Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1021/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə sahiblik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən çıxarılma, torpaq sahəsinin və evin sahibliyə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2202/2023 saylı 16 may 2023-cü il tarixli qətna məsindən üçüncü şəxs Şahid tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Şahid ondan müxtəlif vaxtlarda pul aldığını, 2016-2018-ci illər ərzində qazanc adıyla cəmi 15 980 ABŞ dolları qaytardığını, lakin qalan 123 000 ABŞ dollarını qaytarmadığını bildirməklə hüquq mühafizə orqanlarına müraciət etmiş, Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatda İddiaçı ayda 3 faiz ödəmək şərtilə 135 000 ABŞ dolları aldığını, müxtəlif vaxtlarda borcundan hissə-hissə qaytardığını və 123 000 ABŞ dolları borcunun qaldığını, həmin borcu 3 gün ərzində ödəyəcəyini göstərmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlə r Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, “X1 və qardaşları Quzeyir Şirməmmədov, Rüfət Şirməmmədov və Şahid Sizi hədələməsi faktı təsdiqini tapmamış, eləcə də onlar tərəfindən Sizə dəymiş ziyanın tam ödənilməsi təmin edilmişdir”.
3. BMCMİ-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli məktublarda aşağıdakılar göstərilmişdir: “İddiaçı BMCMİ-nə daxil olmuş müraciətində Şahid tərəfindən 218 000 ABŞ dolları pulunun ələ keçirildiyini bildirmişdir. Müəyyən edilmişdir ki, Şahid 2010-2017-ci illər ərzində İddiaçı borc olaraq ümumilikdə 218 000 ABŞ dolları pul almış, sonrakı müddətdə borcunu qaytarmadığı üçün İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı Şahid İddiaçı borclu olduğu 218 000 ABŞ dolları pulun əvəzində özünə məxsus Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, F. Ramazanov küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirəcəyini bildirdiyindən İddiaçı ərizə ilə müraciət edərək şikayətinə baxılmasının dayandırılmasını xahiş etmişdir. Sonrakı müddətdə Şahid ev məsələsini müsbət həll etməyib borcunu qaytarmadığı üçün İddiaçı onun barəsində təkrar şikayət etmişdir. Araşdırma zamanı tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş, bu barədə müraciət müəllifinə məlumat verilmişdir”.
4. Şahid Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Firuddin Ramazanov küçəsində 200 kv.m olan torpaq sahəsində yerləşən ikimərtəbəli 180 kv.m-dən ibarət fərdi yaşayış evini İddiaçı 110 000 manata satdığını göstərməklə evin maliyyə hesab vərəqəsinin onun adından çıxarılması barədə 9 saylı MİS-ə 2018-ci ilin mart ayında müraciət ünvanlamış, həmin müraciət Şahid həyat yoldaşı Rəhilə Tarverdiyeva tərəfindən də imzalanmaqla sonuncu, evin satılmasına etiraz etmədiyini bildirmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonunun Mənzil İstismar Hissəsinin 9 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, “...Bakı şəhəri, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsində yerləşən fərdi evdə 2016-cı ildən 2018-ci ilin mart ayına qədər yaşamış Şahid və onun arvadı Tarverdiyeva Rahilə müraciət etdikləri ərizə əsasında İddiaçı MN-nin Bakı Qarnizonu nun Mənzil İstismar Hissəsinin 9 nömrəli Mənzil İstismar Sahəsinin rəisi X7 iştirakı ilə 110 000 manata satmışdılar. Şahid ərizəsində, adına olan Bakı şəhəri, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsindəki fərdi evi satdığı üçün maliyyə hesab vərəqəsini onun adından çıxarıb İddiaçı adına keçirilməsini xahiş etmişdir”.
6. Şahid Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, F. Ramazanov küçəsi 7 ünvanı üzrə **********00070 abonent kodu ilə xx.xx.2016-cı il tarixdə "xxxx" İB-nin abonenti kimi qeydiyyata alınmışdır.
7. İddiaçı "xxxx" İB-nə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədə Bakı şəhəri, H.Aslanov qəsəbəsində yerləşən evin hesabının onun adına keçirilməsini xahiş etmişdir. 8. "xxxx" İB və İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın a lqı-satqısı barədə” 02 may 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanı üzrə istehlakçının keyfiyyətli qazla təmin edilməsi razılaşdırılmışdır.
9. İddiaçı ünvan 4 ünvanı üzrə **********00070 abonent kodu ilə "xxxx" İB-nin abonenti kimi qeydiyyata alınmışdır.
10. Şahid Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, F. Ramazanov küçəsi 30/2 ünvanında yerləşən ev üzrə **********012 abonent kodu ilə xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin abonenti kimi qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixinədək həmin evə dair abonent kodu onun adına olmuşdur.
11. Şahid xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 49 saylı Notariat ofisində yazdığı ərizədə **********012 saylı su abonent kodunun İddiaçı adına sənədləşməsinə etiraz etmədiyini bildirmiş, xx.xx.2019-cu il tarixdə müvafiq abonent kodu ilə İddi açı "xxxx" ASCnin abonenti kimi qeydiyyata alınmışdır.
12. Şahid Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, 1-ci Dairəvi, ev 1046, mənzil 026A (ünvan 5 ünvanında yerləşən ev üzrə **********6026A abonent kodu ilə xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin abonenti kimi qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixinədək həmin evə dair abonent kodu onun adına olmuşdur.
13. Şahid xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 49 saylı Notariat ofisində yazdığı ərizədə **********6026A saylı işıq abonent kodunun İddiaçı adına sənədləşməsinə etiraz etmədiyini bildirmişdir.
14. İddiaçı Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, 1-ci Dairəvi, ev 1046, mənzil 026A (ünvan 5 ünvanı üzrə **********6026A abonent kodu ilə xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin abonenti kimi qeydiyyata alınmışdır.
15. Şahid 2 019-cu ilin may ayından sonra İddiaçı onun "xxxx" QSC-də olan bank hesabı vasitəsilə pul köçürmələri həyata keçirmişdir. 16. "xxxx" MMC tərəfindən verilmiş 03 mart 2018-ci il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi 59 saylı məktəbin yanında yerləşən evin sahibi İddiaçıdur. Torpaq sahəsinin faktiki ölçüsü 212 kv.m, tikintinin sahəsi hər mərtəbəsi 98,04 kv.m olmaqla cəmi iki mərtəbədə 196,08 kv.m, dəyəri 130 000 manat təşkil edir. Fərdi yaşayış evi 2008-ci ildə tikilmişdir”. 17. ünvan 6 ünvanında yerləşən 212 m2 torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
18. Bakı şəhəri, Xətai rayonu 1-ci Dairəvi küçəsi 159 saylı məktəbin yaxınlığında yerləşən 0,02 ha torpaq sahəsi xx.xx. 2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyatdan keçmiş, onunla X6 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, torpaq sahəsi Ruxsara Cəbiyevanın adına daşınmaz əmlakın dövlət reyestrində 11 may 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə cavabdehin və qeyrilərinin çıxarılması, torpaq sahəsinin və onun üzərindəki evin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İ ddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvandakı fərdi yaşayış evindən və torpaq sahəsindən məhrum olunmuşdur. Belə ki, Şahid tərəfindən sözügedən ünvandakı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ona borclu olduğu 110.000 manat qarşılığında verilmişdir. Şahid və qardaşları Rauf, Rüfət və Üzeyir Şirməmmədovlar borc adı ilə ondan 234.000 ABŞ dolları götürmüş və sonradan qaytarmaqdan qərəzli olaraq imtina etmiş, borcu qaytarmamaq və onu qorxutmaq üçün kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adından istifadə edərək uşaqlarını oğurlatmaqla hədələmişlər. Onların bu qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, İdarəyə çağırılan həmin şəxslər təqsirlərini etiraf etməklə, ona dəyən zərəri ödəmişlər. Şahid ona olan borcunu vermək üçün nəğd 138.000 ABŞ dolları olmadığı üçün, ona məxsus Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvandakı fərdi yaşayış evini borc əvəzi kimi verməsi üçün Baş İdarəyə müraciət etmişdir. Fərdi yaşayış evi 2008-ci il tarixdə tikilməsinə baxmayaraq, ona mülkiyyət hüququ alınmadığına görə xx.xx.2018-ci il tarixdə Şahid Nərcə oğlu və həyat yoldaşı Rahilə Tanrıverdiyeva ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar Hissəsi, 4 saylı Mənzil-İstismar Sahəsinə (hazırda 9 saylı Mənzil İstismar Sahəsinə) müraciət etmiş, göstərilən yaşayış evini ona 110 000 manata satdığı üçün mali yyə hesab vərəqəsini sonuncuların adından çıxararaq onun adına salınmasını xahiş etmişlər. Bundan sonra yaşayış evi Şahid Nərcə oğlu və həyat yoldaşı Tanrıverdiyeva Rahilə tərəfindən ona təhvil verilmişdir. Bundan əlavə Şahid Nərcə oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən 2019-cu ilin əvvəlindən evin elektrik enerjisi, su, qazının abonentliyi onun adına keçirilmişdir. Onun xx.xx.2018-ci il tarixli ərizəsi əsasında həmin ərazidə tikilən evlərə verilən Daşınmaz əmlakın X3 rəyi almış, rəy "xxxx" MMC tərəfindən hazırlanmışdır. Həmin ərazidə yalnız bu cür sənəd mövcuddur. Bunun ardınca Şahid ona bildirmişdir ki, ona məxsus olan və işlətdiyi “Avromed”in dileri olan aptek yaxınlıqda yerləşdiyi üçün həmin yaşayış evində kirayə qalmaq istəyir. Onunla kirayə haqqını 400 manata razıla şmışdır. Həmin vaxtdan Şahid ailəsi ilə birgə artıq ona məxsus fərdi yaşayış evində qalıb hər ay 400 manat kirayə haqqı və ona olan 5000 manat borcdan 100 manat, cəmi 500 manatı ona məxsus "xxxx" kartına ödəyirdi. 2021-ci ilin mart və aprel aylarında kirayə haqqının ödənilmədiyini gördükdə səbəbini öyrənmək üçün mayda həmin evə getmiş, məlum olmuşdur ki, həmin evdə Natiq ailəsi ilə deyil, tamamilə kənar şəxslər yaşayır. Həmin adamların yaşayış evindən dərhal çıxmalarını tələb etmiş, sonradan isə həmin şəxsin Cavabdeh olduğunu öyrənmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq həmin şəxs onun mənzilindən çıxmaqdan imtina edir. Buna görə məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Artıq uzun müddətdir öz evindən məhrum olunmuşdur. Bu halın uzun müddət davam etməsi hüquqlarını ə saslı şəkildə pozur, evindən istifadə edə bilmir. Ona görə də, cavabdehin evdən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılması və özünün həmin evə köçürülərək faktiki sahibliyinə verilməsi hüquqlarının bərpası üçün olduqca zəruridir.
21. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 7 ünvanında, 212.0 kv.m torpaq sahəsində yerləşən 196.08 kv.m sahəsi olan fərdi yaşayış evi üzərinə həbs qoyulmaqla onun barəsində hər hansı bir sənədləşmə işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
22. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla ərizə təmin edilmiş, ünvan 7 ünvanında, 212.0 kv.m torpaq sahəsində yerləşən 196.08 kv.m sahəsi olan fərdi yaşayış evinin üzərinə həbs qoyularaq, on un barəsində hər hansı bir sənədləşmə işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilmişdir.
23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.N.K.Abbasova) xx.xx.2022-ci il tarixli, 2(011)-149/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanda 212 kv.m olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196,08 kv.m sahəsi olan fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsi və onun üzərindəki evin iddiaçının faktiki sahibliyinə verilməsi qət edilmişdir. (hakim İ.N.Abbasova)
24. Birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 3 0/2 ünvanında 212 kv.m olan torpaq sahəsində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evi 2016-cı ildən 2018-ci ilin mart ayına qədər Şahid faktiki sahibliyində və istifadəsində olmuş, lakin daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində həmin evin 2008-ci ildə tikildiyi müəyyən edilmişdir. Həmin əmlak xx.xx.2018-ci il tarixdən Şahid tərəfindən İddiaçı borclu olduğu 110.000 manat qarşılığında sonuncunun faktiki sahibliyinə və istifadəsinə verilməklə, daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq hüququ İddiaçı ötürülmüşdür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin əmlakla bağlı istehlak müqavilələri iddiaçı ilə bağlanmış, kommunal ödənişlər onun t ərəfindən həyata keçirilmişdir.
25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 11.2, 152, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 2(011)149/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi yalnız iddiaçı tərəfin şifahi mülahizələrini qəbul etmiş, cavabdeh tərəfin iddia tələbinin rədd olunmasına yönəlmiş əsaslı dəlillərinə düzgün hüquqi qiymət verməmiş, qətnamə işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi və kimə məxsus olması istiqamətində heç bir qanuni araşdırma aparmayaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin istinad etdiyi Avropa Məhkəməsinin bir neçə qərarlarında qeyd olunanlar hazırkı işin hallarına uyğun gəlmir, lakin məhkəmə öz maraqlarına çatmaq üçün şablon və əsassız olaraq həmin məhkəmə qərarlarına istinad etmişdir. Qeyd olunan Avropa Məhkəməsinin qərarlarında əmlak faktiki olaraq şikayətçinin sahibliyindədir. Lakin hazırkı mülki işin hallarından da görünür ki, mübahisə predmeti olan əmlaklar iddiaçının heç vaxt istifadəsində olmamış və hazırda da iddiaçının istifadəsində deyil. İddiaçı tam qanunsuz yolla əmlakını əlindən almaq niyyətindədir. İddiaçı onun ehtimal etdiyi pulu əsl cavabdeh Şahid tələb etmək əvəzinə əlindəki qanunsuz yollarla əldə etdiyi və heç bir hüququ əsası olmayan sənədlər istinad edərək əmlakını qanunsuz yolla, yəni məhkəmənin əli ilə əlində almaq niyyətindədir. Onun sözügedən vəsatətləri məhkəmə tərəfindən təmin edilmədikdən sonra və mülki iş tələm-tələsik yekunlaşdıqdan sonra, onun tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə vəsatətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq sorğular göndərilmiş, lakin hazıradək həmin sorğulara cavab alınmadığından həmin cavab məktublarını yeni sübut qismində təqdim edə bilmir, lakin həmin sorğularına cavab məktublarını hazırkı şikayəti üzrə apellyasiya baxışında məhkəmə kollegiyasına təqdim edəcək.
28. Bakı Apellyasiya Məhkəməsi tərəfindən X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş, onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (qardaşı) izahatında göstərmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi bacısı Ruxsara Cəbiyevanın mülkiyyətində olan həyətyanı sahədən və evdən tamamilə kənarda yerləşir, bu sahələrin və evlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların evlərinin yerləşdiyi torpaq sahələri fərqlidir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Ə.Mehdi yev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov, X.Ə.Sarıyev.) 21 iyun 2022-ci il tarixli, 2(103)3260/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilimədən saxlanılmasını qət etmişdir.
30. Qətnamə onunla əsaslandırılmışdır ki, sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, F.Ramazanov küçəsi 30/2 ünvanında 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 kv.m sahəsi olan fərdi yaşayış evi 2016-cı ildən 2018-ci ilin mart ayına qədər Şahid faktiki sahibliyində və istifadəsində olmuş, lakin daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydiyyatdan keçirilməmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyində həmin evin 2008- ci ildə tikildiyi müəyyən edilmişdir. Həmin əmlak xx.xx.2018-ci il tarixdən Şahid tərəfindən İddiaçı borclu olduğu 110000 manat qarşılığında sonuncunun faktiki sahibliyinə və istifadəsinə verilməklə, həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq hüququ İddiaçı ötürülmüşdür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, həmin əmlakla bağlı istehlak müqavilələri İddiaçı ilə bağlanmış, kommunal ödənişlər onun tərəfindən həyata keçirilmişdir. ünvan 8 ünvanda 212 m2 olan torpaq sahəsində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evi hazırda Cavabdeh faktiki sahibliyində və istifadəsində olsa da o, mübahisənin predmeti olan daşınmaz əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir.
31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan mübahisə predmeti olan əmlakda yaşamaqla, həmin əmlakla bağlı mülkiyyət hüquqlarını rəsmiləşdirmək hüququ iddiaçıya məxsus olduğu halda iddiaçıya həmin hüququn həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə maneə törətdiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında 212 m2 olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196,08 m2 sahəsi olan fərdi yaşayış evindən ailəsi ilə birlikdə çıxarılmalı, torpaq sahəsi və onun üzərindəki ev İddiaçı faktiki sahibliyinə verilməlidir.
32. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, 43-cü maddəsinə, Mülki Məcəl lənin 11.1, 11.2, 152, 157.2, 157.8-ci maddələrinə və Azərbaycan Resdpublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3260/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova, İ.K.Xəlilov) 13 dekabr 2022-ci il tarixli, 2(102)-5576/2022 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3260/2022 saylı qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
35. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini bununla əsaslandırmışdır ki, iddia tələbinin əsasını cavabdehin özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılmaqla, həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının sahibliyinə verilməsi təşkil edir.
36. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 37. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
38. Yəni, qan unverici tərəfindən iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir.
39. İddiaçı hazırda cavabdehin çıxarılmasını və onun faktiki sahibliyinə verilməsini tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evini Şahid adlı şəxsdən sonuncunun ona olan borcunun əvəzi olaraq əldə etdiyini, yəni fərdi yaşayış evi üzərində hüquqların hüquq sahibi tərəfindən ona keçirildiyini bildirir.
40. Bununla bərabər cavabdehin artıq onun sahibliyində olan evdə heç bir qanuni əsası olmadan yaşadığını göstərir.
41. Mülki Məcəllənin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin təl əblərinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
42. Bununla bərabər, həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.
43. Həmin maddənin məzmunundan göründüyü kimi, özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır.
44. Deməli, özbaşına tikiliyə sahiblik hüququ qa nunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.
45. Eyni zamanda Mülki Məcəllənin 178-ci maddəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmə daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üsullarından biri kimi təsbit edilmişdir.
46. Təkrar vurğulanmalıdır ki, qanunvericiliklə özbaşına tikiliyə sahiblik hüququ tanınmaqla həmin hüquqa malik olan şəxsin öz sahibliyini hər cür qanunsuz pozuntudan müdafiə etmək hüququ təsbit edilir.
47. Bu halda ilk əvvəl iddiaçının özbaşına t ikili üzərində sahiblik hüququna malik olub-olmamasının müəyyən edilməsidir.
48. İddiaçı özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi Şahid adlı şəxsin hüquq mühafizə orqanlarına verdiyi ifadəyə, MİS arayışına və istehlak müqavilələrinə istinad edir.
49. Halbuki, Şahid iddiaçının onun barəsində verdiyi şikayətin araşdırılması zamanı polis orqanına verdiyi ifadəsində iddiaçıya olan 123.000 ABŞ dolları məbləğində borcunu 3 gün müddətində ödəyəcəyini bildirmişdir.
50. Nəticə etibarilə, Şahid iddiaçının göstərdiyi məzmunda ifadə verməmişdir. Digər tərəfdən, bu cür öhdəlik götürməsi təsbit edilsə belə, polis orqanında əmlakın verilməsi barədə öhdəliyin şəxsin həqiqi iradə ifadəsini əks etdirdiyi iradə ifadəsinin zədələnibzədələnməməsi müəyyən edilməlidir.
51. Bundan başqa, a şağı instansiya məhkəmələrinin mötəbər sübut kimi qiymətləndirdiyi MİS arayışlarında Şahid sözügedən fərdi yaşayış evində 2016-cı ildən 2018-ci ilə qədər yaşadığı və sonradan onun arvadı ilə birlikdə ərizəsi əsasında evə dair maliyyə hesab vərəqəsinin iddiaçının adına keçirildiyi, bunun səbəbi kimi isə iddiaçının həmin evi sonunculardan 110.000 manat müqabilində aldığı göstərilmişdir.
52. İşdən mübahisəsiz qaydadan görünən odur ki, iddiaçının üzərində sahiblik hüquqlarını pozulduğunu iddia etdiyi ev 2008-ci ildə inşa edilmişdir.
53. Bu halda, məhkəmələr tərəfindən aydınlaşdırılmalı məqamlardan biri də Şahid özbaşına tikiliyə sahiblik hüququnu necə əldə etməsi, ümumiyyətlə həmin əşya üzərində belə bir hüquqa malik olub-olmamasıdır.
54. Çünki Şahid özbaşına tikili üzərində sahiblik hüququnun olması və bu hüququnu qanuna zidd olmayan əsaslarla iddiaçıya ötürməsi müəyyən edilmədən, hazırki iddianın təmin edilməsi barədə gəlinən qənaət qanuni və əsaslı sayıla bilməz.
55. Digər tərəfdən də, evin dəyəri 110.000 manat göstərilmişdir ki, həmin məbləğ iddiaçıya olan borc məbləğini əvəzləşdirmək üçün kifayət etməməklə, borc məbləğindən xeyli aşağı məbləğdir.
56. Məhkəmələr tərəfindən sadalanan qeyri-müəyyənliklərin aradan qaldırılması Şahid məhkəmə iclasında dindirilməsi ilə mümkün olduğu halda, bu təmin edilməmiş, həmin qeyri-müəyyənliklər iddiaçının xeyrinə təfsir edilmişdir.
57. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evinin ünvanı iddia ərizəsində, istehlak müqavilələrində və qiymətləndirmə rəyində fərqli göstərilmişdir.
58. Belə ki, iddia ərizəsi ndə fərdi yaşayış evinin ünvanı kimi ünvan 10rmə rəyində isə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəs, 59 saylı məktəbin yaxınlığı kimi qeyd edilmişdir.
59. Məhkəmə kollegiyası iş materiallarında sonuncu ünvanda yerləşən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını təsdiq edən çıxarışın mövcud olduğunu nəzərə alaraq xüsusilə vurğulayır ki, həmin xüsusat da məhkəmələr tərəfindən lazımınca araşdırılmamışdır.
60. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyətdə olması halında, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili üzərində hüquq sahibi kimi məhz torpaq sahəsinin mülkiyyətçisi çıxış edir.
61. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar ar adan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
62. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.
64. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zaman ı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
65. Azərbaycan Respublikası Ali Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
66. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli protokol-qərardadla Şahid mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
67. Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, S.X.Bəhrəmzadə.) 16 may 2023-cü il tarixli, 2(103)-2202/2023 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilimədən saxlanılması və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
68. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkə mənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
69. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməs inin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdi yi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
70. İddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi (§ 31.6), özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır.
71. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşy a hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
72. Hazırkı iş üzrə də kassa siya instansiyası məhkəməsi vurğulamışdır ki, özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir.
73. Başqa sözlə, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının özünün mübahisəsi gedən özbaşına tikili üzərində sahiblik hüququna malik olub-olmaması müəyyən edilməlidir.
74. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərək ətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı).
75. Hazırkı iş üzrə müəyyən olunan odur ki, müxtəlif sənədlərdə ünvanı “ünvan 11ətai rayonu, H. Aslanov qəsəbəsi, F. Ramazanov küçəsi 30/2” və “Bakı şəhəri, Xətai rayonu, H. Aslanov qəsəbəsi, 1-ci Dairəvi, ev 1046, mənzil 026A” kimi göstərilən ev mübahisəsi gedən evdir və onun hazırda X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu 1-ci Dairəvi küçəsi 159 saylı məkt əbin yaxınlığında yerləşən 0,02 ha torpaq sahəsi ilə əlaqəsi yoxdur.
76. Həmin evin (həmçinin yerləşdiyi torpaq sahəsinin) 2015-2016-cı illərdən 2018-ci ilin əvvələrinə qədər Şahid sahibliyində olduğu, daha sonra onun özünün razılığı əsasında İddiaçı sahibliyinə verildiyi də işin müəyyən olunan halıdır. İşin yuxarıda sadalanan hallarının ağlabatan mühakimə əsasında təhlili o qənaətə gəlməyə əsas verir ki, Şahid iddiaçıya olan borcunun qarşılığında mübahisəsi gedən tikili üzərindəki sahiblik hüququndan iddiaçının xeyrinə imtina etmiş, əmlakı onun sahibliyinə vermişdir.
77. Şahid 2019-cu ilin may ayından sonra İddiaçı bank vasitəsilə pul köçürmələri etməsi də bu qənaəti qüvvətləndirir; belə ki, o, hazırkı apellyasiya baxışı zamanı həmin pul köçürmələrini etdiyini təsdiqləmiş, lakin bu köçürm ələri İddiaçı olan borcu hesabına həyata keçirdiyini bildirmişdir – hansı ki, onun eyni zamanda irəli sürdüyü hal ondan ibarətdir ki, 2018-ci ilin mart ayında BMCMİ-də İddiaçı 123 000 ABŞ dolları borcunun qaldığı və həmin borcu 3 gün ərzində ödəyəcəyi barədə izahatı verdiyi zaman əslində borcu qalmamışdır. 2018-ci ilin mart ayında borcunun qalmadığını bildirən şəxsin 2019-cu ilin may ayından sonra borc ödənişi həyata keçirdiyini irəli sürməsi onun izahatlarının mötəbərliliyinə şübhə yaradır - bu şübhə isə sözügedən pul köçürmələrinin əslində kirayə ödənişi qismində edildiyi qənaətini formalaşdırır.
78. Şahid mübahisəsi gedən tikiliyə (yerləşdiyi torpaq sahəsinə) sahiblik hüququndan iddiaçının lehinə imtina etməsinin onun həqiqi iradə ifadəsini əks etdiribetdirmədiyi ilə bağlı qeyd olunmalı dır ki, o, bununla əlaqədar ötən müddət ərzində (təxminən 5 il ərzində) hər hansı mübahisə açmamış, BMCQMİ-də verdiyi izahatın ondan hədə-qorxu, yaxud təzyiq altında alındığına dair heç bir orqana şikayət ünvanlamamışdır.
79. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçının, onun sahibliyinə keçmiş mübahisəli evdən, orada hansı əsasla yaşadığı ümumiyyətlə müəyyən olunmayan cavabdehin çıxarılmasını tələb etməyə subyektiv hüququ mövcuddur.
80. Nəzərə alınmalıdır ki, Cavabdeh mübahisəsi gedən əmlakın ona məxsus olduğunu iddia etsə də, həmin əmlak üzərində onun hər hansı hüququnun mövcudluğu müəyyən edilməmişdir.
81. Bu konteksdə həmçinin qeyd olunmalıdır ki, 2008-ci ildə tikilidiyi müəyyən olunan (Cavabdeh bildirməsinə görə 2013-cü ildə tikilən) mübahisəli ev üzərində Şahid sahiblik hüququnu necə əldə etmiş olmasının da hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur – çünkü tikiliyə 2015-2016-cı illərdən 2018-ci ilin əvvələrinə qədər məhz Şahid sahiblik etdiyi müəyyən edilmiş, məhz o, sahibliyi İddiaçı vermiş, 20152016-cı illərdən əvvəl tikilinin başqasının sahibliyində olması isə ümumiyyətlə irəli sürürlməmişdr.
82. Xüsusilə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin özünün də vurğuladığı kimi, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının mübahisəsi gedən tikili üzərində subyektiv hüququnun mövcud olub-olmadığı əhəmiyyət kəsb edir; subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olub-olmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir.
83. Şərh olunanlara əsa sən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
84. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
85. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərba ycan Respublikası Konstitusiyasının 13- cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 180.1, 180.2-ci, “X10 haqqında” Qanunun 1.0.11-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
86. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)-2202/2023 saylı qətnaməsini ləğv etməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
87. Kassasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, və 125 –ci maddəsi (Vİİhissə) pozulmuşdur.məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin Konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının əsassız irəli sürdüyü tələblərə əsaslanmış və qəbul etdiyi qətnaməni mötəbər olmayan sübutlarla əsaslandırmışdır.
88. Apellyasiya Məhkəməsi Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi hüquq normalarını kobud şəkildə pozmuş və iddiaçının başqasına məxsus əmlakı üzərində mülkiyyət hüququnu tanımaqla əsassız iddianı təmin etmişdir.
89. Apellyasiya məhkəməsi MPM-in 14.1-ci maddəsini pozmaqla işi hərtərəfli araşdırma dan, sübutların mötəbərliliyini yoxlamadan işə baxmış, nəticədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabdehin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
90. Birinci instansiya məhkəməsində olduğu kimi apellyasiya instansiyasında işə baxılarkən də tərəflər arasında baş vermiş mübahisə ilə bağlı yaranmış hüquqi münasibətlər, yəni iddiaçı qismində tələb irəli sürülməsi üçün subyektiv hüququn olubolmaması və tələbin məhz kimə qarşı yönəlməsinin düzgünlüyü yoxlanılmamışdır.
91. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisə predmeti olan özbaşına tikilini hüquq mühafizə orqanının vasitəsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid təhdid altında qanunsuz olaraq əldə etməsi açıq-aşkar göründüyü halda apellyasiya məhkəməsi bu hala heç bir hüquqi qiymət verməm işdir.
92. Aşağı instansiya məhkəmələri tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün iddia tələbinə dair sübutların və digər halların həqiqəti əks etdirib etdirməməsini araşdırmamış və nəticə etibarı ilə aparılan səthi araşdırma prossesual normaların tələbinə cavab verməyərək ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur.
93. Belə ki, iddiaçının özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi istinad etdiyi Şahid hüquq mühafizə orqanlarında verdiyi ifadə və istehlak müqavilələri təzyiq altında, MİS arayışları isə səlahiyyəti olmayan təşkilat tərəfindən saxta olaraq verildiyindən sübut növü kimi qiymətləndirilə bilməz.
94. Apellyasiya Məhkəməsinin mülki kollegiyası iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyinin nəzərə alınması nı kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyini qətnamədə formal olaraq qeyd etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin normasını kobud şəkildə pozmaqla kassasiya məhkəməsinin işin obyektiv və ədalətli həlli üçün xüsusi əhəmiyyət kəsb edən göstərişlərini birmənalı olaraq yerinə yetirməmişdir.
95. Belə ki, Ali Məhkəmə tərəfindən apellyasiya instansiyasının əvvəlki qətnaməsi ləğv edilsə də, eyni əsaslarla apellyasiya şikayətini təmin etmədən birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini qüvvədə saxlamışdır. Halbuki Ali Məhkəmənin göstərişləri işin obyektiv və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərişlərdən ibarətdir.
96. Belə ki, Ali Məhkəmənin qeyd etdiyi kimi iddiaç ı hazırda cavabdehin çıxarılmasını və onun faktiki sahibliyinə verilməsini tələb etdiyi evin özbaşına tikili olduğunu, həmin fərdi yaşayış evini Şahid adlı şəxsdən sonuncunun ona olan borcunun əvəzi olaraq əldə etdiyini, yəni fərdi yaşayış evi üzərində hüquqların hüquq sahibi tərəfindən ona keçirildiyini bildirmiş və cavabdehin artıq onun sahibliyində olan evdə heç bir qanuni əsası olmadan yaşadığını göstərmişdir.
97. İddiaçı özbaşına tikili üzərində sahiblik hüququnun yaranması əsası kimi Şahid hüquq mühafizə orqanlarına verdiyi ifadəyə, MİS arayışına və istehlak müqavilələrinə istinad edir.
98. Halbuki,Şahid iddiaçının onun barəsində verdiyi şikayətin araşdırılması zamanı polis orqanına verdiyi ifadəsində iddiaçıya olan 123 000 ABŞ dolları məbləğində borcunu 3 gün müddətində ödəyəcəyini bildirmişdir.
99. Apellyasiya instansiyasında yenidən işə baxılarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilib izahatı alınmış Şahid həmçinin göstərmişdir ki, həqiqətən də İddiaçı borcu olmuş, lakin Baş MütəşəkkilCinayətkarlıqla Mübarizə İdarəsində İddiaçı 123 000 ABŞ dolları borcunun qaldığı və həmin borcu3 gün ərzində ödəyəcəyi barədə izahatı verdiyi zaman borcu qalmamışdır. Həmin izahatı təzyiq altında vermiş, evi də məcbur qalaraq İddiaçı adına keçirməyə razılaşmış, kommunal xidmətlərin onun adına dəyişdirilməsi barədə ərizələri məcburən yazmışdır.
100. Evə dair hesab vərəqəsinin və kommunal xidmətlərin İddiaçı adına 2019-cu ilin may ayında keçməsinə baxmayaraq, həmin tarixdən 2021-ci ilə qədər evdə yaşamağa davam etmişdir. Həmin dövrdə İddiaçı bank vasitəsilə etdi yi ödənişlər kirayə haqqı yox, borcuna görə hesablanan faizlər olmuşdur. Nəticə etibarı ilə Şahid iddiaçının göstərdiyi məzmunda deyil, tamamilə əks tərzdə ifadə vermişdir. Digər tərəfdən, bu cür öhdəlik götürməsi təsbit edilsə belə, polis orqanında əmlakın verilməsi barədə öhdəliyin şəxsin həqiqi iradə ifadəsini əks etdirdiyi iradə ifadəsinin zədələnib-zədələnməməsi müəyyən edilməlidir.
101. Bundan başqa, aşağı instansiya məhkəmələrinin mötəbər sübut kimi qiymətləndirdiyi MİS arayışlarında Şahid sözügedən fərdi yaşayış evində 2016-cı ildən 2018-ci ilə qədər yaşadığı və sonradan onun arvadı ilə birlikdə ərizəsi əsasında evə dair maliyyə hesab vərəqəsinin iddiaçının adına keçirildiyi, bunun səbəbi kimi isə iddiaçının həmin evi sonunculardan 110.000 manat müqabilində aldığı göstərilmişdir. 1
02. İşdən mübahisəsiz qaydada görünən odur ki, iddiaçının üzərində sahiblik hüquqlarını pozulduğunu iddia etdiyi ev 2008-ci ildə inşa edilmişdir.
103. Ali Məhkəmənin bu göstərişi də yerinə yetirilməyərək apellyasiya instansiyası məhkəməsi Şahidözbaşına tikiliyə sahiblik hüququnu necə əldə etməsini, ümumiyyətlə həmin əşya üzərində belə bir hüquqa malik olub-olmamasını aydınlaşdırmamışdır.
104. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
105. Həmin Məcəllənin152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
106. Şahid özb aşına tikili üzərində sahiblik hüququnun olması və bu hüququnu qanuna zidd olmayan əsaslarla iddiaçıya ötürməsi müəyyən edilmədən, hazırki iddianın təmin edilməsi barədə gəlinən qənaət qanuni və əsaslı sayıla bilməz.
107. Digər tərəfdən də, evin dəyəri 110 000 manat göstərilmişdir ki, həmin məbləğ iddiaçıya olan borc məbləğini əvəzləşdirmək üçün kifayət etməməklə, borc məbləğindən xeyli aşağı məbləğdir.
108. Ali Məhkəmənin gəstərişlərindən biri də ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evinin ünvanı iddia ərizəsində, istehlak müqavilələrində və qiymətləndirmə rəyində fərqli olaraq göstərilmişdir.
109. Belə ki, iddia ərizəsində fərdi yaşayış evinin ünvanı kimi ünvan 10rmə rəyində isə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 59 saylı məktəbin yaxınlığı kimi qeyd edilmişdir.
110. Həmin ziddiyətlərin aradan qaldırılması ilə əlaqədar apellyasiya məhkəməsi heç bir tədbir görməmiş, yalnız izahatlar əsasında fərqli ünvanların eyni ünvan olması qənaətinə gəlmişdir.
111. Göründüyü kimi Ali Məhkəmə tərərfindən qoyulan çoxsaylı göstərişlərin və həmin göstərişlərdə sadalanan qeyri-müəyyənliklərin aradan qaldırılması apellyasiya instansiyası üçün məcburi xarakter daşımasına baxmayaraq göstərişlər nəinki yerinə yetirilməmiş, hətta göstərişləri hakimin müstəqil qərar qəbul etməsinə müdaxilə kimi qiymətləndirmişdir.
112. İşdən də göründüyü kimi Ali Məhkəmənin araşdırılmasının mühüm hesab etdiyi hallardan biri də, məhz İddiaçılə Şahid arasında bağlanmış əqdin qanuni olubolmamasıdır. Apellyasiya məhkəməsi isə bu hala heç bir hüquqi qiymət verməmiş və bu hala dair istinad etdiyi dəlillər işin faktiki halları ilə uzlaşmır.
113. Belə ki, İddiaçılə Şahid arasında bağlanmış əqd Mülki Məcəllənin 339.1.-ci maddəsinin tələbi baxımından özü özlüyündə etibarsızdır. Belə ki, həmin maddənin tələbinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
114. Bu baxımdan hazırki şəraitdə İddiaçılə Şahid arasında yaranmış borc münasibətləri əsasında özbaşına tikiliyə sahiblik hüququnun yaranması qanunun tələblərinə zidd hesab olunmalıdır.
115. Qeyd etmək istəyirlər ki, işdən açıq-aşkar göründüyü kimi iddiaçı iddia tələbində istinad etdiyi hallara dair heç bir mötəbər və qanuni yolla əldə edilmiş sübut təqdim edə bilməmiş, yalnız saxta yolla əldə edilmiş sənədlərə istinad etmişdir.
116. Belə ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu 4 saylı Mənzil-İstismar Sahəsi (hazırda 9 saylı Mənzil İstismar Sahəsi) tərəfindən verilmiş arayışlarla bağlı vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsi xx.xx.2023-cü il tarixli 146 saylı mktubu ilə bildirilmişdir ki, Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə ünvanlanmış 26 yanvar 2023-cü il tarixli 3-13-44-2/2-398/2023-cü il nömrəli mək tub araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “ASAN” kommunala verilmiş Şahid adından İddiaçı adına verilmiş arayışların, həmçinin "xxxx", Azərsu” və "xxxx" ASC-yə verilmiş arayışların hüquqi əsası yoxdur. Mübahisəli özbaşına tikili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 9 nömrəli Mənzil İstismar Sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid deyil və təminatında olan torpaq sahəsində yerləşmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən özbaşına tikili olduğu üçün alqı-satqı və başqa şəxslərin adlarına hər hansı sənədləşmə oluna biməz.
117. Belə olan halda iddaçının mübahisəli özbaşına tikilinin və onun yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi kimi əsassız sübutlarla çıxış edərək tələb i rəli sürməsi qanunun tələblərinə tamamilə zidd olduğundan iddia tələbi rədd edilməlidir.
118. Kassator şikayətlərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4-cü və Mülki Prossesual Məcəllənin 14.1, 88, 420-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
119. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
120. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar mün asibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
121. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
122. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
123. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyy ətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
124. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
125. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
126. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
127. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
128. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilə r.
129. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
130. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
131. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermə k, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “X10 haqqında” Azərbaycan Respublikasının Qanunu
132. Maddə 1.0.11. hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
133. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
134. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
135. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq e dilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
136. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
137. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
138. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r.
139. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
140. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
141. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. [617]
142. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
143. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
144. Hazırkı kassasiya şikayətində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyə n üçüncü şəxs tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
145. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
146. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
147. Kassasiya şikayətinin iddiaçının saxta sənədlərə istinad etməsi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hmin evin (həmçinin yerləşdiyi torpaq sahəsinin) 2015-2016-cı illərdən 2018-ci ilin əvvələrinə qədər Şahid sahibliyində olduğu, daha sonra onun özünün razılığı əsasında İddiaçı sahibliyinə verildiyi də işin müəyyən olunan halıdır. İşin yuxarıda sadalanan hallarının ağlabatan mühakimə əsasında təhlili o qənaətə gəlməyə əsas verir ki, Şahid iddiaçıya olan borcunun qarşılığında mübahisəsi gedən tikili üzərindəki sahiblik hüququndan iddiaçının xeyrinə imtina etmiş, əmlakı onun sahibliyinə vermişdir.
148. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdior ki, 2 008-ci ildə tikilidiyi müəyyən olunan (Cavabdeh bildirməsinə görə 2013-cü ildə tikilən) mübahisəli ev üzərində Şahid sahiblik hüququnu necə əldə etmiş olmasının da hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur – çünkü tikiliyə 2015-2016-cı illərdən 2018-ci ilin əvvələrinə qədər məhz Şahid sahiblik etdiyi müəyyən edilmiş, məhz o, sahibliyi İddiaçı vermiş, 2015-2016-cı illərdən əvvəl tikilinin başqasının sahibliyində olması isə ümumiyyətlə irəli sürürlməmişdir.
149. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, iş üzrə m üəyyən edilən faktiki hallara maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual qanun pozuntularına yol verilməmişdir.Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə əlaqədar təkrar dəyərləndirmə aparılmasına lüzum görmür.
150. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə əvvəllər baxmış kassasiya instansiyası məhkəməsinin göstərişləri işə təkrar baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarları ilə müəyyənləşdirilən hədlərdə icra edilmişdir, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 1
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
152. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli 2(103)2202/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.