Məhkəmə qərarları › İş №2(102)-1019/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1019/2025

16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ban
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1019/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bank əmanəti müqaviləsi üzrə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3797/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İdd iaçı (bundan sonra- iddiaçı) ilə "xxxx" ASC arasında xx.xx.2010-cu il və xx.xx.2010-cu il tarixlərdə bağlanmış depozit (əmanət) müqavilələrinə əsasən, iddiaçı müvafiq olaraq illik 20 faiz dərəcəsi ilə 107.000 manat və illik 19 faiz dərəcəsi ilə 36.017 manat pul vəsaitini 3 il müddətinə "xxxx" ASC-də açılmış depozit hesabına qoymuşdur. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış “Əmanət müqaviləsinə dəyişiklik edilməsi barədə” müqaviləyə əsasən, hər iki əmanət müqaviləsinin müddəalarına dəyişiklik edilmiş və əmanətin illik faiz dərəcəsi, o cümlədən əmanət vaxtından əvvəl tələb edildiyi halda əmanətin illik faiz dərəcəsi 13 faiz müəyyən edilmişdir. "xxxx" ASC Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-(81)-2410/2012 saylı qərarı i lə müflis elan edilmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə X Bankın ləğvedicisi təyin edilmişdir. Bundan sonra X tərəfindən qorunan əmanət kimi iddiaçıya ayrıayrı vaxtlarda tranşlar üzrə müxtəlif məbləğlər olmaqla ümumilikdə 30.000 manat kampensasiya ödənişi həyata keçirilmişdir. Həmin müqavilələr üzrə ümumilikdə (129.585,93+23.588,62=153.174,55) 153.174,55 manat məbləğində pul bu günədək iddiaçıya qaytarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı, cavabdehlər X və ləğv prosesində olan "xxxx" ASC-nə (bundan sonracavabdehlər) qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasında, Mü lki Məcəllədə və Azərbaycan Respublikası qanunlarının ayrılmaz və tərkib hissəsi olan, Azərbaycan Hökuməti tərəfindən ratifikasiya edilmiş “Avropa İnsan Hüquqları Məhkəməsinin 1 saylı Protokolun”da nəzərdə tutulmuş pozulmuş hüquqlarını bərpa etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondundan pulunun sığortalı 70.000 manat, ləğv edilmiş "xxxx" ASC-nin depozitində olan 83.000 manat pulunun tez bir zamanda ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə 200.000 manat pulu əmanət olaraq Cavabdeh2 ASC-nin depozitinə qoymuşdur. Hətta həmin bank illik faizini də normal qaydada verirdi. Həmin vaxtlarda heç bir problemləri olmamışdır. Cavabdeh2 ASC-də depozitə qoyulmuş puldan təxmini 15.000 manat pu lu götürmüşdür. Qalan hissəsi isə bankda qalmışdır. 2016-cı il tarixdə ona məlum olmuşdur ki, Cavabdeh2 ASC artıq müflis elan olundu və “Mərkəzi Bank” tərəfindən lisenziyası ləğv edildi. Bundan sonra o, Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Həmin Fonddan isə onun 200.000 manat puldan sığortalı pul kimi 30.000 manat məbləğində pul geri qaytarılmışdır. Daha sonra isə fond onun qalan digər pulunu verməkdən imtina etmişdi. Hətta həmin məbləğlə bağlı ilkin olaraq Mərkəzi Banka müraciət olunsa da, Mərkəzi Bank bu məsələnin həllini fondun üstünə atmışdır. Daha sonra Fonda da bu məsələ ilə bağlı müraciət olunsa da, Fond ona formal məktub göndərərək həmin məsələ ilə bağlı guya siyahı olduğunu və həmin siyahı ilə növbəli şəkildə ödənişlərin olduğunu qeyd etmişdir. Bir sözlə, Fond m üxtəlif bəhanələr gətirməklə ödənişin edilməsindən boyun qaçırır. Lakin onda olan məlumata görə "xxxx" ASC-də depozitdə pulu olan iki nəfər fiziki şəxs pullarını tam formada Fonddan alıblar. Hətta onlar növbəlik cədvəlindən kənar pullarını alıb. Ona isə gələndə Fond bildirir ki, növbəlik cədvəli vardır və həmin cədvəllə ödənişlər həyata keçirilir. Təbii ki, bu fondun gətirdiyi müxtəlif bəhanələrdir. Burdan da belə nəticəyə gəlmək olar ki, onun ləğv edilmiş "xxxx" ASC-də depozitə qoyduğu 153.000 manat pul xüsusi mülkiyyətdir və xüsusi mülkiyyət hüququ ilə tənzimlənir. O, Fonddan faiz dərəcəsi istəmir. Pulun əsas hissəsini istəyir. Onun depozitə qoyduğu pulundan bank vaxtı ilə xeyir götürüb. Amma ona onların faizi yox, öz pulu lazımdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 aprel 2024-c ü il tarixli, e-2(006)1034/2024 nömrəli qətnamə ilə (hakim V. Musayeva) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə Bank arasında əmanət müqavilələri mövcud olmuş (məhkəməyə onların yalnız ikisi təqdim edilmişdir) və həmin müqavilələrə əsasən əmanətlərin qorunmalı əmanət olması üçün zəruri şərtlər müəyyən edilmişdir.

6. Nəzərə alınmalıdır ki, hər iki müqavilə üzrə əmanətlərin qorunan əmanət hesab edilməsi üçün şərtlərdən biri kimi əmanətə görə hesablanan faiz dərəcəsi də qeyd edilmişdir. Bundan başqa, iddiaçı ilə Bank arasında bağlanan müqavilələrdən bu nəticəyə gəlmək olur ki, sığorta hadisəsi baş verdikdə əmanətin 30.000 manatdan artıq olmamaq şərtilə kompensasiya edilməsi tənzimlənmişdir. İddiaçı ilə Bank arasında bağlanan müqa vilələr fərqli tarixlərdə və fərqli şərtlərlə olmasına baxmayaraq qanunun tələbinə əsasən iddiaçı, Fond tərəfindən bir əmanətçi kimi qiymətləndirilmiş və ona 30.000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

7. İddiaçı, iddia tələbində ona istinad etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanununa edilmiş xx.xx.2020-ci il tarixli dəyişiklik ona münasibətdə tətbiq edilməli və onun əmanət məbləği hazırda 153.000 manat təşkil etdiyindən və ona daha əvvəlki dövrdə 30.000 manat kompensasiya ödənildiyindən 70.000 manat kompensasiya pulu da ona ödənilməlidir.

8. İş materiallarında olan sənədlərdən və iddia ərizəsindən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında olan hüquqi münasibətlərin yaranma tarixi 2010-cu il tarixə təsadüf etdiyindən və onlar arasındakı m ünasibətlər iddiaçının əsaslandırdığı 100.000 manatadək qorunan əmanət məbləği barədə qanunun tətbiq dairəsinə düşmədiyindən, həmçinin, əmanət məbləğinin dövri tranşlar qaydasında növbəlilik əsasında iddiaçıya ödənilməsi həyata keçirildiyindən məhkəməqeyd etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

9. Məhkəmə onu da qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə şəxsin vəziyyətini yaxşılaşdıran qanunun müddəasının ona münasibətdə daha əvvəl yaranmış münasibətlərə aid edilməsi mülki hüquq münasibətlərində mülki dövriyyənin sabitliyinin qorunması baxımından qanunun düzgün tətbiqi hesab edilə bilməz.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.3, 26.1, 27.3-cü maddələrinə, “ Banklar haqqında” Qanunun 87-ci maddəsinə, Mülki Məcəllənin 6.3, 7, 944.1-ci maddələrinə, habelə MPM-in 119.1, 217.2, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 2(103)-3797/2024 saylı qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və G.Abbasova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışd ır.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəyə “Əmanətlərin sığortalanması haqqında” Qanunun xx.xx.2020-ci il tarixli redaksiyası tətbiq edilə bilməz. Çünki tərəflər arasındakı hüquq münasibətləri 2010-cu il tarixdə bağlanmış əmanət müqavilələrinə əsaslanır və MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisənin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, mübahisə ilə bağlı 2010-cu ildə qüvvədə olan qanun tətbiq edilməli və həmin dövr üçün sığorta ödənişinin üst həddi 30.000 manat müəyyən olunmuşdur.

15. Bundan əlavə, qanunda edilən dəyişikliklər bir tərəfin vəziyyətini yaxşılaşdıraraq digər tərəfin vəziyyətinin pisləşməsinə yol verməməlidir. Qanunun geriyə tətbiqi mülki hüquq münasibətlərində sabitliy i pozar və mülki dövriyyənin düzgün tətbiqinə zidd olar. Bu baxımdan, iddiaçıya tətbiq edilən yeni qanun müddəalarının əvvəlki münasibətlərə aid edilməsi düzgün hesab edilə bilməz. İddiaçının əmanətlərinin qalıq hissəsi kompensasiya olunmayan (sığortalanmayan) hissə olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır.

16. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tutulması qanunvericiliyin mənasına uyğun deyildir.

17. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələ blərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o, deməkdir ki, iddiaçıların əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 944.1, 947.2, 950-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 384.0.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2, 2.1.3, 2.1.6, 2.1.11, 8.1.20, 25.1.4, 26.1, 27.1, 27.10, 28.3, 28.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmanətlərin sığortalanması haqqında Qanununa dəyişiklik edilməsi barədə” xx.xx.2020-ci il tarixli Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin dəyişikliklə Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Hər iki imperativ normaya uyğun olaraq iddia təmin edilməli idi. Çünki, ölkənin ən a li qanunu konstitusiya da bir başa nəzərdə tutulmuşdur ki, şəxsin vəziyyətini yaxşılaşdıran və ya yüngülləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Burdan da belə bir hal anlaşılır ki, şəxsin pul əmlakının 30.000 manat hissəsi sığortalansa da, xx.xx.2024-cü il tarixdə qüvvəyə minən yeni dəyişikliyə əsasən 100.000 manat hissəsi geri qaytarılmalıdır. Kassator həmçinin qeyd etmişdir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Burdan bir daha da görünür ki, iddiaçının xüsusi mülkiyyət hüququ qanunla da qorunmayıb. Əksinə ona qarşı qanunsuzluq edilib və bu günki günə qədər iddiaçının xüsusi mülkiyyəti özünə geri qaytarılmayıb. Yuxarıda sadalanmış Azərbaycan Respublikasının Konstitusiyasının hər dörd maddəsin də iddiaçının konstitusyon hüquqları çox kobud halda pozulmuşdur. Konstitusiya, Azərbaycan Respublikasında bütün qanunlarından üstündür. Yəni, nə “Banklar haqqında” Qanun, nədəki, Fondun əsas gətirdiyi digər qanunlarla Konstitusiya arasında ziddiyət yaranarsa təbii ki, ilk növbədə Konstitusiya üstün götürülür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdehin vəkili Nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz verərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, 18 dekabr 2020-ci il tarixli dəyişiklik yalnız həmin tarixdən sonra yaranan hüquq münasibətlərinə tətbiq edilir, əvvəlki münasibətlərə geriyə təsir etməz. Bu səbəbdən, iddiaçının 2020-ci ildən əvvəlki dövrə aid olan kompensasiya ödənişi üzrə əl avə 70.000 manat tələb etməsi hüquqi cəhətdən əsaslı deyil. Həmçinin, qanunda nəzərdə tutulan 5 illik müddətin ötürülməsi və mülki qanunvericiliyin sabitlik və ədalətlilik prinsiplərinə uyğun olaraq, əvvəlki tələbin yerinə yetirilməsi mümkün deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 23.Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini is ə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. 24.Maddə

950. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.

3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 32.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 33.H azırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi 34.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 35.İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə “Əmanətlərin sığortalanması haqqında” Qanunun xx.xx.2020-ci il tarixli redaksiyası tətbiq edilə bilməz. Çünki tərəflər arasındakı hüquq münasibətləri 2010-cu il tarixdə bağlanmış əmanət müqavilələrinə əsaslanır və MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisənin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, mübahisə ilə bağlı 2010-cu ildə qüvvədə olan Qanun tətbiq edilməli və həmin dövr üçün sığorta ödənişinin üst həddi 30.000 manat müəyyən olunmu şdur.

37. Bundan əlavə, Qanunda edilən dəyişikliklər bir tərəfin vəziyyətini yaxşılaşdıraraq digər tərəfin vəziyyətinin pisləşməsinə yol verməməlidir. Qanunun geriyə tətbiqi mülki hüquq münasibətlərində sabitliyi pozar və mülki dövriyyənin düzgün tətbiqinə zidd olar. Bu baxımdan, iddiaçıya tətbiq edilən yeni Qanun müddəalarının əvvəlki münasibətlərə aid edilməsi düzgün hesab edilə bilməz. İddiaçının əmanətlərinin qalıq hissəsi kompensasiya olunmayan (sığortalanmayan) hissə olduğundan, məhz bu səbəblə “Banklar haqqında” Qanunun 77-ci maddəsi çərçivəsində bankın ləğvedicisi tərəfindən qeydə alınmışdır.

38. Belə olan halda isə həmin əmanətlər bankın aktivləri formalaşdıqca Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasında ödənilməlidir və onların sığortalı əmanət kimi Fonddan tu tulması qanunvericiliyin mənasına uyğun deyildir.

39. Xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh2 ASC-nin yüzlərlə təminatsız kreditoru, o cümlədən əmanətçisi mövcuddur və onlar məhz bankın aktivləri hesabına tələblərinin ödəniləcəyinə ümid etməkdədirlər. Bu isə o, deməkdir ki, iddiaçıların əmanət məbləğlərinin qalığının sığortalı əmanət kimi qiymətləndirilməsi, onları digər kreditorlara münasibətdə üstün vəziyyətə gətirməklə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə, həmçinin ədalət, insaf və mənəviyyat tələblərinə də uyğun deyildir.

40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəmə si hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 sentyabr 2024-cü il tarixli, 2(103)-3797/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar