Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3727/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: “torpaq sahəsindən çıxarılma”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Servitut; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)178/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən, ümumi sahəsi 119,60 kv.m olan Gəncə şəhəri Mərdan Musayev küçəsində yerləşən 3 nömrəli ev və həmin evin yerləşdiyi 0,04 ha t orpaq sahəsi tam pay olmaqla, İddiaçı1 xüsusi mülkiyyətindədir; 2. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli, **********66-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ümumi sahəsi 169,3 kvadratmetr olan ünvan 1 ünvanı və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla Cavabdeh xüsusi mülkiyyətindədir (fərdi yaşayış evinin texniki pasportunda evə gediş-gəliş yolu qonşu olan iddiaçının mülkiyyətindəki torpaq sahəsindən göstərilmişdir, texniki pasportda evin 2015-ci ildə inşa edildiyi göstərilmişdir);
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-c ü il tarixli 3-16-16/2-10/6618 nömrəli ekspert rəyinə əsasən, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edir. İddiaçı1 adına qeydə alınmış **********0310301 reyestr nömrəli texniki pasportun, torpaq sahəsinin planı səhifəsində, bu barədə qeyd olunmuşdur;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 10/3088 nömrəli rəyinə əsasən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********66-10301 reyestr nömrəli çıxarışa əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvandakı 0.04 ha torpaq sahəsinə faktiki istifadə edilən gediş-gəliş yolundan başqa yol mövcud deyildir. Belə ki, Cavabdeh xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsi, başqa şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə həmsərhəddir. Ərazidə mövcud olan transformator, su artezyan quyusu və beton piltələr yerləşən torpaq sahəsi isə elektron kadastr məlumat bazasına istinadən başqa şəxsə məxsus **********0153 kadastr nömrəli torpaq sahəsinə aiddir;
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 18 iyul 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərə əsasən, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında 400 kv.m torpaq sahəsi (**********0153 kadastr nömrəli) X2 verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehə qarşı “cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpağın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Mərdan Musayev küçəsi, 3 saylı mülkü zəbt edilmiş 86 kvadratmetr torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpağın boşaldılmaqla ona təhvil verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır k i, o, mübahisəli torpağın yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən almışdır. O, evi alan zaman Yusif Namiqi çağırıb bildirmişdir ki, “86 kvadratmetr torpağı əlindən almır, indi torpağı satır, torpağı alan şəxs nə vaxt tələb etsə, torpağı qaytar”. Cavabdeh isə torpağı qaytarmaq istəmir. Ona görə də cavabdeh ona məxsus 85 kvadratmetr torpaq sahəsindən çıxarılmalı və torpaq boşaldılmaqla ona təhvil verilməlidir. İddia ərizəsinə əlavə etdiyi texniki pasportdan da məlum olur ki, cavabdeh ona məxsus 85 kvadratmetr torpaq sahəsindən gediş yolu kimi istifadə edir.
8. Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən 10 ildən artıq müddətdir ki, istifadə edir. Qonşu kimi iddiaçı torpaq sahəsi aldığını və həmin torpağın harada başlayıb, harada bitməsini bilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin əvvəlki sahibi həyətindən kəsib ona yol vermişdir. O da həmin sahədən uzun illərdir ki, istifadə edir. Hətta iddiaçıya mübahisəli ərazini satın almağı təklif etsə də iddiaçı bununla razılaşmamışdır. Onun evinə gedib gəlmək üçün alternativ yolu yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
9. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(125)-1966/2023 nömrəli qətnaməsi ilə (hakim - Z.Ş. İmanov) iddia qismən təmin edilərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi; məhkəmədə iddia qaldırmaq üçün dövlət rü sumu olaraq ödənilmiş 100 (bir yüz) manatın cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi; məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehdən tutularaq, X1 köçürülməsi və İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 119,60 kvadratmetr olan ünvan 2 və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, İddiaçı1 mülkiyyətindədir. Belə k i, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab etmişdir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6618 nömrəli ekspert rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanının yerləş diyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə etməsi müəyyən edilmişdir. İddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehin qanunsuz istifadəsində və qanunsuz sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olduğu halda cavabdehin mübahisəli torpaq sahəsinin göstərilən hissəsi üzərində sahibliyi qanunsuzdur
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.1, 157.2, və 164.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləs inin 84-cü maddəsinə və Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 101.3, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Asif ilə onun arasında razılıq əsasında hazırda mübahisələndirilən torpaq sahəsi yol kimi istifadə edilməsi üçün onun istifadəsinə verilmişdir. Asif onun istifadəsinə verdiyi yol hissəsindən sonra özünə aid torpaq sahəsini mişar daşı ilə təcrid edərək ayırmışdır. Onun mülkiyyətində olan evə həmin yoldan başqa digər giriş-çıxış yolu yoxdur. Onun adına olan ev Dövlət Reyestrində qeydə alınarkən məhz qonşusu Asif tərəfindən onun yol kimi istifadəsinə verdiyi torpaq sahəsi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş və texniki pasportda da mülkün giriş-çıxış yolu olaraq əksini tapmışdır. Onun tərəfindən Asif adlı qonşusunun torpaq sahəsi onun özünün razılığı ilə servitut qaydasında yüklü edilmişdir. Belə olan halda məhkəmənin onun mülkiyyətindən maneəsiz hərəkət etmək, evinə giriş-çıxış yolunu kəsməsi barədə qərar çıxarması əsassız və qanunsuz olmuşdur.
14. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-671/2024 nömrəli qətnaməsi ilə (hakimlər - L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquli yev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
16. Cavabdeh t ərəfindən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-671/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2024cü il tarixli 2(102)-1989/2024 nömrəli (hakimlər - Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və V.T.Həsənov) qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 2(104)-671/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
18. İddianın qismən təmin olunma sı barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Mərdan Musayev küçəsi-3 ünvanda yerləşən yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir, iş üzrə təyin edilmiş ekspertizanın rəyinə görə həmin torpaq sahəsinin 74 kv metr hissəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, cavabdeh 74 kv metr torpaq sahəsini boşaltmamaqla iddiaçının mülkiyyət hüququnu pozur, ona görə də cavabdehin bu qanunsuz hərəkətlərinin qarşısı alınmalı, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa olunmalıdır.
33. Məhkəmə kollegiyası hesab edib ki, apellyasiya məhkəməsinin göstərilən qənaəti mülki və mülki prosessual qanunvericiliyinin normalarının tələblərinə uyğun olmamışdır.
34. Belə ki, iddiaçının özü iddia ərizəsində və məhkəmə iclaaslarında verdiyi izahatlarında göstərmişdir ki, mülkiyyətində olan evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən satın almış, həmin vaxt evin 0,04 ha həyətyanı torpaq sahəsinin 86 kv metr hissəsi cavabdeh-qonşu Cavabdeh istifadəsində olmuş, sonuncu torpaq sahəsində gediş-gəliş yolu kimi istifadə etmiş və 86 kv metr torpaq sahəsində cavabdehin istifadəsi satıcı Yusif adlı şəxsin razılığı ilə olmuşdur.
35. İşə baxan apellyasiya məhkəməsi iddiaçının göstərdiyi bu xüsusatı diqqətdən qaçırmış, cavabdehin öz sahəsindən ictimai yola başqa keçidin olub-olmadığını müəyyən etməmiş, iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının rəyində də bu məsələ aydınlaşd ırılmamışdır.
36. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ictimai yola başqa keçidi yoxdursa, onun iddiaçı qonşudan əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etmək, iddiaçının isə zəruri yola görə müvafiq kompensasiya tələb etmə hüququ vardır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edib ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
19. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, işin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə almadan, təqdim olunmuş sübutları t am və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.2, 175.2, 175.3-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
21. İkinci apelyasiya instansiya məhkəməsi baxışında cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Yusif adlı şəxsin 0.08 ha torpağı olmuş, o, torpağı 2 hissəyə bölərək 0.04 ha hissəni iddiaçıya satmış, qalan 0.04 ha hissəni isə cavabdehə satmışdır. Lakin, cavabdehə satılan 0.04 ha hissəyə girişçıxış yolu olmadığından əvvəlki mülkiyyətçi cavabdehə öz torpağından (hazırda iddiaçıya məxsus olan) keçid verəcəyini bildirmiş, özünə məxsus hissəni satacağını proqnozlaşdırmamışdır. Lakin, bir müddət sonra Yusif adlı şəxs özünə məxsus torpaq sahəsini və evini satmaq qərarına gəlmiş və evi hazırkı iş üzrə iddiaçıya satmışdır. Bu zaman köhnə mülkiyyətçi iddiaçını cavabdehlə onun arasında olan razılaşma barədə məlumatlandırmış və iddiaçı tərəfindən həmin şərt qəbul edilmiş, evi bu şəkildə almağa razılaşmışdır. Sədrlik edən in suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehin ümumi yola başqa çıxışı yoxdur. Tərəflər arasında başqa cür şərtlərlə, əvəzləşdirmə və s. razılıq əldə edilə bilər.Beləliklə, iddiaçı torpağın servitutla yüklü olmasından məlumatlı olmuş və bunu qəbul edərək torpaq sahəsini əvvəlki mülkiyyətçidən satın almışdır.
22. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2014-cü ildə torpaq sahəsi hasarla iki hissəyə ayrıldıqdan sonra torpağın əvvəlki mülkiyyətçisi Yusif adlı şəxs tərəfindən ona satılmışdır. Həmin vaxt torpağın mülkiyyətçisi torpaq sahəsindən ona ümumi yola zəruri keçid yolu da vermişdir. O isə 2014-cü ildə həmin torpaq sahəsində ev inşa etmişdir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı ilə hər hansı razılıq əl də edə bilməmişlər.
23. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, evi 2020-ci ilin may ayında Yusif adlı şəxsdən almışdır. Müqavilə bağlandıqdan sonra Yusif adlı şəxs ilə birlikdə cavabdehin evinə getmişlər, Yusif cavabdehə evi ona satdığını bildirmiş, qonşuluqda yaşayan məcburi köçkünlər öz torpaqlarına qayıdana qədər onun həyətindən istifadə edə biləcəyini bildirmişdir. Lakin bir müddət sonra Namiqin həmin ərazidə tikinti apardığını görmüş, polisə şikayət etmiş və onların müdaxiləsi ilə tikinti dayandırılmışdır. Daha sonra özü cavabdehə təklif etmişdir ki, bələdiyyəyə müraciət edərək ona çıxış yolu açılmasını xahiş etsinlər. Əvvəlcə cavabdeh onunla razılaşsa da, sonradan fikrindən dönmüş, torpağı ona satmağını təklif etmişdir. O isə hətta 1000 manat verəc əkləri halda da torpağı satmayacağımı bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı1 bildirmişdir ki, alınmış ekspert rəyi ilə razı deyildir. Çünki, həmin ekspert torpağa baxış zamanı orada olmayıb. Qeyd edilən yerdən cavabdehin çıxa biləcəyi başqa torpaq sahəsi vardır. Əvəzləşdirmə ilə bağlı cavabdehlə razılığa gələ bilər.
24. İddiaçı daha sonra bildirmişdir ki, torpaq sahəsinin alqı-satqısı zamanı satıcı Yusif adlı şəxs ona Namiqin 0.074 ha (iddiaçıya satılmış) hissədən istifadə etdiyini bildirmişdir. Belə çıxır ki, torpağı ona satan əvvəlki mülkiyyətçi onu aldatmışdır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı1 bildirmişdir ki, cavabdehlə hər hansı razılıq əldə edə bilməmişlər, cavabdeh tərəfindən ona kompensasiya ödənilməsinə etirazı yoxdur. İddiaçı1 sonda məhkəmə kollegi yasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 10/3088 nömrəli rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********66-10301 reyestr nömrəli çıxarışa əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvandakı 0.04 ha torpaq sahəsinə faktiki istifadə edilən gediş-gəliş yolundan başqa yol mövcud deyildir. Belə ki, Cavabdeh xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsi, başqa şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə həmsərhəddir. Ərazid ə mövcud olan transformator, su artezyan quyusu və beton piltələr yerləşən torpaq sahəsi isə elektron kadastr məlumat bazasına istinadən başqa şəxsə məxsus **********0153 kadastr nömrəli torpaq sahəsinə aiddir;
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2025-ci il tarixli, 2(104)-178/2025 nömrəli qətnaməsi ilə (hakimlər - İ.T. Həsənov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və R.A.Məcidov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(125)1966/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi, ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində pulun İddiaçı1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Gəncə şəhəri Mərdan Musayev küçəsində yerləşən 0.08 ha torpaq sahəsi Yusif adlı şəxsin mülkiyyətində olmuşdur. 2014-2015-ci illərdə torpaq sahəsinin mülkiyyətçisi torpağı iki hissəyə bölərək mişar daşı ilə torpaqları hasarla ayırmış və torpağın bölünmüş 0.04 ha hissəsini Cavabdeh satmışdır. Eyni zamanda, torpağın mülkiyyətçisi (satıcı) torpağın özünə düşən hissəsindən cavabdehə (alıcıya) ictimai yola keçid üçün gediş-gəliş yolu vermişdir. Bundan sonra Cavabdeh satın aldığı torpaq sahəsində 2015-ci ildə fərdi yaşayış evi inşa etmişdir. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış, fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir (texniki pasportda evə gediş-gəliş yolu qonşunun mülkiyyətindəki torpaq sahəsindən göstərilmişdir).
28. Kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq hazırkı apellyasiya baxışı zamanı iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 10/3088 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 3 ünvandakı 0.04 ha torpaq sahəsinə faktiki istifadə edilən gediş-gəliş yolundan başqa yol mövcud deyildir. Belə ki, Cavabdeh xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsi, başqa şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə həmsərhəddir. Ərazidə mövcud olan transformator, su artezyan quyusu və beton piltələr yerləşən torpaq sahəsi isə elektron kadastr məlumat bazasına istinadən başqa şəxsə məxsus **********0153 kadastr nömrəli torpaq sahəsinə aiddir.
29. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, rəy əsaslıdır. Belə ki, ekspert rəyi ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İddiaçı tərəf ekspert rəyinin qeyri-obyektivliyi barədə arqument irəli sürsə də, lakin bunu əsaslandıra ilməmiş, tədqiqat zamanı hansı yanlışlığa yol verildiyini göstərə bilməmişdir.
30. Bununla belə iddiaçı tərəf cavabdehə məxsus torpaq sahəsindən **********0153 kadastr nömrəli torpaq sahəsi vasitəsilə ictimai yola keçid olması, həmin torpağın bələdiyyəyə məxsus olması barədə arqument irəli sürsə də, lakin kollegiya bu arqumenti əsassız saymışdır. Ona görə ki, göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsus deyildir, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında torpaq sahəsi (**********0153 kadastr nömrəli) X2 verilmişdir.
31. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən ictimai yol a giriş-çıxış yolu mövcud deyildir. Məlumdur ki, hər hansı torpaq sahəsinin ictimai yola keçidi yoxdursa, həmin torpaq sahəsinin mülkiyyətçisi qonşu torpaq sahəsindən müvafiq ödəniş edilməklə, zəruri keçid verilməsini tələb edə bilər (MM maddə 175.1). Hazırkı işin hallarından da göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi həmin torpaq sahəsindən cavabdehlə (alıcı) ictimai yola keçid üçün gediş-gəliş yolunun verilməsi barədə razılıq əldə etmişlər. Eyni zamanda, iddiaçı torpaq sahəsini satın alan zaman da torpağın əvvəlki mülkiyyətçisindən ona məxsus olmuş torpaq sahəsindən cavabdehə ictimai yola giriş-çıxış üçün keçid verildiyi və cavabdehin həmin yoldan istifadə etdiyi barədə məlumat almış, buna hər hansı etiraz bildirməmiş və torpaq sahəsini həmin vəziyyətdə alq ı-satqı yolu ilə əldə etmişdir. Beləliklə, iddiaçıya məxsus torpaq sahəsinin 74 kv.m hissəsindən cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu verildiyindən iddiaçının həmin hissəyə mülkiyyət hüququ məhdudlaşdırılmışdır.
32. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:
1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
33. Mülkiyyətə m üdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan torpaq sahəsindən mülkiyyətçinin razılığı əsasında istifadə edən şəxsin hərəkətləri qanunsuz hesab edilmir. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya əvvəlki mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürdükdə mülkiyyətçinin hüquqları ilə yanaşı, üçüncü şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır.
34. Bu mənada kollegiyanın qənaətinə görə, İddiaçı1 ona məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu kimi verdiyi sahənin cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə haqlı deyildir. Çünki, işin ha llarından göründüyü kimi cavabdehin mülkiyyətindəki torpaq sahəsinə ictimai yoldan gediş-gəliş yolu mövcud olmamışdır. Buna görə də həmin torpağı cavabdehə satan qonşuluqdakı Yusif adlı şəxs (əvvəlki mülkiyyətçi) öz mülkiyyətində olan (hazırda iddiaçıya məxsus olan) torpaq sahəsinin 74 kv.m hissəsindən cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu vermişdir. Beləliklə, cavabdehə məxsus torpaq sahəsi təyinatı üzrə müstəqil sahə kimi istifadə üçün yararlı vəziyyətə gəlmiş, cavabdeh də qonşu torpaq sahəsinin mülkiyyətçisinin öz torpaq sahəsindən gediş-gəliş yolu (servitut) verməsi barədə razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla orada fərdi yaşayış evi inşa etmişdir. Xüsusilə diqqət yetirilməli haldır ki, iddiaçı torpaq sahəsini alan zaman torpağın bir hissəsindən cavabde hə ictimai yola giriş-çıxış üçün keçid verildiyi və cavabdehin həmin yoldan istifadə etdiyi, bir sözlə torpaq sahəsinin yüklü olması barədə məlumatı olmuşdur.
35. Yuxarıda da qeyd edildiyi kimi, torpaq sahəsini əldə edən iddiaçı torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin torpağın bir hissəsindən cavabdehə ictimai yola girişçıxış üçün keçid verdiyi və cavabdehin həmin yoldan istifadə etdiyi barədə məlumatlı olmuşdur ki, bu halda torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçməsi cavabdehin həmin torpağın 74 kv.m hissəsindən ictimai yola giriş-çıxış üçün keçid hüququnun (servitut) xitamına səbəb olmur. Başqa sözlə, cavabdehin torpaq sahəsinə sözügedən hüququ saxlanılır və onun torpaq sahəsinin 74 kv.m hissəsindən istifadəsi qanuni əsaslara söykənir.
36. Məlumdur ki, mülki qanunvericiliyə g örə, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: 1) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; 2) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması; 3) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Bu üç hal məcmu şəkildə mövcud olduqda tələb təmin edilə bilər.
37. Hazırki iş üzrə birinci və ikinci hal mövcud olsa da, lakin üçüncü hal, yəni torpağa qanunsuz sahiblik və istifadə halı müəyyən edilmir.
38. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.
39. Bununla belə iddiaçıya izah edilmişdir ki, Mülki Məcəllənin 175.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ictimai yola keçid üçün cavabdehdən əvəz ödənilməsini (kompensasiya) tələb etmək hüququ vardır. Mübahisəyə bu cür yanaşma «bərabər mənafelərə bərabər münasibət» prinsipinə uyğun olmaqla mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunmasına nail olmaq məqsədi daşıyır.
40. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
41. Bundan əlavə, işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı, habelə hazırkı apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (100+100=200) 200 (iki yüz) manat təşkil edir. Eyni zamanda, iddia ərizəsi verilməsi üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab etmişdir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 152, 157.2, 169.1, 175.1, 175.2, 255-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 76.2, 77.1, 88, 101.3, 119.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
43. İddiaçı (vəkil - Vəkil4) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) - 178/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbininin təmin edilməsi, hüquqi xidmətə görə vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pulun Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin sahibliyinin qanuni olması və torpaq sahəsinin yüklü olması hissəsində apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız olmuşdur. Bildirirlər ki,cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması aşağıdakılar qeyd edilənlərə əsasən öz əsasını tapır.
1. Torpaq sahəsinin 74 kv.m-i üzərində cavabdehin mülkiyyət, həmçinin qanunveciliklə müəyyən edilmiş qaydada qeydə alınmış sahiblik və istifadə hüququ yoxdur. Mülki Mə cəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdətutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən maddənin məzmunundan aydın görünür ki, mülkiyyətçi olmayan şəxsə mülkiyyət hüquqlarının (hazırkıişdə bundan yaranasahiblik hüququnun da) yaranması üçün tərəflər arasında müqavilə və ya Mülki Məcəllə ilə müəyyənedilmiş əsas olmalıdır. Hazırkı halda isə, belə müqavilə və əsas yoxdur.
2. Mülki Məcəllənin139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1.-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notari at qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Qeyd edilənlərə əsasən bildirirlər ki, iddiaçı mübahisəli torpağın yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən almışdır. O,evi alan zaman Yusif Namiqi çağırıb bildirmişdir ki,“86 kvadratmetr torpağı əlindən almır, indi torpağı satır, torpağı alan şəxs nə vaxt tələb etsə, torpağı qaytar”. Cavabdeh isə torpağı qaytarmaq istəmir. Göründüyü kimi, torpaq sahəsi İddiaçı1 əvvəl mülkiyyətçi Yusifin mülkiyyətində olan zamanda da Cavabdeh həmin torpaq sahəsi üzərində qanuni əsaslarla sahiblik hüququ olmamışdır. O, torpaq sahəsindən Yusif ilə yalnız şifahi razılaşma əsasında istifadə etmişdir. Bundan sonra, İddiaçı1 həmin torpaq sahəsini alan zaman ona nə müqavilə əsasında nə də məcburi olaraq məhkəmə qərarı əsasında Cavabdeh həm in sahədən istifadə etmək üçün öhdəlik götürməmişdir. Cavabdeh da mülkiyyətçinin tələb etdiyi zaman torpaq sahəsini qaytarmalı olması məlumolmuşdur.
45. Həmin torpaq sahəsinin servitutla yüklü edilməsi barədə İddiaçı1 əvvəlki mülkiyyətçisi Yusif və Cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş razılaşma və ya məhkəmə qərarı olmamış, belə əsaslarlar olmadığı üçün daşınmaz əmlakın dövlət reyestrində də torpaq sahəsinin servitut ilə yüklü edilməsi barəsində qeyd olmamışdır. Daşınmaz əmlak üzərində hüquqlar yüklü edilərkən buna dair müvafiq çıxarış verilir. Belə bir çıxarış olmamışdır. Həmçinin, sevitutla bağlı məhkəmə qərarı da yoxdur. Yuxarıda qeyd edilən əsaslar olmadığı halda, məhkəmə əsassız olaraq əvvəlki mülkiyyəçi Yusif ilə cavabdeh arasında olan şifahi razılaşmanı və daşınmaz əmlakın texniki pasportunda cavabdeh tərəfindən 74 kv.m torpaq sahəsinin zəbt kimi qeyd edilmiş qeydi yüklü olaraq qiymətləndirmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən Mülki Məcəllənin 158.3-cü, 255ci, 256-cı maddələri, Torpaq Məcəlləsinin 54- cümaddəsi düzgün şəkildə tətbiq edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən mübahisəyə servitut hüququnun olması barədə əsas düzgün şəkildə tətbiq edilməmişdir. Bu barədə, Ali Məhkəmənin qərarının 38ci bəndində qeyd edilmişdir ki,cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ictimai yola başqa keçidi yoxdursa, onun (cavabdehin) iddiaçı qonşudan əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etmək, iddiaçının isə zəruri yola görə müvafiq kompensasiya tələb etmək hüququ vardır. Bildirirlər ki, ddia tələbinin hüquqi əsasını Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi təşkil edir. Cavabdeh tərəfindən onun servitut hüququnun olması iddiaçıya qarşı bildirilmişdirmi? Belə bir hüquq tələb edilmişdirmi? Cavab isə xeyrdir. Belə olan halda, belə bir tələb olmayan halda, iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb iddiasına cavab olaraq cavabdehin hər hansı tələbi olmadan servitut hüququ instititunu məhkəmə əsassız tətbiq etmişdir. Servitutun yaranması üçün: 1. torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi olmamalıdır;
2. Belə keçidin verilməsi üçün onun servitutla bağlı tələbi olmalıdır;
3. Həmin tələbin əvəzi olaraq mülkiyyətçiyə, qonşu tərəfindən tam əvəzi ödənilməklə haqq və ya birdəfəlik kompensasiya ödənilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, tərəflər arasında servitutla bağlı notariat qaydasında təsdiq edilmiş hər hansı razılaşma, məhkəmə qərarı, ən əsası ona məhkəmə qərarı ilə kompensasiya ödənilmədən, iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb iddiasına cavab olaraq cavabdehin hər hansı tələbi olmadan servitut hüququ instititunu tətbiq edilməsi əsassız və qanunsuz olmuşdur. Bütün bunlardan göründüyü kimi, apellyasiya instansiyası tərəfindən Mülki Məcəllənin vəTorpaq Məcəlləsinin maddəllərindəki normaları, həmçinin Ali Məhkəmənin qərarındakı mövqeyi düzgün tətbiq edilməmişdir. Nəticədə, iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdən məhrum olmuşdur.
46. Apellyasiya baxışı zamanı iş üzrə tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27may 2025-ci il tarixli 10/3088 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan Gəncə şəhəri Mərdan Musayevküçəsi 1 nömrəli ünvandakı 0.04 ha torpaq sahəsinə faktiki istifadə edilən gediş-gəliş yolundan başqa yol mövcud deyildir. Belə ki, Cavabdeh xüsusi mülkiyyətində 0.04 ha torpaq sahəsi, başqa şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə həmsərhəddir. Ərazidə mövcud olan transformator, su artezyan quyusu və beton piltələr yerləşən torpaq sahəsi isə elektron kadastr məlumat bazasına istinadən başqa şəxsə məxsus **********0153 kadastr nömrəli torpaq sahəsinə aiddir. Qeyd edilən ekspert rəyi ilə iddiaçı razılaşmamış və ekspert rəyində qeyd edilən halların ətraflı şəkildə araşdırılmasını və rəyin verilməsində iştirak etmiş mütəxəssisin məhkəməyə dəvət edilməsi barədə vəsatət vermişdir. Həmin vəsatətə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı1 N. Rəhimovun evinin qarşı tərəfində yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən yeni çıxış yolu kimi açılmasını tələb etdi. Əraziyə baxış zamanı yeni yolun açılması nəzərdə tutulan torpaq sahəsinə yerində, eyni zamanda NECAS məlumat sistemi əsasında baxış keçirildi və məlum oldu ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir Həmin torpaq sahəsindən yeni yolun açılmasını İddiaçı1 tələb etsə də, lakin Bayramov Vüsalın nümayəndələri Əliyev Elşən və Əliyev Elnur torpağa dair Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısın ın xx.xx.2018-ci il tarixli 14 nömrəli sərəncamını təqdim edib, onların istifadəsində olduğunu bildirmişdirlər. Bundan başqa, X3 xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Tofiq Bağırov və Mərdan Musayev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi reyestr xidmətinin bazasında göstərilən xəritəyə əsasən bələdiyyəyə aiddir. Bu torpaq sahəsi bələdiyyə tərəfindən heç kimə satılmamışdır. X5 küçəsinə sizə aid torpaq sahəsindən açılmış darvazasının Tofiq Bağırov küçəsi istiqamətində dəyişdirilməsi vətəndaşlar arasında münaqişə yaratdığı üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Bundan başqa,ƏMDX-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-c iil tarixli 14 nömrəli sərəncamı əsasında X4 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verildiyi müəyyən edilmişdir. Bildirirlər ki, fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilməsi barədə yerli icra hakimiyyəti orqanlarının sərəncamları bələdiyyə məxsus torpaq sahəsindən qanuni əsaslarla istifadə etmək hüququ yaratmır. Göründüyü kimi, iddiaçı bələdiyyəyə məxsus torpaq sahəsindən keçidin mümkün olduğunu bildirsə də, məhkəmə əsassız olaraq qeyd etmişdir ki, “49. Bununla belə iddiaçı tərəf cavabdehə məxsus torpaq sahəsindən **********0153 kadastr nömrəli torpaq sahəsi vasitəsilə ictimai yola keçid olması, həmin torpağın bələdiyyəyə məxsus olması barədə arqument irəli sürsə də, lakin kollegiya bu arqumenti əsassız saymışdır. Ona görə ki, göstərilən xüsusatın aydınlaşdırılm ası məqsədilə verilmiş sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsus deyildir, Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı əsasında torpaq sahəsi (**********0153 kadastr nömrəli) X2 verilmişdir. İddiaçı qeyd edilən bu hal ilə razılaşmamış və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2025-ci il tarixli 10/3088 nömrəli rəyində qeyd olunan **********0153 “Torpaq sahəsinin planı və ölçüsü (kadastrın) sənədinin verilməsinə əsasə olmuş sənədlərin əldə olunmasına və həmin texniki sənəd (kadastr) elektron kadastr məlumatlarına daxil edilən zaman hansı elektron baza məlumatlarından istifadə olunmasına dair ətraflı məlumatın əldə edilməsi üçün sorğu göndərilməsi barədə məhkəməyə vəsatətlə müraciət etmişdir. Lak in məhkəmə heç bir əsaslandırma etmədən vəsatəti təmin etməmişdir. Yuxarıda qeyd edilən bu ziddiyətli halların apellyasiya məhkəməsi tərəfindən araşdırılmamasına kassasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməlidir. Odur ki, məhkəmə Mülki-Prosessual Məcəllənin 80.1-ci, 76.2-ci, 87.2-ci maddəsini düzgün tətbiq etməmiş, həmin maddələrin ekspertizanın keçirilməsi, şahid ifadələrinin dəqiqləşdirilməsi, yerində müayinə ilə bağlı normalarını nəzərə almamışdır. Nəticədə, iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdən məhrum olmuşdur.
47. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəllənin 139.1, 146.1, 152, 157.2, 158.3, 175.1, 175.2, 255, 256, 261.1 və 261.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü, Azərbaycan Respublik asının Mülki-Prosessual Məcəllənin 14.2, 76.2, 77.1, 80.1, 87.2, 217.1, 217.2, 217.3-cü maddələrinə də istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
48. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
49. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
52. Maddə 152.3. İstifadə hüquq u - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
53. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
55. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
56. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qon şuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
57. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
58. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyy ət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
59. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.
60. Maddə 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.
61. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
62. Maddə 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir.
63. Maddə 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.
64. Maddə 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır.
65. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
66. Maddə 84.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
67. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq ü çün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 ona məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu kimi verdiyi sahənin cavabdeh tərəfindən boşaldılmasını tələb etməkdə haqlı deyildir. Çünki, işin hallarından göründüyü kimi cavabdehin mülkiyyətindəki torpaq sahəsinə ictimai yoldan gediş-gəliş yolu mövcud olmamışdır. Buna görə də həmin torpağı cavabdehə satan qonşuluqdakı Yusif adlı şəxs (əvvəlki mülkiyyətçi) öz mülkiyyətində olan (hazırda iddiaçıya məxsus olan) torpaq sahəsinin 74 kv.m hissəsindən cavabdehə ictimai yola keçid üçün gediş-gəliş yolu vermişdir. Beləliklə, cavabdehə məxsus torpaq sahəsi təyinatı üzrə müstəqil sahə kimi istifadə üçün yararlı vəziyyətə gəlmiş, cavabdeh də qonşu torpaq sahəsinin mülkiyyətçisinin öz torpaq sahəsindən gediş-gəliş yolu (servitut) verməsi barədə razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla orada fərdi yaşayış evi inşa etmişdir. Xüsusilə diqqət yetirilməli haldır ki, iddiaçı torpaq sahəsini alan zaman torpağın bir hissəsindən cavabdehə ictimai yola giriş-çıxış üçün keçid verildiyi və cavabdehin həmin yoldan istifadə etdiyi, bir sözlə torpaq sahəsinin yüklü olması barədə məlumatı olmuşdur. Bu halda torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçməsi cavabdehin həmin torpağın 74 kv.m hissəsindən ictimai yola giriş-çıxış üçün keçid hüququnun (servitut) xitamına səbəb olmur. Başqa sözlə, cavabdehin torpaq sahəsinə sözügedən hüququ saxlanılır və onun torpaq sahəsinin 74 kv.m hissəsindən istifadəsi qanuni əsaslara söykənir.
79. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işə əvvəl kassasiya qaydasında baxmış məhk əmə tərkibinin göstərişlərini icra etmiş, işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
81. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edi lməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-178/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.