Məhkəmə qərarları › İş №2(102)-1800/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1800/2024

27.05.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1800/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilənin hüquqi nəticələri aradan qaldırılmaqla digər müqavilələrin ləğv olunması, dövlət reyestrindən çıxarışların ləğv edilməsi və m ülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5746/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə4) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 05 avqust 2013-cü il tarixli “Müəssisədəki payın alğı-satqı müqaviləsi”dən görünür ki, İddiaçı "xxxx" Kiçik Müəssisənin nizamnamə kapitalında ona məxsus olan 100 faiz payı Cavabdeh1 müqavilənin 1.2-ci bəndində əksini tapmış müəssisənin dəyəri olan 804.160 manata satmışdır. 2. 05 fevral 2014-cü il tarixli “Nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsi”ndən görünür ki, "xxxx" Kiçik Mü əssisənin təsisçisi Cavabdeh1 "xxxx" Kiçik Müəssisənin nizamnamə kapitalında ona məxsus olan 100 faiz payı Cavabdeh3 804.160 manata satmışdır. 3. 18 dekabr 2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən görünür ki, Cavabdeh1 ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi idarəsi tərəfindən 12 noyabr 2013-cü tarixli, 11/15628 çıxış nömrəli arayışa əsasən hüquqi ünvanı ünvan 1sisənə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Yeni küçə 2 ünvanda yerləşən ümumi sahəsi 732.8 kv.m. olan bir mərtəbəli qeyri-yaşayış binasını 650.000 manata Zeynalabdin Mirzəyevin mülkiyyətinə verir. 4. 28509 nömrəli təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" Kiçik Müəssisəsi 13 mart 1996-cı il tarixdən İddiaçı xüsusi mülk iyyətində olmuşdur. 5. 12 avqust 2013-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" X16 Musayevnun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. 6. 11 fevral 2014-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" X13 Həsənovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. 7. 05 avqust 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Zeynalabdin Mirzəyev Bakı, şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə, 2 ünvanında yerləşən ümumi sahəsi 732,8 kv.m. olan qeyri yaşayış sahəsini X4 150.000 manata satmışdır. 8. 02 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi ilə Rafail Sə fərov arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alğı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə, 2 ünvanında qeyri – yaşayış binasının altında yerləşən 8700,60 kv.m. sahəsi sonuncuya 34.802 manata satılmışdır. 9. 21 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 732,8 kv.m. olan qeyri yaşayış sahəsini və torpaq sahəsinin 0,62006 ha hissəsini özü mülkiyyətində saxlamaqla 0,25 ha hissəsini X2.

10. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanda yerləşən sahəsi 0,25 ha t orpaq sahəsi üzərində İlham Aslanovun mülkiyyət hüququ 29 noyabr 2016-cı il tarixdə qeydə alınmışdır.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1272/2017 nömrəli, 15 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən X1rşı sonuncu ilə 08 avqust 2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar çəkilən vəsaitin geri qaytarılması, Rafail Səfərov ilə İlham Aslanov arasında 21 noyabr 2016-cı il tarixdə 0,25 ha torpaq sahəinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun təmin olunması barədə iddiası rədd edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(103)-8448/2017 nömrəli, 17 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1272/2017 nömrəli, 15 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Azərbaycan Respublikası Ail Məhkəməsinin Mülki kollegiasının 2(102)1601/2018 nömrəli, 28 fevral 2018-ci il tarixli qərarına əsasən Zeynalabdin Mirzəyevin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8448/2017 nömrəli, 17 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilmiş və kassasiya icraatına xitam verilmişdir. 14. 08 mart 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Rafail Səfərov mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə, 2 ünvanında yerləşən ümumi sahəsi 732,8 kv. m. olan qeyri – yaşayış binasının 232,8 kv.m. hissəni və həmin qeyri – yaşayış binasının yerləşdiyi 0,62006 torpaq sahəsinin 0,22006 ha hissəni öz mülkiyyətində saxlamaqla qeyri – yaşayış binasının 500 kv.m. və torpaq sahəsinin 0,40 ha hissəsini 680.000 manata Maraqlı şəxs2 satmışdır. 15. 31 mart 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqaviləsinə əsasən İlham Aslanov mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən sahəsi 0,25 ha torpaq sahəsini 450.000 manata Maraqlı şəxs2 satmışdır. 16. 14 aprel 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Rafail Səfərov mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə, 2 ünvanında yerləşən ümumi sahəsi 732,8 kv.m. olan qeyri – yaşayış binasının 232,8 kv.m. hissəni və həmin qeyri – yaşayı ş binasının yerləşdiyi 0,62006 torpaq sahəsinin 0,22006 ha hissəni 350.000 manata Maraqlı şəxs2 satmışdır.

17. Maraqlı şəxs2 16 aprel 2018-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yeni küçə, 2 ünvanında yerləşən “A” literli tikili söküldüyündən həmin tikiliyə dair qeyd yazısının ləğv edilməsini, torpaq sahəsinə və torpaq sahəsinin üzərindəki “B” literli tikiliyə yeni vahid çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

18. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən sahəsi 95,5 kv.m. olan qeyri - yaşayış binası və binanın yerləşdiyi 0,87006 torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququ 2 4 aprel 2018-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

19. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 05 avqust 2013-cü il tarixdə bağlanmış “müəssisədəki payın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, onun hüquqi nəticələri aradan qaldırılmaqla, Cavabdeh1 ilə Zeynalabdin Mirzəyev arasında 18 dekabr 2013-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” Cavabdeh1 ilə Cavabdeh3 arasında 05 fevral 2014-cü il tarixdə bağlanmış “Nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsi”nin, Cavabdeh1 adına Azərbaycan Respublikası Ver gilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən verilmiş 12 avqust 2013-cü tarixli, Cavabdeh3 adına verilmiş 11 fevral 2014-cü il tarixli çıxarışların ləğv olunması və "xxxx" Kiçik Müəssisəsinə müəssisənin əmlakına onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 avqust 2013-cü il tarixdə o Cavabdeh1 ilə “müəssisədəki payın alğı-satqı müqaviləsi” bağlamaqla təsisçisi olduğu, tam mülkiyyət hüququ ilə ona məxsus olan "xxxx" Kiçik Müəssisəni ona satmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona öz aralarında razılaşdıqları və müqavilənin 1.2-ci bəndində əksini tapmış müəssisənin dəyəri olan 804.160 manat pulun 10 faizini əvvəlcədən ödəməli, qalan hissəsini isə hissə-hissə olm aqla 2018-ci ilin sonlarına qədər ödəyib başa çatdırmalı idi. Lakin cavabdeh onu vədlərlə aldadaraq qeyd olunan 10 faiz məbləği də ödəmədi və sonrakı aylarda ödəyəcəyinə söz verdi. Həmin vaxt onun maddi vəziyyəti çox ağır olduğundan cavabdehlə pulun hissə-hissə ödənilməsinə razılaşdı. Lakin sonradan başa düşmüşdür ki, Cavabdeh1 onu aldadaraq əmlakını ələ keçirmişdir. Belə ki, ödəmə müddəti 2018-ci ilin sonlarında başa çatsa da, müəssisənin dəyərindən bir manat da olsa ödəməmişdir. Cavabdeh1lə əvvəllər yaxşı münasibətləri olmuşdur. Bu alğı-satqıdan xəbərdar olan ümumi dostları, tanışları var. Lazım gələrsə onlar məhkəmə iclasında şahid kimi dindirilə, işin hallarının onun qeyd etdiyi kimi olmasını təsdiq edə bilərlər. Məhz aralarında olan, əvvəllər formalaşmış yaxşı münasibətlərə görə o, bu günə qədər dözmüş, məhkəməyə və digər orqanlara müraciət etməmişdir. Lakin 2018-ci ilin sonlarında cavabdehin verdiyi müddət başa çatdıqdan və onunla bir daha bu barədə danışdıqdan sonra başa düşmüşdür ki, Cavabdeh1 ona pul vermək fikri yoxdur. Heç əvvəllər də belə bir fikri olmamışdır. Onun məqsədi aldatma və etibardan sui-istifadə etmək yolu ilə heç bir ödəniş etmədən onun əmlakını qanunsuz olaraq ələ keçirmək olmuşdur. Belə ki, Cavabdeh1 ona olan borcu ödəmədən və ona heç bir məlumat vermədən Zeynalabdin Mirzəyev ilə 18 dekabr 2013-cü il tarixdə daşınmaz əmlakın alğısatqı muqaviləsi bağlayaraq müəssisənin binasını və torpaq sahəsini sonuncuya satmış, bundan sonra Cavabdeh3 ilə 05 fevral 2014-cü il tarixdə “Nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsi” bağlamaqla payını həmin şəx sə satmışdır. Bunun nəticəsi olaraq Cavabdeh1 adına Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən 12 avqust 2013-cü il tarixli, Cavabdeh3 adına Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən 11 fevral 2014-cü il tarixli çıxarışlar verilmişdir. Apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, hər iki müqavilə formal bağlanmış müqavilədir. Həmin müqavilələrə əsasən alıcılar satıcıya heç bir məbləğ ödəməmişlər. X12, həm də Cavabdeh3 Cavabdeh1 yaxın adamlarıdır. Bu əqdlər ona görə bağlanmışdır ki, Cavabdeh1 məhkəməyə müraciət edəcəyindən ehtiyyat edərək əmlakı başqa şəxslərin adına keçirmiş və hesab etmişdir ki, bu yolla öz istəyinə nail olacaqdır. Müəssisənin bütün sənədlərinin əsli hal-hazırda onun ö zündədir və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini məhkəməyə şəxsən təqdim etmişdir. Bu da bir daha onu göstərir ki, 05 avqust 2013-cü il tarixdə onunla Cavabdeh1 arasında “müəssisədəki payın alğı-satqı müqaviləsinə”dair bağlanmış müqavilə cavabdeh tərəfindən aldatma yolu ilə bağlanmış etibarsız bir əqddir və həmin müqavilə etibarsız hesab edilməklə onun hüquqi nəticələri aradan qaldırılmalıdır.

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı tam olaraq qəbul etmiş və izahat verərək göstərmişdir ki, 05 avqust 2013-cü il tarixdə "xxxx" X18 Nəcəfovdan alarkən razılaşdırılmış 804.160 manat puldan 1 manat da olsun İddiaçı ödəməmişdir. Həmin müqavilə formal bir müqavilə olmuşdur. Sonradan müəssisənin əmlakını Zeynalabdin Mirzəyevə, Cavabdeh3 satmaqda məqsədi ondan iba rət olmuşdur ki, Aqillə razılaşdırılmış pulu Aqil ondan tələb edə bilməsin. Qeyd olunanlara əsasən iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmir.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh Zeynalabdin Mirzəyev iddianı tam olaraq qəbul etmiş və izahat verərək göstərmişdir ki, 18 dekabr 2013-cü il tarixdə Cavabdeh1 ilə alğı-satqı müqaviləsi bağlayarkən Raminə 1 manat da olsun pul ödəməmişdir. Onda olan məlumata görə Ramin də müəssisənin əsil sahibi İddiaçı heç bir pul ödəməmişdir. Qeyd olunanlara əsasən iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmir.

23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-1814/2019 nömrəli, 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilmiş, iddiaçı ilə Cavabdeh1 arasında 05 avqust 2013-cü il tarixdə bağlanmış “müəssisədəki payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələri aradan qaldırılmaqla, Cavabdeh1 ilə Zeynalabdin Mirzəyev arasında 18 dekabr 2013-cü il tarixdə bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin, Cavabdeh1 ilə Cavabdeh3 arasında 05 fevral 2014-cü il tarixdə bağlanmış “Nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsi”nin, Cavabdeh1 adına Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin dövlət reyestrindən verilmiş 12 avqust 2013-cü il tarixli, Cavabdeh3 adına verilmiş 11 fevral 2014-cü il tarixli çıxarışların ləğv edilməsi, "xxxx" Kiçik Müəssisəsinə və onun əmlakına iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi qət olunmuşdur.

24. Bir inci instansiya məhkəməsi qeyd etmişdir ki, işin halları ilə müəyyən olunur ki, 05 avqust 2013-cü il tarixdə iddiaçı Cavabdeh1 ilə “müəssisədəki payın alğı-satqı müqaviləsi” bağlamaqla təsisçisi olduğu, tam mülkiyyət hüququ ilə ona məxsus olan "xxxx" Kiçik Müəssisəni sonuncuya satmışdır. Həmin alğı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən müəssisənin dəyəri tərəflərin razılığı ilə 804.160 manat müəyyən olunmuşdur. Buna baxmayaraq Cavabdeh1 hazırkı tarixədək müqavilə ilə müəyyən edilmiş müəssisənin dəyərindən heç bir ödəniş etməmişdir. Lakin, 05 avqust 2013-cü il tarixli müqavilənin şərtlərinə əməl etmədiyi halda ayrı-ayrı vaxtlarda müəssisəni və onun əmlakını Zeynalabdin Mirzəyevə və Cavabdeh3 satmışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi yazılı izahatdan da görünür ki, İddiaçı "xxxx" Ki çik Müəssisəsini alarkən onun əsas məqsədi iddiaçını aldatmaqla onun əmlakını ələ keçirmək olmuşdur. Belə ki, öz izahatında qeyd etmişdir ki, həmin müqavilə formal bir müqavilə olmuşdur. Sonradan müəssisənin əmlakını Zeynalabdin Mirzəyevə, Cavabdeh3 satmaqda məqsədi ondan ibarət olmuşdur ki, Aqillə razılaşdırılmış pulu Aqil ondan tələb edə bilməsin. Göründüyü kimi, İddiaçı əqd bağlanması məqsədilə Cavabdeh1 tərfindən aldadılmışdır. Bu cür aldatma olmadan əqdin bağlana biləcəyi mümkün görünmür. Ona görə də İddiaçı 05 avqust 2013-cü il tarixdə Cavabdeh1 ilə “müəssisədəki payın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.

25. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 avqust 2013-cü il tarixli “müəssisədəki payın al ğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2, 191.3, 337.4, 339.1, 339.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

27. Qətnamədən Maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 70C ünvanında yerləşən 0,87006 ha torpaq sahəsini 2018-ci ildə alğı-satqı müqaviləsi əsasın da almış və ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli, 24 aprel 2018-ci il tarixli çıxarış təqdim edilmişdir. Maraqlı şəxs2 31 iyul 2023-cü il tarixdə mülkiyyətində olan torpaq sahəsini satmağa çalışarkən notariusda ona aid çıxarışın artıq aktiv olmadığı, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi 70C ünvanında yerləşən 0,87006 hektardan ibarət həmin torpaq sahəsinə dair "xxxx" Kiçik Müəssisəsinin adına 26 iyul 2023-cü il tarixdə DƏDKR publik hüquqi şəxsi tərəfindən yeni çıxarış verildiyi məlum olmuşdur. Araşdırma nəticəsində sonradan bəlli olmuşdur ki, İddiaçı qismində cavabdehlər Cavabdeh1, Zeynalabdin Mirzəyevə və Cavabdeh3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiasına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında 2(007)-1814/2019 nömrəli mülki iş olmuş, həmin mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, "xxxx" Kiçik Müəssisəsinə və onun əmlakına İddiaçı mülkiyyət hüquqları bərpa edilmişdir. Beləliklə də, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 70C ünvanında yerləşən 0,87006 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs2 adına verilmiş RX seriyalı, ******* nömrəli, 24 aprel 2018-ci il tarixli çıxarış ləğv olunmuş, həmin torpaq sahəsinə dair yeni çıxarış "xxxx" Kiçik Müəssisəsinin adına verilmişdir. Göründüyü kimi, qətnamə nəticəsində Maraqlı şəxs2 mülkiyyət hüquqları pozulmuşdur.

29. İş materiallarından da göründüyü kimi, Cav abdeh1 "xxxx" Kiçik Müəssisəsinin adından Zeynalabdin Mirzəyev ilə bağladığı 18 dekabr 2013-cü il tarixli, AN-10369456 alğı-satqı müqaviləsi əsasında qeyri-yaşayış binası sonuncunun xüsusi mülkiyyətinə keçmişdir. 05 avqust 2015-ci il tarixli alğı-satqı müqaviləsi əsasında qeyri-yaşayış binası Rafail Səfərovun adına özgəninkiləşdirilmişdir. Rafail Səfərov ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 193 nömrəli, 02 noyabr 2015-ci il tarixli alğı-satqı müqaviləsinin əsasında qeyri-yaşayış binasının ətrafında yerləşən 0,87 ha torpaq sahəsi onun adına özgəninkiləşdirilmiş, qeyri-yaşayış binası torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak olaraq dövlət reyestrində qeydiyyatdan keçmişdir. Vahid daşınmaz əmlaka daxil olan 0,25 ha torpaq sahəsi AN-10579395 nömrəli, 21 noyabr 2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında İlham Aslanovun adına özgəninkiləşdirilmişdir. Daha sonra həmin torpaq sahəsi və qeyri-yaşayış binası Rafail Səfərov və İlham Aslanovun adından Maraqlı şəxs2 adına özgəninkiləşdirilmiş və müvafiq qeydiyyata alınmışdır. Bununla bağlı Maraqlı şəxs2na RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

30. Göründüyü kimi, Maraqlı şəxs2 əvvəllər dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 193 nömrəli, 02 noyabr 2015-ci il tarixli alğı-satqı müqavilə əsasında özəlləşdirmiş Rafail Səfərovdan və İlham Aslanovdan alğı-satqı yolu ilə əldə etmiş və onun 2(007)1814/2019 nömrəli mülki iş üzrə iddiaçı və cavabdehlərə heç bir aidiyyəti yoxdur və o, vicdanlı alıcıdır.

31. Reyestrin məzmununun qeyri-dəqiqliyi s übuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Məhkəmə Mülki Məcəllənin göstərilən maddəsinin tələblərini pozmuş, İddiaçı da 05 avqust 2013-cü il tarixli əqdi görüntü üçün bağladığına, "xxxx" Kiçik Müəssisəsinin məhz nizamnamə kapitalının 804.160 manat olduğuna diqqət yetirməmiş, həmin dövrdə müəssisənin faktiki dəyərinin bundan dəfələrlə az olduğunu nəzərə almamışdır. Belə ki, müvafiq məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 ilə Zeynalabdin Mirzəyev arasında 18 dekabr 2013-cü il ta rixdə bağlanmış “Daşınmaz əmlakın alğı-satqıı müqaviləsi”nin ləğv edilməsinə və "xxxx" Kiçik Müəssisəsinə və onun əmlakına İddiaçı mülkiyyət hüququ bərpa edilməsinə baxmayaraq, hazırki apellyasiya şikayətinin 8-ci bəndində qeyd olunanlara uyğun olaraq, müvafiq daşınmaz əmlak bir neçə dəfə digər şəxslərin adına özgəninkiləşdirilmiş, buna müvafiq olaraq dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Lakin məhkəmə tərəfindən mövcud məhkəmə mübahisəsinin ətraflı araşdırılması üçün hüquqlarına toxunulan Maraqlı şəxs2na məlumat verilməmiş, onun hazırkı işə qoşulmasının və münasibət bildirməsinin, dolayısı olaraq vicdanlı alıcı kimi tanınmasının qarşısı alınmışdır.

33. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

34. Hazırki halda isə Maraqlı şəxs2 vicdanlı üçüncü şəxs olmasına baxmayaraq, onun hüquqları pozulmuş, adına olan çıxarış ləğv edilmiş və ona külli miqarda maddi zərər vurulmuşdur. Belə ki, müvafiq maddədə üçünçü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlarının saxlanılması qeyd edilsə də, məhkəmə qətnaməsinin “qət etdi” hissəsinə əsasən İddiaçı mülkiyyət hüququ bərpa edilməsi qət edilmişdir. Müvafiq daşınmaz əmlak apellyasiya şikayətinin 8ci bəndində qeyd edildiyi kimi, bir neçə dəfə özgəninkiləşdirildiyindən və məhkəmə işinə baxılan vaxt Maraqlı şəxs2 mülkiyyətində olduğundan İddiaçı mülkiyyət hüququnun bərpa edilməsindən söhbət gedə bilməzdi.

35. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyadı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunvericiliyə uyğun olaraq Maraqlı şəxs2 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları hüquqmüəyyənedici sənəd olan – notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Müvafiq olaraq Maraqlı şəxs2 mübahisəli torpaq sahəsini əqd əsasında özününküləşdirdiyi üçün onun xeyrinə reyestrdəki q eyd həqiqi hesab edilməklə saxlanılmalı idi.

36. Hazırkı işdə cavabdehlərin iddianı etiraf etmələrinin məhkəmə tərəfindən qəbul olunması Maraqlı şəxs2 hüquqlarını və qanunla qorunan mənafeyini pozmuşdur. Halbuki, məhkəmə cavabdelərin bu hərəkətlərini qəbul etməməli, Maraqlı şəxs2 da məhkəmə icraatına cəlb etməklə mübahisəyə mahiyyəti üzrə baxmalı idi. Hətta 05 avqust 2013-cü il tarixli, “müəssisədəki payın alğı-satqı müqaviləsi”nin 3.1-ci maddəsində göstərilən “Satıcı təsdiq edir ki, Alıcı satılan payın bu müqavilənin yuxarıda göstərilən satış qiymətini Satıcıya bu müqavilə imzalandığı anda ödəmişdir” ifadəsi də cavabdehlərin izahatının həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir.

37. Apellyasiya instansiya məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi, X10 və X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

38. Cavabdeh3 20 fevral 2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5746/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2019 nömrəli, 21 iyun 2019-cu il tarixli qətnaməsinin qismən – Cavabdeh3 aid hissədə ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Zeynalabdin Mirzəyev, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, müqavilənin hüquqi nəticələri aradan qaldırılmaqla digər müqavilələrin ləğv olunması, dövlət reyestrindən çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iş üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilmişdir.

39. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5746/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Fərrux Qasımov (sədrliyi və məruzəsi ilə), hakimlər Fuad Abdıyev və Xəyal Sarıyev) qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh1 və Zeynalabdin Mirzəyevə qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilənin hüquqi nəticələri aradan qaldırılmaqla digər müqavilələrin ləğv olunması, dövlət reyestrindən çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2019 n ömrəli, 21 iyun 2019-cu il tarixli qətnaməsinin icrasında dönüş edilərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 70 C ünvanında yerləşən qeyri – yaşayış binası və həmin qeyri – yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair 26 iyul 2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 70 C ünvanında yerləşən qeyri – yaşayış binası və həmin qeyri – yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun bərpa edilməsi qət olunmuşdur.

40. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tə rəfindən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini dəlilləri əsaslı olmaqla, işin halları ilə öz təsdiqini tapır. İddiadan görünür ki, iddiaçı hüquqi əsas olaraq Mülki Məcəllənin 339.2-ci maddəsini göstərmişdir. Həmin maddəyə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Mülki Məcəlləyə əsasən mübahisələndirilən əqdlər əhəmiyyətsiz əqdlərlə birlikdə əqdlərin etibarsızlığının növlərini təşkil edir. Mülki Məcəllə mübahisələndirilən əqdlər növündə etibarsızlıqla bağlı xüsusi müddət müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəll ənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən isə, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan konteksdə hazırkı işin halları üzrə müəyyən olunur ki, iddiaçı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti ötürməklə əqdi mübahisələn dirmək hüququnu itirmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi müqavilə 05 avqust 2013-cü il tarixdə bağlanmışdır. Müqavilədən görünür ki, müqavilə üzrə satış qiyməti satıcıya müqavilə imzalandığı anda ödənilmişdir. Yəni, müqavilənin icra vaxtı ilə bağlı xüsusi müddət müəyyənləşdirilməmişdir ki, bu da onu deməyə əsas verir ki, elə müqavilə bağlandıqdan dərhal sonra hüquqlarının pozulduğu, əqdin etibarsızlığına əsas verən halların mövcudluğu iddiaçıya bəlli olmalı idi. Hazırkı iddia isə təxminən 6 il sonra, 19 aprel 2019-cu il tarixdə verilmişdir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki qanunvericilikdə əqdlərin etibarsızlığına əsas verən hallar əqd bağlanana qədər mövcud olan, əqdlərin etibarlılığını istisna edən ümumi halları ehtiva edir. Hazırkı iş üzrə iddiaçının də lillərindən isə görünür ki, o, əqd bağlanması məqsədilə aldadıldığını iddia etsə də, bütün dəlilləri müqavilə tərəfinin əqd bağlandıqdan sonrakı hərəkətləri ilə bağlıdır. Belə ki, əqdin əqd bağlanması məqsədilə aldadılma halından o halda söhbət gedə bilər ki, əqdin tərəfi susmaqla, yaxud yanlış məlumatlar verməklə digər tərəfin iradəsini zədələsin. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 09 dekabr 2019-cu il tarixli qərarında da aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün lazım şərtlər göstərilmişdir ki, hazırkı işdə bu şərtlərin heç biri mövcud deyil. Hazırkı halda isə iddiaçı qeyd olunan şərtlərin heç birinə istinad etməmiş, sadəcə qarşı tərəfin müqavilə üzrə üzərinə götürdüyü ödənişi icra etmədiyinə əsaslanmışdır ki, bu hal özlüyündə əqdin etibarsızlığına əsas verən hal olmamaqla, öhdəliyin icra edilməməsi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, işdən müəyyən edilir ki, mübahisələndirilən əqd bağlandıqdan sonra, ardıcıl olaraq digər əqdlər də bağlanmış, nəticədə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesi 70C ünvanında yerləşən 0,87006 ha torpaq sahəsinə mülkiyyət hüququ Maraqlı şəxs2 keçmiş, sonuncu hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Hazırkı işin halları baxımından alıcı – üçüncü şəxs Maraqlı şəxs2 vicdansızlığına dəlalət edən hallar müəyyən edilmədiyindən kollegiya onu vicdanlı alıcı kimi qəbul edir. Bu isə onu deməyə əsas verir ki, iş üzrə əqdin etibarsızlığına əsas verən hallar müəyyən edilsəydi belə, vicdanlı alıcı kimi üçüncü şəxsin hüquqları qorunmalı idi.

43. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etmiş cavabdeh Zeynalabdin Mirzəyev özü tərəfindən bağlanmış müqavilənin etibarsızlığı barədə iddia qaldırılaraq, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olsa da, məhkəməyə bu barədə də məlumat verilməmişdir. Halbuki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1272/2017 nömrəli, 15 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən X1rşı sonuncu ilə 08 avqust 2015ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar çəkilən vəsaitin geri qaytarılması, Rafail Səfərov ilə İlham Aslanov arasında 21 noyabr 2016-cı il tarixdə 0,25 ha torpaq sahəinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab e dilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun təmin olunması barədə iddiası rədd edilmiş, həmin qətnamə apellyasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmış, sonradan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindən imtina olunmuş və kassasiya icraatına xitam verilmişdir. Məhkəmə araşdırması ilə iddiaçının 05 avqust 2013-cü il tarixli müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbinin əsaslılığı sübuta yetirilmədiyindən əsas müqəddəratı bu tələbdən asılı olan digər tələblər də təmin oluna bilməz.

44. Eyni zamanda, məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1814/2019 nömrəli, 21 iyun 2019-cu il tarixli qətnaməsinin icrasında dönüş edilərək Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər ş ossesi 70 C ünvanında yerləşən qeyri – yaşayış binası və həmin qeyri – yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair 26 iyul 2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilərək Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 70 C ünvanında yerləşən qeyri – yaşayış binası və həmin qeyri – yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququ bərpa edilməlidir.

45. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 149.2, 157.2, 157.5, 324.1, 324.5, 337.1, 337.4, 337.5, 339.2, 339.3, 354.2-ci mddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 dekabr 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 52.2, 52.5, 77.1, 217.1, 217.3, 236-1.1, 236-1.2, 384.0.2, 385.1.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

46. Qətnamədən iddiaçı (vəkil Nümayəndə4) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə əsassız olaraq qeyd edir ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bununla razı deyillər. Mülki Məcəllənin tələbinə görə bu müddət 6 ildir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə əsassız olaraq qətnamədə qeyd edir ki, guya o, müqavilənin bağlandığı andan 1 il ərzində əqdi mübahisələndirə bilər, bu tam səhv fikirdir, qanunvericiliyə ziddir. Məhkəmə əsassız olaraq qeyd edir ki, iddia ərizəsi məhkəməyə 6 il sonra xx.xx.2019-cu ildə verilmişdir. Müqavilə xx.xx.2013-cü ildə bağlanıbsa necə 6 il ötmüş olur, müddət ötmür, iddia ərizəsi 5 il 8 aydan sonra məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh Ramin iddia müddətinin təbiqi barədə məhkəməyə ərizə verməmişdir. Belə olan halda məhkəmə bütün halda işə mahiyyəti üzrə baxmalıdır. Ramin özü məhkəmədə bildirmişdir ki, notariusda alğı-satqı zamanı ona pul verməmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, Maraqlı şəxs2 vicdansızlığına dəlalət edən hallar müəyyən edilmədiyindən kollegiya onu vicdanlı alıcı kimi qəbul edir. Bu isə onu deməyə əsas verir ki, iş üzrə əqdin etibarsızlığına əsas verən hallar müəyyən edilsəydi belə, vicdanlı alıcı kimi üçüncü şəxsin hüquqları qorunmalı idi. Maraqlı şəxs əgər vicdanlı alıcıdırsa onda qeyri-yaşayış obyektini kimdən almışdırsa müstəqil surətdə ona qarşı məhkəməyə iddia qa ldıra bilər. Məhkəmə qətnamə qəbul edərkən onu əsaslandırmağa çalışsa da nəticədə bunu edə bilməmişdir. Onun mülkiyyət hüquqularını kobud surətdə pozmaqla ona məxsus əmlakını onun əlindən almışdır. Məhkəmə əsassız olaraq qeyd edir ki, Maraqlı şəxs2 hüquqları pozulduğu üçün cavabdehlərin məhkəmə etirafları qəbul edilməməli idi. O, bununla qəti razı deyil. Çünki, qanunvericiliyin tələblərinə görə iddianın cavabdehlər tərəfindən etiraf olunması iddia tələbinin təmin edilməsi üçün əsasdır. Bu norma hələ ləğv olunmamışdır. Əqd etibarsız hesab olunanda onun nəticələri də ləğv olunur. Əqdin qanunsuz olması iş materiallarından açıq aydın görünür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

48. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

49. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

50. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

51. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışs a və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

53. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

54. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

55. Maddə 324.5. İradə ifadəsin in təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

58. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə ol unduqda) onun dəyərini pulla ödəməlidir.

59. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

60. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs al datmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

61. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: 62. “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

63. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal is tisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə s əbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.

64. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hə rtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

75. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

77. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. İddiaçı kasasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması tə şkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

81. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

82. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.

83. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 40-44-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, məhkəmə araşdırması ilə mübahisələndirilən müqavilənin etibarsızlığı öz təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərin in təfsiri zamanı bütün müvafiq halların, o cümlədən tərəflərin sonrakı hərəkətlərinin nəzərə alınmasını tələb edir. Bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur. Buna görə, hüquqi müqəddəratı birbaşa bu müqavilənin etibarlılığından asılı olan cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi barədə iddia tələblərinin də təmin edilə bilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

84. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

85. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığ ı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

86. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

87. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qə rarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

89. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

90. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

91. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5746/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar