Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1822/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), əsassız varlanma, əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan iba rət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair ilkin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən xərclərin ödənilməsi“ qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-68/2025 nömrəli 05 fevral 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Qax rayonu Kötüklü kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək “özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Vania yeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ilkin iddia ərizəsində göstəmişlər ki, onlar Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayırlar. Onlara məxsus 1.84 ha torpaq sahəsi vardır. Torpaq sahəsinə dair onlara DƏDRX-dən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsinin faktiki 0.80 ha hissəsi zəbt edilmiş və o torpaq sahəsindən istifadə də bilmir. Belə olan halda mülkiyyət hüquqları pozulmuş olur. Həmin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında onlara məxsusdur.
4. Cavabdeh2 Kosiaşvili isə Tamazi Vaniyayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloyKötüklü kəndində yerləşən 0.28 ha torpaq sahəsində olan 45 (qırx beş) ədəd fındıq ağacına görə 9000 (doqquz min) manat pulun və ödənilmiş 111 (bir yüz on bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi, Cavabdeh3 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0.18 ha torpaq sahəsində olan 35 (otuz beş) ədəd fındıq ağacına görə 7000 (yeddi min) manat pulun və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “onlardan Qax rayonu İngiloyKötüklü kəndində yerləşən 0.08 ha torpaq sahəsində olan 12 (on iki) ədəd fındıq ağacına görə 2400(iki min dörd yüz) manat pulun və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməs ini məhkəmədən xahiş etmişdir.
5. İddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin müəyyən edilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Qax rayonu İngiloy Kötüklü kəndində yaşayırlar. Qax rayon Kötüklü kəndində onlara verilmiş 0.08 ha fındıq bağ torpaq sahəsi vardır. Onlara verilən zaman həmin torpaq sahəsi bos sahə o lmuş, lakin aldıqları müddətdən sonra həmin əraziyə fındıq kolları əkmişdir. 0.08 ha torpaq sahəsində ümumilikdə 12 kol fındıq əkmiş və hazırda həmin fındıq bağı məhsul verən böyük bağdır. 30 ildən bəri fındıq kollarını indiki vəziyyətə gətirmək üçün zor bəla ilə su gətirərək yetişdirmişlər. İslahat zamanı onlara verilən torpaq sahəsi boş torpaq sahəsi olmuşdur. Bunu onlara verilən sənəddən görmək mümkündür. 2022-ci il tarixdə iddiaçılar məhkəməyə verərək onun onların ərazisini zəbt etdiyini bildirmişlər. Fındıq kolunun hazırkı bazar qiyməti 12 ədəd-200 manat =2400 manat edir. Onlara olan bu borcu ödənildikdən sonra oradan çıxarılmağa etiraz etmirlər.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 nömrəli rəyinə əsasə n, Məhkəmə Ekspetizası Mərkəzinə ekspertizanın təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ilə birlikdə daxil olmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçı1 Vaniayeviçin faktiki istifadəsində olan 9614 kv.m, cavabdehlərin faktiki istifadələrində 8215 kv.m torpaq sahələri və naturada istifadə qaydaları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilmişdir, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə edilən 2808 kv.m, Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edilən 1798 kv.m, Cavabdeh1 tərəfindən istifadə edilən 808 kv.m torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. İddiaçı1 Vaniyeviçin adına hüquqların Dövlət reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyətlə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar var və Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. Cavabdehlər Cavabdeh1 və qeyrilərinin bildirdiyinə görə həmin torpaq sahələri uzun m üddət çoxillik əkmələrə (fındıq bağları) kimi isitfadələrindədir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 26 dekabr 2023-cü il tarixli 9/9126 nömrəli rəyinə əsasən, iş materillarında olan məlumatlardan istifadə edilməklə, ümumilikdə 92 ədəd fındıq ağacının orta bazar qiyməti nəzəri qaydada təxminən 13800,0 manat müəyyən edilir.
9. Qax Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(024)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) ilk iddia qismən təmin olunmuş, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 hissəsindən Cavabdeh2 Besoyeviç və 808 kv.m hissəsindən Cavabdeh1 məcburi qaydada çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adıX1, kodu 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab AZ34GCTRE********************) saylı hesaba ödənilməsi, ilkin iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumilikdə 92 ədəd fındıq ağacının də yəri olan 13800,0 manat pulun alınaraq Cavabdeh3, Cavabdeh2 Besoyeviç və Cavabdeh1 verilsin. İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kod-142595, SAP(XİİS) hesabı, adı-X1, kodu 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab AZ34GCTRE********************) saylı hesaba ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa ə sasən Qax rayonu Kötüklü kəndində yerləşən 1.84 ha torpaq sahəsi İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus torpaq sahəsini zəbt etməsini əsas gətirərək özlərinə məxsus olan 1.84 ha torpaq sahəsinin sənəd üzrə sərhədlərinin dəqiqləşdirilərək mərz nişanlarının vurulması, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin müəyyən edilməsi və zəbt edilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinin ölçülərək özünün istifadəsinə verilməsini, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddiaçılara məxsus torpaq sahəsi üzərində özlərinə məxsus çoxillik əkmələr fındıq bağlarının olması nı əsas gətirərək torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkilən məsrəflərin ödənilməsini tələb etmişlər. Hazırki ilkin iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün mübahisələndirilən cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə edilib-edilməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzinin” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı rəyinə əsasən İddiaçı1 Vanoyeviçin faktiki istifadəsi ndə olan 9614 kv.m, cavabdehlərin faktiki istifadələrində 8215 kv.m torpaq sahələri və naturada istifadə qaydaları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1-də göstərilməsi, **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı1 Vaniyeviç, X2, İddiaçı3 Vanaiyevna, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə edilən 2808 kv.m, Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edilən 1798 kv.m, Cavabdeh1 tərəfindən istifadə edilən 808 kv.m torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilməsi, İddiaçı1 Vaniyeviçin adına hüquqların Dövlət reyest rində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyətlə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluqlar olması və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilməsi, cavabdehlər Cavabdeh1 və qeyrilərinin bildirdiyinə görə həmin torpaq sahələrinin uzun müddət çoxillik əkmələrə (fındıq bağları) kimi istifadələrində olması göstərilmişdir. Eyni zamanda qarşılıqlı iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyinə əsasən iş materiallarında olan məlumatlardan is tifadə edilməklə, ümumilikdə 92 ədəd fındıq ağacının orta bazar qiyməti nəzəri qaydada təxminən 13800,0 manat müəyyən edilməsi müəyyən edilmişdir. Beləliklə cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsindən istifadə edildiyi və iddiaçılara məxsus torpaq sahəsi üzərində cavadehlərə məxsus çoxillik əkmələr-fındıq bağlarının olması işin faktiki halları, tərəflərin izahatları və işdə olan əsaslı və mötəbər sübut olan ekspert rəyi ilə sübuta yetirilmişdir. Belə ki, cavabdehlər məhkəmə iclasında iddiaçılara məxsus torpaq sahəsindən çıxmalarına razı olduqlarını, lakin onlara məxsus olan fındıq ağaclarının dəyərinin cavabdehlər tərəfindən ödənilməsini tələb etdiklərini göstərmişlər.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbində qismən haqlıdır. İddia təmin ediləcə yi üçün iş üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq müvafiq hesaba ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 152, 157, 1097-ci, Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İlk iddia üzrə cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumlarının qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulması, ilkin iddia tələbinin qarşılıqlı iddia tələbi ilə eyni vaxtda icra edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nə ilkin iddia üzrə, nə də qarşılıqlı iddia üzrə qətnamənin icrası qaydasını və müddətini müəyyən etməmişdir. İşin hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçılar məhkəməyə qarşılıqlı iddia ərizələri verərkən cavabdehlərdən hər biri üçün ayrı-ayrılıqda fərqli məbləğlərdə pul tələb etmişlər. Halbuki birinci instansiya məhkəməsi pul tələbi ilə bağlı onların xeyrinə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.1-ci maddəsinin tələbinə zidd olaraq qətnamənin nəticə hissəsində xeyrinə qət edilmiş pul məbləğinin hər birinə aid olan hissəsin i ayrıca göstərməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə onların ödədiyi dövlət rüsumlarının cavabdehlərdən alınıb onlara verilməsi məsələsini həll etməmiş, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi yəni onların ödədiyi dövlət rüsumlarının cavabdehlərdən alınıb onlara verilməsi göstərilməmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-68/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev və T.H.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin məcburi qaydada çıxarılması ilə bağlı hissəsində dəyişdirilmə si qismən – qarşılıqlı iddiaya dair hissədə isə ləğv edilməsi, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 ümumibirgə mülkiyyətinə verilmiş 1.84 ha torpaq sahəsinin 12 saylı Şəki Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 2-də göstərilən qaydada 1798 kv.m hissəsindən Cavabdeh3, 2808 kv.m hissəsindən Cavabdeh2 Besoyeviç məcburi qaydada çıxarılması, qarşılıqlı iddiaların qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3, İddiaçı4 müştərək qaydada 6750 manat və dövlət rüsumunun əvəzi olaraq 82.5 manat pulun alınaraq Cavabdeh2 Besoyeviçə, 5250 manat və d övlət rüsumunun əvəzi olaraq 67.5 manat pulun alınaraq Cavabdeh3 və 1800 manat və dövlət rüsumunun əvəzi olaraq 33 manat pulun alınaraq Cavabdeh1 verilməsi, qarşılıqlı iddialar üçün ödənilmiş dövlət rüsumlarının qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə aid edilməsi, ilk və qarşılıqlı iddiaların təmin edilmiş hissələrinin eyni vaxtda icra olunması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarının 1-ci cildinin 83-88-ci vərəqlərində yer alan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinin 84-cü vərəqində yerləşən “araşdırma nəticəsi olaraq aşağıd a qeyd edilənlər müəyyən edildi” hissəsində iddiaçılara verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən 2808 kv.m istifadə edildiyi, Cavabdeh2 (rəydə Pridon kimi qeyd olunmuşdur) tərəfindən 1798 kv.m istifadə edildiyi və həmin məlumatların Yerquruluşu planı 2-də göstərildiyi qeyd edilmişdir. 87-ci vərəqdə yerləşən Yerquruluşu planı 2-də isə iddiaçılara verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən 1798 kv.m hissəsindən, Cavabdeh2 (Pridon kimi qeyd olunmuşdur) 2808 kv.m hissəsindən istifadə edildiyi göstərilmişdir. İş materiallarının 1-ci cildinin 91-94-ci vərəqlərində yer alan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 saylı Rəyində mütəxəssis rəyinin “araşdırma nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi” hissəsində göstərilənlər, yəni iddiaçılara verilmiş torpaq sahəsinin Cavabdeh3 tərəfindən 2808 kv.m istifadə edildiyi, Cavabdeh2 (rəydə Pridon kimi qeyd olunmuşdur) tərəfindən 1798 kv.m istifadə edildiyi qeyd olunmuşdur. Cavabdehlər tərəfindən verilmiş qarşılıqlı iddia ərizələrində torpaq sahəsinin hər bir cavabdeh tərəfindən istifadə olunan hissəsinin ölçüləri ayrılıqda göstərilmişdir. Qarşılıqlı iddia ərizələrində mübahisəli torpaq sahəsinin 1798 kv.m hissəsinin Cavabdeh3, 2808 kv.m hissəsinin Cavabdeh2 Besoyeviç tərəfindən istifadə edildiyi qeyd olunmuşdur.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzinin” 06 sentyabr 2023-cü il tarixli 10/3135 nömrəli rəyinin 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinə istinad etdiyi və həmin mütəxəssis rəyində olan zidd iyyətlərin aydınlaşdırılmadığı aydın olmuşdur. Həmin ziddiyyətin aydınlaşdırılması məqsədilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 2(107)-955/2024 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. 18. 27 yanvar 2025-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 dekabr 2024-cü il tarixli 10/8355 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumat”ı Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. 19. 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20 aprel 2023-cü il tarixli mütəxəssis rəyinin düzəldilmiş variantı məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin rəydə göstərilmişdir: “İddiaçı1 Vaniayeviçin faktiki istifadəsində olan 9614 kv.metr, cavabdehlərin faktiki istifadələrində 8215 kv.metr torpaq sahələri və naturada istifadə qaydaları tərtib edilmiş Yerquruluşu planı 1-də göstərilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışa əsasən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 Vaniayeviç, İddiaçı2, İddiaçı3 Vaniayeviç, İddiaçı4 Vanyayevanın ümumbirgə mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh3 Besoeviç tərəfindən istifadə edilən 1798 kv.metr, cavabdeh X3 tərəfi ndən istifadə edilən 2807 kv.metr, Cavabdeh1 Besoeviç tərəfindən istifadə edilən 808 kv.metr torpaq sahəsi tərtib edilmiş Yerquruluşu planı 2-də göstərilmişdir. İddiaçı1 Vaniyeviçin adına Hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********63 nömrəli çıxarışın sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti arasında uyğunsuzluq var və tərtib edilmiş Yerquruluşu planı 2-də göstərilmişdir. Cavabdehlər Cavabdeh1 oğlunun və qeydlərinin bildirdiyinə görə həmin torpaq sahələri uzun müddət onların çoxillik əkmələr (fındıq bağları) kimi istifadələrindədir.”
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanaraq veriləcəyindən və hazırkı iş üzrə torpaq sahəsinin zəbt o lunan hissəsinin ölçüləri ilə bağlı ziddiyyətlər 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyindən qaynaqlandığından həmin mütəxəsis rəyi düzəldildiyi halda, yenidən işin ekspertiza rəyinin alınması üçün göndərilməsinə zərurət qalmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin 2808 kv.m hissəsindən Cavabdeh3, 1798 kv.m hissəsindən Cavabdeh2 Besoyeviçin çıxarılmasını qət edərkən gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qismən əsaslıdır. Belə ki, cavabdehlər hər biri qarşılıqlı iddia ərizələrində iddiaçılardan istifadə etdikləri torpaq sahəsinə uyğun olaraq fərqli məbləğlərdə pul tələb etmələrinə baxmayaraq, birinci instansiya məhkəməsi ümumilikdə 13.800 manat pulun iddiaçıdan alınaraq cavabdehlərə verilməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226-cı maddəsində qeyd olunmuşdur ki, məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Hazırki halda, cavabdehlərin hər biri mübahisəli torpaq sahəsini fərqli hissələrdə istifadə etdiklərindən və həmin hissələrdə fərqli həcmdə xərc çəkdiklərindən onların tələb hüququ müştərək ola bilməzdi. Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli 9/9126 saylı Rəyinin “tədqiqi hissə”sinə əsasən, Cavabdeh2 istifadəsində olan Qax rayon İngiloy-Kötüklü kəndində yerləşən 0,28 ha torpaq sahəsində 45 (qırx beş) ədəd fındıq ağacı, Cavabdeh3 Besoyevicin istifadəsində olan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0,18 ha torpaq sahəsində 35 (otuz beş) ədəd fındıq ağacı, Cavabdeh1 istifadəsində olan Qax rayonu İngiloy-Kötüklü kəndində yerləşən 0,08 ha torpaq sahəsində 12 (on iki) ədəd fındıq ağacları mövcuddur. Bir fındıq ağacının qiyməti 150 manat müəyyən edilmişdir. Belə olan halda, iddiaçılardan alınaraq Cavabdeh2 verilməli olan pulun məbləği 6750 manat (45x150=6750), Cavabdeh3 verilməli olan pulun məbləği 5250 manat (35x150=5250) və Cavabdeh1 verilmə li olan pulun məbləği 1800 manat (12x150=1800) müəyyən edilmişdir.
22. Kollegiya əlavə olaraq onu da qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilə rin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Hazırkı iş üzrə isə çoxillik bitkilərin dəyəri yaxşılaşdırmaların dəyəri olaraq hesablanmış və tərəflər bu şəkildə hesablanmanı mübahisələndirməmişlər. Belə ki, iddiaçılar cavabdehlərin torpaq sahəsindən çıxarılmalı olduğu hissələr və yaxşılaşdırmaların əvəzi olaraq ödənilməli olan pulun məbləği ilə razılaşmaqla qətnamədən apellyasiya şikayəti verməmişlər. Cavabdehlər də öz növbələrində apellyasiya şikayətində iddiaçılardan tutularaq onlara verilməli olan pul məbləğinin ümumi dəyərini və hesablanma şəklini mübahisələndirməmişlər.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 157.5, 1091.1, 1091.2, 1092.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 372, 384.0.2, 385, 386, 387.1, 389 və 390-cu maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. İlk iddia üzrə Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 71, 72, 127-ci, MPM-in 9.3, 14.2, 77.1, 88-ci, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işi ədalətli həll etməmiş, fındıq kollarının hazırkı bazar qiymətinə uyğun hes ablanmasını təmin etməmiş, şifahi rəy əsasında qiymət müəyyən edərək natamam qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh2 9000 manat dəyərində iddiasının 6750 manat həcmində təmin edildiyi, Cavabdeh3 7000 manat dəyərində iddiasının 6750 manat həcmində təmin edildiyi və Cavabdeh1 2400 manat dəyərində iddiasının 1800 manat həcmində təmin edildiyi məhkəmə tərəfindən əsaslandırılmamış, qeyd edildiyi kimi fındıq bağında yetişən 1 ədəd fındıq kolunun (tinginin) hazırkı bazar qiyməti rəsmi orqanlardan sorğu edilərək alınmamış, gözəyarı nəzəri qiymət hesablanmış və qarşılıqlı iddia üzrə iddiaçılar maddi ziyana məruz qalmışlar. Halbuki rəy kənd təsərrüfatı orqanları tərəfindən hazırkı vaxta uyğun bazar qiyməti nəzərə alınmaqla müəyyən edilməli idi. Belə ki, hazırda fındıq kollarının 1 ədədinin qiyməti o rta hesabla 200 manat olduğu halda məhkəmə bunu 150 manat olaraq hesablamışdır ki, bu da ədalətsiz olmuşdur. Bundan başqa torpaq sahəsindən çıxarılmaları iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 onlarla razılığa gələrək torpağa dair ödəniş etməkləri səbəbli razılıqları olmaqla qətnamə qəbul edilmiş `və qətnamə qəbul edildikdən sonra iddiaçılar torpaq sahəsini satmaqdan imtina etmişlər. Apellyasiya instansiyası məhkəməsi məhkəmədə rəsmi danışılanları başa düşmədiklərindən tərcüməçi dəvət etməmiş, işi hər sözlərinə razılıq olaraq qiymət vermişdir. Halbuki məhkəmə iclasında torpaqla bağlı razılığa gəlməkləri rəsmiləşdirilməli və qərardad qəbul edilməli, gürcü əsilli olduqlarından başa düşmədikləri rəsmi sözlərin tərcüməçi ilə onlara tərcümə edilməsi təmin edilməmişdir. b)Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasın a dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
33. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
34. Maddə 1091.1. Əsassız varl anan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.
48. İş üzrə kassasiya şikayəti ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı göstərmişdir ki, fındıq kollarının hazırkı bazar qiymətinə uyğun hesablanmasını təmin etməmiş, şifahi rəy əsasında qiymət müəyyən edərək natamam qətnamə çıxarmışdır.
49. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır, qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr alınmış rəylər əsasında fındıq kollarının mübahisə həll olunan tarixə qiymətlərini müəyyən etmiş, qarşılıqlı iddiaçı fındıq kollarının daha artıq qiymətə malik olmasını təsdiq edən sübutlar təqdim etməmişdir.
50. Qarşılıqlı iddiaçının tərcüməçi ilə təmin olunmaması ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, daha əvvəl keçirilmiş icraatlarda onun belə tələbi olmamış məhkəmə icraatının aparılan dili ilə bağlı heç bir təşəbbüs irəli sürməmişdir. Kassator məhkəməyə təqdim etdiyi qarşılıqlı iddiasını icraatın aparıldığı dildə təqdim etmişdir. Həmin vaxt tərcüməçinin köməyindən istifadə etməmişdir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 fevral tarixli 2(107)68/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.