Məhkəmə qərarları › İş №2(102)-2639/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2639/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Ban
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2639/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bank əmanəti müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi; bank müflis elan edildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1316/2024 nömrəli 8 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci ildə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış bank əmanəti müqaviləsinə əsasən, iddiaçı 10000 ABŞ dolları məbləğində pulu illik 7 % ödənilməsi şərtilə 1 il müddətinə banka əmanət kimi qoymuş, X2 xx.xx.2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin xarici valyuta üzrə 3 % olması müəyyən edilmiş, xx.xx.2016-cı ildə tərəflər Əlavə Sazişlə müqavilə üzrə faiz dərəcəsinin illik 3 % olması barədə razılığa gəlmişlər.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılm ış, hazırkı iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. 3. xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir.

4. Əmanətlərin Sığortalanması Fondunun Agent Bankı "xxxx" ASC-nin “28 May” filialına xx.xx.2018-ci ildə daxil olmuş İddiaçı tərəfindən verilmiş kompensasiyanın ödənilməsi haqqında ərizə ilə o, kompensasiyanı LPO "xxxx" ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində göstərilən məbləğdə ödənilməsini xahiş etmişdir. 5. "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışa əsasən, İddiaçı xx.xx.2018-ci ildə 1060 ABŞ dolları məbləğində kompensasiya ödənilmiş, 10136.81 ABŞ dolları kompensasiya olunmayan məbləğ hesab edilmişdir.

6. İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizə ilə o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 2-ci tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

7. İddiaçı tərəfindən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizə ilə o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 3-cü tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

8. İddiaçı tərəfindən LPO "xxxx" ASC-n in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2022-ci ildə daxil olmuş ərizə ilə o, "xxxx" ASC-də özünə məxsus qorunmayan əmanət məbləğinin 4-cü tranş üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

9. İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2023-cü il tarixdə daxil olmuş pretenziyadan görünür ki, "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə kompensasiya məbləğinin 3 gün müddətində ona ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.

10. İddiaçı LPO "xxxx" ASC-də olan hesabından xx.xx.2019- xx.xx.2023-cü illəri əhatə edən çıxarışa əsasən, xx.xx.2020-ci ildə tələbli əmanət üzrə 2-ci tranş açıqlaması ilə 2797.06 ABŞ dolları, x x.xx.2021-ci ildə tələbli əmanət üzrə 3-cü tranş açıqlaması ilə 124.71 ABŞ dolları, xx.xx.2023-cü ildə tələbli əmanət üzrə 4-cü tranş açıqlaması ilə 252.37 ABŞ dolları olmaqla, cəmi 3174.14 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı verilmiş, qalıq məbləğ 6907.12 ABŞ dolları təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmanət müqaviləsi üzrə qoyulmuş 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün illik 7% dərəcəsilə hesablanmış 699,60 ABŞ dolları məbləğində faizlərin, cəmi 10.699,60 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əmanət üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Tərəflər arasında imzalanmış müqavilə üzrə Bankın vəzifələri aşağıdakılardan ibarətdir: Əmanətçiyə tələbi əsasında əmanətini bu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmaq; Hesablanan faizlərin düzgünlüyünə riayət etmək və həmin faizləri Əmanətçiyə vaxtında ödəmək və s. Əmanətçinin hüquqları isə aşağıdakılardır: Müqavilənin 1.6-cı bəndində göstərilən faizləri almaq; Müqavilə ilə müəyyən edilmiş qaydada əmanətinin qaytarılmasını tələb etmək və s. Müqavilənin 6.2-ci, 6.3-cü bəndlərinə görə, Bank tərəfindən əmanətçidən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Sığorta hadisəsi – Bankın məcburi ləğvi və ya müflis olması, Bankın əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X4 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı bankın ləğvedicisi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bankda ola n əmanətlərinin və ona hesablanmış faizlərin geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. X2 xx.xx.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olmuş və bu, müqavilənin 6.6-ci bəndində öz əksini tapmışdır. Odur ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Göründüyü kimi, iddiaçının banka qoyduğu əmanət müqaviləsi üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Müqavilənin 6.7-ci bəndinə görə, Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödəyir. Müqavilənin 6.8-ci bəndinə görə, Fond ko mpensasiyanı Mərkəzi valyutada olan əmanət üzrə manatla, ABŞ dolları olan əmanət üzrə ABŞ dollarında, avroda olan əmanət üzrə isə avroda əmanətçiyə ödəyir. Fond əmanət üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə əmanətçiyə ödəyir. Müqavilənin 7.3-cü bəndinə görə, bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla və ya razılıq əldə olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Belə ki, Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanunla tənzimlənir.

13. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, fond sığorta hadisəsinə məruz qalmış bankın qorunan əmanətçilərinə əmanət üzrə kompensasiya ödənişinin vaxtında icrası nı təmin etmişdir. Belə ki, iddiaçı xx.xx.2018-ci ildə qorunan əmanəti üzrə hesablanmış 1.060 ABŞ dolları kompensasiya vəsaitini əldə etmişdir. Qalıq vəsaitinə münasibətdə əmanətçi özü də kompensasiya olunmayan məbləğ kimi qəbul etmiş və kreditor tələbi kimi qeydiyyata alınmasına münasibətdə əks münasibət bildirməmişdir. Bu isə tərəflər arasında olan hüquq münasibətlərinin bəyənilməsini özündə ehtiva edir. Tərəflər arasında bağlanılan əmanət müqaviləsi üzrə əmanətin qorunan əmanətlərin əhatə dairəsinə aid edilməsi üçün sonuncu aralarında bağlanmış Əlavə Saziş xx.xx.2016-cı il tarixlidir. Həmin Sazişin 2.3-cü bəndinə əsasən xx.xx.2015-ci ildə bağlanmış Əmanət müqaviləsinin digər bəndləri dəyişdirilmədən saxlanılır. Bu isə özündə onu göstərir ki, xx.xx.2015-ci il tarixli müqavilənin 5.2-ci bəndi öz qüvvəsində qalır. Tərəflər öz iradə ifadələrini müqavilədə öz əksini tapan imzaları ilə təsdiq etmişlər. Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank si steminin inkişafına dəstək olmaqdır. Hazırkı mübahisə predmeti olan və birinci instansiya məhkəməsi tərəfindən əmanət üzrə kompensasiya olunacaq məbləğ kimi tanınan kreditor tələbinin növbədənkənar qaydada ödənilməsi digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaran amildir. İddiaçı tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Hesabdan çıxarışdan görünür ki, 3 tranş üzrə vəsaitləri əldə etmişdir. Həmçinin bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Qanunun qeyd edilən müddəası kəsici müddətdir və müddət artıq iddiaçı tərəfindən ötürülmüşd ür. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

14. İddiaçı cavabdehin etirazına yazılı münasibətə dair ərizə təqdim edərək bildirmişdir ki, etirazda göstərilmiş qanunla nəzərdə tutulmuş müddətin iddiaçı tərəfindən ötürülməsinə dair cavabdehin mövqeyinin əsassızdır. Belə ki, qanuna əsasən Fond 90 gün ərzində əmanətçiyə kompensasiyanı ödəməli olduğu halda ödəməmiş, qanunla üzərinə qoyulmuş öhdəliyi pozmuşdur. Bundan əlavə, cavabdehin məntiqi ilə düşünülsə, o zaman Fond heç bir əmanətçiyə kompenasiyanı ödəməyərək 5 illik müddəti gözləyər və bununla da müddət ötürülmüş hesab olunar ki, bu da tamamilə absurddur. Mülki qanunvericiliyə görə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şami l edilmir. Eyni zamanda, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış əmanəti müqaviləsinin 5.2-ci bəndinə görə müddətin bitdiyi sonuncu gün (xx.xx.2016) əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə müqavilənin müddətinin bitdiyi vaxtda əmanət əmanətçi tərəfindən geri götürülmədiyinə görə bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 21(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X4 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Sığorta hadisəsinin baş verdiyi günədək də əmanət geri götürülməmişdirsə, deməli, müqavilə həmin müddətədək uzadılmış hesab edilir. Bununla da, sığorta hadisəsi baş verdiyi vaxtda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qüvvədə idi.

15. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsi və xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Saziş üzrə qalıq 6.907,12 ABŞ dolları məbləğində pul vəsaitinin, habelə əmanət məbləğinə illik 3% dərəcəsilə hesablanmış 300 ABŞ dolları məbləğində faizlərin, cəmi 7.207,12 ABŞ dolları məbl əğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2985/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilməmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələb etdiyi məbləğin sığortalanmış əmanət olması, bankda sığorta hadisəsinin baş verməsi və cavabdeh Fondun iddiaçıya kompensasiya vermək öhdəliyinin yaranması, iddiaçının cavabdehə müraciəti əsasında 1.060 ABŞ dolları məbləğində kompensasiyanın ona ödənilməsi, qalan 10.136.81 ABŞ dollarının qorunmayan əmanət kimi qiymətləndirilməsinə iddiaçının razılıq verməsi, yəni ləğv prosesində olan banka qarşı olan tələbini kreditor tələbi kimi qeydə aldırması və hazıradək 3 tranş üz rə cəmi 3.174.14 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi, qalıq 6907.12 ABŞ dollarının da tranşlar üzrə ödəniləcəyini barədə cavabdehin öhdəliyinin müəyyən edilməsi, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş ümumi 5 il müddət ötürüldükdən sonra cavabdehə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət etməsi hazırkı işin mübahisəsiz hallarıdır. İşin bu halları iddiaçı tərəfin verdiyi iddia tələbinin həcminin azaldılmasına dair ərizə, cavabdehin yazılı etirazı və iddiaçıya məxsus bank hesabından çıxarışla təsdiq olunur.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçının bankda sığorta hadisəsi baş verdikdən sonra bank qarşısında olan kredit tələbinin, yəni əmanətin qalıq hissəsi qeydə alınaraq növbəlilik qaydasında icra edildiyindən, ötən müddət ərzində 3 tranş üzrə cəmi 3174. 14 ABŞ dolları məbləğində pul vəsaiti ona ödənildiyindən, kompensasiya ödənilməsi barədə bildiriş dərc edildikdən 5 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilməməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, növbəlilik qaydasında ödənilməsi üçün qeydə alınmış kreditor tələbinin növbədənkənar qaydada ödənilməsinə dair qərar qəbul edilməsi həm də bankın digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 423.1, 560.1, 560.2, 944.1-ci maddələrinə, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1, 5.1-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 25.1.4, 26.1. 28.1, 28.2, 28.3, 28.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yüklənilmiş xx.xx.2016-ci il tarixli, 89657695 nömrəli Əlavə Sazişin məhz hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin Əlavəsi olduğu bildirilmişdir. X5 1.6.1-ci bəndinə görə, Bank əmanət üzrə Əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% faizlər ödəyir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən, X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə bankla rda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Həmçinin İddiaçı banka qoyduğu əmanət müqavilə üzrə sadalanan qorunmayan əmanətlər sırasına daxil olmadığından, iddiaçının əmanəti qorunan əmanət hesab edilir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Mülki Məcəllənin 389, 390, 405 və 560-cı maddələrinə istinad olunsa da, həmin maddələrin tələbləri düzgün tətbiq edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, tərəflər arasında növbəlilik qaydasında ödənilmə ilə bağlı hər hansı müqavilə və ya razılaşma mövcud deyildir. Bundan əlavə, bankın digər kreditorlarını da düşünərək pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə inanıb müraciət edən iddiaçının iddiasının rədd etmək qanunsuz və əsassızdır. Yəni iddiaçının iddiasının təmin edilməsi digər kreditorların hüquqlarının pozulması anlamına gələ bilməz. Cavabdehin istinad etdiyi “Əmanətlərin sığortalanması haqqında AR Qanunun 28.4-cü maddəsinə görə, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Halbuki, sözügedən Qanunun 28.5-ci maddəsinə görə, Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X2 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Göründüyü kimi, Fond 90 gün ərzində əmanətçiyə kompensasiyanı ödəməli olduğu halda ödəməmiş, qanunla üzərinə qoyulmuş öhdəliyi pozmuşdur. Bundan əlavə, cavabdehin və məhkəmənin məntiqi ilə düşünsək o zaman Fond heç bir əmanətçiyə kompenasiyanı ödəməyərək 5 illik müddəti gözləyər və bununla da müddət ötürülmüş hesab olunar ki, bu da tamamilə absurddur. Bununla belə, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə görə, iddia müddəti aşağıdakılara şamil edilmir: əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri. Eyni zamanda qeyd olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Bank əmanəti müqaviləsinin (“Göy əmanət”) 5.2-ci bəndinə görə, Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün ( xx.xx.2016) əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə müqavilənin müddətinin bitdiyi vaxtda əmanət əmanətçi tərəfindən geri götürülmədiyinə görə bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Məlum olduğu kimi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, yəni sığorta hadisəsi baş vermişdir. X4 Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Nəzərə alsaq ki, sığorta hadisəsinin baş verd iyi günədək də əmanət geri götürülməmişdirsə, deməli müqavilə həmin müddətədək uzadılmış hesab edilir. Bununla da, sığorta hadisəsi baş verdiyi vaxtda iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə qüvvədə idi. Belə olan halda, müddətin ötürülməsindən söhbət gedə bilməz.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1316/2024 nömrəli 8 aprel 2024-cü il tarixli ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2985/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan kompensasiya qismində ödənilməli olan əsas məb ləğ üzrə qalıq 6.825,86 ABŞ dolları və əmanətə hesablanmış 136,81 ABŞ dolları məbləğində faiz, cəmi 6.962,67 ABŞ dolları məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İşdən müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 10.000 ABŞ dolları məbləğində əmanəti illik 7% ödənilməsi şərtilə 1 il müddətinə bankda yerləşdirmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə görə, 1 illik müddətin bitd iyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən bank əmanət üzrə əmanətçiyə əmanətin saxlanma müddətindən asılı olaraq müddətin sonunda illik 3% ödəyir, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsinin xarici valyuta üzrə 3% olması müəyyən edilmişdir. Maliyyə Bazarlarına Nəzarət X1 xx.xx.2017-ci il tarixli, 49/1 saylı qərarı ilə "xxxx" ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya xx.xx.2017-ci il tarixindən ləğv edilmişdir. Qanuna uyğun olaraq bankda sığorta hadisəsi günü xx.xx.2017-ci il müəyyən edilmiş, bununla bağlı xx.xx.2017- ci il tarixdə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində "xxxx" ASC-nin seçilməsi, kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Agent Bankı "xxxx" ASC-yə kompensasiyanın ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçıya cavabdeh tərəfindən 1.060 ABŞ dolları məbləğində kompensasiya ödənilsə də, cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirdiklərinə əsasən həmin məbləğ "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə deyil, onun başqa depozitinə görə ödənilmişdir. Qeyd olunan müqavilə üzrə 10.136 ABŞ dollarında olan məbləğ kreditor tələb kimi qəbul edilmiş və bir hissəsi ödənilmiş, 6.907 ABŞ dolları məbləğində borc qalmışdır. Şəxsin bundan başqa depozit hesabı olmamışdır.

25. Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə saziş digər sənədlərlə birlikdə cavabdeh tərəfindən təqdim edilmiş və cavabdeh iddiaya qarşı öz etirazında həmin əlavə sazişə xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsinə edilmiş saziş kimi qiymət vermişdir.

26. İşdən həmçinin müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə cavabdehə ərizələrlə müraciət edərək, özünə məxsus qorunmay an əmanət məbləğinin 2, 3 və 4-cü tranşlar üzrə ödəniləcək hissəsinin qeyd edilən bank rekvizitlərinə köçürülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Həmin ərizələrə müvafiq olaraq iddiaçıya xx.xx.2020-ci il tarixdə 2-ci tranş üzrə 2.797,06 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3-cü tranş üzrə 124.71 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 4-cü tranş üzrə 252.37 ABŞ dolları olmaqla, cəmi 3.174,14 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.

27. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən (iş v. 56-60) iddiaçının xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə əsas məbləğ olaraq 10.000 ABŞ dolları, faiz məbləği 136.81 ABŞ dolları qeyd edilmişdir. Həmin məbləğin qarşısında “deposit” sözü qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd et mişdir ki, ilk öncə iddiaçının xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsi üzrə "xxxx" ASC-yə yerləşdirdiyi 10.000 ABŞ dolları məbləğində vəsaitin qorunan əmanət olub-olmamasına aydınlıq gətirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank əmanəti müqaviləsinin 5.2-ci bəndinə görə, müqavilə ilə müəyyən olunan 1 illik müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Belə olan halda, xx.xx.2016-cı il tarixdə, habelə xx.xx.2017-ci il tarixdə ("xxxx" ASC-də sığorta hadisəsi baş verdiyi xx.xx.2017-ci il tarixindən əvvəl) əmanət iddiaçı tərəfindən götürülmədiyi üçün, xx. xx.2015-ci il tarixli bank əmanəti müqavilənin müddəti hər dəfə bir il müddətinə uzadılmışdır. Nəzərə almaq lazımdır ki, bank ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə müqavilə üzrə faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarına uyğun 3% müəyyən edildiyindən, artıq xx.xx.2017-ci il tarixdə müqavilənin müddəti növbəti dəfə 1 il müddətinə uzadılarkən həmin müqavilə üzrə iddiaçı tərəfindən yerləşdirilmiş əmanət yuxarıda istinad olunan “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli qanununun təsiri altına düşmüşdür, yəni qorunan əmanət olmuşdur.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qorunan əmanət üçün kompensasiya almaq məqsədilə cavabdehə müraciət edərkən “Əmanətlərin sığ ortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürməmişdir. Belə ki, qanuna uyğun olaraq bankda sığorta hadisəsi xx.xx.2017-ci il tarixdə müəyyən edilmiş, daha sonra xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmiş, iddiaçı isə xx.xx.2018-ci ildə qorunan əmanətə görə kompensasiya almaq üçün müraciət etmişdir. 30. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddəsi yuxarıda qeyd olunan müraciət üçün müəyyən edilmiş bir illik müddətin əmanətçinin ərizəsinə əsasən beş ilədək uzadıla biləcəyini müəyyən edir, kompensasiyanın ödənilməsi üçün qanunla müəyyən e dilmiş müddət ərzində Fonda müraciət etmiş şəxsin beş il keçdikdən sonra kompensasiya almaq hüququnun xitamına səbəb olmur.

31. Kollegiya hesab etmişdir ki, iddiaçının müxtəlif tarixlərdə “tələbin kreditor tələbi kimi qeydə alınması, növbəlilik qaydasında tələblərinin ödənilməsi” barədə ərizələrə imza etməklə cavabdehin mövqeyi ilə razılaşması barədə sonuncunun dəlilləri əsassızdır və cavabdeh tərəfindən hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, tərəflər arasında yaranmış münasibətlər qanunla tənzimlənir və qanunun əsas məqsədlərindən biri əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bir halda ki, cavabdeh tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir, həmin k ompensasiyanın kreditor tələb kimi qeydə alınması barədə hər hansı razılaşma qanunun tələblərinə uyğun sayıla bilməz.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəmişdir ki, iddiaçıya kompensasiya qismində ödənilməli olan əsas məbləğ üzrə qalıq 6.825,86 ABŞ dolları (10.000 - 2.797,06 - 124.71 - 252.37 (3 tranş üzrə cəmi 3.174,14 ABŞ dolları)) və əmanətə hesablanmış 136.81 ABŞ dolları məbləğində faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbayan Respublikasının Mülki Məcəlləsinin 5.3, 389.1, 390.1, 390.2, 425.1, 560.1, 560.2, 944.1, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-ci il tarixli Qanununun 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 26.1, 28.3, 28.4, “Əmanətlərin tam s ığortalanması haqqında” Azərbaycan Respublikasının 19.01. 2016-cı il tarixli Qanunu (xx.xx.2019-cu il tarixinədək olan redaksiyada) 1, 3, 6.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş müqavilə və müqaviləyə razılaşmadan müəyyən edili r ki, tərəflər arasında bağlanılan əmanət müqaviləsi üzrə əmanətin qorunan əmanətlərin əhatə dairəsinə aid edilməsi üçün sonuncu aralarında bağlanmış Əlavə Saziş xx.xx.2016-cı il tarixlidir. Həmin Sazişin 2.3-cü bəndinə əsasən xx.xx.2015-ci ilə bağlanmış Əmanət müqaviləsinin digər bəndləri dəyişdirilmədən saxlanılır. Bu isə özündə onu göstərir ki, xx.xx.2015-ci il tarixli müqavilənin 5.2-ci bəndi öz qüvvəsində qalır. Mülki qanunvericilikdən bəllidir ki, müqavilə tərəflər arasında bağlanılan sərbəst əqddir və tərəflər öz iradə ifadələrini müqavilədə öz əksini tapan imzaları ilə təsdiq etmişlər.

36. Məhkəmə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası qanununun 28-ci maddəsinə istinad edərək müəyyən müddətin keçməsinin iddiaçının kompensasiya almaq hüququnun xitamına səbəb o lmadığını əsaslandırmağa çalışmışdır. Qeyd olunan qanunun 28.4-cü maddəsinə əsasən bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. Qanunun qeyd edilən müddəası kəsici müddətdir və müddət artıq iddiaçı tərəfindən ötürülmüşdür. Ötürülmüş müddətin bərpası qanunla müəyyən edilməmişdir. Qanunvericilik Əmanətlərin Sığortalanması Fondunun üzərinə ləğv prosesində olan banka aid hər hansı öhdəliyin Fondun vəsaitləri (sığorta ehtiyatları) hesabına icra edilməsi öhdəliyi müəyyən etməmişdir. Başqa sözlə, Fondun sığorta ehtiyatlarından ləğv prosesində olan bankların öhdəliklərinin icrası məqsədilə (qorunan əmanətlərə görə kompensasiya ödənilməsi istisna olmaqla) istifadə e dilməsi Qanuna ziddir. 37. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası qanununun 16-cı maddəsinə əsasən Fondun sığorta ehtiyatları qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə, illik büdcə çərçivəsində Fondun idarə edilməsinə və əmlakının alınmasına və fondun borc öhdəliklərinin ödənilməsi məqsədləri üçün istifadə edilə bilər. Beləliklə, bankın borc öhdəlikləri onun aktivləri hesabına icra edilir. Əmanətlərin Sığortalanması Fondu bankın yalnız qorunan əmanətlərinə görə qanunla müəyyən edilmiş həcmdə kompensasiya məbləğinin ödənilməsini fondun sığorta ehtiyatları hesabına həyata keçirir və ödənilmiş həmin vəsait bankdan 1-ci növbə üzrə reqress qaydada geri alınır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, işin ədalətli yolla həll edilməsini istədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

40. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ norma lara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

43. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

44. Maddə 560.1. Mü lki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

45. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

46. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-ci il tarixli Qanunu

47. Maddə 2.1.2.Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

48. Maddə 2.1.2.6.Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir.

49. Maddə 2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

50. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

51. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir (xx.xx.2020-ci il tarixinədək olan redaksiya).

52. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqın da bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

53. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 19.01. 2016cı il tarixli Qanunu (xx.xx.2019-cu il tarixinədək olan redaksiya)

54. Maddə

3. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci mad dəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarı

56. Sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı

57. X3 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

71. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı qorunan əmanət üçün kompensasiya almaq məqsədilə cavabdehə müraciət edərkən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsi ilə müəyyən edilmiş bir illik müddəti ötürməmişdir. Belə ki, qanuna uyğun olaraq bankda sığorta hadisəsi xx.xx.2017-ci il tarixdə müəyyən edilmiş, daha sonra xx.xx.2017-ci ildə xəbər portalı vasitəsilə LPO "xxxx" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə xx.xx.2018-ci il tarixindən başlanılacağı barədə elan dərc edilmiş, iddiaçı isə xx.xx.2018-ci ildə qorunan əmanətə görə kompensasiya almaq üçün müraciət etmişdir.

72. Kollegiya hesab edir ki, iddiaçının müxtəlif tarixlərdə “tələbin kreditor tələbi kimi qeydə alınması, növbəlilik qaydasında tələblərinin ödənilməsi” barədə ərizələrə imza etməklə cavabdehin mövqeyi ilə razılaşması barədə sonuncunun dəlilləri əsassızdır və cavabdeh tərə findən hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir. Tərəflər arasında yaranmış münasibətlər qanunla tənzimlənir və qanunun əsas məqsədlərindən biri əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bir halda ki, cavabdeh tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir, həmin kompensasiyanın kreditor tələb kimi qeydə alınması barədə hər hansı razılaşma qanunun tələblərinə uyğun sayıla bilməz.

73. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasi ya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1316/2024 nömrəli mülki iş üzrə 8 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar