Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3629/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI İş № 2(102)-3629/2025 (Açar: İşin məhkəmə aidiyyəti (kommersiya)) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4499/2025 nömrəli 1 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 603, 402, 302 və 202 saylı icarə müqavilələrinə əsasən cavabdehin 30.441.04 AZN borcunun və iddia ərizəsinin verilməsinə görə MMC tərəfindən ödənilmiş 181.33 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 30.622.37 AZN məbləğin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)1601/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabde h 21401,04 manat məbləğində icarə borcunun və ödənilmiş 154 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X1)
3. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında münasibətlər xx.xx.2023-cü il tarixdə başlanmış, iddiaçı üzərinə bağlanmış icarə müqaviləsi üzrə müqavilələrin 2 saylı Əlavələr üzrə öhdəliklər götürmüş, müqavilələrdə qeyd olunan mənzilləri cavabdehə təhvil vermiş və tərəflər arasında icarə müqavilələri bağlanmışdır. Həmin müqavilənin 2 saylı Əlavəsinin 4 (a) bəndinə əsasən, Kirayəçi kirayə, xidmət haqqını və sayğac göstəricilərinə əsasən kommunal xidmətlərdən istifadə haqqını bu kirayə müqaviləsinin şərtlərinə müvafiq qayadada 5 iş günü ərzində ödəmək öhdəliyi daşıyır. Lakin cavabdeh tərəfindən öhdəliklər inin yerinə yetirilməməsi nəticəsində 402 saylı mənzil üzrə 15.118.13 AZN (14.362.98 AZN kirayə və xidmət haqqı, 755.15 AZN kommunal xidmətlər üzrə haqq), 603 saylı mənzil üzrə isə 13.739.16 AZN (13.599.5 AZN kirayə və xidmət haqqı, 139.66 AZN kommunal xidmətlər üzrə haqq), 402 saylı mənzil üzrə 1488.42 AZN (1300.36 kirayə və xidmət haqqı, 123.1 AZN kommunal xidmətlər üzrə haqq) və 202 saylı mənzil üzrə isə 95.33 ancaq kommunal xidmətlər üzrə borc məbləği təşkil edir ki, beləliklə ümumilkdə dörd mənzil üzrə cavabdehin 30.441.04 AZN borcu yaranmışdır. Həmçinin işin gedişatı müddətində Cavabdeh tərəfindən 416973******4470 saylı kart nömrəsinə 1000 manat və 8040 manat pul köçürülmüşdür.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 675, 684, 689, 697, 7 00-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçın nümayəndəsi Vəkil2 mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 oktyabr 2025-ci il tarixli 2(103)4499/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-1601/2025 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əldə edilmiş elektron sorğudan görünür ki, Cavabdeh digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət istiqamətində aktiv VÖEN-ə malikdir. Göründüyü kimi, cavabdehin fəaliyyət istiqaməti də hazırki işin mahiyyəti ilə əlaqəlidir. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq, iddia ərizəsini icraata qəbul etmiş, hazırkı işin aidiyyətinin ümumi məhkəmələrə aid olmadığı halda işə mahiyyəti üzrə baxmaqla nəticə vermişdir.
9. Bu halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhər i Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)1601/2025 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçı X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
10. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 62, Mülki Prosessual Məcəlləsinin 26, 31-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkə mə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli 2(103)-4499/2025 nömrəli qərardadının ləğv edilərək işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 7020/603 saylı və xx.xx.2023-cü il tarixli 707A/402 saylı kirayə müqavilə lərinin 1.1-ci bəndinə kirayə müqaviləsində göstərilən yaşayış binasında mənzilin yalnız yaşayış sahəsi qismində kirayəçinin istifadəsinə verilməsi açıq qeyd olunmuşdur. Göründüyü kimi kirayəçi ilə müqavilə bağlanarkən kirayəçiyə həmin mənizllər yalnız yaşamaq üçün istifadəyə verilmiş və sahibkarlıqla bağlı verilməsinə dair hər hansı niyyət olmamışdır. Hətta qeyd edilən müqavilələrin 5.1-ci maddəsində kirayəçiyə kirayə verənin razılığı olmadan digər şəxslərə əvəzli və ya əvəzsiz sub-icarəyə verilməsi qadağan edilir. Azərbaycan Respublikası Mülki Məcəllə 390.1-ci maddəsinin tələbindən və mahiyyətindən göründüyü kimi kirayə verən müqavilə bağlanarkən yalnız yaşayış sahəsi qismində yaşamaq məqsədilə əmlakı istifadəyə verərək kirayəçiyə münasibətdə hər hansı sahibkarlıq (kommersiya) məqsədi ol madan kirayə münasibətlərinə girmişdir.
13. Daha sonra qeyd edilmişdir ki, MPM-in istinad olunan 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti i lə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə
62. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
17. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
18. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin ö z icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
19. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarı
20. Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan m übahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin ko mmersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
21. Bənd
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ay rılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
22. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn t ələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
23. Bənd
15. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
28. Hazırkı işin mübahisəsiz hallarına görə, Cavabdeh digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət istiqamətində aktiv VÖEN-ə malikdir. Göründüyü kimi, cavabdehin fəaliyyət istiqaməti də hazırki işin mahiyyəti ilə əlaqəlidir.
29. Belə ki, tərəflər arasında münasibətlər xx.xx.2023-cü il tarixdə başlanmış, iddiaçı üzərinə bağlanmış icarə müqaviləsi üzrə müqavilələrin 2 saylı Əlavələr üzrə öhdəliklər götürmüş, müqavilələrdə qeyd olunan mənzilləri cavabdehə təhvil vermiş və tərəflər arasında icarə müqavilələri bağlanmışdır.
30. Həmçinin, mübahisə də məhs tərəflər arasında icarə müqa vilələri bağlanması ilə bağlıdır. 31. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflər dən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
32. Qərarın 13-14-cü bəndində əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrdə hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılması təsbit olunmuşdur.
33. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Qarışıq məhkəmə tərkibi şərh edilən ləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayət təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4499/2025 nömrəli 1 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.