Məhkəmə qərarları › İş №2(102)-542/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-542/2025

18.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-542/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Aqil Əzizağa oğlu Abbasov (məruzəçi), İspəndiyar Əsəd oğlu Şəfiyev və Əhməd Güləhməd oğlu Nurməmmədovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 2(105)-1303/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 2, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kv.metr olan 16 saylı ev, Yeni qaydalarla: Bəşir Səfəroğlu küçəsi, 16 saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2 saylı reyestr kitabının, 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********45-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 adından onun nümayəndəsi X2 ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair iddiası təmin olunmamışdır.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1115/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-718/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış nikah Abşeron rayon Məhkəməsinin 2(012)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 3) ünvanında yerləşən yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən (bundan sonra “mübahisəli əmlak”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, ünvan 3 (yeni qaydalarla Bəşir Səfəroğlu küçəsi ev 16) ünvanında yerləşən evdə Cavabdeh1 və Cavabdeh2 yaşayırlar. İddiaçıya ona məxsus olan ev və torpaq sahəsindən həmin şəxslərin çıxmalarını dəfələrlə tələb etsə də, onlar buna məhəl qoymamış, orada yaşamağa davam edirlər. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsi və evdə yaşamağa davam etmələri iddiaçının mülkiyyətçi kimi hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh1 məhkəmə baxışında iştirak edib ona vaxt verilməsini xahiş etsə də, sonradan məhkəməyə gəlməmiş, digər Cavabdeh2 isə ümumiyyətlə məhkəmə baxışında iştirak etməmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiy yatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının adına xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla: ünvan 1) yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. (hakim Habil Əhmədov)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli əmlak bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətindədir. Bu barədə iddiaçının adına Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat, **********45-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir.

12. Birinci instansiya məhkəməsinin ondan ibarət olmuşdur ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiy indən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsi, Mülki Məcəllənin 139.1, 139.3, 152, 157.2, 157.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2-ci, Mülki Prosessual Məcəlsinin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışır ki, cavabdeh cəzaçəkmə müəssisəsində cəza çəkdiyi zaman iddiaçı nikahlarının pozulması və aliment tələbi ilə bağlı ona qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3379/2021 saylı qətnaməsi ilə nikahları ləğv edilmiş və cavabdehdən uşaqlara görə iddiaçının xeyrinə hər ay sabit pul məbləğində hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bunu da cavabdeh cəza çəkməkdən azad olunandan sonra bilmişdir. Cavabdehin atası Cavabdeh2 da mübahisəli ev alınan gündən bu evdə yaşayır. Cavab dehin özü də cəza çəkməkdən azad olunandan sonra indiyə kimi bu evdə yaşayır. İddiaçı xalası xxx ilə birləşib dələduzluq yolu ilə cavabdehə və atası Cavabdeh2 məxsus olan əmlaka yiyələnmiş və həmin əmlakları ələ keçirmişdir. Onların mübahisəli evdən başqa yaşamağa yerləri yoxdur. Mübahisəli ev və torpaq sahəsi hazırda plana düşüb və söküntüyə gedir. Tikinti təşkilatı mübahisəli evə və torpaq sahəsinə görə iddiaçıya 280.000 manat məbləğində kompensasiya verir. Lakin iddiaçı bu məbləğlə razılaşmayıb tikinti təşkilatından 300000 manat pul tələb edir. İddiaçı tikinti təşkilatından verilən puldan onlara heç olmasa 80.000-100.000 manat versə, Bakının ucqar bir yerindən özlərinə bir daxma alar və orada yaşayarlar. Lakin iddiaçı bu təkliflə razılaşmır. Halal əmlaklarını qanunsuz yolla ələ keçirmək lə onları düzdə qoymaq istəyir. Bu faktların məlum olmasına baxmayaraq, məhkəmə tam qanunsuz və əsassız olaraq onların heç birini nəzərə almamış və almaq istəməmişdir. Bu isə ciddi və kobud qanun pozuntusu hesab olunmalıdır. Məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları tam, hərtərəfli, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, cavabdeh tərəf kimi onlara qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, mülki iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını təmin etməmiş, bunun marağında olmamış, bunun üçün lazımi şərait yaratmamışdır. Məhkəmənin mülki iş üzrə apardığı araşdırma çox səthi, natamam və yarımçıq olmuşdur. Məhkəmə qətnamə çıxa rarkən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, işə baxıb qətnamə çıxararkən yalnız iddiaçı tərəfin qanunsuz maraqları nöqteyi-nəzərdən hərəkət etmiş, iddiaçı tərəfin dediyi əsassız və heç bir həqiqətə uyğun olmayan və həqiqətdən uzaq fikirlərini mütləq həqiqət kimi qəbul etmişdir. Cavabdeh tərəf olaraq onun dediklərini, qeyd etdiyi halları və faktları isə qətiyyən nəzərə almamış və sadəcə nəzərə almaq istəməmişdir. Ona məxsus olan əmlakların, yəni mübahisə predmeti olan evin və torpaq sahəsinin hansı zərurətdən və səbəblərdən iddiaçıya bağışlanması məsələlərini məhkəmə araşdırmamış və onlara hansısa maraqlar üzündən heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə işə baxan zaman keçirilmiş sonrakı məhkəmə prosesləri barədə cavabdehə və atası Cavabd eh2 lazımı formada məlumat vermədiyindən onlar MPM-nin 47.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından məhrum olmuş, mülki iş üzrə aparılmış araşdırmada iştirak edə bilməmiş, mülki iş üzrə böyük əhəmiyyət kəsb edən və iş üzrə qanuni, əsaslı və ədalətli qətnamənin çıxarılmasına səbəb ola biləcək sübutlarını təqdim edə bilməmiş, sübutların araşdırmasında iştirak edə bilməmiş, vəsatətlərini məhkəməyə təqdim edə bilməmiş, işdə iştirak edən şəxslərin dediklərinə münasibət bildirmək, onlara suallar vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişində ortaya çıxan məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək və sair hüquqlarından məhrum olmuşlar. Keçirilən məhkəmə proseslərində iştirak edə bilmədiklərind ən apellyasiya şikayətində qeyd etdiyi fakt və halları təsdiq edə biləcək və onlar haqqında məhkəməyə geniş və ətraflı məlumatlar verə biləcək şahidləri məhkəməyə gətirə bilməmiş, iddiaçı tərəfindən onlara qarşı verilmiş iddia tələbinin qanunsuz və əsassız olmasını sübut edən fakt və sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh cəza çəkərkən iddiaçının yanına gələrək Dövlət Sosial Müdafiə Fonduna ünvanlı sosial yardım almaq üçün ərizə ilə müraciət etdiyi, lakin ona imtina cavabı verildiyi, imtinanın səbəbi isə onun adına avtomobil, vergidə VÖEN, telefon nömrələrinin olması, bu əmlaklar onun adından çıxarılmasa və hüquqlar ləğv edilməsə, sosial müavinət ala bilməyəcəklərini deməsi, bu işlərin görülməsi, həmçinin evdəki elektrik sayğacını dəyişmək üçün ərizə yazmaq lazım olduğunu, avtomobili adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişməklə bağlı işləri görmək üçün xalası X1 adına etibarnamə verməsinin lazım olduğunu və bu işləri xalası xxxnın görəcəyini dediyi, ondan sonra cavabdehin xxxnın adına etibarnamə vermək qərarına gəldiyi və qeyd olunan məsələləri həll edib yoluna qoymaq məqsədi ilə cavabdeh tərəfindən iddiaçının xalası xxxya xx.xx.2017-ci ildə 9 saylı CÇM-nin rəhbərliyi tərəfindən standart formada tərtib olunmuş etibarnamənin verildiyi, iddiaçının xalası xxxya etibarnamə veriləndən sonra iddiaçının xalası xxx ilə birləşib dələduzluq yolu ilə öz iyrənc planlarını həyata keçirməyə başlaması və bu məqsədlə xxxnın iddiaçı ilə xx.xx.2017-ci ildə notariat ofisinə gedərək cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxs us olan mübahisəli evi və torpaq sahəsini bağışlama müqaviləsi ilə iddiaçıya bağışlaması və xx.xx.2018-ci ildə isə iddiaçının DƏDRX-dən öz adına çıxarış alması, bu faktların cavabdehə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olub yaşadıqları evə qayıdandan sonra ona məlum olması, onun heç vaxt öz adına olan evi iddiaçıya bağışlamaq məqsəd və niyyətinin olmaması, iddiaçı ilə onun arasında ümumiyyətlə heç vaxt bu məzmunda söhbət, danışıq və razılaşmanın olmaması, tərəfindən iddiaçının xalası xxxya etibarnaməni yalnız ailəsinin sosial yardım almaq məqsədi və niyyəti ilə yuxarıda qeyd etdiyi məsələləri yoluna qoymaq üçün verməsi, onun heç vaxt mübahisəli evi iddiaçıya bağışlamaq istəməməsi, ümumiyyətlə onun belə bir niyyət və məqsə dinin olmaması, etibarnaməni verməklə adına olan evin iddiaçının xalası vasitəsilə iddiaçıya bağışlanacağı barədə iddiaçı ilə onun arasında heç bir söhbət və danışığın olmaması, bu barədə iddiaçı və xalası tərəfindən ona heç bir söz deyilməməsi, tərəfindən mübahisəli evin iddiaçıya bağışlamasına heç bir razılığın verilməməsi, İddiaçı xalası xxx ilə birləşib dələduzluq yolu ilə gizlindən bu işi görmələri tam olaraq müəyyən edilmiş və öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmə bu halların heç birini əsassız olaraq nəzərə almamışdır. Bu şəkildə çıxarılmış qətnamə isə qanuni və əsaslı sayıla bilməz. Buna görə də ləğv edilməlidir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2(105)-1303/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1432/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddianın Cavabdeh1 aid hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuad Məmmədov)

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 cəzaçəkmə müəssisəsində cəza çəkərkən özünə 2012-ci ildən məxsus olmuş ünvan 2, 0.00929 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 71.0 kv.metr olan 16 saylı evi onun nümayəndəsi X2 vasitəsi ilə keçmiş arvadı İddiaçı xx.xx.2017-ci il tarixdə bağışlamışdır. Sonradan Cavabdeh1 xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Abşeron Ray on Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)1115/2023 nömrəli qətnaməsinə əsasən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən mübahisəli əmlak iddiaçıya 2017-ci ildə bağışlanarkən, tərəflər birgə nikahda olmuşlar. Belə ki, tərəflər arasında nikah xx.xx.2005-ci il tarixdə bağlanmış, məhkəmə qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Həmçinin işdən görünür ki, Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixində 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsin in xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ər-arvad arasında mübahisəli əmlakın bağışlanması Cavabdeh1 istifadə hüququnun itirilməsi və ümumiyyətlə, qeyd olunan evə bütün hüquqlarından imtina etməsi anlamına gəlmir. Apellyantın müvvəqqəti cəzaçəkmə müəssəsində olması da, istifadə hüququnun itirilməsinə səbəb ola bilməz.

20. Belə olan halda ev bağışlanan zaman Cavabdeh1 istifadə hüququ ilə yüklü olmuş, əmlaka mülkiyyət hüququnun iddiaçıya keçməsi Cavabdeh1 həmin evə istifadə hüququna xitam verilməsi üçün səbəb olmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi şikayətin “məhkəmə prosesləri barədə cavabdehlərə lazımı formada məlumat verilməməsi” barədə dəlilinə münasibətdə isə göstərmişdir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokollarına əsasən Cavabdeh1 xx.xx.2024-cü il (iş vər.28), xx.xx.2024-cü il (iş vər.35), xx.xx.2024-cü il (iş vər.44) tarixli məhkəmə iclaslarında iştirak etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 158.3 və 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin qismən – iddianın Cavabdeh1 aid təmin edilməyən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və pros essual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara (evin Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsinə, bununla da onun daşınmaz əmlaka mülkiyyət hüquqlarını, o cümlədən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını itirməsinə, daşınmaz əmlaka mülkiyyət hüquqlarının, o cümlədən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış iddiaçıya keçməsinə) uyğun əsaslandırmamışdır. Məhkəmə prosessual hüquq normasını pozaraq sübutlara (xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli **********45-10301 reyestr nömrəli çıxarışa) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bu isə iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi q anunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009) Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin ya şayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsi (1982) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələ n öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçi nin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi is tinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni düzgün hesab etmir.

30. İddia tələbi Cavabdeh1 evə istifadə hüququnun itirilməsi, onun evdən çıxarılması barədədir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan evdə cavabdehin yaşamasının ö zünün mülkiyyət hüququnun pozuntusu kimi göstərmişdir.

31. İşin müəyyən edilən hallarına görə mübahisəli ev 2012-ci ildən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuş, həmin evi cavabdehin nümayəndəsi X2 xx.xx.2017-ci il tarixdə iddiaçıya bağışlamışdır. İddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Sonradan Cavabdeh1 xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, iddia təmin edilməmiş və bu barədə məhkəmə aktları qanuni qüvvəyə minmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ev bağışlanan zaman Cavabdeh1 istifadə hüququ ilə yüklü olmuş, əmlaka mülkiyyət hüququnun iddiaçıya keçməsi Cavabdeh1 həmin evə istifadə hüququna xitam verilməsi üçün səbəb olmamışdır, onun müvvəqqəti cəzaçəkmə müəssəsində olması da, istif adə hüququnun itirilməsi hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinə istifadə hüququ və onun xitamı ilə bağlı məsələlər hüquq münasibətinin yaranması vaxtı ilə müəyyən edilir və mübahisənin həlli də hüquq münasibətinin yarandığı zaman tətbiq edilən müvafiq hüquq normasına uyğun həyata keçirilir.

34. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi də tələb edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" xx.xx.2001-ci il tarixl i Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarxili qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1 -dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

37. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin istinad edilən qərarlarına görə yaşayış sahəsinə istifadə hüququ və onun xitamı ilə bağlı mübahisələrin həllində hansı maddi hüquq normasını tətbiqi məsələsi hüquq münasibətlərinin yaranması tarixi ilə müəyyən edilir.

38. Bundan çıxış edərək, yaşayış sahəsinə istifadə hüququ və onun xitamı ilə bağlı mübahisələr hüquq münasibətlərinin yaranması tarixindən asılı olaraq, köhnə Mənzil Məcəlləsi (1982-ci il), Mülki Məcəllə və yeni Mənzil Məcəlləsinin (2009-cu il) müvafiq normalarına uyğun həll edilməlidir.

39. Başqa sözl ə, analoji iddialarda hüquq münasibətlərinin yaranması tarixi müəyyən edilmədən istənilən hüququn tətbiqi mübahisənin qanuni və əsaslı həlli sayıla bilməz.

40. Hazırki işdə apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh1 münasibətdə təmin etməyərkən, hüquq münasibətinin yaranma tarixini müəyyən etməmiş, nəticədə gəldiyi qənaəti həmin normalardan hər hansı biri ilə əsaslandırmamışdır. Halbuki mübahisənin qanuni və əsaslı həlli üçün hüquq münasibəti və onun yaranma tarixi müəyyən edilməklə, tətbiq edilməli düzgün hüquq norması tapılmalı idi.

41. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hala görə mübahisəli ev 2012-ci ildən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olub. Sonradan bağışlama müqaviləsi ilə ev iddiaçının mülkiyyətinə keçib. Tərəflər Abşeron rayon Məhkəməsinin xx.xx. 2021-ci il tarixli qətnaməsi boşanıblar.

42. Apellyasiya instansiyası məhkəməsi mübahisəli evin iddiaçıya bağışlanan zaman Cavabdeh1 istifadə hüququ ilə yüklü olmasını qeyd etsə də, evə hüquq münasibətlərinin nə vaxtdan yaranması, həmin vaxt evin hüquqi statusu, bu münasibətlərin nə vaxtadək davam etməsini müəyyən etməmişdir. Nəticədə hüquq münasibətlərinin yaranma tarixi baxımından tərəflərin hazırda nikahlarının olmamasının da mübahisənin həllinə təsiri nəzərdən qaçmışdır.

43. Bu baxımdan ilkin olaraq işin faktiki hallarına uyğun olaraq mübahisəli hüquq münasibətlərinin yaranma tarixi, həmin vaxt evin statusu, cavabdehin istifadə hüququn yaranması, bu hüququn sonradan aradan qalxıb-qalxmaması müəyyən edilməli və bundan çıxış edərək, yuxarıda adları çəkilən məhz hansı qanunvericilik norma sının tətbiq edilməli məsələsi həll edilməli idi. Nəzərə alınmalıdır ki, mübahisəli hüquq münasibətlərinin yaranma tarixinə uyğun olaraq tətbiq ediləcək maddi hüquq normalarının tələbinə görə iddia Cavabdeh1 münasibətdə təmin edilə bilmədiyi kimi, təmin də edilə bilər.

44. Belə ki, 2000-ci ilin sentyabrından 01-dən əvvəlki münasibətlərə köhnə Mənzil Məcəlləsinin 53, 54, 123-cü, 2000-ci ilin sentyabrından 01-dən sonrakı münasibətlərə Mülki Məcəllənin 228-ci, 2009-cu ilin 01 oktyabrından sonrakı münasibətlərə isə yeni Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin tətbiq nəzərdən keçirilə bilər. Bu normaların hər birinin də tətbiqi müvafiq hüquqi nəticələr yaradır.

45. Məsələn, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razıl aşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Digər hüquq normalarına görə isə işin halları baxımından cavabdehin istifadə hüququ ola bilər.

46. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun g əlsin.

48. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habe lə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

49. Barəsində kassasiya şikayəti verilən qətnamə isə əsaslılıq və qanunilik barədə prosessual qanunvericiliyin müəyyən etdiyi tələblərə cavab vermir.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsində – ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəy yən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1303/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə – iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsində – ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar