Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 saylı Uşaq Yolxucu xəstəxanasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1017/21 (Açar sözlər: işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı, işçinin bütün iş gün işdə olmaması) Bakı şəhəri, 01 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlunun, cavabdeh Azərbay can Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının vəkili Şəfiyeva Gülsabah Nəsib qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)-5973/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının Fizioterapiya və Tibbi bərpa kabinetinin Müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə qəbul olunmuşdur.
2. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının baş həkimi Güllü Əhmədovanın xx xxxxxx 2019-cu il tarixli 490-K №-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X1rşı iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsiniə xitam verilməsinə dair xx xxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının Fizioterapiya və Tibbi bərpa kabinetinin Müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəs inə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, işlədiyi müddətdə əmək müqaviləsi üzrə öhdəliklərini, bütün vəzifələrini layiqincə yerinə yetirmişdir. Xəstəxananın baş həkimi Güllü Əhmədova tibb işçilərini öyrədərək ona şər, böhtan atmış, müxtəlif vaxtlarda ona iki dəfə əsassız töhmət vermiş, tez-tez iclaslar keçirmiş və işçiləri öyrədərək sonunculara ona qarşı yazılanlara məcburi imza etdirmişdir.
5. Sonradan cavabdeh xx xxxxxx 2019-cu il tarixi 490-K saylı əmrlə heç bir əsas olmadan onun əmək müqaviləsinə birtərəfli qaydada xitam verərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən azad etmişdir.
6. Cavabdehin xx xxxxxx 2019-cu il tarixi 490-K saylı əmri qanunsuz olub.
7. İşdən çıxarılan zaman həmkarlar ittifaqının razılığı olmamış, bu barədə heç bir iclas keçirilməmiş, onu iclasa dəvət edən olmamış və ona heç bir xəbərdarlıq edilməmişdir. 8.Onun heç bir təqsiri olmadığı halda işəgötürən əsassız olaraq müqaviləyə birtərəfli qaydada xitam vermişdir.
9. Birinci instansiya məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətini 3-cü şəxs kimi işə cəlb etmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının nümayəndəsi və vəkili nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, göstərib ki, iddiaçı Tağıyeva X3 Fizioterapiya və Tibbi bərpa kabinetinin Müalicə bədən tərbiyəsi üzrə təlimatçısı vəzifəsində işləmişdir. Xəstəxanada işlədiyi müddətdə iddiaçı dəfələrlə ic timai asayişi kobudcasına pozmuş, xəstəxanada kollektivin işinə ciddi təsir göstərmişdir.
11. O, dəfələrlə rəhbərliyin çağırdığı və kollektivin iştirak etdiyi iclaslarda iştirak etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə xəstəxanın laboratoriya şöbəsinin müdiri ərizə ilə rəhbərliyə müraciət edərək, iddiaçının ona qarşı subordinasiyanı pozduğunu, səs-küy yaratdığını bildirərək, onun barəsində tədbir görülməsini xahiş etmiş, Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2019-cu il tarixli iclasında həmin müraciətə baxılmış və İddiaçı xəbərdarlıq edilmiş, iş yerində nizam-intizama riayət etməsi tövsiyə edilmişdir.
12. İddiaçı xəbərdarlıqdan nəticə çıxarmamış, Səhiyyə Nazirinin sertifikasiya ilə bağlı qərarını ləğv etmək barədə rəhbərliyin xəbəri olmadan, xəstəxananın tibb bacılarını öz otağına dəv ət edərək, Səhiyyə Nazirliyinə müraciət etmək üçün ərizə tərtib edərək onlardan ərizəni imzalamamalarını tələb etmişdir. Bununla bağlı iddiaçı iclasa dəvət olunmuş, lakin o, iclasda iştirak etməkdən imtina etmişdir.
13. Qeyd edilən hərəkətlərinə görə baş həkimin xx xxxxxx 2019-cu il tarixli 393K №li əmri ilə İddiaçı töhmət verilmişdir. 14. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı işlədiyi müəssisədə vəzifəsindən sui-istifadə edərək, yaş həddinə uyğun olmayan pasiyentləri qəbul etdiyi barədə dəfələrlə laboratoriya şöbəsinin müdirinin və Həmkarlar İttifaqqı Komitəsinin sədrinin şifahi xəbərdarlıqlarına məhəl qoymamışdır.
15. Bu hərəkətlərinə görə baş həkimin xx xxxxxx 2019-cu il tarixli 488K №-li əmri ilə İddiaçı şiddətli töhmət verilmişdir.
16. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə saat 09:00-da n sonra işdə olmamış, xx xxxxxx 2019-cu il tarixdə rəhbərlik tərəfindən keçirilən iclasa dəvət olunmasına baxmayaraq iclasa gəlməmiş və heç kimə məlumat vermədən xəstəxananı iş vaxtı, yəni saat 09:30-da tərk etmişdir.
17. Bununla da iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhəliklərini yerinə yetirmədiyi üçün onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70, 72 və 186-cı maddələrinə əsasən xitam verilmişdir.
18. Sabunçu rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(008)-2004/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdur. (hakim Zaur Hacıyev)
19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını, şahid ifadələrini qiymətləndirib müəyyən etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının baş həkimi Güllü Əhmədov anın xx xxxxx 2019-cu il tarixli 83-K №-li əmri ilə İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 5 nömrəli X4 Xəstəxanasının Fizioterapiya və Tibbi bərpa kabinetinin Müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə qəbul olunmuş, xx xxxxxx 2019-cu il tarixli 490-K №li əmrlə onunla bağlanmış 350 №-li əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.
22. Məhkəmə qeyd edib ki, iddiaçının istinad etdiyi hallar, yəni işdən çıxarılan zaman həmkarlar ittifaqının razılığının olmaması, bu barədə heç bir iclas keçirilməməsi, iddiaçının iclasa dəvət edən olunmaması məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmamışdır.
23. M əhkəmə iddiaçının həmkarlar ittifaqının razılığının olmaması barədə dəlilinin iş materialları ilə təkzib edildiyini, əksinə, iddiaçının işdən azad olunmasına həmkarlar ittifaqının razılıq verməsini, hətta iddiaçının Həmkarlar İttifaqı Komitəsinin 29 dekabr-xx xxxxxx 2019-cu il tarixli iclaslarına dəvət olunsa da, iclasda iştirak etməkdən imtina etdiyini, xx xxxxxx 2019-cu il tarixdə iş yerini tərk etdiyini, eyni zamanda xx xxxxxx 2019-cu il tarixdə saat 08:45-də qeydiyyat tabelinə işə gəlmək və işdən getməyə dair qeyd hissəsində imza edərək iş yerini icazəsiz tərk etdiyini müəyyən etmişdir.
24. Bundan başqa, müəyyən edilib ki, həmin tarixlərdəİddiaçı xx xxxxxx 2019-cu il tarixli 488K №-li əmrlə verilmiş “şiddətli töhmət” inzibati tənbeh tədbiri qüvvədə olmuşdur.
25. İşin müəyyən edilmiş bu hallarına əsasən məhkəmə belə qənaətə gəlib ki, iddiaçının vəzifədən azad olunmasına dair 5 nömrəli X4 Xəstəxanasının baş həkiminin xx xxxxxx 2019-cu il tarixli 490-K №-li əmrinin ləğv edilməsinə dair əsaslar yoxdur. Belə olan halda, məhkəmə qanunsuz olaraq işdən çıxarılma nəticəsində işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olması nəticəsinə gəlmişdir.
26. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 80, 187-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
27. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırlıb ki, xəstəxananın baş həkim vəzifəsini icra edən Güllü Əhmədovanın qanunsuz hərəkətlərindən xəbər verdiyi üçün baş həkim ona əsassız yerə töhmət vermiş, bundan sonra işçiləri öyrədərək ona şər-böhtan atmağa başlamışlar.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)-5973/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi) Fuad Talışınski, Rafael Eyvazov)
30. Apellyasiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir etmişdir ki, İddiaçı 5 nömrəli X4 Xəstəxanasının Fizioterapiya və tibbi bərpa kabinbetinin Müalicə bədən tərbiyəsi üzrə təlimatçı” vəzifəsinə işə qəbul olunmuş, əmək funksiyasının icrası müddətində bir neçə dəfə pozuntuya yol vermiş, həmin pozuntulara görə müvafiq olaraq ona xx.xx.2019-cu ildə xəbərdarlıq edilmiş, xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə şiddətli töhmət verilmiş, xx.xx.2019-cu il tarixdə isə işdən azad edilmişdir.
31. İddiaçı bir neçə dəfə müəssisədə əmək intizamını, əmək vəzifələrini kobud şəkildə pozmuş, əmək funksiyasının icrasından yayınmaqla əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
32. Apellyasiya məhkəməsi vurğalayıb ki, 5 nömrəli X4 Xəstəxanasında yalnız uşaqların yoluxucu xəstəliklərdən müayinə və müalicəsinin aparılması həyata keçirilir. İddiaçı müxtəlif vaxtlarda xəstəxanaya yaş həddinə uyğun olmayan xəstələri də qəbul edərək, onlara xidmət göstərmişdir. Bu hal xəstəxanada müalicə olunan xəs təliklərin xarakteri və xəstələrin uşaq olduğu nəzərə alındıqda, ciddi təhlükə və risklər daşıdığından xəstəxananın digər həkim kollektivinin haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda, iddiaçı bir neçə dəfə əmək intizamını pozaraq xəstəxanada səs-küy yaratmış və xx.xx.2019-cu il tarixdə bütün iş günü ərzində heç bir üzrlü səbəb olmadan iş yerində olmamışdır.
33. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, İddiaçı işdən azad edilərkən 5 nömrəli X4 Xəstəxanası tərəfindən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir və bu baxımdan, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Apellyasiya məhkəməsi əlavə olaraq, Əmək Məcəlləsinin 68, 70 və 71-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsini xahiş edib.
36. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə işin faktiki hallarına və maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
37. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
39. Məhkəmə kollegiyasının iclasında cavabdeh 5 nömrəli X4 Xəstəxanasının vəkili Şəfiyeva Gülsabah Nə sib qızı kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini kollegiyadan xahiş etdi. olunmasını xahiş etdilər.
40. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək v əzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 71. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəz ifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanan iddianın təmin edilən hissəsində ) yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
46. İddia təl əbi işə bərpa barədədir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyiniə istinad etmişdir.
47. Belə olan halda İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
48. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyi pozulmayıb, əksinə, iddiaçı əmək funksiyasının icrası müddətində bir neçə dəfə pozuntuya yol vermiş, həmin pozuntulara görə müvafiq olaraq ona xx.xx.2019-cu ildə xəbərdarlıq edilmiş, xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə şiddətli töhmət verilmişdir.
49. Müəyyən edilmişdir ki, iddiaçı qey d edilən intizam tənbehlərindən nəticə çıxarmamış, bir neçə dəfə müəssisədə əmək intizamını, əmək vəzifələrini kobud şəkildə pozmuş, əmək funksiyasının icrasından yayınmaqla əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
50. Həmçinin müəyyən edilib ki, iddiaçının işdən azad olunmasına həmkarlar ittifaqının razılığı alınıb, iddiaçı Həmkarlar İttifaqı Komitəsinin 29 dekabr-xx xxxxxx 2019cu il tarixli iclaslarına dəvət olunsa da, iclasda iştirak etməkdən imtina edib, xx xxxxxx 2019-cu il tarixdə, eyni zamanda xx xxxxxx 2019-cu il tarixdə saat 08:45-də qeydiyyat tabelinə işə gəlmək və işdən getməyə dair qeyd hissəsində imza edərək iş yerini icazəsiz tərk edib.
51. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mü bahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.
52. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
53. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
54. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(103)5973/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.