Məhkəmə qərarları › İş №2(102)-1020/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1020/2024

04.04.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1020/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(103)-6413/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh2 öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən ümumi 0.242236 ha olan 1580 saylı bağ sahəsini Cavabdeh1 26 aprel 2021-ci il tarixdə 44.000 manata satmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onun hüquq və mənafelərinə toxunması səbəbindən etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir.

2. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsinin 413149 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X7 ilə X3 12 dekabr 1990-cı il tarixdə 1139 nömrəli akt qeydi ilə nikah bağlamışlar. 3. 1 saylı Bakı “ASAN Xidmət” X2 168340 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2021-ci il tarixli, 263 nömrəli aktla ölüm haqqında akt qeydi qeydə alınmışdır. 4. xx.xx.2012-ci il tarixli etibarnamənin surətinə əsasən, Cavabdeh2 5 il müddətinə X5 Bakı şəhəri, Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq dövlət orqanlarında idarələrində, komitələrində, təşkilatlarında, icra orqanlarında təmsil etməyi adından ərizə yazmağı, imza etməyi, sənədlər təqdim etməyi, almağı, o cümlədən DTXK-dən kadastr planı, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, texniki sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubun surətinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 1580 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixli, 17384 sayıl müqavilə bağlanmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 1580 saylı bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi xx.xx.1962-ci il təvəllüdlü X7 ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2014-cü il tarixdə həmin bağ sahəsi Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra, sözügedən bağ sahəsi Bakı şəhəri, 11 saylı Notariat Kontorunda təsdiq edilmiş 4Ə-287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

6. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 ünvan ünvanında yerləşən ümumi sahəsi 0.242236 ha olan torpaq sahəsini Cavabdeh1 44.000 manata satmışdır.

7. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməsinin surətinə əsasən, X4 vərəsəsi arvadı iddiaçıdır və o, miras əmlakdan 3/10 pay irs almalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 s aylı bağ sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Sonradan xx.xx.2021-ci il tarixdə iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair 11 saylı Notariat kontorunda bağlanmış 4Ə-287 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixdə X7 ilə birgə nikaha daxil olmuşdur. Həyat yoldaşı Adil Qurbanov xx.xx.2021-ci il tarixdə vəfat et mişdir. Mərhum əri Adil Qurbanov sağ ikən, yəni birgə nikah dövründə - xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini şifahi razılaşma əsasında 300.000 manat pulunu ödəməklə Cavabdeh2 almışdır. Cavabdeh2 həyat yoldaşı Adil Qurbanova xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 30 saylı DNK-da Ləhiş bağlar sahəsində yerləşən bağın özəlləşdirilməsi ilə əlaqədar onu müvafiq orqanlarda təmsil etmək üçün bütün hərəkətləri edə bilməsi barədə 5 il müddətinə etibarnamə vermişdir. Həyat yoldaşı Adil Qurbanov bu müddət ərzində bağ sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Hesab etmişdir ki, mübahisə olmadığından istənilən zaman bağ sahəsini sənədləşdirə bilər. O, həyat yoldaşı Adil Qurbanov ilə birlikdə birgə təsərrüfat apararaq hər ikisinin qazancı əsasınd a bağı tikib ərsəyə gətirmişlər. Həyat yoldaşı Adil Qurbanov 2021-ci ilin mart ayının 9-unda dünyasını dəyişmişdir. O vərəsəlik şəhadətnaməsi almaq üçün sənədləri həmçinin o bağın sənədlərini hazırlamaq istəmişdir. Cavabdeh2 tapıb, onunla alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. O əvvəlcə razı olmuş, lakin bir gün sonra zəng edərək alınmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 bağı həyat yoldaşının qeyri rəsmi münasibətdə olduğu Cavabdeh1 adına alqı-satqı etmiş və onunla alqı-satqı müqaviləsi bağlamışdır. Həm qanuni cəhətdən, həm mənəvi əxlaq baxımından bu cür hərəkətlərin edilməsi öz özlüyündə etibarsız və düzgün deyildir. Hesab edir alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, bağa dair onunla alqı-satqı müqaviləsi bağlanmalıdır.

11. Cavabdeh1 nüm ayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı ilk dəfə “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi” ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsinə dair iddiaçı ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixində isə Cavabdeh2 və o, Cavabdeh1 qarşı “Müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə yeni əsasla və yeni predmetlə məhkəməyə yeni iddia ərizəsi vermişdir. Hesab edir ki, məhkəmənin icraatında olan mülki işlə bağlı, iddianın həm əsasının, həm də predmetinin eyni anda dəyişdirilməsi yolverilməzdir. Buna görə də yeni iddia icraata götürülməməli idi. Ona qarşı verilmiş iddia tələbi ilə bağlı bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini Cavabdeh2 etibarnamə əsasında təmsil edən X8 onunla Bakı şəhəri, 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlamış və o, 44.000 manat nağd pul ödəməklə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsini satın almışdır. Həmin bağ sahəsinin mərhum X5 heç bir aidiyyəti olmamış, bağ sahəsinə dair Cavabdeh2la onun arasında hər-hansı bir razılaşma və ya müqavilə olmamışdır. Belə olduğu təqdirdə hesab edib ki, iddiaçı ona və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Ona görə də iddia rədd edilməlidir.

12. Digər Cavabdeh2 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1580 saylı bağ sahəsi rəsmi sənədlərdə onun mülkiyyətində olsa da əslində bağ sahəsinin mülkiyyətçisi onun əmisi Şahid Hüseynağa oğlu olmuşdur. Əmisinin xahişi ilə o, bağı Adil Qurbanova satmış, pulu da əmisi götürmüşdür. Bağ satılan vaxt bağın sənədləri tam hazır olmadığından o, Adil Qurbanovun adına etibarnamə vermişdir ki, sənədləşdirmə işlərini aparsın. Lakin sonradan ona məlum oldu ki, Adil Qurbanov rəhmətə getmişdir. O, əvvəlcə həmin bağı Adil Qurbanovun həyat yoldaşı İddiaçı satmaq istəsə də, o elə bilmişdir ki, Adil Qurbanov həyat yoldaşından ayrılıb. Həmin bağ sahəsində Adil Qurbanovun digər arvadı Cavabdeh1 yaşamış və bağ sahəsini sonuncuya satmışdır. 13. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin 65 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində, 0.25 ha torpaq sahəsində yerləşən 1580 saylı bağ sahəsi və həmin bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin hazırki bazar qiyməti təqribən 175.000 manat təşkil edir.

14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-ci il tarixli, 2(008)219/2023-saylı qətnaməsi ilə (hakim N.Cəfərli) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı m əhkəməyə müraciət edərək sözügedən bağ sahəsinin mülkiyyətçi tərəfindən onun həyat yoldaşı Adil Qurbanova satıldığını qeyd edərək, bu halı təsdiq edən sübut kimi keçmiş mülkiyyətçinin Adil Qurbanovun adına 5 il müddətinə vermiş olduğu etibarnaməni təqdim etsə də, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd etmişdir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Etibarnamə isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsası nın dispozisiya şərtləri ilə uzlaşmadığından, iddia tələbi təmin edilə bilməz.

16. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 6.2, 152.4,324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 394, 399.1, 404.1, 404.2, 646.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, madd i və prosessual hüquq normaları pozulmuşdur. Mərhum əri "xxxx" ASC-də avtomobil təsərrüfatının müdiri, Şahid Hüseynağa oğlu isə onun yanında yanacaq dolduran vəzifəsində işləmişdir. Onların ümumi razılığı əsasında Cavabdeh2 mərhum ərinə 5 il müddətinə etibarnamə vermişdir ki, adı çəkilən bağ sahəsini özəlləşdirsin və öz adına sənədləşdirsin. Mərhum ərindən bağın alınması üçün pulu Şahid Hüseynağa oğlu almışdır. Bu faktı onun qardaşı oğlu iş üzrə cavabdeh təsdiq etmişdir. Yəni onların niyyəti bağın gələcəkdə mərhum ərinin adına sənədləşdirilməsi olmuşdur. İddiaçılar Qurbanova Amaliya və Cavabdeh1 ona qarşı “vərəsəlik hüququndan məhrumetmə, mirasın qəbul edilməsinin və vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması” tələbi məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktları ilə rədd e dilmiş və müəyyən edilmişdir ki, hazırki Cavabdeh1 onun mərhum həyat yoldaşının vərəsəsi olmamağını sübuta yetirə bilməmiş, əksinə mərhum həyat yoldaşı ilə birlikdə birgə təsərrüfat aparmağı, eyni zamanda mübahisələndirilən bağın həyat yoldaşı tərəfindən alınaraq, orada bağ evi tikməkləri öz təsdiqini tapmışdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(103)-6413/2023 nömrəli qətnaməsi ilə (hakimlər –V. N. Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə. İsgəndərov, M.Ə. Rüstəmli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-219/2023 saylı mülki iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə il ə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakın alqısatqısının etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır. Mübahisəli torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmış, o da həmin torpaq sahəsinə dair Tahirə Telıyeva ilə alqı-satqı etmişdir. Həmin əqdin etibarlılığına dair hər hansı şərtin (səlahiyyətli subyektlər, forma və məzmun, iradə və onun bəyanı) pozulması müəyyən olunmur. İddiaçı sadəcə bağ sahəsinin mərhum əri tərəfindən etibarnamə ilə alınmasına istinadla xx.xx.2021-ci il tarixli əqdin etibarsız olması tələbini irəli sürə bilməz. İddiaçı tələbinin qanuni əsasını belə göstərə, yəni, həmin əqdin məhz hansı əsasla etibarsız olmasını əsaslandıra bilməmişdir.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 324.1, 337-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eynilik təşkil etməklə, əlavə olaraq göstərilmişdir ki, məhkəmə həmçinin o halı da nəzərə almamışdır ki, etibarnamə mərhum Adil Qurbanovun rəhbər olduğu şirkətdə onun tabeliyində olmaqla yanacaq paylayan işçi kimi işləyən Şahid qardaşı oğlu Cavabdeh2 tərəfindən verilmişdir və buradan da aydın olub ki, şirkət rəhbəri olan A dil Qurbanova verilən etibarnamə öz işçisinin qohumu üçün bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı tapşırığı yerinə yetirmək yox, məhz həmin bağı özəlləşdirməklə sonradan üzərində öz mülahizəsinə uyğun sərəncam vermək imkanı olması üçün verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə etdiyi hüquqi mövqelərə zidd olaraq, formal mülahizələrdən çıxış etməklə, mübahisənin ədalətli və qanuni həllinə nail ola bilməmişdir. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 139.1-ci maddəsinə formal istinad etməklə və bununla bağlı Cavabdeh2 öz xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində, 0.242236 ha torpaq sahəsində yerləşən 1580 saylı bağ sahəsini Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 44.000 m anata satmışdır kimi əsaslandırma verməklə kifayətlənmişdir. b)

24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).

28. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azə rbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə eksperti za təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

46. Belə ki, işdən görünür ki, 15 may 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahə sində, 1580 saylı bağ sahəsində yerləşən 0.242236 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmış və 26 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu həmin torpaq sahəsini 44.000 manata Cavabdeh1 satmışdır. 28 aprel 2021-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

47. Hazırda iddiaçı, sözügedən alqı-satqı müqaviləsini mübahisələndirərək, etibarsızlığını tələb edir.

48. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən hallar müəyyən olunmamışdır.

49. Belə ki, iddiaçı həmin torpaq sahəsinin onun mərhum əri Adil Qurbanov tərəfindən alınmasına, cavabdeh tərəfindən onun mərhum əri Adil Qurbanovun adına 5 il müddətinə etibarnamə verilməsinə istinad etmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Etibarnamələr isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz, yalnız etibar edənin etibar edilənə özünə məxsus hüquqlarını həyata keçirmək üçün vermiş olduğu qanunla qadağan edilməmiş səlahiyyətləridir.

51. Hazırki işin hallarından müəyyən olunan odur ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmış və o da Cavabdeh1 ilə alqı-satqı etmişdir. Həmin əqdin etibarlığına dair hər hansı şərtin (səlahiyyətli subyektlər, forma və məzmun, iradə və onun bəyanı) pozulması müəyyən olunmur. İddiaçı sadəcə bağ sahəsinin mərhum əri tərəfindən etibarnamə ilə alınmasına istinadla xx.xx.2021-ci il tarixli əqdin etibarsız olması tələbini irəli sürə bilməz. İddiaçı tələbinin qanuni əsasını belə göstərə, yəni, həmin əqdin məhz hansı əsasla etibarsız olmasını əsaslandıra bilməmişdir.

52. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərq li növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

53. Etibarsız əqdlərin hər birinə münasibətdə qanunverici fərqli qayda müəyyən etmişdir, yəni onların yaratdığı hüquqi nəticələr fərqlidir. Ona görə də ümumi olaraq hər hansı əqd barəsində “etibarsızdır” demək düzgün deyil.

54. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(103)-6413/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar