Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3570/2024 14.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apell yasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-556/2024 nömrəli, 30 avqust 2024cü il tarixli qərardadından Cavabdeh2 (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 14 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnam ə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-3685/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilərək İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0198 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları, həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-556/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən 29 iyul 2024-cü il tarixdə cavabdehlər (Vəkil2) birgə qaydada kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə q ərar qəbul olunmasını xahiş etmişlər.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-556/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qəradadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(105)-556/2024 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə rəsmi qaydada təqdim olunmuş, qətnamənin rəsmi qaydada təqdim edilməsi müddətinin başlanğıcı sonrakı gündən, yəni xx.xx.2024-cü il tarixdən başlanmış, xx.xx.2024-cü il tarixdə bitsə də, cavabdehlərin birgə qaydada verdikləri kassasiya şikayəti xx.xx.2024-cü tarixdə, yəni qət namənin rəsmi qaydada verildiyi vaxtdan 2 ay müddəti ötürülməklə verilmiş və kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə daxil olmuş kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilərkən Vəkil2 Cavabdeh2 adından şikayəti imzalamaq səlahiyyəti olmamış, şikayət imzalandıqdan sonra vəkilə xx.xx.2024-cü il tarixdə etibarnamə verilmişdir.
8. Qətnamədən 28 avqust 2024-cü il tarixdə Cavabdeh2 (Vəkil2) yenidən kassasiya şikayəti vermiş, kassasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə əlavə edilmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli qə tnaməsindən xx.xx.2024-cü il tarixdə cavabdehlər birgə kassasiya şikayəti vermişlər. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmışdır. O, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsi ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə rəsmi verilmişdir. Qətnamədən xx.xx.2024-cü il tarixdən rəsmi məlumatlıdır. Bu səbəbdən də, həmin qətnamədən xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermiş və kassasiya şikayətini fiziki olaraq kağız formatında imza etmiş, Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabineti vasitəsilə apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Lakin üzrlü səbəb olduğundan notariat vasitəsi lə Vəkil2 xx.xx.2024-cü il tarixdə etibarnamə verərək bütün hüquqlarını və imzalamaq səlahiyyətini vəkil və nümayəndəsinə həvalə etmişdir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin 405.0.1ci maddəsində nəzərdə tutulan kassasiya şikayəti verilməsi üçün 2 ay müddəti buraxmamışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-556/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərardadı ilə (X2 (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Lalə Rəhimli) apellyasiya instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayət i geri qaytarılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil2 elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, lakin Cavabdeh2 kassasiya şikayətini 2 ay müddətində verməmişdir.
12. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsin dən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
13. Cavabdeh2 ərizəsində qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbi ilk dəfə verilmiş kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmaması əsası ilə geri qaytarılması olmuşdur.
14. Məhkəmə kollegiyası həmin halı üzrlü hesab etməyərək qeyd etmişdir ki, Cavabdeh2 kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmiş, bu da cavabdeh tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olduğunu təsdiq edir.
15. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini əsas landırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 128.3, 129.1, 129.2, 130.1, 133.1, 135.6, 405.0.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
16. Qərardaddan Cavabdeh2 (Vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərardadında qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 vəkili və nümayəndəsi və Cavabdeh2 vəkilinin elektron kabinetində apellyasiya instansiyası tərəfindən xx.xx.2024-cü il tarixdə yerləşdi rilsə də, Cavabdeh2 kassasiya şikayətini 2 ay müddətində verməmişdir. Məhkəmənin həmin fikri əsassızdır, iş materiallarına və sənədlərə uyğun deyildir. Belə ki, Cavabdeh2 nümayəndəsi olmamışdır. Nümayəndə olması üçün qanunvericiliyin tələbinə uyğun olaraq mütləq notariat qaydada təsdiq olunmuş etibarnamə olmalıdır. Apellyasiya instansiya məhkəməsinin 30 aprel 2024cü il tarixli qətnaməsi vəkilin elektron kabinetində yerləşdirilməsi, hələ özlüyündə vəkilə Cavabdeh2 adından kassasiya şikayəti vermək hüququ yaratmır. Prosessual normanın tələbinə əsasən Cavabdeh2 vəkil vasitəsilə kassasiya şikayəti verməsi üçün müqavilə bağlamalı və ona hüquqlarını təmsil etmək üçün notariat qaydasında etibarnamə verməlidir. Bu hüquqdan istifadə etmək üçün Cavabdeh2 xx.xx.2024-cü ildə vəkillə kassasiya şikayəti vermək üçün müqavilə bağlamış və ona xx.xx.2024-cü ildə notariat qaydasında etibarnamə vermişdir. Vəkil xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Cavabdeh2 tərəfindən vəkilə verdiyi etibarnamə də xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə işə əlavə edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Etibarnamə apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul olunub işə əlavə edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinə Cavabdeh1 apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçd iyi şəxsi kabinetində xx.xx.2024-cü ildə yerləşdirdiyini əsas gətirərək cavabdehlər tərəfindən kassasiya şikayətinin verilmə müddətini buraxılmış hesab edib, kassasiya şikayətini qərardadı ilə geri qaytarmışdır. Apellyasiya instansiya məhkəməsinə bu zaman cavabdehlərin kassasiya şikayəti vermək hüquqlarını fərdiləşdirməmiş, “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyən Cavabdeh2 apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə rəsmi poçt vasitəsilə verilməsini nəzərə almamışdır. Halbuki, Cavabdeh2 xx.xx.2024-cü ildə artıq kassasiya şikayəti vermişdir və kassasiya şikayəti apellyasiya instansiya məhkəməsində qəbul olunmuşdur.
19. Apellyasiya instansiya məhkəməsinə ka ssasiya şikayətini cavabdehlərə qaytardıqdan sonra Cavabdeh2 kassasiya şikayəti vermək hüququ mövcud olduğundan xx.xx.2024-cü ildə kassasiya şikayəti onun etibarnamə üzrə nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabineti vasitəsilə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti ilə bərabər kassasiya müddətinin bərpasının üzrlü hesab edilməsi barədə də ərizə apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi kassasiya müddətinin üzrlü hesab edilməsi barədə ərizəni əsassız və qanunsuz olaraq təmin etməmiş, vəkil və nümayəndə ilə təmin olunmuş şəxsin məhkəmədə müdafiə olunmaq hüquqlarını məhdudlaşdırmışdır. İşi baxılması üçün kassasiya baxışına göndərməmişdir.
20. Deməli, kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmiş olduğunu qəbul etsək belə, yenə də kassasiya şikayəti ötürülmüş hesab oluna bilməz. Cavabdeh2 isə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin Cavabdeh2 rəsmi poçt vasitəsilə verildiyi vaxt xx.xx.2024-cü il tarix qəbul edilməlidir. Cavabdeh2 kassasiya şikayətinin verilməsi üçün xx.xx.2024-cü il tarixədək müddəti olmasına baxmayaraq, o, xx.xx.2024-cü il tarixdə apellyasiya instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsindən Cavabdeh1 ilə birgə kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
21. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elekt ron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
22. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
23. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
24. Maddə 130.1. Qanunla müəyy ən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
26. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
27. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvaf iq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
28. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
30. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olara q on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
32. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
33. Maddə 405. 0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
34. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
35. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 40. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarı. 41....qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
46. Qeyd olunmalıdır ki, Cavabdeh2 (Vəkili Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qərardadınd an verdiyi kassasiya şikayətini, xx.xx.2024-cü ildə vəkillə kassasiya şikayəti vermək üçün müqavilə bağlaması və ona xx.xx.2024-cü ildə notariat qaydasında etibarnamə verməsi, vəkilin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə apellyasiya instansiya məhkəməsinə göndərməsi, əvvəllər Cavabdeh1 vəkilə etibarnamə verməsinə baxmayaraq onun vəkilə etibarnaməni yalnız xx.xx.2024-cü il tarixdə verməsi ilə əsaslandırmışdır. 47. “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 vəkili Vəkil2 elekt ron kabinetinə 17 may 2024-cü il tarixdə saat 12:58-də yerləşdirilmişdir.
48. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 17 may 2024-cü il tarixdə cavabdeh tərəfə rəsmi qaydada verilmiş, yəni Cavabdeh1 nümayəndəsi Vəkil2 elektron kabinetinə yüklənmişdir. Bundan başqa kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilərkən Vəkil2 Cavabdeh2 adından şikayəti imzalamaq səlahiyyəti olmamış, şikayət imzalandıqdan sonra vəkilə xx.xx.2024-cü il tarixdə etibarnamə verilmişdir.
49. Göründüyü kimi Cavabdeh2 münasibətdə kassasiya şikayətinin qaytarılması üçün əsas da məhz müddətin ötürülməsi deyil, kassasiya şikayətini elektron qaydada imzalamaq səlahiyyəti olmayan vəkil tərəfindən imzalanma sı olmuşdur. Cavabdeh2 isə apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsindən daha sonra vəkili Vəkil2 verdiyi xx.xx.2024-cü il tarixli etibarnamə əsasında elektron kabinet vasitəsilə imzaladığı kassasiya şikayətini 28 avqust 2024-cü il tarixdə vermişdir. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin 30 aprel 2024-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ona rəsmi poçt vasitəsilə verildiyi xx.xx.2024-cü il tarix qəbul edildiyi halda belə, bu halda qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, yəni vəkili Vəkil2 verdiyi xx.xx.2024-cü il tarixli etibarnamə əsasında elektron kabinet vasitəsilə imzaladığı kassasiya şikayəti 28 avqust 2024-cü il tarixdə saat 15:54-də elektron sistemə yüklənmişdir. Aydın olduğu kimi kassasiya şikayəti onun Cavabdeh2 rəsmi qaydada təqdim edildiyi müddətdən də 20 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbi ilk dəfə verilmiş kassasiya şikayətinin MP M-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmaması əsası ilə geri qaytarılması olmuşdur. Cavabdeh2 kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmiş, bu da cavabdeh tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olduğunu təsdiq edir.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdiri lməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
52. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addıml ar atmaq öhdəliyindən azad etmir”. 53. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mü lahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələr ini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
55. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzrlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdehin isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin rəsmi qaydada almasından 20 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
56. Məhkəmə kollegiyas ı Cavabdeh2 (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, Cavabdeh2 ərizəsində qeyd olunan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz. Bu faktlar isə keçən müddət ərzində Cavabdeh2 hərəkətsizlik göstərməsi, kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin sonuncu gününü gözləməsini, bununla belə müddəti üçürsüz səbəbdən ötürməsini təsdiq etməklə, onu şikayəti verməsi üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Odur ki, kassasiya şikayətinin dəlilləri subyektiv mülahizələrdən ibarət olmaqla əsassızdır.
57. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiy a şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-556/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.