Məhkəmə qərarları › İş №2(102)-1998/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1998/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ban
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1998/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmanətin sığortalanması, sığortalanmış əmanətə görə kompensasiyanın tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-314/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 6 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsi ilə "xxxx" ASC X7 16000 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə, 07 avqust 2018-ci il tarixədək, Azərbaycan Respublikasının vətəndaşı olan X6 xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə, 7 avqust 2018-ci il tarixədək bağlanmışdır.

2. X13 12 yanvar 2010-cu il təvəllüdlü olmaqla, İddiaçı onun anasıdır.

3. Tərəflər arasında əvvəllər aşağıdakı məhkəmə mübahisələri olmuşdur:

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli q ətnaməsi ilə iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı iddiası qismən təmin edilərək, iddiaçının xeyrinə bağlanmış əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, bu müqavilədən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 11 iyun 2018-ci il qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X6 və İddiaçı iddiasının qismən təmin edilməsi, "xxxx" ASC ilə X16 və X13 arasında bağlanmış 02 oktyabr 2015-ci il tarixli, 021015/138523/G nömrəli əmanət girovu müqaviləsinin və "xxxx" AS C ilə X16 və X13 arasında 14 oktyabr 2015-ci il tarixli, 141015/138523/G nömrəli əmanət girovu müqaviləsinin etibarsız hesab edilməsi, 06 avqust 2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında X6 xeyrinə açılmış əmanət hesabından "xxxx" ASC tərəfindən 16000 ABŞ dolları məbləğində vəsaitin silinməsinin qanunsuz hesab olunması və həmin məbləğin X6 hesabına qaytarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 22 sentyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 28 iyun 2022-ci il tarixdə icra olunmuşdur. 6. 30 aprel 2020-ci il tarixdə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanmışdır.

7. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sı ğortalanması Fonduna ünvanlanmış 09 avqust 2022-ci il tarixli ərizəyə əsasən övladının səhhətinə, həyat yoldaşı rəhmətə getdiyinə, tək ana olduğuna və özü şəhid bacısı olduğuna görə depozitin növbəsiz qaytarılmasını xahiş etmişdir.

8. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022-ci il tarixli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin 05 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən 28 iyun 2022-ci il tarixdə X6 depozit hesabına qaytarı lmış və kreditor tələblərinin reyestrinə daxil edilmişdir. X6 tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir.

9. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 01 mart 2023-cü il tarixli ərizəyə əsasən övladı X9 məxsus "xxxx" ASC-də AZ67AMRA******************** nömrəli depozit hesabda olan 16000 ABŞ dolları məbləğində əmanətə görə kompensasiyanın (faizlər də daxil olmaqla) rekvizitləri ərizəyə əlavə olunan bank hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

10. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 03 aprel 2023-cü il tarixli məktub 14 dekabr 2022-ci il tarixli məktub ilə eyni məzmunda cavablandırılmış dır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 ABŞ dolları əmanət və həmin əmanətə görə hesablanmış 3200 ABŞ dolları faizlər olmaqla, cəmi 19200 ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 19200 ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia belə əsaslandırılmışdır ki, iddiaçının əmanəti 1 oktyabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən depozit hesabından qanunsuz ol araq silinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə Bank tərəfindən 16000 ABŞ dolları vəsaitin silinməsi qanunsuz hesab edilərək, həmin vəsaitin əmanətçinin hesabına qaytarılması qərara alınmışdır. Sözügedən qətnamə 22 sentyabr 2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. Sonradan Bank müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 9 avqust 2022-ci il tarixdə iddiaçı tərəfindən Fonda depozitin qaytarılması üçün ərizə ilə müraciət edilmiş və Fond tərəfindən verilən 14 dekabr 2022-ci il tarixli cavab məktubunda vəsaitin 28 iyun 2022-ci il tarixdə Əmanətçinin depozit hesabına qaytarıldığı bildirilmişdir. Lakin məktubda tələbin kreditor tələblərinin reyestrinə daxil edildiyi və “Banklar haqqında ” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında həyata keçiriləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı 1 mart 2023-cü il tarixdə Fonda yenidən müraciət edərək, Əmanət qorunan əmanət olduğundan ona əmanətə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Fond tərəfindən 3 aprel 2023-cü il tarixdə yenidən oxşar məzmunlu cavab verilərək, kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Sığorta hadisəsi baş verdiyi tarixdə qorunan (sığortalanmış) əmanət statusunda olmuşdur. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən, Fondun iştirakçısı kimi Bankın həmin müqaviləyə əsasən cəlb etdiyi əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə müəyyən edilmiş qaydada, həcmdə və şərtlərlə sığortalanır. Hazırkı iş üzrə əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsi ndə təsbit edilmiş qorunan əmanətlərə aid edilməyən əmanətlərin heç birinə aid deyil. Müqavilənin 2.1-ci bəndindən göründüyü kimi, əmanət cəlb edildiyi günə, yəni 6 avqust 2015-ci il tarixə əmanətin illik faiz dərəcəsi 12 faiz təşkil etdiyi üçün həmin tarixdə X8 müəyyən etdiyi illik faiz dərəcəsi həddini aşmamışdır. Göründüyü kimi Əmanətin qorunan əmanətə aid olmasını istisna edən hər hansı bir hal mövcud deyildir.

13. Birinci instansiya məhkəməsində cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddiaya etiraz verərək göstərmişdir ki, sığorta hadisəsi baş verən anadək olan dövr ərzində əmanət qorunmayan hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan haqlar belə ödənilməmişdir. Əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uz adılmışdır. Bank müqavilənin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Həmçinin hazırkı iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, iş üzrə iddiaçı X16 olmalıdır. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən iş üzrə ümumiyyətlə aidiyyət düzgün müəyyənləşdirilməmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb ləğv prosesində olan banka qarşı olmalıdır.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)2538/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən əmanət qorunan əmanət olmuşdur. Müqav ilə qüvvədə olduğu müddətdə - 2 mart 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Bu zaman iddiaçı tərəf (əmanətçi) müqavilənin şərtlərinin dəyişdirilərək əmanətin qorunan əmanət hesab edilməsi üçün banka müraciət etməmişdir. Müqavilənin müddəti 07 avqust 2018-ci il tarixdə bitmiş, əmanətçi tərəfindən əmanətin qaytarılması barədə müraciət olmadığından müqavilənin müddəti 36 ay müddətinə, 07 avqust 2021-ci il tarixədək uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 01 iyul 2019-cu il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 faiz müəyyən edilmişdir. B undan sonra, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 16. 06 avqust 2015-ci il tarixli müqavilə üzrə illik 12 faiz dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olması, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 02 mart 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 faiz müəyyən edilməsi, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməməsi, 07 avqust 2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi və yenidən 36 ay müddətinə, yəni 07 avqust 2021ci il tarixədək uz adılması, müqavilə qüvvədə olduğu müddətdə isə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi ilə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halını təşkil edir.

17. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1, 5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçının əmanətinin qorunan (sığortalanmış) olub-olmaması ilə bağlıdır. İddiaçı tərəf nə müqavilə müddəti ərzində, nə də müqavilə müddəti başa çatdıqdan sonra əmanətin qorunan əmanət hesab olunması üçün əmanət müqaviləsinə dəyişikliklər edilməsi barədə müraciət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verən anda əmanət müqaviləsi üzrə 12 faiz ödənilməsi barədə müqavilənin şərti qüvvədə olmuşdur. Belə ki, müqavilənin müddəti uzadılarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli olmamışdır.

18. Məhkəmə həmçinin göstərmişdir ki, müqavilə müddəti ərzində və müddəti bitdikdən sonra müqavilə tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Lakin hazırki işdə əmanətçinin (qanuni nümayəndəsinin) həmin müddət ərzində müqavilə şərtlərinin dəyişdirilərək, qorunan əmanətlərə uyğunlaşdırılmasına dair tələblə banka müraciət etməsi halı müəyyən edilməmiş dir. Müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab olunmuşdur. Müqavilənin müddəti uzadılarkən bankda mövcud şərtlər və qaydalara dair sənədlər məhkəmə tərəfindən tələb edilmiş, lakin bank tərəfindən həmin dövrdə İdarə Heyəti və Müşahidə Şurasının qərarlarının olmaması bildirilmişdir. Müqavilə eyni şərtlərlə uzadıldığı üçün əmanət artıq qorunan əmanət hesab olunmamışdır. Çünki müqavilə 2015-ci il tarixdə 12 faiz şərtilə bağlanmış, 2016-cı ildə yuxarı hədd 3 faiz müəyyən edilmişdir. Nə qədər ki, əmanət müqaviləsi eyni tarixə uzadılmış hesab olunur, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin eyni tarixə uzadıldığı gün hesab olunur. Əks təqdirdə həmin qanunun 8.1.20-ci maddəsi öz əhəmiyyətini itirmiş ol ardı.

19. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilələrdəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması X3 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Nəhayət, qorunan əmanət kimi kompensasiya ödənilməsi barədə tələbin Fonda qarşı yönəlməsi üçün əmanət qorunan əmanət olmalı və müqavilə müddəti ərzində sığorta hadisəsi baş verməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, tələb əsassızdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 421.2, 423.1, 883.1, 922.1 və 944.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.6, 2.1.2.6, 2.1.11, 3, 4.1, 5 və 8.1.20-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-6130/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)2538/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, apellyasiya şikayətinin hüquqi əsası kimi iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlə dən əmanətin miqrasiya edildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qərarın nəticəvi hissəsində qeyd olunan bu cümlənin məzmunundan da görünür ki, əmanət müqaviləsinin bağlanma tarixi ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır. Lakin

24. Hazırkı iş üzrə müqavilənin bağlanma anı mübahisə predmeti deyildir, hər 2 tərəf müqavilənin 06 avqust 2015-ci il tarixdə, yəni illik 12 faiz dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olduğu dövrdə bağlandığını mübahisələndirmir. 02 mart 2016-cı il tarixdə Əmanətlər in Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 faiz müəyyən edilmiş, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməmişdir.

25. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilədəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması X3 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Lakin tərəflər arasında bu məs ələnin tənzimlənməsi ilə bağlı hər hansı bir sənəd mövcud deyildir və bununla bağlı iddiaçının müraciət etməməsi işin mübahisələndirilməyən halını təşkil edir.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, depozitin faiz dərəcəsi bu növ müqavilələr üçün mühüm şərtdir və bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişməyə səlahiyyətli deyildir. Müqavilənin müddəti bitdikdən sonra müqavilə tərəflərin razılığı ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Müddət müqavilənin müvafiq bəndinə əsasən uzadılmışdır və eyni şərtlərlə uzadıldığından artıq depozit məbləği sığortalı hesab oluna bilməzdi. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1691/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlə r X11 (məruzəçi), X4 və X2 ibarət tərkibdə) iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il i tarixli, 2(103)-6130/2023 nömrəli tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1, 425.1 və 425.2-ci, “Əmanətlərin Sığortalanması Fondu” haqqında Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.3, 2.1.11, 2.1.2.6 və 8.1.20-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 416.1, 416.2, 417.1.3 və 418.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfi ndən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları pozulmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının adına banka əmanət yerləşdirilərkən müqavilənin şərtlərinə görə həmin əmanət qorunan əmanət olmuşdur. Müqaviləyə əsasən əmanət ilkin olaraq 3 il müddətinə, 7 avqust 2018-ci il tarixədək qoyulmuşdur. Həmçinin müəyyən olunur ki, bu dövrdə, Əmanətlərin Sığortalanması X3 02 mart 2016-cı il tarixli qərarı ilə xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması X3 01 iyul 201 9-cu il tarixli qərarı ilə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 faiz müəyyən edilmişdir. "xxxx" ASC bu qərardan sonra - Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan edilərək, sığorta hadisəsi baş vermişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun xarici valyutada qorunan əmanətlərin faiz dərəcəsinin aşağı salınmasına dair qərar qəbul edildiyi tarixdən sonra iddiaçı əmanətinin faiz dərəcəsinin aşağı salınması ilə bağlı müraciət etmədiyindən, sığorta hadisəsi baş verdiyi tarixdə əmanət sığortalı olmamışdır. Apellyasiya məhkəməsi bu mövqe ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığ ortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki,... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olun duğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

29. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının əmanətinin Bankda yerləşdiyi tarixdə qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən sığortalı əmanət olmasını və müqavilə müddəti bitdiyi tarixədək, Əmanətlərin Sığortalanması X3 qərarının qəbulundan asılı olmadan bu statusunu saxlamasına Konstitusiya Məhkəməsinin Plenumunun 10 avqust 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə uyğun hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyasının mövqeyinə görə, əmanət müqaviləsinin müddəti ilkin olaraq 07 avqust 2018-ci il tarixdə bitməsi nəzərə alınmaqla, bu tarixdən sonra iddiaçının X3 həmin zaman qüvvədə olmuş qərarına əsasən yeni şərtl ərlə müqavilənin dəyişdirilməsi ilə bağlı Banka müraciət etməli olmasına dair apellyasiya şikayətinin mövqeyi ilə razılaşmaq olardı. Lakin hazırkı iş üzrə nəzərə alınmalıdır ki, iş materiallarına əsasən müqavilə müddəti bitmədən artıq iddiaçı və "xxxx" ASC arasında məhkəmə mübahisələrinə başlanılmış və hazırkı qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. Həmin işlər üzrə yekun məhkəmə aktı - Ali Məhkəmənin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarı qəbul edilərkən, bank artıq müflis elan olunmuşdur. Beləliklə müəyyən olunur ki, iddiaçı hələ müqavilənin qüvvədə olduğu müddətdə əmanətə hüquqlarının təsbit edilməsi ilə bağlı "xxxx" ASC-yə qarşı məhkəmədə iddialar qaldırmış, iddiaları qismən təmin olunmuş və son nəticədə əmanəti hazırki cavabd eh tərəfindən 28 iyun 2022-ci il tarixdə iddiaçının depozit hesabına qaytarılmışdır. Belə olan halda, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış hesab oluna bilməz. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının müqavilə şərtlərinin dəyişməklə əmanətin sığortalı statusuna gətirilməsi ilə bağlı banka müraciət etməsinin mümkünlüyünü araşdırılmamış, iddiaçının əmanətinə çatımlılığının məhdudlaşdırılması və buna təqsirin kimin üzərinə düşməsi, o cümlədən 30 aprel 2020-ci il tarixdən əmanət depozit hesabına bərpa edildiyi 28 iyun 2022-ci il tarixədək bankın ləğv prosesində olmaqla, bütün hərəkətlərinə görə məsuliyyətini ləğvedicisi olan hazırki cavabdehin üzərinə düşməsi nəzərə alınmamış, bu halların nöqte yi-nəzərdən iddiaçının hazırda əmanətinin kompensasiyasını tələb etmək hüququna qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Av ropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsini düzgün təfsir etməmiş və həmin normanı işin hallarına səhv tə tbiq etmişdir. Əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, əmanət müqaviləsi eyni tarixə uzadıldığından “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin uzadıldığı gün hesab olunur. Əks halda qeyd edilən Qanunun 8.1.20-ci maddəsi (qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi müəyyən edilir) əhəmiyyətini itirmiş olardı. Halbuki əmanətin cəlb edilmə anı müqavilənin uzadıldığı tarix deyil, müqavilənin bağlandığı tarixdir. Belə ki, Mülki Məcəllənin 944.1-ci maddəsinin məzmununa əsasən “əmanətin cəlb edilməsi” dedikdə əmanətin banka daxil olması, başqa sözlə, əmanət qoyan tərəfindən vəsaitin banka təqdim edilməsi başa düşül ür. Yəni həmin maddəyə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyindən də görünür ki, Mülki Məcəllənin 944.1-ci maddəsinə uyğun olaraq əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlədən əmanətin miqrasiya e dildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qeyd edilməlidir ki, müqavilə şərtlərinə və xarakterinə əsasən əmanətin cəlb edilməsi (banka təqdim edilməsi) və geri qaytarılması prosesi bir dəfə baş verir. Faizlərin ödənilməsi isə müqavilənin qüvvədə olduğu müddətdə davam edir. Yəni 2018-ci ildə müqavilənin müddətinin uzadılması bank tərəfindən faizlərin ödənilməsinin davam etdirilməsinə əsas olmuşdur. 06 avqust 2018-ci tarixdə əmanət qoyan tərəfindən vəsaitin yenidən banka təqdim edilməsi (cəlb edilməsi) baş verməmiş, həmin tarixdə baş verən hadisə (müqavilənin uzadılması) əmanət üzrə faizlə rin ödənilməyə davam edilməsi ilə nəticələnmişdir. Bu baxımdan əmanətin cəlb edildiyi tarix bank hesabına vəsaitin mədaxil edildiyi 06 avqust 2015-ci il tarixdir, müqavilənin uzadıldığı 06 avqust 2018-ci il tarix isə əmanətin cəlb edilməsi tarixi hesab edilə bilməz. Məhkəmə tərəfindən əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilmədiyindən əsassız və qanunsuz olaraq əmanət və onun faizləri qorunan əmanət hesab edilməmiş və kompensasiya tələbi təmin edilməmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankından mütəxəssis cəlb edilməklə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

32. Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssis tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, hazırkı araşdırma tarixinə ( xx.xx.2024-cü il) X6 qorunan əmanətinin məbləği 16000 ABŞ dolları və sığorta hadisəsi baş verən xx.xx.2024-cü il tarixədək qüvvədə olan qorunan əmanətlər üzrə tətbiq olunan faiz dərəcələri ilə ( müqavilə bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 3 faiz, xx.xx.2019-cu ildən sığorta hadisəsi baş verən xx.xx.2020-ci il tarixədək illik 2,5 faiz) ümumilikdə hesablanmış 759,56 ABŞ dolları məbləğində faiz məbləği təşkil edir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxx x" ASC ilə X16 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, PTD.233773.001 saylı “Güvən” əmanət müqaviləsi üzrə Mərkəzi Bankın mütəxəssisi X10 mütəxəssis rəyində göstərilənlər və iş materialları nəzərə alınmaqla X6 xx.xx.2020-ci il tarixə əmanətinin məbləği 16000 ABŞ dolları məbləğində və həmin əmanətə hesablanmış faiz 760,67 ABŞ dolları məbləğində müəyyən edilir.

34. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 ekspert rəyi ilə qismən, əmanətin qorunan əmanət olaraq hesab edilməsi hissəsində rəylə razı olduğunu, lakin məbləğin illik 12 faizlə hesablanmalı olduğunu bildirmiş, apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-314/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (X5 (sədrliyi və məruzəsi ilə), X18 və X1 ibarət tərkibdə) İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2538/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı 16000 ABŞ dolları əmanət və həmin əmanətə görə hesablanmış 3200 ABŞ dolları faizlər olmaqla, cəmi 19200 ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 19200 ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə iddiası qismən - "xxxx" ASC ilə X16 a rasında bağlanmış xx.xx.2015-ci il tarixli, PTD.233773.001 saylı “Güvən” əmanət müqaviləsi üzrə X6 adına 16000 ABŞ dolları məbləğində olan Əmanət və həmin Əmanətə görə hesablanmış 760, 67 ABŞ dolları faiz vəsait qorunan əmanət hesab edilsin, cəmi 16760,67 ( on altı min yeddi yüz altmış manat, altmış yeddi qəpik) ABŞ dolları pul, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 ( iki yüz ) manat pul, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 (yüz səksən yeddi manat, doxsan iki qəpik) manat pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməsin.

36. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini, iş üzrə keçirilmiş mütəxəssis v ə ekspert rəyinin mötəbərliyini nəzərə alaraq qeyd etmişdir ki, müvafiq rəylər ilə qeyd edilən depozit sığortalanmış (qorunan) hesab edilmiş və zamanında Bankla olan mübahisə nəticəsində iddia tərəfi qeyd edilən depozitə sahiblənə bilməmiş və sonradan sığorta hadisəsi baş vermişdir.

37. Azərbaycan Respublikası Mülki Məcəllənin 49.1, 390.1, 390.2, 405.1, 405.2, 425.1, 425.2, 439.2, 442, 944.1, 944.2, 944.2, 945.2, 945.3, 945.2, 945.3.1, 945.3.2, 946.1, 946.2, 947.1, 947.2, 947.3, 947.4, 948.1, 948.2, 948.3, 949.1, 949.2, 950.1, 950.2, 950.3, 950.4, 952.1 və 952.2-ci, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 80-82, 106.2, 119 və 217.4-cü,maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə etibarlı olur. İddia kreditor tələbini qeydə aldırmış və Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 76.1-ci maddəsinə uyğun olaraq kreditorların reyestrinə daxil edilmişdir. Qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. İddiaçının əmanəti isə qorunan əmanət kateqoriyasına aid deyildir. Kompensasiy a – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir X15 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Göründüyü kimi əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uzadılmışdır. Bank, əmanət müqaviləsinin tərəfi kimi, əmanət müqaviləsinin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanətçinin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməz. Beləliklə, faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən olunan faiz dərəcəsinə uyğunlaşdırılması iddiaçının təşəbbüsü ilə müvafiq hüquqi prosedurlar daxilində həyata keçirilməli idi. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişməyə səlahiyyətli deyildir. Müqavilənin müddəti bitdikdən sonra müqavilə tərəflərin razılığı ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Müddət müqavilənin müvafiq bəndinə əsasən uzadılmışdır və eyni şərtlərlə uzadıldığından artıq depozit məbləği sığortalı hesab oluna bilməzdi. Müqavilə 36 ay müddətinə, xx.xx.2018-ci tarixədək bağlanmışdır. Əmanət müqaviləsi bağlanan zaman əmanət qorunan əmanət statusunda olmuş, xx.xx.2016-cı il tarixdən etibarən X15 tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilən zaman İddiaçı (əmanətçi) müqavilənin faiz şərtinin dəyişdirilərək qorunan əmanət üçün müəyyən edilən həmin faiz dərəcəsinə uyğunlaşdırılması ilə bağlı əmanət müqaviləsinə dəyişiklik edilməsi üçün banka müraciət etməmişdir. Müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmiş, əmanətçi tərəfindən əmanətin qaytarılması barədə müraciət olmadığından müqaviləni n müddəti 36 ay müddətinə (xx.xx.2021-ci il tarixədək) uzanmışdır. X15 tərəfindən xx.xx.2019-cu il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada qorunan əmanətlər üzrə 2,5 faiz müəyyən edilmişdir. Bundan sonra "xxxx" ASC-də sığorta hadisəsi baş vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-130/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir İddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmiş, halbuki sığorta hadisəsi baş verən anadək olan müddətdə əmanət qorunmayan əmanət olmuş və buna görə də Qanuna müvafiq olaraq həmin əmanətə görə bank tərəfindən Fonda tələb olunan sığorta haqqı ödənilməmişdir. Qeyd olunduğu kimi, əma nət 12 faizlə yerləşdirilmiş və müqavilənin müddəti bitdikdən sonra eyni şərtlərlə avtoprolonqasiya olunmuşdur. Məlumdur ki, bank əmanət müqaviləsinin tərəfi kimi, əmanət müqaviləsinin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanətçinin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməz. Beləliklə, faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən olunan faiz dərəcəsinə uyğunlaşdırılması iddiaçının təşəbbüsü ilə müvafiq hüquqi prosedurlar daxilində həyata keçirilməli idi (banka müraciət edərək müqavilədə faiz dərəcəsinin dəyişdirilməsinə nail olmaq), lakin bu məsələ təmin edilmədiyindən əmanət qorunmayan əmanətə çevrilmişdir. Qorunmayan əmanətlər üzrə tələblər isə Fonda yox, banka qarşı irəli sürülməli və bu zaman məhkəmə aidiyyəti məsələsinə xüsusi diqqət yetirilm əlidir. Belə ki, əmanət qorunmayan əmanət statusunda olduğu üçün tələb banka qarşı irəli sürülməli və həmin işə inzibati məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmalı olduğu bildirilmiş, bu əsasla iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2538/2023 nömrəli qətnaməsinə əsasən iddia tələbi haqlı olaraq rədd edilmişdir. Məlumdur ki, əmanət müqaviləsinin bağlanması üçün həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın filialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur. Eyni zamanda müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edirlər. Müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir, ələxsus da müqavilənin birtərəfli qaydada dəyişdirilməsi yolverilməzdir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlılığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları Mülki Məcəllənin 421-424-cü maddələrinin normal arı ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırkı iş üzrə müqavilənin bağlanma anı mübahisə predmeti deyildir, tərəflər müqavilənin xx.xx.2015-ci il tarixdə, illik 12 faiz dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olduğu dövrdə bağlandığını mübahisələndirmir. Mübahisənin əsasını o təşkil edir ki, əmanət müqaviləsi qüvvədə olduğu müddət ərzində xx.xx.2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 faiz müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəf (əmanətçi) faiz nisbətinin dəy işdirilərək qorunan əmanətlər üzrə müəyyən edilən faiz dərəcəsinə uyğunlaşdırılması məqsədilə müqaviləyə dəyişiklik edilməsi üçün banka müraciət etməmiş, bununla da əmanət qorunan əmanət statusunu itirmiş, bank tərəfindən isə həmin əmanət qorunan hesab edilmədiyi üçün Fonda sığorta haqqı ödənilməsi dayandırılmışdır. Məlumdur ki, əmanətə görə kompensasiyalar qorunan əmanətlərə görə iştirakçı banklardan toplanan sığorta haqlarından formalaşdırılan sığorta ehtiyatları hesabına həyata keçirilir. Qeyd olunan halda isə əmanətin statusuna müvafiq olaraq bank tərəfindən Fonda sığorta haqqı ödənilməmişdir. Fond tərəfindən kompensasiya ödənişi hansı sığorta ehtiyatları hesabına icra edilir. Belə ki, sığorta hadisəsi baş verən anadək olan dövr ərzində əmanət qorunmayan hesab edildiyi üçün heç ƏSF-yə ödənilməli olan haqlar belə ödənilməmişdir. Qanuna əsasən ödənilə də bilməzdi. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi zi yanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uzadılmışdır. Bank, müqavilənin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 952.1-ci maddəsinə əsasən əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fizi ki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir. b)

40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı h aqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

42. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

43. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

44. Maddə 405.1. tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

45. Maddə 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 425.2. öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

47. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tut ulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

49. Maddə 944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin

50. Maddə 945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müq aviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır.

51. Maddə 945.3. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu Məcəllənin 945.2-ci maddəsində nəzərdə tutulmuş nəticələr aşağıdakı hallarda da tətbiq olunur:

52. Maddə 945.3.1. fiziki və hüquqi şəxslərin pul vəsaiti onlara buraxılması qanunsuz sayılmış səhmlər və digər qiymətli kağızlar satmaq yolu ilə cəlb olunduqda;

53. Maddə 945.3.2. fiziki şəxslərin pul vəsaiti əmanət sahiblərinin əmanəti ilk tələb üzrə almasını və bu Məcəllənin bu fəslinin qaydalarında nəzərdə tutulmuş digər hüquqları həyata keçirməsini istisna edən veksellər və ya başqa qiymətli kağızlar müqabilində əmanətlərə cəlb olunduqda.

54. Maddə 947.1. Bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (t ələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər.

55. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.[582]

56. Maddə 947.3. Tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanə ti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə faizlərin ayrı miqdarı nəzərdə tutulmasın.

57. Maddə 947.4. Əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

58. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər ol madıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.

59. Maddə 948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.

60. Maddə 948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qay dada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz.

61. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

62. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qayt arıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.

63. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

64. Maddə 950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.

65. Maddə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu

66. Maddə 2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

67. Maddə 2.1.3. sığortalanmış əmanət – qorunan əmanətçinin qoruna n əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

68. Maddə 2.1.11. kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

69. Maddə 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

70. Maddə 8.1.20. X15 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehtərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

83. Cavabdeh “Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1691/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

84. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

85. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nə ticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-314/2025 nömrəli iş üzrə 24 fevral 2025-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar