Məhkəmə qərarları › İş №2(102)-1013/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1013/2025

22.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1013/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2372/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən e tmişlər: 2. 08.05.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon bələdiyyəsindən 1365 manat müqabilində alqı-satqı yolu ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 0,0271 ha torpaq sahəsi (bundan sonra mübahisəli torpaq sahəsi) xx.xx.2021-ci il tarixdən ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır; 3. 05.07.2023-cü il tarixdə Gəncə şəhəri Nizami rayon bələdiyyəsindən 2409 manat müqabilində alqı-satqı yolu ilə əldə edilmiş ünvan 2 ünvanında yerləşən 0,0365 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində ünvan 3 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin üzərində inşa edilmiş dəmir hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək boşaldılmasına və cavabdehin həmin sahədən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Gəncə şəhəri Nizami rayon bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Gəncə şəhəri 5 saylı notariat kontorunda onunla Gəncə şəhər Nizami rayon bələdiyyəsinin adından X2 arasında xx.xx.2021-ci il tarixli, AN-İ 093271 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun müqabilind ə o, müxtəlif vaxtlarda ümumilikdə Nizami rayon bələdiyyəsinin hesabına 1801 manat pul köçürmüşdür və bu barədə qəbzlər vardır. Həmin alqı-satqı müqaviləsi ilə o, mülkiyətə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinə müraciət etmişdir. İdarənin işçiləri torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün ərazidə olmuşlar. Lakin aldığı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestr xidmətinin nümayəndələri tərəfindən ölçülüb dəqiq yeri müəyyən olunarkən məlum olmuşdur ki, bələdiyyədən alqı-satqı yolu ilə aldığı torpaq sahəsində sonradan adı ona məlum olan Cavabdeh adlı şəxs yaşamaq üçün yarım tikili aparmaqla müxtəlif üsullarla torpağın bir hissəsini hasara alaraq zəbt etmişdir. Dəfələrlə həmin şəxsdən ona məxsus torpaq sahəsini boşaltmas ını tələb etsə də, sonuncu bundan imtina edərək həmin torpaq sahəsini bələdiyyədən aldığını bildirmişdir. Lakin həmin torpaq sahəsinin alınması ilə bağlı heç bir hüquqi sənədi yoxdur. O isə torpağı aldığı müddətdən bəri həmin ərazidən istifadə edə bilmir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyib, bundan əvvəl də iddiaçının həmin torpaq sahəsini mübahisələndirdiyini, lakin məhkəmə qətnaməsi ilə iddianın təmin olunmadığını, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini göstərərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-1616/2-10/6167 nömrəli ekspert rəyi ilə daşınmaz əmlakın dövlət reyestrindən **********58 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan mübahisəli torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üstüstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığı müəyyən olunmuşdur.

8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbi təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi ona məxsus olmaqla rəsmi reyestrdə onun adına qeydə alınmışdır. Lakin işin hazırkı hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdeh tərəfindən zəbt edildiyi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia əriz əsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Ona görə ki, təyin olunmuş ekspert mübahisəli əraziyə getmədən, ölçü işləri aparmadan mübahisəli torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi sahə ilə üst-üstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığının müəyyən edilməsi barədə rəy vermişdir. Bundan narazı qaldığı üçün vəkili tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmişdir. Lakin hakim tərəfindən vəsatət əsassız olaraq təmin etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozmuşdur. Çünki verilmiş rəyin onun iddia tələbi ilə heç bir aidiyyəti yoxdur. Torpaqla bağlı mübahisə torpaqların üst-üstə düşməsi ilə yox, bir hissəsinin zəbt olunması ilə əlaqəd ardır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2372/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mustafa Mustafayev (sədrlik edən məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçının mübahisələndirdiyi ekspertiza rəyi və birinci instansiya məhkəməsinin yenidən ekspertiza təyin edilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, cavabdeh tərəfindən zəbt edildiyi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6167 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********58 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,0271 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşmədiyi, yəni cavabdehin faktiki istifadəsində olmadığı müəyyən olunmuşdur. Ekspert rəyinin həqiqiliyi və əsaslılığı məhkəmə kollegiyasında şübhə doğurmamış, bunun əksini təsdiq edən heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Buna görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

15. İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi sənəddə sözügedən torpaq sahəsində bələdiyyə mülkiyyətinə aid 29 kv.m torpaq sahəsi mövcud olması, bu səbəbdən də, torpaq sahəsinin naturada tanıdılması mümkün olmaması göstərilmişdir. Bu hal isə mübahisəli torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olmasını sübut etmir.

16. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymət ləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

17. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mü lki Məcəlləsinin 152.1 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil Tanrıverdi oğlu) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2372/2024 saylı, xx.xx.2024-cü il saylı tarixli qətnaməsinin tam ləğv edilməsinin, işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının iştirakı ilə xüsusi avadanlıqla ölçülməli və nəticəyə uyğun rəy verilməli idi. Lakin ekspert mübahisəli əraziyə baxış keçirmədən iş otağında rəy vermişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını, o cümlədən xüsusi bilik tələb edən hal üzrə keçirilmiş ekspertiza rəyini araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı, cavabdehin onun mülkiyyətinə müdaxilə etməsini sübuta yetirə bilməmişdir. Bu hal iddianın qanuni əsası olan Mülki Məcəllənin 157. 4-cü maddəsinin zəruri şərtinin müəyyən olunmadığına dəlalət edir.

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

34. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi hə qiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(104)-2372/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar