Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-986/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi (Maraqlı şəxs maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, 2(3-6)- 198/2026-cı il saylı qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Ərizəçi (Maraqlı şəxs maraqlı şəxs qismində cəlb olunmaqla) “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Maraqlı şəxs arasında ##.##.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinin təsdiq edilməsinə və barışıq sazişinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin # ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Ərizəçi və Maraqlı şəxs arasında Bakı şəhəri, * saylı Mediasiya təşkilatında bağlanmış ##.##.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi qət edilmişdir: 1. “İkinci tərəf” Maraqlı şəxs bu Saziş imzalamaqla, “Birinci tərəf” Ərizəçi 186.000 manat borcunun olduğunu qəbul və etiraf edir. 2. “İkinci tərəf’ Maraqlı şəxs bu Sazişi imzalamaqla, “Birinci tərəf” Ərizəçi olan 186.000 manat borcunu ## ###### 2024-cü il tarixədək hissə-hissə ödəmək şərti ilə tam ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 3. “Birinci tərəf” Ərizəçi bu Sazişi imzalamaqla “İkinci tərəf” Maraqlı şəxs ona olan 186.000 manat borc pul məbləğini qəbul və etiraf etdiyi ilə razıdır. “Birinci tərəf” Ərizəçi bu Sazişi imzalamaqla, Maraqlı şəxs ona yaratdığı 186.000 manat borcunu ## ###### 2024-cü il tarixədək hissə-hissə ödəyəcəyinə (qaytaracağına) dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5. Tərəflər bu mübahisəsin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə və hər iki tərəfin qarşılıqlı razılığı ilə həll etdiklərini qəbul və bəyan edirlər. “İkinci tərəf’ Maraqlı şəxs qəbul edir ki, bu sazişin 2-ci bəndində öz üzərinə götürdüyü öhdəlklərini pozduqda “Birinci tərəf”in aidiyyəti məhkəməyə müraciət etməklə (bu sazişi təsdiq etdirməklə) ondan borc məbləğin mübahisəsiz qaydada və tam şəkildə tələb etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.
5. Məhkəmə kollegiyası qeyd etmişdir ki, maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin şikayətin mümkün hesab edilməsi barədə *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmaqla baxışdan çıxarılmalı və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
6. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, qanunla müəyyən olunmuş müddət ərzində qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə mindiyindən ##.##.2024-cü il tarixdə icraya yönəldilmiş, ##.##.2024-cü il tarixdə icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
7. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, maraqlı şəxs Maraqlı şəxs ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə sənədlərin təqdim edilməsini xahiş etmiş, ##.##.2025-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış və ##.##.2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qətnamənin surətinin maraqlı şəxsin müvafiq ünvanı üzrə göndərilməsini, icra vərəqəsi verilərək qətnamənin icraya yönəldilməsini nəzərə alaraq maraqlı şəxs Maraqlı şəxs 1 il müddətdən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmağa, maraqlı şəxsin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamağa müvafiq ica işinin Bakı şəhəri, Yasamal rayon İcra şöbəsindən əldə edilməsini və icra işi materiallarına baxış keçirilməsini məqsədəmüvafiq hesab etmişdir.
9. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə ##.##.2024cü il tarixdə icraata başlanılmışdır. İcra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş tərtib edilmiş və həmin bildiriş borclu Maraqlı şəxs tərəfindən ##.##.2025-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir.
10. Həmçinin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli icra sənədi barədə borclu Maraqlı şəxs izahatı alınmış və o, izahatında Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədindən xəbərdar olduğunu qeyd etmişdir.
11. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, maraqlı şəxs Maraqlı şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən daha əvvəl məlumatlı olmuşdur. Buna baxmayaraq, həmin qətnamədən şikayətini ##.##.2025-ci il tarixdə vermişdir ki, bununla da qanunvericiliklə müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüşdür, üstəlik şikayətinə müddətin bərpasına dair vəsatət əlavə edilməmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamədən apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verildiyindən, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
13. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-nin 130.3, 360, 363.1.3, 364, 366.2, 366.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Maraqlı şəxs Maraqlı şəxs (vəkil vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və iş üzrə Bakı Şəhəri, Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkün hesab olunması barədə qərar qəbul etməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası işdə olan sübutlara düzgün hüquqi qiymət verməyərək və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir. Hazırkı iş materiallarında maraqlı şəxs Maraqlı şəxs qətnamənin rəsmi olaraq verilməsini təsdiq edən heç bir sənəd yoxdur. Hansı ki, qətnamənin tərəfə çatması məhkəmə sənədləri ilə təsdiq olunmalıdır. Qətnamənin tərəfə çatdırılması məhkəmənin vəzifəsdir və bu hal məhkəmə sənədləri ilə təsdiq olunmalıdır. İş materiallarında qətnamənin Maraqlı şəxs çatmasına, verilməsinə dair heç bir sübut yoxdur. Məhkəmə sənədlərində qətnamənin nə vaxt çatdırılması barədə poçt sənədləri və yaxud digər sübutlar yoxdursa, deməli mübahisəli qətnamə Maraqlı şəxs rəsmi qaydada çatdırılmamış və o, şikayəti vaxtında vermişdir. Qətnaməni nə vaxt alması halını sübutetmə vəzifəsinin şikayət verənin üzərinə qoyulması mülki mühakimənin prinsiplərinə ziddir. Qətnaməni Maraqlı şəxs ##.##.2025-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Belə ki, onun tərəfindən ##.##.2025-ci il tarixdə ərizə ilə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə müraciət edilərək iş üzrə sənədlərin təqdim edilməsi xahiş edilmiş, ##.##.2025-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surəti alınmış və ##.##.2025ci il tarixdə elektron qaydada həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bunu nəzərə alan birinci instansiya məhkəməsi qətnamədən verilmiş şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Ona görə hazırkı halda qətnamədən apelyasiya şikayəti vermə müddətinin bərpası məsələsi ilə bağlı qərar qəbul edilməsinə zərurət yox idi. Qətnamənin Maraqlı şəxs tərəfindən alınmasına dair sübutlar yoxdursa birinci instansiya məhkəməsinin öz təşəbübbüsü ilə müddətin ötürülməməsi ilə bağlı əsaslandırılmış qərardad çıxarılmasına zərurət yoxdur və prosessual qanunvericilikdə belə göstəriş nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, müddətin bərpası o, halda tətbiq olunur ki, məhkəmə sənədinin alınması təsdiq olunur, lakin müəyyən üzrlü səbəbdən qanunla müəyyən edilən müddət ərzində prosessual hərəkətlər yerinə yetirilməmiş qalır və ötürülmüş müddətin üzrlü olub-olmaması mübahisə doğurur. Apellyasiya instansiyası məhkəməsi bir tərəfdən Maraqlı şəxs tərəfindən qətnamənin surətinin ##.##.2025-ci il tarixdə qəbzə imza etməklə alınmasını, apellyasiya şikayətinin ##.##.2025-ci il tarixdə elektron qaydada verilməsini qeyd edir, digər tərəfdən də müddətin bərpasına dair vəsatətin əlavə edilmədiyinə, şikayət vermə müddətin ötübötmədiyinə prosessual-hüquqi qiymət verilmədiyinə istinad edir. Halbuki, qətnamənin surətinin Maraqlı şəxs tərəfindən ##.##.2025-ci il tarixdə rəsmi qaydada alınması qəbul edilərsə, ##.##.2025-ci ildə təqdim edilmiş şikayətin müddət ötürülməklə verilməsinə istinad edilməsi düzgün sayıla bilməz. Çünki AR MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiya məhkəməsinin icra işinin materiallarına istinad edərək Maraqlı şəxs mübahisə predmeti olan qətnamədən əvvəlcədən məlumatlı olmağı qənaətinə gəlməsi tamamilə absurddur. Maraqlısı odur ki, apellyasiya instansiyası məhkəməsi necə müəyyən etdi ki, icra məmuru tərəfindən tərtdib edilmiş bildirişdəki imza Maraqlı şəxs tərəfimdən imza edilmiş, həmin imza Maraqlı şəxs məxsusdur. Maraqlı şəxs şəxsiyyətini təsdiq edən sənəd məhkəmə sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş icra işinin materiallarında olmadığına görə həmin imzanın məhz ona aid olduğunu müəyyən etmək mümkün deyil. Bundan başqa apellyasiya instansiya məhkəməsi iş üzrə iclas keçirmədən, işə mahiyyəti üzrə baxmadan öz təşəbbüsü ilə Bakı şəhəri, Yasamal rayon İcra Şöbəsinə sorğu ilə müraciət edərək icra işinin materiallarını istəməsi ilə prosessual normaların tələblərini pozmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
22. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
23. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
26. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
27. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
28. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
29. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən, qərardadın əsaslılığı tam yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə, maraqlı şəxs Maraqlı şəxs kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Maraqlı şəxs Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozuduğunu, iş üzrə düzgün olmayan qərardad çıxardığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dililləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən qətnamədən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə mindiyindən ##.##.2024-cü il tarixdə icraya yönəldilmiş və ##.##.2024-cü il tarixdə icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, maraqlı şəxs Maraqlı şəxs ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə sənədlərin təqdim edilməsini xahiş etmiş, ##.##.2025-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış və ##.##.2025-ci il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin surətinin maraqlı şəxs Maraqlı şəxs müvafiq ünvanı üzrə göndərilməsini, icra vərəqəsi verilərək qətnamənin icraya yönəldilməsini nəzərə alaraq, onun 1 il müddətdən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülübötürülməməsini
41. tam və hərtərəfli araşdırmağa, maraqlı şəxsin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamağa müvafiq ica işinin Bakı şəhəri, Yasamal rayon İcra şöbəsindən əldə edilməsini və icra işi materiallarına baxış keçirilməsini məqsədəmüvafiq hesab etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi üzrə ##.##.2024-cü il tarixdə icraata başlanılmışdır. İcra məmuru tərəfindən tələbin könüllü icrası barədə bildiriş tərtib edilmiş və həmin bildiriş borclu Maraqlı şəxs tərəfindən ##.##.2025-ci il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, ##.##.2024-cü il tarixli icra sənədi barədə borclu Maraqlı şəxs izahatı alınmış və o, izahatında Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədindən xəbərdar olduğunu qeyd etmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, maraqlı şəxs Maraqlı şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsindən daha əvvəl məlumatlı olmuşdur. Buna baxmayaraq, həmin qətnamədən şikayətini ##.##.2025-ci il tarixdə vermişdir ki, bununla da qanunvericiliklə müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüş və şikayətə müddətin bərpasına dair vəsatət əlavə etməmişdir.
45. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, maraqlı şəxs Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Maraqlı şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.