Məhkəmə qərarları › İş №2(102)-1518/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1518/2024

03.06.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1518/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ilk, Cavabdeh MMC-nin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddia tələblərinə dair birinci mülki iş üzrə iddiaçılar İddiaçı7 və İddiaçı6 cavabdeh "xxxx" Kompani MMC-yə qarşı ilk, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdehlər İddiaçı7, İddiaçı6 qarşı qarşılıqlı iddia tələblərinə dair birləşdirilmiş ikinci mülki iş üzrə QƏRARİ Açar söz lər: müqavilələrin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-208/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC, İddiaçı6 və İddiaçı7 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə 3 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC ilə (bundan sonra – MMC) ünvan 1 ünvanda inşa edilən yaşayış binasının sakinləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli 414 saylı müqavilə ilə, MMC həmin ünvanda inşa edilən 1 saylı yaşayış binasının 2-ci mərt əbəsində ümumi sahəsi 700 kv metr-dən ibarət olan qeyri-yaşayış sahəsini (bundan sonra – obyekt) sakinlərə təhvil verməyi, MMC isə tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq yüksək keyfiyyətlə görərək binanı sakinlərə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, obyektin hər kv metr üçün dəyəri 1500 manat olmaqla, ümumi dəyəri ******* manat müəyyən edilmişdir.

2. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müqavilə üzrə öhdəliyi yerinə yetirdikləri üçün xx.xx.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsini xahiş etsə də, MMC müqavilənin etibarlı olmadığını və heç bir öhdəliyinin yaranmadığını bildirmişdir.

3. İddiaçı6 sözügedən obyektin 375 kv metr olan hissəsinin xx.xx.2008-ci il tarixli 12 nömrəli müqaviləyə əsasən 375000 manata ona satıldığına, İddiaçı7 isə MMC və X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixdə 19 nömrəli müqavilə əsasında sonuncuya satılmış, ümumi sahəsi 325 kv metr olan qeyri-yaşayış sahəsini xx.xx.2017-ci il tarixdə 455000 manata X1 aldığına görə xx.xx.2015-ci il tarixdə bağlanmış 414 saylı müqavilənin etibarsız müqavilə olduğunu bildirərək qeyri yaşayış sahəsinin onların mülkiyyətində olduğunu göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci mülki iş üzrə a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər MMC-yə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbin in dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək MMC ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında olan yaşayış binalarının sakinləri İddiaçı1 və digər 50 nəfər arasında bağlanmış obyektin alqı-satqısını ehtiva edən xx.xx.2015-ci il tarixli, 414 saylı alqı-satqı müqaviləsi üzrə alıcıların satıcıya borcu olmaması barədə maliyyə arayışının və sözügedən qeyri-yaşayış sahəsinin plan-cizgisinin verilməsinin öhdəlik kimi Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən yeni tikilmiş yaşayış binalarındakı mənzilləri müxtəlif vaxtlarda MMC-dən müvafiq qaydada bağlanmış alqı-satqı müqavilələri ilə satın almışdır. Mənzillər satın alınarkən və ondan sonrakı müddətdə yaşayış bina larının hörgü işləri, binanın xaricində suvaq işləri, arakəsmənin hörülməsi, binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi işləri görülməmiş, daxili elektrik xətləri çəkilməmiş, müvafiq liftlər quraşdırılmamış və digər qüsurlar olmuşdur. Sözügedən yaşayış binasının sakinləri tərəfindən həmin qüsurların aradan qaldırılması cavabdehdən tələb olunsa da, cavabdeh həmin qüsurların aradan qaldırılması üçün maddi imkanının olmadığını bildirmiş və binanın sakinləri ilə MMC arasında xx.xx.2015-ci il tarixli 414 saylı yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bu qüsurları binanın sakinləri aradan qaldırmalı, əvəzində MMC obyekti alıcılara təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqaviləni imzalamış binanın sakinləri öz öhdəliklərini tam şəkildə icra edərək müqavilədə əks olunan ******* manatı MMC-yə ödəsələr də, sonuncu çıxarış almaq üçün tələb olunan notarial qaydada alqı-satqı müqaviləsini imzalamaqdan və alıcıların satıcıya borcu olmadığı barədə təmizlik arayışının verilməsindən imtina edir. Belə ki, yaşayış binalarının sakinləri müqavilə imzalandığı tarixdən etibarən müxtəlif vaxtlarda cavabdehə ödənişləri etmiş və bu ödənişlər qəbzlərlə sübut olunur. Sözügedən qəbzlər iddia ərizəsinin qoşmasına əlavə edilmişdir. 2018-ci ildən etibarən MMC-nin möhürünün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən alındığı üçün sakinlərin etdiyi ödəniş üçün MMC tərəfindən qəbz verilməmişdir. Bunun üçün, o tarixdən etibarən hər dəfə sakinlər ödəniş etdikdə öz aralarında bunu təsdiq ed ən akt bağlamaqla bunu təsdiq edirdilər. Hal-hazırda sözügedən qeyri-yaşayış sahəsinə alıcıların mülkiyyət hüququnu təsdiqləyən çıxarış almaq üçün xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin notarial təsdiq olunmuş müqaviləyə bərabər hüquqi qüvvəyə malik olması barədə məhkəmə qərarı tələb olunur.

6. MMC isə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək ilk iddia tələbinin rədd edilməsi, obyektə dair xx.xx.2015ci il tarixdə bağlanması qeyd olunan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavil ə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən iddiaçıların hazırkı iddia tələblərini irəli sürməkdə məqsədləri etibarsız əqd əsasında obyektə sahiblənməkdir. Hazırki iş üzrə iddianın predmetini təşkil edən xx.xx.2015-ci il tarixli müqavilə barədə onların məhkəmə bildirişi, iddiaçıların iddia ərizəsi və müqavilə alındıqdan sonra məlumatları olmuşdur. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bu müqavilənin bağlanması zamanı mülki qanunvericiliyin tələblərinə əməl olunmamış, müqavilə üçün müəyyən edilmiş mühüm şərtlər müqavilədə nəzərdə tutulmamışdır. Belə ki, həmin müqavilədə birinci tərəf kimi MMC qeyd olunmuşdur. Müqavilənin digər tərəfi isə qeyri-müəyyən ifadə olunmuş, müqavilə bağlayan şəxslərin adları (soyadı, adı, atasının adı), şəxsiyyətin təsdiq edən sənəd və sair hal lar qeyd olunmamışdır. Həmçinin müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin hansı hissələrdə kim tərəfindən əldə edilməsi və ya əmlakın ümumi mülkiyyətə keçməsi və s. şərtlər mövcud deyildir. Bunlardan başqa, bu müqavilənin bağlanmasına həmçinin MMC-nin iradə ifadəsi olmamışdır. Lakin hazırda MMC və iddiaçılar arasında xx.xx.2015-ci il tarixdə bağlandığı bildirilən və dəyəri ******* manat təşkil edən müqavilənin bağlanması üçün MMC-nin səhmdarlarının ümumi yığıncağında belə bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə həmin tarixdə səhmdarların ümumi yığıncağı çağırılmamış və yığıncaq keçirilməmişdir. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən MMC-nin təsisçilərinə məlumat vermədən və səhmdarların ümumi yığıncağının qərarı olmad an hazırki iş üzrə iddiaçılara satılması barədə saxta müqavilə tərtib edilmişdir. xx.xx.2015-ci il tarixli müqavilənin uydurma və əhəmiyyətsiz əqd olması, həm də onunla təsdiq edilir ki, alıcı qismində müqaviləni imzalayan şəxslər qeyri-yaşayış sahəsinin dəyərini MMCyə ödəməmişlər. Həmin məbləğin əvəzinə görülməsi nəzərdə tutulmuş işləryaşayış binaların su-kanalizasiya, lift və elektrik işləri də iddiaçılar tərəfindən icra olunmamışdır. Çünki, həmin işlərin aparıldığı halda, müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MMC-nin keçmiş rəhbəri Məzahir Cəfərov bu kimi əməllərə yol verdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi il ə cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan vəfat etdiyinə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. MMC-nin adından cavabdehlərlə bağlanması qeyd olunan müqavilə əhəmiyyətsiz hesab edildiyindən bağlandığı andan etibarsızıdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə hesab etmişdir ki, iddiaçılar sözügedən müqavilə üzrə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir. Bu halı iş materiallarında olan kassa mədaxil qəbzləri və tərtib edilmiş aktları sübut edir. Mülki qanunvericiliyin tələblər i baxımından MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

10. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə göstərmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan kəsici müddətlər tətbiq edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirdiyi tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhk əmədə mübahisələndirməmişdir. İddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə, MMC-nin mübahisəli müqavilədən məlumatlı olmaması inandırıcı deyil. Cavabdeh MMC-nin müqavilə bağlanan zaman direktoru olmuş M.Cəfərovun ölümündən sonra sözügedən müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfərlərlə Cavabdeh MMC-yə müraciətləri olsa da həmin müqaviləni yalnız xx.xx.2021-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339, 354, 385, 386, 421 və 422-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. MMC apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçıların təqdim etdiyi və məhkəmənin sübut kimi istinad etdiyi bu üç aktda qeyd olunan pul vəsaitlərinin cəmi – 98300 manat təşkil edir. Sözügedən aktlar birtərəfli qaydada təsdiq olunmuşdur, hər üç akt MMC tərəfindən təsdiq olunmadığı üçün də iş üzrə mötəbər sübut hesab edilə bilməzlər. Lakin iddiaçıların özlərinin təqdim etdiyi xx.xx.2015ci il tarixli müqavilədə satılması nəzərdə tutulan obyektin dəyəri ******* manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda, * ****** manatın ödənilməsi barədə maliyyə arayışının verilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi anlaşılmazdır. Digər tərəfdən, iddiaçıların istinad etdiyi aktlarda 98300 manat dəyərində işlərin görüldüyü qeyd olunsa da, bu işlərin nə vaxt, harada və kim tərəfindən görülməsi, pulun kim tərəfindən və kimə ödənilməsi barədə aktda hər hansı qeyd yoxdur. Aktdan kənar da bu məlumatları əks etdirən sənəd mövcud deyildir. Həmçinin görüldüyü iddia edilən işlərin təhvil-təslimi barədə aktlar da yoxdur. Lakin bütün bunlar işə baxan məhkəmə üçün əhəmiyyət kəsb etməmişdir. Halbuki, bu kimi məlumatların aktlarda qeyd olunmaması, bununla bağlı təsdiqedici sənədlərin olmaması həmin aktların həqiqiliyini şübhə altına alır. 2021-ci ildə isə bir sıra bina sakinləri ayrı-ayrılıqda ərizələrlə MMC- yə müraciət edərək bildirmişlər ki, X9, X7, X4, X11 (hazırki iş üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı3 binaların tamamlanma işlərinin və kommunikasiya xətlərinin qurulması adı ilə bina sakinlərindən müxtəlif məbləğlərdə pul yığmışlar. Lakin yığılan həmin pulların hansı işlərin görülməsinə sərf edilməsi barədə sakinlərə məlumat verilməmiş, işlər də görülməmişdir. Müraciətlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda adları göstərilən şəxslər bina sakinlərinin etibarından sui-istifadə onlardan təxminən ******* manatdan çox pul vəsaiti yığmışlar və həmin pulları binaya sərf etməmişlər. Bunları müəyyən edən MMC şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Prokurorluğuna müraciət etmişdir. MMC məhkəməyə vəsatət verərək prokurorluğa sorğu verilərək, həmin şikayət ərizəsi əsasında apar ılan araşdırma barədə məlumatın və tərəflərin verdikləri izahatların tələb edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə bu vəsatətləri əsassız olaraq rədd etmişdir. Hazırda MMC-nin müraciəti əsasında prokurorluqda araşdırma davam edir. Apellyasiya şikayətinin digər dəlilinə görə MMC-nin icraçı direktoru Adil Hüseynovun məhkəməyə təqdim etdiyi müqavilənin əslinə isə heç bir hüquqi mövqe bildirilməmişdir. Lakin hər iki müqavilənin bir-biri ilə müqayisəsi zamanı müəyyən edilmişdir ki, bu müqavilələrin məzmunu eynilik təşkil etsə də, müqavilə eyni şəxslər tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçıların təqdim etdiyi müqavilə 3 səhifədən ibarətdir ki, müqavilənin 1-ci və 2-ci vərəqində M.Cəfərovun imzası və MMC-nin möhürü vardır. Müqavilənin 2-ci səhifəsindən görünür ki, “alıcı” qismində müqa viləni Bağışov, Vəliyev, Nuriyev, Məmmədov, İslamov, Mustafayev imzalamışlar. Müqavilənin 3-cü vərəqində olan MMC-nin möhür klişe üzərindən vurulmamışdır. Həmin vərəqdə heç MMC-nin direktoru M.Cəfərovun imzası da yoxdur. Bundan başqa, 3 vərəqdə adları qeyd olunan şəxslərdən çox hissəsi, bildirirlər ki, onlar belə bir müqavilə imzalamamışlar. Göründüyü kimi, ortada eyni nömrə altında eyni tarixli 2 müqavilə mövcuddur. MMC-də aşkar olunmuş müqaviləni yalnız iki nəfər – Bağışov və Nuriyev imzalamışdır. İddiaçıların təqdim etdiyi müqavilənin ikinci vərəqində isə 5 şəxsin adı (Bağışovdan başqa R.Vəliyev, E.Nuriyev, B.Məmmədov, M.İslamov və İddiaçı2) qeyd edilmiş və həmin şəxslər müqaviləni imzalamışlar. 3-cü vərəq isə sonradan müqaviləyə əlavə olunmuşdur və ya sonradan həmin səhifəyə ayrı-ayr ı adamlar imza etmişlər. Həmin vərəqdə adları qeyd olunan şəxslərdən çox hissəsi isə israrla bildirmişlər ki, onlar bu müqaviləni imzalamamışlar. İddiaçıların təqdim etdikləri müqavilənin 3-cü səhifəsində, yəni arxa hissəsində MMC-nin möhürünün vurulması forması ilə 1-ci, 2-ci səhifəsindəki möhürlər də fərqlidir. Bu isə əsaslı şübhələr doğurur. Bu faktın ekspert rəyi ilə də təsdiq olunması üçün MMC məhkəmə-xəttşünaslıq və sənədin məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim olunmuşdur. Halbuki, ekspertiza rəyinin alınması tərəflər arasında mövcud olan mübahisənin düzgün və ədalətli həlli üçün vacib idi. Həmçinin həmin obyekt başqa şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh MMC və İddiaçı6 arasında xx.xx.2008-ci il tarixdə 12 №-li müqavilə bağlanmı şdır. Həmin müqavilənin şərtlərinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin 375 kv metr. ibarət hissəsi İddiaçı6 mülkiyyətinə verilməli, sonuncu isə həmin əmlakın razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 375000 manat İddiaçı6 tərəfindən MMC-yə ödənilmiş, MMC isə həmin əmlakı İddiaçı6 təhvil vermişdir. Bundan başqa, MMC və X6 arasında xx.xx.2008-ci il tarixdə 19 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, mübahisəli qeyri-yaşayış sahəsinin 325 kv metr. ibarət hissəsi Ş.Quliyevanın mülkiyyətinə verilməli, sonuncu isə həmin əmlakın razılaşdırılmış dəyərini MMC-yə ödəməlidir. Hər iki tərəf müqavilənin şərtlərinə əməl etmiş, qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 455.000 man at Ş.Quliyeva tərəfindən MMC-yə ödənilmiş, MMC isə həmin əmlakı Ş.Quliyevaya təhvil vermişdir.Sonradan Ş.Quliyeva həmin qeyriyaşayış sahəsindən İddiaçı7 xeyrinə imtina etmiş və xx.xx.2017-ci il tarixdə MMC ilə İddiaçı7 arasında 21 №-li müqavilə bağlanmış, sonuncu mübahisəli 700 kv metr ibarət qeyri-yaşayış sahəsinin 325 kv metr hissəsinin mülkiyyətçisinə çevrilmişdir. İkinci mülki iş üzrə a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı6 cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, obyektə dair bağlanmış 2 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilənin etibarsiz hesab edilməsi bаrədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə arasında bağlanmış 12 avqust 2008-ci il tarixli müqaviləyə əsasən o, obyektə görə 375000 manat ödəməyi, MMC isə oranı ona təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni tarixli maliyyə arayışına əsasən obyektin pay dəyəri İddiaçı6 tərəfindən tam ödənilmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, MMC tərəfindən qanunsuz olaraq 2 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilə ilə İddiaçı6 obyekti başqa vətəndaşlara satılmışdır.

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh İddiaçı6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, obyektə dair bağlanmış 12 avqust 2008-ci il tarixdə 12 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

17. Üçüncü şəxslərin iddia tələbi yuxarıda qeyd olunmuş 1-ci işə dair məlumatlara istinad edilməklə onunla əsaslandırılmışdır ki, MMC həmin iş üzrə qətnamədən apellyasiya şikayəti vermiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hazırda isə, İddiaçı6 MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Odur ki, bu iş üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində işə cəlb olunmaq zərurəti yaranmışdır. İlk iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməli və xx.xx.2008-ci il tarixli 12 nömrəli müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, MMC dəfələrlə bu cür saxtakarlıqlardan istifadə edərək köhnə tarixə saxta müqavilələr bağlamış və nəticədə əmlakı iki və ya daha çox şəxsə satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-169/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsində (sədrlik edən İ.Xəlilov) aşağıdakılar göstərilmişdir: “Məhkəmə kollegiyası qeyd edir ki, dəfələrlə keçirilmiş ekspertiza tədqiqatı nəticələrinin eyni olması həmin rəylərlə müəyyən edilən halların həqiqiliyinə şübhə yeri qoymur. Hər dəfə ekspert rəyləri ilə X2 məxsus müqavilə və ona verilmiş maliyyə arayışındakı imzanın Məzahir Cəfərova məxsus olmasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. İşə baxan məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Sərkərova ilə bağlanmış müqavilə sonradan arxa tarixə tərtib edilmişdir. Ona görə məhkəmə qətnamə çıxarmaqla yanaşı eyni zamanda fakta görə xüsusi qərardad çıxarmışdır. MMC-nin məhkəmə mübahisələri ilə bağlı təcrübəsi göstərir ki, həmin şirkətdə müqavilələrin arxa tarixə tərtib edilməsi adi hal almış dır. Dəfələrlə həmin faktlarla bağlı xüsusi qərardadlar çıxarılsa da, hüquq mühafizə orqanları hazırki vaxta qədər həmin məsələyə cinayət hüquqi qiymət verməmişdir.” Göründüyü kimi, MMC-nin saxtakarlıqları təsdiq olunsa belə onların əməllərinə hüquqi qiymət verilmir. Eyni zamanda həmin obyektə indiyədək çıxarış alınmadığı, təmir olunmadığı, sahiblik edilmədiyi faktlarını göz önünə alınsa qeyd olunan müqavilələrin MMC tərəfindən saxta formada tərtib olunduğu aşkar olur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********75 saylı cavab məktubunda qeyd edilmişdir: “Bildiririk ki, məhkəmə qərardadında qeyd olunan obyekt daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.” Göründüyü kimi MMC keçmiş tarixə müqavilə tərtib etməy i düşünsə də həmin qeyri-yaşayış sahəsinə çıxarış almağı unutmuşdur. Bununla yanaşı sözügedən müqavilələr üzrə maliyyə arayışları təqdim olunsa da kassa-mədaxil orderlərinin, plan cizginin təqdim edilməməsi MMC-nin növbəti saxtakarlığının göstəricisidir. Vəkil tərəfindən sözügedən saxta müqavilələrin nüsxələrinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olubolmaması barədə sorğu verilmiş və qeyd olunan qurum tərəfindən verilən cavab məktubuna görə həmin müqavilələrin onlarda olmaması bildirilmişdir. MMC-nin keçmiş direktoru Məzahir Cəfərov barəsində 2015-ci ildə cinayət işi başlayan zaman daşınmaz əmlakların bir neçə nəfərə satılmasının və keçmiş tarixə müqavilələrin tərtib olunmasının qarşısını almaq üçün MMC-yə məxsus bütün müqavilələr, hüquqi sənədlər və möhür Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən alınmışdır. İddia tələbinin predmeti olan obyekt sakinlər tərəfindən əldə edildikdən sonra satılacaq və əldə olunan məbləğ sözügedən binaların liftlərinin quraşdırılmasına, dayaq konstruksiya işlərinin görülməsinə, fasadın rənglənməsinə və binaların digər ehtiyaclarının qarşılanmasına xərclənəcəkdir. Göründüyü kimi qeyd olunan məsələlər MMC tərəfindən görülməli olduğu halda əsassız bəhanələrlə görülmür və buna görə də yüzlərlə sakininin həyat və sağlamlığını təhlükə altına qoyur.

18. İddiaçı7 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək obyektə dair bağlanmış 2 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilənin etibarsız hesab edilməsi bаrədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı7 iddia tələbi onun la əsaslandırılmışdır ki, onunla MMC arasında bağlanmış 9 avqust 2017-ci il tarixli müqavilə ilə Bakı şəhəri F.Bayramov küçəsi 1156 ünvanında yerləşən 1 saylı yaşayış binasının 2-ci mərtəbəsində ümumi tikinti sahəsi 325,0 m2 olan qeyri-yaşayış sahəsinə görə 455000 manatı sonuncuya ödəməyi və MMC isə qeyri-yaşayış sahəsini ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bu yaxınlarda ona məlum olmuşdur ki, MMC tərəfindən qanunsuz olaraq 2 iyun 2015-ci il tarixdə 414 nömrəli müqavilə ilə İddiaçı7 qeyri-yaşayış sahəsi başqa vətəndaşlara satılmışdır. Halbuki həmin qeyri-yaşayış sahəsi ona satılmışdır.

20. Müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdeh İddiaçı7 qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, obyektə dair MMC və X8 arasında bağlandığı qeyd olunan xx.xx.2008-ci tarixli 19 nömrəli müqavilənin və MMC ilə İddiaçı7 arasında bağlanıldığı qeyd olunan xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

21. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin cavabdeh İddiaçı7 qarşı iddiası cavabdeh İddiaçı6 olan iddiası ilə eyni məzmunda olmuşdur.

22. Məhkəmənin qərardadı ilə İddiaçı7 cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair 2(005)-3034/2022 nömrəli mülki işlə İddiaçı6 cavabdeh MMC-yə qarşı "müqavilənin etibarsız hesab olunması” tələbinə dair 2(005)3027/2022 saylı mülki işlərin birləşdirilərək bir icraatda baxılması və mülki işə 2(005)3027/2022 nömrəsinin verilməsi qərara alınmışdır.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-173/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı7 və İddiaçı6 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cəlb olunmaqla) xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddianın rədd edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia tələbinin isə təmin edilərək MMC və X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 19 saylı müqavilə, MMC və İddiaçı7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 21 nömrəli müqavilənin, MMC və İddiaçı6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 12 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir (hakim Mehriban Əfəndizadə ).

24. Birinci instansiya məhkəməsi İddiaçı6 və İddiaçı7 iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlər xx.xx.2015-ci il tarixli, 414 saylı müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, mülki işin materialları ilə təsdiqini tapır ki, 50 sakinlə bağlanmış müqavilə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış, MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, illər ərzində bina sakinləri həmin müqaviləyə əsasən ödənişlər etmiş (müvafiq çeklər məhkəməyə təqdim edilmişdir); cavabdeh isə həmin ödənişləri qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İddiaçı7 iddiasını qəbul edərək, qeyri-yaşayış sahəsinin ona təhvil verildiyini, müqavilənin bağlanmasında özünün də iştirak etdiyini bildirsə də, mülki işin materialla rında hətta İddiaçı7 ilə müqavilə bağlandığı tarixdən (9 avqust 2017-ci il) sonrakı tarixlərdə aparılmış ödənişləri təsdiq edən çeklər mövcuddur.

25. İkinci bir tərəfdən, daha əvvəlki tarixə bağlanmış müqavilələr barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sifarişi tərəfindən aparılmış xx.xx.2013-cü il tarixli Audit rəyindən də görünür ki, rəyin 2013-cü ildə tərtib edilməsinə baxmayaraq, 2008-ci il tarixli müqavilələr barədə heç bir qeyd yoxdur, Rəydə nə İddiaçı6, nədə X3 həmin qeyri yaşayış sahəsi ilə bağlı hər hansı hüquqlarının olmasını təsdiq edən hal müəyyən edilməmişdir.

26. Bütün göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, 2008-ci ildə İddiaçı6 və X8 ilə MMC arasında bağlanmış müqavilələr etibarsızdır.

27. X8 ilə cavabdeh arasında bağlanmış müqa vilə etibarsız hesab olunduğundan, 2017-ci ildə İddiaçı7 ilə cavabdeh arasında bağlanmış müqavilə də etibarsızdır və bunun əlavə sübut edilməsinə zərurət yoxdur. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

28. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respub likasının Mülki Məcəlləsinin 157.8, 158.4, 337.1, 337.3, 337.4, 340.2, 351, 385, 390, 399, 425, 427, 452 və 528-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

29. İddiaçılar İddiaçı6 və İddiaçı7, eləcə də, cavabdeh "xxxx" Kompani MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

30. İddiaçı6 apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, özünün iddiasının təmin, 3-cü şəxslərin iddiasının isə rədd edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, auditor rəyində 2008-ci il tarixli müqavilələrin qeyd olunmaması, hələ həmin müqavilələrin, o cümlədən də İddiaçı6 ilə müqavilənin bağlanmamasını təsdiq etmir. Çünki, həmin rəydə heç bir qeyri-yaşayış sahəsi barədə məlumat mövcud deyil. Digər tərəfdən, audit rəy inə əlavə olunmuş siyahını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təsisçilərdən biri (hal-hazırda məhkəmə hökmünə əsasən çəza çəkir) Sahib İbrahimov təqdim etmişdir. Digər tərəfdən məhkəmənin öz qətnaməsində istinad edilən auditor aktı və MMC-nin təsisiçisi Sahib İbrahimovun təqdim etdiyi siyahının heç bir hüquqi qüvvəsi yoxdur. Bu fakt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-2929/2021 saylı mülki iş üzrə alınmış xx.xx.2021-ci il tarixli məktubunda öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda qeyd edilən akta hüquqi qiymət verilmədiyi göstərilmişdir. Həmçinin, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq orqanının və ya məhkəmənin hər hansı yekun qərarı yoxdur.

31. İddiaçı7 apellyasiya şikay ətində qətnamənin ləğv edilməsini, özünün iddiasının təmin, 3-cü şəxslərin iddiasının isə rədd edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, obyektə dair MMC və X6 arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə tərəflərinin razılaşması əsasında Şəlalə Quliyeva qeyri-yaşayış sahəsinin hər bir kv metri üçün 1400 manat olmaqla, ümumi olaraq 455000 manat məbləğində pulu MMC-yə ödəmişdir. Qeyri-yaşayış sahəsinin dəyərinin MMC-yə ödənilməsi MMC tərəfindən verilmiş "xxxx" ilə tam təsdiq edilir. Qeyri-yaşayış sahəsinə dair MMC və Şəlalə Quliyeva arasında bağlanmış müqavilə, habelə sonuncunun adına verilmiş maliyyə arayışı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. X10 həmin qeyri-yaşayış sahəsindən hazırki iş ü zrə müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı7 xeyrinə imtina etmiş və xx.xx.2017-ci il tarixdə MMC ilə İddiaçı7 arasında 21 №-li müqavilə bağlanmış, sonuncu mübahisəli 700 kv metr ibarət qeyri-yaşayış sahəsinin 325 kv metr hissəsinin mülkiyyətçisinə çevrilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinə dair MMC və Şəlalə Quliyeva arasında müqavilə bağlandığı vaxt Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olduğu 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd edilən maddi hüquq normasının tələbinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin Şəlalə Quliyeva mülkiyyətçisi olmasına baxmayar aq, qeyri-yaşayış sahəsinin MMC-nin keçmiş direktoru Məzahir Cəfərov tərəfindən hazırki iş üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və başqalarına guya satılması barədə saxta müqavilə tərtib edilmişdir. Halbuki, həmin müqavilənin bağlanması zamanı, mübahisəli qeyri-yaşayış sahəsinin 375 kv metr hissəsi artıq İddiaçı6 hüquqları ilə yüklü olmuşdur. X5 natamam mülkiyyətində ola-ola və bu barədə bağlanmış müqavilə ləğv edilmədən, etibarsız hesab edilmədən MMC ilə digər şəxslər arasında, Şəlalə Quliyevanın iradə ifadəsi olmadan xx.xx.2015-ci il tarixli müqavilə bağlana bilməzdi. Belə olan halda hesab edilməlidir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair MMC ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və başqaları arasında bağlanmış müqavilə qanunvericiliyin tə ləbləri pozulmaqla bağlanmışdır.

32. Cavabdeh "xxxx" Kompani apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, 3cü şəxslərin iddiasının rədd, iddiaçılar İddiaçı6 və İddiaçı7 iddiasının isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4837/2023 nömrəli, 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə hər iki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır (hakim Sabit Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər Xumar Mərdanovadan və Elnur Həsənovdan ibarət tərkibdə).

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2023 nömrəli 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-375/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-173/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqli olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Bu mənada, MMC-nin mübahisələndirdiyi müqavilənin eyni anda həm etibarsızlığını, həm də ləğvini tələb etməsi hər bir halda xoş olmayan və hüquqdan sui-istifadə etmək niyyətindən xəbər verir ki, bu da yolverilməz hal sayılır.

36. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340-cı maddəsi, yaxud etibarsızlığın əsasını nəzərdə tutan digər normaları nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası (faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq Cavabdeh MMC-nin, İddiaçı6 və İddiaçı7 iddia tələblərinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır. Əksinə, Cavabdeh MMC-nin sonradan əvvəlki tarixə İddiaçı6 və İddiaçı7 adına tərtib etdiyi müqavilələr əhəmiyyətsiz və puç əqd sayılır. Çünki, xx.xx.2015ci il tarixli müqavilənin etibarlılığına təsir etmək məqsədilə bu cür vasitələrdən istifadə ediblər. Cavabdeh MMC-nin analoji işlərdə bu cür vasitələrdən istifadə etmələri ilə bağlı hallar məhkəmə təcrübəsində olmuşdur

37. Birinci iş üzrə iddiaçılar, ikinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərlə MMC arasında hazırki mübahisənin yaranmasının səbəbi aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur. Bu müqavilə mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi də qiymətləndirilə bilər. Çünki, müqavilənin şərtlərində müxtəlif müqavilələrə aid elementlər mövcuddur. Başqa sözlə, bu cür müqavilə Mülki Məcəllədə konkret nəzərdə tutulmasa belə ona zidd də de yil, hər hansı digər şəxsin hüquqlarını da pozmur. Müqavilə üzrə tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçılar üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh MMC öhdəliyini yerinə yetirmək istəmir, müxtəlif bəhanələrlə, o cümlədən hüquqdan iddiaçılara zərər vurmaq məqsədilə sui-istifadə edərək nəinki bundan yayınır, üstəlik ayrı-ayrı şəxslərin adına sonradan əvvəlki tarixlərə, yəni xx.xx.2015-ci il tarixdən əvvəlki dövrdə bağlandığı görüntüsü yaradan puç müqavilələr tərtib etməklə süni surətdə yeni-yeni əsassız məhkəmə mübahisələrinin yaranmasına şərait yaratmaqla faktiki olaraq iddiaçıların tələb etdiyi sənədləri onlara könüllü olaraq verməkdən bu cür vasitələrlə yayınmağa çalışır. MMC xx.xx.2015-ci il tarixli müqavilənin tərəfi olan çoxsaylı bina sakinlərinin müqavilənin 2.2, 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 və 2.2.5-ci bəndlərində nəzərdə tutulan öhdəliyini yerinə yetirmədiyini göstərsə də, bu hallar iş materialları ilə təkzib edilir. Çünki, həmin bəndlərdə bina sakinləri cəmi bir milyon əlli min manatı nağd şəkildə MMCyə ödəmək öhdəliyi götürməmişlər. Öhdəlik qeyd olunan məbləğlərin bu binaların sukanalizasiya, lift və elektrik işlərinin görülməsinə sərf edilməsindən ibarət olmuşdur. Sərf edilmiş məbləğlərə dair həm MMC-nin kassa mədaxil orderləri, həm də görülmüş işlər aktlaşdırılmışdır. Bu işlərin görülmədiyinə dair bina sakinlərindən heç bir etiraz olunmamış, olunsa belə bunun artıq MMC-yə heç bir aidiyyəti yoxdur. Çünki, apellyasiya baxışı zamanı da məlum oldu ki, artıq MMC kimi binaların idarəetməsindən də kənarlaşdırılmış, yeni idarəedici qurum yaranmışdır. Burada, MMC-nin prokurorluğa müraciət etməsinin də şikayətin əsaslılığına heç bir təsiri ola bilməz. Çünki, müqavilə tərəfi olan yaxud olmayan bina sakinlərindən kiminsə hansısa bina sakinlərindən qanunsuz olaraq cinayət yolu ilə hansısa məbləğdə pul alması həqiqi olsa belə bu hallara görə cinayət təqibi üzrə araşdırma aparılaraq müvafiq qərar qəbul edilməklə hüquqi qiymət veriləcəkdir. Bu məsələdə MMC-nin “narahat” olmasına da heç bir zərurət yoxdur.

38. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçılar, həm də İddiaçı6 və İddiaçı7lə bağlanmış müqavilələrin etibarlılığı baxımından hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilmə si qanuni yanaşma deyildir. Çünki, məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin əmlak digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, Cavabdeh MMC qeyri-yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni birinci iş üzrə iddiaçılara vermişdirsə, onda İddiaçı6 və İddiaçı7 xx.xx.2015-ci il tarixli müqavilənin etibarsızlığını, yaxud qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal d a bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər. Buna görə də, hazırki iş üzrə qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçılara təhvil verilməsi və onların sahibliyində olması işin mübahisəsiz halıdır, apellyasiya baxışı zamanı da MMC, İddiaçı6 və İddiaçı7 qeyri-yaşayış sahəsinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə bina sakinlərinin sahibliyində və istifadəsində olmasını inkar etmədi. Lakin hazırki iş üzrə İddiaçı6 və İddiaçı7 mübahisəli qeyri-yaşayış sahəsinə görə MMC-yə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir, üstəlik qeyriyaşayış sahəsinin səkkiz ildən artıq müddətdə xx.xx.2015-ci il tarixli müqavilə üzrə iddiaçıların sahibliyində və istifadəsində olması da işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə MMC-nin səlahiyyətli şəxslərinin sonradan İddiaçı6 və İddiaçı7 adına saxta sənədlər tərtib edərək hazırki iddiaları irəli sürmələri isə əlbəttə ki, yolverilməzdir. Çünki, bu hal açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə edib başqalarına zərər vurmaq məqsədi daşımışdır.

39. Göstərilənlərlə yanaşı, əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi m əsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndlərində qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına gö rə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mübahisələndirilən xx.xx.2015-ci il tarixli müqavilə müvafiq razılığın olmamasına(MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarının olmamasına görə) görə etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki, əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur(MM.m.355.1,355.2). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayd a müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir(MM.m.357). Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur(Mülki Məcəllənin 358.1 və 358.2-cü mad.). Göründüyü ki, hətta qəbul edilsə belə ki, xx.xx.2015-ci il tarixli müqavilə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı və razılığı olmadan imzalanmışdır, bu müqavilə həm hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş, həm də səlahiyyətli şəxs tərəfindən imzalanmış, altı il ərzində MMC-nin vəzifəli şəxsləri tərəfindən mübahisələndirilməmiş, əksinə müqavilə üzrə edilən ödənişləri qəbul etmiş, demək ki, müqaviləni nəinki bağlanmasına razılığını ifadə etmiş və bəyənmiş, həmçinin əhəmiyyətsiz əqd olsa belə əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirildiyindən, eləcə də əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs kimi təsdiq etdiyindən, bununla da əqdi mübahisələndirmk hüququnu itirmişdir. Çünki, təsdiq etmə, razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da Cavabdeh MMC, İddiaçı6 və İddiaçı7 iddialarının rədd edilməsi üçün müstəqil əsas sayılır.

40. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, Cavabdeh MMC, İddiaçı6 və İddiaçı7 üçün o zaman istək lərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür, yəni Cavabdeh MMC, İddiaçı6 və İddiaçı7 iddialarınn rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifa də etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, əqdin etibarsızlığının əsası və hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.4, 337.1, 337.3, 337.4, 340.2, 351, 385, 390, 399, 425, 427, 452, 528-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh MMC (Vəkil6) və İddiaçı6 (Vəkil4 Cümşüd qızı) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 MMC və DƏDKR-nın 1 saylı Bakı Əraz i İdarəsinə qarşı sənədlərin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi barədə” ilk iddia tələbinin rədd edilməsi; MMC-nin İddiaçı1 və İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməsi; İddiaçı6 cavabdeh İddiaçı1 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia tələbinin təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 İddiaçı6 qarşı “müqavilənin etibarsız hesab olunması barədə” iddia tələbinin rədd edilməsi, İddiaçı7 cavabdeh İddiaçı1 və başqalarına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiası təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 İddiaç ı7 qarşı “müqavilənin etibarsız hesab olunması barədə” iddiası rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

43. MMC-nin kassasiya şikayəti iddia ərizəsi iddia ərizələrinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı6 tərəfindən xx.xx.2008-ci il tarixli müqavilə üzrə 375000 manat məbləğində ödənişin, xx.xx.2008-ci il tarixli müqavilə üzrə isə Şəlalə Quliyevanın 455000 manat ödəniş etməsi faktına apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir.

44. İddiaçı6 kassasiya şikayəti də onun iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, cavabdehlər tərəfindən ob yektin dəyəri tam ödənilmişdir. Halbuki, müqavilənin dəyərinin ******* manat olmasına baxmayaraq, qəbzlərdən 2015-17-ci illər ərzində cəmi 37.000 manat ödəniş edildiyi görünür. Həmçinin, onun tərəfindən müqavilə üzrə 375.000 manat pulun ödənilməsi faktına məhkəmə kollegiyası tərəfindən hər hansı hüquqi qiymət verilməmişdir.

45. İddiaçı7 da (Vəkil5 Hətəm oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. İddiaçı7 kassasiya şikayətini onun apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Birinci iş üzrə ilk iddiaçılar məhkəmə kollegiyasına etiraz təqdim edərək, şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

49. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir

50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

52. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

53. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

54. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

55. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

56. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

57. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli ə qdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

58. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

59. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

60. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdiril miş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir.

61. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

62. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

63. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

64. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

65. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

66. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

67. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

68. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

69. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticə sində xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

79. Kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

80. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbu l etmir.

81. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh, İddiaçı6 və İddiaçı7 tərəfində n ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-208/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar