Məhkəmə qərarları › İş №2(102)-1/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1/2021

05.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:iddia müddəti, kəsici müddət, müddətin axımının başlanması, maddi hüquq normalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Mollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçıların vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6588/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2001-ci il tarixli sərəncamına əsasən «XXX» Cəmiyyətinin Sumqayıt şəhər şöbəbsinin avtomobil dayanacağına Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində ayrılmış 0,1 ha torpaq sahəsi «xxxx» firmasının adına sənədləşdirilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 06 noüyabr 2001-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamına əsasən, «xxxx» firmasına sallaqxana və ət satışı məntəqəsi təşkil etmək üçün Bakı-Rostov yolunun Sumqayıt şəhər hissəsində avtomobil bazarı ilə üzbə-üz 3200 kvadrat metr torpaq sahəsi ayrılmışdır. xx xxxxxx 2001-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 223 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamına əsasən 01 ha:1000 kv metr sahəni instrumental təriqilə ölçüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyularaq «xxxx» firmasının nümayəndəsinə yerində təhvil verilmişdir. Sumqayıt şəhəri, 20-ci məhəhlə ərazsində 0,1 ha (1000 kv metr) torpaq sahəsini «xxxx» firmasının nümyəndəsi yerində qəbul etmişdir. xx xxx 2009-cu il tarixli «xxxx» firmasının payın alğı-satqı müqaviləsinə əsasən, X5 «xxxx» firmasından ona məxsus 100 faiz paydan 25 faiz hissəsini İddiaçı1 5 manata və 25 faiz hissəsini Cavabdeh 5 manata satmış və qalan 50 faiz hissəsi isə özündə qalm ışdır. Payın məxsus olduğu «xxxx» firması Azərbaycan Respublikası Sumqayıt şəhəri, BakıSumqayıt yolu, avtomaşın satışı hüquqi ünvanla, xx xxxx 1996-cı il tarixdə 30350 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. «xxxx» firmasının təsisçilərinin xx xxx 2009-cu il tarixli qərarına əsasən, X5, İddiaçı1 və Cavabdeh «xxxx» müəssisəsinin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləridir. «xxxx» firmasının xx xxxxxx 2010-cu il tarixli təsisçilərin ümumi yığıncağının iclas protokolunun surətindən müəyyən edilir ki, «xxxx» MMC-nin təsis yığıncağı firmanın təşkilatı hüquqi formasını dəyişdirərək bazasında «xxxx» MMC-nin yaradılması, cəmiyyətin yeni redaksiyasında nizamnaməsi hazırlanıb təsdiq olunaraq, firmanın təşkilatı hüquqi formasının dəyişdirilməsi ilə bağ lı Vergilər qəzetində müvafiq elan verilməsi, «xxxx» MMC-nin direktoru vəzifəsinə X2 təyin olunması, «xxxx» MMC-nin dövlət qeydiyyat məlumatlarının dəyişdirilməsi üçün vergi və digər dövlət orqanlarına müraciət edilməsi, təsis və digər sənədlərin imzalanması, təsdiq edilməsi, götürülməsi, təhvil verilməsi və firmaının təhvil aktının imzalanması səlahiyyətləri X6 həvalə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «təsisçilikdən çıxarma» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxx” MMC-yə daxil olduğu xx xxx 2009-cu il tarixli alıq-satqı müqaviləsinin ləğv olunması və təsisçiləri aldatdığı ******* manat pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx xxx 2009-cu il tarixdə “xxxx” firmasından payın alqı-satıqısı barədə bağlanmış müqavilənin Cavabdeh aid hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş xx xxx 2009-cu il tarixli “xxxx” firmasının təsisçilərinin qərarı və xx xxxxxx 2010-cu il tarixli “xxxx” firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi, Cavabdeh “xxxx” firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarımasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin girəcəyində yerləşən avtomobil ba zarı «xxxx» firmasının mülkiyyətində olmuş həmin bazarın 50 faiz payı İddiaçı1, 50 faiz isə İddiaçı 1evin adına olmuşdur. İddiaçı 1evin vəfatından sonra onun payı övladlarının adına keçmişdir. 2009-cu ildə Sumqayıt maşın bazarının sökülməsinin qarşısını almaq üçün bazar sahibi İddiaçı 1ə kömək üçün İddiaçı1 müraciət etmiş, İddiaçı1 isə həmin müraciətin araşdırılmasını«XXA» şirkətində 25 faiz nizamnamə payına malik şəriki Cavabdeh tapşırmışdır. Lakin Cavabdeh İddiaçı 1evin vəfatından, habelə İddiaçı1 adından, etibarından sui-istifadə edərək İddiaçı1 «xxxx» firmasındakı payını yenidən rəsmiləşdirmək adı altında «xxxx» firmasının 25 faiz pay hissəsində özünü alıcı kimi təqdim etmiş və İddiaçı1 «xxxx» firmasındakı 50 faiz payının 25 faiz öz adına rəsimiləşdirilməsinə nail orlmuşdur. Belə ki, « xxxx» firmasından payın alqı-satqısı müqaviləsindən göründüyü kimi «xxxx» firmasının təsisçisi X5 ona məxsus 100 faiz paydan 25 faiz hissəsini İddiaçı1 və 25 faiz hissəsini isə Cavabdeh satmışdır. Cavabdeh İddiaçı1 adından danışdığından satıcı X6 bu halı mübahisələndirməmişdir. Cavabdeh alqı-satı müqaviləsini İddiaçı1 gizlətmək məqsədi ilə alqı-satqı aparılan gün, yəni xx xxx 2009-cu il tarixdə İddiaçı1 iştirakı olmadan İddiaçı1 yerinə saxta imza ataraq «xxxx» firmasının təsisçilərinin saxta qərarını tərtib etmiş, bu barədə X6ə heç bir məlumat vermədən İddiaçı1 tapşırığı kimi təqdim edərək payın alqısatqısı barədə dəyişikliklərin qeydə alınması barədə Azərbaycan Respublikası Vergillər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməsi, sənədlərin təhvil alınması və təhvil veri lməsini cəmiyyətin direktoru kimi X3 həvalə etmişdir. xx xxxxxx 2010-cu il tarixə isə Cavabdeh digər təsisçi X1 iştirakı olmadan, özünü iclasın katibi kimi qeyd edərək və mahiyyəti barədə İddiaçı1 məlumat vermədən «xxxx» firmasının təsisçilərinin iclas protokolunu tərtib edərək «xxxx» firmasının adının dəyişdirilməsi və «xxxx» MMC adlandırılması, bir sözlə «xxxx» MMC-nin yaradılmasına nail olaraq «xxxx» MMC-də təsisçilərin nizamnamə kapitalındakı paylarının X10 oğlunun 50 faiz, İddiaçı1 25 faiz və Cavabdeh 25 faiz payı olmasını rəsmiləşdirmişdir. Lakin qeyd olunanlar barəsində İddiaçı1 xəbəri olmamışdır. Cavabdeh özünü X6ə və İddiaçı1 mərhum atası Aqil Əliyevin şəxsi ailə həkimi, biznesinə nəzarət edən şəxs kimi tanıtmışdır. Ona görə də X9 Şahbazovun tapşırıqlarını və hərəkətlərini mübahis ələndirməyə cəhd etməmişdir. Beləlikdə, Cavabdeh çirkin niyyətləri baş tutmuş və İddiaçı1 adından, etibarından sui-istifadə edərək digər təsisçi X6ə tapşırıqlar, gösərişlər verərək şirkətin əmlak hüquqları ilə yanaşı, cəmiyyətin idarə edilməsini faktiki olaraq öz əlinə almış, cəmiyyətin hesabına əsassız olaraq varlanmışdır. Yalnız 2016-cı ilin əvvələrində Cavabdeh özbaşınalığı barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin İddiaçı1 müraciətindən və İddiaçı1 digər təsisçi X6ə tövsiyə xarakterli məktubundan sonra məlum olmuşdur ki, Cavabdeh İddiaçı1 ölkədə olan nüfuzundan sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq, hakimyyət nümayəndəsinin adından istifadə edərək özbaşınalıq etmiş, «xxxx» firmasının, xüsusilə də İddiaçı1 «xxxx» MMC-dəki əmlak və qeyri-əml ak hüquqlarını mənimsəmişdir. Belə ki, Cavabdeh «xxxx» MMC-yə rəsmi qaydada ayrılmış torpaq sahəsində fəaliyyət göstərən Sumqayıt maşın satışı bazarına bitişik torpaq sahələrinin ətrafında özü üçün əlavə torpaq sahələrini zəbt etmiş və həmin torpaqlar üzərində qanunsuz tikililər aparmışdır. Bu barədə İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 2016-cı il tarixli 17 nömrəli məktubla rəsmi məlumat verilmişdir. İddiaçı1 Sumqayıt şəhər İcra Hakimiyyətinə vermiş olduğu cavab məktubunda bildirmişdir ki, «xxxx» MMC-nin təsisçilərindən biri olsa da, Sumqayıt şəhərinin girişində yerləşən avtomobil satışı bazarında baş verən neqativ hallardan, xüsusilədə Cavabdeh onun etibarından sui-istifadə edərək özbaşınalıqlar etməsindən məlumatı olmadığını bildirmişdir. Bundan sonra İddiaçı1 d igər təsisçi X6ə tövsiyə məktubu göndərmiş və baş vermiş neqativ halların araşdırılmasını etbarnamə üzrə nümayəndəsi X7 tapşırmışıdr. Araşdırma zamanı məlum olmuşdur ki, uzun illər ərzində Sumqayıt maşın satışı bazarının fəaliyyəti və maddi vəziyyəti ilə bağlı Cavabdeh, İddiaçı1 etibarından sui-istfadə edərək ona yanlış məlumatlar vermiş, gəlirləri gizlətmişdir. 2009-cu il may ayından 2016-cı ilin yanvar ayına kimi olan tarixədək maşın bazarının fəaliyyəti nəticəsində yığılan, yəni İddiaçı1 çatası ******* manat məbləği mənimsəmişdir. Bundan əlavə Cavabdeh «xxxx» MMC-nin digər təsisçi X6i inandırmışdır ki, o, hər yanda nüfuza malik olan həkim və profesordur və dövlət qurumlarında sözü ötərlidir. Bu səbəbdən də MMC-nin vergi probldemlərini özü həll edcəkdir. Vergi rüsumun ödənilməsi adı ilə Cavabdeh X6dən almış oluduğu 170000 manatın 100000 manatını vergi orqanlarına ödəmiş, qalan 70000 manatı isə mənimsəmişdir. Bundan əlavə «xxxx» MMC-nin nəzdində olan əmlakın formalaşmasında orada möcud vəziyyətdə olan tikililərin inşa edilməsi və hazırkı vəziyyətdə çatdırılmasına Cavabdeh tərəfindən bir manat belə investisiya qoyulmamış və hər hansı bir zəhmət çəkkilməmişdir. Cavabdeh yalnız hər həftənin şənbə və bazar günləri şəxsi maraqlarını həyata keçirmək məqsədi ilə günün sonuna yaxın Sumqayıt maşın bazarına gedərək MMC-nin təsisçilərindən biri olan X6ə və orada çalışan direktor X7a, İddiaçı1 adından hədəqorxu gələrək həftəlik yığılan pulları guya İddiaçı1 çatdıracağına inandıraraq almışdır. Sonradan İddiaçı1 məlum olmuşdur ki, Cavabdeh tərəfindən X6ə və X7a onun adından yalandan, uydurma hədə-qorxu gələrək onun yanına gəlmələrinə qadağa qoymuşdur. Cavabdeh guya faktiki rəhbəri olar Nikah klinikasında olan xəstələri ilə bağlı işi çox olduğundan hesabat verməyə vaxtı olmadığını yalandan söyləyərək İlqarı aldadaraq düzgün məlumatlandırmamışdır. Cavabdeh İlqar və digər təsisçilərə qarşı dələduzluq edərək müxtəlif şirkətlərdən aldatma yolu vəsaitləri mənimsəməsini sonradan bilmişdir. Ona tutulmuş iradlardan nəticə çıxarmayaraq oğurladığı vəsaitləri geri qaytarmaqdan imtina etmişdir. Buna görə də Cavabdeh barəsində qanun çərçivəsində tədbirlər görülməsinə dair qərara gəlmişlər. İddiaçı1 təsisçisi olduğu «xxxx» MMC-nin əsas təsisçilərindən biri olan mərhum İddiaçı 1ev və sonra onun oğlu X6 olmuşdur. Cavabdeh sonradan nizamnamə payına saxta yolla əl ataraq nail omuşdur. On a görə də xx xxx 2009-cu il tarixdə «xxxx» firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş xx xxx 2009-cu il tarixli «xxxx» firmasının təsisçilərinin qərarı ilə və xx xxxxxx 2010-cu il tarixli «xxxx» firmasının təsisçilərinin iclas protokolunun etirabarsız hesab edilməsi və Cavabdeh «xxxx» firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* (üç milyon doqquz yüz beş min) manat pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarımasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-3359/2018 saylı qərardadı əsasında verilmiş xx xxxxxx 2018-ci il tarixli 21634 nömrəli rəydən aydın olur ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 130-cu v ərəqəsində yerləşən «xxxx» MMC firmasının təsisçilərinin xx xxx 2009-cu il tarixli qərarının təqdim edilmiş kserosurətinin aşağı hissəsində «Təsisçilər» qrafasında 2-ci sırada «İddiaçı1» sözü önündə əks edilmiş imza, İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 2-ci cildinin 136-138-ci vərəqələrində yerləşən «xxxx» MMC-nin xx xxxxxx 2010-cu il tarixli Nizamnaməsinin (yeni redaksiyada) təsdiq edilmiş kserosurətində «Təsdiq edilmişdir» qrafasında «İddiaçı1» sözünün qarşısında və mülki işin 2-ci cildinin 139-140-cı vərəqələrində yerləşən «xxxx» MMC firmasının Təsisçilərinin x xxxxxx 2010-cu il tarixli iclas protokolunun təsdiq edilmiş kserosurətində «Sədr» qrafasında İddiaçı1» sözləri önündə əks olunmuş imzaların-İddiaçı1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 2(006)-262/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx xxx 2009-cu il tarixdə “xxxx” firmasından payın alqı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab edilmiş, xx xxx 2009-cu il tarixdə “xxxx” firmasından payın alqı-satqısı barədə bağlanmış müqaviləyə əsasən qəbul edilmiş xx xxx 2009-cu il tarixli “xxxx” firmasının təsisçilərinin qərarı və xx xxxxxx 2010-cu il tarixli “xxxx” firmasının təsisçilərinin iclas protokolu etibarsız hesab edilmiş, Cavabdeh “xxxx” firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* (üç milyon doqquz yüz beş min) manat pulun “xxxx” MMC-nin təsisçilə ri İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2, 337, 339, 21-ci maddələrinə istinadla iddia tələbini təmin etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X5 “xxxx” firmasının yeganə təsisçisi olaraq, özünə məxsus 100 faiz payı özgəninkiləşdirmək hüququna malik olmuş və o bu hüququndan i stifadə edərək, payının 25 faizini İddiaçı1, 25 faizini isə Cavabdeh 2009-cu ildə notarial qaydada təsdiq edilmiş alqı-satğısı müqaviləsinə əsasən satmışdır. Daha sonra qeyd olunan firmanın təşkilati-hüquqi forması dəyişdirilmiş, nizamnaməsində dəyişikliklər edilmiş, yeni qanuni təmsilçi təyin olunmuş, MMC ilə bağlı dövlət qeydiyyatında dəyişikliklər edilmişdir. Hazırda isə, firmanın paylarının satılmasından 10 il keçdikdən sonra iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payların alqı-satqı müqaviləsinin və təsisçilərin qərarının etibarsız hesab edilməsini xahiş etmişlər. İddia ərizəsinin məzmununa əsasən cavabdeh iddiaçıları aldadaraq, şirkətin paylarının 25 faiznin onun adına satılmasına nail olmuş və iddiaçılar 10 ildən artıq müddətdə bunu mübahisələndirməmişlər. Apellya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar cavabdeh tərəfindən aldadılaraq, müqavilə bağladıqlarını qeyd etsələr də, bu aldatmanın nədə ifadə olunduğunu qeyd etməmişlər, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin xx xxx 2009-cu il tarixli «xxxx» firmasının təsisçilərinin qərarı və xx xxxxxx 2010-cu il tarixli «xxxx» firmasının təsisçilərinin iclas protokolunun etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunduğu kimi həmin qərar və protokoldan sonra firmanın təşkilati hüquqi forması dəyişdirilmiş, nizamnaməsində dəyişikliklər edilmiş, yeni qanuni təmsilçi təyin olunmuş, MMC ilə bağlı dövlət qeydiyyatında dəyişikliklər edilmiş, qeyd olunan dəyişiklərin edilməsi təsisçilər - iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə iddia tələbinin pul tələbi ilə bağlı hissəsinə qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, qətnamədə iddia ərizəsin in məzmununu, şahid kimi qəbul etdiyi şəxslərin yazılı ifadələrini qeyd etməklə və əqdlərin etibarsızlığı ilə bağlı qanunvericiliyin müddəalarını əks etdirməklə, heç bir hüquqi əsaslandırma aparmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi MPM-nin tələblərinə zidd olaraq iddiaçılar tərəfindən təqdim olunmuş bir neçə şəxsin yazılı ifadəsini sübut kimi, həmin şəxsləri isə şahid kimi qəbul etmişdir. Məhkəmə dindirmədiyi şəxsləri şahid kimi tanımış, onlar faktiki olaraq dindirmədən, iddiaçıların təqdim etdikləri ərizələrini şahid ifadələri kimi qiymətləndirmişdir ki, bu isə qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin, o cümlədən iddia müddətinin tətbiq edilməsinə dair ərizədəki imzaların cavabdeh S.Şahba zov tərəfindən icra edilibedilməməsini müəyyənləşdirmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətinə qiymət verərək qeyd etmişdir ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə etmişdir. Onun səlahiyyətlərinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Məzmunu iddia ərizəsinin və apellyasiya məhkəməsində verilmiş izahatların məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətinin cavabdeh tərəfindən imzalanmaması ilə bağlı vəsatətini əsassız olaraq təmin etməmiş, iddia müddətini tədbiq edərkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutları ətraflı araşdırmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işti rakçılarının izahatları İddiaçıların vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa yol verilir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etm əməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddia tələbindən görünür ki, iddiaçılar xx xxx 2009-cu il tarixdə “xxxx” firmasından payın alğı-satqısı barədə bağlanmış müqavilənin Cavabdeh dair hissədə etibarsız hesab olunması, həmin müqaviləyə əsasən qəbul edilmiş xx xxx 2009-cu il tarixli “xxxx” firmasının təsisçilərinin qərarını və xx xxxxxx 2010-cu il tarixli “xxxx” firmasının təsisç ilərinin iclas protokolunun etirabarsız hesab edilməsini və Cavabdeh “xxxx” firmasının təsisçilərini aldadaraq mənimsədiyi ******* manat pul vəsaitinin geri qaytarılmasını təlb edirlər. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən xx xxx 2009-cu il tarixdə “xxxx” firmasından payın alğı-satıq müqaviləsinin notarial qaydada bağlanmasına istinad edərək müqavilənin etibarsızlığı üçün heç bir əsas olmadığını göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müqavilənin notarial qaydada bağlanması müqavilənin forma və məzmunu ilə bağlı tələblərdir. İddiaçıların tələbinin faktiki əsası müqavilənin forma və məzmunu ilə bağlı deyil, müqavilənin aldatma yolu ilə bağlanması ilə əlaqədardır. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verərək iddiaçıların aldatmanın n ədə ifadə olunduğunu qeyd etmədiklərini, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiklərini göstərmişdir. Lakin iddia tələbində iddiaçılar iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları göstərmiş və bu barədə məhkəməyə sübutlar təqdim etmişlər. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbini faktiki əsası ilə bağlı heç bir araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim edilmiş notarial təstiqli ərizələrə heç bir qiymət verməmiş, həmin şəxslərin məhkəmədə dindirilməməsi səbəbindən ərizədə qeyd edilənlərin şahid ifadələrini əvəz etmədiyini qeyd etmişdir. Bu qənaətə gələn məhkəmə həmin ərizələri nə üçün sübut kimi qəbul etmədiyini qətnamədə əsaslandırmamış, özü eyni səhvi təkrarlayaraq həmin şəxslərin məhkəmə iclasında şahid kimi dindirilmələri məsələsini müzakirə etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən xx xxx 2009-cu il tarixli “xxxx” firmasının təsisçilərinin qərarını və xx xxxxxx 2010-cu il tarixli “xxxx” firmasının təsisçilərinin iclas protokolunun etirabarsız hesab edilməsi hissəsinə heç bir qiymət verməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində həmin sənədlərdəki imzanın cəmiyyətin təsisçilərindən olan İddiaçı1 tərəfindən icra edilməməsinə əhəmiyyət verməmiş, iddia tələbinin bu hissəsi ilə bağlı araşdırma aparmamış, qeyd edilən qərar və iclas protokolu qəbul edilərkən cəmiyyətin üzvlərinin səlahiyyətli olub-olmaması məsələsinə Mülki Məcəllənin tələbləri baxımından qiymət verməmiş, nəticədə maddi və prosesual hüquq no rmalarının tələbləri pozulmuşdur. İddia müddətinin tədbiqi ilə bağlı qeyd etmək lazımdır ki, hazırki işdə iddia tələbi əqdin etibarsızlığı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə iddia müddəti və kəsici müddət anlayışları fərqləndirilmiş, əqdlərin etibarsızlığı ilə bağlı müddətlər iddia müddətinə deyil, kəsici müddətlərə aid edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslind ə nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahib inin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Apellyasiya instansiyası məhkəməsi kəsici müddəti iddia müddəti kimi qəbul edərək Mülki Məcəllənin normalarının və Plenumunun qeyd edilən qərarının tələblərini pozmuşdur. Bundan başqa Plenumun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qe yri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir”. İddia müddətinin ötürülməsi qənaətinə gələn məhkəmə iddiaçıların hüququnun pozulmasının hansı andan bilmələrini, müddətin axımının hansı tarixdən başlanmasını göstəməmişdir. Bundan başqa işdən görünür ki, iddiaçıların vəkili apellyasiya instansiyası məhkəməsində işə baxılarkən vəsatət verərək apellyasiya şikayətindəki və iddia müddətinin tətbiqii barədə ərizədəki imzaların Cavabdeh tərəfindən icra edilmədiyini göstərmiş, apellyasiya şikayətinin mümkünlüyünü mübahisələndirmiş, iş üzrə məhkəmə xəttşunaslıq ekspertizasının keçirilməklə şikayətin cavabdeh tərəfindən verilibverilməməsinin müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hallara qiymət verərək cavabdehi təmsil edən nümayəndəsi-vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə etdiyini və onun bu məsələnin həllində səlahiyyətli olduğunu qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, apellyasiya şikayəti və iddia müddətinin tətbiqi barədə ərizə cavabdehin nümayəndəsi-vəkili Vəkil tərəfindən deyil cavabdehin özü tərəfindən verilmiş və imzalanmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və iddia müddətinin tət biq edilməsinə dair ərizəni müdafiə etməsi həmin apellyasiya şikayətinin və vəsatətin cavabdeh tərəfindən verilməsinə dəlalət etmir. İddiaçıların vəkili də şikayətin cavabdeh tərəfindən imza edilməməsini mübahisələndirir. Apellyasiya məhkəməsində işə baxılan zaman verilmiş məhkəməxəttşünaslıq ekspertizası təyin olunmasına dair vəsatətdə də Cavabdeh apellyasiya şikayəti verilən vaxt barəsindəki cinayət təqibindən yayınmaq məqsədilə Azərbaycan Respublikasından çıxması, ölkə hüdudlarından kənarda olması göstərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilən hallara düzgün qiymət verməmiş, apellyasiya şikayətindəki imzanın cavabdeh tərəfindən icra edilib-edilməməsi məsələsini araşdırmamış, bu məsələyə dair iddiaçıların vəsatətinin təmin edilməməsi barədə məhkəmənin qənaəti əsass ız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya qeyri-mümkün hesab edilir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hə rtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6588/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar