Məhkəmə qərarları › İş №2(102)-2938/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2938/2025

09.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2938/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-148/2025 nömrəli iş üzrə 17 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşa ğıdakıları müəyyən etmişlər: 2. 20 aprel 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcılar- X4 və Cavabdeh2 paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermişlər; 3. ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanında 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 271,2 kv.m olan fərdi yaşayış evini satıcılar olan X4 və Cavabdeh2 (no tariusda onların təmsilçiliyini etibarnamələr əsasında X12 həyata keçirmişdir) 31040 (otuz bir min qırx) manata almışdır. Qeyd edilən alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********88-10301 reyestr nömrəli, inventar nömrəsi 4289 olan "Texniki pasport” verilmişdir. Bundan sonra ona həmin fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət kimi çıxarış verilmişdir. Fər di yaşayış evi "xxxx" ASC tərəfindən sığorta edilmiş və fərdi yaşayış evinə xx.xx.2022ci il tarixli, BB seriyalı, 660357 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi verilmişdir. Hazırda cavabdehlǝr ona məxsus olan fərdi yaşayış evində yaşayırlar. Cavabdehlərdən dəfələrlə ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmalarını tələb etsə də, cavabdehlər ona məxsus evdən çıxmamışlar. Masallı rayon Polis Şöbəsinə müraciət edilmişdir. Masallı rayon X7 Bölməsi tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3011/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X3 qarşı “xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ****** * nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli, ********** nömrəli və xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışların etibarsız hesab edilməsi və miras payının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Masallı Rayon Məhkəməsinin (hakim Z.Zeynalov) 2(050)-46/2024 nömrəli 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli çıxarışla İddiaçı məxsus ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, işin hallarına əsasən İddiaçı mülkiyyətində Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanında 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 271.2 kv.m olan fərdi yaşayış evinin olması və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlərin qanunsuz istifadəsində olması iş materialları ilə müəyyən və sübut olunduğu üçün cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar.

9. Həmçinin iddianın zəbt olunmuş torpaq sahəsindən və evdən çıxarılma hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətinə verilmiş Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A ünvanında yerləşən 0.06 hektar yaşayış məntəqələ ri təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən 271.2 kv.m olan fərdi yaşayış evi hər iki cavabdeh tərəfindən bütövlüklə istifadə edilir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçıya məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi cavabdehlərin sahibliyindədir və həmin sahiblik qanunsuzdur.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 157.2, 157.8, 158.4, Torpaq Məcəlləsinin 111.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, Masallı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən məhkəmə tədqiqatının səthi aparılması səbəbindən mübahisə predmeti olan evin dəqiq olaraq hansı ünvanda yerləşməsini, alqı-satqı predmeti olmuş evin hazırkı mübahisə predmeti olan evlə eynilik təşkil edib-etməməsini araşdırmamışdır. Belə ki, sənədlərdən də görünür ki, iddiaçı ərizəsində cavabdehlərin ünvanlarını müvafiq olaraq Masallı şəhəri, Digah küçəsi, ev 03 (Cavabdeh1) və Masallı şəhəri, Ə.Əliyev küçəsi, ev 27 (Cavabdeh2) göstərmiş, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndə alqı-satqı predmetinin ünvanı ünvan 1 olaraq qeyd edilmiş, satıcı X1 adına olan (payçılar X4 və Cavabdeh2) qeydiyyat nömrəsi ********** olan çıxarışda fərdi yaşay ış evinin ünvanı ünvan 4ərinin müəyyənləşdirilməsinə dair 02/3628 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda ünvan Masallı şəhəri, Digah küçəsi, ev 61 olaraq qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********88-10301 olan fərdi yaşayış evinə məxsus Texniki Pasportda (hüquq sübyektləri: Əliyev Məmmədhüseyn Həsən oğlu, X11, X4 və Cavabdeh2) ünvan Masallı şəhəri, Digah küçəsi, ev 61 olaraq qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, reyestr nömrəsi **********88-10301 olan fərdi yaşayış evinə məxsus Texniki Pasportda isə (hüquq subyekti: İddiaçı) ünvan Masallı şəhəri, Salatın Əsgərova küçəsi, ev 3A olaraq qeyd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Masallı şəhəri Salatın Əsgərova küçəsi ev 3a, ünvan 8 ünvan və ya fərqli ünvan olu b-olmamasını müəyyən etmək üçün müvafiq sorğular edilmişdir.

14. Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixli, 5-66-1/2-344/2024 nömrəli məktubunda bildirmişdir ki, Masallı şəhəri Salatın Əsgərova küçəsi ev 3a, ünvan 8 ünvan olmasını müəyyən etmək mümkün olmamışdır. Həmin ünvanda hazırda iki fərdi yaşayış evi vardır: bir ev təmirsiz olmaqla hazırda yaşayış yoxdur, digər evdə ünvan 11 ünvanında qeydiyyatda olan X4 1970-ci ildən, Digah küçəsi ev 27 ünvanında qeydiyyatda olan Cavabdeh2 1991-ci ildən, Digah küçəsi ev 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 1967-ci ildən, Bakı şəhərində qeydiyyatda olan X9 1988-ci ildən və Digah küçəsi ev 3 ünvanında qeydiyyatda olan X5 1991-ci ildən yaşayırlar. Vətəndaşların bildirdik lərinə görə onların hazırda yaşadığı evin ünvanı Digah küçəsi ev 3-dür. Nümayəndəlikdə olan məlumata görə həmin küçə hazırda şəhid Cavad İbadov (keçmiş Digah) küçəsinin 1-ci döngəsi kimi göstərilir.

15. Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən Cavabdeh1 verilmiş 2279 nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən o, həqiqətən 1967-ci ildən Masallı şəhəri Cavad İbadov (keçmiş Digah küçəsi ev 3) ünvanında yaşayır.

16. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44/2-5542/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli məlumatların təqdim edilməsi barədə məktubundan görünür ki, ünvan 1 və Masallı şəhəri, Digah küçəsi, ev 61 ünvanlar baza məlumatlarına əsasən eyn i əmlaka aiddir. ünvan 14 ünvanlarla eyni deyil.

17. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1550/2025 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizamı adına təsərrüfatın kompleks yerquruluşu layihəsinə görə JN 777A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tikilialtı torpaq sahəsi 238,44 kv.metr olan fərdi yaşayış evi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında **********88-10301 reyestr nömrəli Çıxarışın xx.xx.2022-ci il tarixli 4289 İnventar nömrəli Texniki P asportuna əsasən ünvan 15 ünvanında yerləşən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Malik Mahmudovun tərtib etdiyi mütəxəssis rəyinə əsaslanan Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1065 saylı tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1550/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumat materialında **********88-10301 reyestr nömrəli Çıxarışın xx.xx.2022-ci il tarixli 4269 İnventar nömrəli Texniki Pasportuna əsasən ünvan 15 ünvanında yerləşən İddiaçı mülkiyyətə verilmiş 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində tikilialtı torpaq sahəsi 271.2 kv.m olan fərdi yaşayış evinin, Masallı rayonu Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsinə əsasən JN 777A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində mövcud olan tikilialtı to rpaq sahəsi 236,44 kv.metr olan fərdi yaşayış evinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İlham Əsədov sədrlik edən və məruzəçi, Mirlətif Sadıqov və Fikrət Hüseynov) 2(106)-148/2025 nömrəli iş üzrə 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(050)-46/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması və ekspertiza xərcinə görə Cavabdeh1 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi ape llyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1 və Masallı şəhəri, Digah küçəsi, ev 61 ünvanlar baza məlumatlarına əsasən eyni əmlakdır. Həmin əmlak iddiaçının mülkiyyətindədir.

21. İzahatlardan və Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 1967-ci ildən ünvan 16 ünvanda qeydiyyatdadır.

22. Ekspert rəyi ilə müəyyən edilir ki, kompleks yerquruluşu layihəsinə əsasən JN 777A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh1 və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0.05 ha torpaq sahəsi və onun üzərində yerləşən 236,44 kv.metr olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan əmlaka aidiyyəti yoxdur.

23. Cavabdeh1 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin etirazı əsassızdır; iddiaçıya məxsus əmlak üzərində Cavabdeh1 sahibliyi qanunsuzdur.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(106)-148/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan daşınmaz əmlakın ünvanı və yerləşmə vəziyyəti ilə bağlı təqdim edilən mütəxəssis və ekspert rəyləri arasında olan ziddiyyətlər aradan qaldırılmadan, iş üzrə faktiki hallar tam və hərtərəfli araşdırılmadan apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul etmişdir.

27. Əmlakın yerləşdiyi ünvanın dəqiq müəyyən olunmaması, ekspert rəyi və yerquruluşu planlarının bir-biri ilə uzlaşmaması, eyni zamanda cavabdehlərə məxsus tikilinin iddiaçıya məxsus torpaq sahəsinin hüdudlarından kəna rda olması haqda mütəxəssis rəyi olmasına baxmayaraq, bu hallar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir.

28. Bundan əlavə, apellyasiya instansiyası birinci instansiyası məhkəməsinin qətnaməsini təkrar etməklə kifayətlənmiş, cavabdehin irəli sürdüyü əsaslı arqumentlərə hüquqi münasibət bildirməmiş, maddi hüquq normalarına yalnız sadə istinad etməklə mövqeyini əsaslandırmışdır.

29. Nəticə etibarilə, aşağı və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələr ədalətli məhkəmə araşdırması prinsiplərinə zidd olmuş, işin obyektiv və qərəzsiz araşdırılması təmin edilməmiş, cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur.

30. Kassasiya şikayətində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4, 88, maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qor unan hüququdur.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaba qcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya s əhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

44. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisidir. Belə ki, iddiaçının mülkiyyət qeydi qüvvəsindədir, bu qeydin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (§ 32).

45. Cavabdehin həmin əşyaya sahiblik etməsi iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, habelə cavabdehin bu xarakterli müdaxiləsi qanuni əsasa söykənmir.

46. Belə olan halda, iddianın təmin edilməsi Mülki Məcəllənin 157.4-cü maddəsinin hüquq normasının şərtlərinə uyğun olmuşdur.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlə rə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-148/2025 nömrəli iş üzrə 17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar