Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1013/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin əsasının sübut edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6837/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X tərəfindən X2 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı2 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair 30 avqust 2004-cü il tarixli sərəncam verilmişdir.
2. X tərəfindən X2 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair 06 mart 2006-cı il tarixli sərəncam verilmişdir.
3. X tərəfindən X2 ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X5 a lqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair 27 may 2004-cü il tarixli sərəncam verilmişdir. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli qərarı ilə Binəqədi rayonu X2 27 may 2004-cü il tarixli Sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinin plan-cizgiya uyğun olaraq hansı əraziyə düşməsinin və həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilərək, X7 təhvil verilməsi və Binəqədi rayonu, X3 həvalə edilməsi qərara alınmış və və həmin qərar əsasında verilmiş icra vərəqəsi 07.08.2015-ci il tarixdə icraya yönəldilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı və Ünvan Reyestri xidmətinin 22 fevral 2021-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamında, Bakı şəhəri X2 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamında, Bakı şəhəri X2 903/2 nömrəli 27 may 2004-cu il tarixli sərəncamında, miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı2 ayrılmış 600 m2 və Bakı şəhəri Binəqədi rayonu X2 210 nömrəli 06 mart 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı1 ayrılmış 300 m2 torpaq sahələri Bakı şəhəri Binəqədi rayonu X2 903/2 nömrəli 27 may 2004-cü il tarixli sərəncamına əsasən X8 ayrılmış 400 m2 torpaq sahəsinin üzərinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
6. Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 10/3887 saylı məhk əmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, Daşınmaz əmlakın kadastrı və Ünvan Reyestri xidmətinin Geodeziya işlərinin təsviri və geodeziya fəaliyyətinə dövlət nəzarət şöbəsinin rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamında, Bakı şəhəri X2 210 nömrəli 06 mart 2006-cı il tarixli sərəncamında, Bakı şəhəri X2 903/2 nömrəli 27 may 2004-cu il tarixli sərəncamında, miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X2 1123/1 nömrəli 30 avqust 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı2 ayrılmış 600 m2 və Bakı şəhəri Binəqədi rayonu X2 210 nömrəli 06 mart 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı1 ayrılmış 300 m2 torpaq sahələri Bakı şəhəri Binəqədi rayonu X2 90 3/2 nömrəli 27 may 2004-cü il tarixli sərəncamına əsasən X8 ayrılmış 400 m2 torpaq sahəsinin üzərinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X “torpaq sahəsinin qanunsuz sahiblikdən alınması, torpaq sahəsinin boşaldılması, cavabdehin məcburi qaydada çıxarılması və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu X2 06 mart 2006-cı il tarixli, 210 nömrəli və 2123 saylı 30 avqust 2004-cü il tarixli sərəncamları ilə iddiaçılara ayrılmış, fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş 300 və 600 kv.m torpaq sahələrinin cavabdeh X4 qanunsuz sahibliyindən götürülməsi, həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən boşaldılması, torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, eyni zamanda həmin torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddiaçılara dəymiş maddi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat pulun cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, X ərazisində DSK-4 yanında İddiaçı1 300 kv.m, İddiaçı2 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu X2 2123 saylı 30 avqust 2004-cü il tarixli və 210 nömrəli 06 mart 2006-cı il tarixl i sərəncamı ilə X ərazi hüdudları daxilində, X ərazisindən iddiaçıların istifadələrində olan 300 kv.m və 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə sahibliyinə verilmişdir. İddiaçılar sözügedən torpaq sahəsində müəyyən müddət müxtəlif səbəblərdən tikinti işləri apara bilməmişlər. Buna həm maddi imkanlarının aşağı olması səbəb olmuş, eləcədə həmin torpaq sahəsinə qurunt suları axdığından bir müddət ərazidə tikinti işlərinin aparılması ümumiyyətlə mümkünsüz olmuşdur. Sonradan iddiaçılara məxsus torpaq sahəsinə tərəflərindən əlavə torpaq tökülərək, düzəldilmiş tikinti işləri aparılması üçün hazır vəziyyətə gətirilmişdir. Lakin 2013-cü ilin noyabr ayında onlara məlum olmuşdur ki, müvafiq sərəncam əsasında ayrılmış və torpaq sahəsi Cəmilə adlı şəxs tərəfindən zəbt edilmiş, eyni zamanda onun tərəfindən istifadə edilməkdədir. Bununla bağlı onlar Cəmilə xanıma öz iradlarını bildirib, dərhal onlara məxsus torpaq sahəsini boşaltmağını tələb etsələr də, bu bir nəticə verməmiş, həmin şəxs öz qanunsuz hərəkətlərinə davam etmiş, hətta torpaq sahəsində özünə fərdi yaşayış evinin tikintisinə də başlamışdır. Bununla bağlı müvafiq şikayət ərizəsi ilə Binəqədi RPİ-nin 4-cü PB-nə müraciət edərək, onlara məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı cinayət işinin başlanmasını xahiş etmişlər. Lakin, 07.03.2014-cü il tarixli Binəqədi RPİ-nin 4-cü PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, torpaq mübahisəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquq u iddiaçılara izah edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, həmin qərarın təsviri hissəsində də göstərilmişdir ki, "əlavə araşdırma zamanı X alınmış məktubda göstərilmişdir ki, vətəndaşların torpaq sahəsinə bələdiyyənin mütəxəssisi X iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi X2 210 saylı, 06.03.2006-cı il tarixli Sərəncamı əsasında İddiaçı1 adına rəsmiləşdirilmiş torpaq sahəsinin eksizi ilə naturada eynilik təşkil edir”. Qeyd olunanlarla əlaqədar, Bakı şəhəri Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə yanaşı iddianın təmini tədbiri barədə ərizə təqdim etmişlər. Binəqədi rayon məhkəməsinin 04 may 2015-ci il tarixli 2(001)-6306/2015 saylı qərardadı ilə ərizə təmin edilmiş, iddianın təmini tədbiri qismində mübahisə həll edilənədək və yekun məhkəmə qərarı qüvvəyə minənədək Binəqədi rayon X2 06.03.2006-cı il tarixli, 210 saylı sərəncamı ilə İddiaçı1 ayrılmış, fardi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş 300 kv.m torpaq sahəsində Cavabdeh1 X tərəfindən aparılan qanunsuz inşaat işlərinin dayandırılması qərara alınmışdır. Həmin qərardadın bir nüsxəsi Bakı şəhəri Binəqədi rayon X3 ünvanlanmış, həmin torpaq sahələri mübahisəli olduğundan xəbərdar olmağına baxmayaraq mülki iş məhkəmə baxışı ərəfəsində olduğu halda Cavabdeh1 X tərəfindən formal qələmə verilmiş X vətəndaşı olan-X6 adına olan eskiz-layihəni dəyişərək yenisi verilmiş, hansı ki, yeni tarixdən verilmiş eskiz-layihə əvvəlcədən iddiaçılara məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Qərardadda göstərilənlərə əhəmiyyət verməyən cavabdeh, onlara məxsus ol an X2 06 mart 2006-cı və 30 avqust 2004-cü il tarixli sərəncamları ilə ayrılmış 300 və 600 kv.m torpaq sahələri cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq istifadə edilməsi ilə yanaşı həmin ərazidə onun tərəfindən artıq qanunsuz tikinti işləri başa çatdırılmışdır. Belə ki. cavabdeh inşaat işlərinə başlamış və özünə fərdi yaşayış evi tikmişdir. Bu isə qanunsuz olmaqla yanaşı, onların qanunla qorunan hüquqları kobud şəkildə pozulmasıdır. Ona görə də hesab edirlər ki, Binəqədi rayonu X2 06 mart 2006- cı il tarixli 210 nömrəli və 30 avqust 2004-cü il tarixli 2123 saylı sərəncamları ilə iddiaçılara ayrılmış, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300 və 600 kv.m torpaq sahələri Cavabdeh1 qanunsuz sahibliyindən götürülməli, həmin torpaq sahələri Cavabdeh1 tərəfindən boşaldılmalı, t orpaq sahəsi onlara təhvil verilməli, eyni zamanda həmin torpaq sahələrində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikili onun hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bundan başqa, qeyd edilənlərlə yanaşı ona dəymiş maddi zərərin əvəzi ödənilməlidir.
9. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin (F. Hətəmzadə) 2(001)-59/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir..
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan iddiaçılar ona Binəqədi rayonu X2 06 mart 2006-cı il tarixli, 210 nömrəli və 2123/1 saylı 30 avqust 2004-cü il tarixli sərəncamları ilə əsasında onlara ayrılmış 300 m2 və 600 m2 torpaq sahələrinin ayrılmasını sübuta yetirsələr də, ca vabdehin həmin torpaq sahəsinin bir hissəsini zəbt etmiş olduğunu sübut edə bilmədiyindən onun iddiası əsaslı hesab ediliərək təmin oluna bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 157.8, 158, 164.2, 165.1-ci, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6837/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-59/2021 saylı iş üzrə qəbul etdiyi 28 aprel 2021-ci il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsiə göndərilməsini xahiş etmişlər.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və pose ssual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (maddə 416).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
22. Mülkiyyətçi hüquqları mül kiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (maddə 157.8)
23. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (maddə 158)
24. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. (maddə 164.2)
25. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoym ağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. (maddə 165.1) Mülki Prossesual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6837/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.