Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2148/2025 08.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 Eldar oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamen tinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1140/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilə dair 7 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və “22/52” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil istismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim- Qamət Əbilov) 2(002)1408/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1408/2024 nömrəli 17 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Cəmilə Musayeva (Cəmilə Musayeva), Fuad Babayev və Fuad Abdıyev) 4 fevral 2025-ci il tarixli, 2(103)1140/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1408/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1140/2025 nömrəli, 4 fevral 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Cəmilə Musayeva (Cəmilə Musayeva), Fuad Babayev və Fuad Abdıyev) 20 may 2025-ci il tarixli, 2(103)1140/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1140/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi Cavabdeh1 nümayəndəsi Nümayəndə2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət Cavabdeh1 tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, kassasiya şikayətini verən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Nəticədə prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş veribvermədiyinə məhkəmə tərəfindən qiymət verilməsi mümkün olmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 405.0.1, 408.1.4-maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və müddətin ötürülməmiş hesab edilməklə kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş məhkəmə aktı Cavabdeh1 xx.xx.2025-ci il tarixdə çatdırılmış və şikayət vaxtında verilmişdir. Nümayəndəsi Nümayəndə2 isə elektron kabinetinə fevral ayında yerləşdirilmiş, laki n Nümayəndə2 elektron kabinetə yüklənsə də, həmin qətnamədən şikayət verə bilməzdi, çünki kassasiya şikayəti ancaq vəkil tərəfindən verilə bilər, ona verilən etibarnamədə vəkillə müqavilə bağlanması kimi səlahiyyət öz əksini tapmamışdır.
11. Kassasiya şikayətinin geri qaytarılmasının əsası kimi göstərilmiş “qətnamənin iş üzrə nümayəndə kimi iştirak etmiş Nümayəndə2 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsi” ilə bağlı qeyd edilmişdir ki, Nümayəndə2 iş üzrə vəkil kimi çıxış edə bilməyəcəyindən kassasiya şikayəti verə bilməyəcəkdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən t əyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
15. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.
19. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibət inə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir.
21. Həmin normanın tələbinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə, şikayət geri qaytarılır.
22. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir.
23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 20 may 2025-ci il tarixli 2(103)1140/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.