Məhkəmə qərarları › İş №2(102)-1944/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1944/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1944/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kirayə müqaviləsi, yaşayış sahəsinin kirayəsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-303/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanında yerləşən 150,9 kv metr sahədən ibarət olan mənzil mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.

2. Cavabdeh (müqaviləyə etibarnamə üzrə nümayəndəsi X1 imza etmişdir) ilə "xxxx" ASC (bundan sonra – Bank) arasında xx.xx.2023-cü il tarixdə 13 nömrəli kirayə müqaviləsi bağlanmış, kirayəyə verən Cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 150,9 kv metr sahədən ibarət olan mənzili ayda 360 manat vergi ödənişi də daxil olmaqla 3400 manata Banka kirayə vermiş, Bank 5 ay üçün hesablanmış 17000 manat kirayə haqqını ilk 5 ay üçün hesablanmış vergi ödənişləri də hesablanmaqla Cavabdeh birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 11 ay müddətinə bağlanmışdır. 3. “Debet haqqında bildiriş”, “Hesabdan çıxarış” və Bankın xx.xx.2024-cü il tarixli arayışına əsasən vergi ödənişləri çıxıldıqdan sonra Cavabdeh 5 aylıq kirayə haqqı olan 14620 manat Bank tərəfindən ödənilmişdir. 4. “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13 №-li kirayə müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1 №-li Əlavə sazişin predmetini müqaviləyə xitam verilməsi təşkil edir. Tərəflər bu sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki, onlar arasında imzalanmış müqaviləyə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin. Həmin Sazişi imzalamaqla Tərəflər razılaşır və təsdiq edirlər ki, müqaviləyə xitam verilən tarixə kiray əverənin kirayəçiyə ƏDV/vergilər xaric olmaqla 5848 manat məbləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. Həmin Sazişin qüvvəyə minməsi və kirayəverənin kirayəçiyə bu Sazişin 2.2-ci bəndində nəzərdə tutulmuş borc məbləğini ödəməsi ilə müqavilə üzrə tərəflərin bütün hüquq və öhdəliklərinə xitam verilir. Saziş hər iki tərəfdən imzalandığı tarixdən qüvvəyə minir.

5. Bank tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə müqavilə üzrə borcun ödənilməsinə dair bildiriş göndərilmiş, Cavabdeh Banka 5848 manat borcunun mövcud olması və qeyd olunan borc məbləğinin hələ də Banka ödənilməməsi, bunu nəzərə almaqla müqavilə üzrə öhdəliklərə uyğun olaraq müvafiq borc məbləğinin xx.xx.2023-cü il tarixinədək bildirişə əlavə olunmuş bank hesabına köçürməklə Banka ödənilməsi xahiş edilmiş, əks təqd irdə həmin məbləğin tələb edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bank Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kirayə müqaviləsinə əlavə sazişə əsasən Bank tərəfindən cavabdehə kirayə haqqı olaraq qabaqcadan ödənilmiş 5848 manat və dövlət rüsumuna görə ödənilmiş 78,88 manat vəsaitin, o cümlədən 0,4 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, kirayə müqaviləsinin 3.2-ci, 3.5-ci və 3.6-cı bəndlərinə əsasə n Bank tərəfindən ilk 5 ay üçün hesablanmış vergilər daxil 17000 manat kirayə haqqı məbləğindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda - 14% olmaqla, 2380 manat vergi hesablanaraq ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilmiş, qalan məbləğ isə 14620 manat xx.xx.2023-cü il tarixində ******************** nömrəli hesaba köçürülmüşdür (kirayə verənə ödənilmişdir). Bu köçürmələr “101İNTL231500502” nömrəli “Debit haqqında bildiriş”də (ödənişi təsdiq edən sənəd), ******************** nömrəli hesaba dair hesabdan çıxarışda, o cümlədən Bankın Mühasibatlıq və uçot departamentinin direktoru (baş mühasibi) tərəfindən verilmiş 6-2-24/2-8725/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda öz əksini tapmışdır. Tərəflər arasında kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixində əlavə s aziş №1 imzalanmışdır. Əlavə sazişə əsasən kirayə müqaviləsinə xitam verilmişdir (1-ci bənd). Belə ki, tərəflər buna əsasən razılığa gəlmişlər ki, tərəflər arasında imzalanmış kirayə müqaviləsinə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilsin (2.1-ci bənd). Kirayə müqaviləsinin 4.1.3-cü maddəsində qeyd edilmişdir ki, bu müqaviləyə hər hansı səbəbdən, o cümlədən kirayəçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verildikdə, müqavilənin xitam tarixindən sonrakı müddət üçün ödənilmiş kirayə haqqını tam məbləğdə kirayəçiyə qaytarmaq kirayə verənin vəzifəsidir. Əlavə sazişin 2.2-ci bəndində qeyd edilmişdir ki, bu sazişi imzalamaqla tərəflər razılaşır və təsdiq edirlər ki, kirayə müqaviləsinə xitam verilən tarixə kirayə verən Cavabdeh kirayəçiyə (Banka) ƏDV/vergilər xaric olmaqla 5848 manat mə bləğində kirayə haqqı ödənişi çərçivəsində borcu mövcuddur. Bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli “Bildiriş (müqavilə üzrə borcun ödənilməsinə dair)” göndərilmişdir. Müvafiq bildiriş nəticəsiz qalmış və Cavabdeh Bank qarşısında olan öhdəliklərini icra etməmişdir.

8. Məhkəmə iclasında Bankın nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, “Vugar Babayev mailto:contact@lider.azElektron ünvan 1” ünvanından, Elnara Heydarova “mailto:Elnara.Heydarova@abb-bank.azElektron ünvan 2” ünvanına xx.xx.2023-cü il tarixində, saat 19:06-da göndərilmiş, mövzusu “Port Baku menzil 608b documents” olan elektron məktubda (e-mail) qeyd edilmişdir ki, “Hörmətli Elnarə xanım, X10 608B mənzili ilə bağlı sənədləri Sizə təgdim edirəm. Mügaviləni hazır edib mənə geri göndərməyinizi xahiş edirəm. L ink to chixarish https://eemlak.gov.az/eemdk/az/CheckElectronExtract?id=D5C9CA213039416DB4382B2604ADB 883”. Tərəflər arasında olan faktiki münasibətlərə əsasən, ehtimal edilir ki, “Vugar Babayev mailto:contact@lider.azElektron ünvan 1” ünvanından müvafiq elektron məktubu göndərən şəxs “Vüqar A.Babayev” olmuş (mobil nömrəsi ***-***-**-**) və o, cavabdehə vasitəçilik (makler) xidmətlərini göstərmiş, sözügedən münasibətlərdə cavabdehin təmsilçisi kimi çıxış etmişdir. Onun tərəfindən Bankın əməkdaşı Elnarə Heydərovaya göndərilmiş həmin elektron məktubdan anlaşılır ki, həmin yazışmada söhbət tərəflər arasında bağlanılacaq müvafiq kirayə müqaviləsindən getmişdir. Belə ki, həmin elektron məktubda qeyd edilmiş rəsmi keçidə daxil olduqda həmin keçidin Cavabdeh mülkiyyətində olan mənzilin (tərəflər arasında olan kirayə müqaviləsinin obyekti olan mənzilin) reyestr çıxarışı olması məlum olmuşdur. Elnara Heydarova <Elektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, xx.xx.2023-cü il tarixində, saat 11:42-də göndərilmiş, mövzusu “RE: Port Baku menzil 608b documents” olan elektron məktubda (email), “Salam, Buyurun” qeyd edilmiş və müvafiq müqavilə layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarova <Elektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, xx.xx.2023-cü il tarixində, saat 11:32-də göndərilmiş, mövzusu “Emailing: Təhvil-təslim Mehmet-13” olan elektron məktubla (e-mail), müvafiq təhvil-təslim aktının layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün).Elnara Heydarova <Elnara.Heydarova@a bb bank.az> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, xx.xx.2023-cü il tarixində, saat 17:11-də göndərilmiş, mövzusu “Xitam sazişi” olan elektron məktubda (email), “Salam Vüqar m. Xitam sazişi məktuba əlavə olunub. Zəhmət olmasa tanış olub öz rəyinizi bildirin” mətni yazılmış müvafiq xitam sazişinin layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarova <Elnara.HElektron ünvan 4> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, xx.xx.2023-cü il tarixində, saat 11:45-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. Siz qeyd eydiyiniz düzəliş nəzərə alındı.” mətni yazılmış müvafiq xitam sazişinin dəyişiklik edilmiş layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi üçün). Elnara Heydarov a <Elnara.HElektron ünvan 4> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, xx.xx.2023-cü il tarixində, saat 16:27-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), “Salam Vüqar m. Zəhmət olmasa Saziş iki nüsxədə imzalanmış şəkildə əslini sabah gün ərzində bizə çatdırılmasını təmin edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.” mətni yazılmış müvafiq xitam sazişinin yekun layihəsi vasitəçiyə təqdim edilmişdir (cavabdehə təqdim etməsi və imzaladıqdan sonra geri göndərilməsi üçün). Elnara Heydarova <Elektron ünvan 2> ünvanından, Vugar Babayev <Elektron ünvan 1> ünvanına, xx.xx.2023-cü il tarixində, saat 15:57-də göndərilmiş, mövzusu “RE: Xitam sazişi” olan elektron məktubda (e-mail), Salam Vüqar m. İmzalanmış sənədi təqdim edirəm.” mətni yazılmış müvafiq xitam saz işinin yekun imzalanmış nüsxəsinin skan edilmiş versiyası vasitəçiyə təqdim edilmişdir. Cavabdeh Bank qarşısında olan öhdəliklərini icra etməmiş, bundan sonra iddiaçı öz hüquqlarını qorunamaq üçün məhkəməyə müraciət etmişdir. Bank məhkəməyə müraciət edərkən müvafiq xitam sazişinin tərəflər arasında bağlanmasına etimad etmişdir. Çünki tərəflər arasında olan işgüzar münasibətlərdən göründüyü kimi, müvafiq proseslərdə müvafiq vasitəçi cavabdehin nümayəndəsi kimi iştirak etmişdir və Bank sənəd mübadiləsini həmin şəxslə apararkən etimad etmişdir ki, bundan cavabdehin xəbəri olmuş və xitam sazişi cavabdehin iradə ifadəsini ehtiva edir. Ekspert rəyindən sonra Banka məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gə lmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquqazidd əməllər törədilmiş və Bankın hüquqları pozulmuşdur. Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyil (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılmasına, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək Bank tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli vəsatət təqdim edilmiş və məhkəmədən mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi-nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir. Yuxarıda adıçəkilən sübutlar (vasitəçi (nümayəndə) ilə yazışmalar, imzalanmış sazişin vasitəsiçi (n ümayəndə) tərəfindən iddiaçıya təqdim edilməsi və s.) onu təsdiq etmişdir ki, cavabdehin tərəflər arasında olan mülki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilməsindən xəbəri olmuşdur (xəbəri olmalı idi) və onun hazırda məhkəmə iclasında faktiki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilməsini inkar etməsi mülki-hüquq nöqteyi nəzərindən vicdanlı davranış hesab edilmir. Tərəflər arasında olan mülki münasibətlərə həqiqətən də xx.xx.2023-cü il tarixində xitam verilməsi özünü digər sübutlar ilə də təsdiq edir. Belə ki, məlum olduğu kimi, tərəflər arasında olan müqaviləyə əsasən, kirayə obyekti kirayəçi tərəfindən kirayəçinin əməkdaşı X11 yaşayış məqsədləri üçün istifadə olunacaq. İddiaçının müvafiq müqaviləni bağlamaqda məqsədi onun əməkdaşı olan X14 üçün yaşayış yerini tə min etmək olmuşdur. Tərəflər arasında olan müqaviləyə xitam sazişi ilə xx.xx.2023-cü il tarixində xitam verilməsinə etimad edən və buna əsasən növbəti addımları atan Bank müvafiq əməkdaşına yeni yaşayış yeri təmin etmək üçün başqa şəxslə kirayə müqaviləsi bağlamışdır. Belə ki, əvvəlcə qeyd etmək lazımdır ki, yeni yaşayış yerinə X14 faktiki olaraq xx.xx.2023-cü il tarixində yerləşmişdir. Bunu iş materiallarında olan X14 və X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı təsdiq etmişdir. Bank öz əməkdaşı üçün, cavabdeh ilə müqaviləyə xitam verildikdən dərhal sonra, konkret olaraq 1 gün sonra yaşayış yerinin təmin edilməsi üçün zəruri tədbirlər görmüş, müvafiq əməkdaş yeni yaşayış yerinə daxil olması ilə bağlı aktı imzalamışdır. Buna səbəb (müqavilədən qabaq faktiki münasibə tlərin yaranmasına səbəb) vəziyyətin təxirəsalmaz və təcili xarakter daşıması olmuşdur. Belə ki, Cavabdeh məxsus olan mənzildən (kirayə obyektindən) çıxdıqdan sonra Bankın əməkdaşı X14 yaşayış yeri olmadan qala bilməzdi. Buna görə də o, yeni tapılmış mənzilə dərhal yerləşmişdir. Müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra tərəflər (Bank və müvafiq mənzilin mülkiyyətçisi X4) müvafiq faktiki münasibətləri müqavilə ilə rəsmiləşdirmişlər. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Beləliklə, bu sübutlar və işin faktiki halları da bir daha təsdiq etmişdir ki, Bank və Cavabdeh arasında olan mülki münasibətlərə faktiki olaraq xx.xx.2023-cü il tarixində xitam verilmiş, cavabdehin bundan xəbəri olmuş (xəbəri olmalı idi), buna görə də Bank öz əməkdaşı üçün yeni mənzil tapmış və əməkdaş xx.xx.2023-cü il tarixindən Cavabdeh evindən çıxdığına görə xx.xx.2023-cü il tarixində yeni bir mənzilə köçmüşdür.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı tələblərinin hüquqi əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinin 6.5-ci maddəsinə, həmin kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə sazişə istinad etmiş və həmin sazişin şərtlərində də cavabdehin Banka 5848 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı sazişdəki imzanın cavabdehə məxsus olmadığı müəyyən edilmişdir. Belə olan halda iddiaçı digər, işə aid olmayan b ir sıra sənədlər təqdim edərək cavabdehin bundan xəbəri olduğunu sübuta yetirməyə çalışmışdır. İddiaçının təqdim etdiyi digər sənədlərin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına heç bir aidiyyəti yoxdur. İşin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə istifadə üçün təhvil verib əvəzində ödənişi qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etmişdir. İddia tələbində cavabdehin müqavilənin şərtlərini pozması, götürmüş olduğu öhdəliyi icra etməməsi və ya nöqsanları aradan qaldırmaması nəticədə kirayəçinin mənzildən istifadəsinə hər hansı maneə yaranması və s. kimi əsaslara istina d edilməmişdir. Sadəcə tərəflərin razılaşaraq qərarlaşdıqlarını və xitam sazişində tərəflərin qaytarılmasına razılaşdıqları məbləğin geri ödənilməsinə istinad edilmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə olan halda müqavilə qüvvədə olmuş sayılır və tərəflərin götürmüş olduğu öhdəliklərin icrası ilə yükümlü olduqları bir müqavilə şərtləri olduğu halda kirayəçi öz öhdəliklərini kobud şəkildə pozaraq kirayə verənə bu barədə məlumat vermədən, mənzili təhvil təslim etmədən, razılaşma əldə etmədən, müqaviləyə xitam verilməsi ilə bağlı mövqeyini kirayə verən tərəfə bildirmədən şəxsi ambisiyaları səbəbindən mənzili tərk edib getmişdir. Kirayə verən olaraq cavabdehin vəzifəsi deyildir ki, davamlı olaraq kirayəçinin mənzildə olubolmamasın ı, mənzildən istifadə edib-etməməsini yoxlasın, tez-tez mənzilinə gəlib kirayəçini narahat etsin. Kirayə müqaviləsi üzrə ödəniş müqavilə şərtindən irəli gələrək 5 aylıq birdəfəlik ödəniş formasında icra edildiyi üçün kirayə verən də mənzili təhvil verərək, öhdəliyini icra etmiş, kirayəçinin orada nə qədər qalıb-qalmamasında, hara gedibgəlməsində maraqlı olmamışdır. İddiaçı tərəf məhkəməyə kirayə müqaviləsi təqdim edərək guya cavabdehlə müqaviləyə xitam verildikdən sonra başqa şəxsə məxsus mənzilə dair kirayə müqaviləsi bağladıqlarını və əməkdaşlarının orada qaldıqlarını bildirmişdir. Bununla bağlı qeyd edilmişdir ki, həmin müqavilə cavabdeh üçün hər hansı öhdəlik yaratmadığı kimi hazırkı iş üzrə də sübut hesab edilə bilməz. Mülki Məcəllənin əsas prinsiplərindən biri də müqavilə azadlığı pr insipidir ki, iddiaçı tərəf həmin hüququndan istifadə edərək sərbəst şəkildə müqavilə bağlamışdır. İddiaçının başqa şəxslərlə yeni müqavilə bağlaması özözlüyündə cavabdehlə olan müqavilənin xitamına səbəb olmur. Qarşı tərəf vicdanlı davranmamış, vicdanlı kirayəçi vəzifəsini pozmuş, mənzili tərk etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklif belə verməmişdir. Zamanında qanunvericiliyin tələblərinə riayət olunaraq müqaviləni ləğv edilməsi ilə bağlı təklif göndərilmiş olsa və niyyətlərini bildirmiş olsalar, nə kirayəçi zərərə uğrayardı, nədəki kirayə verən çünki, müqavilə ləğv ediləcəyi təqdirdə təmsil etdiyi şəxs mənzili təhvil alaraq zamanında başqa şəxsə kirayə verməklə həmin pulu yenə qazanacaqdı və iddiaçı da eyni qaydada geri aldığı pul ilə başqa mənzilin ödənişin i edəcəkdi. Burada risk iddiaçının üzərinə düşür, cavabdeh ilə ləğv edilməmiş müqaviləsi olmasına və həmin müqavilə üzrə 5 aylıq ödənişi birdəfəlik etməsinə baxmayaraq yenidən başqa şəxs ilə müqavilə bağlayıbsa nəticəsi ilə də razılaşmalıdır. İddiaçının Vüqar Babayev adlı şəxs ilə yazışmasını əks etdirən sənədlərə münasibətdə qeyd edilmişdir ki, həmin sənədlər sübut qismində qəbul edilə bilməz. Həmin şəxsin cavabdehə heç bir aidiyyəti yoxdur, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilməmişdir, nədəki, mətndə qeyd edilmiş məlumatlar cavabdehə çatdırılmamışdır. Cavabdeh kirayəçinin mənzildən getməsindən, mənzili boşaltmasından məlumatsız olmuşdur. Təqdim edilən sənədlərin cavabdehə heç bir aidiyyəti yoxdur. Bu günədək hansı əsasla mənzili istifadə etmədiklərini, nə üçün başqa mənz il tutduqlarını bildirməmişlər. Halbuki, Mülki Məcəllənin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1244 №-li ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, 61-ci vərəqində olan Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13 №-li kirayə müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əlavə saziş № 1 adlı sənəddə “Kirayə verən” bölməsində ”620580 №-li etibarnamə əsasında nümayəndəsi X2 (ŞA/ AZE№13607346; FİN:19MKH7P)” yazılarından aşağı hissədə yerləşən “(imza)” qrafasında olan imza - X2 və Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.

11. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(049)-1288/2024 nömrəli iş üzrə 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Muradağa Qasımov).

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

13. İddiaçının iddiasının əsasını kirayə müqaviləsinin xitamının tərəflərin qarşılıqlı razılığı təşkil etmişdir. Bu zaman iddiaçı tərəflər arasında imzalandığını iddia etdiyi xx.xx.2023-cü il tarixli, 1 №-li əlavə sazişə istinad etmişdir. Lakin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, 1 №-li əlavə saziş cavabdeh və ya onun etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmamışdır. Bu hal isə ona dəlalət etmişdir ki, həmin kirayə müqaviləsinə qarşılıqlı razılaşma əsasında deyil, bir tərəfli qaydada, Bank tərəfindən ləğv edilmişdir. Bank tərəfindən birtərəfli qaydada müqavilənin ləğv edilməsi müqavilənin tələblərinə və qanunazidd olduğundan, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış kirayə müqaviləsi xx.xx.2023-cü il tarixdən sonra da xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur.

14. Belə ki, tərəflər arasındakı müqavilə 11 ay müddətinə bağlanmış, ilk 5 ayın ödənişi müqavilənin şərtlərinə əsasən kirayəçi tərəfindən ödənilmiş, mənzil cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmişdir. Göründüyü kimi müqavilənin şərtlərinə görə cavabdeh müqavilə üzrə üzərinə götürmüş bütün öhdəliklərini tam yerinə yetirərək müqavilədə qeyd edilmiş mənzili təyinatı üzrə cavabdehə təhvil verib əvəzində 5 ayın ödənişini qabaqcadan qəbul etmişdir. Bununla da cavabdeh müqavilədən irəli gələn öhdəliyini tam icra etmişdir. Həmin sazişin də cavabdeh tərəfindən imzalanmadığı ekspert rəyi ilə sübuta yetirilmişdir. Əksinə iddiaçı öz üzərinə götürdüyü öhdəliyi pozaraq cavabdehə bu barədə məlumat vermədən, birtərəfli qaydada kirayə müqaviləsinə xitam vermişdir.

15. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi etdiyi xx.xx.2023-cü il tarixli 1 №-li əlav ə sazişin heç bir hüquqi qüvvəsi yoxdur.

16. Bu faktı iddiaçı özü də, məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində təsdiq etmişdir. Belə ki, iddiaçı məhkəmə çıxışı mətninin 26-cı bəndində və məhkəməyə ünvanladığı vəsatətində göstərmişdir ki, “Ekspert rəyindən sonra Banka məlum olmuşdur ki, müvafiq xitam sazişi cavabdeh və ya onun iradə ifadəsi ilə əri tərəfindən imzalanmamışdır. Burdan belə nəticəyə gəlmək olar ki, rəsmi sənəddə başqa şəxsin yerinə imza atılmaqla hüquqazidd əməllər törədilmiş və Bankın hüquqları pozulmuşdur (çünki Bank ilk növbədə həmin sənədə etimad edərək məhkəməyə müraciət etmişdir). Müvafiq imzanın kim tərəfindən atılması faktı onlara məlum deyildir (bu açıq sualdır). Buna görə də müvafiq məsələnin cinayət nöqteyi-nəzərindən araşdırılması na, sözügedən əmələ hüquqi qiymət verilməsinə ehtiyac yaranmışdır. Məhz bundan irəli gələrək Bank tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli, HD-240 nömrəli vəsatət təqdim edilmiş və məhkəmədən mülki iş üzrə bu vəsatətdə qeyd edilən məsələlərə dair araşdırmanın aparılması və cinayət nöqteyi-nəzərindən hüquqi qiymətin verilməsi məqsədilə xüsusi qərardad çıxararaq müvafiq prokurora məlumat verməsi xahiş edilmişdir.”

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə çıxışı mətnində qeyd etmişdir ki, onlar ehtimal edirlər ki, “Vugar Babayev mailto:contact@lider.azElektron ünvan 1” ünvanından müvafiq elektron məktubu göndərən şəxs “Vüqar A.Babayev” olmuş (mobil nömrəsi 050-234-0708) və sonuncu cavabdehə vasitəçilik (makler) xidmətlərini göstərmiş, sözügedən münasibətlərdə cavabdehin təm siçisi kimi çıxış etmişdir. Buna görə də, cavabdehin kirayə müqaviləsinin xitamından xəbəri olmuşdur. Məhkəmə iddiaçının bu fikiri ilə razılaşmayaraq qeyd etmişdir ki, ilk əvvəl özü də etimal etmişdir ki, Vugar Babayev sözügedən münasibətlərdə cavabdehin təmsiçisi (nümayəndəsi) kimi çıxış etmişdir. Lakin o, bunu təsdiqləyən mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərar qəbul etdiyi zaman ehtimalara deyil, mötəbər, təkzib olunmaz sübutlara əsaslanır.

18. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə çıxışı mətnində istinad etdiyi digər hallara da qiymət verərək qeyd etmişdir ki, məhkəmə həmin məsələlərlə bağlı cavabdehin nümayəndəsinin məhkəmə çıxışı mətnində göstərdiyi fikirlərlə tam razılaşmışdır. Göründüyü kimi, Vugar Babayevin cavabdehi təmsil etmək üçün zər uri əsas cavabdeh tərəfindən ona verilmiş etbarnamənin olmasıdır. Lakin iddiaçının nümayəndəsi belə bir etibarnaməni məhkəməyə təqdim etməmiş, eləcə də belə bir etibarnamənin mövcud olduğunu sübuta yetirə bilməmişdir.

19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bank apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunazidd olmuş, maddi və prosessual hüquq normalarının pozulması ilə müşayət edilmiş, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi yanaşmalarına, o cümlədən doktrinada mövcud yanaşmalara zidd olmuşdur.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-303/2025 nömrəli mülki iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə Bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması, 5848 manat məbləğində pul, 78,48 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 5926,88 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq Banka verilməsi qət edilmişdir (hakimlər Aytən Novruzova (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Tofiq Heydərov).

23. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisəli hal - xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı Bankın iradə ifadəsinin Cavabdeh bəyan edilibedilməməsi ilə bağlıdır. Yəni, Cavabdeh kirayə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 1№-li Əlavə sazişin onun tapşırığını icra etməyən Vüqar Babayev adlı şəxsin elektron poçt adresinə göndərilməsinin müqavilə münasibətinə birtərəfli qaydada xitamı üçün əsas yaratmadığı qeyd etmişdir.

24. Bank tərəfindən öz üzərinə götürdüyü öhdəliyi pozaraq cavabdehə bu barədə məlumat vermədən, birtərəfli qaydada kirayə müqaviləsinə xitam verməsini qeyd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir.

25. İddiaçı apellyasiya şikayətində qeyd et mişdir ki, mülki hüquqi münasibətlərdə olan tərəflər aralarında olan müqaviləni istər qarşılıqlı razılıq ilə xitam verə bilərlər, istərsə də tərəflərdən biri müqaviləni Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda birtərəfli ləğv edə bilər. Bank müvafiq münasibətlərə qarşılıqlı olaraq xitam verilməsinə etimad bəsləmiş və yalnız müvafiq ekspertiza rəyi gəldikdən sonra ona məlum olmuşdur ki, müvafiq imzaları cavabdeh (və onun əri) imzalamamışdır. Elə buna görə də Bank öz pozulmuş hüquqlarını bərpa etmək üçün alternativ olan hüquqi vasitələrdən istifadə edərək məhkəməyə xüsusi qərardadın çıxarılması üçün vəsatət ünvanlamışdır. Ümumiyyətlə iş materialları da onu sübut etmişdir ki, Bankın qarşı tərəfin hərəkətlərinə etimadı olmuş və bu etimad pozulmuşdur. Birinci instansiya məhk əməsi isə ekspertizanın rəyini qanunazidd şəkildə retrospektiv olaraq tətbiq edərək belə qənaətə gəlmişdir ki, guya Bankın bundan xəbəri olmuş (yəni xitam sazişini qarşı tərəfin imzalamadığından xəbəri olmuş) və Bank bunu bilə-bilə iki tərəfin adı olan sənədə imza atmış və nəticədə Bank müqaviləni birtərəfli ləğv etmişdir. Digər ziddiyyətli yanaşma ilə birinci instansiya məhkəməsi müqavilənin xx.xx.2024-cü il tarixədək qüvvədə olmasına dair gəldiyi nəticədir. Birinci instansiya məhkəməsi həmçinin iddiaçı olan Bankın üzərinə götürdüyü konkret hansı öhdəlikləri pozması barədə əsaslandırma verməmişdir. İş materiallarında olan sübutlar (vasitəçi (nümayəndə) ilə yazışmalar, imzalanmış sazişin vasitəçi (nümayəndə) tərəfindən iddiaçıya (Banka) təqdim edilməsi və s.) onu təsdiq etmişdir ki, cavabd ehin tərəflər arasında olan mülki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilməsindən xəbəri var idi (xəbəri olmalı idi) və onun hazırda məhkəmə iclasında faktiki münasibətlərə xx.xx.2023-cü il tarixində xitam verilməsini inkar etməsi mülki-hüquq nöqteyi-nəzərindən vicdanlı davranış hesab edilmir. Tərəflər arasında olan mülki münasibətlərə həqiqətən də xx.xx.2023-cü il tarixində xitam verilməsi özünü digər sübutlar ilə də təsdiq edir.

26. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh öz konklyudent hərəkətləri ilə, mülki hüquqi münasibəti qurmaq üçün “Vüqar Babayev” adlı şəxsi faktiki nümayəndəsi kimi seçməsi, həmin şəxsin cavabdehə məxsus daşınmaz əmlakın çıxarışının müqavilənin hazırlanması üçün e-mail ilə iddiaçıya (Banka) təqdim etməsi (h ətta kirayə verilmiş əmlakın Cavabdeh məxsus olmasına dair linkin mail vasitəsilə göndərilməsi), bundan sonra tərəflər arasında həqiqətən də notariat qaydada müqavilənin bağlanması, daha sonra həmin şəxsin müqavilənin xitamı üçün iddiaçı ilə email ilə yazışması, daha sonra cavabdehin iddiaçıdan 5-ci aydan sonra heç bir kirayə haqqını tələb etməməsi, ümumiyyətlə iddiaçıya qarşı müvafiq müqavilədən irəli gələn heç bir tələbinin olmaması və s. ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir.

27. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Vüqar Babayevin cavabdehi təmsil etmək üçün zəruri əsas - cavabdeh tərəfindən ona verilmiş etibarnamənin olmasıdır. Lakin iddiaçının nümayəndəsi belə bir etibarnaməni məhkəməyə təqdim etməmiş, eləcə də belə bir etibarnamənin mövcud olduğunu sübuta yetirə bilməmişdir.

28. Halbuki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin müqavilə bağlamaqla bağlı niyyətləri olduğu andan - xitamınadək tərəflər arasındakı yazışmalar cavabdeh tərəfin nümayəndəsi kimi Vüqar Babayev vasitəsilə aparılmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən Vüqar Babayevin səlahiyyətli şəxs olub-olmaması yalnız etibarnamənin mövcud olmaması ilə əsaslandırılmış, şifahi tapşırıq müqaviləsi ilə yazışmaların həyata keçirilməsinin mümkünlüyü də nəzərə alınmamışdır.

29. Nəzərə alınmalıdır ki, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış 13 nömrəli “Kirayə müqaviləsi” bağlandığı zaman mail vasitəsilə yazışmalar aparmış Vüqar Babayevin hərəkətlərini bəyəndiyi halda, sonrakı hərəkətlərin aparılmasında ondan imtina etməsi və ya həmin şəxsin cavab dehə heç bir aidiyyətinin olmadığını, cavabdeh tərəfindən ona hər hansı təmsilçilik verilmədiyini ifadə etməsi inandırıcı deyildir.

30. Belə ki, cavabdeh xx.xx.2025-ci il tarixli kirayə müqaviləsinin bağlanılması və müqavilədən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan hərəkətlərin icrasını Vüqar Babayev adlı şəxsə həvalə etməsi, lakin sonradan onu səlahiyyətli şəxs hesab etməməsi ağlabatan və məntiqli olmamaqla “venire contra factu proprium” prinsipinə ziddir. Dolayısı ilə, iddiaçının həmin müqavilə münasibətindən irəli gələn digər törəmə hərəkətlərin cavabdehin nümayəndəsi kimi Vüqar Babayev tərəfindən aparılmasına inanaraq etimad göstərməsi, yəni həmin əlavə sazişi etibarlı sayması məntiqli və əsaslıdır. Nəzərə almaq lazımdır ki, əqdin zəruri elementi kimi yaln ız həqiqi iradə ifadəsi yox, həmçinin ehtimal olunan iradələr də əsas götürülür. Bu cür yanaşmaya hüquqda etimad prinsipi (confidence principle) deyilir.

31. İddiaçı tərəf, cavabdehin əvvəlki davranışına (yəni xx.xx.2023-cü il tarixdə bağlanmış kirayə müqaviləsi bağlandığı vaxt) və onun faktiki nümayəndəsinin davranışına əsaslanaraq əlavə sazişin qüvvədə olduğuna, müqavilə münasibətinə xitam vermək barədə istəyinin cavabdehə bildirməsinə haqlı olaraq etimad bəsləmişdir. Bu prinsip “estoppel” prinsipi ilə də sıx bağlıdır. Estoppel prinsipi onu ehtiva edir ki, əgər bir şəxs əvvəlcədən müəyyən davranışı ilə müəyyən hüquqi vəziyyət yaradıbsa, sonradan bu vəziyyətə zidd mövqe tuta bilməz.

32. Belə ki, cavabdeh özü müqavilə üzrə öhdəlikləri qəbul edib və müəyyən müddət ərzində müqavilənin qüvv ədə olmasına qarşı çıxmayıb. Müqavilə üzrə icra hərəkətləri yerinə yetirilib və bu, cavabdehin razılıq verdiyini göstərir. Bank isə bu davranışa əsaslanaraq, müqavilə və onun əlavəsinin hüquqi qüvvədə olduğunu düşünüb və buna uyğun qərarlar vermişdir. Cavabdehin əks iddiası, iddiaçının haqlı gözləntilərinə və vicdanlılıq prinsipinə ziddir. Eyni zamanda bu cavabdeh tərəfindən hüquqdan-sui istifadəsinə şərait yaratmış olar.

33. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, mülki münasibətlərdə şəxslərin hüquqi hərəkətləri vicdanla etməsi prezumpsiyası mövcud olduğundan, vasitəçi şəxs olan Vüqar Babayevin səlahiyyətsiz olduğu iddia edilsə belə, Cavabdeh məxsus daşınmaz əmlakın elektron çıxarışına daxil olmaq üçün linkin Vüqar Babayev elektron istifadəçiyə nə üçün verilməsinə məntiqli izahat verə b ilməmişdir.

34. Məhkəmə bir daha qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, cavabdeh xx.xx.2023-cü il tarixli əlavə sazişin icrasına qarşı çıxmamış, iddiaçı məhkəməyə müraciət edənədək onu bu və ya digər formada mübahisələndirməmiş, əksinə konklyudent hərəkətləri və susmaq yolu ilə həmin əlavə sazişi və icrasından irəli gələn hüquqi nəticələri, dolayı yolla iradəsini ifadə edərək qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, iradə ifadələri hüquqda mühüm anlayışdır və əsasən şəxsin hüquqi nəticələr doğuran hərəkətlərinin xarici aləmdə hansı şəkildə əks olunduğunu göstərir. İradənin ifadə formalarına birbaşa (açıq) iradə ifadəsi ilə yanaşı, dolayı (gizli, konklyudent), susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi və digər formaları aiddir. Belə olan halda imza məsələsinin mübahisələ ndirərək həmin sazişdən irəli gələn hüquqi nəticələri inkar etmək isə hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər, çünki cavabdeh tərəf sazişin nəticələrindən yararlanaraq sonradan onun etibarlılığına etiraz etməyə çalışır. Hüquqdan bu cür qeyri-düzgün istifadə mülki dövriyyənin sabitliyini pozur və vicdanlı olan iddiaçı tərəfin qanuni maraqlarına zərər vurur. Buna görə də, iddiaçı tərəf əlavə sazişdən irəli gələn vəzifələrin icrasını tələb etməkdə haqlıdır.

35. Əgər yalnız tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əlavə sazişdə olan imzanın kim tərəfindən icra edilməsi ilə bağlı ekspert rəyinin nəticələrinə əsaslanarsa, bu aşağıdakı hüquq pozuntularına səbəb olar: həqiqi iradənin nəzərə alınmaması - çünki, cavabdehin konklyudent hərəkətləri, əqdi bəyənməsi onun həmin əla və sazişlə bağlı razılığını və onun bəyəndiyini göstərir, lakin bu, formal sübutlarla inkar edilir. Sübutetmə yükünün qeyri-bərabər paylanması – əgər yalnız ekspert rəyi əsas götürülərsə, bu müqavilə tərəflərindən birinin hüquqi mövqeyini zəiflədər və qarşı tərəfin konklyudent hərəkətləri nəzərə alınmaz. Prosessual ədalət prinsipinin pozulması - formal sübutların üstün tutulması məhkəmənin obyektiv və hərtərəfli araşdırma aparmaq vəzifəsinə ziddir.

36. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125 və 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 357, 421, 423, 425, 442, 560 və 697-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, Vüqar Babayevin kim olması cavabdehə məlum deyildir. Cavabdeh tərəfindən Vüqar Babayev adlı şəxsə təmsilçilik səlahiyyəti verilməmişdir. Yalnız bir dəfə cavabdeh mülkiyyətindəki əmlakı icarəyə vermək üçün internetdə elan yerləşdirilməsi üçün alqı-satqı ofislərinə müraciət etmiş öz şəxsi nömrəsini qeyd etmişdir və iddiaçı tər əf birbaşa mülkiyyətçi ilə və onun əri (etibarnamə üzrə nümayəndəsi ilə əlaqəyə keçərək şərtlər barədə razılaşdıqdan sonra notariat ofisinə gedərək kirayə müqaviləsi bağlamışlar. Kirayə müqaviləsindən də göründüyü kimi müqavilə Bank ilə mülkiyyətçinin nümayəndəsi Məhəmməd Mirzəyev arasında bağlanmışdır. Məhkəmənin qeyd etdiyi kimi əgər Vüqar Babayev cavabdehi təmsil etmiş olsa idi elə ilk gündən müqavilə onunla bağlanmış olardı. Həmin şəxsin kim olması bizə məlum deyildir. Ehtimal olunur ki, həmin şəxs mənzilin icarəyə verilməsi ilə bağlı elanı internetə yerləşdirən şəxsdir ki, onun da işi elanı internetə yerləşdirməklə bitmişdir, sonrakı prosedurda birbaşa mülkiyyətçinin nömrəsi qeyd edildiyi üçün Bankın səlahiyyətli şəxsləri mülkiyyətçi ilə əlaqə saxlamış, danışıb razılaşdıqdan sonra onu nla müqavilə bağlamışlar. Həmin şəxs elanın yerləşdirilməsindən sonra heç bir yerdə mülkiyyətçini təmsil etməmiş, onun adından danışmamış, hər hansı tapşırığı icra etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Vüqar Babayev mənzilin çıxarışını mail ilə iddiaçıya təqdim etmişdir. Məhkəmənin qeyd etdiyi bu fakt müqavilə bağlanmazdan əvvəlki dövrə aiddir və yuxarıda qeyd etdiyi faktı təsdiq edir.

39. Məhkəmə qətnaməsində Vüqar Babayevin müqavilənin xitamı üçün iddiaçı ilə email ilə yazışmasını qeyd etmişdir (səh. 14, 6-cı abzas). İş materiallarında bu halı təsdiq edəcək heç bir sənəd, sübut yoxdur. Müqavilə bağlandıqdan sonrakı dövrə aid iddiaçı tərəf Vüqar Babayev adlı qeyd etdiyi şəxs ilə mülkiyyətçi arasında münasibətləri, təmsilçilik faktını təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişlər, məh kəməyə sübut əhəmiyyəti olmayan boş yazışmalar təqdim etmişlər ki, həmin yazışmalara da baxıldıqda tək tərəfli yazıldığı, qarşı tərəfin həmin mesajları qəbul etmədiyi, cavab vermədiyi və ya qarşı tərəfə həmin mesajların çatmadığı bəlli olur.

40. Bundan əlavə məhkəmə qətnamənin 14-cü səhifəsi, sonuncu abzasında qeyd etmişdir ki, “Halbuki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin müqavilə bağlamaqla bağlı niyyətləri olduğu andan - xitamınadək tərəflər arasındakı yazışmalar cavabdeh tərəfin nümayəndəsi kimi Vüqar Babayev vasitəsilə aparılmışdır”. Bu ifadə də həqiqəti əks etdirmir, iş materialında məhkəmənin bu nəticəyə gəlməsi üçün əsas olan heç bir sübut yoxdur. Məhkəmənin bu mövqeyi iş materialları ilə təqdim edilmiş sənədlər ilə ziddiyyət təşkil edir.

41. Məhkəmə qətna məsində cavabdehin vicdanlı hərəkət etmədiyinə, hüquqdan suiistifadə etdiyini bildirmiş, lakin iddiaçının qanunvericiliyin tələbindən irəli gələn, müqavilədə götürmüş olduğu vəzifələrinə riayət etməyərək təhvil təslim etmədən, özbaşına çıxıb getməklə kirayə verənə vurmuş olduğu zərəri nəzərə almamışdır. Tərəflər arasında təhvil təslim edilməməsinin səbəbini araşdırmamışdır. Vaxtından əvvəl müqaviləyə xitam vermək niyyətləri var idisə mülkiyyətçiyə bu barədə telefon ilə, whatsapp ilə niyə məlumat verilməməsini araşdırmamışdır. Mənzilin açarının təhvil verilib-verilməməsini araşdırmamışdır. İddiaçının istinad etdiyi Vüqar Babayev adlı şəxs ilə bağlı həqiqətin ortaya çıxarılması üçün 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb etməmişdir.

42. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 359, 362, 421 və 423-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Bank kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin 6-cı bölməsi (prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) tamamilə boş olmuşdur. Şikayətin 5-ci bölməsində isə (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) sadəcə olaraq mülki qanunvericiliyin normalarına formal istinad edilmiş və hər bir norma üzrə ayrıayrılıqda heç bi r əsaslandırma verilməmişdir. Şikayətin mətn hissəsi ancaq qeyd edilən xüsusatlardan ibarət olmuşdur, yəni həmin şikayət heç bir dəlil və əsaslandırma irəli sürülmədən hər-hansısa halın sübut olunmamasına, aydınlaşdırmasına dair mülahizələrdən ibarət olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

46. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

47. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəm iyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.

48. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

49. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

50. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınc a icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqaların ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

52. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

53. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

54. Maddə 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

55. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

56. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassas iya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materialların ı və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

66. Apellyasiya məhkəməsi tətəfindən işin müəyyən edilmiş hallarına görə Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan və ünvan 1 ünvanda yerləşən mənzili xx.xx.2023-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş Kirayə müqaviləsinə əsasən 11 ay müddətinə iddiaçı "xxxx" ASC-yə kirayəsinə vermiş, kirayə obyekti kirayəçi ABB-nin əməkdaşı X12 yaşaması üçün istifadə olunması müəyyən olunmuş, müqaviləyə əsasən ilk 5 ay üçün kirayə haqqı olan 14620 manat Bank tərəfindən kirayə verənə əvvəlcədən ödənilmişdir.

67. Lakin kirayə obyektində yaşayan bankın əməkdaşı mənzili vaxtından əvvəl tərk etdiyinə görə “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13 №-li kirayə müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1 №-li Əlavə saziş tərtib edilmiş, həmin sazişə əsasən müqavilənin xitam tarixindən sonrakı dövr ödənilmiş 5848 manat məbləğində kirayə haqqını Bank geri tələb edə bilər.

68. Göstərilən Əlavə sazişdə olan imzanın kirayə verən cavabdehə, yaxud onun nümayəndəsinə aid olmaması bərədə ekspert rəyinə, habelə həmin sazişdən məlumatlı olmasının cavabdeh tərəfindən inkar olunmasına əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh özünün konklyudent hərəkətləri ilə, yəni mənzili kirayə vermək üçün Vüqar Babayev adlı şəxsi faktiki nümayəndəsi kimi seçməsi, həmin şəxs tərəfindən mənzilə dair Çıxarışın müqavilənin hazırlanması üçün e-mail ilə iddiaçıya (Banka) təqdim olunması (hətta kirayə verilmiş əmlakın Cavabdeh məxsus olmasına dair linkin mail vasitəsilə göndərilməsi), bundan sonra tərəflər arasında həqiqətən də notariat qaydada təsdiqlənmiş müqavilənin bağlanması, daha sonra Vüqar Babayevin müqavilənin xitamı üçün iddiaçı ilə e-mail ilə yazışması, cavabdehin iddiaçıdan 5-ci aydan sonra heç bir kirayə haqqını tələb etməməsi, ümumiyyətlə iddiaçıya qarşı müvafiq müqavilədən irəli gələn heç bir tələbinin olmaması kimi hallarla əqdləri, o cümlədən mənzil kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Əlavə sazişi, yəni kirayə çinin mənzil kirayə müqaviləsini birtərəfli qaydada pozmasını bəyəndiyini nümayiş etdirmişdir. Mənzil kirayə müqaviləsi üzrə tərəflərin müqavilə bağlamaqla bağlı niyyətləri olduğu andan - xitamınadək tərəflər arasındakı yazışmalar kirayə verənin nümayəndəsi kimi şifahi tapşırıq müqaviləsi ilə Vüqar Babayev çıxış etmişdir.

69. Məhkəmənin qənaətinə görə tərəflər arasında xx.xx.2023-cü il tarixli mənzil kirayəsi müqaviləsinə əsasən yaranmış münasibətlər xx.xx.2023-cü il tarixli Əlavə sazişə görə 08 avqust 2023-cü il tarixdən xitam verilmişdir, həmin saziş kirayə verən cavabdeh tərəfdən imzalanmasa da, cavabbeh bu barədə məlumatlı olmuş, faktiki təmsilçisi Vüqar Babayev adlı şəxs onun adından çıxış edərək xx.xx.2023-cü il tarixli mənzil kirayə müqaviləsinin ləğvi ilə əlaqədar hərəkətlər etmiş( elektron yazışmalar aparmış), kirayəçi tərəfindən müqavilə şərtlərinə əməl olunmaması, yəni kirayə haqqını ödəməməsi ilə bağlı iradını bildirməmiş, bununla öz hərəkətsizliyi Əlavə sazişin bağlanmasını təsdiq etmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına uyğun olmamış, həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi barədə tələblərinə əməl etməmişdir.

71. Belə ki, iş materiallarındakı elektron yazışmalarda Vüqar Babayev adlı şəxsin "xxxx" ASC ilə tərəflər arasında 02 may 2023-cü il tarixli mənzil kirayəsi müqaviləsinin bağlanması ilə əlaqədar qeydl ər olsa da, həmin müqavilə cavabdehin nümayəndəsi kimi əri X2 tərəfindən imzalanmışdır, müqavilə bağlanandan sonra isə onun dəyişdirilməsi, ləğv olunması və ya xitamı ilə əlaqədar hər hansı yazışmaların olması müəyyən olunmur.

72. Tərəflər arasındakı mənzil kirayəsi müqaviləsi notarial qaydada təsdiqlənmişdir, həmin müqavilənin xitam olunmasına dair 27 iyul 2023-cü il tarixli Əlavə saziş də Mülki Məcəllənin 423.1-ci maddəsinə görə eyni formada, yəni yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməli idi. Lakin nəinki bu qaydalara riayət olunmamış, ümumiyyətlə müqavilənin kirayə verən tərəfin, o cümlədən apellyasiya məhkəməsinin faktiki təmsilçi kimi göstərdiyi Vüqar Babayev adlı şəxs tərəfindən imzalanması müəyyən olunmur. X13 adlı şəxsin mənzil kirayə müqaviləsinə xitam verilməsi b arədə kirayəçi ilə yazışmalarının olması qəbul olunsa belə, onun tərəfindən həmin Əlavə sazişin bağlanması, imzalanması üçün hər hansı hərəkətlərin olunması müəyyən edilmir. Belə olan halda həmin Əlavə sazişin mövcud olması istisna edilir. Mövcud olmayan müqavilənin, yaxud həmin müqavilənin bağlanması üçün faktiki təmsilçi Vüqar Babayev tərəfindən edilmiş hərəkətlərin hər hansı bir şəxs, həmçinin kirayə verən tərəfindən bəyənilməsi mümkün deyildir, məntiqsizdir.

73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kirayə verən cavabdehin mənzil kirayəsi müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə Əlavə sazişi bəyənməsi ilə bağlı hərəkətləri (hərəkətsizliyi), yəni bu barədə məlumatlı olması, kirayəçi tərəfindən müqavilə şərtlərinə əməl olunmamaqla kirayə haqqını ödəməməsi, buna iradını bi ldirməməsi kimi hərəkətsizliyinin Əlavə sazişin bağlanmasını təsdiq etməsi kimi dəyərləndirməkdə də apellyasiya məhkəməsi səhvə yol vermişdir.

74. Göstərilən dəlillərdən başqa işin mübahisəsiz halına görə kirayəçi 5 aylıq kirayə haqqını əvvəlcədən ödəmişdir, müvafiq olaraq bu dövr üçün kirayə verən kirayəçidən haqq tələb edə bilməzdi. Kirayəçi tərəfindən mənzil kirayə müqaviləsinə vaxtındın əvvəl xitam verilməsi barədə Əlavə sazişdən başqa hər hansı bir digər sənəd, xüsusilə mənzilin mülkiyyətçisi olan cavabdehə təhvil verilməsi barədə sənəd təqdim olunmamışdır. Belə olan halda cavabdehin 5 aylıq kirayə haqqının əvvəlcədən ödənildiyi dövr üçün kirayəçidən kirayə müqaviləsi üzrə hansı vəzifələrin icrasını tələb etməli, yaxud iradını bildirməli olması aydın deyildir. İddiaçı Bankın əməkdaş ının mənzildə yaşayıbyaşamamasına, mənzildən istifadə olunub-olunmamasına nəzarət etmək isə kirayə verənin vəzifəsi deyildir.

75. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları müəyyən etməmiş, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallara dair düzgün hüquqi dəyərləndirmə aparmamışdır. Cavabdehin özünün konklyudent hərəkətləri iddiaçı tərəfindən təqdim edilmiş Əlavə sazişi, mənzil kirayəsi müqaviləsinin vaxtından əvvəl xitam verilməsinin bəyənməsi barədə qənaətə gəlmək üçün kifayət qədər əsaslar olmamışdır. Bunun üçün ilk növbədə müqavilənin özünün mövcud olması, faktiki təmsilçi kimi göstərilən Vüqar Babayev adlı şəxsin varlığı, onun kirayə verən cavabdehin adından çıxış etməsi, həmin hallar müəyyən edildiyi halda isə cavabdehin halları bəyənməsi etibarlı sübutlarla öz təsdiqini tapmalı olmasını apellyasiya məhkəməsi diqqətdən qaçırmışdır.

76. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, maddi hüquq normalarının düzgün tətbiq etmədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-303/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar