Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1018/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): lizinq müqaviləsi, barışıq sazişi, qətnamənin qanuniliyi və əsaslılığı, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-6288/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC və X2 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X1 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikinə əsasən lizinq alan tərəfindən 11 ay 10073 manat, 12-ci ayda isə 197037 manat olmaqla, cəmi 307840 manat ödəniş edilməlidir.
2. Tərəflər arasında lizinq müqaviləsindən irəli gəl ən öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmış, xx.xx.2023-cü il tarixdə tərəflər arasında Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi "xxxx" MMC Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə “Faktor lizinq" MMC arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, D090 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Me diasiya sessiasiyası nəticəsində onlar 05 iyul 2022-ci il tarixində barışıq sazişi bağlanmışlar. Sazişdə qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasında ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq borcunu yaxın zamanlarda ödəyəcəyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini göstərmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ərizə təmin edilmiş, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü ki mi, iddiaçı ilə maraqlı şəxs arasında əvvəllər bağladıqları Mənzilə dair lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə əlaqədar mövcud olmuş mübahisəni həll edərək xx.xx.2022-ci il tarixdə Barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin şərtlərində Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 29764 manat ödəməklə, qalıq qalan 249833 manat borcunu xx.xx.2022-ci il tarixədək tam ödənilməsini öhdəsinə götürmüş, lakin həmin öhdəliyə əməl etməkdən imtina etmişdir.
8. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun bağlanmış və tərəflər həmin saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişin in şərtlərini icra etməməklə öhdəliyini pozmuş, ərizəçiyə ilkin olaraq xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 29764 manat pulu ödəməkdən yayınmışdır.
9. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385 və 442-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində qeyd o lunmuşdur ki, maraqlı şəxs sıravi vətəndaş kimi lizinq sahəsi ilə bağlı dərin biliyə malik olmadığından Ərizəçi MMC-nin haqlı olduğunu zənn edib barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022ci il tarixli barışıq sazişi onun bu sahədə biliyinin olmamasından sui-istifadə edilərək bağlanıldığından etibarsız hesab olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli baxmış, qətnamə çıxararkən onun məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razılaşmamağını nəzərə almamış, barışıq sazişinin şərtlərinin onun iradə ifadəsinə zidd olmasına baxmayaraq, onun təsdiq edilməsi barədə qətnamə çıxararaq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin in 316-16/2-4/1090 №-li, 17 iyul 2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 30-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli, xəbərnamədə (poçt göndərişində) “şəxsən verildi” qrafasındakı imza-Maraqlı şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6288/2023 nömrəli25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilmə mişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı tələb müqaviləyə əsasən irəli sürülən tələb yox, birbaşa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi olduğundan, həmin əqdin etibarlı olub-olmaması məsələsi də yoxlanmalıdır.
16. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC və X2 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X1 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən ardıcıl 11 ay ərzində hər ay 10073,00 manat, 12-ci ayda isə 197037 ma nat olmaqla, cəmi 307840,00 manat ödəniş edilməlidir.
17. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ilkin olaraq ərizəçi 2021-ci il oktyabr ayında Elvin Məmmədli ilə lizinq müqaviləsi bağlamış, daha sonra ödəmələrdə çətinlik yarandığı üçün o, öhdəliyinin mənzilin mülkiyyətçisi olan Maraqlı şəxs ötürülməsini xahiş etmişdir, bu barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır, lakin Maraqlı şəxs ödəniş edə bilmədiyindən mediasiyaya müraciət etməklə xx.xx.2022-ci il tarixdə onunla barışıq sazişi bağlanmışdır. 18. "xxxx" MMC və E.Məmmədli arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X1 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən 11 ay ardıcıl olaraq hər ay 10073 manat, 12-ci ayda isə 197037 manat olmaqla, cəmi 307840 manat ödəniş edilməlidir.
19. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə görə isə 08 oktyabr 2021-ci il tarixli, D090 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 29764 manat ilkin ödəniş edildikdən sonra, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat müəyyən olunaraq illik 26% lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər ona vaxt verilmişdir.
20. Göründüyü kimi aylıq 10000 manat ödənişi edə bilməyən maraqlı şəxsin üzərinə xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə ilkin olaraq 29764 manat ödəniş etmək, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat məbləği isə illik 26% lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər ödəmək üçün üç ay vaxt verilmişdir. Başqa sözlə desək, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə mövcud lizinq müqaviləsi üzrə qrafikə uyğun aylıq 10000 manat ödəyə bilməyən maraqlı şəxsin üzərinə cəmi üç ay müddətdə 29764 manat ilkin ödənişin, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat isə illik 26% lizinq mükafatı da hesablanmaqla ödəmək öhdəliyi qoyulmuşdur.
21. Sadə riyazi hesablama ilə müəyyən olunur ki, aylıq lizinq ödənişlərini icra edə bilməyən E.Adıgözğlov, ilkin olaraq 29764 manat və üç ay ərzində də, hələ illik 26% lizinq mükafatı nəzərə alınmadan 249833 manat (249833: 3=83277), yəni hər ay 8277 manat ödəməlidir. Bunun isə inandırıcı və ağlabatan olmadığı, demək ki, borclunun üzərinə belə bir öhdəliyin qoyulmasının da həmin şəxsin sərbəst iradəsinə uyğun gəlmədiyi aşkar şəkildə görünür.
22. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 5, 16, 337, 340 və 404-cü maddələrinə, “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Ərizəçi (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiqinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayətində qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi maraqlı şəxsin apellyasiya şikayətində qeyd etdiklərinə əsaslanaraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə borclunun həqiqi iradə sərbəstiliyinin olmaması baxımından qanuna uyğun deyildir (MM-nin 324.5 və 404.1-ci maddələri). Maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki: “Siravi vətəndaş kimi lizinq sahəsi ilə bağlı dərin biliyə malik olma dığımdan ərizəçinin haqlı olduğunu zənn edib barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuşam”. Qeyd edir ki, barışıq sazişi və onun bütün şərtləri sadə və aydın dildə tərtib olunmuş, ziddiyyətli və ya qeyri-müəyyən halın yaranması üçün heç bir əsas mövcud olmamışdır. Barışıq sazişinin şərtlərini başa düşə bilmək üçün nəinki lizinq sahəsində, ümumiyyətlə, hər hansı digər bir sahədə xüsusi biliyə malik olmağa ehtiyac yox idi. Bakı Apellyasiya Məhkəməsinin özünün də qeyd etdiyi kimi, tərəfin müqavilə üzrə yaranmış borcunun ödənilməsi qaydasını müəyyənləşdirən şərtləri başa düşə bilmək üçün sadə riyazi hesablama qabiliyyətinin olması kifayət idi. Maraqlı şəxs ali təhsilli olması, 2003-2018-ci illərdə müxtəlif dövlət orqanlarında (Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında X4 Xidməti-Nərimanov Rayon X4 Xidmətində və s.) yüksək vəzifələrdə çalışması onun sadə və anlaşıqlı dildə yazılmış sazişin şərtlərini başa düşə bilməməyini istisna edir və məhkəmənin belə bir nəticəyə gəlməsi heç bir məntiqi və ağlabatan mühakiməyə sığmır. Odur ki, məhkəmənin göstərilən faktları araşdırmaması Mülki Məcəllənin 324 və 404-cü maddələrinin səhv tətbiqinə və iş üzrə yanlış nəticəyə gəlinməsinə səbəb olmuşdur. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli “D090 saylı X3 Razılaşma” üzrə lizinq ödənişlərini lazımı qaydada həyata keçirməmişdir. Məhkəmə əsassız olaraq Mülki Prosessual Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişini qanuna zidd hesab etmişdir. Maraqlı şəxs hətta barışıq sazişi bağlandıqdan sonra da ödəniş etmiş, birinci instansiya məhkəməsind ə işə baxılarkən barışıq sazişinin şərtlərinə uyğun olaraq borcunu yaxın zamanlarda ödəyəcəyini və barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir (bunlar Xətai Rayon Məhkəməsinin qətnaməsində də öz təsdiqini tapmışdır). O, “barışıq sazişinin şərtlərinə uyğun olaraq borcunu ödəyəcəyini” bildirməklə barışıq sazişinin etibarlı və qanuni, onun iradəsinə uyğun olduğunu etiraf etmişdir. Apellyasiya şikayətində maraqlı şəxs bu halı da mübahisələndirmiş, guya ki, “birinci instansiya məhkəməsindəki iclasda sazişin təsdiq olunmasına etiraz etdiyini” bildirmişdir. Halbuki məhkəmə bu halın da aydınlaşdırılması istiqamətində hər hansı bir addım atmamış, şəxsin birinci instansiya məhkəməsində barışıq sazişinin qanuniliyini etiraf edən izahatlarına münasibət bildirməmişdir. Apellyas iya məhkəməsi barışıq sazişini maraqlı şəxsin iradə sərbəstliyinin olmaması baxımından qanunazidd hesab edərkən bu halı təsdiq edən və məhkəmə iclasında tədqiq olunmuş hər hansı bir sübuta əsaslanmamışdır. Maraqlı şəxs apellyasiya şikayətində barışıq sazişinin şərtlərinin onun vəziyyətini ağırlaşdırdığını, lizinq sahəsində xüsusi biliyə malik olmadığından şərtlərin mahiyyətini başa düşmədiyini iddia etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. b)
25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar
27. Maddə 16.1. Fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada suiistifadə edilməsinə yol verilmir.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) ba şqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. “Mediasiya haqqında” Qanun
36. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
37. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
38. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
39. Maddə 34.4 Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizə çi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
42. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsd iq edilən hissədən ayrılması mümkün olsun. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
48. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşığıda göstərilən əsaslara görə ərizəçinin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
50. Ərizəni rədd edən apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq alan Maraqlı şəxs müqavilə üzrə öhdəliklərə yerinə yetirmək iqtidarında olmamış, buna baxmayaraq həmin müqavilə üzrə ödəməli olduğu borcdan 29764 manat ilkin ödəniş edildi kdən sonra, qalan 249833 manatı illik 26% lizinq mükafatı da daxil olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər, yəni 3 aya ödəmək barədə ağır şərtlərlə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışdır. Aylıq 10000 manat ödənişi edə bilməyən maraqlı şəxsin üzərinə cəmi üç ay müddətdə 29764 manat ilkin ödənişin, qalan 249833 manat isə illik 26% lizinq mükafatı da hesablanmaqla, yəni hər ay 83277 manat ödəmək öhdəliyi qoyulmuşdur ki, maraqlı şəxsin həmin məbləği ödəmək iqtidarında olması inandırıcı və ağlabatan deyildir, borclunun üzərinə belə bir öhdəliyin qoyulması onun sərbəst iradəsinə uyğun gəlmədiyi aşkardır, ona görə də barışıq sazişi qanuna zidd sayılmalıdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlanan zaman maraqlı şəxsin iradə ifadəsinin zədələn məsi, sazişin ağır şərtlərlə bağlanması, maraqnlı şəxsin öhdəliklərə sazişdə nəzərdə tutulmuş müddət ərzində əməl etmək iqtidarında olmaması barədə apellyasiya məhkəməsinin qənaəti tərəflərin təqdim etdikləri və məhkəmə iclasında tədqiq olunmuş konkret sübutlara deyil, mülahizələrlə əsaslandırılmışdır.
52. İş materiallarına görə tərəflər barışıq sazişini Mediasiya Təşkilatında bağlamış və saziş mediator tərəfindən təsdiqlənmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Maraqlı şəxs Barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə etirazının olmadığını bildirmiş, sonradan apellyasiya şikayətində və apellyasiya məhkəməsində işə baxılan zaman sazişin bağlanmasına etiaz etdiyini, məhkəmə iclas protokolunda izahatının düzgün əks olunmadığını göstərsə də, o, məhkəmə iclas protokol una qeydlər verməmişdir. Maraqlı şəxs həmçinin barışıq sazişini mübahisələndirməmiş, bu barədə iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmamışdır.
53. Apellyasiya məhkəməsi barışıq sazişinin maraqlı şəxsin iradə ifadəsinə zidd olması qənaətinə gələrkən göstərilən halları diqqətdən qaçırmış, onlara qiymət verməmişdir.
54. Məhkəmə həmçinin nəzərə almamışdır ki, barışıq sazişində yalnız daxili lizinq müqaviləsinə əsasən yaranmış borcların ödənilməsi qaydası və müddətləri ilə bağlı şərtlər deyil, həmçinin digər şərtlər, o cümlədən nəzərdə tutulmuş pul məbləği müəyyən edilmiş müddət ərzində ödənilmədikdə maraqlı şəxsin məsuliyyəti barədə şərtlər nəzərdə tutulmuşdur ki, məhkəmə bu şərtlərin qanuniliyinə də qiymət verməmişdir.
55. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanu nvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nətici qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6288/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.