Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3493/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-210/2024 nömrəli iş üzrə 22 avqust 2024cü il tarixli qərardadından ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzib ati binasında 15 oktyabr 2024-cü il yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən 0,011 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 28 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlakların İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə evdən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir (hakim Habil Əhmədov).
2. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, X1 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilə birlikdə 2005-ci ildən bu günə kimi həmin evdə yaşadığı və onunla birlikdə təsərrüfat apardığı üçün ona kompensasiya ödənilməklə evdən çıxarılmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2062/2023 nömrəli qətnaməs inin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli).
4. Qeyd edilən qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti vermişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verilməsi və vəkil tərəfindən tərtib olunmadığına, qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyinə, həmçinin elektron qaydada verilmədiyinə görə geri qaytarılmışdır. (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli).
6. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh qərardaddan kassasiya şikayəti verm iş, eyni zamanda kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpası barədə ərizə ilə məhkəmə müraciət etmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsinin təmin edilməmiş, kassasiya şikayətinin geri qaytarılmışdır. (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli).
8. Sonradan ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qərardadından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(105)210/2024 nömrəli qəraddadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.(kassasiya şikayəti vəkil tərəfindən deyil, cavabdehin özü tərəfindən tərtib olunmuş və imzalanmışdır).
10. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2(105)210/2024 nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə i lk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
11. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(105)-210/2024 tarixli qərardadını ləğv edilməsi və kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin təmin olunması və həmin qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 9, 133.1, 267.1, 267.2, 267.3, 268.1, 269.1 və 269.2-ci maddələrini və Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 29 iyun 2007-ci il tarixli qərarın tələbləri pozulmuşdur. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(105)-210/2024 nömrəli qərardadına əsasən iş materialları ilə müəyyən edilmişdir ki, apellyasiya məhkəməsinin 18 yanvar 2024cü il tarixli, 2(105)-210/2024 nömrəli qətnaməsi tərəflərin iştirakı ilə elan olunmuş, qətnamə tərtib edilərək 29 yanvar 2024-cü il tarixdə Cavabdeh Haşım oğlunun “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış kabinetinə yerləşdirilmiş, həmçinin onun ünvanına göndərilmi ş və qətnamənin surəti 03 fevral 2024-cü il tarixdə cavabdeh tərəfindən xəbərnaməli qəbzə imza edilməklə qəbul edilmişdir. Lakin Şəfiyev Fərman Haşım oğlu müddətin bərpası barədə ərizə ilə 27 may 2024-cü il tarixdə müraciət etmişdir.
13. İşin bu halı ilə bağlı Cavabdeh bildirir ki, qətnamənin surəti ona şəxsən təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, 18 yanvar 2024-cü il tarixli, 2(105)210/2024 nömrəli qətnamədən elektron qaydada kassasiya şikayəti verilmişdir. Həmin tarixdə bütün hallarda kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan şikayət vermə müddəti ötürməmişdir.
14. Belə ki, ona qətnamə şəxsən təqdim edilmədiyi və onun ümumiyyətlə qətnamənin elektron sistemə yerləşdirilməsindən və poçt ilə çatdırılmasından məlumatı olmadığı üçün kassasiya şikatyəti vermək üçü n qanunda nəzərdə tutulan müddət üzürlü səbəbdən buraxılmışdır.
15. Qanunvericiliyin tələbinə əsasən müddətin axımı qətnamə (qərardad) şəxsə təqdim edildiyi andan başlanmalıdır. Halbuki bu günədək qərardadların heç biri ona təqdim edilməmişdir.
16. Kassasiya şikayəti verilməsi ilə bağlı göstərmişdir ki, Mülki Prosessual Məcəllənin tələblərinə göstərilən əsaslarla, yəni vəkil vasitəsi ilə göndərilməmiş və sonradan təyinatla dövlət tərəfindən ona vəkil təyin olunmuş və qanuna müvafiq olaraq dövlət tərəfindən vəkillə təmin olunduqdan sonra Mülki Prosessual Məcəllənin normalarına riayət edilməklə kassasiya şikayəti yenidən yazılaraq hazırlanmışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassa siya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
19. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
21. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
22. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26. 22 avqust 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsindən imtina və kassasiya şikayəti geri qaytarılması barədə məhkəmənin qənaəti işin hallarına və prosessual normaların tələblərinə uyğun olmuşdur.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabbeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-210/2024 nömrəli iş üzrə 22 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.