Məhkəmə qərarları › İş №2(102)-2166/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2166/2023

30.05.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2166/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-5/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 may 20 23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 267.8 kv.m, yaşayış sahəsi 108.5 kv.m, yardımçı sahəsi 159.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 2. xx.xx.2015-ci il tarixli Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan mənzili 120.000 manat müqabilində Cavabdeh1 satmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(060)- 73/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı (Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində c əlb edilməklə) alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixli, 2(105)-1230/21 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5751/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1230/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş mə hkəmə aktları a) Birinci instansiya məhkəməsindəki birinci icraat

6. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il tarixdə aralarında bağlanmış əmlakın alqı-satqısına dair müqavilənin ləğv ediləsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

7. Qurbanov X2 Rza İmran oğluna qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanından istifadə hüququnun itirilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 267,8 kv.m, yaşayış sahəsi 108,5 kv. m, yardımçı sahə si 159,3 kv.m olan 5 otaqlı yaşayış evini alıcı Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə alqı-satqı etmişdir. Dostu olan Cavabdeh1 ilə alqı-satqı müqaviləsi formal olaraq bağlanmış və ondan 120.000 manat məbləğində pul almışdır. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən həmin borcun təminatı olaraq alqı-satqı müqaviləsi imzalanmış və iddiaçı tərəfindən 120.000 manat məbləğində pul vəsaiti cavabdehə qaytarıldığı surətdə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilməli idi. Cavabdeh1 bununla bağlı yazılı iltizama imza etmiş, lakin cavabdeh ona verdiyi müddəti gözləmədən mübahisəli evə dair çıxarış əldə edərək iddiaçını evdən çıxartmaq niyyətindədir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair ilkin id dia əsassızdır. Tərəflərin aralarında dostluq münasibətləri olmuş və Cavabdeh1 ev almaq məqsədi ilə 120.000 manat məbləğində pul vəsaitini İddiaçı vermişdir. Tərəflər arasında dostluq münasibətləri olduğundan Cavabdeh1 onun mübahisəli evdə müvəqqəti olaraq qalmasına razılıq vermişdir.

10. Abşeron Rayon Məhkəməsinin (hakim: S.Quliyeva) 14 sentyabr 2016-cı il tarixli, 2(012)-4955/2016 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən evdən istifadə hüququ itirilmiş hesab edilməklə mənzildən çıxarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən ilk iddia üzrə iddiaçı, İddiaçı apellyasiya şikayəti verərək ilk iddia ərizəsinin təmin edilib, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə yen i qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 14 sentyabr 2016-cı il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi) G.F.Tağızadə və L.M.Məmmədova) 2(105)-2/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1 qarşı 23 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ilk və Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinə göndərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir.

15. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin MAPS şöbəsi tərəfindən 02 fevral 2016-cı il tarixdə verilmiş arayışlardan görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində və Qurbanov X3 Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatdadırlar.

16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatət verərək, ilk iddia üzrə Cavabdeh1 Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olması nəzərə alınaraq Abşeron Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli, 2(012)4955/2016 saylı qətnaməsinin ləğv edilərək mülki işin ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Babək Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 31.1., 35.1., 35.3., 44.2.2., 45.1. və 384.0.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə istinad etmişdir. c) Birinci instansiya məhkəməsindəki ikinci icraat

18. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin (hakim: G.M.İsmay ıl) 2(079)-190/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.

19. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cəlilabad rayonu, Bəcrəvan kənd sakini Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur.

20. İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında 23 sentyabr 2015-ci ildə ünvan 4 ünvanında yerləşən 5 otaqlı yaşayış evini Cavabdeh1 ilə formal alqı-satqı müqaviləsi bağlayaraq 120.000 manata Cavabdeh1 satdığını, Cavabdeh1 daha əvvəl tanımadığını, onu alqı-satqı olunduğu gün notariusda görüb-tanıdığını, evini satmaq kimi bir niyyətinin heç vaxt olmadığını, bununla bağlı heç bir yerdə elan vermədiyini, alıcı axtarmadığını, a lqı-satqının arxasında dostu Cavabdeh2 kömək etmək niyyətinin dayandığını, belə ki, Cavabdeh2 Qurtuluşda yaşayan vaxtdan uzun illərdir qonşu kimi tanıdığını, daha sonra yaxın dost olduqlarını, 2015-ci ilin sentyabrında Elnurun ona Dubaydan mal vurduğunu, əgər pulunu göndərməsə beh kimi verdiyi bütün pulun batacağını bildirdiyini, həmin vaxt Elnurun Qurtuluşda yerləşən iki evinin çıxarışı olmadığından girov qoya bilmədiyini, evlərin sənədləşdirilməklə alqı-satqısının isə 8000 manatdan çox xərc tələb edəcəyini, ondan kömək istədiyini, evinin çıxarışı olduğundan sata biləcəyi barədə söhbət etdiklərini, evini satıb pulunu Cavabdeh2 verəcəyi, 19 gün sonra evin sənədinin yenidən özünə qaytarılacağı barədə razılığa gəldiklərini, bundan sonra Elnurun dostu Zahidlə danışıb alıcı tapmasını xahiş e tdiyini, Zahidin də Fikrət adlı şəxsin əvvəllər qardaşı kimi qələmə verilmiş Ramini alıcı kimi tapdığını, daha sonra Fikrətlə Raminin soyadının fərqli olduğunu feysbuk vasitəsilə öyrəndiyini, 23 sentyabr 2015-ci ildə əmlakını girov qoymaq istədiklərini, lakin bunun mümkün olmadığını, Asan xidmətdə alqı-satqı müqaviləsini imzaladıqlarını, Zahidin də həmin vaxt orada olduğunu, Elnurun isə gəlmədiyini, aldığı 120000 manat pulu Zahidə verdiyini, daha sonra Zahidlə birlikdə pulu aparıb Elnura birlikdə verdiklərini, razılaşdıqları müddət keçdikdən sonra Elnurdan xəbər çıxmadığından məhkəmədə müqavilənin ləğvi ilə bağlı iddia qaldırdığını, əslində əsl niyyətinin müqavilənin etibarsızlığına nail olmaq olduğunu, ona pul deyil, evinin lazım olduğunu, həmin vaxt nümayəndənin savadsızlığı ucbatından i ddianın səhv qaldırıldığını, evinin torpaqla birlikdə 400000 manat dəyərində olduğunu, həmin qiymətə satılmasının da əqdin görünüş üçün bağlandığını təsdiq etdiyini, Cavabdeh2 barəsində açılmış cinayət işi üzrə Fikrətin şahid kimi dindirildiyini, onun verdiyi ifadədə bütün bunları təsdiq etdiyini, lakin onun ifadəsini məhkəməyə təqdim edə bilmədiyini, bununla bağlı əsas sübutunun Cavabdeh2 izahatı olduğunu, Raminin aldığı evin harada yerləşməsindən belə xəbərsiz olduğunu, hazırda ailəsi ilə birlikdə öz evində yaşadığını, ailə üzvlərindən heç birinin bu mübahisədən xəbərinin olmadığını, müqaviləni görünüş üçün bağladığından ailə üzvlərinə bu barədə heç bir məlumat vermədiyini, qazi atası olduğunu, bütün bunlar nəzərə alınmaqla müqavilənin etibarsız sayılması, evinin özünə geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir.

21. Cavabdeh2 məhkəmə baxışı iclasında verdiyi izahatında İddiaçı ilə qonşu və yaxın dost olduğunu, özünün Dubay Bakı arası maşın alveri ilə məşğul olduğunu, bununla əlaqədar olaraq 2015-ci ilin avqustunda təcili pula ehtiyacı olduğunu, iddiaçı ilə görüşəndə bu barədə söhbət açıldığını, özünün iki evi olmasına rəğmən sənədsiz olduğundan sata və ya girov qoya bilmədiyini, Rzadan kömək istədiyini, onun evi kupçalı olduğundan satışının da mümkün olduğunu, Rza ilə evini satıb pulunu ona verəcəyi, daha sonra isə pulu qaytaracağı vaxt təxminən 2-3 ay sonra evin yenidən Rzanın adına keçiriləcəyi barədə razılığa gəldiklərini, bununla bağlı dostu Zahidlə əlaqə saxladığını, Zahidin də Fikrət Bayramov adlı şəxslə danışaraq alıcı tapmasını ondan xahiş etdiyini, həmin vaxt Zahid və Fikrətə alqısatqını görünüş üçün edəcəkləri barədə bildirdiyini, amma Zahidin Cavabdeh1 bu barədə deyib-demədiyini bilmədiyini, alqı-satqı prosesində orada olmadığını, Zahidin həmin gün Rza və Raminlə birlikdə Asan xidmətə getdiyini, 120000 manat pulu Rzadan götürdüyünü, daha sonra işlərini yoluna qoya bilmədiyindən qaytara bilmədiyini, barəsində Sumqayıt şəhər prokurorluğu tərəfindən 04 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başladığını, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi 24 nömrəli evi Sumqayıt “Asan xidmət” mərkəzində alğısatqı etmək yolu ilə tanışı Fikrət adlı şəxsə faktiki girov qoyub həmin evin alğı-satqısından əldə edilmiş 120000 manat pul u İddiaçı alaraq qısa müddətdə geri qaytaracağını, pulu geri qaytardıqdan sonra isə ona məxsus evi onun adına keçirəcəyini yalandan vəd edib aldadıb İddiaçı məxsus 120000 manat pulu ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı ilə cinayət işinin açıldığını, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçildiyini, heç vaxt Fikrət adlı şəxsə borcu olmadığını, sadəcə alverə görə Dubaya pul göndərməli olduğunu, Fikrətin isə ona Zahid vasitəsilə xahişinə görə alıcı tapmaqda kömək etdiyini, Fikrətin istintaq zamanı verdiyi ifadədə bütün bu deyilənlərin yalan olduğunu, ev üçün alıcı tapmadığını, bu məsələdə Rza və ya Elnura kömək etmədiyini bildirdiyini, niyyətinin Rzanı aldatmaq olmadığını, Rusiyadan Raminə həmin pulu alıb Rzanın evini qaytarması üçün 50000 dollar pul göndərdiyini, buna baxmayaraq Raminin bununla razılaşmadığını, pulu götürmədiyini, Rusiyadan göndərdiyi məktubda da İddiaçı 120000 manat borcunun olması barədə bildirdiyini qeyd etmiş, bütün bunlar nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazının olmadığını bildirmişdir.

22. Babək Rayon Məhkəməsinin (hakim: G.M.İsmayıl) 31 avqust 2022-ci il tarixli, 2(079)-190/2022 nömrəli qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt “ASAN Xidmət” mərkəzinin Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini və qeyd olunan alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə icraat gedişində Cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və həmin evdə xəstə anası və övladları ilə birgə yaşayır. X1 ikinci qrup əlildir və həyat yoldaşı və fat etdiyindən övladlarını tək saxlayır. 23 sentyabr 2015-ci ildə tanışı Elnurun təkidi ilə ona pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt Asan Xidmət Mərkəzinə gedərək orada xx.xx.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlayaraq 3 aylıq müddətinə əmlakını Cavabdeh2 borc götürdüyü Fikrət adlı şəxsin qardaşı olan iş üzrə üçüncü şəxs Cavabdeh1 adına rəsmiləşdirmiş və onların borc münasibətlərində təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç aydan artıq müddət keçəndən sonra onun evinin özünə qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış, vəziyyətin heç də onun düşündüyü kimi olmadığını başa düşüb öz etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. O, iş üzrə üçüncü şəxs Cavabdeh1 tanımır və ona evini satmamışdır. Onun tanıdıqları Elnur və Ələddindir. Onlar öz pul problemlərini həll etmirlər və onun mənzilini də onun özünə qaytarmırlar. Ona görə də alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia qaldırmışdır. Onun özünə məxsus və ailə üzvlərinin yaşadığı evi satmaqla əlaqədar iradə ifadəsi olmamışdır. Yalnız qeyd etdiyi kimi tanışının borc götürməsi ilə əlaqədar təminat olaraq ona bildirilən girov müqaviləsi hesab etdiyi əqdə imza atmışdır. Onun alğı-satqı müqaviləsi bağlamağa heç bir niyyəti olmamışdır. O yalnız digər şəxsin borc öhdəliklərinə görə müvəqqəti olaraq evini Cavabdeh1 adına keçirmişdir. Qanuna görə isə bir əqdi digər əqdlə pərdələmə yolverilməzdir və belə əqdlər əhəmiyyətsiz və etibarsız hesab olunurlar.

24. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı və Cavabdeh1 alğı-satqı müqaviləsi bağlayaraq müqaviləni notarial qaydada təsdiq etdirmişlər. İddiaçı evin borcun təminatı olaraq girov qoyulduğunu, həmin alğı-satqı müqaviləsini formal olaraq bağladığını dəlil olaraq göstərsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eləcə də göründüyü kimi evin təminat olaraq yüklü edilməsi ilə bağlı ipoteka müqaviləsinin bağlanması mümkün olsa da belə bir müqavilə bağlanmamışdır. Mübahisələndirilən alğı-satqı müqaviləsi qanunvericiliyin şərtlərinə uyğun bağlanmışdır. Məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı dəlillərin formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetmədiyi qənaətinə gəlmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1230/2021 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1230/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0.1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267.8 kv.m olan 5 otaqlı 24 saylı fərdi yaşayış evi RX ******* sayl ı, 11 fevral 2014-cü il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. O mülkiyyətində olan həmin daşınmaz əmlakı AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 120000 manata Cavabdeh1 satmışdır. Müqavilə notariat qaydasında təsdiq olunmuşdur. İddiaçı Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun xx.xx.2015-ci il tarixli AN1 ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun əsas dəlili ondan ibarət olmuşdur ki, həmin əqd başqa bir əqdi pərdələmək xatirinə yalan əqd kimi bağlandığından etibarsız hesab olunmalıdır. Onun qətiyyən öz evini satmaq niyyəti olmamış, lakin tanışının borcuna görə sadəcə öz əmlakının girova qoyulmasına razı olmuşdur. İş materiallarından görünür ki, İddiaçı ilə Cavab deh1 arasında mübahisəli daşınmaz əmlakın alğı-satqısına dair qanunvericiliyə uyğun olan xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı müqavilə imzalanmış, alıcı olaraq Cavabdeh1 əmlakın dəyəri olan 120000 manat pulu notariusun depozit hesabına köçürmüş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. İşdən görünür ki, əmlaka görə ödənilən pulu İddiaçı öz tanışı, iş üzrə digər Cavabdeh2 onun razılığı ilə götürmüş, lakin dediyi kimi qısa müddətdə onu geri qaytarmamışdır. Bununla bağlı isə həmin şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Beləliklə də işin faktiki hallarından görünür ki, əslində mübahisənin əsasını əmlaka görə alıcı tərəfindən ödənilmiş pulun iddiaçının öz tanışı tərəfindən mənimsənilməsi təşki l edir ki, bu hal mövcud alğı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi həmin məbləği təqsirləndirilən şəxs, yəni Cavabdeh2 tələb etmək hüququna malikdir. Başqa sözlə iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı əqdin etibarsızlığı barədə hazırki iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, mübahisələndirilən əqd 23 sentyabr 2015-ci il tarixdə imzalanmışdır. İddiaçı isə iddia edir ki, əqdlə əslində guya əmlakını borcun təminatı olaraq 3 ay müddətinə girova qoymuşdur, yəni onun bu əqdin yalan olması nı bilmə müddəti 23 dekabr 2015-ci il tarixinədək hesab olunur. Maraqlı şəxs əqdin etibarsızlığına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu normaların tələbinə görə İddiaçı mübahisəli əqdin etibarsızlığını 23 dekabr 2015-ci il tarixdən bilməli olduğuna görə həmin əqdin etibarsızlığına görə məhkəmədə ən gec 23 dekabr 2016-cı il tarixdə iddia qaldıra bilərdi. İş materiallarından isə görünür ki, İddiaçı hazırki iddia ilə məhkəməyə 15 mart 2017-ci ildə müraciət etmiş, alğı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdi r. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı tamamilə düzgün nəticəyə gəlmişdir ki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1230/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx.xx.2021-ci il tarixli, 2(102)-5751/2021 saylı qərarı ilə hesab etmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülkiprosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kass asiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

27. Sözügedən halları nəzərə alan məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

28. Yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir.

29. İddiaçı cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin olunmamış, qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(102)-5751/2021 saylı qərarı ilə qanuni qüvvəyə minmişdir.

30. Preyudisiallığın subyektiv həddini müzakirə edən məhkəmə hesab etmişdir ki, əvvəl baxılmış və yeni baxılan işdəki şəxslərin dairəsi eynidir. Belə ki, birinci baxılan işdə İddiaçı, Cavabdeh2 cavabdeh, Cavabdeh1 isə üçüncü şəxs qismində çıxış etmişlər. Hazırki iş üzrə də İddiaçı, Cavabdeh2 və Cavabdeh1 cavabdeh qismində iştirak edirlər.

31. Preyudisiallığın obyektiv həddini müzakirə edən məhkəmə hesab etmişdir ki, qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri də eynilik təşkil edir. Belə ki, hər nə qədər iddia tələbi müqavilənin ləğvi şəklində qoyulsa da məhkəmə iddianın əsaslarına, tərəflərin bununla bağlı mövqeyinə və işin hallarına qiymət verərək iddiaçının əslində əqdin etibarsızlığını tələb etdiyi qənaətinə gəlmiş və bundan irəli gələn hüquqi nəticələri tətbiq etməyi düzgün hesab etmişdir.

32. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətini nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd olunmalıdır.

33. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 82.3., 233.3.-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti işin müəyyən edilmiş hallarına istinadla onunla əsaslandırılmışdır ki, qətnamə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. İşə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qan unvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 148.2, 157.1, 337.1, 337.2, 347.1, 347.2, 347.2.2, 421.1, 422.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 175.1, 217.4, 385.1.1-ci maddələrinə istinad etmişdir.

36. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (hakimlər V.K.Quliyev (sədrlik edən və məruzəçi) Y.S.Qurbanov və M.D.Allahverdiyev) 2(108)-05/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Babək Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(079)190/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Ca vabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir.

37. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual pozuntulara yol verməklə, hər hansı yazılı müraciət olmadan, öz mülahizəsi əsasında iddianı dəyişdirərək iddia tələbindən kənara çıxmış, verilmiş iddia tələbinə baxmamışdır. Yəni iddia tələbi mübahisələndirilən müqavilənin ləğvi ilə bağlı olduğu halda, müqavilənin etibarsızlığına dair iddia tələbinə baxılaraq qətnamə qəbul edilmişdir.

38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müvafiq dəlillər əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçının Cavabdeh1 daha əvvəl tanımaması, onu alqı-satqı olunduğu gün notariusda görüb-tanıması, evini satmaq kimi bir niyyətinin heç va xt olmaması, bununla bağlı heç bir yerdə elan verməməsi, alıcı axtarmaması, alqı-satqının arxasında dostu Cavabdeh2 kömək etmək niyyətinin dayanması və Cavabdeh2 ərizəsinin və ifadəsinin nəzərə alınmaması, eləcə də əslində əsl niyyətinin müqavilənin etibarsızlığına nail olmaq olması, ona pul deyil, evinin lazım olması, həmin vaxt nümayəndənin savadsızlığı ucbatından iddianın səhv qaldırılması ilə bağlı dəlillər və apellyasiya şikayətində göstərilən digər dəlillər mülahizə xarakterlidir və mübahisələndirilən müqavilənin forma və məzmunu ilə ziddiyyət təşkil edir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia tələbinin əsasları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla təsdiqini tapmır və sübut olunmur.

40. İddia ərizəsində göstərilən 120.000 mana tı qaytaranda Cavabdeh1lə aralarında bağladıqları müqaviləni ləğv etməli olduqları barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə onun ləğv edilməsi ilə bağlı razılaşma göstərilməmişdir.

41. Eləcə də iddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci və 157.4-cü maddələrinin əsasları müəyyən edilmir.

42. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 mübahisələndirilən müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvi tələbinin cavabdeh olaraq Cavabdeh2 yönəldilməsinin və təmin edilməsinin əsasları yoxdur.

43. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 567, 646, 421, 423, 424-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Republikasın Mülki Məcəlləsininn 422-ci maddəsinin şərh edilməsinə dair” 7 sentyabr 2018-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya qətnaməni ləğv edib yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

45. Kassasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən, maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Mübahisənin ə sasını əmlaka görə alıcı tərəfindən ödənilmiş pulun iddiaçının öz tanışı, yəni Cavabdeh2 tərəfindən mənimsənilməsi təşkil edir ki, bu hal mövcud alqı-satqı əməliyyatının etibarsızlığı üçün mühüm əsasdır. Ona görə də Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması mübahisə predmeti olmamış, odur ki, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin iddiaçı tərəfindən görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmalı, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mül ki Məcəllə

47. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

48. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

49. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

50. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

51. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

52. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Prosessual Məcəllə

53. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Madd ə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya in stansiyası məhkəməsi tərəfindən təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-5/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar