiləşdirmişlər. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Beləliklə, bu sübutlar və işin faktiki halları da bir daha təsdiq etmişdir ki, Bank və Cavabdeh arasında olan mülki münasibətlərə faktiki olaraq xx.xx.2023-cü il tarixində xitam verilmiş, cavabdehin bundan xəbəri olmuş (xəbəri olmalı idi), buna görə də Bank öz əməkdaşı üçün yeni mənzil tapmış və əməkdaş xx.xx.2023-cü il tarixindən Cavabdeh evindən çıxdığına görə xx.xx.2023-cü il tarixində yeni bir mənzilə köçmüşdür.

9. Cavabdeh tərəf iddia tələbinə etira z edərək, kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə sazişə cavabdeh tərəfindən imza edilmədiyini bildirmiş, bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

10. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1244 №-li məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13 №-li kirayə müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əlavə saziş №1” adlı sənəddə “Kirayə verən” bölməsində ”620580 №-li etibarnamə əsasında nümayəndəsi X2 (ŞA/AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X2 və Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Məhkəmə iclasında cavabdeh in nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı tələblərinin hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin 6.5-ci maddəsinə, həmin kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə sazişə istinad etmiş və həmin sazişin şərtlərində də cavabdehin Banka 5848 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı sazişdəki imzanın cavabdehə məxsus olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçı digər, işə aid olmayan bir sıra sənədlər təqdim edərək cavabdehin bundan xəbəri olduğunu sübuta yetirməyə çalışmışdır. İddiaçının təqdim etdiyi digər sənədlərin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına heç bir aidiyyəti yoxdur. İşin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə istifadə üçün təhvil verib əvəzində ödənişi qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etmişdir. İddia tələbində cavabdehin müqavilənin şərtlərini pozması, götürmüş olduğu öhdəliyi icra etməməsi və ya nöqsanları aradan qaldırmaması nəticədə kirayəçinin mənzildən istifadəsinə hər hansı maneə yaranması və s. kimi əsaslara istinad edilməmişdir. Sadəcə tərəflərin razılaşaraq qərarlaşdıqlarını və xitam sazişində tərəflərin qaytarılmasına razılaşdıqları məbləğin geri ödənilməsinə istinad edilm işdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə olan halda müqavilə qüvvədə olmuş sayılır və tərəflərin götürmüş olduğu öhdəliklərin icrası ilə yüklü olduqları bir müqavilə şərtləri olduğu halda kirayəçi öz öhdəliklərini kobud şəkildə pozaraq kirayə verənə bu barədə məlumat vermədən, mənzili təhvil təslim etmədən, razılaşma əldə etmədən, müqaviləyə xitam verilməsi ilə bağlı mövqeyini kirayə verən tərəfə bildirmədən şəxsi ambisiyaları səbəbindən mənzili tərk edib getmişdir. Kirayə verən olaraq cavabdehin vəzifəsi deyildir ki, davamlı olaraq kirayəçinin mənzildə olub-olmamasını, mənzildən istifadə edib-etməməsini yoxlasın, tez-tez mənzilinə gəlib kirayəçini narahat etsin. Kirayə müqaviləsi üzrə ödəniş müqavilə şərtindən irəli gələrək 5 ay lıq birdəfəlik ödəniş formasında icra edildiyi üçün kirayə verən də mənzili təhvil verərək, öhdəliyini icra etmiş, kirayəçinin orada nə qədər qalıb-qalmamasında, hara gedib-gəlməsində maraqlı olmamışdır. İddiaçı tərəf məhkəməyə kirayə müqaviləsi təqdim edərək guya cavabdehlə müqaviləyə xitam verildikdən sonra başqa şəxsə məxsus mənzilə dair kirayə müqaviləsi bağladıqlarını və əməkdaşlarının orada qaldıqlarını bildirmişdir. Bununla bağlı qeyd edilmişdir ki, həmin müqavilə cavabdeh üçün hər hansı öhdəlik yaratmadığı kimi hazırkı iş üzrə də sübut hesab edilə bilməz. Mülki Məcəllənin əsas prinsiplərindən biri də müqavilə azadlığı prinsipidir ki, iddiaçı tərəf həmin hüququndan istifadə edərək sərbəst şəkildə müqavilə bağlamışdır. İddiaçının başqa şəxslərlə yeni müqavilə bağlaması öz-özlüyündə c avabdehlə olan müqavilənin xitamına səbəb olmur. Qarşı tərəf vicdanlı davranmamış, vicdanlı kirayəçi vəzifəsini pozmuş, mənzili tərk etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklif belə verməmişdir. Zamanında qanunvericiliyin tələblərinə riayət olunaraq müqaviləni ləğv edilməsi ilə bağlı təklif göndərilmiş olsa və niyyətlərini bildirmiş olsalar, nə kirayəçi zərərə uğrayardı, nədəki kirayə verən çünki, müqavilə ləğv ediləcəyi təqdirdə təmsil etdiyi şəxs mənzili təhvil alaraq zamanında başqa şəxsə kirayə verməklə həmin pulu yenə qazanacaqdı və iddiaçı da eyni qaydada geri aldığı pul ilə başqa mənzilin ödənişini edəcəkdi. Burada risk iddiaçının üzərinə düşür, cavabdeh ilə ləğv edilməmiş müqaviləsi olmasına və həmin müqavilə üzrə 5 aylıq ödənişi birdəfəlik etməsinə baxmay araq yenidən başqa şəxs ilə müqavilə bağlayıbsa nəticəsi ilə də razılaşmalıdır. İddiaçının Vüqar Babayev adlı şəxs ilə yazışmasını əks etdirən sənədlərə münasibətdə qeyd edilmişdir ki, həmin sənədlər sübut qismində qəbul edilə bilməz. Həmin şəxsin cavabdehə heç bir aidiyyəti yoxdur, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilməmişdir, nədəki, mətndə qeyd edilmiş məlumatlar cavabdehə çatdırılmamışdır. Cavabdeh kirayəçinin mənzildən getməsindən, mənzili boşaltmasından məlumatsız olmuşdur. Təqdim edilən sənədlərin cavabdehə heç bir aidiyyəti yoxdur. Bu günədək hansı əsasla mənzili istifadə etmədiklərini, nə üçün başqa mənzil tutduqlarını bildirməmişlər. Halbuki, Mülki Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Ə mlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1288/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Muradağa Qasımov).

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçının iddiasının əsasını kirayə müqaviləsinin xitamının tərəflərin qarşılıqlı razılığı təşkil etmişdir. Bu zaman iddiaçı tərəflər arasında imzalandığını iddia et diyi xx.xx.2023-cü il tarixli, 1 №-li əlavə sazişə istinad etmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 1 №-li əlavə saziş cavabdeh və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmamışdır. Bu hal ona dəlalət edir ki, həmin kirayə müqaviləsinə qarşılıqlı razılaşma əsasında deyil, bir tərəfli qaydada, Bank tərəfindən ləğv edilmişdir. Bank tərəfindən birtərəfli qaydada müqavilənin ləğv edilməsi müqavilənin tələblərinə və qanunazidd olduğuna görə məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kirayə müqaviləsi xx.xx.2023-cü il tarixdən sonra da xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur.

14. Tərəflər arasındakı müqavilə 11 ay müddətinə bağlanmış, ilk 5 ayın ödənişi müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən ödənilmiş, mənzil cavab deh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Göründüyü kimi müqavilənin şərtlərinə görə cavabdeh müqavilə üzrə üzərinə götürmüş bütün öhdəliklərini tam yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə cavabdehə təhvil verib əvəzində 5 ayın ödənişini qabaqcadan qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini tam icra etmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Əksinə, iddiaçı öz üzərinə götürdüyü öhdəliyi pozaraq cavabdehə bu barədə məlumat vermədən, birtərəfli qaydada kirayə müqaviləsinə xitam vermişdir.

15. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli 1 №-li əlavə sazişin heç bir hüquqi qüvvəsi yoxdur. Bu faktı iddiaçı özü də, məhkəmə çıxış ı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində təsdiq etmişdir. Belə ki, iddiaçı məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində göstərmişdir ki, «Ekspert rəyindən sonra Banka məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquqazidd əməllər törədilmiş və Bankın hüquqları pozulmuşdur (çünki Bank ilk növbədə həmin sənədə etimad edərək məhkəməyə müraciət etmişdir). Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyildir (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəl i gələrək Bank tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli vəsatət təqdim edilmiş və məhkəmədən mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi-nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir.»

16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunazidd olmuş, maddi və prosessual hüquq normaları nın pozulması ilə müşayiət edilmiş, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi yanaşmalarına, o cümlədən doktrinada mövcud yanaşmalara zidd olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında olan kirayə müqaviləsi xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Amma məhkəmə bunu hansı sübuta əsasən etdiyini əsaslandırmamışdır. Halbuki, bu məsələ işin həlli üçün önəmli xarakter daşıyır. Məhkəmə cavabdeh tərəfi iclasa cəlb edib faktiki münasibətlərinin nə vaxt bitməsini araşdırmamışdır.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-303/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, 5848 manat məbləğində pu lun, 78,48 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5926,88 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Banka verilməsi qət edilmişdir (hakimlər - A.Novruzova (sədrlik edən və məruzəçi), M.Əsədli və T.Heydərov).

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh öz konklyudent hərəkətləri ilə mülki hüquqi münasibəti qurmaq üçün “Vüqar Babayev” adlı şəxsi faktiki nümayəndəsi kimi seçməsi, həmin şəxsin cavabdehə məxsus daşınmaz əmlakın çıxarışının müqavilənin hazırlanması üçün e-mail ilə iddiaçıya təqdim etməsi (hətta kirayə verilmiş əmlakın Cavabdeh məxsus olmasına dair linkin mail vasitəsilə göndərilməsi), bundan sonra tərəflər arasında həqiqətən də notariat qaydada müqavilənin bağlanması, daha sonra həmin şəxsin müqavilənin xitamı üçün iddiaçı ilə e-mail ilə yazışması, daha sonra cavabdehin iddiaçıdan 5-ci aydan sonra heç bir kirayə haqqını tələb etməməsi, ümumiyyətlə iddiaçıya qarşı müvafiq müqavilədən irəli gələn heç bir tələbinin olmaması və s. ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Vüqar Babayevin cavabdehi təmsil etmək üçün zəruri əsas - cavabdeh tərəfindən ona verilmiş etibarnamənin olmasıdır. Lakin iddiaçının nümayəndəsi belə bir etibarnaməni məhkəməyə təqdim etməmiş, eləcə də belə bir etibarnamənin mövcud olduğunu sübuta yetirə bilməmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, tərəflərin müqavilə bağlamaqla bağlı niyyətləri olduğu andan xitamınadək tərəflər arasındakı yazışmalar cavabdeh tərəfin nümay əndəsi kimi Vüqar Babayev vasitəsilə aparılmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən Vüqar Babayevin səlahiyyətli şəxs olub-olmaması yalnız etibarnamənin mövcud olmaması ilə əsaslandırılmış, şifahi tapşırıq müqaviləsi ilə yazışmaların həyata keçirilməsinin mümkünlüyü də nəzərə alınmamışdır.

21. Cavabdeh xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlandığı zaman mail vasitəsilə yazışmalar aparmış Vüqar Babayevin hərəkətlərini bəyəndiyi halda, sonrakı hərəkətlərin aparılmasında ondan imtina etməsi və ya həmin şəxsin cavabdehə heç bir aidiyyətinin olmadığını, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilmədiyini ifadə etməsi inandırıcı deyildir. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixli kirayə müqaviləsinin bağlanılması və müqavilədən irəli gələn digər tapşırıqların yerinə yetirilməs i üçün zəruri olan hərəkətlərin icrasını Vüqar Babayev adlı şəxsə həvalə etməsi, lakin sonradan onu səlahiyyətli şəxs hesab etməməsi ağlabatan və məntiqli olmamaqla “venire contra factu proprium” prinsipinə ziddir. Dolayısı ilə, iddiaçının həmin müqavilə münasibətindən irəli gələn digər törəmə hərəkətlərin cavabdehin nümayəndəsi kimi Vüqar Babayev tərəfindən aparılmasına inanaraq etimad göstərməsi, yəni həmin əlavə sazişi etibarlı sayması məntiqli və əsaslıdır. Nəzərə almaq lazımdır ki, əqdin zəruri elementi kimi yalnız həqiqi iradə ifadəsi yox, həmçinin ehtimal olunan iradələr də əsas götürülür. Bu cür yanaşmaya hüquqda etimad prinsipi (confidence principle) deyilir.

22. İddiaçı tərəf cavabdehin əvvəlki davranışına (yəni xx.xx.2023-cü il tarixdə bağlanmış kirayə müqaviləsi bağlandığı vaxt ) və onun faktiki nümayəndəsinin davranışına əsaslanaraq əlavə sazişin qüvvədə olduğuna, müqavilə münasibətinə xitam vermək barədə istəyinin cavabdehə bildirməsinə haqlı olaraq etimad bəsləmişdir. Bu prinsip “estoppel” prinsipi ilə də sıx bağlıdır. Estoppel prinsipi onu ehtiva edir ki, əgər bir şəxs əvvəlcədən müəyyən davranışı ilə müəyyən hüquqi vəziyyət yaradıbsa, sonradan bu vəziyyətə zidd mövqe tuta bilməz. Belə ki, cavabdeh özü müqavilə üzrə öhdəlikləri qəbul etmiş və müəyyən müddət ərzində müqavilənin qüvvədə olmasına qarşı çıxmamışdır. Müqavilə üzrə icra hərəkətləri yerinə yetirilib və bu cavabdehin razılıq verdiyini göstərir. Bank isə bu davranışa əsaslanaraq, müqavilə və onun əlavəsinin hüquqi qüvvədə olduğunu düşünüb və buna uyğun qərarlar vermişdir. Cavabdehin əks iddiası, iddia çının haqlı gözləntilərinə və vicdanlılıq prinsipinə ziddir. Eyni zamanda bu cavabdeh tərəfindən hüquqdan sui-istifadəsinə şərait yaratmış olar.

23. İşin hallarından göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixli əlavə sazişin icrasına qarşı çıxmamış, iddiaçı məhkəməyə müraciət edənədək onu bu və ya digər formada mübahisələndirməmiş, əksinə konklyudent hərəkətləri və susmaq yolu ilə həmin əlavə sazişi və icrasından irəli gələn hüquqi nəticələri, dolayı yolla iradəsini ifadə edərək qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, iradə ifadələri hüquqda mühüm anlayışdır və əsasən şəxsin hüquqi nəticələr doğuran hərəkətlərinin xarici aləmdə hansı şəkildə əks olunduğunu göstərir. İradənin ifadə formalarına birbaşa (açıq) iradə ifadəsi ilə yanaşı, dolayı (gizli, konklyudent), susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi və digər formaları aiddir. Belə olan halda imza məsələsini mübahisələndirərək həmin sazişdən irəli gələn hüquqi nəticələri inkar etmək isə hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər, çünki cavabdeh tərəf sazişin nəticələrindən yararlanaraq sonradan onun etibarlılığına etiraz etməyə çalışır. Hüquqdan bu cür qeyri-düzgün istifadə mülki dövriyyənin sabitliyini pozur və vicdanlı olan iddiaçı tərəfin qanuni maraqlarına zərər vurur. Buna görə də, iddiaçı tərəf əlavə sazişdən irəli gələn vəzifələrin icrasını tələb etməkdə haqlıdır.

24. Əgər yalnız tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əlavə sazişdə olan imzanın kim tərəfindən icra edilməsi ilə bağlı ekspert rəyinin nəticələrinə əsaslanarsa, bu aşağıdakı hüquq pozuntularına səbəb olar: həqiqi irad ənin nəzərə alınmaması - çünki cavabdehin konklyudent hərəkətləri, əqdi bəyənməsi onun həmin əlavə sazişlə bağlı razılığını və onun bəyəndiyini göstərir, lakin bu, formal sübutlarla inkar edilir. Sübutetmə yükünün qeyri-bərabər paylanması - əgər yalnız ekspert rəyi əsas götürülərsə, bu müqavilə tərəflərindən birinin hüquqi mövqeyini zəiflədər və qarşı tərəfin konklyudent hərəkətləri nəzərə alınmaz. Prosessual ədalət prinsipinin pozulması - formal sübutların üstün tutulması məhkəmənin obyektiv və hərtərəfli araşdırma aparmaq vəzifəsinə ziddir.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125,129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 357, 421, 423, 425, 442, 560, 697-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 v ə 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, Vüqar Babayevin kim olması cavabdehə məlum deyildir. Cavabdeh tərəfindən Vüqar Babayev adlı şəxsə təmsilçilik səlahiyyəti verilməmişdir. Yalnız bir dəfə cavabdeh mülkiyyətindəki əmlakı icarəyə vermək üçün internetdə elan yerləşdirilməsi üçün alqı-satqı ofislərinə müraciət etmiş öz şəxsi nömrəsini qeyd etmişdir və iddiaçı birbaşa mülkiyyətçi və onun əri ilə etibarnamə üzrə nümayəndəsi ilə əlaqəyə keçərək şərtlər barədə razılaşdıqdan sonra notariat ofisinə gedərək kirayə müqaviləsi bağlamışlar. Kirayə müqaviləsindən də göründüyü kimi, müqavilə Bank ilə mülkiyyətçinin nümayəndəsi Məhəmməd Mirzəyev arasında bağlanmışdır. Məhkəmənin qeyd etdiyi kimi əgər Vüqar Babayev cavabdehi təmsil etmiş olsa idi, elə ilk gündən müqavilə onunla bağlanmış olardı. Həmin şəxsin kim olması cavabdeh tərəfə məlum deyildir. Ehtimal olunur ki, həmin şəxs mənzilin icarəyə verilməsi ilə bağlı elanı internetə yerləşdirən şəxsdir ki, onun da işi elanı internetə yerləşdirməklə bitmişdir, sonrakı prosedurda birbaşa mülkiyyətçinin nömrəsi qeyd edildiyi üçün Bankın səlahiyyətli şəxsləri mül kiyyətçi ilə əlaqə saxlamış, danışıb razılaşdıqdan sonra onunla müqavilə bağlamışlar. Həmin şəxs elanın yerləşdirilməsindən sonra heç bir yerdə mülkiyyətçini təmsil etməmiş, onun adından danışmamış, hər hansı tapşırığı icra etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Vüqar Babayev mənzilin çıxarışını mail ilə iddiaçıya təqdim etmişdir. Məhkəmənin qeyd etdiyi bu fakt müqavilə bağlanmazdan əvvəlki dövrə aiddir və yuxarıda qeyd etdiyi faktı təsdiq edir. Məhkəmə qətnaməsində Vüqar Babayevin müqavilənin xitamı üçün iddiaçı ilə e-mail ilə yazışmasını qeyd etmişdir (səh. 14, 6-cı abzas). İş materiallarında bu halı təsdiq edəcək heç bir sənəd, sübut yoxdur. Müqavilə bağlandıqdan sonrakı dövrə aid iddiaçı tərəf Vüqar Babayev adlı qeyd etdiyi şəxs ilə mülkiyyətçi arasında münasibətləri, təmsilçilik faktın ı təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişlər, məhkəməyə sübut əhəmiyyəti olmayan boş yazışmalar təqdim etmişlər ki, həmin yazışmalara da baxıldıqda tək tərəfli yazıldığı, qarşı tərəfin həmin mesajları qəbul etmədiyi, cavab vermədiyi və ya qarşı tərəfə həmin mesajların çatmadığı bəlli olur. Bundan əlavə məhkəmə qətnamənin 14-cü səhifəsi, sonuncu abzasında qeyd etmişdir ki, “Halbuki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin müqavilə bağlamaqla bağlı niyyətləri olduğu andan xitamınadək tərəflər arasındakı yazışmalar cavabdeh tərəfin nümayəndəsi kimi Vüqar Babayev vasitəsilə aparılmışdır”. Bu ifadə də həqiqəti əks etdirmir, iş materialında məhkəmənin bu nəticəyə gəlməsi üçün əsas olan heç bir sübut yoxdur. Məhkəmənin bu mövqeyi iş materialları ilə təqdim edilmiş sənədlər ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə qətnaməsində cavabdehin vicdanlı hərəkət etmədiyini, hüquqdan suiistifadə etdiyini bildirmiş, lakin iddiaçının qanunvericiliyin tələbindən irəli gələn, müqavilədə götürmüş olduğu vəzifələrinə riayət etməyərək təhvil təslim etmədən, özbaşına çıxıb getməklə kirayə verənə vurmuş olduğu zərəri nəzərə almamışdır. Tərəflər arasında təhvil təslim edilməməsinin səbəbini araşdırmamışdır. Vaxtından əvvəl müqaviləyə xitam vermək niyyətləri var idisə, mülkiyyətçiyə bu barədə telefon ilə, whatsapp ilə niyə məlumat verilməməsini araşdırmamışdır. Mənzilin açarının təhvil verilib-verilməməsini araşdırmamışdır. İddiaçının istinad etdiyi Vüqar Babayev adlı şəxs ilə bağlı həqiqətin ortaya çıxarılması üçün 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb etməmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1944/2025 nömrəli, 24 iyun 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər - Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), R.Həsənov və A.Abbasov).

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin özünün konklyudent hərəkətləri iddiaçı tərəfindən təqdim edilmiş Əlavə sazişi, mənzil kirayəsi müqaviləsinin vaxtından əvvəl xitam verilməsini bəyənməsi barədə qənaətə gəlmək üçün kifayət qədər əsaslar olmamışdır. Bunun üçün ilk növbədə müqavilənin özünün mövcud olması, faktiki təm silçi kimi göstərilən Vüqar Babayev adlı şəxsin varlığı, onun kirayə verən cavabdehin adından çıxış etməsi, həmin hallar müəyyən edildiyi halda isə cavabdehin halları bəyənməsi etibarlı sübutlarla öz təsdiqini tapmalı olmasını apellyasiya məhkəməsi diqqətdən qaçırmışdır.

30. İş materiallarındakı elektron yazışmalarda Vüqar Babayev adlı şəxsin "xxxx" ASC ilə tərəflər arasında 2 may 2023-cü il tarixli mənzil kirayəsi müqaviləsinin bağlanması ilə əlaqədar qeydlər olsa da, həmin müqavilə cavabdehin nümayəndəsi kimi əri X2 tərəfindən imzalanmışdır, müqavilə bağlanandan sonra isə onun dəyişdirilməsi, ləğv olunması və ya xitamı ilə əlaqədar hər hansı yazışmaların olması müəyyən olunmur.

31. Tərəflər arasındakı mənzil kirayəsi müqaviləsi notarial qaydada təsdiqlənmiş, həmin müqavilənin xitam olunm asına dair 27 iyul 2023-cü il tarixli Əlavə saziş də Mülki Məcəllənin 423.1-ci maddəsinə görə eyni formada, yəni yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməli idi. Lakin nəinki bu qaydalara riayət olunmamış, ümumiyyətlə müqavilənin kirayə verən tərəfin, o cümlədən apellyasiya məhkəməsinin faktiki təmsilçi kimi göstərdiyi Vüqar Babayev adlı şəxs tərəfindən imzalanması müəyyən olunmur. X10 adlı şəxsin mənzil kirayə müqaviləsinə xitam verilməsi barədə kirayəçi ilə yazışmalarının olması qəbul olunsa belə, onun tərəfindən həmin Əlavə sazişin bağlanması, imzalanması üçün hər hansı hərəkətlərin olunması müəyyən edilmir. Belə olan halda həmin Əlavə sazişin mövcud olması istisna edilir. Mövcud olmayan müqavilənin, yaxud həmin müqavilənin bağlanması üçün faktiki təmsilçi Vüqar Babayev tə rəfindən edilmiş hərəkətlərin hər hansı bir şəxs, həmçinin kirayə verən tərəfindən bəyənilməsi mümkün deyildir, məntiqsizdir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, kirayəyə verən cavabdehin mənzil kirayəsi müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə əlavə sazişi bəyənməsi ilə bağlı hərəkətləri (hərəkətsizliyi), yəni bu barədə məlumatlı olması, kirayəçi tərəfindən müqavilə şərtlərinə əməl olunmamaqla kirayə haqqını ödəməməsi, buna iradını bildirməməsi kimi hərəkətsizliyinin əlavə sazişin bağlanmasını təsdiq etməsi kimi dəyərləndirməkdə də apellyasiya məhkəməsi səhvə yol vermişdir.

33. Göstərilən dəlillərdən başqa işin mübahisəsiz halına görə kirayəçi 5 aylıq kirayə haqqını əvvəlcədən ödəmişdir, müvafiq olaraq bu dövr üçün kirayə verən kirayəçidən haqq tələb edə bilməzdi. Kirayəçi tərəfindən mənzil kirayə müqaviləsinə vaxtındın əvvəl xitam verilməsi barədə Əlavə sazişdən başqa hər hansı bir digər sənəd, xüsusilə mənzilin mülkiyyətçisi olan cavabdehə təhvil verilməsi barədə sənəd təqdim olunmamışdır. Belə olan halda cavabdehin 5 aylıq kirayə haqqının əvvəlcədən ödənildiyi dövr üçün kirayəçidən kirayə müqaviləsi üzrə hansı vəzifələrin icrasını tələb etməli, yaxud iradını bildirməli olması aydın deyildir. İddiaçı Bankın əməkdaşının mənzildə yaşayıbyaşamamasına, mənzildən istifadə olunub-olunmamasına nəzarət etmək isə kirayə verənin vəzifəsi deyildir.

34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357, 421.1, 421.2, 423.1, 425.1, 442, 560.1, 560.2, 560.3, 697.3-cü, MPM-in 14.2, 77.1, 88, 217.2, 407.2, 416.1-ci maddələrinə və Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad edərək əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1342/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 4 noyabr 2024-cü il tarixli, 2(049)1288/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - M.Sadıqov (sədrlik edən və məruzəçi), F.Hüseynov və Y.Həşimov).

36. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir.

37. İş üzrə toplanmış sübutları t ədqiq edərkən məlum olmuşdur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, kirayə verən cavabdehin mənzil kirayəsi müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Əlavə sazişi bəyənməsi ilə bağlı hərəkətləri (hərəkətsizliyi), yəni bu barədə məlumatlı olması, kirayəçi tərəfindən müqavilə şərtlərinə əməl olunmamaqla kirayə haqqını ödəməməsi, buna iradını bildirməməsi kimi hərəkətsizliyinin Əlavə sazişin bağlanmasını təsdiq etməsi kimi dəyərləndirməkdə də apellyasiya məhkəməsi səhvə yol vermişdir. Göstərilən dəlillərdən başqa işin mübahisəsiz halına görə kirayəçi 5 aylıq kirayə haqqını əvvəlcədən ödəmişdir, müvafiq olaraq bu dövr üçün kirayə verən kirayəçidən haqq tələb edə bilməzdi. Kirayəçi tərəfindən mənzil kirayə müqaviləsinə vaxtındın əvvəl x itam verilməsi barədə Əlavə sazişdən başqa hər hansı bir digər sənəd, xüsusilə mənzilin mülkiyyətçisi olan cavabdehə təhvil verilməsi barədə sənəd təqdim olunmamışdır. Belə olan halda cavabdehin 5 aylıq kirayə haqqının əvvəlcədən ödənildiyi dövr üçün kirayəçidən kirayə müqaviləsi üzrə hansı vəzifələrin icrasını tələb etməli, yaxud iradını bildirməli olması aydın deyildir. İddiaçı Bankın əməkdaşının mənzildə yaşayıbyaşamamasına, mənzildən istifadə olunubolunmamasına nəzarət etmək isə kirayə verənin vəzifəsi deyildir. Cavabdehin özünün konklyudent hərəkətləri iddiaçı tərəfindən təqdim edilmiş Əlavə sazişi, mənzil kirayəsi müqaviləsinin vaxtından əvvəl xitam verilməsinin bəyənməsi barədə qənaətə gəlmək üçün kifayət qədər əsaslar olmamışdır. Bunun üçün ilk növbədə müqavilənin özünün mövcud olm ası, faktiki təmsilçi kimi göstərilən Vüqar Babayev adlı şəxsin varlığı, onun kirayə verən cavabdehin adından çıxış etməsi, həmin hallar müəyyən edildiyi halda isə cavabdehin halları bəyənməsi etibarlı sübutlarla öz təsdiqini tapmalı olmasını apellyasiya məhkəməsi diqqətdən qaçırmışdır.

38. İş materiallarından göründüyü kimi, iddiaçı məhz xx.xx.2023-cü il tarixdə 1 №-li Əlavə sazişə istinad edərək göstərmişdir ki, həmin sazişlə əvvəlki kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi barədə razılığı gəlinmiş, bu hala istinad edən iddiaçı tərəf Bank kirayəyə götürdüyü mənzildən 2 ay 22 gün istifadə etdiyi üçün, qabaqcadan kirayə haqqı olaraq 5 ay üçün ödənilmiş 14.620 manat məbləğdən həmin mənzildən faktiki olaraq istifadə etdiyi müddət üçün hesablanmış kirayə haqqı çıxılmaql a, 5 ay üçün nəzərdə tutulmuş istifadə hüququndan istifadə edilməmiş qalan 2 ay 8 gün üçün qabaqcadan ödənilmiş 5848 manat məbləğində kirayə haqqının cavabdehdən alınaraq onlara verilməsini xahiş edir.

39. Cavabdeh tərəf isə onlar arasında bağlanmış kirayə müqaviləsinin qarşılıqlı razılaşma əsasında xx.xx.2023-cü il tarixdə, 1 №-li Əlavə sazişi imzalamaqla ləğv edilmədiyini, həmin Sazişi cavabdeh və onun nümayəndəsi imzalamadığını, kirayə müqaviləsinin birtərəfli qaydada, "xxxx" ASC tərəfindən ləğv edildiyini bildirmişdir.

40. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edi r. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

41. İddiaçı tərəfindən cavabdehin özünün konkl yudent hərəkətləri ilə təqdim edilmiş Əlavə sazişi, mənzil kirayəsi müqaviləsinin vaxtından əvvəl xitam verilməsinin bəyənilməsi, müqavilənin özünün mövcud olması, faktiki təmsilçi kimi göstərilən Vüqar Babayev adlı şəxsin varlığı, onun kirayə verən cavabdehin adından çıxış etməsi barədə mötəbər sübutlar nə birinci, nə də apellyasiya instasniyası məhkəməsinə təqdim edilmiş, eyni zamanda, cavabdeh tərəf də iddiaçının Vüqar Babayev adlı şəxs ilə yazışmasını əks etdirən sənədlərin cavabdehə aidiyyatın olmadığını, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilmədiyini, bu barədə məlumatların cavabdehə çatdırılmadığı göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

42. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitus iyasının 60, 125, 129-cu, Mülki Məcəlləsinin 5.3, 357, 421.1, 421.2, 423.1, 425.1, 442, 560.1, 560.2, 560.3, 697.3-cü, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 372.1, 372.7, 384.0.2-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı "xxxx" ASC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1342/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qərar çıxarılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, cavabdeh konkludent hərəkətləri ilə əqdi bəyəndiyini nümayiş etdirmiş, hazırkı davranışı isə vicdanlılıq prezumpsiyası və estoppel prinsipinə zidd olmuşdur. Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında göstərildiyi kimi, tərəfin əqd üzrə icranı qəbul etməsi, sənədləri təqdim etməsi, uzun müddət etiraz etməməsi və s. hallar əqdin bəyənilməsinə dəlalət edir. Davranışı ilə müqavilənin bağlanmasını, etibarlılığını və şərtlərini qəbul etdiyini təsdiq edən tərəf sonradan onu mübahisələndirə bilməz. Bu mövqe Mülki Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrində də təsbit olunmuşdur: tərəflər hüquqlarını vicdanla həyata keçirməli, əqdi təsdiq edən şəxs onu yenidən bağlamış sayılır və mübahisələndirmək hüququnu itirir.

45. Yekun məhkəmə aktı ilə hüquqi müəyyənlik yaradılmalı olduğu halda, kirayə verənin əmlakın nə vaxt tərk edilməsi, açarın nə zaman təhvil alınması kimi mühüm hallar araşdırılmamışdır. Aşağı instansiya məhkəmələrinin mövqeyinə əsasən kirayə verən ən geci xx.xx.2024-cü il tarixdə münasibətlərə xitam verilməsindən xəbərdar olmalı idi. Ağlabatanlıq prinsipinə görə, cavabdeh həmin tarixdən etibarən ödənişin edilməməsinin səbəbini araşdırmalı, tələb irəli sürməli və zərurət olduqda "xxxx" ASC-yə müraciət etməli idi. Lakin iş materiallarında belə sübutlar mövcud deyil, cavabdehin nümayəndəsi də hər hansı müraciət barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə qərarında ağlabatanlıq prinsipinə geniş istinad edilmişdir.

46. Prosessual hüquq normaları pozulmuşdur. Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, mü qavilənin mövcudluğu, Vüqar Babayev adlı şəxsin faktiki təmsilçi kimi varlığı və cavabdeh tərəfindən halların bəyənilməsi etibarlı sübutlarla müəyyən edilməlidir. Şirvan Apellyasiya Məhkəməsi bu göstərişləri formal şəkildə təkrarlamış, lakin qeyd olunan halları araşdırmamışdır. Məhkəmə yalnız iki formal iclas keçirmiş, zəruri sübutların toplanması üçün tədbirlər görməmiş, o cümlədən etibarnamələr və əmlakın yenidən kirayəyə verilməsi ilə bağlı notariat orqanına sorğular göndərməmişdir. Bu isə kassasiya instansiyasının göstərişlərinin faktiki icra olunmamasını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

48. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

50. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

51. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurd uğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

52. Maddə 423.1. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

53. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

54. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

55. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

56. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

57. Maddə 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Avropa İnsan Hüqu qları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

69. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

70. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhk əməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

71. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi hə qiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1342/2025 nömrəli, 17 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar