Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-443/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi 26.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5153/2024 nömrəli iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 iy un 2014-cü il tarixli D-120/2014 saylı müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh sementlə təchiz etməyi öz öhdəsinə götürür. İddiaçı MMC tərəfindən Cavabdeh təqdim olunan məhsullar 20 təqvim günü müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər. Ödənişi qabaqcadan və ya İddiaçı MMC-dən bilavasitə təhvil alınarkən həyata keçirilməli olan malın dəyəri nəğd olaraq və ya nəğdsiz qaydada 20 gün müddətindən gec olmamaq şərtilə Cavabdeh hesablaşma hesabına ödənilir.
2. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli TM-042 nömrəli müqaviləsindən görünür ki, “Satıcı” olan İddiaçı MMC "xxxx" MMCnin istehsalı olan 40 kq kisələrə doldurulmuş sementi “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malı q əbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli, TM-042 nömrəli müqaviləsindən görünür ki, tərəflər hazırkı müqaviləyə əsasən "xxxx" MMC-nin istehsalı olan 40 kq kisələrə doldurulmuş sementin tərəflər arasında 30 təqvim günü müddətindən gec olmamaqla tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutulur.
4. İddiaçı MMC-nin Cavabdeh barəsində xx.xx.2016-cı il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh oğlunun sement satışı ilə əlaqədar xx.xx.2016-cı il tarixə 5.400 manat ödənilməmiş borcu olmuşdur.
5. İddiaçı MMC-nin Cavabdeh barəsində xx.xx.2017-ci il tarixli maliyyə hesabatından görünür ki, Cavabdeh oğlunun sement satışı ilə əlaqədar 5.400 manat ödənilməmiş borcu olmuşd ur. 6. 20.03.2017-ci il tarixli məxaric xəzinə orderindən görünür ki, X1 100 manat məbləğində nümayəndə xərci qismində pul vəsaiti ödənilmişdir. 7. 01.01.2015-xx.xx.2017-ci illər üzrə gecikmə borcun penya hesablanması qrafikindən görünür ki, Cavabdeh göstərilən müddət ərzində 9.214 manat hesablanmış peniya borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.400 manat əsas borc, 9.214 manat gecikmə faiz borcu, nümayəndəyə çəkilmiş 100 manat xərc, ödənilmiş 30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı olmaqla, cəmi 14.745 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətna mə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən rəsmi satış üzrə distribütoru olaraq bir neçə illərdir ki, "xxxx" markalı sementin satışı ilə məşğuldur. İddiaçı təşkilatın satış üzrə əhatə dairəsi Bakı və Sumqayıt şəhəri, eləcədə Abşeron və digər rayonları əhatə edir. 2014-cü ilin iyun ayında cavabdeh iddiaçı təşkilata müraciət edərək, onun Xəzər rayonu, Binə qəsəbəsi ərazisində qeyri yaşayış sahəsinin (obyekt) olması və həmin yerdə "xxxx" markalı sementin satılması üçün yaxşı imkanlar olduğunu bildirmişdir. İddiaçı tərəfindən həmin obyektə müvafiq baxış keçirildikdən, obyektin satış üzrə perspektivliyini nəzərə aldıqdan, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən xx.xx.2014-cü il tarixdə c avabdeh Xəzər rayonu, Binə qəsəbəsində yerləşən satış üçün nəzərdə tutduğu obyektinə, sifarişə uyğun olaraq ilkin 3.000 manat dəyərində “A klass” növü üzrə "xxxx" markalı sement göndərmişdir. Razılaşmaya əsasən, alıcı hər satış üzrə satıcıya dərhal məlumat verməli və satılmış malın dəyərini iddiaçının kassasına 20 (iyirimi) gün müddətdən gec olmamaq şərti ilə ödəməli idi. Ona müxtəlif vaxtlarda ümumilikdə 15.540 manat dəyərində sement təhvil verilmiş və satılımış malın dəyərinə münasibətdə şirkətə qaytarılan məbləğ isə 10.140 manat təşkil edir. Onun bu günədək şirkətə qalan borcu 5.400 manat təşkil edir. İddiaçı tərəfindən müəyyən müddət razılaşma normal icra olunurdu. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh yaranmış etibardan sui istifadə edir. Ödənişləri getdikcə azaldır və gec-gec ödəyir. İddia ərizəsinə əlavə edilmiş üzləşmə aktından da görünür ki, cavabdeh qəbul etdiyi malın dəyərini, razılaşmanın əksinə olaraq şirkətə daha gec və az həcmdə ödəməsi ilə müşahidə olunur. Dəfələrlə iş yerinə gedilmiş və cavabdehin qardaşına onun şirkətə borclu olduğu və belə getsə müvafiq orqanlara şikayət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin bu gündək həmin məbləğ iddiaçıya qaytarılmamışdır. Bu fakt xx.xx.2016-cı il tarixdə cavabdehin özünün üzləşmə aktında olan imzası ilə də təsdiq olunur. Lakin, üzləşmə aktından sonra bu vaxta gədər cavabdeh iddiaçıya ödəniş etməmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən Xəzər rayon polis idarəsinə cavabdehdən şikayət etmişdir. xx.xx.2016-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar göndərərə k bildirilib ki, aidiyyatı üzrə məhkəmə orqanına müraciət edilməlidir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(005)3774/2017 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Cavabdehin ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(005)-4313/2023 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli, 2(005)-3774/2017 saylı qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraatın təzələnərək baxılması qərara alınmışdır.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(005)2/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 5.400 manat əsas borc, 150 manat gecikmə faizi (cərimə) borcu, hüquqi yardımın göstərilməsi üçün ödənilm iş 100 manat pul, 30 manat dövlət rüsumu, 1 manat bank xidmət haqqı olmaqla, cəmi 5.681 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan aldığı məhsulun dəyərini müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı və iddiaçıya olan 5.400 manat borcunu ödəməlidir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, dəbbə pulu məbləği azaldılmalı, 150 manat müəyyən edilməlidir. Məhkəmə iddia ərizəsinin “nümayəndəyə çəkilmiş xərcin tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, məhkəmə xərcləri qismində göstərilən 100 manat hüquqi yardım üçün çəkilmiş 100 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2, 740.1, 740.2, 462.1, 600.4, 465.2, 467-ci, habelə MPM-in 76-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində guya onun iddiaçıya 5400 manat borcu olduğunu bildirdiyini, bunu üzləşmə aktı ilə əsaslandırdığını, belə olduğu təqdirdə iddiaçının ona üzləşmə aktından sonra heç bir halda sement verməli olmadığını, 2016-cı ilin iyun, iyul aylarında təxmini 5000 manat dəyərində sement verildiyini və onun da Ceyranbatanda satdırdığını, eyni zamanda faizlərin də yüksək hesablandığını qeyd etmişdir. Bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçıya ümumiyyətlə heç bir borcu yoxdur. 3 aylıq məhkəmə prosessində iddiaçı heç bir məhkəmə prossesində iştirak etməmişdir. Bu qət edilmiş qətnamədə də öz əksini tapmışdır. Halbuki iddiaçı məhkəmədə iştirak etmədiyi üçün mülki işə baxılmamış saxlanmalı idi.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)-5153/2024 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən və məruzəçi, F.Qasımov və G.Abbas ova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 15.540 manat dəyərində sement göndərilmiş, cavabdeh həmin məbləği qaytarmağı öhdəsinə götürmüş, həmin məbləğdən 10.140 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmış, lakin cavabdeh 5.400 manat məbləğində borcunu iddiaçıya qaytarmamışdır.
20. Hazırda iddiaçı cavabdehdən ona göndərdiyi sementin dəyəri olan pul məbləğini tələb edir və tələbinin əsası kimi iş materiallarında olan tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli üzləşmə aktına istinad edir.
21. İddiaçı tərəfindən cavabdehə müx təlif vaxtlarda sement göndərilməsi cavabdeh tərəfindən təkzib edilməsə də, onun iddiaya etirazında və apellyasiya şikayətində iddiaçıya ümumiyyətlə heç bir borcu olmamasını göstərmiş, bunu üzləşmə aktından sonra 2016-cı ilin iyun, iyul aylarında ona təxmini 5.000 manat dəyərində sement verildiyini və onun da satılması ilə əsaslandırmışdır.
22. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, müəyyən edilmidir ki, cavabdeh onun sement satışı ilə əlaqədar xx.xx.2016-cı il tarixə 5.400 manat ödənilməmiş borcu olmasını təsdiq edən iş materiallarında olan iddiaçının cavabdeh barəsində xx.xx.2016-cı il tarixli üzləşmə aktını mübahisələndirməmiş, orada qeyd edilənlərin həqiqətə uyğun olmaması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
23. Göründüyü kimi cavabdeh iddiaç ıdan aldığı məhsulun dəyərini müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
24. Məhkəmə kollegiyası cavabdehin üzləşmə aktından sonra 2016-cı ilin iyun, iyul aylarında ona təxmini 5.000 manat dəyərində sement verildiyini və onun da Ceyranbatanda satdıraraq pulunu iddiaçıya verməsinə dair etirazının və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, əvvəla cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
25. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə belə bir hal mövcud olmuş olsa idi belə, bu cavabdehin üzləşmə aktına əsasən borclu olduğu məbləğin qaytarılmasının sübutu kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilməd iyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan 5.400 manat borcunu ödəməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin azaldılaraq 150 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ağlabatan və ədalətlidir.
27. Digər tərəfdən cavabdehin apellyasiya şikayətinin iddiaçının məhkəmədə iştirak etmədiyi üçün mülki işə baxılmamış saxlanmalı olmasına dair dəlillərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərd ar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
28. İş materialları ilə cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi müəyyən edilməmişdir.
29. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının birinci instansiya məhkəməsində guya iddiaçıya 5400 manat borcu olduğunu izahatında etiraf etməsinə dair dəlili ilə bağlı qeyd edir ki, nə qətnamədə, nə də iclas protokolunda cavabdehin iddianı etiraf etməsi göstərilməmişdir.
30. Həmçinin, işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəsatəti ilə onun bibisi oğlu şahid kimi dindirilməsinə baxmayaraq qətnamədə bu ifadənin məzmunu göstərilməyərək ona qi ymət verilməməsini apellyator apellyasiya şikayətində mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu hissəyə hüquqi qiymət verilməsini zəruri saymır.
31. Apellyasiya kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 443.1, 445.2, 448.1, 448.2, 462.1, 465.2, 467, 600.1, 600.4, 739, 739.2, 740-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm Bak ı şəhəri, Nərimanov Rayon məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası iddiaçının təqdim etdiyi xx.xx.2016-cı il tarixli üzləşmə aktına istinad edərək onun şirkətə borcunun qaldığını qeyd edir, lakin hər iki məhkəmə onun həmin aktdan sonrakı tarixlərdə, 2016-cı ilin iyun və iyul aylarında təxminən 5000 manat dəyərində verilmiş sementin Ceyranbatanda satılaraq iddiaçıya verdiyini nəzərə almamış və bu fakta yetərincə hüquqi qiymət verilməmişdir. Bununla da onun hüquqi savadsızlığı üzrə yaranmış boşluğa görə hüquqdan sui-istifadə edilərək alqı-satqı müqaviləsinə əsasən ödədiyi məbləği təkrar ona ödətdirməyə məcbur edilir. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin iclaslarında iddiaçının nümayəndəsi iştirak etməmiş, hər iki məhkəmə tərəfindən iddi açının nümayəndəsi dindirilməmiş və bununla da çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Cavabdeh kasasiya şikayətində a pellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
38. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
39. Maddə 427.3 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
40. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
41. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur;
42. Maddə 445.2 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiy i xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
44. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır.
45. Maddə 462.1 dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğun u sübuta yetirməyə borclu deyildir.
46. Maddə 465.2 əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
47. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
48. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqd a isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
49. Maddə 600.4 əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
50. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (köhnə redaksiyada)
51. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandır ılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (köhnə redaksiyada)
52. Maddə 740 borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. (köhnə redaksiyada). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır.
59. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. Cavabdeh kassasiya şika yətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
62. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 15.540 manat dəyərində sement göndərilmiş, cavabdeh həmin məbləği qaytarmağı öhdəsinə götürmüş, həmin məbləğdən 10.140 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmışdır. Lakin cavabdeh 5.400 manat məbləğində borcunu iddiaçıya qaytarmamışdır.
63. Hazırda iddiaçı cavabdehdən ona göndərdiyi sementin dəyəri olan pul məbləğini tələb edir və tələbinin əsası kimi iş materiallarında olan tərəf lərin imzaları ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli üzləşmə aktına istinad edir.
64. İddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda sement göndərilməsi cavabdeh tərəfindən təkzib edilməsə də, onun iddiaya etirazında və apellyasiya şikayətində iddiaçıya ümumiyyətlə heç bir borcu olmamasını göstərmiş, bunu üzləşmə aktından sonra 2016-cı ilin iyun, iyul aylarında ona təxmini 5.000 manat dəyərində sement verildiyini və onun da satılması ilə əsaslandırmışdır.
65. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdeh iddiaçının ona sement satışı ilə əlaqədar 28 may 2016-cı il tarixə 5.400 manat ödənilməmiş borcunun olmasını təsdiq edən iş materiallarında olan 28 may 2016-cı il tarixli üzləşmə aktını mübahisələndirməmiş və orada qeyd edilənlərin həqiqətə uyğun olmaması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
66. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlillərin təkrar araşdırılmasına lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, k assasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(103)-5153/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.