Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-1781/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: işin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı kirayə borcunun tutulmasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin e-2(006)-768/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən v erilmiş şikayətə 14 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı "kirayə müqaviləsi üzrə borc" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, sadələşdirilmiş icraat qaydasında Cavabdeh kirayə haqqı borcu olaraq 3710 manat və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-768/2025 nömrəli iş üzrə 12 mart 2025-ci il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə verilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 11-ci bəndinə əsasən MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməs i ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterin ə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
4. Məhkəmə qeyd etmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən İddiaçı (VÖEN: **********) kommersiya hüquqi şəxsi olmaqla fəaliyyətinin həm də sahibkarlıq elementlərini ehtiva etməsi mübahisəsizdir. Cavabdeh isə (VÖEN: **********, fəaliyyətini müvəqqəti dayandırmış) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkar olması müəyyən edilir. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan iddiaçı və cavabdeh də sahibkarlıq fəaliyyəti subyektləridir.
5. Məhkəmə eyni zamanda Cavabdeh VÖEN statusu ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış olmasına münasibətdə qeyd etmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir.
6. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olaraq kirayə müqavilələri bağlanmışdır ki, hansı ki, iddiaçı həmin müqavilələr üzrə yaranmış borcun cavabdehdən tutulmasını tələb edir. Tərəflər arasında olan mübahisənin subyektiv tərkibi, predmeti və hüquq münasibətlərinə əsasən məhkəmənin gəldiyi qənaətə görə, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir.
7. Məhkəmə belə qənaətə gəlmişdir ki, həm tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olduğundan, həm də onlar arasındakı mübahisə predmeti kommersiya məqsədi daşıdığından həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı Cavabdeh qarşı “kirayə borcunun tutulması” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersi ya Məhkəməsinə göndərilməlidir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1, 24.2, 25, 26.1, 26.2, 31.1, 32.3-32.4-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır.
9. İddiaçı şikayət verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-768/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10№li Qərarının 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada m üəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 18 sentyabr 2020-ci il tarixli 10№li Qərarının 14-cü bəndinə əsasən tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Eyni zamanda məhkəmənin qeyd edilmişdir ki, cavabdeh iddiaçı ilə avtomobil kirayə müqaviləsi imzalayan zaman həmin avtomobili sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq icarəyə götürdüyünü bildirməmiş, fərdi sahibkar kimi vergi orqanlarında uçota alınması barədə heç bir məlumat verməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh qeyd edilən avtomobil kirayə müqaviləsi imzalanan zamandan daha çox əvvəl sahibkarlıq fəaliyyətini dayandırdığını bildirmişdir.
11. Nəsimi Rayon Məhkəməsinin 2(006)-768/2025 nömrəli iş üzrə 1 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim Ramin Xəlilov) şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçir diyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
13. Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı
14. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
15. Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələ rinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birini n sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
16. Bənd
12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblə rdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərd ən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
18. Bənd 14. əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sah ibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir
19. Bənd
15. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.
20. Bənd
20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət o rqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər.
21. Bənd
28. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 25.1. Sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
23. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
24. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
25. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
26. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
27. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.
28. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir
29. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin t əqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.
30. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
32. İşdən görünür ki, İddiaçı Cavabdeh kirayə haqqı borcu olaraq 3710 manat və 57 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını tələb etmişdir. 33. “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarına görə, İddiaçı (VÖEN: **********) kommersiya hüquqi şəxsi, Cavabdeh (VÖEN: **********, fəaliy yətini müvəqqəti dayandırmış) isə sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir.
34. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, mübahisə iddiaçı tərəfindən kirayəyə verilmiş 21 ədəd nəqliyyat vasitəsinin qalıq qalmış kirayə borcunun ödənilməməsi ilə bağlı yaranmışdır. Cavabdeh tərəfin məhkəmə iclasında vermiş olduğu izahatından aydın olur ki, nəqliyyat vasitələrindən ona aid olan şirkətin məqsədləri üçün istifadə edilmişdir.
35. Sözügedən iki hal öz növbəsində kifayət edir ki, hazırkı mübahisə MPM-in (bu Qərarın 12-ci bəndi) tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının (bu Qərarın 14-cü bəndi) izahlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə, yəni kommersiya mübahisəsi kimi xarakterizə edilsin.
36. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir.
37. Bu baxımdan, iddiaçının və cavabdehin mübahisənin predmeti ilə bağlı fəaliyyətləri, habelə həmin tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin sahibkarlıq fəal iyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə əsas verir.
38. Göründüyü kimi, iddiaçının şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 12-ci bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, müəyyən edilməli olması, habelə, 30- cu maddəsinin bir-biri ilə əlaqədar olaraq birləşdirilən bir neçə tələbdən bir qismi ümumi məhkəməyə, digəri isə kommersiya məhkəməsinə aiddirsə, iddiaya kommersiya məhkəməsində baxılmalı olması barədə tələblərinə, həmçinin, Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 14-cü bəndi) verilən izahlara zidd olduğu üçün, əsassızdır.
39. Beləliklə, hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-768/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi