Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3002/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi tələbi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1683/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixili qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müavilələrinə əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata, **LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20.000 manata satmışdır.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə apell yasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməmiş, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı 99-LL294 dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 96310 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra, iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9.600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105.910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alqı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomobil almışdır. Hərracdan alınmış 99LL291 dövlət nişanlı Mitsubishi Pajero markalı, 99LL296 dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, 9 9LL294 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL295 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL286 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, X26, X26 Prado və Mitsubishi Pajero xx.xx.2018-ci il tarixdə X9 adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edildən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. xx.xx.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmilşdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik. Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Avtomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qardaşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alqı-s atqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və xx.xx.2019-cu il tarixdə cavabdeh N. Dadaşov ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata və 99LL-286 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata alqı-satqı müqavil ələri bağlanmışdır. Alqı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə tutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq Ramazan tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı Babəklə birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Cavabdeh1 həmin şəxslərin yanında ona bildirmişdir ki, “mənə borcunuz var, maşınları borca görə səni aldadaraq Nazimin adına keçirmişəm, nə vaxt borcunuzu qaytarsanız maşınları qaytaracam.” Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomobilləri qohumu olan digər Cavabdeh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni s ülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alqı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alqısatqısına dair müqavilələr xx.xx.2019-cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müddət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində öd ənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə xx.xx.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı 99LL294 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı 99-LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96.000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9.600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105.910 (bir yüz beş min doqquz yüz on) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli nəqliyyat va sitəsinin alqı-satqısına əsasən İddiaçı Cavabdeh2 **-LL*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18.000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-7256/2019 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəlik lərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
8. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri üzrə tərəf olmadığından, iddiaçı tərəfindən avtomobillərə görə ona pul verilməsi kifayət qədər əsaslandırılmadığından, iddia tələbi digər cavabdehə münasibətdə təmin olunmamalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.3, 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci, Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsin i və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir.
13. Alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasına gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin işdə də müqavilə məbləğlərinin ona ödənilmədiyini göstərmiş, lakin bu hal müqavilənin etibarsızlığı üçün əsas vermədiyinə görə iddia təmin olunmamışdır. Ali Məhkəmənin həmin iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, əşyanın dəyərinin ödənilməməsi alqı-satqı müqavilələrinin etibarsızlığı üçün deyil, Mülki Məcəllənin 421.2- ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. İddiaçı məhz bu halı nəzərə alıaraq hazırkı iddianı qaldırmışdır
14. Avtomobillərin iddiaçının mülkiyyətində olması X20 verdiyi müvafiq sənədlərlə, eləcə də alqı-satqı müqavilələri ilə təsdiq olunur. Müqavilə məbləğlərinin ödənilmədiyini isə cavabdeh təkzib etməmiş, avtomobilləri mülkiyyətinə pulsuz keçirdiyini təsdiq etmiş və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir.
15. Məhkəmə mübahisəli avtomobillərinin cavabdehin vəsaiti hesabına alınması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh avtomobillərin hərracdan onun vəsaiti hesabına alındığını, iddiaçının adına formal qeydiyyatdan keç diyini göstərsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı isə o, cəmi 10 000 manat pulu əvvəlcədən Cavabdeh1 verdiyini göstərmişdir. Halbuki, avtomobillərin alınması üçün daha çox vəsait xərclənmiş və sonradan müvafiq təmir işləri aparıldıqdan sonra satılmışdır.
16. Göründüyü kimi, Cavabdeh2 avtomobillərə görə nə alqı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı hər hansı məbləğ ödəməmişdir. Cavabdeh2 Cavabdeh1 pul verməsinə gəldikdə isə onun hazırkı iş üzrə İddiaçı aidiyyəti yoxdur. O, Cavabdeh1 verdiyi məbləği geri tələb etmək hüququnu özündə saxlayır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rəd d edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli müqavilələrin formal xarakter daşımasına və həmin müqavilədə nəzərdə tutulmuş avtomaşınların dəyərinin əvvəlcədən cavabdehlər tərəfindən ödənilməsinə düzgün hüquqi qiymət verməmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 2(102)-1319/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya kollegiası qeyd etm işdir ki, apellasiya instansiyası məhkmsəinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən eilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
21. Kassasiya instansiya məhkəməsi qərarında göstərir ki, iddiaçı ilə Cavabdeh1 arasında «Azfen» şirkətindən istifadə müddəti bitmiş maşınların alınaraq, təmir edildikdən sonra satışının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət haqqında razılaşma olmuş və bu məqsədlə onlar 16 ədəd avtomaşın almışlar. Həmin maşınlardan 8 ədədi İddiaçı qalan 8 ədədi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli müqavilələrlə iddiaçı eyni gündə beş avtomobili Cavabdeh2 satmışdır. Qeyd edilən hallarla yanaşı işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı həmin avtomobilləri Cavabdeh2 məhz Cavabdeh1 təkl ifi ilə satmışdır. Belə ki, iddiaçı bildirmişdir ki, avtomobillərə alıcı olan Cavabdeh2 ona Cavabdeh1 təqdim etmiş və o da sonuncunun təklifi ilə avtomobilləri pul almadan Cavabdeh2 adına keçirtmişdir. Alqı-satqı müqaviləsi bağlandığı günün axşamı ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmışdır. Cavabdeh bildirmişdir ki, 16 ədəd avtomobilin alınmasına görə xərclənən 61.500 manat pul vəsaiti onun tərəfindən ödənilmiş, məqsədləri bu avtomobilləri sataraq gəlir əldə etmək olmuşdur. Bu avtomobillər alındıqdan sonra iddiaçı və onun qardaşı ilə ikinci partiya avtomobil almaq qərarına gəlmiş və onlara yenidən bu məqsədlə 56.500 manat pul vermişdir. İkinci partiya avtomobilləri almaq üçün 56.500 manat pulları verdikdən sonra iddiaçı tərəfindən aldadıldığını başa düşərək əldə olunmuş şifahi razıla şmadan imtina etmiş və 16 ədəd avtomobilin alınmasına görə çəkilən xərcləri qaytarmaq üçün avtomobilləri əvəzsiz olaraq Cavabdeh2 adına keçirilməsini tələb etmişdir. İddiaçı könüllü olaraq 16 ədəd avtomobilin alınması ilə bağlı onun qarşısında olan öhdəliyi icra etmək üçün avtomobilləri pul tələb etmədən Cavabdeh2 adına keçirmişdir.
22. Kassasiya instansiya məhkəməsi daha sonra qeyd etmişdir ki, iddiaçının göstərdiyi hallar Bakı şəhəri Yasamal RPİ-nin cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Cinayət işinin rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarla müəyyən edilir ki, iddiaçı mübahisə predmeti olan avtomobillərlə bağlı Cavabdeh2la alqı- satqı müqaviləsi bağlandıqdan dörd gün sonra yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 56.500 borclu olduğunu və həmin məbləği 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Bundan başqa Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X8 alqısatqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillərin alınması üçün vermişdir.
23. Qərarda daha sonra qeyd edilir ki, iddiaçı bu məbləği geri qaytarm adığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir.
24. Yəni avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir.
25. İşin yuxarıda göstərilən hallarına istinad edərək kasaasiya məhkəməsi mövqeyini belə formalaşdırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və məhkəmə kollegiyası alqı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alqı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərini nəzərə almamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8120/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsini göstərilşlərinə uyğun olaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən avtomobillər Cavabdeh2 tərəfindən əldə edilmiş və sonuncu özünün də qeyd etdiyi kimi, müqavilə məbləğlərini təşkil edən 96000 manat pul vəsaitini nə alğı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı ödəməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin göstərişdən iddiaçının Cavabdeh1 31500 manat borclu olduğunu etiraf etdiyini və bu halın yoxlanılmalı olduğunu qeyd etmişdir. Bu hal təkrar apellyasiya icraatı zamanı iddiaçı da təsdiq etmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, iddiaçının Cavabdeh1 qarşı iddiası təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 apellyasiya şikay əti əsasında yoxlanılmışdır. Yəni artıq cavabdeh R.Əhmədəova aid hissədə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Çünki apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, alğı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alğı-sat qı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirərək avtomobilləri Cavabdeh2 mülkiyyətinə versə də, sonuncu həmin avtomobillərin dəyərini ödəməmiş və bununla da müqavilə öhdəliklərini lazımınca icra etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.4, 445.1, 445.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
29. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki iki nci icraat
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) 2(102)-5518/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2(103)-4358/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
31. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmə kollegiyasının qəna ətinə görə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya məhkəməsi tərəfindən əvvəlki qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam araşdırılması, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilməli olmasına dair göstərişləri tam və lazımınca yerinə yetirilməmişdir. Kassasiya məhkəməsinin əvvəlki icraatında qeyd edildiyi kimi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X8 alğı-satqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı b u məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz ikinci partiya avtomobillərin alınması üçün vermişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-nə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir. Göründüyü kimi, avtomobillər satıldığı vaxt iddiaçının cavabdehə 56.500 manat borclu olduğu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də təsbit edilir. Kassasiya instansiyası məhkəməsi həmin halların məcmusu olaraq qey d etmişdir ki, alğısatqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alğısatqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərini nəzərə almamışdır. Hazırki mübahisə üzrə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, nəqliyyat vasitələri iddiaçının adına qeydiyyatdan keçmiş, iddiaçı məhz cavabdehlərdən biri olan Cavabdeh1 təkidi ilə nəqliyyat vasitələrini digər Cavabdeh2 satmış, iddiaçı göstərir ki, məhz Cavabdeh1 tərəfindən aldadılmış və müvafiq olaraq iddia tələbini cavabdehlərə yönəltmişdir. Apellyasiya instan siyası məhkəməsi həmin göstərişlərinin icrası ilə bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yalnız Cavabdeh1 qarşı iddia tələbinin təmin olunmaması, Cavabdeh2 alğı-satqı dəyərinin ödəmədiyinə dair izahatına istinad etmişdir. Halbuki, kassasiya instansiyası məhkəməsinin göstərişlərindən birinin məhz «iddiaçının pul almadan alğı-satqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehin dəlillərinə» qiymət verilməsi ilə bağlı olmuşdur. Lakin apellyasiya məhkəməsi təkrar baxışda işdə olan sübutları sadalasa da, Mülki Prosessual Məcəllənin 218.1 və 420-ci maddələrinin tələblərini pozaraq qeyd olunan sübutlar əsasında iş üçün əhəmiyyətli olan istinad edilən və di gər halları müəyyən etməmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1683/2023 saylı mülki iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: X6 (sədrliyi və məruzəsi ilə) X4 və X1 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair iddiası həmin hissədə də təmin edilməməsi qət etmişdir.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında yenidən yoxlayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, İddiaçı Sövdəyər oğlu və onun qardaşı X8 avtomobillərə dair alğısatqı müqavilələri bağladıqdan dörd gün sonra, yəni xx.xx.2019-cu ildə Cavabdeh1 56.500 manat borclu olduqları və həmin borcu xx.xx.2019-cu ilədək qaytaracaqları barədə qəbz vermişlər. İddiaçı bu məbləği şəxsi ehtiyacları üçün cavabdehdən aldığını göstərsə də Cavabdeh1 izahatından görünür ki, sonuncu bu məbləği iddiaçıya məhz avtomobillərin alınması üçün vermişdir.
34. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının Cavabdeh1 qarşı iddiası təmin edilməməsinə və birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən mübahisəl əndirilməsə də ona münasibətdə işin müəyyən edilmiş halları iş üçün əhəmiyyət kəsb edir.
35. Belə ki, iş materiallarına əsasən iddiaçı borclu olduğu məbləği geri qaytarmadığı üçün Cavabdeh1 Yasamal RPİ-yə müraciət etmiş və həmin orqanın cinayət işinin rədd edilməsi haqqında qərarının qəbul edildiyi vaxtda, yəni xx.xx.2019-cu ildə iddiaçı Cavabdeh1 borcundan 25.000 manat qaytarmaqla 31.500 manat borclu olduğunu etiraf etmişdir.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli n əqliyyat vasitəsinin alğı-satqı müqavilələrinə əsasən cavabdehin iddiaçı qarşısında pulun ödənilməsi ilə bağlı hər hansı bir öhdəliyi olmamışdır.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamış və həmin qətnamənin hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsinə də düzgün hüquqi qiymət verməmişdir.
39. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilələrinə əsasən cavabdehin iddiaçı qarşısında pulun ödənilməsi ilə bağlı hər hansı bir öhdəliyi olmadığından iddiaçının müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, Cavabdeh2 hərəkətlərinin öhdəliyin l azımınca icra edilməməsi kimi qiymətləndirilməli olmasına dair birinci instansiyası məhkəməsi yanlış nəticəyə gəlmişdir..
40. Məhkəmə kollegiya həmçinin qeyd etmişdir ki, işin hallarına əsasən avtomobillər Cavabdeh2 tərəfindən əldə edilərək və o özünün də qeyd etdiyi kimi, müqavilə məbləğlərini təşkil edən 96000 manat pul vəsaitini nə alğı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı ödəməməsi faktının olması iddianın əsaslı olmasına dəlalət etmir və alğı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyini cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeydi öz mötəbərliyini itirmir.
41. Bundan əlavə, həmin müqavilələrin 2-ci bəndinin də məzmununa əsasən, nəqliyyat vasitələri 20.000 ( 20.000, 20.000, 18.000, 18.000) manata satılıb və “bu məbləği satıcı “alıcı”dan alıb” qeydi vardır. Əvvəlki iş üzrə icraat aparılan zaman şahid qismində dindirilmiş X10, X2, X5, X14, X15 və X11 öz ifadələrində maşınların məhz Ramazana aid olduğunu təsdiqləmişlər. Onlar mübahisəli avtomobillərin dəyərinin əvvəlcədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verildiyini ifadələrində göstərmişlər.
42. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasiya instansiyası məhkəməsinin göstərişlərinə Mülki Məcəllənin 14.2.3., 385.1., 425.1., 442., 443.4., 445.1., 445.7., 458.1 Mülki Prosesual Məcəllənin 14.2., 77.1., 80. 82.3. 88. 106.1.ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən nəzərdən keçirilən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxl ayan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin əsasları öz təsdiqini tapmadığından apellyasiya şikayəti təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya baxışı zamanı Cavabdeh2 avtomobillərin dəyərini əvvəlcədən ödəməsinə aydınlıq gətirərkən bildirmişdir ki, o, alınacaq avtomobillərə görə Cavabdeh1 cəmi 10.000 (on min) manat pul vermişdir. Göründüyü kimi Cavabdeh2 avtomobillərə görə nə alqı-satqı vaxtı, nə də ondan əvvəl İddiaçı hər hansı bir məbləğ ödəməmişdir.
45. Belə ki, apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək iş yeni baxışa qaytarılsa da, iş materiallarında cavabdehlərin verdiyi izahatlar mövcuddur.
46. Təkrar apellyasiya baxışında Ali Məhkəmənin qərarında göstərilən məslələlər araşdırılmış və təkrarən müəyyən edilmişdir ki, avtomobillərin alqı-satqı müqavilələri bağlanılarkən cavabdeh olan alıcı, iddiaçı olan satıcıya avtomobillərin razılaşdırılmış dəyərini ödəməmişdir (2(103)/4358/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnamə). b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
48. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
49. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, sözügedən nəqliyyat vasitələrinin alqı-satqısı ilə bağlı cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcud deyil.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübu tlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (§ 33-42).
60. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkməsinin istinad etdiyi hallara dair hüququn düzgün tətbiq edilməməsi ilə bağlı olmayıb, əsasən iddiaçının bildirdiyi faktiki hallarla əlaqədardır ki, həmin hallar kassasiya məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyy ən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1683/2023 saylı mülki iş üzrə 11 a prel 2023-cü il tarixili qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.