Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1999/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Aslan oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: uşaq əmanəti müqaviləsi üzrə kompensassiyanın və bununla bağlı maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı1 Aslan oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı maddi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1312/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" KB QSC ilə əmanətçi İddiaçı2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, LD********** saylı uşaq əmanəti müqaviləsinə əsasən, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.4-cü bəndinə əsasən əmanət xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 13% qoyulmasına bank öhdəlik götürüb. 2. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli xx.xx.2016cı il tarixli qərarı ilə "xxxx" KB QSC müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. 3. xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi 0107 olan “Kreditor tələblərinin qeydiyyatı barədə” Qəbzə əsasən müəyyən edilir ki, bank tələbin məbləği 10.707 ABŞ dolları olan məbləğdə kredit tələbi qeydə alınmışdır.
4. Əmanətlərin Sığo rtalanması Fondu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********897 saylı məktubda bildirilmişdir ki, QSC "xxxx" Kommersiya Bankının lisenziyası xx.xx.2016-cı il tarixdən etibarən ləğv edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB-nın ləğvedicisi təyin olunmuşdur.
5. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı1 banka qarşı 10.707 ABŞ dolları məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 0107 qeydiyyat nömrəsi ilə kreditorların reyetrində qeydə alınmış, həmin Qanunun 82.1.8-cı maddəsinə uyğun olaraq müvafiq qaydada təsnifləşdirilmiş və təminatsız kreditor tələb lərinə aid edilməklə növbəlilik əsasında ödənilməsi nəzərdə tutulmuşdur.
6. İddiaçı2 20 sentyabr 2023-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar X6 və X3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) nümayəndəsi və vəkili Vəkil cavabdehlər ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (bundan sonra cavabdehlər, yaxud Bank, Fond) iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onlara 10.707,58 ABŞ dolları məbləğində əmanət üçün kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı 2017-2023-cü illər üçün hesablanmış 5.488,13 ABŞ dolları məbləğində gecikmə fa izləri ilə birgə, cəmi 16.195,71 ABŞ dolları məbləğində kompensasiyanın dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh Bankı və onun ləğvedicisi olan Fonda həvalə edilməsinin təmin edilməsi, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı vəkilə, nümayəndəyə ödənilmiş 1.534,5 manat pul vəsaitinin və məhkəməyə ödənilmiş 207 manat dövlət rüsumunun, cəmi 1.741,5 manat məbləğində çəkilmiş xərclərin dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh Banka və onun ləğvedicisi olan Fonda həvalə edilməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və Bank arasında doğma nəvəsi İddiaçı1 xeyrinə 29 noyabr 2011-ci il tarixdə LD ********** №-li Uşaq əmanət müqaviləsi bağlanılıb. Həmin vaxtı İddiaçı2 n əvəsi iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 yetkinlik yaşına çatmayan şəxs olduğundan iddiaçı baba İddiaçı2 əmanətçi kimi müqavilənin preambulasında bank tərəfindən qəbul edilib. Müqavilənin 1.1-ci bəndinə əsasən bank əmanətçidən 1.000 ABŞ məbləğində pul vəsaitini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 xeyrinə qəbul edir və müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürülməsi şərtləşdirilib. Buna əsasən müqavilə bağlandığı vaxtdan əmanətçi ilin hər ayında müxtəlif məbləğdə əmanət hesabına pul əlabə edirdi. Buna görə əmanətçi hesab edir və ümid edirdi ki, hesabda vəsaitin məbləği hər il artır və faizlər buna görə hesablanırdı. Müqavilənin 1.3-cü bəndinə əsasən xeyrinə əmanət qoyulmuş şəxs 18 yaşına çat dıqdan sonra əmanət üzrə sərəncam hüququ qazanır və bu müqavilə üzrə əmanətçiyə aid bütün hüquq və azadlıqlar ona aid edilir. Yəni, uşaq yetkinlik yaşına çatdığı gündən etibarən bank onu bank əmanəti müqaviləsi üzrə tərəf kimi tanıyır. Bu halda ilkin əmanətçinin müqavilə üzrə kreditor tələbi nəvəyə keçir. Müqavilənin 1.4-cü bəndinə əsasən əmanət 29 noyabr 2011-ci il tarixindən 30 mart 2019-cü il tarixinədək illik 13% qoyulmasına bank öhdəlik götürüb. Müqavilənin məzmunundan aydın olur ki, müqavilə müddətlidir və gələcəkdə uşağın 18 yaşının tamam olması şərtilə müqavilə ilkin olaraq 8 il müddətinə bağlanılıb. Müqavilənin 2.8-2.9-cu bəndlərinə əsasən əgər əmanətçi depozitin qüvvədə olma müddəti bitdikdə öz əmanətini tələb etməyibsə, onda müqavilə 18 ay müddətinə illik 2 % dərəcəsi ilə uzadıl mış hesab edilir. Əgər müqavilənin uzadılmış müddəti qurtaran zaman əmanətçi depazit hesabından vəsaiti tələb etməyibsə, onda müqavilə eyni qaydada bank tərəfindən uzadılmış hesab edilir. Müqavilənin 8.1-ci bəndində müqavilənin qarantiyası kimi bank qeyd edib ki, bankın cəlb etdiyi əmanətlər Azərbaycan Respublikası qanunvericiliyi və bankın reqlamentinin tələblərinə müvafiq olaraq sığortalanır. Sığorta haqları və kompensasiyalar Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinə müvafiq olaraq həyata keçirilir. Bu məqsədlə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət kompensasiya edilir. Qeyd edilənlərdən aydın olur ki, bank faktiki ləğv prosesində olsa da, müqavilə müddəti eyni qaydada uzadılmış hesab edilir və buna əsasən illik faizlər hər il üçün topalanm ış əmanətin üstünə artır. Səbəb odur ki, cavabdehlər müqavilənin ləğv edilməsi, bununla əlaqədar öhdəliyin icra edilməsi üçün heç bir tədbir görməyiblər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə Bank müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və onun ləğvedicisi rəsmi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib. Hazırda da bank tam ləğv edilməyib, onun öhdəliklərinin icra edilməsi ilə bağlı tədbirləri Fond icra edir. Lakin, 2016-cı ildə bankın ləğv edilməsi ilə bağlı, əmanət müqaviləsi üzrə hesablanmış faizlərin məbləği barədə, müqavilənin ləğv edilməsi, bundan sonra əmanət və faizlərin hesablanması, birgə geri qaytarılması ilə bağlı, müqavilənin icra edilməsi proseduru barədə və ya müqavilə üzrə ban kın öz öhdəliyini icra edilməsinə mane olan hallar barədə iddiaçılara heç bir rəsmi məlumat verilməyib. İddiaçı2 2017-2019-cu illərdə bir neçə dəfə Bankın və Fondun əməkdaşlarına şifahi müraciət edib, onların qəbullarında olub. Əməkdaşlar, bank tərəfindən əmanətin sığortalanmasını bildiriblər, müxtəlif maliyyə problemlərini əsas və bəhanə kimi bildiriblər sonra müxtəlif vədləri verərək iddiaçını ələ alıb geri qaytarıblar. Ona görə uzun müddət gözləmək məcburiyyətində olublar. Xeyrinə əmanət qoyulmuş İddiaçı1 2016-cı il tarixində 15 yaşı tamam olduğundan yetkinlik yaşına çatmamış hesab edilirdi. İddiaçı1 18 yaşının 2019-cu ildə tamam olması, iş təcrübəsinin olmaması və bank əmanəti münasibəti ilə bağlı təcrübəsi olmaması səbəbindən əmanətçi İddiaçı2 bank və fond əməkdaşları ilə əlaqə saxlay ırdı. Müqavilə üzrə ilkin kreditor İddiaçı2 hesab edilir. Lakin, müqavilənin 1.3-cü, 2.7-ci bəndlərinə əsasən xx.xx.2019-cu il tarixindən əmanəti tələb etmək hüququ avtomatik olaraq yetkinlik yaşına çatmış İddiaçı1 keçib. Buna baxmayaraq, ilk dəfə İddiaçı1 adından 2022-ci il tarixində rəsmi sorğular ilə Fonda və banka müraciət olunanda Fond və bank əməkaşları tərəfindən bildirildi ki, bankın 2016-cı il tarixində ləğv prosesinə keçməsi səbəbindən əmanət üzrə toplanmış vəsait əmanətçi-babanın hesabına keçirilib. Hesablarla bağlı məlumat yalnız əmanətçibabanın özünə və ya onun rəsmi nümayəndəsinə verilə bilər. Yəni, Bank və Fond 2016-cı il hadisəsi ilə bağlı hərdən babanı, hərdən nəvəni müqavilə və hesab üzrə iddiaçı kimi qəbul edir. Ona görə cavabdehlərin müqaviləyə zidd hərəkətləri səbəbi ndən baba və nəvə iddiaçılar qismində cavabdehlərə qarşı iddia qaldırmaq məcburiyyətində qalıblar. İddiaçıların şikayəti ondan ibarətdir ki, İddiaçı2 yazılı olaraq Banka və Fonda müraciət etsə də, müraciətinə tam baxılıb heç bir qərar və tədbir görülməyib. Müqavilənin 5-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl edilməsinə və cavabdehlərin əməkdaşlarının vədlərini icra edəcəklərinə etibar etdiklərindən iddiaçı hesab edib ki, fors-major halı ilə bağlı müqavilə öhdəliklərinin icrası təxirə salınıb. Çünki, fors-major halında müqavilədə xitam verilməsi şərti nəzərdə tutulmayıb. İddiaçı1 əmanət və müqavilə üzrə toplanmış faizləri tələb etsə də, onun verilməsindən əsassız şəkildə müqavilə ziddinə imtina edilib. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən tər əf bu öhdəliklərinin yetirilməsinə maneə olan halların başlanması və qurtarması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Müqavilənin 7.1-7.3-cü bəndlərinə əsasən müqaviləyə əlavə və dəyişiklər tərəfərin qarşılıqlı razılığı ilə yol verilir. Müqaviləyə əlavə və dəyişikliklər tərəflərin hər ikisi bu barədə müvafiq sənədi imzaladıqdan sonra hüquqi qüvvəyə minir və bu sənəd müqavilənin ayrılmaz hissəsi sayılır. Bu bəndlərə əsasən nə bank, nə də Fond müqavilə üzrə öhdəliklərinin yerinə yeritirilməsinə mane olan halların qurtarması, öhdəliyin hər hansı formada, üsulda yerinə yetirilməsi ilə bağlı heç bir rəsmi təklif və ya xəbərdarlığı qəsdən etməyiblər. Digər əmanətçi kreditorların hüquqları hissəvi olsa da təmin edildiyi halda, onlara qarşı əsassız olaraq ayrı seçkilik edilir. Hüquql arı müxtəlif sui-istifadə halları ilə heç bir halda təmin edilmir. Belə ki, Müqavilənin 2.4-2.5-ci bəndlərinə əsasən əmanət üzrə faiz dərəcəsinə müqavilənin bağlandığı tarixdən başlayaraq qüvvədə olma müddətinədək ildə 1 dəfə yenidən baxılır və həmin müddətdə bankda bu əmanət üzrə qüvvədə olan faizlər müvafiq hesablanır. Hər 1 aylıq dövrün bitməsindən sonra bu dövr ərzində hesablanmış faizlər hesablanan əmanət məbləğinin üstünə gələrək onu artırır. Müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə əmanətin və ya bir hissəsinin və faizlərin tələb olunduğu halda əmanət üzrə faizlər müqavilənin qüvvədə olduğu müddət 1 ildən 5 ilədək olduqda faiz gəlirlərinin 50%-ni, 5 il və ondan çox olduğu halda müqavilə üzrə faiz dərəcəsi tam ödənilir. Bununla əlaqədar İddiaçı2 bank və F onda müraciət edib. Rəsmi olaraq ona “Kreditor tələblərinin qeydiyyatı barədə” 19 oktyabr 2016-cı il tarixli Reyestr nömrəsi 0107 olan Qəbz nüsxəsi imzası alınmaqla verilib. Həm də, Fond tərəfindən 23 oktyabr 2018-ci il tarixli müraciətə cavab qısa verilib. Yəni, Fond etiraf edir ki, kreditor tələbinə əsasən 2016-cı ildə 10.707 ABŞ dolları kompensasiya ödənilməlidir. Lakin, İddiaçı1 tərəfindən bank və Fonda rəsmi müraciət edilsə də, tam olmayan imtina xarakterli 25 yanvar 2023-cü il tarixli məktub göndərilib. Həmçinin kompensasiya ödənilməsi barədə rəsmi ərizə 29 sentyabr 2022-ci il tarixində göndərilsə də, bununla bağlı heç bir rəsmi cavab verilməyib. Həmçinin cavabdehlərin hər birinə ayrılıqda yazılı pretenziya ilə müraciət edilsə də, hazırki günədək ona rəsmi cavab verilməyib və müvafiq tədbir görülməyib. Buna əsasən nəzərə alınmalıdır ki, müqavilə müddəti artıq 12 ildirki davam edir, bu halda müqavilənin 4.1-4.2-ci bəndlərinə əsasən bank müqavilə üzrə öhdəliklərini pozması səbəbindən qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Buna əsasən bank “Əmanətçi”yə vurulan zərərə görə məsuliyyət daşıyır. Belə ki, əgər 2016-cı il tarixində bankın vəziyyətində problemlər olubsa, hətta, 2016-cı ildə bankın iflas proseduru başlasa da, Fond bankın rəsmi inzibatçısı və ləğvedicisi kimi tanındığından həm də əmanət müqavilələri üzrə hesabların siğortalanması ilə bağlı bankın fəaliyyətini, əmanətçi kreditorlarla olan bütün halları hər il yoxladığından əmanətçi ilə müqavilə münasibətlərindən xəbərdar olub. Müqavilənin bağlandığı vaxtdan 5 ilin tamamında bankın iflas proseduru başladığından toplanmış əmanəti və ona görə 50%-in (əlli faizin) ödənilməsi ilə bağlı nə bank, nə də Fond heç bir rəsmi təklif etməyib, müqavilənin icra edilməsi üçün heç bir tədbir görməyib. Bu bəs deyil kimi, ümumiyyətlə əmanəti və ona görə toplanmış faizlərdən ibarət kompensasiyanı ödəməkdən imtina edir. Yəni, görülən tədbirlər yalnız iddiaçının zərərinə edilir. Buna əsasən müqavilənin həm 2.7-ci, həm də 8.1-bəndlərində əsasən bank və Fond tərəfindən kompensasiyanın və onun ödənilməsinin gecikdirilməsi ilə bağlı mülki sanksiya kimi əlavə edilməli faizlər (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsini əsas götürməklə) Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinə müvafiq ödənilməlidir. Bu məqsədlə bank və onun inzibatçısı və ləğvedicisi olan X1 tərəfindən hər bir halda əmanət 100% həcmində, yəni 2011-2016 illər üçün 10.771,49 ABŞ dolları, 2017-2023-cü illər üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi əsas götürməklə ödənilməli faizlər əmanət ilə birgə hesablanıb kompensasiya kimi ödənilməlidir. Belə ki, əmanət bank hesabı cədvəlində dəqiq müəyyən edilib ki, iddiaçıların hesabında 2016-cı il üçün 10.771,49 ABŞ dolları əmanət toplanıb. Bu əsas ödənilməli məbləğdir. Lakin, 2016 və 2017-ci ildə həmin vəsaitin ödənilməsi mümkün olduğu halda, vəsaitin ödənilməsindən əsassız imtina edilib. Ona görə 2017-2023-cü illər üçün gecikmə faizləri bir gün üçün bank uçot dərəcəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi – Mərkə zi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etmədir) təyin edilir. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Ölkədəki inflasiya səviyyəsinin dəyişkən Dinamik olduğundan bununla bağlı uçot dərəcəsi dəyişir və bu məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində mütəmadi olaraq elan edilir. Qeyd edilməlidir ki, əmanətçi İddiaçı2 yaşlı və ağır dərəcəli dializ xəstəsidir. Sağlamlığı günügündən pisləşir, yaddaşı da zəifləyib. Bir neçə dəfə əməliyyat keçirib. Özünə sərbəst qulluq edə bilmədiyindən həyat yoldaşı, övladı ona baxır. Onun həyat yoldaşı Osmanlı Zahidə həmçinin yaşlı əlildir. Hər ikisi yaşlı olduğundan və xəstə olduğundan işləmir. Mütəmadi müalicələr və dərmanlar alınmalıdır, lakin, yaşamaq üçün həyat sağalamlığı t əmin etmək üçün qiymətlər qalxdığından iddiaçı maddi cəhətdən əziyyət çəkir. Onlara övladı baxır, lakin, onunda ailəsi var və maddi imkanı aşağıdır. Nəvə İddiaçı1 gəncdir. İşləmir. Özü imtahanlara hazırlaşıb Türkiyədə burs qazanıb. Təhsili pulludur və orda yaşamaq üçün ona ailəsi bir təhər kömək edir. Onun da ailəsi maddi cəhətdən əziyyət çəkir. Əgər cavabdehlər öhdəliyi hər hansı formada icra etsəydi, iddiaçılar həmin vəsaiti səmərəli şəkildə istifadə edib nisbətən rüblük maddi qazanclarını təmin edə bilərdilər. Yəni, bununla iddiaçılar həm də əlavə qazanclarından əsassız şəkildə sui-istifadə halları ilə bağlı məhrum olublar. Bu səbəbdən hesab edirlər ki, iddia ərizəsi təmin edilməlidir. Müqavilə rəsmi olaraq ləğv edilməldiyindən və öhdəliyin uzun müddət icra edilməsi əsassız səbəblərdən gecikdirildiyindən iddiaçılara 2016-cı il üçün hesablanmış əmanət və gecikdirillmiş günlər üçün toplanmış faizlər və pozulmuş hüquqların bərpa edilməsi üçün çəkilmiş xərclər kompensasiya kimi ödənilməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli, 8 fervral 2024cü il tarixli qərardadı ilə mülki iş üzrə iddia tələbi İddiaçı2 aid hissəsində baxılmamış saxlanılmış və həmin hissədə qərardad qanuni qüvvəsini almışdır.
10. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixində məhkəməyə elektron kabinet vasitəsilə göndərilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddia ərizəsi X5 vəfat etdikdən sonra tərtib edilərək onun nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Yəni iddia ərizə si bu hüquqa malik olmayan, imza etmək səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə iddianın “kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış gecikmə faizlərin ödənilməsi” hissəsində tələbə iflas proseduru çərçivəsində baxılmalı olduğundan xitam verilməsi, müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
12. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi yalnız “Bankla r haqqında” Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Həmçinin Müflisləşmə və iflas haqqında qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-406/2024 nömrəli, 8 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) İddiaçı1 cavabdeh LPO "xxxx" X9 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həm ləğvedici kimi həmdə ayrıca hüquqi şəxs kimi hazırkı iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanun vericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Bundan əlavə isə həmçinin ayrıca hüquqi şəxs kimi Əmanətlərin Sığortalanması Fondu da subyektiv cavabdehlik daşımır.
15. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddiaçınən nümayəndəsi və vəkili Vəkil şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3311/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərardadına əsasən (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadıləğv edilmiş və iş qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
17. Apellyasiya məhkəməsi həmin nəticə ilə bağlı qeyd etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.4-cü və 31.1-ci maddələrinə və “Banklar haqqında” Qanunun 71.7.3-cü və 71.7.4-cü maddələrinə görə əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaların həyata keçirilməsi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir. Bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrinin tərtib edilməsi və kompensasiyaların ödənilməsi, həmçinin kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi kimi səlahiyyətlər də “Banklar haqqında” Qanunla bankın lə ğvedicisinə, hazırki halda Əmanətlərin Sığortalanması Fonduna aid edilmişdir. Fond həmçinin kreditorların mübahisəsiz tələblərinin qəbulu, tələblərin ödəniş növbəliliyi və s. bu kimi məslələri həll edir. Məhkəmə kollegiyası hazırkı mübahisənin hüquqi təbiətinə nəzər salaraq qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət etdiyi tələblər də məhz əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı uğradığı maddi zərərin ödənilməsi ilə bağlıdır. Beləliklə də iddiaçının məhkəməyə müraciət etməklə əldə etməyə çalışdığı nəticə qanunvericilik ilə birbaşa bankın ləğvedicisi kimi deyil, müstəqil hüquqi şəxs olaraq Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmiş funksiyaların düzgün həyata keçirilməməsinin təsbit edilməsindən ibarətdir. Əmanətçinin “əmanət üzrə kompensasiya ödən ilməsi” ilə bağlı irəli sürdüyü tələbə mülki icraat qaydasında baxılır və mübahisə aidiyyəti normalar çərçivəsində həll edilir.
18. Qeyd edilən hissədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Ramin Xəlilov) İddiaçı1 cavabdeh Banka qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı maddi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi həmin mövqeyi ilə bağlı qeyd etmişdir ki, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərə kompensasiya ödənilməsi, əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaların həyata keçirilməsi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir. Bankın əman ətçilər qarşısında öhdəliklərinin reyestrinin tərtib edilməsi və kompensasiyaların ödənilməsi, həmçinin kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi kimi səlahiyyətlər də “Banklar haqqında” Qanunla bankın ləğvedicisinə, hazırki halda Əmanətlərin Sığortalanması Fonduna aid edilmişdir. Fond həmçinin kreditorların mübahisəsiz tələblərinin qəbulu, tələblərin ödəniş növbəliliyi və s. bu kimi məsələləri həll edir.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi mülki hüquq münasibətlərindən irəli gələn deliktlə bağlı tələbdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı hər hansı bir delikt öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçının tələbi kreditor tələb kimi qeydə alınmışdır. Bu isə onun əmanət kimi yerləş dirmiş olduğu məbləğin verilməməsi kimi deyil, növbəlilik qaydasında ödənilməsini ehtiva edir ki, bu da cavabdehin təqsirinin olmadığını təsdiq edir. Bundan əlavə isə iddianın ödənilməyən kompensasiyanın gecikdirilməsi üçün hesablanmış faiz məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilk hissəyə münasibətdə təmin edilmədiyindən və iddia birbaşa onunla bağlı olduğundan, yəni cavabdehin təqsiri olmadığından və kompensasiya növbəlilik qaydasında veriləcəyindən burada hər hansı bir faizin ödənilməsindən də söhbət gedə bilməz. Odur ki, hal-hazırda heç bir mülki hüquq pozuntusu, yəni delikt mövcud olmadığından iddiaçının hazırki tələbi əsassız hesab edilməklə rədd edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1.4, 27.3, 31.1-ci, “Banklar haqqında” Qanunun 59.2, 71.7.3, 71.7.4, 72.1.2, 72.1.3-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 229.1, 229.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:
22. Qətnamə və əlavə qətnamədən iddiaçının namayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 8 fevral 2024-cü il tarixli qətnaməsinin və 4 noyabr 2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə tam fərqli olan və sübutlardan kənar əlavə qətnamə qəbul edib. Birinci instansiya məhkəməsinin dəl illəri formal xarakter daşıyır, mülahizələrə əsaslanır. Əfsus qanuni və əsaslı məhkəmə aktı qəbul edilməyib. Ziddiyyət odur ki, əslində məhkəmə iddiaçını dinləsə də, cavabdeh qarşısında qoyulmuş sualların cavablandırılması və həqiqətin müəyyən edilməsində heç bir tədbir görməyib, heç bir araşdırma aparmayıb. İş üzrə mövcud olan sübutlar əsasında işin obyektiv araşdırılmasını təmin etməyib. Mülki işin həqiqi səbəbləri təhrif edilib. Qətnamədə qeyd edilən normalarda olmayan ehtimallarla əsaslandırıb. Real həqiqəti əks edən sübutlar təhrif edilib, ehtimal olanı bəyan edir. cavabdeh bank və onun ləğvedicisi həm müqavilə üzrə öhdəliklər, həm də qanundan irəli gələn öhdəlikləri qərəzli şəkildə pozduğundan əmanət qorunan əmanət statusunu artıq itirib. Lakin, bu o demək deyil ki, banka faizlə birg ə qaytarılmaq üçün qoyulmuş əmanət geri qaytarılmır. Bu işdə cavabdehlər kimi ilk növbədə birbaşa bank və onun ləğvedicisi hesab edilir, Fond isə ləğvedici ilə eyni subyekt olsa da, Fond xarici valyutada bank əmanət hesabındakı vəsaitə nəzarət edilməsi ilə bağlı öhdəliklərini icra etməyib və sonra ləğvedici kimi bu işdə öz öhdəliklərini icra etməyib. Cavabdeh bank qoyulmuş xarici valyutada əmanəti siğortalanmadığından və Fond buna nəzarət etmədiyindən və sonra ləğvedici buna dair öhdəliyini pozmağı davam etdiyindən həmin əmanət qorunan əmanət statusunu itirib, ona görə müqavilə üzrə 30.000 AZN kompensasiya alınması hüquqi və faktiki imkanı itirilib. Lakin, cavabdehlər öhdəliyi icra etməkdən azad deyil. Müqavilə tam ləğv edilmədiyindən müqavilə tələbləri hazırda qüvvədədir, ona görə əmanət və onu saxlamaqla gecikdirilməsi üçün hər gün üçün faizlər artmaqda davam edir. Ləğv edilmə və müflis olma prosesləri tam ayrı anlayışlardır. Hazırda bank tam ləğv olunmayıb, hüquqi müflis elan edilsə də onun ləğvi prosesi hələ davam edir, Fond isə ləğvedici statusunu üstünə götürsə də ləğvedici kimi üstünə götürdüyü öhdəlikləri bitirməyib.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1312/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 8 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdeh Banka və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensassiyanın və bununla bağlı maddi zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Fondun nə ləğvedici, nə də müstəqil hüquqi şəxs kimi hazırkı tələbə cavabdeh verən şəxs olmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa görə, sığorta hadisəsi baş verdikdə banka qoyulmuş əmanətin əvəzinə ödənilməli olan kompensasiya məhz Fond tərəfindən ödənilməlidir. Əmanətlərin Sığortalanması fondunun Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 %, milli valyuta üzrə 12 %, xx.xx.2016-cı il tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 %, milli valyuta üzrə 15 % olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbinin əsasını təşkil edən müqavilənin şərtlərinə əmanət banka 13 faizlə yerləşdirilmişdir. Bağlanmış müqavilənin bank tərəfindən əmanət yerləşdirən şəxsin iradə ifadəsi olmadan təkbaşına dəyişdirilməsi yolverilməzdir. Sığorta hadisəsi, yəni bankın müflis elan edilməsi isə xx.xx.2016-cı il tarixdə baş vermişdir. Həmin vaxt xarici valyutada (ABŞ dolları) qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% olmuşdur.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əmanət qorunan əmanətlərə aid edilməsi halı müəyyən edilməmiş dir.
28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Hazırkı halda isə həmin müddət ötürülmüşdür. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)-41/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır.
29. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, kreditorun tələbi 10.707 ABŞ dolları məbləğində kreditorların reyestrində təminatsız kreditor tələbi kimi qeydə alınmışdır və növbə ilə ödəniləcək məbləğdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1312/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 4 noyabr 2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi əlavə qətnaməyə münasibətdə qeyd etmişdir ki, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi tələbi bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan tələblər sırasına daxil deyildir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsinin, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. hadisələr və bank öz öhdəliklərini icra edə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə olduqda isə qoyulmuş əmanətin əvəzinə ödənilməli olan kompensasiya bank yox, Fond tərəfin dən ödənilir.
32. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbi mülki hüquq münasibətlərindən irəli gələn deliktlə bağlı tələbdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı hər hansı bir delikt öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçının tələbi kreditor tələb kimi qeydə alınmışdır. Bu isə onun əmanət kimi yerləşdirmiş olduğu məbləğin verilməməsi kimi deyil, növbəlilik qaydasında ödənilməsini ehtiva edir ki, bu da cavabdehin təqsiri olmadığını təsdiq edir. Bundan əlavə iddianın ödənilməyən kompensasiyanın gecikdirilməsi üçün hesablanmış faiz məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilk hissəyə münasibətdə təmin edilmədiyindən və iddia bir başa onunla bağlı olduğundan, yəni cavabdehin təqsiri olmadığından və kompensasiya növbəlilik qaydasında veriləcəyindən burada hər hansı bir faizin ödənilməsindən də söhbət gedə bilməz.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmişdir, çünki hazırki apellyasiya icraatında iddiaçının nümayəndəsi iddianın faktiki əsası kimi bankın iddiaçıya qarşı delikt törətməsi halının təşkil etdiyini bildirərək, banka qarşı yönəlmiş tələbin deliktdən törəyən zərərlə bağlı olması ilə əsaslandırdır.
34. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
35. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 943, 944, 946.1, 946.2, 950.1, 950.3-cü, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76.1, 82.1, 87.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2.1.2, 2.1.2.6, 2.1.9, 2.1.11, 4.1.4, 8.1.20, 26.1, 28.3, 28.4, 31.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4, 384.0.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
36. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, vəsatətin təmin edilərək məhkəmə prosesinə onların iştirakı ilə şifahi dinləmə icraatı qaydasında baxılması, mülki işin yenidən baxılması üçü n apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
37. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesində əvvəl hakimlər və cavabdehlərin (Fondun, bankın ləğvedicisinin nümayəndəsi eyni 1 şəxsdir) nümyəndəsi əmanətin və buna görə zərərin tələb edilməsi üçün müddətin ötürüldüyünü bildiriblər. Lakin, hakimlər əmanətin və zərərin tələb edilməsi üçün müddətin keçmədiyini aşkar edib. Əvvəl cavabdehlər etirazlarında bildiriblər ki, iddiaçılar onlara əmanət üçün kompensasiya ödənilməsi ilə bağlı rəsmi müraciət etməyiblər. İşdə olan sənədlər sübut edir ki, iddia ilə bağlı vurulmuş zərərin ödənilməsinin tələb edilməsi üçün heç bir müddət ötürülməy ib. Nəvə İddiaçı1, həmçinin ərizə ilə təkrar rəsmi müraciət edib. Lakin, nə bank, nə də ləğvedicisi, nə də Fond bu ərizə üzrə müddətin keçdiyinə dair heç bir imtina cavabını rəsmi verməyib. Qətnamədə etiraf yazılıb: Fond tərəfindən İddiaçı2 verilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilib ki, İddiaçı1 banka qarşı 10.707 ABŞ dolları məbləğində kreditor tələbi “Banklar haqqında” Qanunun uyğun xx.xx.2016-cı il tarixdə 0107 qeydiyyat nömrəsi ilə kreditorların reyetrində qeydə alınıb, həmin Qanunun 82.1.8-cı maddəsinə uyğun müvafiq qaydada təsnifləşdirilmiş və təminatsız kreditor tələblərinə aid edilməklə növbəlilik əsasında ödənilməsi nəzərdə tutulub. Sual olunur ki, 1) əgər müddət keçibsə, niyə nəvənin təkrar ərizəsi ilə bağlı heç bir rəsmi cavab verilməyib, niyə eyni müraciətin qəbuluna dair cavablar verilib? 2) Niyə öncəki məhkəmə proseslərində cavabdehlər müddətin keçməsi ilə bağlı heç bir fikir bildirilməyiblər? Təkrarlı etiraflı izahatlarda qəti bildiriblər ki, iddiaçıların xeyrinə əmanətin geri qaytarılması ilə bağlı tədbirlər görülüb, vaxtı gələndə ödəniləcək? Niyə hakimlər öncə eyni məzmunlu şifahi etirafları qəbul edib aktlar qəbul edəndə müddətin keçməsinə hüquqi qiymət verməyiblər? Sonda isə yazılıb ki, müddət ötüb? İddia ərizəsi ilə birlikdə kreditor tələblərin ödənilməsi üçün təminatlı kreditorlar siyahısına daxil edilməsi və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi haqqında iddia ərizəsinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə təqdim edilib. Həmin əmanət qorunan əmanət statusunu itirib, ona görə müqavilə üzrə 3 0.000 AZN kompensasiya alınması hüquqi və faktiki imkanı itirilib. Lakin, cavabdehlər öhdəliyi icra etməkdən azad deyil. Belə qanun heç bir yerdə, yoxdur. Ləğv edilmə və müflis olma prosesləri tam ayrı anlayışlardır. Hazırda bank tam ləğv olunmayıb. Hüquqi müflis elan edilsə də onun ləğvi prosesi hələ davam edir,.Fond isə ləğvedici statusunu üstünə götürsə də ləğvedici kimi üstünə götürdüyü öhdəlikləri bitirməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
38. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Vəkili X7 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
39. Etiraz onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, 1 saylı Bakı İnzibatiiqtisad Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB QSC müflis elan olunmuş, barəsinda iflas proseduruna başlanmış və onun ləğvedicisi Əmanətlerin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı1 banka qarşı 10.707 ABŞ dolları məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 0107 qeydiyyat nömrəsi ilə kreditorların reyestrində qeydə alınmış, həmin Qanunun 82.1.8-cı maddəsinə uyğun olaraq müvafiq qaydada təsnifləşdirilmiş və təminatsız kreditor tələblərinə aid edilməklə növbəlilik əsasında ödənilməsi nəzərdə tutulmuşdur. “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.11-ci maddəsinə əsəsən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. İddiaçının əmanəti isə 13 faizlə yerləşdirilmişdir. Bank, müqavilənin əsas şərtlərindən biri faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Bankda sığorta hadisəsi 2016-cı ilin oktyabr ayında baş vermiş və həmin dövrdə xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz təşkil edirdi. Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası qanununun 28.4-cü maddəsinə əsasən bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasi yaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Qanunun qeyd edilən müddəası kəsici müddetdir və müddət artıq iddiaçı tərəfındən ötürülmüşdür. Bundan başqa qeyd edilməlidir ki, ötürülmüş müddetin bərpası qanunla müəyyən edilməmişdir. Qorunan hesab edilməyən əmanətlər isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor taləbi kimi qəyda alınır və ödənilməsi növbəlik qaydasında həyata keçirilir. Azərbaycan Respublikası “Banklar Haqqında” Qanunun 76.1-ci maddəsinə əsasən bu Qanunun 77.1ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfa dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. İddiaçı bu hüquqlarından istifadə edərək kreditor tələbini xx.xx.2016-ci il tarixdə 0107 qeydiyyat nömrəsi ilə 10.707 ABŞ dolları olaraq kreditorların reyestrində qeydə aldırmışdır. Bu isə öz növbəsində kreditorların reyestrində öz əksini tapmış və kreditorların reyestri məhkəme tərafindan təsdiq edilmişdir. Habelə bu tərəflər arasında mülki qanunvericilikdə nəzərda tutulan münasibetlərin bəyənilməsi anlamını verir. Kreditor tələbi kimi qeyda alınmış tələblər üzrə ödənişlər qanunamüvafıq olaraq növbəlilik qaydasında həyata keçirilir. Bank isə hazırda həmin növbəlilik üzrə birinci növbənin ödənişinin yığımı və ödənilməsi hissəsindədir. Bu tələb “Banklar Haqqında” Qanunun 82-ci maddəsinin 7-ci növbəsi üzrə, yəni təminatsız kreditor tələbi kimi qeydə alınmış və ödəniləcek məbləğdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə
943. Bu Məcəllənin bu fəslinin banklara aid qaydaları hüquqi şəxslərdən əmanətlər (depozitlər) qəbul edən digər kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur.
41. Maddə
944. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməy i öhdəsinə götürür.
42. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.
43. Maddə 946.2. Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.
44. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.
45. M addə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu.
46. Maddə 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.
47. Maddə 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fi ziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar ba nkın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri.
48. Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu.
49. Maddə
1. Əmanətlərin sığortal anması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
50. Maddə 2.1.2. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.
51. Maddə 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.
52. Maddə 2.1.9. Sığorta hadisəsi iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.
53. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
54. Maddə 4.1.4. Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir.
55. Maddə 8.1.20. X8 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
56. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həc mində, lakin 100.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20.000 manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
57. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
58. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin komp ensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
59. Maddə 31.1. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X4 və/və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
62. Maddə 76.2. Bu məlumatlar yazılı və mad di sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
70. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
72. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Məhkəmə kollegiyası kassasiya şikayətinin cav abdehin öhdəliyi icra etməkdən azad olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, işin hallarından da müəyyən edildiyi kimi İddiaçı1 banka qarşı 10.707 ABŞ dolları məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 0107 qeydiyyat nömrəsi ilə kreditorların reyestrində qeydə alınmış, həmin Qanunun 82.1.8-cı maddəsinə uyğun olaraq müvafiq qaydada təsnifləşdirilmiş və təminatsız kreditor tələblərinə aid edilməklə növbəlilik əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Bu hal isə cavabdehin öhdəliyi icra etməkdən azad olmaması anlamına gəlmir və kredor məbləğini növbəlilik əsasında ödəməli olmasını ehtiva edir.
76. Məhkəmə kollegiyası qeyd edir edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
77. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
78. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
79. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 80. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
81. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Səma Əyyubovanın işə məhkəmə iclasında baxılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli qərardadı ilə hazırkı mülki işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Mülki işə şifahi icraat qaydasında baxılması üçün Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından vəsatət əsassızdır və təmin edilə bilmə z.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.
83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyekti v araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
84. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1312/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.