Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1481/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): bank əmanəti müqaviləsi (əmanətin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət məbləğinin geri qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)577/2025 nömrəli iş üzrə 4 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə dair işə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə "xxxx" ASC arasında müxtəlif tarixlərdə “Standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün)” müqavilələr bağlanmış, İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixli 221FZ**********1 nömrəli müqaviləyə əsasən illik 12 faiz ödənilməsi şərti ilə 15755 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən illik 10 faiz ödənilməsi şərti ilə 4000 manat, xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli müqaviləyə əsasən illik 10,4 faiz ödənilməsi şərti ilə 700 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli müqaviləyə əsasən illik 12 faiz ödənilməsi şərti ilə 7800 manat, xx.xx.2016- cı il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən illik 10 faiz ödənilməsi şərti ilə 4100 manat məbləğində vəsait banka əmanət qismində yerləşdirilmiş, "xxxx" ASC tərəfindən verilmiş əmanət kitabçasında da qoyulan əmanətlərin qeydiyyatı aparılmışdır. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas prosesinə başlanılmış və məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
3. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fonduna 5Cİ******************** hesab nömrəsində olan 11003,78 ABŞ dollarının qaytarılması ilə əlaqədar 9 iyun 2023-cü il tarixli pretenziya məktubu ünvanlanmışdır. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun LPO "xxxx" ASCdə AZ60TECİ******************** hesab nömrəsində olan 11.003,78 ABŞ dolları məbləğində əmanətinin və ödənilmiş 147 manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, hal-hazıradək ona əmanət qaytarılmamışdır. xx.xx.2016-cı il tarixli "xxxx" ASC-nin əmanətçiləri qarşısında Öhdəliklərin Reyestrindən Çıxarışa əsasən iddiaçıya 30000 manat ödənilsə də, AZ60TECİ******************** hesab nömrəsində 11003,78 ABŞ dolları kompensasiya olunmamış qalmışd ır. İddiaçı müxtəlif tarixlərdə "xxxx" ASC-yə və bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək həmin məbləğin qaytarılmasını xahiş etmiş, lakin nəticəsi olmamış və bildirilmişdir ki, onun kreditor tələbi “Banklar haqqınında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alınmışdır və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəkdir.
6. Cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, məhkəmə qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas prosesinə başlanılmış, Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun Bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsi kompensasiya edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. Kreditor tələbləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınaraq, həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödənilir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, göstərilən fərqləndirici əlamətlər inə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddialarını 2 əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2024 saylı, 27 avqust 2024-cü il tarixli qətnaməsi i lə (hakim Ceyhun Tağıyev) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları, bağlanmış olan müqavilələr və digər sənədər tərəflər arasında hüquq münasibətlərinin 2013-2016-cı ilə dair dövr ərzində yarandığına dəlalət edir. Belə ki, iddiaçı həmin illər ərzində müxtəlif məbləğlərdə əmanət yerləşdirərək, bankla müqavilələr bağlamış və hüquq münasibətinin yarandığı dövrdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 manatdan çox olmamaq şərtilə kompensasiyanın ödənildiyi şərtləşdirilmişdir. Kompensasiya edilməyən, yəni 30000 manatdan artıq olan vəsaitin kreditor tələb kimi qeydə alındığı işdə olan sənədlərlə, eləcə də cavabdehin iddiaçıya ünvanlanmış olan cavab məktublarında öz əksini tapmış dır. Belə ki, Fondun xx.xx.2022-ci il tarixli cavab məktubunda “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün qüvvədə olan tələblərinə əsasən fiziki şəxslərin bank hesablarında qalmış vəsaitlərinin 30000 manatdan çox olan hissəsinin kompensasiya edilmədiyi üçün həmin vəsaitlərin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alındığı, bununla da İddiaçı kreditor tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1-ci maddəsinə uyğun olaraq qeydə alındığı və həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi iddiaçının diqqətinə çatdırılmışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələb etdiyi məbləğ – 11003,78 ABŞ dollar ı kompensasiya olunmayan əmanət məbləğidir, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq növbəlililk əsasında ödənilməlidir. Qeyd olunan əmanət məbləği isə növbəlilik əsasında ödənilməsi üçün kreditor tələbi kimi qeydə alınmışdır. Ona görə də, iddia əsassızdır və təmin edilməməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.2 və 950.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76.1, 82.1 və 87.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1865/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan müqavilələrə əsasən bank, əmanəti qəbul edərək, hər müqavilə üzrə razılaşdırılmış şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər dəfə əmanətin veriləcəyi qeyd olunsa da, hazıradək verilməmişdir. Məhkəmə tərəfindən isə bunların heç biri nəzərə alınmamışdır.
13. Məhkəmə iclasında iştirak edən iddiaçı qeyd etmişdir ki, "xxxx" ASC barəsində ləğv prosesinə başlandıqdan sonra 30000 manat “Muğan Bank”a verilmişdir. O, həmin ərəfədə Rusiyada yaşamış, daha sonra gələrək 30000 manatı götürmüşdür. 11000 ABŞ dollar isə Sığorta Fonduna ödənilmişdir, lakin Sığorta Fondu o pulu ona v erməmişdir. 11 000 ABŞ dollarla bağlı hər il iki-üç dəfə gedib tələb etməsinə baxmayaraq verməmişlər. Bununla bağlı yazılı müraciətlər də etmişdir. O xəstədir, kirayədə yaşayır. Dəfələrlə əməliyyat edilmişdir, hazırda maddi durumu pisdir. Onun pulu 1000 dollar çox olduğuna görə geri qaytarmırlar. Səhhəti də yaxşı deyildir, xəstəliklərdən əziyyət çəkir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103)-577/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apelyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin olunmuşdur.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, X1 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yux arı həddinin müəyyən edilməsinə dair 2015-ci il 24 fevral tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz (xarici valyuta və milli valyuta üzrə) müəyyən edilmişdir. Sözügedən qərar 2 mart 2016-cı il tarixədək qüvvədə olmuşdur. Sığorta hadisəsi baş verdiyi tarixdə iddiaçının xx.xx.2013-cü il tarixli 221FZ**********1 nömrəli müqavilə, xx.xx.2014-cü il tarixli 221LM**********1 nömrəli müqavilə, xx.xx.2015-ci il tarixli 221FZ**********1 nömrəli müqavilə, xx.xx.2015-ci il tarixli 221S10L151750001 nömrəli müqavilə, xx.xx.2016-cı il tarixli 221LM**********1 nömrəli müqaviləyə əsasən LPO "xxxx" ASC-yə yerləşdirdiyi əmanət üzrə razılaşdırılan illik faiz dərəcəsi vəsaitin qorunan əmanət statusuna aid edilməsini mümkün etmişdir.
16. Bundan başqa sığorta hadisəsi baş verdiyi tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun artıq qüvvədə olduğu müəyyən edilmiş, bu Qanun qüvvəyə mindiyi gündən etibarən isə faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq tam sığortalanmış hesab edilmişdir. Belə olan halda iddiaçı tərəfindən yerləşdirilmiş əmanət sığorta hadisəsi zamanı qüvvədə olmuş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli qanununun təsiri altına düşdüyündən qorunan əmanət olaraq tam şəkildə kompensasiya olunmalıdır.
17. Məhkəmə həmçinin qeyd e tmişdir ki, iddiaçı qorunan əmanət üçün kompensasiya almaq məqsədilə cavabdeh təşkilata müraciət edərkən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti də ötürməmişdir. Belə ki, həmin Qanunun 28.3-cü maddəsinə əsasən Fond özünə məxsus internet saytında lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin əmanətçilərinin məlumatlandırılması məqsədilə ilk bildirişi xx.xx.2016-cı il tarixdə yerləşdirmiş, xx.xx.2017-ci il tarixdə isə ərizə qəbulunun başa çatdığını elan etmişdir. İddiaçı qanunvericiklə müəyyən olunmuş müddəti bitməmişdən əvvəl, yəni xx.xx.2016-cı il tarixdə Fonda müraciət etməklə bu müddəti ötürməmişdir. O, həmçinin hesabında qalıq qalmış məbləğin ödənilməsinin təmin edilməsi üçün ƏSF-yə xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində müraciət etmişdir.
18. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsi yuxarıda qeyd olunan müraciət üçün müəyyən edilmiş bir illik müddətin əmanətçinin ərizəsinə əsasən beş ilədək uzadıla biləcəyini müəyyən edir, kompensasiyanın ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində Fonda müraciət etmiş şəxsin beş il keçdikdən sonra kompensasiya almaq hüququnun xitamına səbəb olmur.
19. Apellyasiya məhkəməsi həmçinin cavabdeh tərəfin verdiyi etirazın dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin mövqeyinə görə hazırkı iddiaya, kreditor tələbi olmaqla müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara ai d olduğundan iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalı, hazırkı icraata isə bu əsasla xitam verilməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, Bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənsə də, bu normativ hüquqi aktlar sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsinə dair əmanətçi ilə Fond arasında yaranmış münasibətlərə şamil edilmir, bu münasibətlər “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə tənzimlənir.
20. Məhkəmə onu da qeyd etmişdir ki, bu kateqoriyadan olan işlərə, əsasında duran tələb bank fəaliyyəti ilə əlaqədar olan və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı irəli sürülən kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil olmadığından, hazırkı iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməsi, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunması müvafiq qanunvericiliyə ziddir. Bu cür iddialara da mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385, 944.1 və 950.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 8.1.20, 26.2. 27.2, 28.3 və 28.4-cü, “Əmanətlərin tam sığortalanması haqqında” Azərb aycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunun (19 fevral 2019-cu il tarixli 1514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada) 3, 4, 5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” qərarlarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayəti nin dəlilləri
22. Cavabdeh (Vəkil2 Hacı qızı) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli; 2(103)-577/2025 nömrəli qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti iddiaya etiraz ilə analoji məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (bor clu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
27. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər öd əməyi öhdəsinə götürür.
28. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu
29. Maddə 2.1.1. Əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir;
30. Maddə 2.1.2. Qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.
31. Maddə 2.1.2.6 Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraqmüəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir.
32. Maddə 2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.
33. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
34. Maddə 8.1.20. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
35. Maddə 26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
36. Maddə 27.2. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi g ünə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.
37. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqındabildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
38. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcudolduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2016- cı il tarixli Qanunu (19 fevral 2019-cu il tarixli 1514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada)
39. Maddə
3. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır.
40. Maddə
4. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.
41. Maddə
5. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarı
42. Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmışəmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 sentyabr 2018-ci il tarixli Qərarı
43. X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçi ni dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, h ərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və tərəflər arasında münasibət yaranan zaman qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, i şin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-577/2025 nömrəli iş üzrə 4 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.