Məhkəmə qərarları › İş №2(102)-2933/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2933/2024

11.09.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2933/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, sübutemə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3537/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsi ilə 25 yanvar 2013-cü il tarixli 1312 XZAK nömrəli kredit müqaviləsi üzrə 24308 ABŞ dolları əsas borc, 7698 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32006 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi X17, X11, X5 və X6 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın X12 məxsus olan və banka ipoteka qoyulmuş 10-NB 280-dövlət qeydiyyat nişanlı, "GM C TERRAİN" minik markalı, Universal tipli, 2010-cu il buraxılışlı, 2CTFLJEYA6404664 ban nömrəli, qara rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, əldə edilən vəsait hesabına X9 "xxxx" ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. 2. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/1697 nömrəli qiymətləndirmə rəyinə əsasən X9 mülkiyyətində olan **-NB-*** dövlət qeydiyyat nişanlı, "GMC Terrain" minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 8800 (səkkiz min səkkiz yüz) manat müəyyən edilmişdir.

3. Mübahisəli avtomobil Nizami rayon icra şöbəsinin xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış və 8888 manata Cavabdeh1 satılmışdır.

4. Bundan sonra X17 cavabdehlər "xxxx" MMC, "X8" MMC v ə "xxxx" ASC-yə qarşı (Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hesabatın və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X8” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokolun, "xxxx" MMC tərəfindən verilmiş QR1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi qət olunmuşdur.

6. Cavabdeh1 xx.xx.2020-ci i l tarixli Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 103512 nömrəli etibarnamə ilə mübahisəli avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir.

7. Qətnamədən "xxxx" ASC apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-497/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1617/2019 saylı, 24 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin təmin edilməsi, “G MC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən Nizami rayon İcra və Probasiya şöbəsi, “X8” MMC və Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli, 353 nömrəli Protokolun, "xxxx" MMC tərəfindən verilmiş QR1697 saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, “GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı (ban 2CTFLJEYA6404664) avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunması qət edilmişdir.

8. Quliyev X3 vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2021-ci il tarixli ƏN-Vİİ seriyalı 143120 nömrəli etibarnamə ilə xx.xx.2020-ci il tarixli etibarna mə üzrə, Cavabdeh1 adından mübahisəli avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. 9. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli avtomobil 25000 manata X1. Müqaviləni Cavabdeh1 adından İddiaçı2 imzalamışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın qanuni qüvvəyə minmiş 2(103)-497/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası zamanı X17 ərizə ilə Nizami rayon icra şöbəsinə müraciət edərək mübahisəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisəli avtomobilin üzərinə həbs qoyulmuşdur.

12. Qərardaddan İddiaçı1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş 8(103)-160/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)34/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “GMC TERRAİN” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X10 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alqı -satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20000 manat, avtomobilə təmir üçün xərclənmiş 5000 manat və mənəvi zərərin əvəzi olaraq 10000 manat, ümumilikdə 35000 manat pul məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, “GMC TERRAİN” markalı (hazırda Tural Nuriyevin mülkiyyətində olan) avtomobil daha öncə X9 mülkiyyətində olmuşdur. Avtomobil bankın girovunda olduğundan Namiq Qafarov tərəfindən bank qarşısında olan öhdəliklər icra olunmadığı üçün Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-394/2016 saylı qətnaməsilə 32006 ABŞ dolları borc X17 və qeyrilərindən tutularaq "x xxx" ASC-nin xeyrinə tutulması, tutmanın X12 məxsus və banka ipoteka qoyulmuş “GMC TERRAİN” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitin N.Qafarovun borcuna yönəldilməsi qət edilmişdir. Həmin qətnamənin icrası olaraq Nizami rayon İcra və Probasiya Şöbəsində xx.xx.2016-cı il tarixli, 2(007)394/2016 saylı icra sənədi üzrə icra icraatı başlanmış, “GMC TERRAİN” markalı avtomobil hərraca çıxarılmış, “X8” MMC-nin keçirdiyi hərracda Hərracın Yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 saylı protokolu ilə həmin avtomobil hazırki iş üzrə Cavabdeh1 satılmışdır. Əldə edilmiş vəsait borclu Namiq Qafarovun borcuna yönəldilmiş, icra icraatına xitam verilmişdir. Lakin, Namiq Qafarov qeyd olunan hərracla razılaşmamış, 2019-cu ildə cavabdehlər "xxxx" MMC, “X 8” MMC, "xxxx" ASC-yə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3- cü şəxs Cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-497/2020 saylı qətnaməsilə “GMC TERRAİN” markalı avtomobilin satılmasına dair hərracın nəticələri etibarsız hesab edilmiş, avtomobilin təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil edilməsi və sair qət edilmişdir. Mübahisəli avtomobillə bağlı məhkəmə icraatının getməsinə, hərracın nəticələrinin ləğv edilməsi, avtomobilin yenidən hərrac yolu ilə satılması barədə məhkəmə aktının olmasına baxmayaraq cavabdehlər Cavabdeh1 və onun adından çıxış edən nümayəndəsi Cavabdeh2 bu barədə iddiaç ılara məlumat vermədən onları aldadaraq avtomobili xx.xx.2020-ci il tarixdə İddiaçı2 baş etibarnamə verməklə etibarnamə əsasında 20000 manata satmışdır. İddiaçı2 xx.xx.2021ci il tarixdə avtomobili Tural Nuriyevin adına keçirmişdir. Lakin əvvəlki iş üzrə tələbkar X17 ərizə ilə Nizami rayon İcra və Probasiya şöbəsinə müraciət edərək Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı avtomobilin üzərinə həbs qoyulmasına və axtarışa verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nizami Rayon Məhkəməsinə təqdimatla müraciət edərək həmin “GMC TERRAİN” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq Nizami rayon İcra və Probasiya Şöbəsinə təhvil verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Nizami Rayon Məhkəməsi təqdimatı qismən təmin etmiş, Tural Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair xx.xx.2021-ci il tarixli qərardad çıxarılmışdır. Həmin qərardaddan T.Nuriyev şikayət vermişdir. Şikayət Nizami Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayətə baxıb şikayəti təmin etməmişdir. Avtomobil 2018-ci il tarixdə hərracdan satılıb, avtomobili Cavabdeh1 almış, 2019-cu və 2020-ci ildə məhkəmələrin qətnaməsi əsasında həmin hərrac etibarsız hesab edilib, avtomobilin yenidən hərrac yolu ilə satılması qət edilib, lakin buna baxmayaraq cavadehlər avtomobili yenidən hərrac yolu ilə satılması üçün İcra şöbəsinə təqdim etmək əvəzinə 2020-ci ildə avtomobili 20000 manata iddiaçılara sataraq onları zərərə salmışdır. Hazırda T.Nuriyevin mülkiyyətində olan “GMC TERRAİN” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququ məhdudlaşdırılıb, həmçinin avtomobilin hərracdan yenidən satılması haqqında məhkəmə aktı var. Bundan başqa, cavabdehlər avtomobili onlara İddiaçı2 adına verdikləri etibarnamə əsasında satıblar, bu zaman alqı-satqı qaydalarına riayət olunmayıb. Odur ki, mübahisəli avtomobilin onlara satılması barədə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, cavabdehlərdən ödədikləri 20000 manat tutularaq iddiaçılara qaytarılmalıdır. Avtomobili alandan sonra onu saz vəziyyətə gətirmək üçün zərurət olduğundan avtomobilə 5000 manat pul xərcləmişdir, həmin pul da cavabdehlərdən tutulmalıdır. Cavabdehl ərin bu cür aldadıcı hərəkətlər etməsi, gözlənilən zərərlərini iddiaçıların üzərinə yönəltmələri, bunun nəticəsində məhkəmə və icra şöbələrində qalmağı iddiaçılarda stres, əsəb gərginliyi yaratmışdır. Onların bu hərəkətləri iddiaçılara mənəvi zərər yetrimişdir, mənəvi zərəri 10000 manat dəyərində qiymətləndirirlər. Odur ki, cavabdehlərdən 10000 manat mənəvi zərərin əvəzi tutulmalıdır.

15. Cavabdeh1 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o pul verib mübahisəli avtomobili almış, təmir etdirərək 20000 manata Cavabdeh2 satmışdır. İddia rədd edilməlidir.

16. Cavabdeh2 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, mübahisəli avtomobili Cavabdeh1 almış, həmin avtomobili İddiaçı2 sataraq 20000 manat məbləğində pul almışdır. İddia rədd edilməlidir.

17. Bakı şəhər Xətai Rayo n Məhkəməsinin (hakim X18) 2(011)-7535/2021 saylı, 9 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq, 10000 (on min) manat İddiaçı1, 10000 (on min) manat İddiaçı2 ödənilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “GMC TERRAİN” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adından iddiaçı X10 adına sonradan rəsmiləşdirilməsinə dair tərtib olunmuş alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz.

19. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada maddi zərər olaraq avtomobilin dəyəri kimi ödənilmiş 20000 manat məbləğinin tutularaq iddiaçıların hər ikisi nə verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmışdır. İddiaçıların izahatlarına əsasən müəyyən edilir ki, avtomobilə görə verilmiş 20000 manat vəsaitin yarısı İddiaçı1 və yarısı isə İddiaçı2 məxsusdur. Odur ki, Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməlidir.

20. Məhkəmə Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı halı məhkəmə iclasında müəyyən edilmədiyindən iddia ona qarşı yönəldilmiş hissədə təmin edilməməlidir.

21. Məhkəmə iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilə təmir üçün xərclənmiş 5000 manat məbləğinin tutularaq iddiaçıların hər ikisinə verilməsi tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçılar tərəfindən qeyd edilən tələb barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1092 və 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- MPM) 14.2, 77.1 və 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xah iş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 avtomobili iddiaçıya satdıqdan sonra götürdüyü 20000 manat pulu Cavabdeh1 əlbəəl vermişdir. Cavabdeh1 bu halı məhkəmə iclasında etiraf etmiş, məhkəmə iclas protokolunda bu barədə qeyd edilmişdir. Lakin qətnamə çıxarılandan iki ay sonra naməlum səbəblərdən hakim qətnaməyə düzəliş edərək onu borclu çıxarmışdır. Həmçinin Cavabdeh2 Konstitusiyada təsbit olunan hüquqları pozulmuşdur.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – X15 (sədrlik edən və məruzəçi), X4 və X14) 2(103)-6128/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7535/2022 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış dır.

27. Məhkəmə kollegiyası "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılışlı avtomobilin satılmasına dair hərracın nəticələrinin, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokolun etibarsız hesab edilməsi, "GMC TERRAİN" markalı, **-NB-*** dövlət nömrə nişanlı, 2010cu il buraxılışlı avtomobil təkrar qiymətləndirilərək hərracın keçirilməsinin yenidən təşkil olunmalı olmasına dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı xx.xx.2020ci il tarixli icra vərəqəsinin icrasının mütləq olmasını, eləcə də bununla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-34/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə həbs qoyulmasını da nəzərə alaraq hesab etmişdir ki, mübahisəli avtomaşın hazırda İddiaçı1 mülkiyyətində olsa da, avtomaşının əvvəlki sahibinin iddiası təmin edildiyindən maşın formal olaraq iddiaçının mülkiyyəti hesab edilir və avtomaşının sözügedən icra vərəqəsinin icrası ilə bağlı icra şöbəsinə təhvil verilməsi labüddür və gözləniləndir.

28. İşin göstərilən halları baxımından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1092 və 1097.1-ci maddələrini hazırki mübahisəyə düzgün tətbiq edərək işin araşdırılmış hallarına əsasən Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmasının müəyyən edilməsinə dair qənaəti ilə razılaşmış və Cavabdeh2 heç bir qanuni əsas olmadan mənimsədiyi 20000 manat məbləğində pulun ondan alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməli olmasına dair nəticəsini qanuni və əsaslı saymışdır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin hesab etmişdir ki, Cavabdeh1 iddiaçıların hesabına əsassız varlandığı halı məhkəmə iclasında müəyyən edilmədiyindən iddianın ona qarşı yönəldilmiş hissədə təmin edilməli olmaması nəticəsinə gəlinsə də, bu hal Cavabdeh2 Cavabdeh1 qarşı iddia qaldırmaq hüququndan istifadə etməyə mane olmur. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, o pul verib mübahisəli avtomobili almış, təmir etdirərək Cavabdeh2 satmışdır.

30. Cavabdeh2 20000 manat pulun Cavabdeh1 verməsi birinci instansiya məhkəməsinin iclas protokolunda əksini tapsa da, həmin protokoldan sonuncunun bu faktı təsdiq etməsi görünmür. Həmçinin Cavabdeh2 mübahisəli avtomaşını Cavabdeh1 alaraq İddiaçı2 satandan sonra əldə etdiyi pulun hamısını Cavabdeh1 hansı səbəblərdən verməli olmasını, nə üçün verməsinin səbəblərini məhkəmə instansiyalarında işə baxılan zaman izah edə bilməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra qəbul etdiyi qərardadla onun Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasına səbəb olmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin qərardaddan şikayət verilməmiş və bu qərardad hazırki apellyasiya baxışının predmeti deyildir. Lakin apellyasiya şikayətinin məzmunu bu qərardadla da əlaqələndirildiyindən məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri sayır ki, qətnamədək i yanlışlığın düzəldilməsi Azərbaycan Respublikasının MPM-nin 228.2-ci maddəsində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində Cavabdeh2 heç bir qanuni və müqavilə əsası olmadan, səlahiyyəti olmadığı halda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli avtomobili sataraq sonuncuların hesabına 20000 manat məbləğində əsassız varlanmasının müəyyən edilməsi və Cavabdeh1 münasibətdə onun iddiaçıların hesabına əsassız varlandığı halın məhkəmə iclasında müəyyən edilmədiyindən iddianın ona qarşı yönəldilmiş hissədə təmin edilməli olmaması göstərildiyi halda qətnamənin nəticə hissəsində pulun Cavabdeh1 tutulmasının yanlış göstərilməsi açıq-aydın aşkardır.

32. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci i l tarixli qərardadının qəbul edilməsinin cavabdehin Konstitusiyada təsbit olunan hüquqlarının pozulmasına səbəb olmasına dair dəlilləri əsaslı sayıla bilməz.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091.1, 1092 və 1097.1-ci, MPM-in 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

34. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1179/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər Sənan Hacıyev (sədrlik edən və mərizəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev) Cavabdeh2 tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6128/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmuş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

36. Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisəli avtomobilin satılmasına dair hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 353 nömrəli protokol etibarsız hesab edildiyindən mübahisəli avtomobilin yenidən hərraca çıxarılmalı olduğuna əsaslansa da nəzərə almamışdır ki, mübahisəli avtomobil X10 mülkiyyətinə hərrac vasitəsi ilə deyil xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi əsasında keçmişdir. Belə ki, Cavabdeh1 mübahisəli avtomobili hərrac vasitəsi ilə əldə etdikdən sonra xx.xx.2020-ci ildə Cavabdeh2 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 103512 nömrəli etibarnamə vermiş, sonuncu da öz növbəsində xx.xx.2021-ci ildə xx.xx.2020-ci il tarixli etibarnamə üzrə, Cavabdeh1 adından çıxış edərək İddiaçı2 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 143120 nömrəli etibarnamə vermişdir. Bundan sonra Nuriyev X2 Nadim Namiq oğlunun adından çıxış edərək X19 ilə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamış və nəticədə mübahisəli avtomobil X10 mülkiyyətinə keçmişdir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

37. Kassasiya məhkəməsi göstərmişdir ki, mübahisəli avtomobil X10 mülkiyyətinə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə keçdiyindən və həmin müqavilə hal-hazırda qüvvədə olduğundan mübahisəli avtomobilin yenidən hərraca çıxarılması qeyri-mümkündür.

38. Apellyasiya instansiyası məhkəməsi əsasız varlanma ilə Cavabdeh2 pulun tutulması qənaətinə gələrkən nəzərə almamışdır ki, mübahisəli avtomobil hərrac vasitəsi ilə Cavabdeh1 satılmış və iddiaçı X7 əvvəl onun mülkiyyətində olmuşdur. Cavabdeh2 isə mübahisəli avtomobilin mülkiyyətçisi olmamış və yalnız etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 adından çıxış etmişdir.

39. Mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

40. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) 2(103)3537/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 9 dekabr 2021-ci il tarixli qətnamənin (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2022-ci il tarixli qərardad nəzərə alınmaqla) apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 20000 manat məbləğində pul vəsaitinin tutularaq, 10.000 manatın İddiaçı1, 10.000 manatın isə İddiaçı2 verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin rədd olunması qət edilmişdir.

42. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli avtomobil iddiaçı Tural Nuriyevin mülkiyyətinə hərrac vasitəsi ilə deyil, xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” əsasında keçmişdir. Belə ki, Cavabdeh1 mübahisəli avtomobili hərrac vasitəsi ilə əldə etdikdən sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh2 geniş səlahiyyətli, o cümlədən avtomobilə dair sərəncam verilməsini özündə ehtiva edən ƏN-Vİİ seriyalı, 103512 saylı etibarnamə vermiş, sonuncu da öz növbəsində, həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlərinin başqasına etibar edilməsi barədə xx.xx.2020-ci il tarixdə İddiaçı2 ƏN- Vİİ seriyalı, 143120 saylı etibarnamə vermişdir. Bundan sonra İddiaçı2 sonuncu etibarnamə əsasında çıxış edərək avtomobilə dair öz qardaşı – digər iddiaçı Tural Nuriyev ilə xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsi” bağlamış və nəticədə avtomobil sonuncunun mülkiyyətinə keçmişdir. xx.xx.2020-ci il tarixli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi ilə bağlı məhkəmələrə hər hansı bir sübut təqdim edilməmişdir. Mübahisəli avtomobil hərrac vasitəsi ilə hazırki iş üzrə Cavabdeh1 satılmış və avtomobil iddiaçı Tural Nuriyevdən əvvəl Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 isə heç vaxt həmin avtomobilin mülkiyyətçisi olmamış və o, öz adından deyil, etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 adından çıxış e tmişdir.

43. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 iddiaçılara münasibətdə əsassız varlanmış şəxs deyil, o, iddiaçılara münasibətdə varlanmamışdır. Bundan başqa Cavabdeh2 iddiaçılara münasibətdə delikt də törətməmişdir. Çünki: birincisi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın; ikincisi, delikt nəticəsində öhdəlik isə o halda yaranır ki, şəxs istər qəsdən və ya ehtiyatsızlıqdan hər hansı bir fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna zərər vurmuş olsun. Hazırki işin faktiki halları ilə isə müəyyən edilir ki, mübahisəli avtomobil hərrac vasitəsi ilə Cavabdeh1 satılmış və onun mülkiyyətinə keçmişdir. Cavabdeh2 isə avtomobilin mülkiyyətçisi olmamış və Cavabdeh1 ona verdiyi etibarnamə əsasında hərəkət edərək, avtomobilə dair səlahiyyətləri digər etibarnamə əsasında İddiaçı2 ötürmüşdür. Cavabdeh2 bu kimi hərəkət etməsi, onun iddiaçıların hesabına əsassız varlanması və ya iddiaçılara zərər vurması kimi qiymətləndirilə bilməz.

44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1092.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçılar İddiaçı1 və İddiaçı2 (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əs aslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil, qətnamə hüquq normalarına uyğun çıxarılmamış, işin müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətləri düzgün qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə tərəflər arasında baş vermiş alqı-satqı münasibətinin etibarsız alqı-satqı münasibəti olduğunu, eyni zamanda cavabdehin etibarsız əqd əsasında əsassız olaraq pul vəsaiti əldə etməsini, cavabdehin özünün düşdüyü zərərdən iddiaçıların hesabına özünü çıxararaq onları həmin zərərə salmasına düzgün hüquqi qiymət verməmişdir. Hazırki işdə iddiaçılar avtomobilin dəyəri olaraq verdikləri 20000 manat puldan və avtomobilin təmirinə çəkdikləri 5000 manat puldan məhrum olublar. Satıcı Cavabdeh2 əməli göz lənilən məqsədə, yəni alqı-satqı münasibətlərinə uyğun olmamışdır. İddiaçıların Cavabdeh2 verdiklərini geri tələb etmək hüququ vardır. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, Cavabdeh2 hərəkətləri iddiaçılara zərər vurulması kimi qiymətlənirilə bilməz. Məhkəmənin mövqeyi düzgün deyildir. Belə ki, Cavabdeh2 satılmalı olmayan, məhkəmə baxışının predmeti olan, elə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə hərrac təşkilatına yenidən hərrac keçirilməsi üçün təqdim olunmalı olan avtomobili iddiaçılardan pul vəsaiti almaqla onlara ötürmüş, özündə az bir müddət saxlamış, bununla da o, əsassız varlanaraq iddiaçılara maddi zərər vurmuşdur. İddiaçılar avtomobildən də, onun dəyəri olan pul vəsaitindən də məhrum olublar.

47. İddiaçılar həmçinin buraxılmış prosessual müddətin bərpasına dair ərizə il ə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)3537/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxdıqları prosessual müddətin buraxılmasının üzürlü sayılaraq bərpa edilməsinə və kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. b)

48. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 21.2. Zərər ded ikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

52. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

53. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum ola nın tələbi ilə ona qaytarmalıdır.

54. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

55. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

56. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual M əcəllə

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

69. İddiaçıların kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və məhkəmə iclaslarında verdikləri izahatlarında göstərdikləri dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

70. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3537/2023 nömrəli iş üzrə 8 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar