Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1013/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, bərabərlik hüququ, qadağan edilmiş özbaşınalıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X15 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1878/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.05 ha torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 ilə 3 mart 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 10 mart 2015-ci il təvəllüdlü Saleh və 29 oktyabr 2016cı il təvəllüdlü Tuncay adlı övladları olmuşdur.
3. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1501 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0.05 ha torpaq sahəsindən 0.025 ha hissəsi X3 adına özgəninkiləşdirilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. 5. 10 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Cavabdeh2 adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində tikilmiş evə uşaqları x x.xx.2015-ci il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X16 ilə birlikdə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə cehiz əmlakları ilə Sumqayıt ərazisində kirayə evə gəlin köçmüşdür. Kirayədə yaşaya-yaşaya Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində ev tikdirməyə başlamışlar. 1 il sonra, yəni xx.xx.2016-cı il tarixdə tikdirdikləri evə köçüb, orada yaşamağa başlamışlar. O vaxtdan 2020-ci ilin oktyabr ayına kimi ailə olaraq orada yaşamışlar. 2020-ci ilin aprel ayında cavabdehlə aralarında pul üstündə mübahisə yaranmış, valideynləri söhbətə müdaxilə etsə də, aralarındakı mübahisə davam etməyə başlamışdır. Cavabdeh evi tərk edərək anasıgilə getmişdir. O vaxtdan, yəni 2021-ci ilin aprel ayının 5-dən sentyabr ayının 3-nə kimi həmin evdə uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Nikahlarının pozulması zamanı məhkəmə icraatında keçmiş əri alimentdən imtina etməyi, əvəzində isə mübahisəli evin onda qalmasını təklif edib, bu təkliflə razılaşmayıb. Məhkəmədən sonra evdə olmadığı vaxt cavabdeh ailə üzvləri ilə birlikdə yaşadığı evə gələrək, evin kilidini dəyişdirirərək onu və uşaqları evdən qovmuşlar. Hal-hazırda bütün cehiz əmlakları, ona və uşaqlarına aid əşyaları həmin evdədir. Cavabdeh onları qərəzli şəkildə evdən qovmuşdur. Onlar 2016-cı il tarixdən birgə yaşamış və birgə təsərrüfat aparmışlar. Mübahisəli ev birgə nikah dövründə əldə olunmuş gəlirlər hesabına tikilmişdir.
8. İddiaçının sübut kimi m əhkəməyə təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyəti başçının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4187 nömrəli arayışda iddiaçının uşaqları (oğlu X18, X21) ilə birlikdə Saray qəsəbəsi, Hətəmxan Quliyev küçəsində özlərinə məxsus olan evdə 25 fevral 2016cı ildən hazıra kimi qeydiyyatsız yaşadığı qeyd olunmuşdur.
9. İddiaçının sübut qismində təqdim etdiyi X8, X4, X19 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda qeyd edilmişdir ki, həqiqətən iddiaçı, iki azyaşlı uşağı və həyat yoldaşı Cavabdeh1 ilə birlikdə 25 fevral 2016-cı ildən hazıra kimi onlarla qonşuluqda Saray qəsəbəsi, Hətəmxan Quliyev küçəsində özlərinə məxsus olan evdə yaşayırlar.
10. Məhkəmə icraatı zamanı iddiaçının ərizəsi əsasında Cavabdeh2 mülki iş üz rə əlavə cavabdeh qismində işə cəlb olunmuşdur.
11. Cavabdehlərin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz verərək bildirmişdir ki, mübahisəli tikili ümumiyyətlə cavabdehə məxsus olmamışdır. Belə ki, tikilinin yerləşdiyi torpaq sahəsi hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. İddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuş, sonra iddiaçı övladları ilə birlikdə Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yerləşən “Günəş" düşərgəsində məskunlaşmışdır. Bu faktı Sumqayıt Bələdiyyəsinin Sarıqaya Qəsəbəsi üzrə 1 saylı Məhəllə Komitəsinin 29 mart 2022-ci il tarixli, 369 saylı arayışı təsdiq edir. Mübahisəli tikili artıq Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindədir. Mübahisəli tikili tərəflər nikaha daxil olana kimi inşa edilmişdir. İddiaçı gəlin kimi həmin tikiliyə deyil, işin faktiki hallarında qeyd edildiyi kimi Sumqayıt şəhəri, Sarıqaya qəsəbəsində yerləşən “Günəş” düşərgəsinə gəlmişdir. Bu faktı iddiaçının özü iddia ərizəsindəki qeydlərdə təsdiq edir. 12. 23 may 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahidlər dindirilmişdir.
13. X1 ifadəsində bildirmişdir ki, öz evləri iddiaçının ailəsi ilə birlikdə yaşadıqları evlə qonşudur. Həmin yerə 2011-ci ildə köçüb yaşamağa başlayıblar, həmin vaxt qonşu torpaq sahəsi boş olub, orada yaşayış olmayıb. 2013-2014-cü illərdə iddiaçı ilə cavabdeh həmin torpaq sahəsində ev tikməyə başlamışlar. Aralarında yaxşı qonşuluq münasibətləri olmuşdur. Həmin evdə ancaq iddiaçı ilə ailəsi - əri və uşaqları yaşamışdır. Son vaxtlar iddiaçının qayınanası evə gəlmişdir. Başqa qohumları həmin evdə görməmişdir.
14. X9 ifadəsində bildirmişdir ki, qızı ilə cavabdeh 2014-ci ildə rəsmi nikaha daxil olmuşlar. Əvvəl Sumqayıt ərazisində kirayə yaşamışlar. 2015-ci ildən Abşeron rayonu, Saray qəsəbəsində ev tikilmişdir. Evin tikintisinə oğlu maddi köməklik göstərmişdir. Qızı 2015-ci ildə evə köçmüşdür.
15. X2 ifadəsində bildirmişdir ki, evin tikintisində iştirak etmişdir. Tikinti 2013-cü ildə başlamış, 2014-cü il Zamirin toyuna qədər tikilib qurtarmışdır. Aidə xanım gələnə kimi ev tikilib, ancaq yaşamağa tam hazır olmayıb. Evin divar kağızları, qapıları toydan sonra düzəldilib.
16. X5 ifadəsində bildirmişdir ki, 2013-cü ildə evin tikintikisinə başlanmış, tikintidə iştirak etmişdir. Həmin ili özünə maşın aldığı üçün xatırlayır. Ev 5-6 daş hündürlükdə tikilmiş kürsülü evdir. Ona ödənişləri Elnur etmişdir. Tərəflər ailə qurduqlarında tikili hazır olub.
17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə nikaha daxil olduqdan sonra cehiz əmlakları ilə Sumqayıt ərazisində kirayə evə gəlin köçmüşdür. Kirayədə yaşadıqları müddətdə Cavabdeh1 mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində ev tikdirməyə başlamış və həmin tikiliyə köçüb 2020-ci ilin oktyabr ayına kimi orada yaşamışlar. 18. 2020-ci ilin aprel ayında cavabdehlə aralarında mübahisə yaranmış, cavabdeh Zamir Hümmətov evi tərk edərək anasıgilə getmiş, o vaxtdan yəni 2021-ci ilin aprel ayının 5-dən sentyabr ayının 3-nə kimi həmin evdə iddiaçı uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Nikahın pozulması barədə məhkəmədən sonra cavabdeh ailə üzvləri ilə birlikdə evdə olmamasından istifadə edib, mübahisəli evə daxil olub və iddiaçını oraya buraxmayıblar. İddiaçıya məxsus bütün cehiz əşyaları mübahisəli evdə qalmışdır. Mübahisəli ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, ev özbaşına tikilidir. Mübahisəli tikilinin birgə nikah dövründə tikilməsi iddiaçının özünün izahatından başqa, şahidlərin ifadələrində qismən etirafları ilə, habelə tərəflərin evliliklərinin ilk illərini kirayədə yaşamaları halı ilə sübut olunur. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edəndən sonra, 10 yanvar 2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsini qardaşı Cavabdeh2 bağışlamış, mübahisəli tikili də təmin torpaq sahəsinin üzərindədir.
19. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(012)-2045/2022 nömrəli mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilmiş, iddiaçının övladları ilə birlikdə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,025 ha torpaq sahəsində tikilmiş evə köçürülməsi, Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın iddiaçıya verilməsi qət edilmişdir.
20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi (Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi).
21. Məhkəmə işin müəyyən edilən faktiki halları əsasında belə qənaətə g əlmişdir ki, baxılan iş üzrə hər üç hal mövcuddur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mübahisəyə tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur.
22. Məhkəmə qeyd etmişdir ki, tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməm əsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını nəzərə alıb, hesab etmişdir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir.
23. Məhkəmə, həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının uşaqları ilə birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olaraq Cavabdeh1la birgə nikah müddətində inşa edildiyindən, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sonradan məhkəmə mübahisəsi ilə əlaqədar ikinci cavabdehə bağışlanması və onun adına qeydə alınması iddiaçının həmin tikilidən istifadə imkanlarına mane ola bilməz, cavabdehlərin bu hərəkətləri iddiaçıya qarşı törədilən qanunsuz məhrumetmə (evdə yaşamasına mane olma) kimi qiymətləndirilməlidir.
24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180-ci maddəsinə, 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 68.1, 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi ni xahiş etmişlər.
26. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1878/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
29. Məhkəmə qeyd etmişdir ki, mübahisəli tikili özbaşına tikilidir və proses iştirakçıları həmin tikiliyə hər biri eyni hüquqlara mali kdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehlər (Vəkil3) birgə kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 180.1, 180.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12, 13-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan, həmin torpaq sahəsi tikinti məqsədləri üçün ayrılmış sahə olmamaqla, iddiaçının nikaha daxil olmasından zaman etibarı ilə daha əvvəl inşa edildiyindən, göstərilən tikili müvəqqəti tikili olmaqla yaşayış sah əsi hesab edilmir. Buna görə də mübahisəli tikiliyə iddiaçının köçürülməsinə dair məhkəmənin gəldiyi nəticə əsassızdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq üçün istifadə məqsədlərinə xidmət edir. Mübahisəli torpaq sahəsində tikilinin inşa edilməsi, həmin tikilinin yaşayış sahəsi kimi qəbul edilməsi kimi və qiymətləndirilə və həmin tikiliyə yaşayış sahəsi kimi köçürmə üçün əsas ola bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən mübahisəli tikilinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və həm də yaşayış evi kimi deyil, yardımçı sahə kimi inşa edilməsi müəyyən edil miş, lakin sübutların qiymətləndirilməsi zamanı əsassız olaraq proses iştirakçılarının həmin tikiliyə eyni hüquqa malik olmasını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə
25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
35. Maddə 33, İ hissə. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
36. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
37. Maddə 71, İ hissə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülki Məcəllə
38. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi...
39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
43. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstəri lən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
44. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllə
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir t ərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbin ə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
59. Mülki qanunvericilikdə özbaşına tikililərlə bağlı hüquq münasibətləri Mülki Məcəllənin 180-ci maddəsi ilə tənzimlənir. Həmin maddə özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı barədə qayda müəyyən etsə də, tiki nti aparılmış torpaq sahəsi mülkiyyətində olan şəxsin özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını istisna etmir. Bu baxımdan qanunverici özbaşına tikilidə yaşayan şəxslərin həmin tikiliyə istifadə hüquqlarını da tanımır.
60. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Əsas Qanunun 25-ci maddəsinə müvafiq olaraq isə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüqu q və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
61. Mülki Məcəllənin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir.
62. Bərabərlik prinsipinə uyğun olaraq əgər şəxsin özbaşına tikilinin inşasında və yaxud yaşayış üçün yararlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səyləri varsa, onun eyni əsaslarla həmin tikilidə faktiki yaşayan digər şəxslərlə birlikdə eyni şərtlər daxilində həmin tikilidən yararlanmaq hüququ da vardır. Bu yanaşmanın əksi, yəni özbaşına tikilidə eyni əsaslarla yaşayan digər şəxslərin həmin tikilini onlarla birlikdə inşa etmiş şəxsə orada yaşamağa mane olması hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, digər şəxslərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
63. Bu cür yanaşma həm də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflə rdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olduğu barədə Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbindən irəli gəlir.
64. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikilidə yaşayan şəxs(lər)in eyni əsaslarla orada yaşayan digər şəxs(lər)i onun iradəsinə zidd olaraq yaşayış sahəsindən çıxarması və ya başqa qaydada yaşamasına mane olması Mülki Məcəllənin 164.1-cü maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq sayılır və Məcəllənin 165.1-ci maddəsinə əsasən pozuntuya məruz qalan şəxs(lər)in pozucudan pozuntulara son qoymağı tələb etmək, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda isə onlara son qoyulması üçün məhkəmə iddia qaldırmaq hüququ tanınır.
65. Beləliklə, oxşar mübahisələrə baxarkən məhkəmələr iddiaçının mübahisəli tikilinin inşasında və yaxud yaşayış üçün yar arlı vəziyyətə gətirilməsində əhəmiyyətli maddi töhfəsi və səylərinin olduğunu, ötən dövr ərzində cavabdeh(lər)lə eyni şərtlər daxilində həmin tikilidə yaşadığını və cavabdeh(lər) tərəfindən qadağan edilmiş özbaşınalıq yolu ilə onu tikilidə yaşamasına maneələr yaradıldığını müəyyən edərsə iddianı təmin etməlidir.
66. Eyni zamanda əgər özbaşına tikili ər-arvadın birgə nikahda olduqları dövrdə onlar tərəfindən inşa edilmişdirsə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrində nəzərdə tutulan, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyaya əsasən onların tikilinin faydalı xassələrindən istifadə etməklə bağlı bərabər imkanları tanınmalıdır.
67. Baxılan iş üzrə məhkəmələr tərəfindən mübahisəli tikilinin iddiaçı ilə Cav abdeh1 birgə nikahları dövründə onlar tərəfindən inşa edildiyi və nikah pozulanadək həmin evdə yaşadıqları müəyyən edildiyi üçün iddia təmin olunmuşdur.
68. Yuxarıda ifadə edilmiş hüquqi mövqelər baxımından hazırkı mübahisə üzrə tikilinin hüquqi statusu və tərəflərin həmin tikiliyə mülkiyyət (istifadə) hüquqlarının yaranıbyaranmadığı müzakirə predmeti olmadığı üçün tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi rejimi və təyinatı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir. İddiaçının mübahisəli mənzilə köçürülməsi onun özbaşına tikiliyə mülkiyyət (istifadə) hüquqlarının yaranması əsası ilə deyil, birgə inşa edilmiş tikilinin faydalı xassələrindən cavabdehlərlə eyni şərtlərlə istifadə etmək üçün qanunla qorunan bərabər imkanların tanınması və bu imkanın özbaşınalıqdan müdafiə edilməsi zərurə tindən irəli gəlir.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1878/2022 nömrəli mülki iş üzrə 31 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.