Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1001/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri X4 qızı və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Əmək müqaviləsinin ləğvi barədə ***** saylı, xx.xx.2019-cu il tarixli əmrini ləğv edərək onun əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin Əmək müqaviləsinin ləğvi barədə ***** saylı, xx.xx.2019-cu il tarixli əmrini ləğv edərək onun əvvəlki işinə bərpa edilməsi, məcbur i iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, həmçinin 2017/2018 və 2018/2019 tədris illərində ***** nömrəli tam orta məktəbdə boş olan ibtidai sinif üzrə direktor müavini vəzifəsinin icrası ilə əlaqədar ona ödənilməmiş aylıq 264,15, cəmi 6339.60 manat əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, aşağı instansiya məhkəmələrinin qətnamələri qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununu müəyyə n edən Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə görə əmrdə başqa məlumatlarla yanaşı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Bundan əlavə, aşağı instansiya məhkəmələri iddiaçının müqavilə öhdəliklərinə əməl etmədiyini göstərsələr də, həmin müqaviləyə istinad etməmişlər, öhdəliklərin nədən ibarət olmasını, iddiaçının əmək funksiyası pozuntusu kimi qeyd edilmiş və əmrdə göstərilmiş halların tərəflər arasındakı əmək müqaviləsində iddiaçının vəzifəsi olaraq əks olunub-olunmamasına qiymət verməmişlər. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nairliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi nin nümayəndələri X4 qızı və X2 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən əmək funksiyası kobud şəkildə pozulmuş, bununla əlaqədar olaraq İddiaçı izahatı alınmış, X3 Komitəsinə müraciət edilmiş, Bakı şəhəri üz rə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. Bundan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxx 2019-cu il tarixli **** nömrəli əmri ilə xx xxxx 2019-cu il tarixdən İddiaçı - **** saylı tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx xxx 2019-cu il tarixli aktın surətindən görünür ki, aktı tərtib edənlər müəyyən e tmişlər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx xxx 2019-cu il tarixli ***** nömrəli əmrinə əsasən yaradılmış komissiyanın üzvü X6 baş metodisti T1, ***** nömrəli tam orta məktəbin direktoru S1, tərbiyə işləri üzrə direktor müavini M1, metodbirləşmə sədrləri S2 (Azərbaycan dili və ədəbiyyat), M1(fizika), L1 (coğrafiya),T1 (ibtidai sinif), O1 (ingilis dili), Q1 (rus dili), P1 (riyaziyyat-informatika), N1 (biologiya), G1 (kimya), Y1 (tarix), E1 (texnologiya, təsviri incəsənət, musiqi), X1 ( fiziki tərbiyə) bu aktı tərtib edirik ona görə ki, 16-xx xxx 2019-cu il tarixlərdə **** nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı aşağıda göstərilən fənn metodbirləşmələrinin 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş “Fəaliyyət Planları” və metodşuranın “Fəaliyyət Planı” tərtib edilsə də tə sdiqlənməmişdir. Ümumiyyətlə, fənn metodbirləşmələrinin fəaliyyəti tam deyildir. Azərbaycan dili və ədəbiyyyat fənni üzrə fəaliyyət planı tam deyil, belə ki, nümunəvi və qarşılıqlı dərslərin qrafiki, müzakirə protokolları, zəif və istedadlı şagirdlərlə aparılan işlər, pedaqoji məruzələr təqdim edilmədi. Keçirilmiş 7 yığıcaq protokolu, müəllimlər haqqında məlumat təqdim edildi. Kimya fənn metodbirləşməsi tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən üzvlər haqqında məlumat, metodbirləşmənin altı yığıncaq protokolu təqdim edildi. Lakin pedaqoji məruzələr, nümunəvi dərslərin qrafiki, qarşılıqlı dərsdinləmələr, kurikulumla bağlı görüləcək işlər, sinifdənxaric tədbirlərin ssenarisi, pedaqoji məruzələr, İ yarım il üçün müəllimlərin keyfiyyət göstəriciləri komissiya üzvlərinə təqdim edilmədi. Biologiya fənn metodbirləşməsi tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən yeni dərs ilində qarşıda duran vəzifələr, metodbirləşmə üzvləri haqqında məlumat, metodbirləşmə yığıncağında müzakirə olunacaq məsələlər, altı yığıncaq protokolu təqdim edildi. Lakin sinifdənxaric tədbirlər, kurikulumla bağlı görüləcək işlər, nümunəvi və qarşılıqlı dərsdinləmələrin qrafiki, pedaqoji məruzələr və müəllimlərin İ yarım il üçün keyfiyyət göstəriciləri təqdim edilmədi. Fizika fənn metodbirləşməsi tərəfindən planda nəzərdə tutulan məsələlərdən üzvlər haqqında məlumat, yeni dərs ilində qarşıda duran vəzifələr,nümunəvi dərslərin qrafiki, metodbirləşmənin səkkiz yığıncaq protokolu təqdim edildi. Lakin kurikulumla bağlı görüləcək işlər, sinifdənxaric tədbirlərin senarisi, qarşılıqlı dərs dinləmələri, açıq dərslərin icmalı, müzakirə protokolları, pedaqoji məruzələr, İ yarım il üçün müəllimlərin keyfiyyət göstəriciləri komissiya üzvlərinə təqdim edilmədi. Riyaziyyatinformatika fənn metodbirləşməsi tərəfindən fəaliyyət planına uyğun nəzərdə tutulan məsələlərdən üzvlər haqqında məlumat, yeni dərs ilində qarşıda duran vəzifələr, kurikulumla bağlı görüləcək işlər tədqim edildi. Lakin nümunəvi dərslərin qrafiki və icmalları, qarşılıqlı dərsdinləmələr təqdim edilmədi, metodbirləşmənin yığıncaq protokolları formal olaraq yazılmışdır. Tarix fənn metodbirləşməsi tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən üzvlər haqqında məlumat, sinifdənxaric tədbirlər, kurikulumla bağlı görüləcək işlər, tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş təşkilatı-pedaqoji tədb irlər, pedaqoji məruzələr planlaşdırılmış, lakin sənədləşdirilmə aparılmamışdır. Beş yığıncaq protokolu təqdim edildi. Lakin nümunəvi dərslərin qrafiki, icmalı, müzakirə protokolu, İ yarım il üçün müəllimlərin keyfiyyət göstəriciləri və qarşılıqlı dərs dinləmələri təqdim edilmədi. Coğrafiya fənn metodbirləşməsi tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən yeni dərs ilində qarşıda duran vəzifələr, üzvlər haqqında məlumat, sinifdənxaric tədbirlər, kurikulumla bağlı görüləcək işlər, tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş təşkilatı-pedaqoji tədbirlər planlaşdırılmış, lakin iş aparılaraq sənədləşdirilməmişdir. Yalnız sentyabr ayında bir yığıncaq keçirilmişdir. İngilis dili fənn metodbirləşməsi tərəfindən 2018-2019-cu il üçün fəaliyyət planı hazırlanmamış,heç bir iş ap arılmamışdır. Rus dili fənn metodbirləşməsi tərəfindən 20182019-cu il üçün hazırlanmış fəaliyyət planı düzgün tərtib edilməmiş,heç bir iş aparılmamışdır. Beş yığıncaq protokolu formal olaraq yazılmışdır. İbtidai siniflər üzrə fənn metodbirləşməsi tərəfindən hazırlanmış fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən yeni dərs ilində qarşıda duran vəzifələr, üzvlər haqqında məlumat, sinifdənxaric tədbirlər, kurikulumla bağlı görüləcək işlər, tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş təşkilatı-pedaqoji tədbirlər, 8 yığıncaq protokolu təqdim edildi. Lakin nümunəvi və qarşılıqli dərsdinləmələrin qrafiki hazırlanmamış, keçirilən dərslərin icmalları və sinifdənxaric tədbirlərin senariləri təqdim edilmədi. Texnologiya, təsviri incəsənət, musiqi fənn metodbirləşməsi tərəfindən hazırlan mış fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən yeni dərs ilində qarşıda duran vəzifələr, üzvlər haqqında məlumat və 7 yığıncaq protokolu təqdim edildi. Lakin sinifdənxaric tədbirlərin ssenarisi, kurikulumla bağlı görüləcək işlər təqdim edilmədi.Gündəlikdə duran məsələlər və onunla bağlı verilmiş qərarlar düzgün deyildir. Məsələn, 7 nömrəli protokolda 3-cü məsələ “Görülən iş”. Verilən qərar: Bütün çıxışlar dinlənildikdən sonar qərara alındı ki, hələ qarşıda görüləcək çox işlər var. Fiziki tərbiyə fənn metodbirləşməsi tərəfindən hazırlanmış fəaliyyət planında nəzərdə tutulmuş məsələlərdən yeni dərs ilində qarşıda duran vəzifələr, üzvlər haqqında məlumat, açiq dərslər keçirilsə də, görülmüş işlərin sənədləşdirilməsi tam yerinə yetirilməmişdir. Məktəbdə metodik şura yaradılıb, şuranın sə dri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçıdır. Təqdim edilmiş fəaliyyət planının üzərində “Metodbirləşmənin illik iş planı” yazılıb. Metodik şura sədri İddiaçı. 12 fənn metodbirləşmə sədrləri şuranın üzvüləridirlər. Lakin syahıda özü ilə birlikdə 13 nəfər olduğu halda 11 nəfər göstərilib. Rus dili və tarix fənləri unudulub. Fəaliyyət planı təsdiqlənməyib, cildlənməmişdir. Fəaliyyət planı zəif tərtib edilmiş, metodşuranın fəaliyyətini tam əks etdirmir. Şuranın katibi Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Allahverdiyevadır. Şuranın xx xxxxxxxx 2018-ci il tarixdə (protokol-1), xx xxxxxxx 2018-ci il tarixdə (protokol-2), 21noyabr 2018-ci il tarixdə ( protokol- 3)x xxxxxx 2019-cu il tarixdə (protokol-4), x xxxxx 2018-ci il tarixdə (protokol-5) yazılmış protokollarda katib S2göstərildiyi halda onun yerinə imza edilmişdir. S2şuraya katib seçilməsindən xəbəri olmadığını və imzanın ona məxsus olmadığını təsdiqlədi. Y.Allahberdiyeva və digər metodbirləşmə sədrləri ümumiyyətlə metodbirləşmə sədrləri ilə belə yığıncaqlarin keçirilmədiyini təsdiq etdilər. Belə aydın olur ki, şura iclasları keçirilmədən formal olaraq protokollar yazılmışdır. Aşkar edilmiş nöqsanlarla bağlı Bakı şəhəri *********** adına ****** saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı izahatı alınmışdır. Bundan başqa, Bakı şəhəri **** N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Qurbanova Südabə tərəfindən verilən xx.xx.2019-cu il tarixli izahatın surətindən görünür ki, o, məktəbin Azərbaycan dili müəllimi H1 xx.xx.2018-ci il tarixdə öz hesabın a məzuniyyətdə olduğu üçün 5a və 8c siniflərində 2 saat dərs keçmişdir. Etiraf edir ki, həmin siniflərdə dərsi keçdiyi halda hər iki sinif jurnalında keçirilən mövzulara aid qeydiyyatı o yazmamışdır. Bunun səbəbi həmin vaxt jurnalların məktəbə gəlməməsi və sonradan təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən müvafiq göstərişin verilməməsi olmuşdur. Əmək haqqını o almışdır. Əvəzetmə kitabının müvafiq qrafasına həmin tarixə o imza atmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla i şəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının kassasiya şikayətində dəlil kimi istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamaqdadır. Apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olaraq izah etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-1001/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1001/2020
17.02.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver