Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2068/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Keçili Bələdiyyəsi, X8 və X4 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və əşyalarla birlikdə torpaqdan çıxarılma”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator iddia) ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Keçili Bələdiyyəsi, X8 və X4 cəlb edilməklə) qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və əşyalarla birlikdə torpaqdan çıxarılma” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-282/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayətinə dair mülki işə 15 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra mətndə-iddiaçı), X5, X1, X2 və X3 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə xx.xx.2022-ci il tarixli, AA 855948 saylı “X9 və Ölçüsü” sənədi işlənmişdir. 2. 6 dekabr 2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddi açı və ailə üzvləri X5, X1, X2 və X3 paylı mülkiyyətində olan 0,3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində onun tərəfindən istilikxana quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat: 3.İddiaçı Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin əşyaları ilə bir likdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin cavabdeh onların icazəsi olmadan torpaq sahəsini zəbt edərək orada istilikxana quraşdırmış, yonca əkib-becərməklə özbaşına torpaq sahəsində istifadə etmişdir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, cavabdeh buna məhəl qoymamış, ona və ailə üzvlərinə məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlə r. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Ona görə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
5. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlav ə olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi təmsil etdiyi şəxsin və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin cavabdeh həmin torpaq sahəsini özbaşına zəbt edərək, orada qanunsuz istilikxana inşa etmiş və torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Təmsil etdiyi şəxs dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını, habelə qanunsuz inşa etdiyi istilikxananı sökməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Belə ki, iddiaçı qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, öz hüquqların ı həyata keçirməkdən məhrum olmuşdur. Ona görə də cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Odur ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
7. Cavabdehin nümayəndəsi Nümayəndə3 təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddian ı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi uzun illər əvvəl Keçili Bələdiyyəsi tərəfindən təmsil etdiyi şəxsin icarəsinə verilmişdir. Təmsil etdiyi şəxs də həmin torpaq sahəsində istilikxana inşa etdirmiş və torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Hesab edir ki, iddiaçının adına verilmiş Çıxarış qanunsuz olmuşdur. Belə ki, torpaq sahəsi cavabdehin icarəsində olduğu halda iddiaçının adına Çıxarış tərtib edilə bilməzdi. Cavabdeh isə tam qanuni əsaslarla icarəsində olan torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda təmsil etdiyi şəxsə qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
8. Keçili Bələdiyyəsi, X8 və X4 müstə qil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
9. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır.
10. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4375 nömrəli rəyinə əsasən, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır.
11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 30 sentyabr 2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsi ilə (hakim Z. M. Allahyarov) iddia təmin edilərək, xx.xx.2022–ci il tarixli ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı və digər ailə üzvlərinin paylı mülkiyyətində olan Şəmkir rayonu, Keçili kəndində yerləşən 0,3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi, həmin torpaq sahəs ində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin iddiaçıya qaytarılması; Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır və müdafiəsinə təminat verilmişdir. Mübahisəli kənd təsərrüfat təyinatlı torpaq sahəsi mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı mülkiyyət hüququnun müdafiəsinə dair tələb hüququ yaranmışdır, bu hüquq təmin olunmalıdır.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1 və 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 84-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124.1, 218.3 -cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 1
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, təxminən 15 ildən çoxdur kənddə mülkiyyətində olan 2 ha torpaq sahəsində istilikxana qurmuşdur və həmin vaxtdan bu günə kimi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud Bələdiyyənin iradı olmamışdır. Torpaq sahəsinə bitişik ərazisi 0,32 ha torpaq sahəsini də becərmək niyyəti olduğundan kənd bələdiyyəsinə müraciət etmişdir. Həmin vaxt Şəmkir rayonu Keçili kənd bələdiyyəsinin sədri X6 və müavini ona bildirmişlər ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan adına sənədləşdirilməsinin heç bir problemi yoxdur. Bundan sonra bələdiyyənin müavini, mütəxəssislərin və onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, sahəsi 0,32 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, aktda o da qeyd edilmişdir ki, İddiaçı əri Ağayev Vüqarın 0,32 ha torpaq sahəsi ayrıldı və Vüqara təhvil verildi. Vüqara verilmiş torpaq sahəsi ona icarəyə verilmiş 0,32 ha torpaq sahəsindən 1000 metr aralıda yerləşir. Bildirir ki, Ağayev Vüqara ayrılmış sahəsi 0,32 ha olan torpaq sahəsi onların ailə üzvlərinə birlikdə 3 nəfərə, cəmi 0.96 ha torpaq sahəsi olmaqla vahid əmlak kimi ayrılmışdır. Həmin vaxt Vüqarın adına texniki səhvə görə iki dəfə Dövlət aktı verilmişdir. Həmin aktlardan biri JN seriyalı sahəsi 0,32 ha olan torpaq sahəsi (onun torpağına bitişik olan) bələdiyyənin dediyinə görə ehtiyat fondunda saxlanılmışdır. Təxminən 2015-ci ildən torpağa bitişik sahəsi 0,32 ha olan torpaq sahəsinin icarəyə verilməsinə dair Keçili bələdiyyəsi ilə müqavilənamələr bağlamışdır. Həmin müqavilənamələr əsasında icarəyə götürülmüş torpaq sahəsi də daxil olmaqla istilikxana tikmişdir. Müqavilə bağlandığı vaxtdan bu günə kimi icarə haqlarını mütəmadi olaraq vaxtında ödəmişdir. Həmin dövrdə Keçili bələdiyyəsinin bir neçə sədrləri olmuşdur. Bələdiyyənin bütün sədrləri həmin torpağın onun icarəsində olduğunu qəbul etmişlər. Oktay müəllimdən sonra 15 il müddətində bələdiyyənin sədri İnqilab müəllim olmuşdur. İnqilab müəllimin dövründə bələdiyyə ilə müqavilənamələr bağlanmış və yenilənmişdir. Bələdiyyə onunla icarə müqavilələri bağlayıb 23 il müddətində icar ə haqları almışdır (arayışlar əlavə edilir). Kamal müəllimə torpaq sahəsinin onun adına satılmasını xahiş etdikdə, o, müxtəlif bəhanələr gətirərək tələsməməyini tövsiyə etmişdir. Düşünür ki, həmin torpaq sahəsi 23 il onun istifadəsində olduğundan onun mülkiyyətinə verilməli idi. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. 11 Saylı Şəmkir Ərazi idarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-03xx-xx/2024 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan torpaq sahəsinə çıxarış verilmişdir. Bu səbəbdən qeyd olunan uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkü n olmamışdır. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti işin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmişdir. Çünki, həmin torpaq sahəsi 23 ilə yaxındır ki, onun fasiləsiz sahibliyindədir. Gəncə İnzibati Məhkəməsinə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydə alınması öhdəliyinin qoyulması ilə bağlı iddia verilmişdir. Hal-hazırda həmin iddia Gəncə İnzibati Məhkəməsinin icraatındadır, işin icraatının dayandırılmasına dair vəsatət versə də, lakin məhkəmə işin icraatını dayandırmamışdır.
16. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi çıxarış əsasında iddiaçıya məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsinin İ hissəsinə, “Məhkəmələ r və hakimlər haqqında” Qanunun 77-ci maddəsinin İ hissəsinin müddəalarına əsasən kassasiya instansiyası məhkəməsi hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasının məhkəmə təcrübəsini formalaşdırmalıdır. Kassasiya instansiyası məhkəməsinin faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə, məhkəmə aktı qanunsuz hesab edilə bilər. Cavabdehin mülki iş üzrə icraatın dayandırılması barədə vəsatəti əsassızdır Bu məsələyə münasibətdə qeyd edir ki, hazırki iş üzrə cavabdeh əlavə iddialar qaldırmaqla mülki işin mahiyyəti üzrə baxılmasına mane olmaq istəyir. Hazırki mülki işin Gəncə İnzibati Məhkəməsinin icraatında olan e-2-1(114)4350/2024 saylı inzibati işdən heç bir asılılığı yoxdur. Mövcud vəziyyət dəyişilərsə, yəni cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, o yeni əsaslarla iddia irəli sürmək hüququna malikdir. Hazırda çıxarışa əsasən mülkiyyətçinin İddiaçı olduğunu nəzərə alsaq, cavabdeh tərəfindən hər hansı bir iddianın qaldırılması mülki iş üzrə icraatın dayandırılması əsası kimi çıxış edə bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (qardaşı) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onlara məxsus torpaq sahəsinə bitişik olduğuna görə torpaq 2030-cu ilə qədər onlara icarəyə verilmişdir. İddiaçıya həmin torpaq sahəsi ərindən vərəsəlik qaydasında keçmişdir. İddiaçı və ailəsinə verilmiş torpaq sahəsini onlar başqa şəxsə satmışlar. İkinci dəfə səhvən Vüqar Ağayevin adına arayış gəlib və həmin arayış əsasında saxta çıxarış verilmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisəli torpaq sahəsi onların istifadəsindədir. İcarə müqaviləsini qeydə aldırmaq üçün DƏDRX-ə müraciət etdikdə həmin torpağa dair çıxarış olduğu bildirilmişdir. Onlar da həmin imtinadan inzibati orqanın hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmişlər. Həmin işə nəticə verilənə qədər hazırki iş üzrə icraat dayandırılsın. İstilikxanaya yaxın olduğu üçün həmin torpağı 3000 manata almışdır. İndi onlardan 20000 manat pul istəyirlər. Onların isə o məbləğdə pulu verməyə imkanları yoxdur. İddiaçıya başqa yerdən torpaq sahəsi təklif etsə də, bu təkliflə razılaşmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vardı r. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməkdən məhrum olmuşdur. Cavabdehin icraatın dayandırılması ilə bağlı vəsatətini əsassız hesab edir. Çünki, həmin iddia ərizəsi ilə mübahisəli torpağa dair iddiaçının adına verilmiş çıxarış mübahisələndirilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, iddiaçının indiyə qədər bu iddianı qaldırmamasının səbəbi bələdiyyə tərəfindən ona torpaq sahəsinin harada yerləşdiyinin göstərilməməsi olmuşdur. Torpaq sahəsi iddiaçıya konkret göstərildikdən sonra, o, bu işin üstünə düşmüşdür. Mübahisəli torpaq sahəsinin koordinatlarının cavabdehin istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi sahə ilə eyni yer olduqlarından yaxın vaxtlarda məlumatlı olmuşlar. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti nin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(104)-282/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə, (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), G.İ.Cavadova, R.A.Məcidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(076)-275/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşaraq qətnaməsini belə əsaslandırmışdır ki, cavabdeh bələdiyyə ilə aralarında bağlanmış müqaviləyə əsasən mübahisəli torpaq sahəsinin ona ayrıldığın ı bildirsə də, işin hallarından göründüyü kimi əmlaka dair iddiaçının adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, habelə çıxarışın verilməsinə əsas kimi hüquqmüəyyənedici sənəd hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmamışdır, müvafiq olaraq bələdiyyə həmin torpaq sahəsinin icarəyə verə bilməzdi.
21. Apellyasiya şikayətinin Mübahisəli torpaq sahəsindən 2030-cu ilə qədər istifadəyə dair bələdiyyə ilə müqavilə bağlanması barədə dəlilinin əsassızlığı qənaətinə gələrkən apellyasiya məhkəməsi göstərmişdir ki, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı və ailə üzvlərinin paylı mülkiyyətində olan 0,3209 ha torpaq sahəsinin ölçüləri (koordinatları) hazır da mövcud olan baza məlumatlarında eyni konfiqurasiyada qeydə alınmış, həmin torpaq sahəsi cavabdehin qanunsuz istifadəsində olan, onun tərəfindən istilikxana quraşdırılmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən tamamilə cavabdehin istifadə edir. Mövcud elektron baza məlumatlarının mötəbərliyinə də hər hansı şübhə olmaz. Bu hal isə, mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olması ehtimalını birmənalı şəkildə təkzib edir.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı istilikxananın quraşdırılması barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin orada əkinçilik fəaliyyəti ilə məşğulluğuna şərait yaratması, torpaq sahəsində görülən işlərə susaraq razılıq nümayiş etdirməsi və sair hallar bu kimi hallar müəyyən edilməmişdir. O cümlədən, cavabdeh tərəfindən də bu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Əksinə, iddiaçının nümayəndəsi izahatında mübahisəli torpaq sahəsinin koordinatlarının cavabdehin istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi sahə ilə eyni yer olduqlarından yaxın vaxtlarda məlumatlı olduqlarını göstərmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə və 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152., 157.2., 157.4., 213.1., 213.2 və 213.6-cı maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1., 77.1., 88., 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
24. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının 2(104)-282/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, təxminən 15 ildən çoxdur kənddə mülkiyyətində olan 2 ha torpaq sahəsində istilikxana qurmuşdur və həmin vaxtdan bu günə kimi torpaq sahəsi və istilikxana ilə bağlı ona hər hansı vətəndaşın yaxud Bələdiyyənin iradı olmamışdır. Torpaq sahəsinə bitişik ərazisi 0,32 ha torpaq sahəsini də becərmək niyyəti olduğundan kənd bələdiyyəsinə müraciət etmişdir. Həmin vaxt Şəmkir rayonu Keçili kənd bələdi yyəsinin sədri X6 və müavini ona bildirmişlər ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olduğundan adına sənədləşdirilməsinin heç bir problemi yoxdur. Bundan sonra bələdiyyənin müavini, mütəxəssislərin və onun iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, sahəsi 0,32 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, aktda o da qeyd edilmişdir ki, İddiaçı əri Ağayev Vüqarın 0,32 ha torpaq sahəsi ayrıldı və Vüqara təhvil verildi. Vüqara verilmiş torpaq sahəsi ona icarəyə verilmiş 0,32 ha torpaq sahəsindən 1000 metr aralıda yerləşir. Bildirir ki, Ağayev Vüqara ayrılmış sahəsi 0,32 ha olan torpaq sahəsi onların ailə üzvlərinə birlikdə 3 nəfərə, cəmi 0.96 ha torpaq sahəsi olmaqla vahid əmlak kimi ayrılmışdır. Həmin vaxt Vüqarın adına texniki səhvə görə iki dəfə Dövlət aktı verilmişdir. Həmin aktlardan biri JN seriyalı sahəsi 0,32 ha olan torpaq sahəsi (onun torpağına bitişik olan) bələdiyyənin dediyinə görə ehtiyat fondunda saxlanılmışdır. Təxminən 2015-ci ildən torpağa bitişik sahəsi 0,32 ha olan torpaq sahəsinin icarəyə verilməsinə dair Keçili bələdiyyəsi ilə müqavilənamələr bağlamışdır. Həmin müqavilənamələr əsasında icarəyə götürülmüş torpaq sahəsi də daxil olmaqla istilikxana tikmişdir. Müqavilə bağlandığı vaxtdan bu günə kimi icarə haqlarını mütəmadi olaraq vaxtında ödəmişdir. Həmin dövrdə Keçili bələdiyyəsinin bir neçə sədrləri olmuşdur. Bələdiyyənin bütün sədrləri həmin torpağın onun icarəsində olduğunu qəbul etmişlər. Oktay müəllimdən sonra 15 il müddətində bələdiyyənin sədri İnqilab müəllim olmuşdur. İnqilab müəllimin dövründə bələdiyyə ilə müqavilənamələr bağlanmış və yenilənmişdir. Bələdiyyə onunla 2002-ci ildə İcarə müqavilələri bağlayıb artıq 23 il müddətində ondan icarə haqları almışdır (arayışlar əlavə edilir). Kamal müəllimə torpaq sahəsinin onun adına satılmasını xahiş etdikdə, o, müxtəlif bəhanələr gətirərək tələsməməyini tövsiyə etmişdir. Düşünür ki, həmin torpaq sahəsi 23 il onun istifadəsində olduğundan onun mülkiyyətinə verilməliydi. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 Saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. 11 Saylı Şəmkir Ərazi idarəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-340/2-M-03xx-xx/2024 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan torpaq sahəsinə çıxarış verilmişdir. Bu səbəbdən qeyd olunan uyğu nsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti işin faktiki halları ilə bağlı səhv nəticəyə gəlmişdir. Çünki, həmin torpaq sahəsi 23 ilə yaxındır ki, onun fasiləsiz sahibliyindədir. Gəncə İnzibati Məhkəməsinə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydə alınması öhdəliyinin qoyulması ilə bağlı iddia verilmişdir. Hal-hazırda həmin iddia Gəncə İnzibati Məhkəməsinin icraatındadır, işin icraatının dayandırılmasına dair vəsatət versə də, lakin məhkəmə işin icraatını dayandırmamışdır. Məhkəmənin nəzərinizə çatdırırııq ki, iddiaçıya verilmiş ayrılmış torpaq sahənin eni 6 uzunluğu isə 500 metrədir. Yəni 6 metr enində olan torpaq sahəsi nə üçün yaralı ola bilərdi. İddiaçıya ailə üzvləri üçü eni 18 metr uzunluğu 500 metrdən ibarət olan torpaq sahəsi vahid əmlak kimi verilmişdir. Yəni iddiaçıya ailə üzvləri üçün (3 nəfərdən ibarət) torpaq sahəsi verilmiş və sonradan satılmışdır. Hazırki torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsinə hansı üsulla yenidən aktın alınması məlum deyildir. Yəni Həmin torpaq sahəsi iddiaçılar tərəfindən satılmışdır. Mən həmin torpağa bitişik eyni ölçüdə də torpağın da mülliyyətçisiyəm. Qeyd olunanlara əsasən hesab edirlər ki, Gəncə Apellyasiya Məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə qərar qəbul edən zaman yalnız iddiaçının mənafelərini əsas götürərək, işdə olan faktları və digər halları nəzərə almamışd ır.
26. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi 158.1, 158.1.1., 158.1.2, 158.1.3, 158.2., 158.3, 389.1, 389.2, 700.1, 700.2 və 700.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1,88, 217,2177.2, 217.3 və 386-cı maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
29. Maddə 13 hissə İ və maddə 29 hissələr İ və İİ Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədə n törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
35. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəfl ərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsini n tələblərinə uyğun hüquqi qiymət verilmiş, haqlı olaraq iddiaçı ilə olan əmək müqaviləsi ləğv olunan zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş məcburi qaydaların pozulması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
49. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsi nin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin fakti ki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-282/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.