Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1004/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1004/21 (Açar sözlər: dəbbə pulunun məbləği ilə bağlı) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflər arasında kredit müqaviləsi, ipoteka müqaviləsi bağlanması, cavabdehin müqavilə öhdəliklərini vaxtında icra etməyərək pulu qaytarmaması işin mübahisəsiz halıdır. Borcg götürənin öhdəliyi vaxtında icra etməməsi səbəbindən hazırkı mübahisə başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia tələbi məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 27R000003963 saylı kredit müqaviləsi üzrə 62.349,86 ABŞ dolları əsas, 30434,2 ABŞ dolları hesablanmış faiz, 31214 ABŞ dolları dəbbə pulunun, c əmi 123998,16 ABŞ dolları borcun məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmeti kimi Bakı şəhəri X saylı mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, cəmi 123998,16 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunmuş vəsait hesabına İddiaçı QSCyə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və C avabdeh5 ümumi qaydada tutulması, Bakı şəhəri X saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, və Cavabdeh4 həmin əmlakdan çıxarılmasına, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır; Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 011L**********22 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500.000,00 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70.000,0 (yetmiş min) ABŞ dollar məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 011R**********S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7650,14 ABŞ dolları ödəmiş, onun 62349,86 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üç ün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün Cavabdeh1 xx.xx.2018-ci il 62.349,86 ABŞ dolları əsas, 30.434,3 ABŞ dolları faiz və 31.214 ABŞ dolları dəbbə pulu, cəmi 123.998,16 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə hesablanmış cərimə 13994,72 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabd eh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka qoyan Cavabdeh2 iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, X iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə həmin idarədə qeydə alınmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 011R********** saylı xx. xx.2015-ci iltarixli kredit razılaşması üzrə 62263,88 ABŞ dolları məbləğində kredit borcu, 2448,11 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri X saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 86.000,00 (səksən altı min) manat müəyyən edilməklə həmin mənzil açıq hərracdan satılması və cəmi 65211,99 (altmış beş min iki yüz on bir dollar doxsan doqquz sent) ABŞ dolları, qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla tutulması qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 295, 296.1, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, 421, 421.2 maddələrinə və “İpoteka haqqında” AR Qanununun 33, 34, 39, 59.3-cü maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)237/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Niz ami rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(007)-35/2019 saylı qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması, cəmi borcun müəyyən edilməsi hissələrində dəyişdirilmiş, əsas borc 62263,88 (altmış iki min iki yüz altmış üç ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları, faiz borcu 18610,77 (on səkkiz min altı yüz on ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları, cərimə 5000 (beş min) ABŞ dolları, cəmi borc 85874,65 (səksən beş min səkkiz yüz yetmiş dörd ABŞ dolları altmış beş sent) ABŞ dolları müəyyən edilmiş, qətnamə kredit borcunun Cavabdeh4 tutulması hissəsində ləğv edilmiş, qətnamə 30 manat dövlət rüsumunun tutulması, tutmanın yönəldilməsi hissəsində 40 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilmiş, dövlət rüsumu 20 (iyirmi) manat, tutmanın yönəldilməsi hissəsində 30 (otuz) manat müəyyən edilmiş, qətnamə iddianın “Bakı şəhəri X saylı mənzilinə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri X saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 çıxarılmaqla, mənzilin boşaldılması, qətnamənin ekspertiza xərcinin tutulması hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunaraq, iş üzrə keçirilmiş məhkəmə-mühasibat lıq ekspertiza tədqiqatlarının dəyəri olan 290 (145+150) manatın 200 (iki yüz) manatı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada, 90 (doxsan) manatı İddiaçı QSC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni dəyişdirərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 427.3, 442, 445, 448, 470, 472, 739.1, 739.2-ci maddələrinə əsaslanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin djəlilləri:
1. Məhkəmə işin hallarını ətraflı araşdırmamışdır.
2. Borcun məbləği düzgün hesablanmamış.
3. Tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilərək mənzil açıq hərracda satıldıqdan sonra onun mənzildən çıxarılması qanunsuzdur.
4. Dəbbə pulunun məbləği düzgün hesablanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsin də əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 462.1-ci və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. “İpoteka haqqında” Qanunun Maddə
36. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Maddə 34.1. Öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 1-ci dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə deyil, həmin məhkəmə işin faktiki hallarını araşdırmır. Ona görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir(MPM-nin 307.2. maddəsi). Borcun məbləği ilə bağlı olan 2-ci dəlil də əsassızdır. Çünki işə baxan məhkəmə borcun məbləğini müəyyən etmək üçün bu sahədə xüsusi biliyə malik olan eksppert rəyinə istinad etmişdir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli ekspert rəyində qeyd edilir ki, xx.xx.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması və xx.xx.2016-cı il tarixli 011R**********S saylı “Sazişin” şərtlərinə müvafiq olaraq Cavabdeh1 Məhəmmməd oğlunun xx.xx.2018-ci il tarixə əsas borc üzrə 62.263,88 ABŞ dolları və faiz borcu 18.610,77 ABŞ dolları müəyyən edilir. Bank tərəfindən xx.xx.2015-ci i l tarixli 011R********** saylı kredit razılaşması üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Cavabdeh ekspert rəyini şübhə altına alan heç bir sübut təqdim edə bilməmişdir. Ona görə əsas və faiz borcu ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslıdır. 3-cü dəlillə bağlı: İş materiallarından görünür ki, tərəflər arasına bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri X saylı mənzili ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu barədə dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Ca vabdeh öhdəliklərini icra etmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuşdur. Borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Ona görə Apellyasiya Məhkəməsinin bu məsələ ilə bağlı gəldiyi nəticə də əsaslıdır. Dəbbə pulu ilə bağlı: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərk ən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sür ülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Apellyasiya instansiyası Məhkəməsi dəbbə pulunu 5000 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin məbləğin borclunun mənafeyinə uyğun olmaması qənaətinə gəlir. Əvvəla, kredit xarici valyuta ilə götürülmüşdür. Kredit götürüldükdən sonra maliyyə bazarında baş verən və bununla əlaqəli müştərilərin ödəmə qabiliyyətinə təsir göstərən hallar, son illər pandemiya ilə bağlı hallar və onun iqtisadiyyata təsiri hamıya bəllidir. Həm də, yüksək dəbbə pulunun müəyyən edilməsi kreditorun da mənafeyinə uyğun deyil. Ona görə ki, məhkəmə qətnaməsi icra olunan olmalıdır. Dəbbə pulunun məbləği müəyən edilərkən elə məbləğ müəyyən edilməlidir ki, həmin məbləğ borclunun əsas öhdəliklərinin icrasına mane olmasın, tərəflərin mənafeyi arasındakı ədalətli tarazlığa xidmət etmiş olsun. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, dəbbə borcunun məbləği dəyişdirilərək 1000 ABŞ dolları məbləğində müəyyən edilməsi hər iki tərəfin məna feyinə uyğundur. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-237/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi cərimə məbləği hissəsində dəyişdirilsin. Cərimənin məbləği 1000 (min) ABŞ dolları müəyyən edilsin. Qətnamə kassatora aid qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.